Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə1/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
  1   2   3   4   5   6   7   8   9   ...   23


 

                



         AZƏRBAYCAN  RESPUBLĠKASI  

 

                  MƏDƏNĠYYƏT VƏ TURĠZM NAZĠRLĠYĠ 

 

      F. KÖÇƏRLĠ ADINA RESPUBLĠKA UġAQ KĠTABXANASI 

 

                       ELMĠ-METODĠKA ġÖBƏSĠ 

 

  

 



 

Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik 

 

yubileyi ilə əlaqədar

 

                      

hazırlanmış

 

metodik vəsait. 

 

           

         

 

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

 

 

 

                 



 

 

 



 

                                                    

Bakı 

- 2014 


 


 

                                         Sərəncam 



Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. 

 

Sərəncamda deyilir: ―2014-cü ilin may ayında Azərbaycanın xalq yazıçısı, 



respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd 

oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi tamam olur. 

 

İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu 



yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr verib. 

Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin 

təşəkkülünə səmərəli təsir göstərib. Azərbaycan teatr səhnəsinin müasir 

simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus 

əhəmiyyətli yer tutur. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq, milli ədəbiyyatın inkişafında mühüm xidmətləri olan İlyas 

Əfəndiyevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə 

qərara alıram: 

 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan 



Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə 

birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq 

yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını 

hazırlayıb həyata keçirsin. 

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn 



məsələləri həll etsin‖. 

 

 



 

 

 



 

 

 



 

 

 



                             


 

                             Tərtibçidən    



           "İlyas Əfəndiyev: Şeirə sığmayan ömür" 

 XX əsr Azərbaycan ədəbiyyatının klassiki olmaqla milyonlarla oxucunun 

və tamaşaçının məhəbbətini qazanmış, Azərbaycan ədəbiyyatı və teatrı tarixində 

silinməz iz qoymuş İlyas Əfəndiyevin vəfatından 18 ilə yaxın vaxt ötür. 



 

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu 

gözəlliklər  aləminə  çəkib  aparmaq,  haqq-ədalət  uğrunda  mübarizəyə 

ruhlandırmaq,  həqiqətin  tapılmasında  hər  kəsə  yardımçı  olmaq  kimi  ali 

keyfiyyətlər az - az qələm sahibinə nəsib olur. 

 Dərin  məna  tutumu,  ictimai  fikrə  hakim  kəsilmək  gücü  ilə  bir-birini 

tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi 

əks  etdirən  aktual  əsərləri  ilə  xalqın  məhəbbətini  qazanan  İlyas  Əfəndiyev  belə 

xoşbəxt taleli sənətkarlardandır. 

Onun  qələmindən  çıxan  hər  söz,  hər  cümlə  ―Bahar  suları‖  kimi  canlı  və 

qaynar  idi.  Onun  ―Söyüdlü  arx‖ından  XX  əsr  Azərbaycan  lirik  nəsri  su  içdi, 

―Körpüsalanlar‖ı qəlblərə sevgi, məhəbbət, səmimilik körpüsü saldı.  

Masa  arxasında  üç  dostun  -  qələm,  kağız  və  sənətkar  düşüncəsindən 

yaranan  ―Dağlar  arxasında  üç  dost‖u  isə  dağlar  qədər  ucalaraq  mənsub  olduğu 

xalqın  kökü  əsrlərin  dərinliklərindən  gələn  ədəbiyyatının  zirvəsinə  qalxdı. 

           Parlaq  yaradıcılığı  ilə  XX  əsr  Azərbaycan  ədəbi  prosesinin  öncül 

sıralarında şərəflə addımlayan İlyas Əfəndiyev həm də görkəmli dramaturq kimi 

teatr sənətinin inkişafında da özünəməxsus xidmətin, cəfakeşliyin sahibi idi.  

Bəli, təməli Mirzə Fətəli Axundov tərəfindən qoyulmuş Azərbaycan teatrı 

nəhəng  və  möhtəşəm  bir  binadır.  Onun  hər  mərtəbəsinin  bir  yaradıcısı  var.  Bu 

sırada  Mirzə  Cəlil,  Hüseyn  Cavid,  Cəfər  Cabbarlı  ilə  yanaşı  dayanmağa  məhz 

İlyas  Əfəndiyevin  qüdrəti  çatdı.  ―Çünki  Azərbaycan  milli  teatr  sənətinin  ulu 

binasının  ən  incə,  lirik,  həssas  və  qeyrətli  mərtəbəsi  artıq  ―İlyas  Əfəndiyev 

Teatrı‖na məxsusdur.  



 

            İ.Əfəndiyev  bədii  yaradıcılığının  ədəbi  –  estetik  əhəmiyyəti,  əsərlərinin 

uzunömürlülüyü,  populyarlığı  baxımından  ədəbiyyatımızın  ən  görkəmli 

nümayəndələrindən  biridir.  Xalq,  Vətən,  cəmiyyət,  insanlıq  qarşısında  mənəvi 

borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi – 

ictimai  fikir  tariximizdə  lirik  –  psixoloji  üslubun  inkişafı  və  böyük  uğurları 

bilavasitə İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.  

 

İnamla söyləməliyik ki, Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas 



Əfəndiyev  qədər  teatrla  uzunmüddətli  fəal  yaradıcılıq  əlaqəsi  qurmamışdır. 

Akademik  Milli  Dram  Teatrda  yazıçının  bütün  pyesləri  tamaşaya  qoyulmuşdur. 

Onun qələmindən çıxan və Azərbaycan dramaturgiyasının nadir incilərindən olan

yüksək  vətəndaşlıq  pafosu,  incə  lirizmlə  aşılanan  bu  pyeslər  teatr  sənətimizdə 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə