Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə1/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
  1   2   3   4   5   6   7   8   9   ...   85
42893

Gülsüm Hüseynova
TAT DİLİNİN 
LEKSİKASI
(Azərbaycan tatlarının dilinin 
materialları əsasında)
“Elm  və təhsil” 
B akı-2 0 1 3


АМЕА  Nəsimi adına Dilçilik İnstitutu 
Elmi Şurasının  qərarı ilə çap olunur
Elmi redaktor:
Rəyçilər:
Roza Eyvazova
Filologiya üzrə elmlər doktoru, 
professor
İlham Tahirov
Filologiya üzrə elmlər doktoru
Əsmətxanım  Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru

dosent
Rasim  Heydərov
Filologiya  üzrə fəlsəfə doktoru
Gülsüm  H üseynova
Tat  dilinin  leksikası  (Azərbaycan  tatlarının  dilinin 
materialları əsasında). Bakı,  “Elm və təhsil”, 2013, 252 səh.
Monoqrafiyada  ilk  dəfə  olaraq  Azərbaycan  tatlarının  dilinin 
leksik  sistemi  kompleks  şəkildə  tədqiqata  cəlb  olunmuş,  qohum  və 
qohum olmayan dillərlə müqayisəli və əlaqəli formada araşdırılmışdır.
Əsərdən dilçilər və dilçiliklə maraqlanan digər şəxslər faydalana
bilərlər,
4602000000
---------------   qrıflınəşr
7V098 -  2013
© Gülsüm Hüseynova, 2013,


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ÖN  SÖZ
Hər  bir  dilin  leksiklogiyasına  elə  bir  özünəməxsusluq 
xasdır  ki,  bu,  onu  sistem  kimi  tədqiq  edilməsinə  müəyyən 
qədər  mane  olur.  Qeyd  edilən  cəhəd  ondan  irəli  gəlir  ki,  dilin 
leksik  sistemi  həmişə  açıq  və  dəyişkəndir.  Bu  sistemdə  həm 
mövcud  sözlərin  mənalarında  dəyişmələr  baş  verir,  sözün 
semantikası  genişlənir,  sıxılır,  daralır.  Söz  dildə  işlək  qatdan 
çıxıb  lüğət  fondunun  passiv  qatına  keçir.  Bunun  müqabilində 
dilə  yeni  sözlər  daxil  olur.  Dil  başqa  dillərdən  söz  alır,  başqa 
dillərə  söz  verir.  Bütün  bu  hadisələr  dilin  leksik  sistemində 
daim  baş  verir  Bir  hadisə  dilin  inkişaf  tarixinin  müəyyən 
dövründə  daha çox müşahidə  olunur,  başqa bir hadisə isə  sanki 
dayanır.  Başqa  dildən  sözalma  və  başqa  dilə  sözün  keçməsi, 
neologizmlərin  yaranması  və  dilin  lüğət  tərkibinə  daxil  olması 
kimi  proseslər  bir-birindən  fərqli  formalarda  baş  verir. 
Məlumdur  ki,  tatlar  irandilli  xalq  olub  Xəzəryanı  ərazilərdə  -  
İranda, 
Azərbaycanın  şimal-şərq  rayonlarında, 
Abşeron 
yarımadasında, 
Dağıstanın  cənub-şərqində,  Dərbənd  və 
Mahaçqala 
şəhərlərində 
məskunlaşmışlar. 
Azərbaycan 
ərazisində tatlar,  əsasən,  respublikanın İsmayıllı,  Xızı,  Şamaxı, 
Quba,  Dəvəçi  və  Abşeron  ərazilərində  daha  kompakt  şəkildə 
yaşayırlar.  Bu  baxımdan  tat  dilinin  leksikologiyasının 
Azərbaycan  ərazisində  yaşayan  tatların  dilinə  dair  materiallar 
əsasında  tədqiq  olunmasına  ehtiyac  duyulur.  Doğrudur,  tat 
dilinin  leksikasına  dair  bir  sıra  tədqiqatlar  mövcuddur.  Lakin 
bu  tədqiqatlar  müəyyən  bir  ərazi  ilə  məhdudlaşdırıldığından 
araşdırmanın  başqa  ərazilər  üzrə  aparılması  tələbi  meydana 
çıxır.  Məsələyə  bu  yöndən  yanaşmaq  tat  dilinin  leksik 
fondunun  ümumi  mənzərəsini  aydınlaşdırmaq  üçün  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Azərbaycanda  yaşayan  tatların  dili 
Azərbaycan  dili  ilə  daimi  təmaslı  əlaqədədir.  Bu  əlaqələr,
3


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
şübhəsiz  ki,  tat  dilinin  leksik  sisteminə  xüsusi  təsir  göstərir. 
Həmin  təsirlərin  müxtəlif  aspektdən  öyrənilməsi  mümkündür. 
Müəllif  əsərdə  tat  dilinin  lüğət  tərkibinə  daxil  olan  sözlərin 
ümumi  fondunun  yaradılması,  bu  sözlərin  mənşəcə  təsnifı,  tat 
dilində 
antonimlərin, 
sinonimlərin, 
omonimlərin
xüsusiyyətlərinin  əlaqəli  olduğu  dilin  təsiri  prizmasından 
təyini,  tat  dilinin  leksik  qatında terminlərin  yerini,  terminlərin 
yaranması  və  alınması  məsələlrini 
ön  planda  nəzərə 
çatdırmışdır. 
Oxuculara, 
dilçilərə 
təqdim 
olunan 
bu 
monoqrafiyada 
tat 
dilinin  leksikasının 
kompleks 

Azərbaycan  dili  ilə  müqayisəli  şəkildə  araşdırılmasına  cəhd 
edilmişdir.  Məlumdur  ki,  müxtəlif etnoslar,  xalqlar  arasındakı 
münasibətlərdə  dil  mühüm  rol  oynayır.  İctimai,  mədəni,  sosial 
və  iqtisadi  sahələrdə  əlaqələrin  gerçəkləşməsi  üçün  dildən 
istifadə  edilir.  Buradan  belə bir nəticə  çıxır ki,  dil  əlaqələri  də 
ictimai  səciyyə  daşıyaraq  iqtisadi,  siyasi,  mədəni,  dini  və  bu 
kimi  əlaqələr  çərçivəsində  təzahür  edir.  Dil  müxtəlif  dillərlə 
təmaslı  və  təmassız  əlaqələr  zəminində  yaşayır.  Əlaqələr 
təmaslı  olduqda dillərin bir-birinə təsiri  baş  verir.  Bu təsir çox 
zaman  qarşılıqlı  olur.  Deməli,  dilin  inkişafı  xalqın tarixi,  onun 
yaşadığı  ərazi  və  onunla  qonşu  olan  xalqların  dili  və  tarixi  ilə 
bağlıdır və  dilin  daşıyıcısı  olan xalqın,  etnosun başqa xalqlarla 
münasibətlərindən də asılıdır.
Söz  dilin  əsas,  müstəqil  vahididir  və  lüğət  tərkibinin 
formalaşması  sözlərdən  asılıdır.  Ona  görə  də  lüğət  tərkibinin 
tədqiq  olunmasının  əsas  məsələsi  sözlərin  leksik-semantik 
cəhətdən  araşdırılmasıdır.  Leksikologiyaya  dair  tədqiqatlarda 
lüğət 
tərkibindəki 
sözlərin 
leksik-semantik 
qruplara 
bölünməsi,  sözlər  arasındakı  semantik  əlaqələr,  sözlərin 
çoxmənalılığı,  omonimliyi,  sinonimliyi,  antonimliyi,  lüğət 
tərkibinin  ümumişlək  və  xüsusi  leksik  qatları  kimi  məsələlər 
daim  diqqət  mərkəzindədir.  Bütün  bu  məsələlər  ayrılıqda
4


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə