Azərbaycan respublikasının prokurorluğu faktla bağlı- 366-cı polkun əsgərlərinin Xocalı qırğınında iştirakı ilə əlaqədar istintaqa başladı



Yüklə 11,67 Kb.
tarix21.02.2022
ölçüsü11,67 Kb.
#83962
növüYazı
366 polk


Azərbaycan respublikasının prokurorluğu faktla bağlı- 366-cı polkun əsgərlərinin Xocalı qırğınında iştirakı ilə əlaqədar istintaqa başladı.

366-cı polkun fəaliyyətinin rüsvayçılıq „siyahısında" təkcə Xocalının adı yazılmayıb. Bu siyahını uzatmaq da olar. Onun fəaliyyətində Kərkicahan, Malıbəyli, Meşəli, Cəmilli və başqa yaşayış məskənlərinin darmadağın edilməsi də var. Bu kəndlər də rus-erməni birləşmiş hərbi birliklərinin əməliyyatı ilə tamamən yandırılmış, qarət edilmişdir. O yerlər haqqında söhbət açılmamasının əsas səbəbi ondan ibarətdir ki, Xocalı faciəsi o qədər böyük və dəhşətli olmuşdur ki, başqa qırğınları kölgədə qoymuşdu.

366-cı polkda 17 iyun 1988-ci ildən 10 mart 1992-ci ilə qədər xidmət etmiş zabit S. D.Tuşov polk haqqında çox maraqlı açıqlamalar vermişdi. O, polkda 1-ci batalyonun ştab rəisinin müavini olmuşdur. Onun məlumatlarından məlum olur ki, 366-cı motorlaşdırılmış piyada polku 1985-ci ildə Gəncədən Xankəndinə köçürülüb. Zabit Tuşova görə 366-cı polkun şəxsi heyətinin 70-80 faizi ermənilər idi. Onlar silah, sursat, yağlama materialları, geyim, ərzaq və başqa anbarların rəisləri idilər. Zabit heyətindən 8 nəfər erməni idi1046.

2 mart 1992-ci ildə 366-cı polkun şəxsi heyəti vertalyotla Gürcüstanın Vaziani şəhərinə köçürüldü. Çox maraqlıdır. Gəncə diviziyasına daxil olan polk Gürcüstanda yerləşdirilərək
cinayətlərini ört-basdır etməyə çalışırlar. Polkun zirehli texnikasından 36 BMP bir qədər əvvəl Vaziani şəhərinə aparılmışdı1047. Zabit Tuşovun bu məlumatını dəqiqləşdirilmə- yə ehtiyac vardır.

Polkun vertalyotla Gürcüstanın Vaziani şəhərinə aparılması dəqiq olduğu halda texnikanın aparılması haqqında vermiş olduğu məlumatlar başqa mənbələrlə təsdiq olunmur. Bu ondan ibarətdir ki, 366-cı polkun zirehli texnikasının heç də hamısı Vaziani şəhərinə aparılmamışdı. Polkun 100-dən artıq BMP-si və 10 tankı Ermənistanın silahlı qüvvələrinə verilmişdi.1048 Əslində satılmışdır demək daha məntiqli olar.



Ermənilər bu zirehli texnikadan istifadə edərək gələcəkdə əməliyyatlarını genişləndirmişdilər. 10 mart 1992-ci ildə MDB Silahlı qüvvələri komandanlığının əmri ilə 366-cı polk ləğv edilmişdi.

Həsənbala Sadıqov erməni xəyanəti kitabı
Yüklə 11,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə