Azərbaycan Respublikasının Təhsil İnstitutunun



Yüklə 108,29 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü108,29 Kb.
#50984


 

                                                                                                          Azərbaycan Respublikasının Təhsil İnstitutunun 



                                                                                     Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin 85 illiyinə ithaf olunur 

 

 



ELMİ ZİRVƏYƏ APARAN YOL 

 

    1931-ci  ildə  yaradılmış  indiki  Azərbaycan  Respublikasının  Təhsil 



İnstitutunun  əsası  1932-ci  ildə  Aspirantura  şöbəsi  kimi  yaradılan  hazırki  Elmi-

pedaqoji  kadr  hazırlığı  şöbəsi  öz  işini  “Təhsil  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununa  (2009-cu  il),  Elm  haqqında  Azərbaycan 

Respublikasının Qanununa (2016), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2010-cu  il  01  iyul  tarixli  129  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  Doktoranturaların 

yaradılması  və  doktoranturaya  qəbul  qaydalarına,  İnstitutun  Nizamnaməsinə, 

şöbənin əsasnaməsi və illik fəaliyyət planına əsasən qurur. 

Qloballaşma 

insanların 

təfəkkürünün 

varlığın 

yeni 

reallıqlarına 



uyğunlaşmasını irəli sürür, geniş miqyaslı informasiyanı təhlil edə bilərək operativ 

qərar qəbul edən, dövlətin bir çox vacib sahələrinin gələcəyini müəyyən edə bilən 

yeni nəsil kadrların hazırlanmasını diktə edir. Bu şəraitdə ali təhsil sistemi xüsusi 

funksiya yerinə yetirir, çünki təhsil siyasəti elə şəkildə yenidən qurulmalı olur ki, 

informasiya-texnoloji, texniki, mədəni sahələrdə innovasion proseslərin artan sürəti 

şəraitində  düzgün  istiqamət  götürmək  qabiliyyətinə  malik  olan  mütəxəssislər 

hazırlana bilsin.  

İnformasiya  texnologiyalarının  güclü  inkişafı  ümumilikdə  keçmişə 

münasibətdə hadisələrin başvermə sürətinin yüksək səviyyədə artması ilə bağlıdır. 

Ümummilli  lider  Heydər  Əliyev  hələ  keçən  əsrin  70-ci  illərində  informasiya 

texnologiyalarının  inkişafının  insan  həyatında  mühüm  dəyişikliklərə  səbəb 

olacağını  hiss  edərək  bu  sahəyə  xüsusi  diqqət  yetirmiş  və  bugünkü  inkişafın 

təməlini qoymuşdur. Heydər Əliyev demişdir ki, dövlət müstəqilliyinin xalqımıza 

bəxş  etdiyi  nemətlərdən  biri  də  odur  ki,  biz  artıq  təhsil  sistemimizi  xalqımızın, 

millətimizin  tarixinə,  mənəviyyatına,  ənənələrinə  uyğun  qururuq.  Doğrudur,  bu 

proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. 

Bu  gün  təhsil  sahəsində  çalışan  bütün  vətəndaşlara,  müəllimlərə,  təhsil 

müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil 

sistemində  işlərin  müstəqil  Azərbaycanın  prinsipləri  əsasında  qurulmasına  nail 

olsunlar.  

XXI  əsrin  başlanğıc  illərində  siyasi  və  iqtisadi  sahələrdə  Azərbaycanın 

potensialının  güclənməsi  əhalinin  rifahının  yüksəlməsinin  əsas  şərtlərindən  biri 

oldu.  Qloballaşma  yolu  ilə  gedən  müasir  dünya  qarşısında  duran  beynəlxalq 

rəqabətə  tez  uyğunlaşmaq  bacarığı,  onun  uğurlu  və  davamlı  inkişafı  da  mühüm 

əhəmiyyət kəsb edən amillərdən biridir. Yüksək səviyyədə inkişaf etmiş ölkələrin 



 

rəqabət üstünlüyü başlıca olaraq təhsillə müəyyənləşən insan potensialının inkişafı 



ilə  bağlıdır.  İndiki  zamanda  ölkəmizin  iqtisadi  inkişafının  təminatı  məhz  bu  sahə 

ilə  sıx  əlaqəlidir.  Hazırda  ölkəmizin  bütün  sahələrində  olduğu  kimi,  təhsil 

sahəsində  də  sürətli  dəyişikliklər  baş  verir.  Lakin  hələ  həll  olunmalı  bir  sıra 

problemlər qalmaqdadır. Onların həlli yollarını əvvəlcədən görmək çətindir. Çünki 

əldə olunan bilik sürətli dəyişikliklərə görə tez bir zamanda köhnəlir, bu səbəbdən 

bilik və təhsilin paradiqması dəyişilir. Məhz bu deyilənləri nəzərə alıb deyə bilərik 

ki,  insanların  əldə  etdiyi  ali  təhsil  bilikləri  də  müəyyən  dəyişikliklərə  uğrayır. 

Aktual  məsələlərdən biri də  indiki  dövrdə  universitetlərdə  müasir tələblərə  uyğun 

yeniliklər  və  beynəlxalq  rəqabətə  dözümlülük  yaratmaqdır.  Bunu  nəzərə  alan 

dövlətimiz  dünyanın  bir  çox  nüfuzlu  ölkələrində  olduğu  kimi,  ali  təhsil  sahəsinə 

diqqəti daim artırır.  

Azərbaycanın vahid Avropa təhsil məkanına daxil olması bir tərəfdən tədris-

təhsil  modellərinin  müasir  tələblərə  uyğunlaşdırılması,  digər  tərəfdən  isə 

Azərbaycanın  formalaşmış  təhsil  sisteminin  etik-mədəni  özünəməxsusluğunun 

saxlanmasını  bir  zərurət  kimi  irəli  sürdü.  Bu  məqsədlə  təhsil  sisteminin  bütün 

sahələrində  vəziyyətin  təhlili,  mühüm  faktorların  nəzərə  alınması  qloballaşma 

proseslərinin  intensivləşdiyi  şəraitdə  Azərbaycanın  ali  təhsil  sisteminin 

modernləşdirilməsinin əsas zəmini oldu.  

III  minilliyin  əvvəllərində  planetin  ictimai-siyasi,  iqtisadi,  elmi  və  mədəni 

həyatının müxtəlif sahələrində dünyada yaranmış situasiyanın bütün ciddi təhlilləri, 

bir çox aparıcı alimlərin fikrincə, dövrün əsas məzmununu təşkil edən qloballaşma 

kontekstində  aparılır.  Söhbət  artıq  sosial  mövcudluğun  ənənəvi  milli  dövlət 

qurumları çərçivələrinə sığmayan, keyfiyyətcə yeni ümumiliyindən gedir.  

Təhsil  xərclərinin  ilbəil  artması  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə 

birbaşa bağlıdır. “Təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan 

kapitalının  formalaşması  və  güclü  iqtisadiyyatın  qurulmasında  təhsilin  rolu  heç 

vaxt  indiki  qədər  aktual  olmamışdır.  Prezident  bununla  bağlı  belə  deyir:  “Biz 

maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”.  

  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  təhsilə 

diqqəti  və  qayğısı  sayəsində  hazırda  təhsil  sistemində  əsaslı  islahatlar  həyata 

keçirilir,  müxtəlif  problemlər  üzrə  Dövlət  Proqramları  yerinə  yetirilir.  Bunların 

içərisində 31  yanvar 2008-ci  il  tarixli  sərəncamı  ilə təsdiq olunmuş  “Azərbaycan 

Respublikasının  ali  təhsil  müəssisələrinin  Avropa  ali  təhsil  məkanına 

inteqrasiyası”, 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “2009-2013-

cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət 

Proqramı”,  “Təhsil  sisteminin  informasiyalaşdırılması  Proqramı  (2008-2012-ci 

illər)”, 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Elmin inkişafı üzrə 




 

Milli  strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı  Dövlət  Proqramı  (2009-2015-ci 



illər)” xüsusi yer tutur.  

Təhsilin  və  elmin  inkişafı  proqramları  sahəsi  üzrə  fəaliyyət  “Təhsil 

haqqında”,”Elm haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan 

Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə və digər normativ-hüquqi 

aktlara əsaslanır. 

Azərbaycan  Respublikası  Prezidentinin  2013-cü  il  24  oktyabr  tarixli  13 

nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  təhsilin 

inkişafı  üzrə  Dövlət  Strategiyası”ndan  irəli  gələn  tədbirlərin  həyata  keçirilməsi 

istiqamətində  fəaliyyətin  aparılması,  təşkilati-hüquqi  və  mülkiyyət  formasından 

asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün tipdən olan 

təhsil  müəssisələrində  təhsilin  keyfiyyətinin  qiymətləndirilməsinə  dövlət 

nəzarətinin həyata  keçirilməsi,  fəaliyyət  sahəsinə  aid  normativ–hüquqi  sənədlərin 

işlənilib hazırlanmasında iştirak edilməsi, dövlət təhsil standartlarına uyğun olaraq 

monitorinq  və  qiymətləndirmələrin  həyata  keçirilməsi,  təhsilin  keyfiyyətinin 

qiymətləndirilməsi  texnologiyasının  işlənməsi  və  təkmilləşdirilməsi  təhsilin 

inkişafı proqramları sahəsi üzrə mühüm vəzifələrdəndir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları demişdir ki, 

qloballaşma  təbii  prosesdir  və  yəqin  ki,  bu  proses  müəyyən  düzəlişlərlə  davam 

edəcəkdir. Xüsusilə belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli 

dəyərlər  əsasında  tərbiyə  etmək  xüsusi  əhəmiyyət  daşıyır.  Mən  çox  şadam  ki, 

Azərbaycanda  milli  ənənələr  güclənir,  möhkəmlənir  və  bu  prosesləri  daha  da 

sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən 

prioritet məsələdir.  

Son  illərdə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

cənablarının  apardığı  sosial  siyasət  bunu  təsdiq  edir  ki,  yaxın  zamanlarda  bizim 

müəllimlərin  sosial  vəziyyəti  digər  qabaqcıl  ölkələrin  müəllimlərinin  vəziyyətinə 

bərabərləşəcək.  Ölkəmizin  dinamik  inkişaf  edən  iqtisadi  potensialı  bunu  həyata 

keçirməyə  real  zəmin  yaradır.  Son  illərdə  hökumətimiz  tərəfindən  pedaqoji 

işçilərin əmək haqlarının sistemli və mütəmadi şəkildə artırılması dediklərimizi bir 

daha təsdiq edir.  

Akademik  R.  Ə.  Mehdiyev  “İctimai  və  humanitar  elmlər:  zaman 

konteksində baxış” məqaləsində yazır: “Qloballaşma, informasiya texnologiyaları, 

internetin hökmranlığı əsrində təlim-tədris prosesini köhnəlmiş meyarlarla qurmaq 

mümkün  deyildir.  Müasir  reallıq  aparıcı  dövlətlərdə  ictimai-siyasi  və  humanitar 

sahələrdə  islahatların  fəlsəfəsini,  cəmiyyətdə  rolunu  və  statusunu  köklü  surətdə 

dəyişmiş, bu sahədə potensial artıq strateji resursa çevrilmişdir”.  




 

Təhsilin  modernləşdirilməsi  milli  ənənələr  kontekstində  müstəqil  düşüncə 



predmeti idisə, yeni mərhələdə islahatların parametrləri müəyyən dərəcədə Avropa 

təhsil sistemi tərəfindən müəyyən olunur.  

Ali  təhsilin  modernləşdirilməsinin  əsas  məqsədi  ölkənin  ali  təhsilinin 

Avropa  təhsil  məkanına  inteqrasiyası,  onun  məzmununun  Boloniya  prosesinin 

prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətinin təmin edilməsi, 

ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın 

ödənilməsi,  habelə  (həmçinin)  informasiya  cəmiyyətinin  və  biliklərə  əsaslanan 

iqtisadiyyatın  tələblərinə  uyğun  olaraq  kadr  potensialının  yaradılması,  əhalinin 

müasir  tələblərə  cavab  verən  ali  təhsil  almaq  imkanlarının  təmin  edilməsi  üçün 

iqtisadi  və  sosial  baxımdan  səmərəli  ali  təhsil  sisteminin  formalaşdırılmasıdır. 

Azərbaycanda  pedaqogika  elminin  inkişafını  şərtləndirən,  onun  inkişafını  təmin 

edən  əsas  amillərdən  biri  də  elmi-pedaqoji  kadr  hazırlığıdır.  Elmi-pedaqoji  kadr 

hazırlığının  əsas  məqsədi  təhsil  işçilərinə  pedaqogika,  didaktika,  psixologiya, 

defektologiya  üzrə  yenilikləri  çatdırmaqla,  təhsilin  elmi  əsaslar  üzrə  idarə 

olunmasını təmin etmək və ali məktəblərin professor-müəllim heyətinin peşəkarlıq 

səviyyəsini  yüksəltməkdən  ibarətdir.  Ali  təhsil  islahatının  yaxın  və  uzaq 

perspektivdə 

həyata 


keçirilməsi 

keyfiyyətli 

elmi-pedaqoji 

kadrların 

hazırlanmasından asılıdır. Buna görə də elmi-pedaqoji kadrların hazırlanması üçün 

lazımi  şərait  yaradılır,  professor-müəllim  heyətinin  yeniləşməsinə  və 

gəncləşməsinə diqqət yetirilir. Nəticədə təhsil sahəsində çalışan professor-müəllim 

heyətinin  peşəkarlıq  səviyyəsi  yüksəlir.  Ali  pedaqoji  məktəblərin  pedaqogika 

kafedralarını, Azərb. ETPEİ-nin (indiki Təhsil İnstitutu) müvafiq şöbələrini zəruri 

səriştəyə malik elmi və elmi-pedaqoji kadrlarla təchiz etmək yüksək ixtisaslı kadr 

hazırlığının mühüm tərkib hissəsi kimi həmişə diqqət mərkəzində olmuşdur.  

Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının ilkin mərhələsi XX əsrin 20-ci 

illərinin ikinci yarısına təsadüf edir, ancaq o dövrdə elmi-pedaqoji kadr hazırlığının 

qaydasını,  formalarını  və  müddətini  dəqiq  müəyyən  edən  normativ  sənədlər 

olmadığından  "elmi  əməkdaş",  "elmi  işçi",  "aspirant"  kimi  anlayışlar  arasında 

dəqiq  fərq  qoyulmamış,  onların  hüquq  və  vəzifələri  müəyyən  edilməmişdir.  O 

zamanlar elmi işçilərin hazırlanması üçün maliyyə vəsaiti də ayrılmırdı.  

1929-cu  il  mayın  18-də  respublika  XMK  nəzdində  Dövlət  Elm  Şurası  elmi 

işçilərin  hazırlanması  haqqında  əsasnamə  təsdiq  etdi.  Əsasnamədə  göstərilirdi  ki, 

aspiranturada  təhsil  müddəti  3  ildir.  Aspirant  həmin  müddət  ərzində  elmi  işini 

hazırlamalı və fakültənin açıq iclasında onu müdafiə etməlidir.

1

 Aspirant elmi işlə 



                                                           

1

  İki  il  müddətində  aspirant  xüsusi  proqram  və  fərdi  plan  əsasında  fəlsəfəni  öyrənməli,  1-2  sınaq  mühazirəsi 



oxumalı, əgər pedaqogika üzrə tədqiqat aparırsa, pedaqoji mövzuda 2 məruzə hazırlamalı idi. Aspiranturanın ikinci 

ilinin sonunda o, dövlət aspirantura imtahanı verməli, üçüncü ildə bütün gücünü dissertasiyanın hazırlanmasına sərf 

etməli idi. Aspirantın dissertasiya mövzusu birinci ilin sonu, ikinci ilin əvvəlində təsdiq olunurdu. 



 

yanaşı, təhsil illərində rus dilini, azərbaycanlı olmadığı təqdirdə Azərbaycan dilini, 



həm  də  milliyətindən  asılı  olmayaraq  xarici  dillərdən  birini  öyrənməli  idi.  30-cu 

illərə  kimi  Azərbaycanda  pedaqoji  elmlər  üzrə  yüksək  ixtisaslı  mütəxəssislər 

hazırlayan  müəssisə  olmadığından,  müəllim  kadrları  hazırlayan  ali  məktəblər 

pedaqogika elminin qarşısında duran vəzifələri yerinə yetirə bilmirdi. Gənc nəslin 

təlim-tərbiyəsi 

ilə 


məşğul 

olan 


qabaqcıl 

müəllimlərin 

təcrübəsini 

ümumiləşdirməyə, pedaqogikanın elmi-nəzəri problemlərini, tərbiyə nəzəriyyəsini 

və didaktikanın mühüm problemlərini araşdırmağa ciddi ehtiyac duyulurdu. Bunun 

üçün həmin problemlə məşğul olan xüsusi elmi-tədqiqat müəssisəsinin yaradılması 

vacib idi.  

1931-ci  ildə  təsdiq  olunan  Azərbaycan  Elmi-Tədqiqat  Pedologiya 

İnstitutunda 1932-ci ildə aspirantura yaradıldı.  

Azərbaycan Respublikası Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 1930-cu il 30 

iyun tarixli 30 nömrəli və Xalq Maarifi Komissarlığının 1931-ci il 29 iyun tarixli 

87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk elmi tədqiqat 

institutu  Azərbaycan  Elmi-Tədqiqat  Pedologiya  İnstitutu  yaradılmışdır.  İnstitutun 

adı, onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilmişdir: 

 

1931-ci  il  iyulun  1-dən  1932-ci  ilin  oktyabr  ayınadək  “Azərbaycan  Elmi-



Tədqiqat Pedologiya İnstitutu”; 

 



1932-ci  il  oktyabr  ayından  1934-cü  ilin  oktyabr  ayınadək  “Azərbaycan 

Pedologiya və Pedaqogika İnstitutu”; 

 

1934-cü  il  oktyabr  ayından  1934-cü  ilin  dekabr  ayınadək  “Azərbaycan 



Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu”; 

 



1934-cü  ildən  1936-cı  il  avqust  ayınadək  “Azərbaycan  Pedologiya  və 

Pedaqogika İnstitutu”; 

 

1936-cı  il  avqust  ayından  1937-ci  ilin  dekabr    ayınadək  “V.İ.Lenin  adına 



Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu”; 

 



1938-ci  il  yanvar  ayından  1938-ci  ilin  iyun  ayınadək  “Azərbaycan  Elmi-

Tədqiqat Pedaqogika İnstitutu”; 

 

1938-ci  il  iyun  ayından  1946-cı  ilin  yanvar  ayınadək  “Azərbaycan  SSR 



Maarif Nazirliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutu”; 

 



1946-cı ilin yanvar ayından 1951-ci ilin yanvar ayınadək “Azərbaycan Elmi-

Tədqiqat Pedaqogika İnstitutu”; 

 

1951-ci ildən 1977-ci ilin mart ayınadək ”Azərbaycan Dövlət Elmi-Tədqiqat 



Pedaqogika İnstitutu”; 

 



1977-ci  ilin  mart  ayından  2000-ci  ilin  iyun  ayınadək  “Azərbaycan  Elmi-

Tədqiqat Pedaqoji Elmlər İnstitutu”; 




 



 

Azərbaycan  Respublikasının  Prezidentinin  13  iyun  2000-ci  il  tarixli  349 

nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-

Metodik  Mərkəz  və  Elmi-Tədqiqat  Pedaqoji  Elmlər  İnstitutunun  bazasında 

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır. 

 



Azərbaycan  Respublikasının  Prezidentinin  16  noyabr  2016-cı  il  tarixli 

Fərmanı ilə "Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 

13  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  "Azərbaycan  Respublikasında  təhsilin 

inkişafı  üzrə  Dövlət  Strategiyası"na  əsaslanaraq,  Azərbaycan  Respublikası 

Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq,  Azərbaycan 

Respublikasının  Təhsil  Problemləri  İnstitutunun  adı  dəyişdirilərək  Azərbaycan 

Respublikasının Təhsil İnstitutu adlandırılmışdır. 

İlk  dövrdən  aspiranturaya  ən  bacarıqlı,  istedadlı  gənclər  (Əhməd  Seyidov, 

Mehdi  Mehdizadə,  Məmmədsəlim  Tahirli,  Zümrüd  Axundova,  Qulam  Hüseynov 

və  b.)  qəbul  olunmuşdur.  Sonralar  (məsələn,  1935-ci  ildə)  aspiranturaya,  əsasən, 

bir  neçə  il  İnstitutda  fəaliyyət  göstərmiş  şəxslər  (Mərdan  Muradxanov,  Vəlixan 

Mustafazadə, Əliş  Həsənov, Əmir  Tağıyev, İsmayıl  Mərdəliyev, Surxay  Hacıyev, 

Mirzəağa  Quluzadə  və  b.)  qəbul  edilmişlər.  Həmin  şəxslər  alimlik  dərəcəsi 

aldıqdan  sonra  pedaqoji  elmlərin,  ədəbiyyatın  inkişafında  böyük  xidmət 

göstərmişlər. Elə həmin ildə İnstitut əməkdaşlarından Qulam Məmmədov, İsgəndər 

Novruzov, Aleksey Loqinov və b. qiyabi aspiranturaya qəbul olunmuşlar.  

İlk aspirantlardan Ə. Seyidov, M. Mehdizadə və başqalarına keçmiş SSRİ-

nin  mərkəzi  şəhəri  olan  Moskva  alimləri  rəhbərlik  edirdilər.  1935-ci  ildə  Əli 

Abdullayev  Moskva  Elmi-Tədqiqat  Fiziologiya  İnstitutunun  aspiranturasına 

göndərildi.  1936-cı  ildə  aspirant  O.  M.  Çeqlakova  Moskvada  psixologiya  üzrə 

namizədlik dissertasiyasını müdafiə etdi.  

Keçən  əsrin 30-40-cı illərində pedaqogika ixtisası üzrə aspirantura xətti ilə 

elmi və elmi-pedaqoji kadr hazırlığında obyektiv və subyektiv xarakterli çətinliklər 

mövcud  idi.  Belə  ki,  aspirantların  bəzilərinin  təhsil  hazırlığının  kifayət  qədər 

olmaması,  rus  və  xarici  dilləri  zəif  bilməsi  başqa  dillərdəki  ədəbiyyatlardan 

istifadəni  çətinləşdirir,  onların  ixtisas  səviyyələrinə  mənfi  təsir  göstərməklə,  fərdi 

hazırlıq  planlarının  yerinə  yetirilməməsi  ilə  nəticələnirdi.  Başqa  bir  çətinlik  isə 

pedaqoji  elmlər  üzrə  yüksək  ixtisaslı  elmi  rəhbərlərin  -  elmlər  doktorlarının, 

professorların yoxluğu ilə bağlı idi.  

1939-cu ildə aspirantura xətti ilə elmi kadrların hazırlanmasına diqqət daha 

da artırıldı.  Aspirantların bəziləri  (M. Muradxanov,  V.  Mustafazadə,  Ə.  Tağıyev, 

Ə.  Həsənov  və  b.)  bir  il  müddətinə  Leninqrada,  A.  İ.  Gertsen  adına  Pedaqoji 

İnstitutun  aspiranturasına  göndərilmişdilər.  Onların  yüksək  ixtisaslı  alimlərin 

rəhbərliyi  altında  yetişdirilmələri  üçün  hər  cür  şərait  yaradılmışdı.  Leninqradın 

görkəmli pedaqoqlarından Ş.İ. Qanelin, Y.Y. Qolant, L.Y. Raskin, İ.V. Svadkovski 



 

və M.M. Rubinşteynin rəhbərliyi və yaxından köməyi həmin aspirantların bacarıqlı 



tədqiqatçı kimi yetişmələrinə güclü təsir göstərdi. Onlar Leninqraddan qayıtdıqdan 

sonra ciddi tədqiqata girişdilər və ilk növbədə pedaqogikanın nəzəri problemlərini, 

o cümlədən kommunist tərbiyəsi və Azərbaycan pedaqoji fikrin tarixi məsələlərini 

işləməyə başladılar. Həmin dövrlərdə sovet rus alimlərinin köməyindən daha çox 

istifadə edilmişdir.  

Aspiranturaya,  bir  qayda  olaraq,  ən  azı  iki  il  maarif  sahəsində  iş  stajına 

malik olan, elmi axtarışlara böyük həvəs göstərən səriştəli müəllimlər, ali məktəbi 

fərqlənmə diplomu ilə bitirən tələbələr qəbul edilirdilər. Onlar pedaqogikanın tarixi 

və  nəzəriyyəsi,  psixologiya,  defektologiya,  sosiologiya  və  xüsusi  metodikaların 

aktual problemləri üzrə tədqiqat aparırdılar.  

Aspirantlara  rəhbərlik  işinə  İnstitutun  bir  sıra  təcrübəli  əməkdaşları  ilə 

yanaşı,  Milli  Elmlər  Akademiyası,  Bakı  Dövlət  Universiteti,  Azərbaycan  Dövlət 

Pedaqoji  Universiteti  və  digər  ali  təhsil  müəssisələrinin  görkəmli  alimləri  cəlb 

edilmişdilər.  

Aspirant  və  dissertantlar  üçün  İnstitutda  gənc  alimlər  şurası  fəaliyyət 

göstərirdi. Bu şuranın məşğələlərində elmi-tədqiqatın metodoloji əsasları, pedaqoji 

tədqiqatın metodları, təcrübi materialların işlənməsi, alınmış nəticələrin təcrübədə 

sınaqdan keçirilməsi və s. məsələlər üzrə mühazirələr oxunmuş, həmçinin, işgüzar 

söhbətlər  təşkil  edilmişdi.  Bu  mühazirə  və  məsləhətlərə  respublikanın  görkəmli 

pedaqoq, psixoloq və metodistləri cəlb olunmuşdular.  

II  dünya  müharibəsindən  sonra  respublikamızda  getdikcə  inkişaf  edən 

pedaqoji institutların və pedaqoji elmin tələbatını təmin etmək məqsədilə pedaqoji 

elmlər  sahəsində  kadr  hazırlanması  sürətlə  genişləndi,  pedaqoji  elmlər 

namizədlərinin  sayı  ildən-ilə  artdı,  pedaqoji  elmlər  üzrə  doktorların  yetişməsinə 

şərait yarandı. Dövlət və hökumət orqanları elmi və elmi-pedaqoji kadr hazırlığını 

genişləndirmək məqsədilə müvafiq qərar və sərəncamlar qəbul etdilər. 1944-cü il 

yanvarın  2-də  SSRİ  Xalq  Komissarları  Soveti  yanında  Ümumittifaq  Ali  Məktəb 

İşləri  Komitəsinin  “Ali  məktəblərdə  aspirantlar  hazırlanmasını  yaxşılaşdırmaq 

tədbirləri haqqında” əmrində aspirantların müsabiqə yolu ilə seçilməsi, müttəfiq və 

muxtar  respublikaların  ali  məktəblərinin  aspiranturasına  yerli  millətdən  olan 

şəxslərin qəbuluna üstünlük verilməsi məqsədəuyğun hesab olundu.  

Ötən  əsrin  60-cı  illərin  ikinci  yarısında  respublikada  pedaqoji  elmlər  üzrə 

elmi-pedaqoji  kadr  hazırlığında  ixtisaslaşdırılmış  müdafiə  şuralarının  yaradılması 

və  ADU-nun  müdafiə  şurasına  pedaqoji  elmlərin  müvafiq  problemləri  üzrə 

doktorluq  dissertasiyalarının  müdafiəsini  təşkil  etmək  hüququnun  verilməsi 

pedaqoji  elmlərin  inkişafını  şərtləndirən  əsas  amillərdən  birinə  çevrilməklə, 

respublikanın elmi-pedaqoji həyatında böyük canlanma yaratdı, elmi-pedaqoji kadr 

hazırlığının yeni sistemi formalaşmağa başladı. 60-cı illərdə və 70-ci illərin birinci 




 

yarısında elmi və elmi-pedaqoji kadrların hazırlanmasının müxtəlif problemləri ilə 



əlaqədar rəsmi dövlət orqanlarının diqqət və qayğısını ifadə edən mühüm qərarlar 

qəbul  edildi.  Bu  qərarların  məntiqi  nəticəsi  olaraq  elmi  və  elmi-pedaqoji  kadr 

hazırlamağın  əsas  vasitəsi  olan  aspiranturada  təhsil  alanların  sayı  artdı,  kadr 

hazırlığı respublikanın ali pedaqoji məktəblərinin tələbatına uyğun davam etdirildi.  

Doktorant  və  dissertant  hazıtlığında  mühüm  mərhələ  onların  dissertasiya 

mövzularının düzgün seçilməsi ilə bağlıdır. Düzgün tərtib olunan plan dissertasiya 

işinin  vacib  tərkib  hissəsidir.  Təkrar  tədqiqat  mövzularına  yol  verilməməsi 

məqsədi ilə 1970-80-ci illərdə Azərbaycan ETPEİ-də Pedaqoji və Psixoloji elmlər 

üzrə  Elmi-Tədqiqatları  Əlaqələndirmə  Şurası  yaradıldı.  Bu,  pedaqoji  elmlərin 

inkişafında  və elmi-pedaqoji  kadr hazırlığında xüsusi  mərhələ hesab olunmalıdır. 

1974-cü  ildə  yaradılan  həmin  Şuranın  ilk  sədri  prof.  Nürəddin  Kazımov,  sonra 

prof. Zahid Qaralov olmuşdur. Müxtəlif illərdə prof. Y.Ş. Kərimov, Ş. Mikayılov, 

A.O.  Mehrabov  Şuraya  rəhbərlik  etmişlər.  Qısa  müddətdə  Şuranın  işində  fasilə 

əmələ  gəlmiş  və  Şuranın  İnstitutdan  alınması  təhlükəsi  yaranmışdı.  Lakin  Təhsil 

Problemləri  İnstitutunun  direktoru  olmuş  Qulu  Novruzovun  gərgin  əməyi 

nəticəsində  Şura  İnstituta  qaytarıldı.  Hazırda  Təhsil  Tədqiqatları  üzrə  Problem 

Şurasına pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov rəhbərlik 

edir.  


Elmi  dərəcə  və  elmi  adların  verilməsini  təsdiq  edən  SSRİ  AAK-sı  1932-ci 

ildə  yaradılmış,  1934-cü  ildə  fəaliyyətə  başlamışdı.  SSSR  AAK  1974-cü  ilədək 

SSRİ  Ali  və  Orta  İxtisas  Təhsili  Nazirliyi  yanında  olmuş,  Sov.  İKP  MK-nın  və 

SSRİ Nazirlər Sovetinin “Elmi və elmi-pedaqoji kadrların attestasiyasını daha da 

təkmilləşdirmək tədbirləri haqqında” qərarına əsasən SSRİ Nazirlər Soveti yanında 

AAK-na  çevrilmişdi.  SSRİ  AAK-sı  1992-ci  ilə  kimi  Azərbaycanın  ali  məktəb  və 

elmi-tədqiqat institutları elmi şuralarının qərarına əsasən alimlik dərəcələrini təsdiq 

etmiş, 


respublikamızda 

yaradılan 

şuralara 

doktorluq 

və 

namizədlik 



dissertasiyalarını müdafiə etmək hüququ vermiş, onların tərkibini təsdiq etmişdir. 

Hazırda  bu  işi  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya 

Komissiyası həyata keçirir.  

Pedaqoji  və  psixoloji  elmlər  üzrə  elmi  tədqiqatların  əlaqələndirilməsində 

Şura  faydalı  işlər  görmüş,  sistematik  olaraq  hər  il  respublikanın  ali  pedaqoji 

məktəbləri,  universitetləri,  Azərbaycan  ETPEİ  (hazırki  Təhsil  İnstitutu),  MMTİ 

(keçmiş  Azərbaycan Müəllimlər  İnstitutu)  və  digər institutlarda  işlənilən  yüzlərlə 

elmi-tədqiqat mövzularını əlaqələndirərək onların vahid planını tərtib etmiş, mövzu 

seçmək  işində  tez-tez  təsadüf  olunan  təsadüfiliyə,  paralelçiliyə,  təkrarçılığa  yol 

verilməməsinə  çalışmış,  namizədlik  və  doktorluq  dissertasiyalarının  mövzularının 

aktuallığına, nəzəri və praktik əhəmiyyətinə nəzarət etmiş, kollektiv və kompleks 

tədqiqatlar şəbəkəsini genişləndirmişdir.  




 

Elmi-pedaqoji  kadr  hazırlığında,  aspirant  və  dissertantların  elmi  hazırlıq 



səviyyəsinin yüksəldilməsində 1978-ci ildən başlayaraq hər il keçirilən ali məktəb 

aspirantlarının  respublika  elmi  konfransı  da  böyük  rol  oynayır.  Gənc 

tədqiqatçıların elmi yaradıcılıqlarının hesabatına çevrilən belə ənənəvi konfranslar 

elmin  başqa  sahələri  ilə  yanaşı,  pedaqogikanın  nəzəriyyəsi  və  tarixinin  müxtəlif 

istiqamətləri  və  problemləri  üzrə  geniş  elmi  fikir  mübadiləsinə  meydan  açır. 

İnstitutun  aspirant  (doktorant)  və  dissertantları  həmin  tədbirlərdə  fəal  iştirak 

edirlər.  

Müəllimlərin  və  alimlərin  diqqətini  cəlb  edən,  iş  təcrübəsi  qazanmış,  elmi 

axtarışlara  ciddi  maraq  göstərən  qabaqcıl  müəllimlər,  məktəb  rəhbərləri  beş  il 

müddətinə  İnstitutun  müvafiq  şöbələrinə  təhkim  olunur,  elmi  məsləhətçilərin 

köməyi ilə müəyyən problem üzrə tədqiqat aparır və müvəffəqiyyətlə namizədlik 

dissertasiyasını  müdafiə  edirlər.  İndiyə  qədər  bu  yolla  namizədlik  dissertasiyasını 

müdafiə edənlərin sayı 250-ni keçmişdir. Hal-hazırda 100 nəfər qabaqcıl müəllim, 

tərbiyəçi, məktəb rəhbəri, elmi işçi İnstitutun dissertantıdır.  

Aspirant  və  dissertantların  səmərəli  fəaliyyət  göstərmələrinə  elmi  rəhbərlər 

faydalı  məsləhətləri  ilə  yaxından  kömək  göstərirlər.  Xüsusilə  Azərbaycan  Milli 

Elmlər  Akademiyasından  akademik  R.M.  Əliquliyev,  M.M.  Abbasov,  Rusiya 

Təhsil Akademiyasından akademik Ş.A. Amonaşvili, H.H. Əhmədovun, İnstitutun 

professorlarından  Y.Ş.  Kərimov,  Ş.A.  Mikayılov,  V.C.  Xəlilov,  A.N.  Abbasov, 

P.B.  Əliyev,  İ.H.  Cəbrayılov,  R.İ.  Əliyev;  Bakı  Dövlət  Universitetinin 

professorlarından  H.Ə.  Əlizadə,  M.Ş.  Babayev,  Ə.Ə.  Əliyev,  K.İ.  Xudaverdiyev, 

A.C. Hacıyev; Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorlarından F.A. 

Rüstəmov, M.S. Cəbrayılov, Ə.T. Baxşəliyev, S.M. Quliyev, S.S. Həmidov, A.S. 

Adıgözəlov,  Q.E.  Əzimov,  M.  Əmirov,  M.İ.  İlyasov,  R.L.  Hüseynzadənin, 

dosentlərindən 

Ə.M.  Abbasov,  A.Hacıyev  və  başqalarının  yetirmələri 

dissertasiyalarını  vaxtında  və  uğurla  müdafiə  etmiş,  digərləri  isə  tədqiqatlarını 

davam etdirirlər.  

Hazırda  İnstitutda  çalışan  elmi  işçilərin  əsas  hissəsi  onun  aspiranturasının 

yetişdirməsidirlər.  İnstitutun  hazırladığı  yüksək  ixtisaslı  kadrlar  eyni  zamanda 

respublikamızın  müxtəlif  pedaqoji  və  elmi  müəssisələrində,  eləcə  də  Azərbaycan 

Respublikasının  Təhsil  Nazirliyində  çalışırlar,  həmçinin,  AMEA-da  akademiya 

üzvü kimi təmsil olunurlar. 

İnstitutun  yetirmələri  respublikanın  müxtəlif  elmi  və  pedaqoji  təhsil 

müəssisələrində  elmi  işçi,  baş  müəllim,  dosent,  professor,  kafedra  müdiri, 

prorektor və rektor kimi fəaliyyət göstərirlər.  

Azərbaycan  Respublikası  Prezidentinin 13  iyun  2000-ci il  tarixli sərəncamı 

ilə  yaradılan  Təhsil  Problemləri  İnstitutunun  (AR  TPİ)  keçmiş  aspirantura 



şöbəsinin  bazasında  yeni  yaradılmış  Elmi-pedaqoji  kadrların  hazırlanması 


10 

 

şöbəsinin  adı  2014-cü  ildə  İnstitutda  aparılan  struktur  dəyişikliyindən  sonra 

redaktə  olunur  və  Elmi-pedaqoji  kadr  hazılığı  şöbəsi  kimi  fəaliyyətini  uğurla 

davam  etdirir.  Elmi-pedaqoji  kadr  hazılığı  şöbəsi  Azərbaycan  Respublikasının 

Təhsil  İnstitutunun  struktur  vahidi  olub,  onun  nizamnaməsində  formalaşmış 

ümumi  və  öz  əsasnaməsinə  uyğun  vəzifələrin  yerinə  yetirilməsində  mühüm  rol 

oynayır. Şöbə işini İnstitutun nəzdində olan bütün şöbələrin müvafiq əməkdaşları, 

elmi  müxbirləri,  doktorant  və  dissertantları  ilə  əlaqələndirir,  fəlsəfə  və  elmlər 

doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik edir.  

Elmi-pedaqoji kadr hazırlığı şöbəsi AR Tİ-nin struktur şöbəsi olaraq ölkənin 

ali  təhsil  müəssisələri,  AMEA-nın  institutları,  təhsil  mərkəzləri  və  qurumları  ilə 

yaxın  əməkdaşlıq  edir.  Həmçinin,  yerli  və  xarici  (dövlət  və  özəl  olmaqla)  təhsil 

sisteminin idarəetmə strukturlarının doktorantura şöbələri ilə əməkdaşlığını qurur, 

müvafiq  sahə  üzrə  təhsil  sahəsində  maarifləndirmə    mexanizmini  hazırlayır. 

Şöbədə beynəlxalq əməkdaşlıq əsasən universitetlərarası və qurumlararası ikitərəfli 

razılaşmalar, anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi 

hüquqi vasitələr çərçivəsində həyata keçirilir. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  14  dekabr  tarixli 

235 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda 

fəlsəfə  doktoru  və  elmlər  doktoru  proqramları  üzrə  doktorant  və  dissertant 

hazırlığına icazə verilmişdir.  

İnstitutun  adı  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  14 

dekabr  tarixli  235  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  doktoranturalar  yaradılan 

Azərbaycan  Respublikasının  ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların 

siyahısında da yer almışdır.  

 

Azərbaycan 



Respublikasının 

Prezidenti 

yanında 

Ali 


Attestasiya 

Komissiyasının  fəaliyyətini  tənzimləyən  müvafiq  hüquqi  aktların  təsdiq  edilməsi 

haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  2003-cü  il  21  fevral  tarixli  857 

nömrəli Fərmanı ilə təsdiq edilmiş, 2008-ci il 5 iyun tarixli 769 nömrəli və 2011-ci 

il  15  fevral  tarixli  381  nömrəli  Fərmanları  ilə  əlavələr  və  dəyişikliklər  edilmiş 

(əlavə  II)  və  qeyd  edilmişdir  ki,  doktorantura  hazırlığı  ali  təhsilin  üçüncü 

səviyyəsidir  və  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq 

edilmiş  doktorantura  ixtisaslarının  (proqramlarının)  təsnifatına  uyğun  müvafiq 

ixtisaslar  üzrə  geniş  profilli  alim  və  mütəxəssis  hazırlığının  həyata  keçirilməsini 

təmin edir. 

Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 

həyata  keçirilir.  Elmi  dərəcələrin  və  elmi  adların  verilməsi  qaydaları  haqqında  

Əsasnamənin  2-ci,  4-cü  və  38-ci  bəndlərinə  əsasən  fəlsəfə  doktoru  elmi  dərəcəsi 

iddiaçılarına  dissertasiyalarının  müdafiəsindən  sonra  dissertasiya  şuralarının 

təqdim  etdiyi  vəsatət  əsasında,  4-6  ay  ərzində  baxılaraq,  Azərbaycan 



11 

 

Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyası  tərəfindən 



müəyyən edilmiş nümunədə diplom verilir. 

Hazırda doktorantlarımız öz tədqiqatlarını internet vasitəsilə dünyaya təqdim 

edə  bilirlər.  Son  iki  ildə  onlarla  doktorant  və  dissertant  təhsil  müddətindən  xeyli 

əvvəl  dissertasiyalarını  tamamlayaraq  müdafiə  şuralarına  təqdim  etmiş,  müdafiə 

etmiş və diplomlarını almışlar. Onlar xarici dillərə yiyələnərək yaxın və uzaq xarici 

ölkələrdə  Azərbaycan  xalqını,  onun  elminin  inkişafını,  milli-mənəvi  dəyərlərini, 

tolerantlıq  və  multikultural  dəyərlərini,  adət-ənənələrinin  bəşəri  xüsusiyyətlərini 

şərəflə  təqdim  və  təbliğ  edirlər.  Bu  elmi  zəfərlərə  aparan  şərəfli  yolda  bütün 

tədqiqatçılara yeni yaradıcılıq uğurları ilə yanaşı əzmkar olmağa çağırırıq. 

                                                                                                    

     Hümeyir  Əhmədov                                                                                                                                              

                                                           pedaqogika üzrə elmlər doktoru, akademik 

                                                                                   əməkdar elm və təhsil xadimi                                                                                                         

 

 



Yüklə 108,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə