Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında



Yüklə 18,49 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü18,49 Kb.
#22812


Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə 

əlaqədar tədbirlər haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 



 

“Şahdəniz”  perspektiv  strukturunda  Azərbaycanın  müasir  neft  tarixində  ilk  dəfə 

olaraq  zəngin  qaz-kondensat  yatağının  kəşf  edilməsi  və  1996-cı  ildə  Azərbaycan 

Respublikası  Dövlət  Neft  Şirkətinin  bu  yataq  üzrə  dünyanın  tanınmış  neft  şirkətləri  ilə 

Saziş  imzalaması  ölkə  iqtisadiyyatına  irihəcmli  xarici  sərmayə  cəlb  edilməsinə  imkan 

yaratmışdır. 

2006-cı  ildə  “Şahdəniz”  yatağının  istismarının  birinci  mərhələsinin  başlanmasından 

sonra  təbii  qazın  Cənubi  Qafqaz  Qaz  Boru  Kəməri  vasitəsilə  Gürcüstan  və  Türkiyə 

bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi 

qaz ixracatçısına çevirmişdir. 

Hazırda  “Şahdəniz”  yatağının  istismarının  ikinci  mərhələsinin  həyata  keçirilməsi 

həcmi  artmaqda  olan  qazın  Türkiyə  və  Avropaya  ixracını  təmin  edəcək  müvafiq 

infrastrukturun yaradılmasını nəzərdə tutur. 

2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası 

Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Saziş imzalanmış 

və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya etmişlər. 

Trans-Anadolu Qaz Kəməri təkcə “Şahdəniz” layihəsi çərçivəsində hasil olunan qazı 

deyil,  Azərbaycanın  digər  yataqlarından  hasil  edilən  təbii  qazı  da  dünya  bazarına 

çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. 

Böyük  sərmayə  qoyuluşu  tələb  edən  təbii  qaz  yataqlarının  işlənilməsinə  və  hasil 

edilmiş  qazın  boru  kəmərləri  vasitəsilə  nəqlinə  dair  layihələrin  əlaqələndirilmiş  şəkildə 

həyata keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin görülməsini tələb edir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər 

tutaraq,  göstərilən  layihələrdə  Azərbaycan  Respublikasının  mənafeyini  qorumaq, 

Azərbaycan  dövləti  tərəfindən  layihə  iştirakçılarına  hərtərəfli  kömək  göstərilməsini  və 

əlverişli şərait yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram: 

1.  Azərbaycan  qazının  dünya  bazarına  nəqli  ilə  əlaqədar  Cənub  Qaz  Dəhlizinin 

fəaliyyətini  təmin  etmək  məqsədi  ilə  “Şahdəniz”  qaz-kondensat  yatağının  tammiqyaslı 

işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru 

Kəməri  (TANAP)  və  Trans-Adriatik  Boru  Kəməri  (TAP)  layihələrinin  həyata  keçirilməsi 

üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın: 

 

Komissiyanın sədri 

 

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini. 



 


Komissiyanın üzvləri: 

 

Əli  Əsədov  -  Azərbaycan  Respublikası  Prezidentinin  köməkçisi,  Azərbaycan 



Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini 

Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri 

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

1

 

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri 



Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri 

Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti 

Şahmar  Mövsümov  -  Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  icraçı 

direktoru. 

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyası: 

2.1.  aparılan  işlərin  layihə  iştirakçıları  ilə  əlaqələndirilməsini,  ortaya  çıxan 

məsələlərin  Komissiyanın  müəyyən  etdiyi  aidiyyəti  qurumlar  tərəfindən  operativ  həllini 

təmin edir; 

2.2.  Komissiya  tərəfindən  müəyyən  olunan  hallarda  həyata  keçirilən  tədbirlərə  dair 

təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; 

2.3.  işlərin  gedişi  haqqında  mütəmadi  olaraq  Azərbaycan  Respublikasının 

Prezidentinə məlumat verir. 

 

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 29 oktyabr 2013-cü il 



       № 15 

 

 



 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

 

16  avqust  2016-cı  il  tarixli  1023  nömrəli

  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 

(“Respublika”  qəzeti,  17  avqust  2016-cı  il,  №  178,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2016-cı il, № 8, maddə 1384) 

 

 



SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

                                                 



1

 

16  avqust  2016-cı  il  tarixli  1023  nömrəli



  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 

(“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır. 

Yüklə 18,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə