Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet, xüsusi rabitə və simmetrik rəqəmsal portdan istifadə xidmətlərinin tarifləri barədə



Yüklə 37,86 Kb.
tarix05.02.2018
ölçüsü37,86 Kb.
#25733

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet, xüsusi rabitə və simmetrik rəqəmsal portdan istifadə xidmətlərinin tarifləri barədə

QƏRAR № 7

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
Q Ə R A R №07 
Bakı şəhəri,         24 noyabr  2011-ci il
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet, xüsusi rabitə və simmetrik rəqəmsal portdan istifadə xidmətlərinin tarifləri barədə
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciətinə və Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet xidmətləri üzrə tariflər aşağıdakı kimi təsdiq edilsin:

Sıra

-si

Kanalın tutumu (kb/s)

Aylıq abunə tarifləri (ƏDV-siz, manatla)

1.

512

15,0

2.

1024

30,0

3.

1536

45,0

4.

2048

60,0
  
1.1. Kanal tutumundan asılı olmayaraq, qoşulma üçün tarif bir dəfə ödənilmək şərti ilə 50,0 manat (ƏDV-siz) səviyyəsində müəyyən edilsin.
1.2. Digər tutumlar üzrə aylıq abunə tarifi 1024 kb/s sürət üçün nəzərdə tutulan tarifə mütənasib qaydada hesablansın.
1.3. Göstərilən xidmət zamanı kanalın simmetrikliyi (giriş-çıxış üzrə ayrılan sürətin həcminin bərbərliyi) və trafikin həcmindən asılı olmayaraq ayrılmış sürətin verilməsi təmin edilsin.
2. Xüsusi rabitə xidmətləri üzrə tariflər aşağıdakı kimi təsdiq edilsin:

 Sıra

-si

Xidmətlərin adı

Tariflər

(ƏDV-siz, manatla)

1.

Tetra” xüsusi radiorabitə sisteminə qoşulma

80,0

2.

Xüsusi radiorabitə qurğusu”ndan istifadə üçün aylıq abunə

 

2.1.

“Trank” radiorabitəsi üçün

3,0

2.2.

Mobil şəhər telefonu üçün

5,0

2.3.

Mobil xüsusi rabitə telefonu üçün

8,0

3.

Xüsusi rabitə telefonunun çəkilişi

rəqəmli

3.1.

Büdcədən maliyyələşən təşkilatlar üçün

50,0

3.2.

Büdcədən maliyyələşən təşkilatlar üçün (birləşdirici xətlə)

75,0

3.3.

Təsərrüfat hesablı təşkilatlar üçün

80,0

3.4.

Təsərrüfat hesablı təşkilatlar üçün (birləşdirici xətlə)

135,0

4.

Xüsusi rabitə telefonundan istifadə üçün aylıq abunə

analoq

rəqəmli

4.1.

Büdcədən maliyyələşən təşkilatlar üçün

4,0

5,0

4.2.

Təsərrüfat hesablı təşkilatlar üçün

6,0

8,0

4.3.

Büdcədən maliyyələşən və təsərrüfat hesablı təşkilatlar üçün (birləşdirici xətlə)

8,0

10,0
 
3. “AzStateNet” fiber optik şəbəkəsinin yerlərdəki avadanlıqlarına qədər olan qoşulma üçün simmetrik rəqəmsal portdan istifadə xidmətləri üzrə aylıq tariflər aşağıdakı kimi təsdiq edilsin:

 Sıra №-si

Qoşulma növü və sürət

Tariflər (ƏDV-siz, manatla)

1.

Ethernet port - 10 mb/s

250,0

2.

Ethernet port - 100 mb/s

400,0

3.

E1 port - 2 mb/s

280,0

4.

xDSL port - 2 mb/s

170,0
 4. Bu qərar 01 dekabr 2011-ci il tarixindən qüvvəyə minir və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən xidmətlərə dair əvvəllər qəbul edilmiş tariflər qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası 
Tarif (qiymət) Şurasının sədri                                            Şahin Mustafayev




Yüklə 37,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə