Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   22



Nüşabə Məmmədova 
Həyat bilgisi 
Ümumtəhsil mekteblerinin 6-cı sinfi üçün dərslik — 
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 88 səh. 
ISBN 978-9952-404-38-8 
Elmi redaktor: 
ƏLİ HUSEYNOV 
Pedaqoji elmlər doktoru, professor, 
əməkdar müəllim 
Kurkulum üzrə məslehetçi: 
KÖNÜL MAHMUDOVA 
Təhsil Problemleri İnstitutunun Kurikulum 
Mərkezinin böyük elmi işçisi 
Kitabla işləyərken, tapşırıqları həll ederkən kitabı yazmaq, kəsmək ve sairə hallara yol vermək
olmaz. Tapşırıqları dəftərinizde işləyin. 
Kitabın məzmunu və tərtibatı üzrə təklif və iradlarınızı info@eastwest.az ünvana göndərə
bilersiniz. 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri ve yaxud onun hər hansı hissəsini
yenidən çap etdirmək, surətini çıxartmaq, elektron informasiya vasitələri ile yaymaq qanuna
ziddir. 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2013



Əliyev V., Babayev 1., Cəfərov H., Məmmədova A. 
Ə56 Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik. Bakı, «Təhsil», 2013,
128 səh.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini
yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası
Təhsil Nazirliyi, 2013






§ 1. AZƏRBAYCAN QƏDİM ÖLKƏDİR
Azərbaycan  dünyanın  ən  qədim  insan  məskənlərindən  biridir.  İlk  insan  dəstələri  (ulu  icma)
Azərbaycan  ərazisində  1,5  milyon  il  əvvəl  meydana  gəlmişdir.  Alimlər  Azərbaycanın  Qarabağ,
Qazax,  Naxçıvan,  Lerik  rayonlarının  ərazilərində  qədim  insan  məskənləri  aşkar  etmişlər.  Bu
məskənlərdən qədim insanlara məxsus daş əmək alətləri, silahlar, ibtidai insanın ovladığı müxtəlif
heyvanların sümükləri tapılmışdır. 
Azərbaycanın  zəngin  təbii  şəraiti  olduğundan  burada  çayların,  göllərin  kənarında,  əlverişli  dağ
mağaralarında  ibtidai  insanlar  məskən  salmışlar.  Burada  şirin  su  qaynaqları,  bitki  və  heyvanat
aləmi zəngin idi. Təbii mağaralar insanları soyuqdan, küləkdən, yağışdan qoruyurdu. Ona görə də
qədim  insanlar  Azərbaycan  ərazisində  məskən  salmışlar.  Zaman  keçdikcə  onlar  məişət  işlərini
daha asanlıqla yerinə yetirməyi öyrənmişlər. İbtidai insanın görkəmi də dəyişmiş, tədricən müasir
insanlar formalaşmışlar. Beləliklə, Azərbaycan ərazisində ibtidai icma quruluşu yaranmışdır. 
İbtidai  icma  quruluşunu  quldarlıq,  daha  sonra  isə  feodalizm  quruluşu  əvəz  etmişdir.  Siz
Azərbaycan  tarixini  öyrənməyə  başlayarkən  əvvəlcə  ibtidai  icma  quruluşu  ilə  tanış  olacaq,  onun
inkişaf mərhələlərini maddi və yazılı mənbələr əsasında iz- əyəcəksiniz. 
Azərbaycanın  qədim  tarixi  arxeoloji  və  yazılı  qaynaqlar  əsasında  yazılmışdır.  Tarixi  hadisələrin
zamanını  bilmədən  ölkəmizin  tarixi  barədə  ardıcıl  təsəvvür  yaratmaq  mümkün  deyil.  Tarixi
hadisələrin  zamanını  ardıcıllıqla  öyrənən  köməkçi  elm  xronologiya  adlanır.  Xronologiya  yunan
sözüdür. «Xronos» — zaman, «loqos» — elm deməkdir. 
Tarix müəyyən bir başlanğıc anından hesablanır. Bu başlanğıc anı həqiqi və əfsanəvi tarixi hadisə
ilə bağlı ola bilər. Belə başlanğıc anı və ya nöqtəsi era adlanır. Tarixi hesablama həmin başlanğıc
nöqtəsindən  həm  qədimə,  həm  də  indiki  dövrə  doğru  aparılır.  Başlanğıc  nöqtəsinə  qədər
hadisələrdən danışarkən «eradan (yaxud miladdan) əvvəl» sözləri işlədilir. 
Hazırda  dünyada  xristian  erasından  başlayan  təqvim  geniş  yayılmışdır.  Azərbaycan
Respublikasında da bu təqvim işlədilir.


Bu  təqvimin  yaranması  xristian  dininin  banisi  İsa  peyğəmbərin  adı  ilə  bağlıdır.  İsanın  anadan
olduğu gündən başlayan era müsəlman aləmində milad (yəni «anadanolma») adlanır.
Bu,  zaman  oxudur.  Zaman  oxunun  üzərində  eradan  əvvəlki  minilliklər  və  əsrlər,  bizim  eranın
əsrləri  əks  olunur.  Siz  Azərbaycan  ərazisində  qədim  dövrlərdə  baş  verən  hadisələrin  xronoloji
çərçivələrini bu ox vasitəsilə asanlıqla müəyyən edə biləcəksiniz. 
Bir çox müsəlman ölkələrində Hicri təqvimdən istifadə olunur. Hicrat sözünün mənası «köçmək»
deməkdir. Bu təqvim İslam dininin banisi Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü
ildən  başlayır.  Həmin  hadisə  xristian  erasının  622-ci  ilində  baş  vermişdir.  Hicri  təqvimi  ilə
başlanan vaxta Hicri era da deyilir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Azərbaycanın yerləşdiyi tarixi məkan, təbii şərait ona hansı imkanları vermişdir? 
2. Xronologiyanı bilmək nə üçün lazımdır? 
3. Miladi təqvim necə yaranmışdır? 
4. Hicri eranın yaranması nə ilə bağlı olmuşdur?
«Azərbaycan ən qədim insan məskənlərindən biridir» 
adlı hekayə qurun.


İBTİDAİ İCMA QURULUŞU
§ 2. AZƏRBAYCAN ƏRAZİSİNDƏ ƏN QƏDİM İNSAN
MƏSKƏNİ QARABAĞDADIR
Qədim  insanların  yaratdığı  cəmiyyət  ibtidai  icma  quruluşu  adlanır. Arxeologiya*  elminə  görə,
ibtidai icma quruluşu şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. 
Cəmiyyət  tarixinin  ən  qədim  dövrü  Daş  dövrüdür.  Daş  dövrü  üç  xronoloji  inkişaf  mərhələsindən
keçmişdir:
Tarixdə Eneolit* dövrü adlanan bir dövr də vardır ki, bu, daş dövründən metal dövrünə keçid kimi
qiymətləndirilir. 
Paleolit dövrü də üç inkişaf mərhələsindən keçmişdir: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. 
Paleolit  dövrünün  ilk  mərhələsi  Alt  Paleolit  adlanır.  Alt  Paleolit  ilk  insan  tipinin  —  «bacarıqlı
insan»ın yaranması ilə başlamışdır. Paleolit dövrünün bu mərhələsi 100 min il əvvələ qədər davam
etmişdir. «Bacarıqlı insan» iki ayaq üzərində hərəkət edə bilir, sadə işlər görür və əsasən, daşdan,
ağacdan, sümükdən əmək alətləri hazırlamağı bacarırdı. Qədim insanların ilk əmək alətləri: sivri
daş, yerqazan çubuq və dəyənək olmuşdur.
*Arxeologiya (yunan sözü olub, «arxoyos» — qədim, «logos» — elm deməkdir) — insan
cəmiyyətinin tarixini maddi və yazılı mənbələr əsasında öyrənir 
*Eneolit — «eneos» latınca mis, «litos» yunanca daş deməkdir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə