Azərbaycan tariXİ muzeyiNİN İlk arxeoloji ekspediSİyalari



Yüklə 275,35 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü275,35 Kb.
#56525


AZƏRBAYCAN  TARİXİ  MUZEYİNİN 

İLK ARXEOLOJİ  EKSPEDİSİYALARI

Einarə  Kərimova,

Azərbaycan  Dövlət Mədəniyyət və  incəsənət Universiteti 

m uzeyşünaslıq  ixtisası  üzrə  II  kurs magistratura tələbəsi 



E-m ail: 

elnarakerimli 166@gmail.com

A

rxeoloji  abidələrin  tədqiqi  Azərbaycanın  qədim  dövr  tarixini 

öyrənmək  üçün  mühüm  mənbə  rolunu  oynayır.  Arxeoloji 

abidələrdən aşkarlanan arxeoloji artefakt nümunələri  qədim 

daş dövründən  başlayaraq  son  orta əsrlərədək böyük bir dövrü əhatə 

edir.  Arxeoloji  abidələrin  tədqiqi  Azərbaycanın  həm  yazıya  qədər, 

həm  də  yazının  meydana  çıxmasından  sonrakı  tarixini  öyrənmək 

üçün  əvəzedilməz  dəlillər  vermişdir,  ilk  vaxtlar  arxeoloji  abidələrdə 

ölkəmizdə  olan  rus  və  alman  mənşəli  həvəskar araşdırıcılar qazıntı­

lar aparıblar.  Onların  əldə  etdiyi  zəngin  arxeoloji  artefakt  nümunələri 

qədim mədəniyyətimizə marağın artmasına səbəb olmuşdur.

Azərbaycanda  aparılan 

bu  tədqiqat 

işləri 


rus  alimlərinin 

əsərlərində  öz  əksini  tapıb.  Lakin  1873-cü  ildə  təşkil  edilmiş,  Qaf­

qazın  məşhur  abidələrini  dağıtmaq  və  qarətdən  qorumaq,  qədim 

abidələri  tədqiq  etməklə  arxeoloji  materiallar  toplamaq  kimi  bir 

missiyanı  qarşıya  məqsəd  qoyan  Qafqaz  arxeologiyası  həvəskarlar 

cəmiyyətinin  Azərbaycan  arxeoloji  irsinə  münasibəti  təəssüf  his­

si  doğurur.  Cəmiyyətin  açılışında  çıxış  edən  sədrin  köməkçisi  Berje 

bildirir ki,  Lənkəran,  Gəncə və  Nuxa  qəzaları  arxeoloji  baxımdan  ma­

raqlı  deyil.  Beləliklə,  1918-ci  ilə,  cümhuriyyətin  qurulmasına  qədər 

Azərbaycanın  arxeoloji  abidələrinin  tədqiqi  ardıcıl  xarakter  daşıma­

mış,  arxeoloji  mənbələr  tarix  elmimizin  ümdə  problemlərinin  həlli 

üçün  mühüm  mənbəyə  çevrilməmiş,  A ABakıxanov  istisna  olmaqla 

bu  heç kim tərəfindən bir vəzifə kimi  qarşıya qoyulmamışdır.  Orta əsr 

şəhərgahları,  istehkamları,  yaşayış  yerləri  haqqında  məlumat  topla­

yan,  onları  şərh  etməyə cəhd  göstərən  ilk ölkəşünas tədqiqatçılardan 

biri  A.A.Bakıxanovdur.  0,  Azərbaycan  tarixşünaslığında  ilk  dəfə  ola­

raq  "Gülüstani-irəm"  əsərində  orta  əsr  problemlərini  araşdırarkən 

yazılı  qaynaqlarla  yanaşı,  zəngin  informasiya  potensialına  malik 

arxeoloji  artefaktlardan  dəyərli  mənbə  kimi  istifadə  etmişdir.  Bəzi 

müəlliflər  hətta  Azərbaycanın  səciyyəvi  orta  əsr  arxeoloji  abidələrini 

özgəninkiləşdirməyə cəhd göstərmişlər (Y.Lalayan, S.V.Ter-Avetisyan). 

Çöl  arxeoloji  tədqiqatları  nəticəsində  əldə  olunan  arxeoloji  artefakt 

nümunələri  isə  Azərbaycandan  kənara  daşınırdı,  bir  sözlə,  xalqın 

mədəni  irsi  qarət olunurdu 



(1,  11-16).

Azərbaycan  xalqının  maddi-mədəniyyət  tarixinin  öyrənilməsi 

nöqteyi-nəzərindən  mühüm  hadisələrdən  biri  1919-cu  il  dekabrın 

7-də  Azərbaycan  parlamentinin  ildönümü  günü  istiqlal  muzeyinin 

təsis edilməsi idi. Azərbaycan parlamentinin binasında açılan muzeyin 

eksponatlarının mühüm hissəsini arxeoloji artefaktlar təşkil edirdi.

1920-ci  ilin  aprelindəki  məlum  siyasi  hadisələr  Azərbaycan 

Cümhuriyyətinin  qarşıya  qoyduğu  vəzifələri  gerçəkləşdirməsinə  im­

kan vermədi.

Sovet  hakimiyyətinin  ilk  illərindən  arxeoloji  abidələrin  tədqiqi, 

qeydə  alınması  və  qorunmasını  həyata  keçirən  elmi  qurumlar  təşkil 

olundu.  1920-ci  ildə İstiqlal muzeyi bazasında Azərbaycan  Dövlət Mu­

zeyi  yaradıldı.  Azərbaycan  Tarixi  Muzeyinin  yaradılması  muzey  işinin 

uğurlu  başlanğıcı  oldu.  Belə  ki,  Davud  bəy  Şərifovun  rəhbərlik  etdiyi 

Azərbaycan  Tarixi  Muzeyində  tariximizin  hələ  tanınmamış  incilərinin 

toplanmasına başlanıldı.  Bu zaman böyük ehtiyac duyulan Arxeologi­

ya fondu da yaradıldı.

Arxeologiya  fondunun  inventar  kitabında  ilk  arxeoloji  artefakt 

nümunəsi  kimi  qədim  daş  dövrünə  aid  çaxmaqdaşından  əmək  aləti 

qeyd olunub.  Həmin  əmək aləti  1920-ci  il mayın  25-də  Benkendorfun 

evindən  qəbul  edilmişdir.  Bunun  ardınca  Birlinskinin  (1920),  Uşako- 

vun  (1920),  Abezkuzun  (1920),  Skinderin  (1921),  Yevgeni  Paxomo- 

vun  (1921)  kolleksiyalarındakı  arxeoloji  artefakt  nümunələri  fondun 

bünövrəsini  təşkil etdi və uğurlu oldu.

Azərbaycan  Tarixi  Muzeyi  yarandığı  ilk  illərdə  arxeoloji  arte­

fakt  nümunələrinin  muzeyə  ayrı-ayrı  şəxslərin  hədiyyə  və  əvəzi 

ödənilməklə  təqdimatının  azlığı  arxeoloji  qazıntıların  aparılmasını  da 

zəruri  etmişdir.  Elmi cəhətdən daha əhəmiyyətli  olan arxeoloji ekspe­

disiyaların  materiallarının  Azərbaycan  Tarixi  Muzeyinə  cəlb  edilməsi 

də  asan  başa  gəlmir.  Həmin  dövrdə  arxeoloji  qazıntıların  aparılması 

ilə  məşğul  olacaq  hər  hansı  qurum  olmadığından  Azərbaycan  Tari­

xi  Muzeyi  bu  işi  öz  üzərinə  götürmüşdü.  Muzey  arxeoloji  artefakt 

nümunələrinin elmi  baxımdan  öyrənilməsinin əsasını qoydu.

Bu  məqsədlə  muzey  1921-ci  ilin  iyun  ayında  Şirvanşahlar  sara­

yına  ilk  arxeoloji  kəşfiyyat  səfərini,  elə  həmin  ayda  Gəncə  qəzasına 

ilk  arxeoloji  qazıntı  səfərini  rəsmən  təşkil  etdi.  Bu  iş  1922-ci  ildə  də 

davam  etdirildi.  Azərbaycan  SSR Xalq Təhsili  Komissarlığı  “Muzarxiv" 

bölməsinin  1922-ci  ilin  may  ayında  təqdim  etdiyi  234  saylı  mandat­

da  qeyd  olunur:  “Azərbaycan  SSR  Dövlət  Muzeyi  tərəfindən  Gəncə 

qəzasına  qədim  abidələrin  olduğu  yerləri  yoxlamaq  və  arxeoloji 

kəşfiyyat aparmaq üçün  ezam  olunur" 

(2, 3).

1921-ci  ilə  "Muzarxiv'’in  əməkdaşları  (Yevgeni  Paxomov)  Şirvan­

şahlar sarayına  arxeoloji  baxış  keçirmişlər.  Hətta  buradakı  bəzi  tarixi 

obyektlər təmizlənmiş, yerüstü materiallar toplanmışdır 



(3).

  Belə ma­

teriallardan biri -  qırmızı  rəngli gildən hazırlanmış, içərisi və bayırı sarı 

şir  ilə  örtülmüş  piyalə  səkkizguşəli  hücrənin  zirzəmisi  təmizlənərkən 

aşkarlanıb (inv.  №62).

"Muzarxiv”  tərəfindən  Şirvanşahlar  sarayına  arxeoloji  səfərlərin 

təşkili  mütəmadi  hal almış,  1922-ci  ildə də davam  etdirilmişdir.  Tapı­

lan  nümunələrdən  birinin -  qırmızı  gildən  dulus çarxında  hazırlanmış 

saxsı parçasının  iç qismində mürəkkəblə dua yazılıb (inv.  № 64).

60 


M ə d ə n iyyə t.A Z  / 1   •  2018


Şirvanşahlar  sarayına  təşkil  edilmiş  belə  məhdud  arxeoloji 

səfərlərin  elmi  əhəmiyyəti  sonralar  burada  genişhəcmli  qazıntıların 

aparılması  haqqında fikirləri  qüvvətləndirdi.

1921-ci  ildə  “Muzeydən  ezamiyyə  və  Gəncə  quberniyasının  Gəncə 

qəzasındakı  kurqanlarda  qazıntı  aparmaq  hüququ"  alan  Azərbaycan 

Dövlət  Muzeyinin  əməkdaşı  V.Qukasov  iyunun  1 -də  Gəncə  qəzasının 

Nüzgər  kəndində  (indiki  Şəmkir  rayonu),  Şam ir dərəsi  adlanan  yerdə 

Azərbaycan Tarixi  Muzeyinin  ilk arxeoloji qazıntısına başlayıb (Nüzgər, 

I  kurqan).  Nüzgər kəndində tədqiq  edilən  kurqanın  uzunluğu  10  arşın 

(7,2  m),  em  5  arşın  (3,6  m),  hündürlüyü  2,5  arşın  (1,8  m)  idi.  Ətrafına 

xırda daşlar düzülmüş qəbrin  üstü plitə şəklində üç  böyük yastı  daşla 

örtülmüşdür.  Qəbirdən aşkarlanan  skeletin  başı  şərqə tərəf uzadılmış 

vəziyyətdə  idi.  Qəbir avadanlığı  içərisində  qolbaq,  bıçaq,  üç  ədəd  saç 

borusu  və  gil  qab  əldə  olunub  (inv.  №79).  Qazıntının  müəllifi  skeletin 

tapılmış  əşyaların  xüsusiyyətinə  görə  kişiyə  məxsusluğunu  ehtimal 

etmişdir 



(2, 5).

Nüzgər kəndində  ikinci  kurqan  Kəkəlü adlı yerdə tədqiq  olunub 



(2, 

5).

  Kurqanın uzunluğu 7 arşın (5 m),  eni 3 arşın (2,13 m),  hündürlüyü 2 

arşın  (1,42  m) olmuşdur.  Ancaq  qəbrin  üzərini  örtən  böyük yastı  daş­

ların  yerləşməsi  birinci  kurqandan fərqlənirdi.  Belə  ki,  üç  böyük yastı 

daş,  demək  olar ki,  qəbrin  üstünü bağlamış və dördüncü yastı daş da 

qəsdən açıq saxlanmış yeri örtmüşdür.  Bu kurqandakı skeletin başı da 

şərqə tərəf idi. Qəbirdən qolbaq,  üzük və sinə bəzəkləri əldə edilmişdir 

(inv.  №75).

Üçüncü  kurqan  Gəncə  qəzasının  Qotul kəndində  (indiki  Göygöl  ra­

yonu)  öyrənilib 



(1,  6).

  Kurqanın  uzunluğu  12  arşın  (8,5  m),  eni  6  ar­

şın  (4,2  m),  hündürlüyü  2  arşın  (1,42  m)  böyüklükdə  idi.  Bu  kurqanın 

qəbiristanlığı  iki  təbəqədən  ibarət  olub.  Birinci  təbəqədə  kiçik  skelet 

aşkarlanıb.  Ətrafında  heç  bir  əşya  yox  idi.  Alt  təbəqədə  isə  uzunluğu 

2,5 arşın  (1,8  m),  eni  1,5 arşın  (1  m),  dərinliyi  2 arşın  (1,42 m) qübbəlı 

qəbir vardı. Bütün qübbə daşlarla örtülmüşdür. Qazıntı müəllifinə görə, 

qəbir qadına məxsus olmuşdur.  Qəbirdən qolbaq və nizə əldə edilmiş­

dir (inv.  №74).  Qotul kəndindəki başqa kurqanlarda qazıntı aparılsa da, 

iş nəticəsiz qalıb.

Dördüncü  kurqan  Gəncə  qəzasının  Çovdar  kəndində  (indiki 

Daşkəsən rayonu) tədqiq edilib 



(1, 7).

  Kurqanın uzunluğu 2,5 arşın (1,8 

m),  eni  1,5 arşın  (im ),  dərinliyi  2 arşın  (1,42  m)  idi  (Çovdar,  I  kurqan). 

Qəbrin  quruluşu  yuxarıdakılara  oxşar,  daxildən  xırda  yastı  daşlarla 

örtülüb,  yuxarıdan  isə  plitə  şəklində  böyük yastı  daşlarla  bağla­

nıb.  Skeletin  başı  şərqə  uzadılmışdır.  Qəbirdən  baş  üçün  qurşaq, 

boyunbağı,  dörd  toqqa,  iki  sırğa,  baş  sancağı,  baş  bəzəyi,  sinə 

bəzəyi,  qolbaq və gil qab əldə edilmişdir.  Qazıntı  müəllifinə  görə, 

qəbir qadına məxsus  imiş (inv.  №67).

Beşinci  kurqanda  da  oxşar  quruluşlu  qəbrə  təsadüf  olunub 

(Çovdar,  II  kurqan).  Qəbirdən qolbaq,  muncuqlar,  düymələr,  sırğa 

və kiçikhəcmli gil qab əldə edilmişdir (inv.  № 68).

Altıncı  kurqanın  (Çovdar,  III  kurqan  )  inventarı  qolbaq,  mun­

cuqlar, toqqa, üzük,  iki sinə bəzəyi və iki sırğadan (inv. №73), yed­

dinci  kurqanın  (Çovdar,  IV kurqan)  inventarı  isə  qolbaq,  iki  üzük, 

muncuqlar, toqqa, dəvəgözündən dörd ədəd ox ucu və gil qabdan 

(inv.  №71) ibarət olmuşdur 

(2, 7).

Muzeyin  ekspedisiyası  Nüzgər  kəndində  yerli  sakinlərdən 

təsadüfi tapıntılar nəticəsində aşkarlanmış artefakt nümunələrini 

də toplayıb (31,7;  inv.  № 82-83).  Həmçinin V.Qukasov hələ  1908-

ci  ildə  adıçəkilən  abidələrdə  apardığı  arxeoloji  qazıntılar zamanı  tap­

dığı və Arxeologiya fondunun  inventar kitabında  Lus  kolleksiyasından 

daxil  olduğu  qeyd  edilən  tunc  və  gil  məmulatından  ibarət  artefakt 

nümunələrini  də muzeyə təhvil vermişdir.

1921 -ci  ildə Gəncə qəzasının  Nüzgər,  Qotul və Çovdar kəndlərindən 

aşkarlanan  arxeoloji  artefaktlar arxeoloji  ədəbiyyatda  Gəncə-Çovdar 

adı  ilə  vurğulanıb,  heç  vaxt  onların  müxtəlif  abidələrdən  əldə  edildi­

yi  qeyd  olunmayıb.  Qazıntı  hesabatının  muzeyin  “Sənədli  mənbələr 

fondunda  olmasına  baxmayaraq  qazıntı  materiallarının  qeydə 

alındığı  Arxeologiya  fondunun  I  inventar  kitabındakı  məlumatlar 

dəqiqləşdirilməyib. Arxeoloji artefaktların hamısı Gəncə qəzası ümumi 

adı  ilə verildiyindən tədqiqatçılar buna diqqət yetirməmiş, bütün mate­

rialların Çovdardan  olduğunu zənn etmişlər.

1921-ci  il  Gəncə  qəzası  (Nüzgər,  Qotul  və  Çovdar)  arxeoloji  arte- 

faktları  V.Qukasovun  qeyd  etdiyi  kimi,  kurqanlardan  deyil,  əslində, 

daş  qutu  qəbirlərdən  aşkarlanıb.  Onun  qəbirlərin  qazıntısını  təsvir 

etməsindən  və  həmin  abidələrdə  sonralar  aparılan  arxeoloji  qazıntı­

lardan bu aydın  görünür.

Nüzgər, Qotul və Çovdar abidələri Xocalı-Gədəbəy mədəniyyəti are­

alına daxildir.  Buradan tapılmış arxeoloji artefakt nümunələri son tunc 

və  ilk dəmir dövründə  ərazidə yaşamış  qədim  azərbaycanlıların  dün­

yagörüşünü  (axirət  dünyasına  inamını,  qəbir  tiplərinə  və  mərhumun 

basdırma  vəziyyətinə  münasibətini),  aralarında  hiss  edilən  sosial 

bərabərsizliyi  (varlı,  kasıb),  zövqünü  (müxtəlif  tunc  bəzək  əşyaları, 

muncuqlar),  sənətkarlığının  (metalişləmə,  daşişləmə,  dulusçu­

luq),  hərb  sənətinin  (tunc,  nizə,  dəvəgözüdən  ox  ucluqları)  inkişaf 

səviyyəsini  öyrənməyə imkan verir.

Azərbaycan  Dövlət  Muzeyinin  Gəncə  qəzasına  ezam  etdiyi 

V.Qukasov 1922-ci ilin iyun ayında Gəncə qəzasının Qızılhacılı kəndində 

(indiki  Goranboy  rayonu)  “Həsən  təpəsi  ”  adlı  yerdə  10  sajen  (21,3  m) 

uzunluğunda,  təxminən  5  sajen  (10,65  m)  enində  kurqanın  olduğunu 

müəyyənləşdirib (2,1).  Hündürlüyü təxminən 3  sajenə  (6,4 m)  bərabər 

hesab edilir.

Qızılhacılıdan  qərbdə,  Səfikürsü  kəndi  (indiki  Goranboy  rayonu)  ilə 

aralıqda "Xanlar təpəsi “ adlı yerdə başqa bir kurqana  rast gəlinmişdir. 

Bu  kurqan  təxminən  3  sajen  (6,4  m)  uzunluğunda,  2  sajen  (4,26  m) 

enindədir.  Hündürlüyü təxmini olaraq 1,5 sajenə (3,2 m) bərabər hesab 

edilir. Yerli əhali təsadüfən əkin  işləri zamanı buradan gil qab və skelet




tapmışdır.

Qızıihacılıdan  cənubda  yerləşən  Xan  Qərvənd  kəndində  (indi­

ki  Goranboy  rayonu)  xaraba  vəziyyətdə  olan  qədim  istehkam  "Qala 

yeri"  abidəsi  müəyyənləşdirilmiş,  orada  da  kiçik  bir  kurqanın  yeri 

dəqiqləşdirilmişdir 

(2, 2).

1923-cü  ildə  Azərbaycan  arxeologiya  məktəbinin  ilk  nümayəndəsi 

və yaradıcılarından,  onu  təşkil və tədris  edənlərdən  biri,  arxeoloq,  et- 

noqraf,  muzeyşünas  və  coğrafiyaşünas  alim,  tarix  elmləri  namizədi 

Davud  bəy  Mikayıl  oğlu  Şərifov  Azərbaycan  Tarixi  Muzeyinə  direktor 

təyin  olundu  (5 3 ,1 A6).  Onun təyinatından  sonra muzeydə  həm tədqiq, 

həm də təbliğ  sahəsində xeyli  irəliləyişlər nəzərə çarpdı.

Davud  Şərifovun  bilavasitə  səyi  nəticəsində  1926-cü  ildə 

Azərbaycan  Dövlət Muzeyinə sərgilərdə qədim  insanların həyat tərzini 

dolğun  göstərə  bilmək  üçün  Dövlət  Ermitajı  emalatxanasından  Ru­

siyanın  müxtəlif  ərazilərində  tapılmış  unikal  arxeoloji  artefaktların 

mulyajları  (30,  inv.  №907-970;  1254—1302),  1925-ci  ildə  isə  Qafqaz 

Muzeyindən  Redkin  lager,  Şuşa,  Anenfeld,  Çomaqlı,  Zəylik,  Yenikənd 

və  Bakıda aparılan  qazıntılar nəticəsində aşkarlanm ış əksəriyyəti  son 

tunc və  ilk dəmir dövrünə aid arxeoloji artefakt nümunələri daxil oldu.

1926-28-ci  illərdə  muzeyin  1921 —22-ci  illərdə  Gəncə  qəzasında 

apardığı arxeoloji  qazıntıların  bir növ davamı  kimi  Davud Şərifov yenə 

də  həmin  qəzada arxeoloji tədqiqat işləri aparıb.  0 vaxt tələbə olan və 

muzeydə yenicə  işləməyə başlayan  ishaq  Cəfərzadə də  həmin arxeo­

loji qazıntılarda iştirak etmişdir 



(36, 4).

  1926-ci il ekspedisiyası zamanı 

təkcə Çovdar kəndində  19 daş qutu qəbir açılmış, son tunc və  ilk dəmir 

dövrünə aid çoxlu  sayda tunc silahlar,  bəzək nümunələri və  gil qablar 

aşkarlanmışdır 

(7).

Davud  Şərifovun  hesabatlarında  maraqlı  cəhətlərdən  biri  qəbirləri 

nisbi  sıralamasında  sıfırdan  başlamasıdır.  Buna  diqqət  yetirməyən 

tədqiqatçılar onun  18 qəbir açdığını  göstərirlər.  Əslində,  qəbirlərin sayı

19-dur.  Qəbir  avadanlıqları  toplanaraq  muzeyə  gətirilmiş,  Arxeologi­

ya  fondunun  I  inventar  kitabında  102-316  inventar  sayı  altında  qeyd 

edilmişdir.  1926-cı  il Çovdar arxeoloji  materiallarına  qara,  boz və  qır­

mızı  rəngli  müxtəlif  qablar,  tunc  əşyalar  -   xəncər,  xəncər  başlıqları, 

iki tərəfi  kəsərli bıçaq, dördkünc bizlər,  düymələr,  pilək dəsti,  dingələr, 

sancaq,  ayparaşəkilli  və düyməvarı  sancaq  başları,  üzərində  şəbəkəli 

naxışlar verilmiş quşformalı asmalar,  spiralşəkilli və adi  üzüklər,  qob 

baqlar, dairəvi və yastı təbəqədən sinə bəzəkləri,  dəmir əşya və parça­

ları,  əlvan metaldan düymə və  muncuq,  sinə bəzəkləri,  dəmir əşya və 

parçaları,  əlvan  metaldan  düymə və  muncuq,  balıqqulağı,  əqiq,  pasta 

və  tunc  muncuqlar,  daş  əyircəklər,  dəvəgözüdən  ox  ucları,  dəvəgözü 

və çaxmaqdaşı daxildir.

1921-ci 

il 


arxeoloji 

qazıntıları 

Gəncə-Covdar  abidələrinin 

öyrənilməsində  əsas  mərhələ  sayılaraq  1926-cı  ilin  Gəncə-Cov- 

dar  qazıntılarının  hesabatından  da  göründüyü  kimi,  burada  tədqiqat 

işlərinin genişləndirilməsinə imkan verib.

1921-ci  ilin  arxeoloji  qazıntı  tapıntılarının  təsnifindən  qabaq  qeyd 

etmək  lazımdır  ki,  Arxeologiya  fondunun  inventar  kitabında  həmin 

qazıntıdan  hesabatda  veriləndən  daha  çox  arxeoloji  material  var; 

məsələn:  saxsı  məmulatı  hesabatda  az  göstərilir,  kitabda  isə  daha 

çoxdur.  Həmçinin  bütün  ekspozisiyalarda  1921-ci  ilin arxeoloji  qazıntı 

materialları  nümayiş  etdirildiyindən  bəzi  hallarda  onların  göstəriciləri 

(inventar  nömrələri)  qarışıq  düşüb.  Göstərilən  nöqsanlar  muzeyin  ilk 

arxeoloji  ekspedisiyası  haqqında  araşdırmalarımız  üçün  çətinlik  ya­

radır.

Qazıntı  müəllifi  hesabatda  bir qədər mücərrədliklə  əldə  etdiyi  mate­



rialları tunc dövrünə aid etsə də,  sonrakı tədqiqatların da göstərdiyi  kimi 

Çovdar və ətrafındakı arxeoloji mədəniyyət son tunc və ilk dəmir dövrünə 

e.ə XIII—IX əsrlərə məxsusdur 

(5,  124).

  ❖


Ədəbiyyat:

1. Azərbaycan arxeologiyası,  6 cilddə, VI  cild.  Bakı,  “Şərq-Qərb",  2008,  632  səh.

2. Azərbaycan  Dövlət Muzeyinin  1921-ci  ilin  iyununda  Gəncə qəzasında apardığı kurqanların qazıntısı  haqqında hesabat. AMEA-nın 

Azərbaycan Tarixi  Muzeyi,  Elmi Arxiv,  inv.  №36.

3. Azərbaycan  Dövlət  Muzeyinin  1922-ci  ilin  iyununda  Gəncə  qəzasında kəşfiyyat  işləri  haqqında hesabat. AMEA-nın Azərbaycan Tarixi 

Muzeyi,  Elmi Arxiv,  inv.  №36.

A. Асланов  Г.М.,  Ваидов  P.M.,  Ионе  Г.И. Древний  Мингечаур -  Баку,  1959.

5.  Минкевич-Мустафаева  Н.В.  О датировке  и хронологических этапах некоторых  памятников Азербайджана эпохи  поздней 

бронзы  и  раннего железа.  МКА.  м.  IV-Б а ку ,  1962,  стр.  109-139.

6.  Минкевич-Мустафаева  Н.В.  Об археологических находках из сел. Доланлар.  МКА, т.  I -Б а к у ,  19А9, стр.  50-70.

7.  Sadıqzadə Ş.H.  Qədim Azərbaycan  bəzəkləri.  Bakı,  İşıq—1971.

Резюме

В  статье  представлена  общая  информация  о  первых археологиче­

ских экспедициях Национального Исторического Музея Азербайд­

жана.  Кратко  рассматривается  классификация  археологических 

артефактов  из  первых археологических экспедиций.

Ключевые  слова: 

Музей  Истории  Азербайджана,  археологические 

экспедиции,  артефакты.

Sum m ary

The article  gives general information about the first archeologi­

cal expeditions of the  National History Museum  of Azerbaijan. 

The classification  of archeological artifacts from the first archa­

eological expeditions  is briefly considered.

Key  words: 

Azerbaijan  History  Museum,  archaeological expedi­

tions,  artifacts.

62 


M ə d ə n iyyə t.A Z  / 1 * 2 0 1 8

Yüklə 275,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə