Azərbaycan Texniki Universiteti



Yüklə 4 Mb.
tarix13.05.2022
ölçüsü4 Mb.
#87010
Sərnişin daşıma texnologiyaları
2.1, Yükləmə-boşaltma islerinin teskili, 1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh., 1. Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı, 2. Otto dövründə adiabat proseslər.

Azərbaycan Texniki Universiteti

Fakültə:Nəqliyyat və logistika

İxtisas:Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

Fənn:Nəqliyyat daşımalarının texnologiyaları

Müəllim:Ahəngari Ənvər

Tələbə:Əzizli Gülcan

Qrup:160A3

Sərbəst iş.Mövzu: Sərnişin

daşıma texnologiyaları.

Sərnişin daşımaları sahəsində innovativ texnologiyalar bir sıra xarakterik xüsusiyyətlərə malikdir. Şəhər sərnişin daşımaları sənayesinin spesifikliyi nəqliyyat xidmətlərinin həyata keçirilməsi üçün hazırlıq prosesinin uzun bir müddət tələb etməsi və yalnız bundan sonra xidmətin təmin edilməsinin mümkünlüyündən ibarətdir. Əsas məqsədlərdən biri olan xidmətlərin keyfiyyətlə həyata keçirilməsi, bir sıra müsbət nəticələrə səbəb olduğundan, müvafiq hazırlıq olmadan, yəni, nəqliyyat infrastrukturunu düzgün qurmadan, qanunverici baza formalaşdırılmadan, tarif siyasəti həyata keçirilmədən və s. mümkün deyildir. Bu sahələrin hər birində qabaqcıl texnologiyalar və alətlər, tikinti və təmirin yenilikçi üsulları və hərtərəfli idarəetmə tətbiq edilməlidir. Eyni zamanda xidmətin bilavasitə təmin edilməsi özü də müstəqil bir proses deyildir və ona daimi nəzarət və operativ tənzimlənmə tələb olunur. Əlbəttə ki, texniki və texnoloji, həmçinin idarəetmə komponenti ilə yanaşı, informasiya təminatı da mühüm ol oynayır. Birincisi, xidmət təminatçısına yolda baş verən hadisələr, nəqliyyat vasitələri və sürücülərin vəziyyəti, həmçinin yol infrastrukturunun vəziyyəti barədə tez və müntəzəm məlumat lazımdır. Bu, həm təhlükəsizlik baxımından, həm də daha konstruktiv idarəetmə fəaliyyəti üçün vacibdir. Sərnişinlərin nəqliyyat xidmətləri ala bilməsi üçün mümkün variantlar barədə, eləcə də daşıma prosesi haqqında məlumatlandırılması vacibdir. Bütün bunlar sərnişin nəqliyyatında innovativ texnologiyaların üç əsas qrupa bölünməsini şərtləndirir: texnoloji, idarəetmə və informasiya.

Sərnişin avtomobil nəqliyyatı sərnişinləri avtobuslarla və minik avtomobilləri ilə daşıyırlar. Sərnişin avtomobil daşımalarının hərtərəfli yayılması və geniş inkişafı onların həm şəhər, həm də şəhərkənarı rabitələrdə vahid nəqliyyat sistemindəki rolunu və əhəmiyyətini artırır. Müasir şəraitdə sərnişin avtomobil nəqliyyatının inkişafı şəhərlərdə yeni məskunlaşan zonların meydana çıxmasına, bütün şəhər təsərrüfatının kompleks inkişafına imkan verir. Hal hazırda Bakı şəhərində fərdi minik avtomobili olmayan ailələr 76,1%, bir avtomobili olan ailələr 23,1%, iki avtomobili olanlar isə 0,7%-dir

Son illər dünyanın inkişaf etmiş ölkələrini nəqliyyatın işi loqistik elminin bazasında qurulur. Loqistika konsepsiyası özünün yeddi qaydasının gözlənilməsini tələb edir:

Texnoloji innovasiyalar dedikdə sərnişin nəqliyyatı xidmətləri istehsalının texnoloji prosesində həyata keçirilən innovasiyalar başa düşülür. İdarəetmə innovasiyaları həm sərnişin nəqliyyatı müəssisələrində, həm də bütövlükdə sərnişin nəqliyyatı sistemində idarəetmə prosesini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və təkmilləşdirməyə imkan verir. Nəhayət, informasiya innovasiyaları dedikdə, müəssisənin əsas resursu kimi məlumatları idarə etməyə imkan verən və sərnişin nəqliyyatı sahəsində idarəetmə qərarlarının çevik idarəolunmasını, tutarlılığını və səmərəliliyini təmin edən bütün innovasiyalar başa düşülməlidir. Sərnişin nəqliyyatı üzrə innovativ texnologiyaların təsnifatı cədvəl 1-də ətraflı göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, sərnişin nəqliyyatında tətbiq edilən innovasiyaların üç əsas qrupa bölünməsi mümkündür. Bunlardan birincisi, yol infrastrukturunun və ona ayrılan ərazilərin, nəqliyyat fondunun və hərəkətə nəzarət mərkəzlərinin təkmilləşdirilməsinə yönəlmiş texnoloji innovasiyalardır. Bu innovasiyaların bütün dəsti müəyyən obyektlərin texniki xüsusiyyətlərindəki dəyişiklikləri, onların müasirləşdirilməsini və ya dəyişdirilməsini, təchizatçı və xidmət istehlakçılarının tələblərinə cavab verən daha müasir xidmətlərin təmin edilməsini özündə ehtiva edir.

Yol infrastrukturunun və bitişik ərazilərin, dayanma nöqtələri və dayanacaq parkını əhatə edən ərazilərin tikintisi və saxlanılması, yeni nəsil nəqliyyat vasitələrinin istifadəsinin mümkünlüyünü təmin edəcək ən yeni materiallar və vasitələrdən, eləcə də yeni nəqliyyat növləri üçün ağıllı idarəetmə sistemindən istifadəni tələb edir. Nəqliyyat sistemində ətraf mühitin mühafizəsi və təhlükəsizlik məsələsi mühüm əhəmiyyət kəsb edir. Ətraf mühitin mühafizəsi və təhlükəsizliyi üçün tələb olunan keyfiyyət xüsusiyyətlərinə nail olmaq yalnız intellektual nəqliyyat sistemlərinin istifadəsi və onların idarə edilməsi ilə yeni və bərpa olunan enerji mənbələrindən istifadə vasitəsilə mümkündür.

Sərnişin daşımalarına loqistik yanaşma loqostik informasiya modelinin yaradılmasını nəzərdə tutur. Bu model idarəetmə obyektini nəqliyyat prosesinin gedişi barəsində tam məlumatla təmin edir və onu kompütersiz təsəvvür etmək olmaz. Informasiya modeli sərnişin daşımalarının idarə edilməsinin loqistik sisteminin lazımi elementi olmaqla özündə aşağıdakıları birləşdirir: 1. Əhalinin nəqliyyata olan tələbini; 2. Sərnişin daşımalarının xarakteristikaları və mövcud marşurut şəbəkəsində nəqliyyatın iş göstəriciləri. 3. Əhaliyə nəqliyyat xidməti variantlarının analizi üçün riyazi model və s. İnformasiya modeli verilənlər bazası və idarəedici proqram modulundan ibarətdir. Logistik texnologiyalar təkcə material axınların idarə edilməsində yox, həm də sərnişin daşımalarını təkmilləşdirilməsi üçün müəyyən prespektivə malikdir. Sərnişin daşımalarında da yük daşımalarında olduğu kimi idarəetmə sisteminin əsas vəzifəsi yer dəyişən obyektin yola düşmə məntəqəsindən təyinatı yerinə minimal xərclərlə, nəqletmənin keyfiyyəti ilə çatdırılmasıdır.

Sərnişin daşımalarında səmərəli idarəetmənin əsas prinsiplərindən biri U.R.Eşbinin 1960-cı ildə irəli sürdüyü “Lazimi müxtəliflik prinsipidir”dir. Bu prinsipə əsasən idarəetmə sisteminin vəziyyətləri idarə olunan sistemin vəziyyətlərinə uyğun gəlməlidir. Yalnız bu halda dəyanətli və səmərəli fəaliyyət göstərmək mümkündür. Əhaliyə nəqliyyat xidməti sisteminə aşağıdakılar aiddir:

1. Nəqliyyat infrastrukturu (yol təsərrüfatı, dayanacaq məntəqələr və s.); 2. Nəqliyyat xidməti bazarında işləyən müəssisələr və fərdi sahibkarlar; 3. İdarəetmə sistemi (bələdiyyələrin inzibati orqanı və nəqliyyat müəssisələrinin idarəedici orqanı);

Şəhərlərdə hərkət müxtəlif tərkiblidir. Bu təkibinə müxtəlif təyinatı piyada nəqliyyat axınları daxildir. Təyinatına görə şəhər nəqliyyatı, sərnişin, yük xüsusi olaraq üç yerə ayrılır. Şəhər sərnişin nəqliyyatı (ŞSN)-şəhər və ətraf zonaların əhalisinin daşınmasına xidmət edir. ŞSN-nın nəqliyyat vasitələri tutumuna görə fərdi sərnişin nəqliyyatına və kütləvi və ya ictimai sərnişin nəqliyyatına (KSN) - tramvay, trolleybus, avtobus, metropoliten, şəhər dəmiryolu, çay nəqliyyatına və b. Bölünürlər. FSN-nın tutumu 1÷8; KSN-nın tutumu isə 18÷20 dən 200÷230 nəfərə qədər olur. Hərəkətin təşkili sisteminə görə ŞSN-ı marşurut və qeyri-marşurut nəqliyyatına bölünür. Marşurut ŞSN vasitələrinin hərəkəti müəyyən istiqamətlərdə - marşurutda təşkil olunur. Qeyri-marşurut ŞSN-ın vasitələrinin hərəkəti istiqamətində küçələrin gediş hissələrində sərbəst hərəkət sistemi ilə təşkil olunur. KSN-nın bütün növləri əsasən marşurut prinsipi ilə FSN-i isə sərbəst hərəkət sistemi ilə işləyir.

Şəhər yük nəqliyyatı (ŞYN) - sənaye, kommunal və məişət təyinatlı yük daşımalarını yerinə yetirir. ŞYN-nin şəhər hərəkətindəki miqdarı 1/3 hissəsini təşkil edir. ŞSN tərkibinə görə minik avtomobilləri (95%-ə) qədəri şəxsi minik avtomobilləri, taksilər və s. KSN-ı (5%-ə qədər) bölünür. Bunlardan başqa şəhər xüsusi nəqliyyatı (ŞXN) özündə abadlıqla məşğul olan NV-ni, təcili tibbi yardım nəqliyyatını, Fövqəladə Hallar Nazirliyinin nəqliyyat vasitələrini U.Asaişi qoruyan və təcili texniki yardım NV-ni birləşd

Əhalinin nəqliyyat hərəkətliliyini təyin etdikdə əlavə olaraq əhalinin sıxlığı və nəqliyyatla təmin olunma səviyyəsini nəzərə almaq lazımdır. Şəhər ərazisinin ölçülərinə görə nəqliyyat hərəkətliliyi müəyyən olunduqda ərazi mikrayonlara bölünür. Hər bir mikrayonun əhalisinin sayı müəyyən olunur. Şəhər əhalisinin yaş qrupunu nəzərə almaqla nəqliyyat hərəkətliliyini müəyyənləşdirmək üçün əhali qruplara bölünür. Hər qrup üçün gedişlərin sayı və hər qrupun xüsusi çəkisi müəyyənləşdirilir. Yaş qrupununa görə gedişlərin sayı və hər qrupun çəkisi aşağıdakı cədvəldəki kimidir. Nəqliyyat hərəkətliliyinin vaxt balansına görə öyrənilməsi zamanı əhalinin təqribi vaxt balansı aşağıdakı kimi müəyyən olunur. Ictimai faydalı əmək və ya təhsil 7÷8 saat mədəni istirahət, jurnal və kitab oxumaq 3-4 saat yeməyin hazırlanması və qəbulu 2-3 saat şəxsi gigiyena və idman 1,-2 saat; Ictimai iş, uşaqların tərbiyəsi ilə məşğul olmaq və başqa şəxsi işlər 2-3 saat, yatmaq 7 saat; Nəqliyyat vasitələrindən istifadə etməklə hərəkətinə sərf olunan vaxt 1-1,5 saat.

Sərnişin axını dedikdə sərnişinlərin müəyyən istiqamətdə yerdəyişməsi başa düşülür. Sərnişinin dəyişməsi dedikdə müəyyən vaxt ərzində dayanacaq məntəqəsində avtobusa minən və ya düşən sərnişinlərin sayı baş düşülür. Daşımanın həcmi – müəyyən müddət ərzində daşınmış və ya daşınılacaq sərnişinlərin sayı başa düşülməlidir. Sərnişinin gediş məsafəsi – sərnişin nəqliyyat vasitəsinə mindiyi və düşdüyü məntəqələr arasındakı məsafə başa düşülür. Sərnişin dövriyyəsi – sərnişin daşımalarını yerinə yetirərkən sərnişin km-lərlə görülən nəqliyyat işi başa düşülür. Sərnişin axınının paylanması qeyri-müntəzəmlik əmsalı ilə xarakterizə olunaraq müəyyən vaxt ərzində sərnişin axınının maksimumu sərnişin aınının günün həmin vaxtı ərzindəki orta qiymətin olan nisbəti ilə təyin edilir. Sərnişin axınının qeyri-müntəzəmliyi günün saatları, həftənin günləri, ilin ayları həmçinin marşurut boyunca və istiqamətlər üzrə dəyişir. Sərnişin axınının qeyri-müntəzəmliliyini günün saatları, həftənin günləri, ilin ayları və istiqamətlər üzrə dəyişmə qrafiklərini nəzərdən keçirək.

Sərnişin daşımalarının xarakteri və həcmində olan dəyişliklər qabaqcadan qərar qəbul etmə tələb edir. Təbii ki, bu uyğun informasiya əsasında yerinə yetirilir. Hadisələr barəsində onlar baş verənə qədər informasiya alınmasının elmi yolu proqnozlaşdırılır. Sərnişin daşımalarının proqnozlaşdırılmasında müxtəlif proqnozlaşdırma metodları tətbiq olunur (balans metodu, dinamik sıralar metodu, struktur dinamik modellər, ekspert qiymətləndirilməsi metodu və s.). Tətbiq olunan metodların müxtəlifliyinə baxmayaraq, onların hər biri daşıma həcminin tapılmasına gətirib çıxarır.

Sərnişin daşımalarının həcmi keçmiş dövr üçün olan əsas etibarı ilə iqtisadi göstəricilərlə - milli gəlir. Sənaye və kənd təsərrüfatında istehsalın həcmi, mal dövriyyə və s. ilə əlaqədardır. Sərnişin daşımaların proqnozlaşdırılması üçün istifadə olunan spesivik metodlardan biri qravitasiya (cazibə) modelli metoddur. Daşımaların və nəqliyyat şəbəkəsinin proqnozlaşdırılması üçün bu modellərin bir neçə növü istifadə edilir.

Sərnişin nəqliyyat vasitələrinə qoyulan ümumi tələblər – etibarlılıq, təhlükəsizlik, kontortabelli, uzunömürlülük və qənaətçilikdən başqa yerinə yetirilən daşımaların növünə uyğun əlavə tələbdə qoyulur ki, bununla da sərnişin daşımaların keyfiyyət və səmərəliliyi təmin edilir. Sərnişin AM-na qoyulan tələblər avtobus və taksi avtomobillərinin konstruksiyasının parametrlərini müəyyənləşdirir və eyni zamanda həmin parametrləri məhdudlaşdırır. Avtobuslara qoyulan bütün texniki – istismar tələblərini şərti olaraq ümumi və xüsusi olaraq iki yerə bölmək olar. Ümumi parametrlərə qabarit ölçüləri, tutum, sürət və dartıcı keyfiyyətləri, yanacaq qənaətliliyi, yanacağa görə yürüş ehtiyatı, manevretmə qabiliyyəti, keçicilik, etibarlılıq və kütlə ilə əlaqədar tələblərə aiddir. Xüsusi tələblər isə özündə kuzaya, sərnişin salonuna, mühərrikə, transmisiyaya, hərəkət hissəsinin idarə mexanizminə qoyulan tələbləri birləşdirir. Avtobusların qabarit ölçüləri dövlət standartları məhdudlaşdırılır. əksər ölkələrin standartlarına görə avtobusların uzunluğu 18 m, eni 2,5 m, hündürlüyü isə 3,8 m müəyyən olunmuşdur

Şəhər, şəhərətrafı bə bəzi yerli rabitələrdə işləyən avtobusların tutumu oturacaq və ayaqüstü dayanma yerlərinin cəmi kimi qəbul olunur. Qalan avtobuslarda isə tutum oturacaq yerlərinin sayına bərabər qəbul olunur. Bir sərnişinə düşən faydalı sahə norması oturan sərnişin üçün 0,315m2 , ayaq üstə duran sərnişin üçün 0,2 m2 /pik saatlarında norma 0,215m2 /1m2 sahəyə 8 nəfər qəbul olunur.

Sərnişin avtomobil daşımalarında sərnişin daşımanın şəraiti, xidmət keyfiyyətini müəyyən edən əsas keyfiyyət göstəricisi hərəkət sürətidir. Hərəkət sürətinin artması ilə avtobusdan istifadənin səmərəliliyi, sürücünün əmək məhsuldarlığı yaxşılaşır, sərnişinlərin mənzil başına çatdırılması tezləşməklə daşımanın maya dəyəri aşağı düşür. Avtomobillərin hərəkət sürətlərinin aşağıdakı növləri vardır: 1. Maksimal və ya konstruktiv hərəkət sürəti (yaxşı yol şəraitində mühərrikin maksimum gücünə uyğun avtomobilin konstruksiyasına qoyulan sürətdir). 2. Orta hərəkət sürəti (yolun müəyyən hissəsində dayanmalara sərf olunan vaxtı nəzərə olmadan avtomobilin aldığı sürətdir). 3. Orta texniki sürət (yol hərəkəti ilə əlaqədar dayanmalara sərf olunan vaxtı nəzər almaqla yolun müəyyən hissəsində avtomobilin aldığı sürətdir). 4. Çatdırma sürəti (yol hərəkəti və aralıq dayanacaqlarda sərnişinlərin minibdüşməsi ilə əlaqədar olan dayanacağı nəzərə almaqla marşrutda avtobusun aldığl sürət). 5. İstismar sürəti (yol hərəkəti, aralıq və son dayanacaqlarda dayanma vaxtını nəzərə almaqla marşrutda avtobusun aldığı sürətdir).

Sərnişin nəqliyyatının əsas və kütləvi növü olan avtobus nəqliyyatı sərnişinlərin şəhər, şəhərətrafı, kənd, şəhərlərarası və beynəlxalq daşımalarda müntəzəm və fərdi halda daşımalarını təmin edir. Şəhərlərin inkişafı, əhalinin sayının durmada artması, yeni yaşayış massivlərinin salınması, şəhər sərnişin nəqliyyatının bütün növlərinin geniş inkişafını və onların daima təkmilləşdirməsini tələb edir. Şəhər sərnişin nəqliyyatının müxtəlif növləri vardır ki, onların da faizlə miqdarı aşağıdakı kimidir: Avtobus sərnişin daşımaları - (55-60%); Troleybus sərnişin daşımaları – (15-20%) Tramvay sərnişin daşımaları – (15-18%) Metro sərnişin daşımaları – (7-8%)

Şəhər sərnişin nəqliyyatının bütün növlərinin inkişafı əhalinin yerdəyişməyə olan tələbatını da tam və vaxtında ödəməyə, sərnişinlərə xidmət mədəniyyətinin və keyfiyyətinin səviyyəsinin artımısına yönəlmişdir. Şəhərlərdə avtobus nəqliyyatının tətbiq dairəsi daim artır. Avtobus nəqliyyatının yüksək çevikliyi və hərəkətliliyi uzaq məsafəyə hərəkət edən sərnişinlərin vaxtına qənaət etmək məqsəd ilə yaradılan sürətli və elspres rabitələr şəbəkəsinin geniş inkişafına imkan verir.

Şəhər nəqliyyat şəbəkəsi bir – bir ilə qarşılıqlı əlaqədə olan iki: adi və sürətli xidmət sistemlərinə bölünür. Şaxəli sürətli nəqliyyat şəbəkəsinin inkişafında metropolitenlə bətabər avtobus nəqliyyatı da geniş yer tutur. Şəhər avtobus marşurutlarının şəhər ərazisinin böyüklüyündən və planlaşdırma üslubundan asılı olaraq 3 km-dən -20km-ə kimi dəyişir. Şəhər avtobus marşurutlarının 8,5÷0,5 km təşkil edir. Şəhər avtobus marşurutlar dayanacaqların bir-biri ilə yaxın yerləşməsi ilə fərqlənirlər. Şəhərin tikili hissələrində dayanacaqlarası mədafə 300÷500 m olur. Şəhər avtobus marşurutlarında sərnişinlərin ora gediş məsafəsi 3÷6 km olur. Şəhərlərdə avtobus nəqliyyatından istifadə edən sərnişinlərin gedişləri əsasən iki qrupa bölünür: 1. Əhalinin əmək fəaliyyəti ilə əlaqədar olan işçi gedişləri (fəhlə və qulluçu, oxuyanlar və s. daxildir). 2. Əhalinin istirahəti, şəhərin mədəni mərkəzlərinə və məişət obyektlərinə (teatrlar, parklar, mağazalar) edilən gedişlər. Işçi gedişlər əsasən səhər saat 6-dan 10 kimi və axşam 15-dən 20-ə kimi yerinə yetirilir.


Diqqətinizə Görə Təşəkkürlər!


Yüklə 4 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə