Azərbaycan tarixi X sinif



Yüklə 28,24 Kb.
tarix01.12.2017
ölçüsü28,24 Kb.
#13393
növüYazı

Azərbaycan tarixi

X sinif

● mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, xronoloji cədvəllər hazırlayır;

● yazılı mənbənin aid olduğu dövrü və müəllifin mövqeyini müəyyənləşdirir;

● insanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir;

● müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini dəyərləndirir, qrafik və diaqramlar tərtib edir;

● dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini dəyərləndirir, dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir.

● görkəmli tarixi şəxsiyyətlər haqqında referat və təqdimatlar hazırlayır;

● Azərbaycanın mədəniyyətini Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi dəyərləndirir.



Məzmun xətləri üzrə əsas alt-standartlar

  1. Tarixi zaman

Şagird:

    1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

      1. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, təqdimatlar hazırlayır.

      2. Mənbələr əsasında Azərbaycanın keçmiş və müasir dövrünə aid xronoloji cədvəllər hazırlayır.

    2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.

      1. Tarixi hadisəyə aid yazılı mənbənin müəllifinin mövqeyini müəyyənləşdirir.

      2. Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.

    3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiylarla əlaqələndirir.

      1. İnsanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir.



  1. Tarixi məkan

Şagird:

    1. Azərbaycanın ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

      1. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini dəyərləndirir.

      2. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyinə dair qrafik və diaqramlar tərtib edir.



  1. Dövlət

Şagird:

    1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

      1. Dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini dəyərləndirir.

      2. Müxtəlif dövrlərdə dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir.

      3. Azərbaycanın sosial-iqtisadi inkişafına dair qrafik və diaqramlar tərtib edir.



  1. Şəxsiyyət

Şagird:

    1. Tarixi şəxsiyyətləri dövr baxımında qiymətləndirir

      1. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini (I Axsitan, Qara Yusif, Şah I İsmayıl, Şah I Abbas, Nadir şah, Cavad xan, Ağa Məhəmməd şah Qacar) dünyanın görkəmli tarixi şəxsiyyətləri ilə müqayisə edir və dəyərləndirir.

      2. Görkəmli tarixi şəxsiyyətlər haqqında topladığı materiallara əsasən referatlar və təqdimatlar hazırlayır.



  1. Mədəniyyət

Şagird:

    1. Mədəniyyət və sivilizasiyları qiymətləndirir.

      1. Mədəniyyətin inkişafını tarixi şərait və sosial iqtisadi vəziyyət baxımından dəyərləndirir.

      2. Azərbaycan mədəniyyətini Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi qiymətləndirir.

      3. Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyətinin inkişafına dair araşdırmalar aparır, referatlar və təqdimatlar hazırlayır.

XI sinif

XI sinfin sonunda şagird:

● mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü dəyərləndirir, təqdimatlar hazırlayır;

● tarixi hadisə, proses və təzahürlərin öyrənilməsi üçün müvafiq mənbələri seçir, müxtəlif baxışları dəyərləndirir;

● Azərbaycanın xalqının formalaşmasını tarixi dövrlərlə əlaqələndirir;

● Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir, təqdimatlar hazırlayır.

● Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin dövlətçilik ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir və proqnozlar verir;

● qlobal problemlərin həllində Azərbaycanın mövqeyini dəyərləndirir;

● tarixi inkişafda şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir və layihələr hazırlayır;

● dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu dəyərləndirir;

● Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələrini təqdim edir.



Məzmun xətləri üzrə əsas alt standartlar

  1. Tarixi zaman

Şagird:

    1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

      1. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrlərini dəyərləndirir, təqdimatlar hazırlayır.

      2. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişi və müasir dövrlərinə aid müqayisəli sinxron cədvəllər hazırlayır.

    2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.

      1. Mənbələrdəki eyni tarixi hadisə, proses və təzahürlər barədə müxtəlif baxışları dəyərləndirir.

      2. Tarixi hadisə, proses və təzahürlərin öyrənilməsi üçün müvafiq mənbələri seçir.

    3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

      1. Azərbaycan xalqının formalaşmasının xüsusiyyətlərini tarixi dövrlərlə əlaqələdnirir.



  1. Tarixi məkan

Şagird:

    1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

      1. Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir.

      2. Azərbaycanın geosiyasi mövqeyini nümayiş etdirən təqdimatlar hazırlayır.



  1. Dövlət

Şagird:

    1. Azərbaycanın ərasizində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

      1. Müxtəlif dövrlərdə Azərbaycanda yaranmış dövlətlərin dövlətçilik ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir.

      2. Qlobal problemlərin həllində Azərbaycanın mövqeyini və apardığı siyasəti dəyərləndirir.

      3. Mənbələr əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır, proqnozlar verir.



  1. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

      1. Tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Şeyx Məhəmməd Xiyabani, Nəriman Nərimanov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev) rolunu və fəaliyyətini dəyərləndirir

      2. Görkəmli tarixi şəxsiyyətlər haqqında layihələr hazırlayır.



  1. Mədəniyyət

Şagird:

    1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

      1. Dünya mədəniyyətinin inkişafında Azərbaycanın mədəniyyətinin rolunu dəyərləndirir.

      2. Azərbaycanın milli-mənəvi dəyərlərini Azərbaycan xalqının dünya mədəniyyətinə töhfəsi kimi dəyərləndirir.

      3. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələrini təqdim edir.

Yüklə 28,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə