Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü0,76 Mb.
#58946


 

AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ 

 

 AZƏRBAYCAN DÖVLƏT MƏDƏNĠYYƏT  

VƏ ĠNCƏSƏNƏT UNĠVERSĠTETĠ 

 

 

 

 

 

 

 

 

 

RAST MUĞAMI 

 

(Muğam fənni üzrə metodik vəsait) 

 

 

 

 

Azərbaycan  Respublikası  Təhsil  nazirinin 

04.06.2010-cu  il  tarixli  732 



-li  əmri  ilə

 

 

təsdiq edilmişdir. 

 

 

 

 

 

 

 

BAKI – 2010 

 



 



Tərtibçi:  



Zakir Mirzəyev 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 

dosenti Sənətşünaslıq namizədi,  

Respublikanın Əməkdar artisti 

 

Redaktor:   

Vamiq Məmmədəli oğlu Məmmədəliyev Azərbaycan Dövlət 

Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın 

Əməkdar artisti. 

 

Rəyçilər:  

Tofiq Əhmədağa oğlu Bakıxanov  

Respublikanın Xalq artisti, professor,  

şöhrət  ordenli, bəstəkar. 

 

Gülnaz Abdullazadə  

Respublikanin Əməkdar İncəsənət xadimi,  

fəlsəfə elmləri doktoru, professor, Y.Məmmədəliyev adına 

mükafatın laureatı, Ü.Hacıbəyli adına 

 BMA-nın prorektoru  

 

 

 

Maral Cəbrayıl qızı Manafova  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 

elmi işlər üzrə prorektoru,  Pedaqogika üzrə fəlsəfə doktoru, 

professor  

 

Gülağa Zeynalov  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  

Universitetinin dosenti  

 

Z.Mirzəyev. Rast muğamı. Методик вясаит. – Бакы: Мцтяръим, 2010. – 36 сящ. 



 

Elmi-metodik vəsaitin giriş hissəsində dünyada tanınmış onlarca görkəmli alimlə-

rin  muğam  janrına  müraciət  edərək  bu  sahədə  elmi  əsərlər  yazmaları  izlənilir.  Bununla 

yanaşı  korifey  xanəndə  və  sazəndələrin  adları  çəkilərək  gördükləri  işlər  barədə  məlumat 

verilir.  Ümumilikdə  metodik  vəsaitdə  muğam  haqqında  yığcam  və  dərin  mənalı  fikirlər 

meydana çıxaraq “Rast” muğamının təhlili şöbə və guşələrinin mahiyyəti onların harmo-

nik baxımından biri-digərindən asılı və bağlı olmasının əhəmiyyətindən söhbət açmağa bir 

zəmin yaradır. Elmi-metodiki vəsait musiqi və muğam yaradıcılığı ilə məşğul olan musiqi-

şünaslar, muğam ifaçıları və muğam tədrisi ilə məşğul olan tədris müəssisələri və tələbələr 

üçün nəzərdə tutulub. Əsərdən tədqiqatçılar da istifadə edə bilərlər.  

 

М

10



60

026


4306010000



 



 

© Z.Mirzəyev, 2010 


 



 



GĠRĠġ 

 

Ta qədimlərdən dünyanın bir çox ölkələrində sevilərək böyük 

nüfuza malik olan Muğam, ġərqin ən qədim musiqi janrlarından biri 

olaraq dünya musiqiĢünaslarının və eləcə də, sənət sevərlərin daima 

nəzər  diqqətində  olmuĢdur.  Bu  baxımdan  qədim  və  orta  əsr  Ģərq 

musiqi  mədəniyyətinin,  folklorunun  öyrənilməsində  muğam  janrı 

əsas və vacib məsələ kimi tədqiqatçıların təhlilinə səbəb olmuĢdur. 

Beləliklə,  muğamın  müstəqil  bir  janr  kimi  tədqiqatı  orta  əsrlərdən 

baĢlayaraq bu günümüzə qədər aktual problem olaraq, musiqiĢünas-

ların araĢdırdığı ən əsas mövzuya çevrilmiĢdir.  

Ġbn – Sina, Əli Kindi, Əl – Farabi, S.Ürməvi, Əbdülqadir ma-

rağı  H.Farmer,  Ə.ġəbani,  Rauf  Yekta,  Yalçın  Tura,  V.Vinoqradov, 

Ġ.R.Rəcəbov,  F.M.Karamatov  və  nəhayət  XX  əsrin  əvvəllərindən 

bəri dahi Ü. Hacıbəyov məktəbinin davamçıları olan bir qrup alim-

lərdən:  Ağalar  bəy  Əliverdibəyov,  XurĢud  xanım  Ağayeva,  Ə.Bə-

dəlbəyli  M.S.Ġsmayılov,  E.Abbasova,  R.Zöhrabov,  S.Abdullayeva, 

G.Abdullazadə,  R.Məmmədova,  V.Əbdülqasımov,  R.Ġmrani  və  s. 

onlarca  görkəmli  alimlərin  muğam  janrına  hər  dövrdə  müraciət 

edərək  bu  sahədə  elmi  əsərlər  yazmaları,  muğam  janrının  daima 

aktual  mövzu  olmasının  bir  daha  sübutudur.  Azərbaycan  mu-

ğamlarının geniĢ və elmi əsaslarla öyrənilməsinə dərindən yanaĢan 

dahi bəstəkarımız Ü. Hacıbəyov bu gözəl sənət incilərinin bir daha 

təkmilləĢib  inkiĢaf  etməsi  yolunda  çox  iĢlər  görərək,  özünün 

“Azərbaycan xalq musiqisinin əsasları” əsərini bu möhtəĢəm janrın 

bədii – estetik dəyərinin üzə çıxmasına həsr etmiĢdir.  

Ü.Hacıbəyov milli musiqimizin əsası olam muğamlarımızı də-

rindən öyrənməyi, yaradıcılıqda onlara istinad etməyi zəruri bir Ģərt 

və  dəyərli  vəzifə  olaraq  qarĢıya  məqsəd  qoyurdu.  Görkəmli  sənət-

karlarımızdan Sadıqcan (Mirzə Sadıq Əsəd oğlu), H.Sarabski, Cab-

bar Qaryağdı oğlu, S.ġuĢinski, MəĢədi Cəmil Əmirov, Bülbül, Qur-

ban Pirimov, Mirzə Mənsur, Xan ġuĢinski, Ə.Bakıxanov, Z.Adıgö-

zəlov  və  baĢqaları  Ü.Hacıbəyov  konsepsiyalarına  əsaslanaraq  bu 




 

əvəzsiz sənət incilərinin mahiyyətindən daima söhbət açaraq onların 



dərindən öyrənilməsini vacib məsləhət bilmiĢlər.  

Belə  ki,  yuxarıda  adları  çəkilən  əvəzi  olmayan  böyük  sənət 

dühaları  muğamların,  rənglərin və təsniflərin üzərində zərgər iĢləri 

aparmıĢ və onları milli ifaçılıq ruhunda gözəl bəzəklərlə musiqi hə-

vəskarlarına və geniĢ dinləyici kütləsinə çatdırmıĢlar.  

 



 



RAST MUĞAMI 



 

“Musiqimizin ibtidası və tarixi haqqında bir səhih əhval yox-

dur. Orta əsrin əvvəlləri musiqinin ixtirasını xilqəti – Adəmə isnad 

verirlər.  Bəzi  millətlər  musiqinin  ibtidasını  quĢların  oxumağına, 

rüzgarın qamıĢlıqda elədiyi səslərə, axar suların qıjıltısına təqlid et-

məkdən təyin edirlər. Müxtəlif əqvamın rəvayəti musiqinin inĢasını 

əsatir  mənzələsənindən  tutub,  onun  ixtirasını  vəhdaniyyətin  müda-

xiləsinə istinad edirlər.”

1

 

Bildiyimiz  kimi  heç  bir  bəĢər  övladı  musiqi  yaradıcılığının 



mənbəyi olan “Lad” anlayıĢını bəstələməyə qadir deyil. Heç Ģübhə-

siz ki, ulu tanrı Adəm peyğəmbəri yaradarkən onun ruhuna musiqi 

duyumu anlamı bəxĢ etmiĢdir.  

Məlumdur  ki,  bütün  insanlar  Adəm  peyğəmbərdən  yarandıq-

larına  görə  hamının  ruhunda  bu  gözəl  mənəvi  xoĢbəxtlik  vardır. 

Əgər belə olmasaydı deməli o zaman dünyada heç bir musiqi anla-

mı da olmazdı; hətta insanların bu haqda heç bir təsəvvürləri də ol-

mazdı.  


Bu yalnız Ulu Tanrının bəxĢ etdiyi geniĢ Ģaxəli və insanların 

həyatda yaĢamaları üçün ən böyük əhəmiyyətə malik olan xoĢbəxt-

likdir. Çünki biz bilirik ki, musiqi ən böyük təsir qüvvəsinə malikdir.  

 

 



                                                 

1

 



Ağalar  Əliverdibəyov  (1880  -  1953)  Rəsmli  Musiqi  Tarixi  (“ġuĢa”  nəĢriyyatı, 

Bakı, 2001). 




 



MUĞAM HAQQINDA MƏLUMAT 



 

Muğam  ərəbcə  “məqam”  sözüdür.  Yəni,  yer,  mövqe  demək-

dir. Birlikdə buna məqamat (muğamat) deyilir. Bu termin bəzi ġərq 

ölkələrində,  həmçinin  Orta  Asiya  və  Hindistanda  Makon  adlanır. 

Avropa ölkələrində isə bu bir not sistemində hər bir çalınma yerinə 

uyğun olaraq “minor və major qammaları” Ģəklində ifadə olunur və 

bu ifadədə iĢlədilməkdədir.  

Həmin  bu  ifadəni  bizim  muğamlarımıza  da  aid  etmək  olar. 

Biz bu muğamların sırf Azərbaycan xalqının milli musiqisi olduğu-

nu daima qeyd edirik. Lakin muğamlarımızın, onun Ģöbə və guĢələ-

rinin adları nə üçün ərəb və fars sözlərindən ibarət olduğunu açıqla-

malıyıq. O dövrdə ərəb və fars dilləri çox geniĢ yayılmıĢdı. Bir çox 

Ģair və yazıçılar öz əsərlərini bu dillərdə yazırdılar. Beləliklə, yazı-

lan əsərlərdə ərəb və fars dili dərin kök salmıĢdır. Ərəb və fars dillə-

ri o dövrün əsas ünsiyyət vasitəsi olduğu üçün muğamların, həmçi-

nin onların içərisində iĢlədilən Ģöbə və guĢələrin adlarına da öz təsi-

rini göstərmiĢdir.  

Rast kəlamı fars dilində “doğru – düzgün” deməkdir. Məsələn 

düz  danıĢmaqlıq,  yolda  gedərkən  bir-biri  ilə  düz,  üzbəüz  çıxmaq, 

iĢin rast gətirməsi, doğru və düzgün yol getməklik, rastqulluq və s. 

deməkdir.  

Bu muğama Rast adı ona görə verilmiĢdir ki, bu zamanımıza 

qədər gəlib çatmıĢ muğamlar zaman keçdikcə müxtəlif dəyiĢikliklə-

rə uğramıĢlar. Rast muğamı isə yarandığı gündən bu vaxta kimi heç 

bir dəyiĢikliyə uğramadan bu günümüzə kimi gəlib çatmıĢ, eyni za-

manda  hətta  Ģükürlər  olsun  ki,  özünün  lad  quruluĢunun  həmçinin 

melodik çalarlığını belə qoruyub saxlaya bilmiĢdir.  

 “Rast”  muğamı  bütün  müsəlman  ölkələrində  mövcuddur  və 

demək olar ki,  bütün  ġərq xalqlarında birinci  yerdə durur. Orta əsr 

musiqi elmində “Rast” ən birinci sayılaraq və bütün digər muğamla-

rın əvvəlinci olub əsası sayılır. Bu baxımdan da, Rast muğamı bütün 

muğamlar arasında “uluq kök”, “ümmülmuğam  –  yəni muğamların 




 

anası” adlanır. Bütün yaxın ġərq xalqlarında “Rast” muğamının qu-



ruluĢu və mayə ucalığı eynidir.  

Bu mayə kiçik oktavanın “sol” səsindən ibarətdir. “Rast” mu-

ğamını məzmun səciyyə və xarakteri baxımından araĢdırdıqda görü-

rük ki, böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Mayə Ģöbəsində aram-

la olan ifa tərzi sanki Nurani, Pirani, müdrik bir insanın nəsihətamiz 

söhbətlərini dinləyiciyə xatırladır.  

Belə ki, Ü.Hacıbəyov belə yazır: “Ərəb – Ġran və Avropa mu-

siqiĢünaslarının fikrincə qədim  yunanlar  yeddi  səma cismindən hər 

birinin Pifaqor tərəfindən icad edilmiĢ yeddi tondan birinə müvafiq 

olduğunu zənn edirlərmiĢ”.  

Ü.Hacıbəyovun müqayisə ilə nümunə gətirdiyi “sol” tonu yu-

nanca veneraya (zöhrə) Ərəb – Ġranca isə “Rast”a uyğun gəlir. Türk 

musiqiĢünası Həsən Təhsin “Rast” muğamı tonikasının (mayəsinin) 

“sol” səsindən ibarət olduğunu qeyd edir. Ağalar Əliyerdibəyov da 

“Rast”ın “mayə”sinin “sol” olduğunu özünün qələmə aldığı cədvəl-

də göstərmiĢdir. Onu da qeyd etməliyik ki, bu gün də “Rast”ın ma-

yəsi “sol” notu olaraq qalır.  

Belə  məlum  olur  ki,  ġərq  xalqları  arasında  geniĢ  yayılmıĢ 

“Rast”ın  orijinal  olub,  milli  xüsusiyyətlərə  malik  olan  kökü  və 

“mayə”si bütün xalqlarda eynidir. Bununla yanaĢı “Rast” dəstgahın-

dakı  Ģöbələrin  sayında  nə  qədər  fərq  olduğu  nəzər  –  diqqəti  cəlb 

edir.  Bildiyimiz  kimi  XIX  əsrdə  Azərbaycanın  müxtəlif  yerlərində 

özünə  yer  tutan  “xanındəlik  məktəbi”nin  özündə  belə  nəinki 

“Rast”ın hətta baĢqa muğamların da tərkibi Ģöbə və guĢələrin say və 

ardıcıllığı  özünü  göstərir.  Məsələn,  Bakı,  ġuĢa  və  ġamaxının  “mu-

ğam məktəbləri”ndə “Rast” dəstgahının Ģöbə və guĢələrini müqayi-

sə etdikdə Ģöbə və guĢələrin say və ardıcıllıq baxımdan görürük ki, 

Bakı musiqi məclislərində “Rast” dəstgahı 15, ġuĢa muğam məcli-

sində 18 Ģöbə və guĢədən ibarətdirsə, ġamaxı məclisində isə Ģöbə və 

guĢələrin sayı 21 olmuĢdur.  

Həmin  bu  üç  muğam  məclisində  oxunan  “Rast”  dəstgahının 

sayı və ardıcıllığı aĢağıdakı cədvəldə verilir

1

  

                                                 



1

 R. Zöhrabov. Muğam. Bakı: AzərnəĢr. 1991,  səh 104. 




 

 



Bakı (AbĢeron) 

ġuĢa (Qarabağ) 

ġamaxı (ġirvan) 

1. Mayeyi Rast 

1. Rast 

1. Rast 


2. Novruzi rəvəndə  2. Pəncgah 

2. ÜĢĢaq 

3. Rast 

3. Vilayəti 

3. Mücrü 

4. ÜĢĢaq 

4. Mənsuriyyə 

4. Hüseyni 

5. Hüseyni 

5. Zəmin – xarə 

5. Vilayəti 

6. Vilayəti  

6. Rak – hindi 

6. Siyahi – ləĢgər 

7. Xocəstə 

7. Azərbaycan  

7. Məsihi 

8. Xavəran 

8. Əraq 

8. Dəhri 

9. Əraq 

9. Bayatı – Türk 

9. Xocastə 

10. Pəncgah 

10. Bayatı – qacar 

10. ġikəsteyi – fars 

11. Rak 

11. Mavərənnəhr 

11. Rak – hindi 

12. Xavəran 

12. Balu – Kəbutər 

12. Rak – Xosrovani 

13. Əmiri  

13. Hicar 

13. Saqinamə 

14. Məsihi 

14. ġahnaz 

14. Əraq  

15. Rast 

15. ƏĢiran 

15. Təsnif – Qərai  

 

16. Zəngi – ġötər 



16. Məsnəvi  

 

17. Kərkuki 



17. Zəngi – ġötər  

 

18. Rast 



18. Nəğmeyi – Hindi 

 

 



19. Mənəvi 

 

 



20. Kabili 

 

 



21. Rast 

 

1847-1927-ci  illərdə  daima  Bakıda  yaĢamıĢ  məĢhur  tarzən 



Mirzə Fərəc Rza oğlunun ifa etdiyi “Rast” muğamı Ģöbə və guĢələ-

rin  say,  həm  də  ardıcıllıq  baxımından  ġamaxı  musiqisində  ifa  olu-

nan “Rast” dəstgahına çox uyğundur.  

1922-ci  ildən  etibarən  Dövlət  Konservatoriyasının  Azərbay-

canlı müəllim və tələbələrdən ibarət olan ġərq Ģöbəsi konservatori-

yadan  ayrılaraq  müstəqil  təhsil  müəssisəsi  kimi  fəaliyyətə  baĢladı. 

1922-ci  il  aprelin  22-dən  etibarən  məktəb  ġərq  Konservatoriyası 

                                                                                                               

1

 Cədvəl Ə.Bədəlbəylinin “Musiqi lüğəti”ndən götürülmüĢdür. Səh. 15. 




 

adını  daĢıdı.  Bu  məktəbə  Üzeyir  Hacıbəyov  direktor  təyin  edildi. 



Belə ki, Üzeyir bəy muğam dəstgahları ilə bağlı olan və mübahisəyə 

səbəb  olan  məsələləri  elə  ġərq  Konservatoriyasının  müdiri  iĢlədiyi 

zaman həll edib aradan qaldırmıĢdır. Beləliklə, Ü.Hacıbəyli tar, ka-

mança və xanəndə sinifləri üçün muğam proqramı düzəltməkdən öt-

rü  bədii  Ģura  yaradır.  ġuraya  Cabbar  Qaryağdı  oğlu,  Qurban  Piri-

mov, ġirin Axundov, Mirzə Fərəc Rzayev, Mənsur Mənsurov kimi 

muğam ustadları daxildir. Üzeyir bəyin rəhbərliyilə yaradılan və Ģu-

ranın  əsas  xidməti  o  oldu  ki,  musiqi  məktəbində  muğamın  tədrisi 

üçün  proqram  tərtib  etdi.  Həmin  proqramda  “Rast”ın  artıq  təkmil-

ləĢmiĢ tərkibi müəyyənləĢdirildi. Ü. Hacıbəyovun imzası ilə 1925-ci 

ildə təsdiq olumuĢ proqramda “Rast” dəstgahı aĢağıdakı 13 Ģöbə və 

guĢədən  ibarətdir.  “Rast”,  “ÜĢĢaq”,  “Hüseyni”,  “Vilayəti”,  “Məsi-

hi”, “Dəhri”, “Xocəstə”, “Xavəran”, “Ġraq”, “Pəncgah”, “Raki - Xo-

rasani”,  “Qərai”,  “Rast”.  Sonralar  muğam  sinifi  proqramı  dəfələrlə 

redaktə olunaraq, bəzi guĢələr birləĢmiĢ və Ģöbə halını almıĢ, bəzilə-

ri isə ixtisar edilərək nəticədə “Rast” dəstgahı özünün təkmilləĢmiĢ 

formasını  almıĢdır  və  beləliklə  Ə.  Bakıxanov  tərəfindən  redaktə 

olunmuĢ  tədris  proqramında  “Rast”  dəstgahı  10  Ģöbə  və  guĢədən 

ibarət  olur.  (BərdaĢt,  Mayə,  ÜĢĢaq,  Hüseyni,  Vilayəti,  ġikəsteyi  – 

fars, Ġraq, Pəncgah, Qərayi və Rasta ayaq).  

Sonralar Ə. Bakıxanovun tələbəsi olmuĢ tarzən – pedaqoq Ka-

mil  Əhmədovun  tərtib  etdiyi  proqramda  “Rast”a  bir  Ģöbə  “Rak”ı 

əlavə etmiĢdir.  

Bu  Ģöbə  “Pəncgah”la  “Qərai”  arasında  yerləĢmiĢdir.  Hazırda 

“Rast”  dəstgahına  aĢağıdakı  muğam  Ģöbələri  və  guĢələri  daxildir. 

“BərdaĢt”,  “Mayeyi  -  Rast”,  “ÜĢĢaq”,  “Hüseyni”,  “Vilayəti”,  “ġi-

kəsteyi - fars”, “Əraq”, “Pənciah”, “Rak”, “Qərai”, “Rasta ayaq”.  

Ə.Bakıxanovun  qeyd  etdiyi  kimi  “bütün  bu  hissələrin  bir-bi-

rindən fərqli ahəngləri, ritmləri və pərdələri vardır.” “Rast” dəstgahı 

da  baĢqa  muğam  dəstgahları  kimi  adətən  “Dəraməd”  ilə  baĢlanır. 

“Dəraməd” bizi “Rast” və s. baĢqa muğam dəstgahlarının bütünlük-

də,  musiqi  məzmunu  ilə  tanıĢ  edir.  “Rast”  dəramədindən  sonra 

“BərdaĢt” ifa olunur. Qeyd etmək lazımdır ki, bir neçə köməkçi mu-



 

10 


ğamlarımız var ki, onların “BərdaĢt”a ehtiyacları yoxdur. O muğam 

dəstgahları bərdaĢtla baĢlanırsa o zaman bərdaĢtların özlərinə məx-

sus  adları  vardır.  “Rast”  muğamında  bərdaĢtın  adı  “Novruz  rəvən-

də”dir.  Bunun  mənası  da  budur  ki,  Novruz  baharın  əvvəl  günləri 

olub,  mart  ayının 22-sinə təsadüf edən  yeni  il bayramı sayılır. Rə-

vəndə  (Farsca)  “gedən”  mənasını  daĢıyır.  “Novruzi-rəvəndə”nin 

hərfi mənası yeni günün getməsi deməkdir. Bu hissənin musiqisi öz 

səciyyəsi  etibarı  ilə  dinləyiciyə  baharın  ilk  baĢlanmasını  xatırladır. 

“Rast” dəstgahının “BərdaĢt”ı – “Novruzi-rəvəndə” “Əraq” Ģöbəsi-

nin melodiyası ilə zildən baĢlanır. Bu Ģöbəni gəziĢərək musiqi axını 

ilə  gəlib  dəstgahın  “Mayə”  sinə  çıxır.  Onu  da  qeyd  etməliyik  ki, 

muğam dəstgahlarında ifa olunan “BərdaĢt”lar eyni zamanda xanən-

dənin oxumağa baĢlaması üçün zəmin yaradır.  

 

 



RAST MUĞAMINDA ġÖBƏ 

VƏ GUġƏLƏRĠN TƏHLĠLĠ 

 

“BƏRDAġT”  kəlamı  fasr  sözü  olub,  yəni  hər  hansı  bir  iĢin 

baĢlanğıcı,  mənbəyi  və  ya  çıxıĢ  nöqtəsi  deməkdir.  Hər  muğamın 

“BərdaĢt” ı ifa olunan əsas tonallıqdan bir oktava zildən baĢlanır.  

Muğam dəstgahının “BərdaĢt” ı və mayəsi vasitəsilə, dinləyici 

onun hansı muğam olduğunu təyin edə bilir. Çünki ifa olunan mu-

ğamın “BərdaĢt” ı ilə “MAYƏ”si eyni melodiyaya mənsubdur.  

“Rast” dəstgahından söhbət açdığımız üçün qeyd etməliyik ki, 

“BərdaĢt” guĢəsindən “Mayə” Ģöbəsinə keçmək üçün “Avazi-naqis” 

adlanan (yəni natamam avaz deyilir) guĢəsi ilə “Mayə” Ģöbəsinə ke-

çid edilir. Mayə sözünün lüğəvi mənası hər hansı Ģeyin mayası daha 

aydın desək onun zatı, cövhəri deməkdir. Çünki muğamın maye Ģö-

bəsi onun əhəmiyyətini və ifadə etmiĢ olduğu mənasını məzmununu 

təĢkil etmiĢ olur.  



“ÜġġAQ” – “Rast” muğamının maye Ģöbəsində “ÜĢĢaq” ad-

lanan bir guĢə də var ki, ona ərəbcə aĢiqlər deyilir. Bu guĢənin ifa-

sında sanki  iki nəfər “aĢiq  ilə məĢuq” arasında sanki  səmimi eĢq  - 



 

11 


məhəbbət haqqında bir mükalimə gedir. ÜĢĢaq guĢəsində mükalimə 

(dialoq) dörd cümlədən, iki sual və iki cavabdan ibarətdir. “ÜĢĢaq” 

qədim  zamanlar  12  klassik  muğam  dəstgahlarından  biri  olmuĢdur, 

lakin, hal – hazırda müasir “Rast” dəstgahında isə “ÜĢĢaq” bir guĢə 

olaraq ifa olunur.  

“HÜSEYNĠ” - Bunun ardınca “Hüseyni” gəlir. Hüseyn ərəb 

sözü olub, mənası gözəl deməkdir. “Hüseyni” də “Rast” da bir gu-

Ģədir. XIV əsrdə yaĢayıb yaratmıĢ Əbdül Qadir Marağayi “Hüseyni” 

muğamını bəstələyərək Sultan Üveysin oğlu Hüseynə ithaf etmiĢdir. 

Tarixən yazılıb – yaradılan mənbələrə görə zaman keçdikcə, bu mu-

ğam  müxtəlif  dəyiĢikliklərə  uğrayaraq  müstəqil  muğam  Ģəklindən 

çıxıb bir guĢə Ģəklində ifa olunmaqdadır.  

Tarixlərin yazdıqlarına görə, Əbdülqadir Marağayi Sultan Hü-

seynin sarayında xidmət etdiyi üçün ayın hər bir günündə onun Ģə-

ninə bir muğam yaradıb və ona həsr etmiĢdir ki, onlardan da birinci-

si “Hüseyni” muğamıdır. Nəsimi muğamlara həsr etmiĢ olduğu bir 

qəzəlində deyir:  

 

“ÜĢĢaq” meyindən qılalı iĢrəti – “Novruz”, 



Ta “Rast” gələ çəngi – “Hüseyni” də sərəfraz. 

 

“VĠLAYƏTĠ”  -  ĠĢrət  farsca  sevinc,  Ģadlıq  məclisi,  sərəfraz 

isə dəstə baĢçısı deməkdir. “Rast” dəstgahının ikinci böyük Ģöbələ-

rindən biri “Vilayəti”dir.  

Ərəb sözü olub,  lüğəvi  mənada iki məna kəsb edir: Birincisi 

coğrafi nöqteyi-nəzərdən yer, məkan mənasındadır.  

Ġkinci məna isə ərəbcə “Vila” sözündən olub, dostluq, məhəb-

bət deməkdir. Zikri Ərdəbilinin bir qəsidəsindən misal göstərək: 

 

Hər kəs qəbul qılmaya mövla vilayətin, 



Ġmanı yoxdur, mən nə deyim böylə kafərə?! 

 

Bu beytdə iĢlədilən “Mövla” ifadəsi ərəbcə “Vala” kəlməsin-



dən olub, uca tutulmuĢ ağa mənasını daĢıyır ki, bu da Həzrəti Əliyə 


 

12 


iĢarədir.  “Mövla”  sözünün  bir  mənası  da  ərəbcə  “Vila”  sözündən 

olub,  dostluq  deməkdir. Necə ki,  Ģiyələr içərisində  “Kəlmeyi  –  ġə-

hadət”  deyilən  zaman  iĢlədilən  “Əliyyən  –  Vəliyullah”  –  yəni  Əli 

Allahın dostudur” ifadəsi buna aiddir.  

Çünki “Vəli” ifadəsi dostluq mənasını verən “Vila” ifadəsinin 

ismi  – faili olub,  dost  deməkdir. “Rast” muğamında iĢlədilən Vila-

yəti Ģöbəsinin daĢıdığı məzmun və məna da məhz buna aiddir. Çün-

ki  mayə  Ģöbəsindən  fərqli  olaraq  Vilayəti  Ģöbəsi  özünün  məna  və 

məzmununa görə lirikdir. Bu lirika intim səciyyəli olduğu üçün san-

ki insanda dostluq və məhəbbət hissi aĢılayır. Çox zaman “Vilayət” 

i Ģöbəsinin iri həcmli olmasına görə xanəndələr ona “DilkəĢ” Ģöbə-

sini  də  əlavə  edirlər.  “DilkəĢ”  mənaca  könül  cəlb  edən,  cazibədar, 

xoĢa  gələn  mənasını  daĢıyır.  Çox  güman  ki,  bu  estetik  əlamətlərə 

görə xanəndələrə imkan verir ki, “DilkəĢ” i “Vilayətu” yə birləĢdir-

sinlər.  Ə.  Bakıxanov  isə  haqlı  olaraq  belə  bir  fikri  yazır:  “Ġndi 

“Rast” ın “Vilayəti” hissəsindən o qədər də istifadə edilmir, bunun 

əvəzində  “ġahnaz”  çalınır”.  M.  S.  Ġsmayılov  bu  əlaməti  belə  izah 

edir:  “Məsələn,  “Vilayəti”  “Rastın”  kiçik  Ģöbələrindən  biri  olduğu 

halda  müasir  xanəndələr  oxuyarkən  bir  çox  hallarda  onu  tamamilə 

müstəqil olan “ġahnaz” muğamı ilə əvəz edirlər.”ġahnaz” və onun 

bir Ģöbəsi olan “Kürdü” elə muğam parçalarıdır ki, onlar həm mə-

qam – lad, həm də melodik cəhətdən “ġur” muğamı ilə yaxın əlaqə-

dədir.” Bununla yanaĢı müəllif “ġahnaz” muğamının “Rast” dəstga-

hının tərkibinə daxil edilməsini onu “zənginləĢdirərək geniĢ formalı 

və  dolğun  məzmunlu  muğam  halına”  salma  kimi  səciyyələndirir. 

Əlbəttə, biz bu fikirlə razılaĢa bilmərik (Ramiz Faseh. Azərbaycan 

muğamlarında söz və musiqinin əlaqəsi. Bakı, 2004. səh 19-20).  

Çünki,  “Rast”  öz  müstəqilliyində  və  düzlüyündə  qalmalı 

“ġur” un Ģöbələrini öz tərkibinə daxil etməməlidir. Buna ehtiyac da 

yoxdur. Çünki bilirik ki, hər muğamın öz koloriti var. Məhz bu sə-

bəbdən  də  muğam  biliciləri  Mirzə  Fərəc,  Ü.Hacıbəyov,  Ə.Bakıxa-

nov,  K.  Əhmədov  öz  muğam  proqramlarında  “DilkəĢ”  (“ġahnaz”) 

və  “Kürdü”  Ģöbələrini  “ġur”  məqamına  aid  olması  ilə  əlaqədar 

“Rast”ın tərkibinə daxil etməmiĢlər.  




 

13 


 “ġĠKƏSTEYĠ-FARS”  ġÖBƏSĠ  (XOCƏSTƏ)  -  “Vilayəti” 

Ģöbəsindən  sonra  “ġikəsteyi-fars”  Ģöbəsi  baĢlanır.  “ġikəstə”  sanki 

musiqi  vasitəsilə  Ģokayətlənmə  baxımından,  ahu-zarlığını  nümayiĢ 

edərək dinləyiciyə eyni zamanda xalqa çatdırmaqdır. Elə buna görə 

də Ģikəstənin xarakterinə uyğun olaraq yanıqlılıq və həzinlilik ifaya 

ehtiyac duyulur. ġikəstə farsca “sınmıĢ”, “incimiĢ”, “qəlbi qırılmıĢ” 

və s. mənasını daĢıyır. “Kəsmə-Ģikəstəyə xas olan bir mənası da var 

ki,  instrumental  ifasındakı  musiqi  hissəsi  kiçik  cümlələrdən  ibarət 

olub,  kəsilə-kəsilə  və  ya  qırıq-qırıq  ifa  olunmasıdır.  “ġikəstə”  xa-

nəndə və aĢıq yaradıcılığında təĢəkkül tapmıĢdır. Xanəndə yaradıcı-

lığında “ġikəstə”nin “Qarabağ Ģikəstəsi”, “Kəsmə Ģikəstə”, “ġikəs-

təyi-fars”  muğamları  geniĢ  yayılmıĢdır.  AĢıq  yaradıcılığında  isə 

“Sarı  torpaq”,  “Qara  torpaq”,  “ġirvan  Ģikəstəsi”  və  s.  geniĢ  yayıl-

mıĢdır. Çox maraqlıdır ki, bütün növdən ibarət olan Ģikəstələrin ha-

mısı “Segah” muğamı üzərində qurulmuĢdur. O, məhz “Segah” lad 

–  məqaməna  əsaslanır.  Belə  ki,  “Rast”  dastgahında  “ġikəsteyi  – 

fars” vasitəsi ilə müvəqqəti “Segah” məqamına keçirilir. “ġikəsteyi-

fars” kamil, bitkin və iri həcmli bir muğam Ģöbəsidir.  

Onu  da  qeyd  etməliyik  ki,  “ġikəsteyi-fars”  bir  neçə  muğam 

dəstgahında,  o  cümlədən  haqqında  söz  açdığımız  “Rast”  və  onun 

ailəsinə  daxil  olan  muğamlarda  “Mahur-Hindi”,  “Baytı-Qacar”, 

“Orta Mahur” da, “ġur” da, “Segah” və onun variantlarında orta re-

gistrdə çalnıb oxunur. Çox zaman “ġikəsteyi-fars” Ģöbəsi “Xocəstə” 

ilə əvəz olunur. (Xocəstə sözünün mənası gözəl və xoĢbəxt demək-

dir.) 

Ahəng və  istinad pərdəsi baxımından həmin Ģöbə  “ġikəsteyi-



fars” Ģöbəsinə yaxın olduğu üçün də o, “Vilayəti” dən sonra çalıb-

oxunur.  

“ġikəsteyi-fars” Ģöbəsinin davamedici bir guĢəsi də var ki, bu-

na  da  “Mübərriqə”  deyilir.  Mübərriqə  ərəbcə  bərq  sözündən  olub, 

parlaqlıq,  cilalandırmaq  deməkdir.  Çünki  müğənni  və  yaxud  hər 

hansı bir instrumental ifaçı həmin guĢəni ifa edərkən, olduqca həzin 

bir tərzədə ifa etməsi ilə mübərriqə guĢəsində parlaqlıq obrazı yara-

dır. “Rast” dəstgahında “Xocəstə” ilə zil Ģöbə olan “Əraq” arasında 




 

14 


daha doğrusu mübərriqədən sonra bir guĢə də var ki, buna da “Xa-

vəran” deyirlər. Muğam  ifaçıları “Rast” ifa edərkən bu guĢədən də 

istifadə  edirlər.  “Xavəran” farsca ġərq və  yaxud da ġərqdən doğan 

günəĢ  deməkdir.  “Xavəran”  guĢəsi  öz  ifası  zamanı  günəĢin  sübh 

tezdən  çıxıb  və  axĢam  öz  yerinə  yavaĢ  –  yavaĢ  qayıdaraq  batması 

ifaçı vasitəsilə baĢa çatmalıdır.  



“ƏRAQ“ - Bütün bunlardan sonra “Rast” dəstgahının zil Ģö-

bələri baĢlanır ki, bunlar da “Əraq”, “Pəncgah” və “Rak” dan ibarət-

dir. Bildiyimiz kimi bu Ģöbələr “Rast” dəstgahının kulminasiya his-

səsini təĢkil edir. “Rast” ın ardıcıllıq baximindan digər Ģöbəsi “Ġraq” 

adlanır, buna “Əraq” da deyirlər, çünki farslar “i” ni “ə” kimi tələf-

füz etdiklərinə görə Ġraqa Əraq deyirlər. Ümumiyyətlə, bu muğam-

lar fars tələffüzü ilə yayıldıqlarına görə məhz, bu Ģöbə də “Əraq” – 

deyə tələffüz olunmuĢ və belə də davam edir. Məlumdur ki, “Əraq” 

yaxın və Orta ġərq xalqlarının klassik musiqisini təĢkil edən 12 mu-

ğamdan  beĢincisidir.  “Əraq”  muğamı  sonradan  təbəddülada  uğra-

mıĢ, Azərbaycan musiqisində Ģöbə əhəmiyyətini kəsb etmiĢdir. Mü-

asir “Rast”, “Segah”, “Mahur - hindi” və “Rahab” muğam dəstgah-

larında  bu  Ģöbə  eyni  funksiyanı  –  kulminasiyanı  özündə  təcəssüm 

etdirir.  

Öz bədii təsir qüvvəsi etibarı ilə coĢqunluq, çağırıĢ ruhu, əzə-

mət, təntənəli səslənmə bu Ģöbənin musiqisinə xas olan əsas cəhət-

lərdir.  Doğrudur,  bu  Ģöbə  bəzi  mənbələrdə  “Ġraq”  da  adlanır  (R. 

Zöhrabov. Muğam. Bakı, 1991, səh 109). 

Ə.Bədəlbəyli özünün yazıb tərtib etdiyi “Musiqi lüğəti”ndə bu 

məsələyə  bir  daha  aydınlıq  gətirmək  məqsədilə  araĢdıraraq  belə 

yazır:  

“Muğamatın  Ģöbə  və  guĢələrindən  bir  çoxunun  adı,  bilindiyi 

kimi coğrafi adlarla əlaqədardır, həm də belə hallarda muğam adları 

çox vaxt ölkə, məmləkət adı ilə yox, məhəllə, Ģəhər adları ilə adla-

nır. Belə olan surətdə hamıya məlum olan “Ġraq” ölkəsi olduğu ki-

mi,  həm  də  ġiraz,  Ġsfahan,  Zabol,  NiĢapur,  Nəhavənd  Ģəhərlərinin 

qonĢuluğunda “Əraq” adlı Ģəhərin də olduğunu nəzərə alsaq, muğa-



 

15 


mın  ifaçılar  və  musiqi  ictimaiyyətimiz  tərəfindən  “Ġraq”  deyil, 

“Əraq” adlandırılması tamamilə düzgün sayıla bilər.  

Lad (pərdə) baxımından yanaĢsaq melodik quruluĢu etibarı ilə 

Ġraq (Əraq) Ģöbəsi  demək olar ki,  BərdaĢt  guĢəsinin  eynidir,  çünki 

bunların  hər  ikisi  də  “sol”  pərdəsində  ifa  olunur  və  eyni  zamanda 

onların məzmunu və çalarlığı da bir eyniyyət təĢkil edir. Qeyd etmə-

liyik  ki,  Ġraq  (Əraq)  Ģöbəsi  təkcə  Rast  muğamında  deyil,  olduğu 

baĢqa muğamlarda da olduqca sərt və coĢğun bir Ģəkildə ifa olunur 

(məsələn: Mahur – Hindi və Rahab muğamlarında). 

Məhz buna görə də bu Ģöbəni ifa edərkən müğənnidən olduq-

ca güclü səs və Ģaqraq zəngulə, instrumental ifaçıdan isə güclü miz-

rab, iti barmaq və güclü biləng tələb olunur.  

Çünki bu Ģöbənin məzmunu sırf mərdlik, məğrurluq və cüqar 

üzərində  qurulmuĢdur.  Mərhum  Xan  ġuĢinski  və  mərhum  Yaqub 

Məmmədov bu Ģöbənin müasir dövrümüzdə ən mahir ifaçıları hesab 

olunmuĢdur.  

Bu Ģöbənin ifadə etmiĢ olduğu mərdlik və məğrurluq məzmu-

nu Seyyid Əzim ġirvani əsl və həqiqi sənətkarlıqla təsbih, yəni bən-

zətmə və müqayisə yolu ilə Məhəmmədtəqi Qumriyə yazmıĢ olduğu 

bir məktubunda qeyd edərək deyir: 

Ġraq ilə Hicazi cugğaya avazeyi  – nəzmin, Nəvayi – dilkəĢ – 

Ģerin binası üstivar olsun.  

Bu beytdə iĢlədilən “Ġraq” və “Hicaz” ifadələri coğrafi nöqte-

yi-nəzərdən yer adları olsalar da, ayrı-ayrı muğamlarda bunların hər 

biri müəyyən bir guĢə və Ģöbə adları daĢıyırlar.  

“PƏNCGAH” - “Əraq” dan sonra “Pəncgah” Ģöbəsi ifa olu-

nur. Pəncgah fars sözü olub, mənası beĢ  yer, mövqe və daha dəqiq 

desək, beĢinci yer və mövqe deməkdir, çünki bəzən Vilayəti Ģöbəsi 

ilə  DilkəĢ  Ģöbəsini  birləĢdirib,  bir  Ģöbə  kimi  ifa  edərək,  Vilayəti  – 

dilkəĢ Ģöbəsi adlandırırlar.  

Belə  olduqda,  Pəncgah  Rast  muğamında  beĢinci  Ģöbə  olunur 

ki, Mayə Ģöbəsindən bir oktava  yuxarıda ifa olunur. Həmçinin me-

lodik çalarlığı etibarı ilə də Mayə Ģöbəsinin, demək olar ki, eynidir. 

Onu da qeyd edək ki,  “Pəncgah” Ģöbəsinin “Rast” dəstgahında xü-



 

16 


susi  mövqe  tutduğundan,  həmin  dəstgahı  bəzən  “Rast  –  Pəncgah” 

adlandırırlar. 

Həmin Ģöbə içərisində bir Zəngi – Ģütür guĢəsi də vardır ki, bu 

guĢə  xanəndələr  tərəfindən  deyil,  yalnız  instrumental  ifaçılar  tərə-

findən ifa olunan ritmik bir guĢədir.  

Zəngi – Ģütür farsca dəvənin boynundan asılmıĢ zəng demək-

dir. Klassik musiqiĢünas alim və tarixçilərin öz əsərlərində  yazmıĢ 

olduqlarına  görə,  ərəblər  qədim  zamanlarda  dəvələrin  boylarından 

zəng asardılar.  

Dəvə  yol gedərkən həmin zəngin səsindən ləzzət alıb xoĢlan-

dığı  üçün  yolu  daha  rahat  getmiĢ  olardı.  Maraqlıdır  ki,  “Pəncgah” 

özbək  və  tacik  “ġaĢmakom”  silsiləsində  “Rast”  makomuna  daxil 

olan  instrumental  Ģöbədir.Əzzəllər  “Pəncgah”Xorezim  musiqiçiləri 

tərəfindən düzəldilmiĢ yeddinci makom idi. Onun ancaq instrumen-

tal hissəsi mözcuddur, Vokal –instrumental hissəsi yoxdur. 

Pəncgahda musiqi müəyyən dərəcə həzin, kövrək xarakter alır. 

Ġranda bütün dövrlərdə bu dəstgaha “Rast –Pəncgah” deyilir. 

Rast – Pəncgah əsas dəstgahlardandır. Onun məcmsunu vokal – va-

riantda 14 guĢə, instrumental variantda isə 48 guĢə təĢkil edir.  

 “RAK”  -  Rak sözünün mənası  əsas, dayaq, duracaq demək-

dir. “Rast”ın ən uca və səslənən bir guĢəsidir.  

“Rast”  dəstgahından  savayı  hər  bir  muğamda  ifa  olunmur. 

“Rast”ın  kulminasiya,  son  Ģöbələrindən  olub,  dramaturji  nöqteyi-

nəzərdən mövzu inkiĢafının dayanan, duran və tamamlanan Ģöbəsi-

dir.  Ġran musiqisində “Rak – Xorasani”,  “Rak  –  kəĢmiri” , “Rak  – 

Abdullah” kimi Ģöbələrdə iĢlənir.  

Melodik  baximdan  bunlar  eyni  gəziĢmənin  müxtəlif  variant-

lardır. Beləliklə, “Rak” ın bu gözəl vüqarlı və təntənəli gəzmələrin-

dən sonra “Qərai” güĢəsiilə “Rast” ın mayəsinə doğru qayıtma baĢ-

layır. 


 “QƏRAĠ” - “Rast” dəstgahında “qərai” son Ģöbədir. Bu hissə 

keçmiĢdə “Zəngi – Ģötər” ilə əvəz olunurdu. “Qərai” həcm etibarilə 

kiçik bir Ģöbədir. O, “mayə”yə qayıtmaq üçün bir növ keçid Ģöbəsi-

dir.  Elə  buna  görə  də  “Qərai”  aramla  pərdə-pərdə  ifa  olunur.  “Qə-




 

17 


rai” vasitəsilə zildən bəmə enmə prosesi baĢ verir, beləliklə də “Ma-

yə” Ģöbəsinə qayıdılır, yəni ona verilən “ayaq”la (kadensiya) “Rast” 

dəstgahı ağır və sakit tərzdə tamamlanır. Qeyd etməliyik ki, “Qərai” 

“Rast”  dan  baĢqa  “Mahur  -  hindi”  və  “Rəhab”ın  tərkibinə  də  eyni 

funksiya ilə daxildir.  

Ü.Hacıbəyov  “Musiqidə  xəlqilik”  məqaləsində  muğamların 

müstəqil əhəmiyyətindən danıĢarkən “Rast” a “Mərdlik, sevinc, mü-

barizə xarakterinə malik olan” bir muğam kimi baxır.  

BaĢqa  bir  məqaləsində  o,  göstərir  ki,  “Rast”ın  dinləyiciyə 

təsiri böyükdür. O, insanda mərdanəlik hissi oyadır. 

Ə.Bakıxanov isə “Rast”ın dinləyiciyə təsirini belə səciyyələn-

dirir: “Rast” muğamatın canı, ürəyidir. O, çox rənga – rəng, ahəng-

dar, ritmik, zəngin  bir muğamdır.  Bu muğamda hər qəzəli  oxumaq 

mümkün deyildir. Bunun üçün xüsusi qəzəllər seçmək lazımdır. 

Həqiqətən “Rast” da hər qəzəl oxuna bilməz. 

Bunun  üçün  qəzəlin  seçilməsində  savad,  ustalıq  və  böyük 

zövq  lazımdır.  Məsələn,  Xan  ġuĢinski  “Rast”  muğamının  “mayə” 

sində “Heyrət, ey büt, sürətin gördükdə lal eylər məni” misrasını elə 

cazibə ilə deyir ki, musiqi ilə söz bir – birini tamamlayır. Elə bu sə-

bəbdən də dinləyicilər müğənninin ifasında “Rast”ın bütün Ģöbələri-

nə eyni maraqla qulaq asırlar.  

K.Əhmədov  “Rast”  dəstgahının  “qoca  pirani,  müdrik,  dünya 

görmüĢ babanın nəsihəti, xalqımızın olub keçmiĢini, mübarizəsini” 

göstərən Ģöbələrinin məzmununu obrazlı dillə belə Ģərh edir.  

“BərdaĢt” dinləyiciləri xalqımızın mərdliyi, qəhrəmanlığı haq-

qında hekayətə qulaq asmağa çağırır. “Mayə” bu hekayətin çox ma-

raqlı olacağına iĢarə və  nəsihət  edir. “ÜĢĢaq” deyir ki,  burada nəğ-

məkarlar da iĢtirak edəcəklər. Musiqi yarıĢında qıfılbənddən istifadə 

edib bir-birlərini razı salacaqlar. Qəhrəmanlıq rəmzi olan “Hüseyni” 

və  “Vilayəti”ndə  musiqi  mədəniyyəti  incilərini  “ġikəsteyi-fars”ı 

dinləməyə, onunla təmasda olmağa çağırır. “Əraq” mədəniyyət özü-

lünü qoyan bu çağırıĢı daha da qüvvətləndirir. Pirani babanın nəsi-

hətlərinə dürüst əməl olunmasını istəyir. “Pəncgah”, “Rak”, “Qərai” 



 

18 


Ģöbələri isə həmin fikirlərə və muğamın tamam – dəstgah sona yet-

məsinə zəmin yaradır.  

Ü.Hacıbəyov “Rast”ı ən qədim muğam  sayaraq, onun təbəd-

dülata uğraması və bu günümüzdə daha parlaq səciyyə alması haq-

qında belə yazır:  

“Rast”  muğamı  öz  forma  və  məzmununu  əsrlərdən  bəri  hifz 

edib saxlayan ən sabit, qərarlaĢmıĢ muğamdır. Bu müqayisə caizdir-

sə, dilimizdəki feilləri xatırladır.  

Feil  kimi  “Rast”  da  zamanın  sınaqlarından  keçə  -  keçə  öz 

ahənginə,  quruluĢuna  demək  olar,  əsaslı  xələl  gətirməmiĢ,  əksinə, 

yeni  xallar,  guĢələr,  çalarlar  hesabına  daha  da  zənginləĢmiĢdir. 

Həmçinin  muğam  üstündə  oxunan  mahnıların,  təsniflərin  sayı  ço-

xalmıĢ, daha da rəngarəng olmuĢdur. 

Ü.Hacıbəyov “Rast”ı əqlə qida verən bir musiqi sayaraq yazır: 

“Rast” vaqiən rastlığa, düzlüyə və ülvi cənablığa meyl etdirən qiy-

mətli  bir  dəstgahdır.  Zənn  edirəm  ki,  “Rast”  hissiyyata  deyil,  əqlə 

qida verən bir musiqidir... 

Ü.Hacıbəyov yuxarıda “Rast” haqqında söylədiyi bu fikri əya-

ni  göstərmək  üçün  Ə.  Haqverdiyevin  “Dağılan  tifaq”  dramında 

“Rast” dan nə cür istifadə etməsini belə səciyyələndirir: 

“Dram nəvislərimizdən möhtərəm Əbdülrəhim bəy Haqverdi-

yevin məĢhur əsəri olan “Dağılan tifaq” da əqil və fərasətini mal və 

dövləti ilə bərabər qumar yolunda fəda etmiĢ Nəcəf bəyin qapısında 

bir dərviĢin “Ey əzizan, bir baxın dünyaya ibrətxanədir, axırın fikir 

etməyən  aqil  deyil,  divanədir”,  nəzmlərini  “Rast”  və  ya  “Mahur” 

üstündə oxuması nə qədər  gözəl  nə qədər müvafiq  və münasib bir 

haldır.  

“Rast”ın  təsiri  elədir  ki,  dərviĢ  oxuduqdan  sonra  Nəcəf  bəy 

guya bir qədər əqlə gətirib sanki məst ikən ayılır və sözləri təkrar et-

məyə məcbur olur:  

“Axırın fikir etməyən, aqil dəgil, divanədir”.  

Bir aqilin hikmətli nəsihətləridir “Rast”.  

Tarix danıĢan köhnə rəvayətləridir “Rast”. 

Aqil danıĢır, canlı misallar çəkir hərdən,  




 

19 


bir taleyin ibrətli hekayətləridir “Rast”.  

“ÜĢĢaq” da verir sirli suallar bizə rəng-rəng,  

eĢqin də cavabsız qalan hikmətləridir “Rast”. 

“DilkəĢ” də pıçıldar bizə dünya kədərindən, 

 insanın ədalətli Ģikayətləridir “Rast”. 

Öz dərdini qıĢqırmaz, o, ahəstə söylər, 

 lakin əzabın son dəmi, sərhədləridir “Rast”. 

Dünyanı gözəl görmək üçün qurbana hazır, 

 insanların ilk arzusu, niyyətləridir “Rast”. 

Ey Bəxtiyar, ah atəĢi söz rənginə girməz,  

həm dərdli qürub çağı və həm dan yeridir “Rast”. 

 

 



 

 

 

 

 

 

 


 

20 


NOT NÜMUNƏLƏRĠ 

 

 

 

 

 

 

 

 

 

 

 


 

21 



 

22 



 

23 



 

24 



 

25 



 

26 



 

27 



 

28 



 

29 



 

30 



 

31 



 

32 



 

33 



 

34 



 

35 


 

 

ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT 

 

1. Ü. Hacıbəyov «Əsərləri» II cild. Bakı 1965 

2. Ə. Bədəlbəyli «Musiqi lüğəti». Bakı 1969 

3.  M.  S.  Ġsmayılov  «Azərbaycan  xalq  musiqisinin  janrları». 

Bakı 1960 

4.  A.  Rzayeva  «Tarzən  Mirzə  Fərəc  haqqında  xatirələr».  Bakı 

1986 

5.  E.  Babayev  «Azərbaycan  muğam  dəstgahlarında  ritm  - 



intonasiya  

 problemləri». Bakı 1966 

6.  V.  Xəlilov 

«Muğamların  tədrisinə  dair  metodiki 

tövsiyyələr». Bakı 1982 

7. Qismət «Tarzən Kamil Əhmədov». Bakı 1981 

8. F.ġuĢinski «Azərbaycan xalq musiqiçiləri». Bakı 1985 

9. R. Ġmrani «Muğam tarixi» I cild. Bakı 1988 

10. R. Ġmrani «Azərbaycan musiqi tarixi» I cild. Bakı 1999 

11.  Ü.  Hacıbəyov  «Azərbaycan  xalq  musiqisinin  əsasları». 

Bakı 1985 

12. R. Zöhrabov «Muğam». Bakı 1991  

13. Z. Mirzəyev «Azərbaycan muğamı». Bakı 2007 

14. A. HəĢimov «Rast muğamı». Bakı 2002 

15. Bəxtiyar Vahabzadə «SeçilmiĢ əsərləri». Bakı 1975 

16. M. Adil Gəray «Muğam etüdləri». Bakı 1998 

17. N. Kazımov «Musiqi kolleci - 110». Bakı 2008 

 

 



 

 

 



 

 



 

36 


MÜNDƏRĠCAT 

 

GĠRĠġ ................................................................................................ 3 



RAST MUĞAMI .............................................................................. 5 

MUĞAM HAQQINDA MƏLUMAT .............................................. 6 

RAST MUĞAMINDA ġÖBƏ

 

VƏ GUġƏLƏRĠN TƏHLĠLĠ ........ 10



 

NOT NÜMUNƏLƏRĠ .................................................................... 20 

ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT ......................................... 35 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

************** 



 

Çapa imzalanıb: 10.06.2010. 

Format: 60x84 1/16. Qarnitur: Times. 

Ofset kağızı: əla növ. Həcmi: 2, 25 s.ç.v. Tiraj: 300. 

SifariĢ № 62.  

 

Mütərcim” NəĢriyyat-Poliqrafiya Mərkəzi  



Bakı, Rəsul Rza küç., 125 

Tel./faks 596 21 44 

e-mail: mutarjim@mail.ru

 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə