Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə1/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   27



İxtisas redaktoru:
Tofiq Hümbət oğlu Nəcəfli
tarix üzrə fəlsəfə doktoru
Dil redaktoru:
Aida Quliyeva
Mahmudlu Y., Ağayev S., Xubyarov B., Əlişova H., Hüseynova L., Bəhrəmova S.
M31 Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı, «Təhsil», 2014,
128 səh.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı
hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq
qanuna ziddir.
© Azərbaycan Respublikası 
Təhsil Nazirliyi, 2014
DƏRSLİKDƏ İSTİFADƏ OLUNMUŞ ŞƏRTİ İŞARƏLƏR



İxtisas redaktoru:
Tofiq Hümbət oğlu Nəcəfli
tarix üzrə fəlsəfə doktoru
Dil redaktoru:
Aida Quliyeva
Mahmudlu Y., Ağayev S., Xubyarov B., Əlişova H., Hüseynova L., Bəhrəmova S.
M31 Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı, «Təhsil», 2014,
128 səh.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı
hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq
qanuna ziddir.
© Azərbaycan Respublikası 
Təhsil Nazirliyi, 2014
DƏRSLİKDƏ İSTİFADƏ OLUNMUŞ ŞƏRTİ İŞARƏLƏR





ƏZİZ DOST!
Sən artıq Azərbaycanın qədim dövr tarixini öyrənmisən. Bu dərslikdə isə Vətənimizin orta əsrlər
tarixi ilə tanış olacaqsan. Tariximizin bu mərhələsi iqtisadi-siyasi inkişafla, mədəni yüksəlişlə
səciyyələnir. Orta əsrlər dövründə yeni sosial-iqtisadi münasibətlər formalaşdı, mərkəzləşmiş
dövlətimiz yarandı.
Azərbaycan Sasani və ərəb işğallarına məruz qaldığı dövrlərdə də müstəqil dövlətçilik
ənənələrimiz qorunub saxlandı. Yadelli işğalları Azərbaycan xalqının yaranması prosesini
dayandıra bilmədi. İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq,
ölkənin çoxsaylı türk əhalisi ilə qeyri-türk əhalisi arasında etnik-siyasi və mədəni birlik daha da
möhkəmləndi. Vahid Azərbaycan xalqının yaranması prosesi başa çatdı. «Dəmirqapı»—
Dərbənddən Zəncana və Həmədana qədər böyük bir regionda vahid dövlətin yaranması Qafqazda
türklərin əsas etnik amilə çevrilməsinin nəticəsi idi. IX əsrdən etibarən müstəqil dövlətçilik
ənənələrimizin dirçəlməsi mədəni intibahla nəticələndi.
Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Atabəylər, Hülakülər (Elxanilər),
Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və digər dövlətlər xalqımızın tarixində müstəsna rol
oynadılar. 7-ci sinif «Azərbaycan tarixi» dərsliyi qonşu ölkələrlə və Avropa dövlətləri ilə geniş
iqtisadi-siyasi əlaqələr yaradan bu dövlətlərin dünya dövlətləri içərisində yerini və nüfuzunu
müəyyən etməkdən ötrü sənin üçün maraqlı axtarışlara zəmin yaradacaqdır. Bu dərslik
Azərbaycanın V—XVI əsrlər tarixinin ən önəmli hadisə və proseslərini öyrənib tədqiq etməkdə
sənə geniş imkanlar açacaqdır.


Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq
olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək
mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də
gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
— Heydər ƏLİYEV
AZƏRBAYCAN MÜSTƏQİL DÖVLƏTÇİLİYİN
DİRÇƏLİŞİ ƏRƏFƏSİNDƏ
1. FEODAL MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI
Şəkildəki insanların məşğuliyyəti, sosial vəziyyəti, həyat tərzi haqqında nə deyə bilərsən?
Fikirlərini qeyd et.
VI əsrin əvvəllərində Azərbaycanda feodal münasibətləri inkişaf edirdi.
Kənd icmalarının torpaqları feodalların əlinə keçirdi. Əkilib
becərilməsi çətinlik törədən torpaqlar isə sahibsiz qalırdı. Torpaqsız
qalan icma üzvləri asılı kəndlilərə çevrilirdilər.
Azərbaycanın cənub torpaqlarında — Atropatenada feodal
münasibətlərinin inkişafına Sasani şahı I Xosrov Ənuşirəvanm
islahatları da təsir göstərdi. O, sahibsiz torpaqları hərbçilərə payladı və
vergilərin toplanmasını nizama saldı. Bununla da vergiyığan məmurların
özbaşınalığına son qoyuldu. Uşaqlar, qadınlar, kahinlər, məmurlar can
vergisindən azad edildilər.
Feodal, islahat, can
vergisi, hərbçi,
mirzə, xostak,
dastakert, natural
təsərrüfat
Səncə, torpaqların
hərbçilərə
paylanmasında
məqsəd nə idi?
Fikrini bildir.


Erkən orta əsrlərdə
torpaq mülkiyyəti
formaları 
Tapşırıq
Xəritədə Albaniyanın
vilayətlərini
müəyyən et.
Natural təsərrüfatın
mahiyyətini necə
başa düşürsən?
Tapşırıq
Yaşadığın ərazidəki
tarixi abidələrin
tikildiyi dövr
haqqında araşdırma
apar.
I Xosrovun islahatları şərti torpaq mülkiyyətini genişləndirdi, xırda və
orta torpaq sahiblərinin sayı artdı.
Kəndlilərin istismar edilməsinin əsas forması vergilərin ödənməsi və
mükəlləfiyyətlərin icrası idi. Kəndlilərlə yanaşı, sənətkarlar və tacirlər
də vergi ödəyirdilər. Kahinlər, hərbçilər, mirzələr isə cəmiyyətin hakim
təbəqəsi sayılırdı. Zərdüştlük dininin hakim mövqe tutması kahinlərin də
varlanmasına səbəb olmuşdu.
Ölkədə körpülər, qalalar, yollar dövlət mülkiyyətində idi. Onların
tikintisində və bərpasında kəndlilər məcburi işlədilir, əvəzində onlara
heç nə ödənilmirdi.
Azərbaycanda feodalizmin əsas xüsusiyyətlərindən biri təsərrüfatın
natural forması idi. Kəndlilər özlərinin və feodalın tələbatını ödəmək
üçün müxtəlif ərzaq məhsulları, sənətkarlıq malları tədarük edir, bazara
mal çıxarmırdılar. Beləliklə, məhsul mübadiləsinə çox az hallarda
ehtiyac duyulurdu. Natural təsərrüfat ayrı-ayrı bölgələr arasında iqtisadi


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə