Azərbaycan təzkirəLƏrinin təsnifati: dili, strukturu, Əhatə etdiyi coğrafiya və DÖVR



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü0,51 Mb.
#57802


Turkish Studies - 

International Periodical For The Languages, Literature and History of Turkish or Turkic 

Volume 8/13 Fall 2013, p. 351-364, ANKARA-TURKEY 

 

 



 

 

AZƏRBAYCAN TƏZKIRƏLƏRININ TƏSNIFATI: DILI, 

STRUKTURU, ƏHATƏ ETDIYI COĞRAFIYA VƏ DÖVR

*

 

 

Vüsale MUSALI

**

 

 

ÖZET 

XVI.  yüzyıldan  başlayarak  Azerbaycanlı  müellifler  tarafından 

çeşitli şair tezkireleri kaleme alınsa da, Azerbaycan tezkirecilik tarihinin 

teorik  açıdan  sistematik  olarak  araştırılmasına,  tezkirecilik  tarihimizin 

ortaya  konmasına  teşebbüs  gösterilmemiştir.  Azerbaycanlı  tezkireciler 

tarafından 40’tan fazla tezkirenin kaleme alınmasına rağmen, bunların 

çok  az  kısmı  incelenmeye  tabi  tutulmuş  ve  yayınlanmıştır.  Şimdiye 

kadar  bazı  Azerbaycan  tezkireleri  –  Sadık  Bey  Afşar’ın  “Mecmau’l-

Havas”ı,  Merağalı  Muhammed  Hasan  Han  İtimadü’s-Saltana’nın 

“Hayrat-ı Hesan”ı, Seyyid Azim Şirvani’nin “Tezkire”si, Muhammed Ağa 

Müctehidzade’nin  “Riyâzu’l-Aşıkîn”i,  Muhammed  Ali  Terbiyet’in 

“Dânişmendân-ı  Azerbaycan”ı,  Mir  Muhsin  Nevvâb’ın  “Tezkire-yi 

Nevvâb”ı,  Gulam  Memmedli’nin  “Tezkire”si  ve  Şahin  Fazıl’ın  “Tezkire”si 

Azerbaycan’da  basılmıştır.  Azerbaycan  tezkirecilik  tarihinin  şimdiye 

kadar  sistematik  olarak  öğrenilmemesinin  bir  sonucu  olarak  tezkire 

yazarı  olan  bazı  Azerbaycanlı  müellifler  Fars  kökenliymiş  gibi 

gösterilmiştir.  

Makalede Azerbaycan tezkirecilik tarihi tanıtılmış, Azerbaycan tez-

kireleri sınıflandırılmış, onların dil ve yapı özellikleri, kapsadığı coğrafya 

ve dönem, yazıldıkları zaman ve mekan ilk kez olarak karşılaştırmalı bir 

biçimde incelenmiştir. 

Yürüttüğümüz  araştırmaların  sonucu  olarak,  Azerbaycan  tezkire 

araştırmacılarının  karşısında  önemli  meselelerin  durduğunu  ve  birçok 

tezkirelerimizin  kendi  araştırmacılarını  beklediğini  söyleyebiliriz.  XVI. 

yüzyılın  ortalarından  XX.  yüzyılın  başlarına  kadar  telif  edilmiş  Azer-

baycan  tezkirelerinin  transkripsiyon  ve  çeviri  metinleri  yapıldıktan 

sonra tezkirelerin kendi dönemlerinin edebî ortamı kapsamında analizi 

yapılmalı,  tezkireler  esas  alınarak  edebiyyat  eleştirisinin,  tercüme 

sanatının,  Azerbaycan  ediplerinin  diğer  halkların  ve  ülkelerin  edebiyat 

adamlarıyla edebî ve kültürel ilişkilerinin tarihi öğrenilmelidir.    



Anahtar  Kelimeler:  Azerbaycan,  tezkirecelik,  dil,  coğrafya, 

zaman. 


 

 

 



                                                 

*

Bu  makale  Crosscheck  sistemi  tarafından  taranmış  ve  bu  sistem  sonuçlarına  göre  orijinal  bir  makale  olduğu 



tespit edilmiştir. 

**

 Doç. Dr. Bakü Devlet Üniversitesi, El-mek: tezkireshinas@yahoo.com 




352 

 

 



 

 

 



 

 

 



 

  Vüsale MUSALI

 

Turkish Studies

 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 



Volume 8/13 Fall 2013 

CLASSIFICATION OF AZERBAIJANI TADHKIRAS: THEIR 

LANGUAGE AND STRUCTURE, GEOGRAPHY AND EPOCH 

THEY COVER 

 

ABSTRACT 

Though since XVI century there were written different memoirs of 

poets (tadhkiras) by Azerbaijani authors, any effort  to compile and re-

search the history of Azerbaijani tadhkiras from theoretical point of view 

was carried  out.   Azerbaijani tadhkira writers composed more than  40 

tadhkiras, but a few of them were investigated and published. Up today 

some  Azerbaijan  tadhkiras  –  Sadig  Bey  Afshar’s  “Majma  al-Khavas”, 

Maraghali  Muhammad  Hassan  Khan  Itimad  al-Saltana’s  “Khayrat-i 

Hesan”,  Seyyid  Azim  Shirvani’s  “Tadhkira”,  Muhammad  Agha 

Mujtahidzada’s  “Riyaz  al-Ashigin”,  Muhammad  Ali  Tarbiyat’s 

“Danishmendan-i Azerbaijan”, Mir Muhsin Nevvab’s “Tezkire-i Nevvab”, 

Gulam  Memmedli’s  “Tadhkira”  and  Shahin  Fazil’s  “Tadhkira”  were 

published  in  Azerbaijan.  As  a  result  of  not  being  systematically  re-

searched  some  Azerbaijanian  tadhkira  writers  were  presented  as  Per-

sian origin. 

İn current article we comparatively introduced the history of Azer-

baijan tadhkiras, their language and structure characteristics, time and 

place which they were written, geography and epoch they cover were fist 

time classified. 

As  a  result  of  our  investigations  we  can  say  that  there  are  too 

many important problems expecting Azerbaijan tadhkira scholars and a 

lot of tadhkiras are waiting for their researchers. After being  transcrip-

ted  and  translated,  Azerbaijan  tadhkiras  composed  from  the  middle  of 

XVI  century  till  the  beginning  of  XXI  century  have  to  be  analyzed  in 

background  of  the  literary  atmosphere  of  their  epoch,  the  history  of 

literary  criticism,  translation  art  and  literary  and  cultural  relations  of 

Azerbaijanian  literary  figures  with  poets  and  writers  of  other  nations 

and countries must be investigated on the basis of tadhkiras. 



Key Words: Azerbaijan, tadhkiras, language, geography, epoch. 

 

Giriş   

XVI əsrdən etibarən Azərbaycanlı təzkirəçilər tərəfindən müxtəlif təzkirələr qələmə alınsa 

da  Azərbaycan  təzkirəçilik  tarixinin  nəzəri  baxımdan  sistemli  Ģəkildə  araĢdırılmasına,  təzkirəçilik 

tarixinin  ortaya  qoyulmasına  təĢəbbüs  göstərilməmiĢdir.  Azərbaycanlı  təzkirəçilər  tərəfindən 

qırxdan  artıq  təzkirənin  qələmə  alınmasına  baxmayaraq,  bunların  çox  az  qismi  tədqiqata  cəlb 

olunmuĢ və nəĢr edilmiĢdir. Ġndiyə kimi bəzi Azərbaycan təzkirələri – Sadiq bəy ƏfĢarın “Məcmə-

ül-xəvas”ı, Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin “Xeyrati-hesan”, Seyid Əzim ġir-

vaninin “Təzkirə”si, Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aĢiqin”i, Məhəmmədəli Tərbiyətin 

“DaniĢməndani-Azərbaycan”ı, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab”ı, Qulam Məmmədlinin 

“Təzkirə”si və ġahin Fazilin “Təzkireyi-ġahin”i Azərbaycanda  iĢıq üzü görmüĢdür.  



Azərbaycan Təzkirələrinin Təsnifati: Dili, Strukturu, Əhatə Etdiyi Coğrafiya Və Dövr        353

 

Turkish Studies 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 

Volume 8/13 Fall 2013 

XVI  əsrdən  etibarən  yaranıb  inkiĢaf  edən  Azərbaycan  təzkirəçilik  tarixinin  indiyə  kimi 

sistemli Ģəkildə, nəzəri baxımdan öyrənilməməsi nəticəsində Azərbaycanlı müəlliflərin yazdıqları 

təzkirələr Fars təzkirələri kimi təqdim olunmuĢ və olunmaqdadır.  

Məqalədə  Azərbaycan  təzkirəçilk  tarixinə  nəzər  salınmıĢ,  Azərbaycan  təzkirələrinin 

təsnifatı,  dili,  strukturu,  təzkirələrin  əhatə  etdiyi  coğrafiya  və  dövr,  yazıldıqları  zaman  və  məkan  

ilk dəfə olaraq tədqiqata cəlb olunmuĢdur. Azərbaycan təzkirəçilik tarixinin sistemli Ģəkildə nəzəri 

baxımdan  araĢdırılmasına  ilk  dəfə  tərəfimizdən  təĢəbbüs  göstərilmiĢdir.  Bu  zaman  Türkiyə  təz-

kürəĢünaslıq məktəbinin əsas nümayəndələri prof. H.Ġpekten, prof. H.Tolasa və prof. M.Ġsenin bir-

birindən dəyərli elmi-nəzəri tədqiqatları əsas götürülmüĢdür (bax: Ġpekten 1991; Tolasa 1983; Ġsen 

2010).  Əgər  Türkiyə  təzkirələrinin  tədqiq  tarixinə  nəzər  salsaq  bu  sahədə  çox  böyük  iĢlərin 

görüldüyü  məlum  olur  və  sözügedən  tədqiqatçıların  bu  sahədəki  dəyərli  iĢləri,  yaratdıqları 

təzkirəĢünaslıq məktəbi təqdirəlayiqdir.  

Azərbaycan təzkirələri dedikdə, müəlliflərin milli mənsubiyyətini əsas götürürük. Belə ki, 

yazıldığı dildən və məkandan asılı olmayaraq, Azərbaycanlı müəlliflərin qələmə aldıqları təzkirə-

ləri Azərbaycan təzkirələri hesab edirik. Məsələyə orta  əsrlər dövrünün prizmasından yanaĢdıqda, 

burada  “Azərbaycan  təzkirələri”  və  “Azərbaycanlı  təzkirəçilər”  ifadələri  də  müəyyən  qədər  Ģərti 

xarakter  daĢıyır.  Çünki  həmin  dövrə  nəzər  saldıqda,  coğrafi  vəziyyət  baxımından  Rum  və  Orta 

Asiya, dil xüsusiyyətləri baxımından Osmanlı və Cığatay  ədəbiyyatları arasında qalmıĢ böyük bir 

türk-oğuz topluluğunun olduğunu görürük. Bu topluluq Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, ƏfĢar və 

Qacar  səltənətlərini  qurmuĢ  və  idarə  etmiĢ,  Azərbaycan  türkcəsində  danıĢmıĢ  türk  soylu  ellərin 

məcmusundan  ibarətdir.  Əsas  etibarilə  Azərbaycanda  yaĢamalarına  rəğmən,  dövrün  hərbi-siyasi 

prosesləri  fonunda  ölkəmizin  tarixi-coğrafi  hüdudlarını  aĢaraq,  ġərqi  Anadoluya,  Ġraqa,  Ġrana 

yayılan  bu  topluluq  vahid  bir  etnosu  (ulusu)  təĢkil  etmiĢ,  özlərini  Osmanlı  və  Orta  Asiya 

türklərindən  fərqləndirmiĢlər  (Bunyatov  1987:  5).  Bu  ulus  vahid  siyasi  quruluĢa,  mədəniyyətə, 

ədəbiyyata  malik  olmuĢdur.  Bu  gün  biz  onların  yaratdıqları  tarixi,  mədəniyyəti  və  ədəbiyyatı 

“Azərbaycan  tarixi”,  “Azərbaycan  mədəniyyəti”  və  “Azərbaycan  ədəbiyyatı”  adı  altında 

ümumiləĢdiririk. Gerçəklikdə isə bu məfhumların Azərbaycan coğrafiyasının çox-çox ötəsinə varan 

anlayıĢlar olduqlarını görürük. Ġzzəddin Həsənoğlu Xorasanda, Qazı Bürhanəddin Orta Anadoluda, 

Məhəmməd Füzuli Ġraqda yaĢayıb-yaratmalarından asılı olmayaraq, onların Azərbaycan ədəbiyyatı 

nümayəndələri olduqları Ģübhə doğurmur. Çünki burada Azərbaycan məfhumu coğrafi deyil, etno-

mədəni  bir  mühiti  ifadə  etməkdədir.  Məhz  bu  səbəbdəndir  ki,  bu  geniĢ  coğrafiyanın  harasında 

yaĢayıb-yaratmalarından  asılı  olmayaraq,  özləri  və  ya  əcdadları  Azərbaycanın  müxtəlif  Ģəhər  və 

bölgələrində  doğulmuĢ,  bu  Ģəhər  və  bölgələrin  adlarını  özlərinə  nisbə seçmiĢ  müəlliflərlə  yanaĢı, 

Azərbaycan  xalqının  tarixində  və  etnogenezində  fəal  iĢtirak  etmiĢ  Ģamlu,  qacar  kimi  türk-oğuz 

boylarının nümayəndələri də “Azərbaycanlı təzkirəçilər” sırasına daxil edilmiĢlər.    

Çox  təəssüf  ki,  təzkirəĢünaslarımız  Azərbaycanlı  təzkirəçilər  sırasında  indiyə  kimi 

təxminən  iyirmi  müəllifin  adını  xatırlamıĢ,  təzkirələrin  çox  az  bir  qismi  isə  tədqiqata  cəlb 

olunmuĢdur.  

Apardığımız  araĢdırmaların  nəticəsi  olaraq  deyə  bilərik  ki,  Azərbaycan  təzkirəçiliyinin 

nəzəri baxımdan, eləcə də sistemli Ģəkildə tədqiqinə ciddi ehtiyac vardır. Belə ki, XVI əsrdən baĢ-

layaraq XX əsrə qədər Azərbaycanlı müəlliflər tərəfindən 46 təzkirə qələmə alınmıĢdırsa da, indiyə 

kimi onlardan sadəcə 8-i  ölkəmizdə Azərbaycan dilində nəĢr olunmuĢdur. Azərbaycan təzkirələri 

üzərində  tədqiqat  aparan  alimlər  arasında  S.Solmaz,  Ö.Bayram,  A.Kartal,  A.Karaismailoğlu, 

Ə.G.Məani,  S.Rüstəmov,  N.Qarayev,  Ə.Xələfov,  M.Məmmədova,  M.Muradova,  A.Hacıyeva, 

A.Topalova, K.Məmmədova, J.ġükürovanın və b. araĢdırmalarını qeyd edə bilərik. 

Azərbaycanlı  müəlliflərin  təzkirələrini  qələmə  alındığı  dil,  struktur,  əhatə  etdiyi  dövr, 

yazıldığı zaman və coğrafiya üzrə təsnifləndirmək mümkündür. 




354 

 

 



 

 

 



 

 

 



 

  Vüsale MUSALI

 

Turkish Studies

 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 



Volume 8/13 Fall 2013 

I.

 

Təzkirələrin yazıldığı zaman və məkan 

Burada hər bir təzkirədən ayrıca bəhs edə bilməyəcəyimiz üçün Azərbaycan təzkirələrinin 

yazıldığı  tarix  və  məkan  haqqında  məlumatın  cədvəl  vasitəsilə  daha  əyani  Ģəkildə  çatdırılacağı 

qənaətindəyik: 





 

təzkirəçi 

 

təzkirəsi 

 

yazılma tarixi 

 

 



 

XVI əsr 

 

 



Sam mirzə 

Töhfeyi-Sami 

h.957/1550-

968/1561 

Əhdi Bağdadi 



GülĢəni-Ģüəra 

h.971/1563-64-

1001/1592 

Ġbrahim mirzə 



Fərhəngi-Ġbrahim 

XVI əsr 


Tövfi Təbrizi 

Təzkireyi-Tövfi 

XVI əsr 


 

 

 



XVII əsr 

 

 



Sadiq bəy ƏfĢar 

Məcməül-xəvas 

h.1016/1607-1608 

Nazim Təbrizi 



Nəzmi-güzidə 

h.1027/1617-

1036/1626 

 

 



 

XVIII əsr 

 

 

 



Əliqulu xan Valeh 

RiyazüĢ-Ģüəra 

h.1160/1747 

LütfəlibəyAzər 



AtəĢkədə 

h.1174-1193/1761-

1779 



Ġshaq bəy Üzri 



Təzkireyi-Ġshaq 

XVIII əsrin II yarısı 

10 

Əbu Talib xan Təbrizi 



Xülasətül-əfkar 

h.1206/1791 

11 

Sultan Məhəmməd mir-



zə Bahadır xan Səfəvi 

TöhfətüĢ-Ģüəra 

h.1211/1796-

1216/1801 

 

 

 



 

XIX əsr 

 

 

12 



Əbdürrəzzaq bəy 

Dünbüli 


Təcrübətül-əhrar 

və 


təsliyyətül əbrar  

h. 1228/1813 

 

 

Hədayiqül-üdəba 



h.1230/1814 

 

 



Nigaristani-Dara 

h. 1241/1825 

13 

Məhəmməd Fazil xan 



Gorusi Ravi 

Əncüməni-xaqan 

h.1234/ 

1818-19 


14 

Mahmud mirzə Qacar 

GülĢəni-Mahmud 

h.1236/1820 

 

 

Bəyanül-Mahmud 



h.1240/1824 

 

 



Nüqli-məclis 

h.1241/1825 

15 

Seyfüddövlə Sultan 



Məhəmməd Tağı 

Bəzmi-xaqan 

h.1245/1829 

16 


Bəhmən mirzə 

Təzkireyi-Məhəm-

mədĢahi 

1247/1831 

17 

Məhəmməd Saleh 



ġamlu 

MəhəküĢ-Ģüəra 

h. 1252/1836 

18 


Hülaku mirzə Qacar 

Xərabat 


h.1255-1256/1839 

19 


Xudaverdi xan Qacar 

Təzkireyi-mədayih-i 

elxaniyyə 

h. 1256/1840 

20 

Məhəmməd Bağır xan 



Qacar 

Fələkül-Mərrix 

h.XIII əsrin I yarısı 

21 


Məhəmməd Həsən xan 

Etimadüssəltənə 

Xeyrati-hesan 

h.1304/1886-

1306/1888 

22 


Heydərqulu mirzə 

Təzkireyi-Xavər 

XIX əsr 



Azərbaycan Təzkirələrinin Təsnifati: Dili, Strukturu, Əhatə Etdiyi Coğrafiya Və Dövr        355

 

Turkish Studies 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 

Volume 8/13 Fall 2013 

23 


Məhəmmədqulu Mirzə 

Qacar 


Təzkireyi-Xosrovi 

XIX əsr 


24 

Seyid Əzim ġirvani 

Təzkirə 

1875-1883 

25 

Məhəmməd Kazım 



Əsrar ƏliĢah Təbrizi 

BehcətüĢ-Ģüəra 

h.1294-99/ 1877-82 

26 


Əli Rza mirzə Qacar 

Bosatinül-xaqaniyyə 

XIX  əsrin  30-cu 

illəri 


27 

Ziyai 


Təzkireyi-Ziyai 

XIX əsrin ikinci 

yarısı 

28 


Əbülqasım MöhtəĢəm 

ġirvani 


Əxtəri-taban 

h. 1298/1880 

29 

Mir Möhsün Nəvvab 



Təzkireyi-Nəvvab 

1891 


 

 

 

XX əsr 

 

 

30 



Məhəmməd ağa 

Müctəhidzadə 

Riyazül-aĢiqin 

1910 


31 

HəsənəlixanQaradaği 

Təzkireyi-Qaradaği 

XX əsrin əvvəlləri 

32 

Ġbrahim Tahir Musayev 



Riyazül-arifin 

1918 


33 

ġəmsəddin xan Həqqi 

Təbrizi 

Əncümənül-üdəba 

h.1307-1310/  1928-

1931 


34 

Məhəmmədəli Tərbiyət 

DaniĢməndani-

Azərbaycan 

1935 

35 


Qulam Məmmədli 

Təzkirə 


1954 

36 


Seyid Əbdülhəmid 

Xalxali 


Təzkireyi-Ģüərayi-

müasiri-Ġran 

1333 / 1954 

37 


Əziz Dövlətabadi 

Süxənvərani-

Azərbaycan 

1956 


 

 

Sərayendeqani-Ģeri-



parsi dər Qəfqaz 

1991 


38 

Əli Nəzmi 

Devist süxənvər 

1396/1976 

39 

Yəhya ġeyda 



Ədəbiyyat ocağı 

1985-2002 

40 

Məhəmməd Deyhim 



Təzkireyi-Ģüərayi-

Azərbaycan 

1989-1992 

 

 



 

XXI əsr 

 

41 



ġahin Fazil 

Təzkireyi-ġahin 

2006 

 

Təzkirələri nəzərdən keçirdikdə məlum olur ki, təzkirəçilər əsərləri üçün materialları uzun 



illər ərzində toplayırdılar. Təzkirələrin tamamlanma tarixi  əsərin yazılma tarixi kimi qeyd olunur. 

Bəzi  təzkirəçilər  isə  əsərlərini  nə  zaman  yazmağa  baĢladıqlarını  və  hansı  tarixdə  bitirdiklərini  də 

qeyd edirdilər. 

Azərbaycanlı müəlliflər XVI əsrdən etibarən təzkirə qələmə almağa baĢlamıĢlar. XVI əsrdə 

Sam  mirzə,  Əhdi  Bağdadi,  Ġbrahim  mirzə  və  Tövfi  Təbrizi  təzkirə  tərtibləmiĢdir.  Sam  mirzə 

“Töhfeyi-Sami” adlı əsərini h.957/1550-968/1561-ci illərdə Ərdəbildə yazmıĢdır. Əhdi Bağdadi isə 

əsərini h.971-1563-cü ildə Kütahyada qələmə almıĢdır. Bağdada qayıdan müəllif burada əsərinə bir 

rövzə  də  əlavə  etmiĢdir.  Bu  əsrdə  təzkirə  tərtibləmiĢ  Ġbrahim  mirzə  və  Tövfi  Təbrizi  haqqında 

mənbələrdə məlumat yer alsa da, təzkirələri dövrümüzə gəlib çatmamıĢdır. 

XVII  əsrdə  Azərbaycanlı  müəlliflər  Sadiq  bəy  Sadiqi  və  Nazim  Təbrizi  tərəfindən  iki 

təzkirə  tərtiblənmiĢdir.  Nazim  Təbrizi  1626-cı  ildə  yazdığı  təzkirəsi  ilə  XVII  əsr  Azərbaycan 

təzkirəçiliyini  zənginləĢdirmiĢ,  Sadiq  bəy  ƏfĢardan  sonra  dəyərli  bir  əsər  ortaya  qoymuĢdur. 

Təzkirə Ġsfahanda yazılmağa baĢlanmıĢ və Məkkədə tamamlanmıĢdır. Təzkirə tərtib prinsipi, struk-

turu və təqdim olunan nümunələrin yalnız qəzəl və rübailəri əhatə etməsi baxımından orijinaldır. 




356 

 

 



 

 

 



 

 

 



 

  Vüsale MUSALI

 

Turkish Studies

 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 



Volume 8/13 Fall 2013 

XVIII  əsrdə  isə  Azərbaycan  təzkirəçiləri  bu  janrda  beĢ  əsər  qələmə  almıĢlar.  Ġlk  olaraq 

h.1160/1747-ci ildə Əliqulu xan Valeh Hindistanda təzkirəsini tamamlamıĢdır. Lütfəli bəy Azər isə 

təzkirəsini  h.1174/1761-1193/1779-ci  illər  arasında  Ġsfahanda  yazmıĢdır.  Ġshaq  bəy  Üzrinin 

antologiya xarakterli təzkirəsinin nə tərtiblənmə tarixi, nə də yazılma yeri məlum deyil. XVIII əsrin 

digər iki təzkirəçisi Sultan Məhəmməd xan Səfəvi əsərini h. 1211-1216-cı illər arasında, Əbu Talib 

xan Təbrizi isə h.1206-ci ildə qələmə almıĢdır. 

XIX  əsri  Azərbaycan  təzkirəçiliyinin  çiçəklənmə  dövrü  hesab  etmək  olar.  Belə  ki,  XIX 

əsrdə  təzkirəçilərimiz  22  təzkirə  tərtibləmiĢlər.  H.1228/1813-cü  ildə  Əbdürrəzzaq  bəy  Dünbüli 

Azərbaycani “Təcrübətül-əhrar və təsliyyətül əbrar” adlı əsərini, h.1230/1814-cü ildə “Hədayiqül-

üdəba” adlı əsərini, h. 1241/1825-ci ildə isə “Nigaristani-Dara” adlı təzkirəsini Təbrizdə qələmə al-

mıĢdır.  Məhəmməd  Fazil  xan  Gorusinin  “Əncüməni-xaqan”ı  h.1234/1818-ci  ildə  Tehranda 

yazılmıĢdır. Mahmud mirzə Qacarın “GülĢəni-Mahmud” adlı təzkirəsi h.1236/1820-21-ci ildə, “Bə-

yanül-Mahmud”u  h.  1240/1824-1825-ci  ildə,  “Nüqli-məclis”i  isə  h.1241/1825-ci  ildə 

tərtiblənmiĢdir. Bəhmən mirzənin “Təzkireyi-MəhəmmədĢahi” adlı əsəri h.1247/1831-ci ildə Ərdə-

bildə,  Məhəmməd  Saleh  ġamlunun  “MəhəküĢ-Ģüəra”sı  h.1252/1836-37-ci  ildə  Heydərabadda 

yazılmıĢdır. Bu qeyd olunanlardan əlavə XIX əsrdə Hülaku mirzə Qacar  “Xərabat” (h.1255/1839), 

Xudaverdi  xan  Qacar  “Təzkireyi-mədayih-i  elxaniyyə”  (h.1256/1840-41),  Məhəmməd  Bağır  xan 

Qacar “Fələkül-Mərrix” (h.XIII əsrin I yarısı), Heydərqulu mirzə “Təzkireyi-Xavər”, Seyfüddövlə 

Sultan Məhəmməd  Tağı  “Bəzmi-xaqan”  (h.  1245/1829), Məhəmməd  Kazım  Əsrar  ƏliĢah Təbrizi 

“BehcətüĢ-Ģüəra”  (h.1294/1877),  Əli  Rza  mirzə  Qacar  “Büstanül-xaqaniyyə”,  Əbülqasım 

MöhtəĢəm ġirvani “Əxtəri-taban” (h.1298/1880-81) adlı təzkirələrini yazmıĢlar. Seyid Əzim ġirva-

ni “Təzkirə”sini 1875-1883-cü illər arasında ġamaxıda, Ziyai “Təzkireyi-Ziyai”sini XIX əsrin ikin-

ci  yarısında  Lənkəranda  və  Mir  Möhsün  Nəvvab  “Təzkireyi-Nəvvab”ını  1891-ci  ildə  ġuĢada 

qələmə almıĢlar. 

XX  əsrdə  yazılmıĢ  Azərbaycan  təzkirələrinin  sayı  ondur.  Məhəmməd  ağa  Müctəhidzadə 

“Riyazül-aĢiqin”  adlı  təzkirəsini  Qarabağda  yazmıĢ  və  1910-cu  ildə  Ġstanbulda  çap  etdirmiĢdir. 

Ġbrahim  Tahir  Musayev  1918-ci  ildə  Rzaqulu  xan  Hidayətin  “Məcməül-füsəha”  adlı  təzkirəsini 

ixtisarla  Fars  dilindən  Türkcəyə  tərcümə  etmiĢdir.  ġəmsəddin  xan  Həqqi  Təbrizi  “Əncümənül-

üdəba”sını  1928-ci  ildə  Təbrizdə  tərtibləmiĢdir.  Məhəmmədəli  Tərbiyətin  “DaniĢməndani-

Azərbaycan”ı  1935-ci  ildə  Təbrizdə  iĢıq  üzü  görmüĢdür.  Həsənəli  xan  Qaradağinin  “Təzkireyi-

Qaradaği” adlı əsəri də XX əsrin əvvəllərində Qarabağda yazılmıĢdır. Qulam Məmmədlinin tərtib 

etdiyi  iri  həcmli  “Təzkirə”  1954-cü  ildə  Bakıda  tamamlanmıĢdır.  Azərbaycan  müəllifi  Seyid 

Əbdülhəmid Xalxalinin “Təzkireyi-Ģüərayi-müasiri-Ġran” sərlövhəli təzkirəsi 1954-cü ildə iki cild-

də Tehranda çap olunmuĢdur. Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan”ı 1998-cı ildə, “Sə-

rayendeqani-Ģeri-parsi  dər  Qafqaz”  adlı  təzkirəsi  isə  1991-ci  ildə  Təbrizdə  nəĢr  edilmiĢdir. 

Məhəmməd  Dəyhimin  “Təzkireyi-Ģüərayi-Azərbaycan”  adlı  əsəri  beĢ  cilddə  1989-1992-ci  illərdə 

Təbrizdə iĢıq üzü görmüĢdür. 

XXI  əsrdə  isə  bu  janrda  yeganə  nümunəni  ġahin  Fazil  yaratmıĢdır  və  əsər  2006-cı  ildə 

Bakıda çap olunmuĢdur.  



II.

 

 Azərbaycan təzkirələrinin dili  

Təzkirəçilərimizin tərtib etdikləri təzkirələri nəzm və nəsr hissələrinin dilinə görə aĢağıdakı 

Ģəkildə qruplaĢdırmaq mümkündür: 

1.

 



Təhkiyə hissəsi Türkcə yazılan və yalnız Türkcə Ģeirlərdən nümunələri əhatə edən 

təzkirələr. Bu qrupa Yəhya ġeydanın “Ədəbiyyat ocağı” və ġahin Fazilin “Təzkireyi-ġahin”ini aid 

etmək olar. 



Azərbaycan Təzkirələrinin Təsnifati: Dili, Strukturu, Əhatə Etdiyi Coğrafiya Və Dövr        357

 

Turkish Studies 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 

Volume 8/13 Fall 2013 

2.

 



Təhkiyə  hissəsi  Türkcə  olan,  həm  türkcə,  həm  də  Farsca  Ģeirlərdən  örnəklərin 

verildiyi təzkirələr. Əhdi Bağdadinin, Sadiq bəy ƏfĢarın, Seyid Əzim ġirvaninin, Məhəmməd ağa 

Müctəhidzadənin, Qulam Məmmədlinin təzkirələri bu xarakterdədir. 

3.

 



Həm  təhkiyə  hissəsinin,  həm  də  poeziya  nümunələrinin  iki  dildə  (Türkcə  və 

Farsca) yazıldığı təzkirələr. Məhəmməd Dəyhimin təzkirəsi bu Ģəkildə tərtiblənmiĢdir. 

4.

 

Təhkiyə hissəsi Fars dilində qələmə alınan, həm Fars, həm də Türkcə nümunələrin 



təqdim  olunduğu  təzkirələr.  Sam  mirzə  Səfəvinin,  Əliqulu  xan  Valehin,  Hülaku  mirzə  Qacarın, 

Məhəmməd  Həsən  xan  Etimadüssəltənənin,  Məhəmməd  Kazım  Əsrar  ƏliĢah  Təbrizinin,  Mir 

Möhsün Nəvvabın, Ziyainin, Məhəmmədəli Tərbiyətin təzkirələri bu Ģəkildə tərtiblənmiĢdir.  

5.

 



Həm  təhkiyə,  həm  də  Ģeir  nümunələri  Farsca  olan  təzkirələr.  Nazim  Təbrizi, 

Bəhmən  mirzə,  Lütfəli  bəy  Azər,  Məhəmməd  Fazil  xan  Gorusi  və  baĢqaları  öz  əsərlərini  bütün-

lükdə Fars dilində qələmə almıĢlar. 

III.

 

Təzkirələrin strukturu 

Azərbaycan  təzkirələrini  digər  Türk  xalqlarının  təzkirələri  ilə  müqayisə  etdikdə  məlum 

oldu ki, Azərbaycanlı müəlliflər Herat təzkirəçilik məktəbini əsas götürsələr də, struktur baxımın-

dan daha orijinal, rəngarəng əsərlər ortaya qoymuĢlar. 

Azərbaycan  müəllifləri  təzkirələrdə  haqlarında  məlumat  verdikləri  Ģairləri  təbəqə,  əlifba, 

coğrafi, xronoloji prinsiplərə görə təqdim etmiĢlər. Orijinal tərtib prinsiplərindən istifadə etmiĢ təz-

kirəçilərimiz  əsərlərində  təqdim  olunan  ədəbi  nümunələrin  janrlarına  görə  təzkirələrini  qələmə 

almıĢlar. Sistemsiz qələmə alınmıĢ təzkirələrimizə də rast gəlmək mümkündür.  



a.

 

Təbəqə üsulu ilə yazılmış təzkirələr 

Azərbaycan  təzkirələrindən  bəziləri  Herat  təzkirələri  kimi  təbəqə  prinsipi  əsasında 

tərtiblənmiĢdir. 

XVI əsr təzkirəçilərindən Sam mirzə Səfəvi təzkirəsi müqəddimə, səhifə adı verilən yeddi 

fəsil və xatiməyə ayırmıĢdır. Əhdi Bağdadi isə Osmanlı təzkirəçilərindən təsirlənərək əsərini mü-

qəddimə, üç rövzə və bir xatimə Ģəklində tərtibləmiĢdir. Təzkirənin tam nüsxəsi isə dörd rövzədir.  

XVII  əsrdə  Saqidinin  qələmə  aldığı  “Məcməül-xəvas”  Herat  təzkirələri  kimi  təbəqə 

prinsipi  ilə  tərtiblənmiĢdir,  ön  söz,  səkkiz  məcmə  və  xatimədən,  XIX  əsr  Azərbaycan  təzkirəçisi 

Məhəmməd  Fazil  xan  Gorusinin  “Əncüməni-xaqan” adlı  təzkirəsi isə  bir  müqəddimə,  dörd  əncü-

mən və bir xatimədən ibarətdir.  

I  əncümən  “Ulu  Qacar  elinin  əsil-nəsəbinin  icmalı,  fələk  kimi  iqtidarlı  olan  hökmdarın 

vaqiəsinin,  onun  mübarək  cülusunun,  məmləkətləri  idarə  etməsinin  zikri  və  sahibqiranın  uğurlu 

əsərlərindən  və  seçkin  Ģeirlərindən  örnəklər”,  II  əncümən  “ġahzadələrin  əhvalı,  əfkarı  və  Qacar 

sülaləsinin  böyüklərindən  bəzilərinin  haqqında”,  III  əncümən  “ġahənĢahlıq  dərgahında  Ģərəf  ta-

panların həsəbi və nəsəbi haqqında”, IV əncümən “Əyalət Ģairləri haqqında”dır (Musalı 2012: 193). 

Bəhmən mirzə təzkirəsini üç riĢtəyə ayırmıĢdır. Əsər təbəqə prinsipi ilə hazırlanmıĢdır. Bi-

rinci  riĢtədə  qədim  dövr  Ģairlərindən,  ikinci  riĢtədə  Fətəli  Ģah,  Ģahzadə  və  adlı-sanlı  əmirlərdən, 

üçüncü riĢtədə əlifba sırası ilə təzkirəçinin 56 nəfər müasirindən bəhs olunmuĢdur. 

Əbdürrəzzaq  bəy  Dünbüli  Azərbaycaninin  “Nigaristani-Dara”sı  dörd  nigarxanadan 

ibarətdir. I nigarxana zəmanə xaqanı Fətəli Ģah Qacara, II nigarxana Qacar Ģahzadələrinə və böyük 

əmirlərə,  III  nigarxana  Ģaha  və  Ģahzadələrə  yaxın  olan  Ģairlərə,  IV  nigarxana  isə  müxtəlif 

vilayətlərin Ģairlərinə həsr olunmuĢdur (Məani 1350: c. 2, 393).  




358 

 

 



 

 

 



 

 

 



 

  Vüsale MUSALI

 

Turkish Studies

 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 



Volume 8/13 Fall 2013 

Mahmud  mirzə  Qacar  qadınlara  həsr  olunmuĢ  “Nüqli-məclis”təzkirəsinin  müəllifidir. 

Əsərin strukturu aĢağıdakı kimidir:  

I fəsil - Fətəli Ģahın Ģair qızları; 

II fəsil - Ģairlik edən digər saray qadınları; 

III fəsil - Ġranın baĢqa bölgələrinin Ģairələri; 

IV fəsil - KeçmiĢ zaman Ģairələri (Məani 1348: c. 1, 137). 

b.

 

Əlifba prinsipi əsasında tərtiblənmiş təzkirələr 

Bəzi  Azərbaycan  təzkirəçiləri  əsərlərini  əlifba  prinsipi  əsasında  tərtibləmiĢlər.  XVIII  əsr 

təzkirəçisi Əliquluxan Valehin “RiyazüĢ-Ģüəra”sında Ģairlər haqqındakı məlumat təxəllüslərinə gö-

rə əlifba sırası ilə verilmiĢdir. 

Məhəmməd Kazım Əsrar ƏliĢah Təbrizi “BehcətüĢ-Ģüəra” adlı təzkirəsində əlifba sırası ilə 

86 Azərbaycanlı Ģairdən bəhs edir. Nəsri Farsca olmasına baxmayaraq, poeziya nümunələrinin çox 

hissəsi Türkcə, yalnız cüzi bir qismi Farscadır. Bu da təzkirəni digərlərindən fərqləndirən spesifik 

cəhətdir (Musalı 2012: 239). 

Əli  Rza  mirzə  Qacarın  “Bosatinül-xaqaniyyə”  təzkirəsi  əlifba  prinsipi  əsasında 

hazırlanmıĢdır. BeĢ “bostan”dan ibarət olan təzkirənin hər “bostan”ı əslində müstəqil bir təzkirədir 

(Məani  1348:  c.  1,  120).  Hər  cildin  əvvəlində  müqəddimə  və  məqsədin  bəyanı,  daha  sonra  isə 

Ģairlərin  tərcümeyi-halları,  əlifba  sırası  ilə  Ģairlərin  fihristi,  axırda  isə  onların  hər  birinin 

Ģeirlərindən nümunələr təqdim olunmuĢdur. 

Əbülqasım  MöhtəĢəm  ġirvani  “Əxtəri-taban”  təzkirəsində  əlifba  sırası  ilə  82  qadın  Ģairə 

haqqında məlumat verilmiĢdir (Məani 1348: c. 1, 9). 

Məhəmmədəli Tərbiyət də təzkirəsini Ģair təxəlüslərinin əlifba ardıcıllığı ilə tərtib etmiĢdir. 

Qulam Məmmədli də əlifba prinsipini əsas götürsə də, bəzən bu prinsipə əməl olunmamıĢdır. Qeyd 

olunan bu iki əsərə müəllifləri ön söz yazmamıĢlar. 



c.

 

Coğrafi prinsipə görə yazılmış təzkirələr 

Azərbaycan təzkirələrindən bir neçəsi coğrafi prinsip əsasında qələmə alınmıĢdır. 

Lütfəli  bəy  Azərin  təzkirəsinin strukturu  mürəkkəbliyi  ilə  fərqlənir.  Azər  Ģairləri  mənsub 

olduqları  bölgəyə  və  Ģəhərə  görə  sıralayaraq  iki  məcmərə  ayırmıĢdır.  Birinci  məcmərə  özü  də  üç 

fəsildən ibarətdir: Ģölə, əxgər və füruğ. ġölədə Ġslam dünyasında olan hökmdar, Ģahzadə, əmir Ģair-

lərdən;  əxgərdə  Ġran, Turan  və  Hindistan Ģairlərindən;  füruğda  qadın  Ģairlərdən bəhs olunmuĢdur. 

Ġkinci  məcmərə  müəllifin  müasiri  olan  Ģairlərə  həsr  olunmuĢdur  və  iki  pərtövə  bölünmüĢ-

dür(Məmmədova 2001: 70). 

Seyid Əzim ġirvaninin“Təzkirə”si dibaçə, təvəqqeyi-müəllif, müqəddimə və dörd fəsildən 

ibarətdir (Seyid Əzim 1974: 448). Təzkirəçi əsərinin strukturunu belə açıqlayır: “bu məcmuə dörd 

fəsil üzrə, hər fəsil üç bürc otuz dərəcə üzrə bəyan olunmuĢdur”.  

Fəsli-əvvəl: ġüərayi- Qafqaz bəyanındadır. 

Fəsli-dovvom: ġüərayi- Azərbaycan bəyanındadır. 

Fəsli-səyyum: ġüərayi- Rum bəyanındadır. 

Fəsli-çəharüm: ġüərayi-Türküstan bəyanındadır. 



Azərbaycan Təzkirələrinin Təsnifati: Dili, Strukturu, Əhatə Etdiyi Coğrafiya Və Dövr        359

 

Turkish Studies 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 

Volume 8/13 Fall 2013 

Ziyai  təzkirəsini  iki  hissədə  tərtib  etmiĢdir.  Birinci  hissə  “AtəĢkədə”  təzkirəsini,  ikinci 

hissə isə Ģairin müasirlərini əhatə edir (Qarayev 2012: 102). 

XX əsr təzkirəçisi Məhəmməd Dəyhimin əsəri coğrafi prinsip əsasında hazırlanmıĢ, hər bir 

bölgə daxilində öncə vəfat etmiĢ Ģairlər, daha sonra həyatda olan Ģairlər haqqında məlumat əlifba 

sırasına əsasən düzülmüĢdür (Musalı 2012: 325). 

Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan”ı da eyni prinsiplə hazırlanmıĢdır. 

d.

 

Xronoloji prinsip əsasında tərtiblənmiş əsərlər 

XVII əsr təzkirəçisi Nazimin Təbrizinin “Nəzmi-güzidə”si iki babdan ibarətdir. Hər bab iki 

fəslə  ayrılmıĢdır.  Birinci  babın  ilk  fəsli  “Qədim  və  orta  dövr  fəsahətlilərinin  qəzəllərinin 

müntəxəbatı və onların gözəl mahiyyətə malik əhvalının bir qismi” adlanır. Sözügedən babın ikinci 

fəsli  “Son  dövr  bəlağətlilərinin  qəzəllərinin  müntəxəbatı  və  onların  gözəl  mahiyyətə  malik 

əhvalının bir qismi” adlanır. Ġkinci babın birinci fəsli “Qədim və orta dövr fəsahətlilərinin rübailə-

rinin  müntəxəbatı  və  onların  gözəl  mahiyyətə  malik  əhvalının  bir  qismi”  məsələsinə  həsr 

edilmiĢdir. Ġkinci babın ikinci fəsli isə “Son dövr bəlağətlilərinin rübailərinin müntəxəbatı və onla-

rın gözəl mahiyyətə malik əhvalının bir qismi” sərlövhəsi altında təqdim olunmuĢdur (Musalı 2012: 

155).  


Hülaku  Mirzə  Qacarın  “Xərabat”  adlı  təzkirəsində  də  xronoloji  prinsip  əsas  alınmıĢ, 

xronologiya daxilində də Ģairlər əlifba ardıcıllığı ilə təqdim olunmuĢdur.  

XX  əsr  təzkirəçisi  ġəmsəddin  xan  Həqqi  Təbrizinin  “Əncümənül-üdəba”  adlı  əsəri  3 

qismət və 9 cilddən ibarətdir. Hər cildin əvvəlində ərəb əlifbası sırası ilə Ģairlərin siyahısı verilmiĢ, 

daha sonra onların tərcümeyi-halları, axırda isə Ģeirlərindən nümunələr əksini tapmıĢdır. Bu təzkirə 

xronoloji prinsip əsasında qurulmuĢ, xronologiya daxilində isə əlifba ardıcıllığı əsas götürülmüĢdür 

(Məani 1348: 57). 

Mir  Möhsün  Nəvvab  əsərinin  ön  sözündə  təzkirənin  tərtib  prinsipi  haqqında  yazır: 

“...təzkirəni  üç  hissəyə  bölürəm.  Birinci hissə  həyatda  olmayan  Ģairlərin  əhvalı və  Ģeirləri.  Ġkinci 

hissə  həyatda  olan  Ģairlərin  əhval  və  Ģeirləri.  Üçüncü  hissə  kitabın  xatiməsi,  məzhəkəli  Ģeir 

parçaları,  satiralar  və  s.  əvvəlki  hissədə  adı  getməyən  Ģairlər  və  Qafqaz  Ģəhərlərinin  Ģairləri” 

(Nəvvab 1980: 6).   

XX əsr təzkirəçisi Qarabağlı Məhəmməd ağa Müctəhidzadə əsərinin ön sözündə təzkirəsini 

iki  rövzəyə  və  bir  bağçaya  ayırdığını  yazır.  Daha  sonra  hər  bir  rövzədə  hansı  Ģairlərdən  bəhs 

edəcəyini  qeyd  edir.  Qeyd  edək  ki,  Müctəhidzadə  təzkirəsinin  sadəcə  birinci  rövzəsi  zamanımıza 

çatmıĢ və təzkirəçi tərəfindən 1910-cu ildə çap edilmiĢdir (Qarabağlı 1328: 2).  



e.

 

Ədəbi nümunələrin janrına görə tərtib olunmuş təzkirələr 

Lütfəli  bəyin  qardaĢı  olan  Ġshaq  bəy  Üzri  Bəydilinin  antologiya  xarakteri  daĢıyan  (?-

h.1185/1771)  “Təzkireyi-Ġshaq”ı  dörd  fəsildən  ibarət  olub,  təzkirədəki  Ģeirlərin  janrına  görə 

tərtiblənmiĢdir. Təzkirənin I fəsili qəsidələri, II fəsil qitələri, III fəsil qəzəlləri, IV fəsil isə rübailəri 

əhatə edir (Musalı 2012: 179). 

Heydərqulu mirzənin “Təzkireyi-Xavər” əsəri təzkirə adını daĢısa da, əslində köhnə və yeni 

Ģairlərin Ģeirlərindən ibarət müntəxəbatıdır. Üç “bəxĢ”dən ibarət olan bu əsərin I hissəsində  qəsidə-

lər,  II  hissəsində  qəzəllər,  III  hissəsində  rübailər  təqdim  olunmuĢdur.  Buradakı  Ģeirlər  qafiyə  və 

rədifə görə əlifba ardıcıllığı ilə sıralanmıĢlar (Məani 1348: I c., 219).  

f.

 

Sistemsiz tərtib olunmuş təzkirələr 

Xudaverdi  ibn  Məhəmməd  Ġbrahim  xan  Qacarın  “Təzkireyi-mədayihi-Elxaniyyə”  adlı 

təzkirəsi Qacarlar dövrünün ortalarında yaĢayıb-yaratmıĢ 37 Ģairin qısa Ģərhi-hallarını, əsərlərindən 



360 

 

 



 

 

 



 

 

 



 

  Vüsale MUSALI

 

Turkish Studies

 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 



Volume 8/13 Fall 2013 

və  Ģeirlərindən  nümunələri  əhatə  edir.  Əsərdə  müxtəlif  Ģairlərin  təzkirəçinin  oğlu  olan  və  Kamal 

təxəllüsü ilə Ģeirlər yazan Allahqulu mirzə Elxaninin mədhində dedikləri Ģeirləri toplanmıĢdır.  

IV.

 

 Təzkirələrin əhatə etdiyi coğrafiya və zaman 

Azərbaycan təzkirələrini əhatə etdiyi coğrafiyaya görə  üç hissəyə ayırmaq mümkündür: 

 

ÜmumĢərq 



 

Ümumazərbaycan 



 

Məhəlli 



a.

 

Ümumşərq coğrafiyasının şairlərini əhatə edən təzkirələr 

Bəzi  Azərbaycan  təzkirəçiləri  ümumĢərq  coğrafiyasında  yaĢayıb-yaratmıĢ  Ģairləri 

əsərlərinə daxil etmiĢlər. Məsələn, Sam mirzə təzkirəsi XV əsrin ikinci yarısı və XVI əsrin birinci 

yarısında  yaĢayan  713  nəfər  Azərbaycan,  Osmanlı,  Ġran,  Orta  Asiya  Ģairləri  haqqında  məlumatı 

əhatə edir. 

Əhdi  Bağdadi  öz  əsərində  XVI  əsrin  381  nəfər  Osmanlı  və  Azərbaycan  Ģairi  haqqında 

məlumat  vermiĢdir.  Sadiq  bəy  Sadiqi  “Məcməül-xəvas”  təzkirəsində  XVI  əsrdə  və  XVII  əsrin 

baĢlanğıcında  yaĢayıb-yaratmıĢ  Fars  və  Türk  əsilli  Ģairlərdən,  Nazim  Təbrizi  isə  təzkirəsində 

(1036/1626)  qədim  və  orta  dövr  ġərq  Ģairlərindən  və  öz  müasirlərindən  bəhs  etmiĢdir.  XVIII  əsr 

təzkirəçisi Valeh Dağıstani Yaxın və Orta ġərqin bir çox tanınmıĢ Ģairlərini əsərinə daxil etmiĢdir. 

Lütfəli  bəyin  “AtəĢkədə”  təzkirəsi  Ġran,OrtaAsiya,Azərbaycan  və  Hindistanda  yaĢayan  842  Ģair 

haqqında məlumatı əhatə edir. Əbülqasım MöhtəĢəm  ġirvaninin “Əxtəri-taban” təzkirəsində XIX 

əsr  ġərq  ölkələrinin  Ģairələrindən  bəhs  olunmuĢdur.  ġəmsəddin  xan  Həqqi  Təbrizi  “Əncümənül-

üdəba”sında  Farsdilli  poeziyanın  baĢlanğıcından  öz  dövrünə  qədər  Farsca  yazıb-yaratmıĢ  Ģairləri 

xatırlanmıĢdır. Məhəmməd Fazil xan Gorusi “Əncüməni-xaqan” adlı təzkirəsini h. 1234/1818-19-

cu  ildə  Fars  dilində  qələmə  almıĢdır.  Əsərdə  müəllifin  öz  müasirlərindən  bəhs  olunmuĢdur. 

Bəhmən  mirzənin  “Təzkireyi-MəhəmmədĢahi”  adlı  əsərinin birinci fəslində XVIII  əsrin  sonlarına 

qədər  yaĢamıĢ  Ģairlər  haqqında  məlumat    verilmiĢdir.  Ġkinci  və  üçüncü  fəsillər  təzkirəçinin 

müasirlərini  əhatə  etməkdədir.  XIX  əsr  təzkirəçisi  Seyid  Əzim  ġirvani  əsərində  XII  əsrdən  XX 

əsrin əvvəllərinə qədər yaĢayıb-yaratmıĢ Azərbaycan Qafqaz, Ġran, Türküstan və Rum Ģairləri haq-

qında məlumat vermiĢdir. “Təzkireyi-mədayihi-Elxaniyyə” Qacarlar dövrünün ortalarında yaĢayıb-

yaratmıĢ 37 Ģair haqqında məlumatı əhatə etməkdədir. Məhəmmədqulu Mirzə Qacarın ”Təzkireyi-

Xosrovi”  adlı  təzkirəsində  həm  qədim,  həm  də  yeni  dövrün  Ģairləri  haqqında  məlumat  öz  əksini 

tapmıĢdır.  Ziyai  təzkirəsinin  birinci  hissəsində  “AtəĢkədə”dəki  məlumatlar  qısaldılmıĢ  Ģəkildə 

təqdim  olunmuĢ,  ikinci  hissədə  isə  XX  əsrin  ilk  yarısına  qədər  Ərdəbil,  Təbriz  Ģairlərindən  bəhs 

olunmuĢdur. 



b.

 

Ümum azərbaycan təzkirələri 

Məhəmmədəli  Tərbiyət  təzkirəsində  qədim  zamanlardan  XX  əsrin  əvvəllərinə  qədərki 

zaman  dilimində  yaĢamıĢ  Azərbaycanlılar  haqqında  bilgi  verilmiĢdir  (Tərbiyət  1987).  Qulam 

Məmmədli  və  Məhəmməd  Dəyhim  də  təzkirələrində  həm  Cənubi  Azərbaycan,  həm  də  ġimali 

Azərbaycan Ģairləri xatırlanmıĢdır.  

c.

 

Məhəlli təzkirələr 

Bəzi  Azərbaycan  təzkirəçilərinin  əsərləri  məhəlli  xarakter  daĢımıĢdır.  Məsələn,  Mir 

Möhsün Nəvvab və Məhəmməd ağa Müctəhidzadə təzkirələrində XIX əsr Qarabağ Ģairlərini xatır-

lamıĢlar. 




Azərbaycan Təzkirələrinin Təsnifati: Dili, Strukturu, Əhatə Etdiyi Coğrafiya Və Dövr        361

 

Turkish Studies 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 

Volume 8/13 Fall 2013 

Əziz  Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”ını  da  məhəlli  təzkirə  hesab  etmək  olar. 

Təzkirə bütövlükdə Cənubi Azərbaycan Ģairlərindən bəhs edir. Təzkirənin I cildi Ərdəbil, Arazba-

ran,  Urmiya,  Ərvənəq,  Ənzab  və  Təbrizdən  olan  Ģairlər  haqqında  məlumatı  əhatə  etməkdədir.  II 

cilddə isə Xalxal, Xoy, Sərab, Səlmas, Maku, Mərənd,  Məhabad, Miyanə və Gərmrud Ģairlərinin 

haqqında məlumat verilmiĢdir. 



d.

 

Zümrə və ailə təzkirələri 

Azərbaycan  təzkirələrindən  ikisi  sultan  və  Ģah  ailələrinin  mənsubu  olan  Ģairlərə  həsr 

edilmiĢdir və digər təzkirələrdən əhatə etdiyi Ģairlərin bir nəslin və ya zümrənin nümayəndələrini 

əhatə etmələrinə görə fərqlənirlər. Belə ki, Seyfüddövlə Sultan Məhəmməd Tağının “Bəzmi-xaqan” 

(“Təzkirətüs-səlatin”) adlı təzkirəsi bir bəzm və beĢ əncüməndən ibrətdir. I əncüməndə ilk olaraq 

Səfəvi  nəslinin  mənsublarından,  daha  sonra  müxtəlif  Gilan,  Cığatay,  Hind,  Özbək,  Osmanlı, 

Xarəzm,  Səlcuq,  Mazandaran  və  s.  hökmdar  Ģairlərindən  bəhs  edilmiĢdir.  II  əncümən  “Əsrin 

padĢahının Ģeirlərinin zikri və onun halının və ləyaqətlərinin Ģərhindən bir müxtəsər” sərlövhəsi ilə 

baĢlamaqdadır.  III  əncümən  “ġahzadələrin  Ģeirləri  və  həyatları  haqqında”dır.  Burada  Qacarlar 

xanədanından olan 23 Ģahzadə Ģair haqqında məlumat verir (Seyfüddövlə: 2-3).  

Mahmud  mirzə  Qacarın  “GülĢəni-Mahmud”u  ailə  təzkirəsi  olduğuna  görə  fərqlənir. 

Təzkirədə öncə Xaqan təxəllüslü Fətəli Ģah, onun qızları və oğulları, daha sonra Fətəli xanın qar-

daĢı Hüseynqulu xanın övladları haqqında məlumat verilmiĢdir.  

V.

 

Azərbaycan təzkirələrini bəhs etdikləri zamana görə iki qismə ayırmaq olar: 

1.

 



Zaman məhdudiyyəti qoyulmayan təzkirələr; 

2.

 



 Müəyyən zaman dilimini əhatə edən təzkirələr. 

a.

 

Zaman məhdudiyyəti qoyulmayan təzkirələr 

Nazim  Təbrizi  təzkirəsində  qədim  və  orta  əsrlərdə  yazıb  yaratmıĢ  ġərq  Ģairlərindən  və 

müasirlərindən, Əliqulu xan Valeh “RiyazüĢ-Ģüəra”sında 2540 qədim, orta əsr və müəllifin müasir-

ləri  olan  Ģairlərdən  bəhs  etmiĢdir.  Lütfəli  bəy  Azər  də  “AtəĢkədə”də  zaman  həddi  qoymamıĢdır. 

Seyfüddövlə  Sultan Məhəmməd  Tağı  “Təzkirətüs-səlatin”ində  zaman  məhdudiyyəti  qoyulmamıĢ-

dır. Heydərqulu mirzə Qacarın “Təzkireyi-Xavər”i qədim və yeni Ģairlərin Ģeirlərindən ibarət mün-

təxəbatdır. 

Bəhmən  mirzənin  “Təzkireyi-MəhəmmədĢahi”sinin  birinci  fəslində  h.  XIII  əsrə  qədər 

yaĢayıb  yaratmıĢ  Ģairlər  haqqında  bio-biblioqrafik  məlumat  verilmiĢdir.  Digər  iki  fəsildə  isə 

təzkirəçinin müasiri olan Ģahzadə və Ģairlər xatırlanmıĢ və əsərlərindən örnəklər yer almıĢdır.  

Seyid  Əzim  ġirvani  “Təzkirə”sində  daxil  etdiyi  Ģairləri  seçərkən  zaman  məhdudiyyəti 

qoymamıĢdır.  

XIX əsr təzkirəçisi Ziyainin iki hissədən ibarət olan “Təzkireyi-Ziyai”sinin birinci hissəsin-

də “AtəĢkədə”də bəhs olunan Ģairlər, ikinci hissəsində isə müəllifin müasirləri haqqında məlumat 

verilir və böyük bir zaman dilimini əhatə olunur. 

ġəmsəddin  xan  Həqqi  Təbrizinin  “Əncümənül-üdəba”sı  Farsdilli  poeziyanın  baĢlan-

ğıcından  müəllifin  zamanına  kimi  yaĢayıb-yaratmıĢ  Ģairləri  əhatə  etməkdədir  (Məani  1348:  I  c., 

57).  


M.Tərbiyətin  “DaniĢməndani-Azərbaycan”  təzkirəsində  qədim  zamanlardan  baĢlayaraq 

XX əsrin əvvəllərinə qədər yaĢayıb yaratmıĢ Ģairlərdən bəhs olunur.  

 

 



362 

 

 



 

 

 



 

 

 



 

  Vüsale MUSALI

 

Turkish Studies

 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 



Volume 8/13 Fall 2013 

b. Müəyyən zaman dilimini əhatə edən təzkirələr 

“Töhfeyi-Sami" XV əsrin birinci yarısı - XVI əsrin birinci yarısında yetiĢmiĢ Azərbaycan 

və  digər  ġərq  xalqlarının  nümayəndələri  haqqında  məlumatı  və  əsərlərindən  örnəkləri,  Əhdi 

Bağdadi təzkirəsi XV-XVI əsr Azərbaycan və Osmanlı Ģairlərini, “Məcməül-xəvas” XVI əsr-XVII 

əsrin  əvvəllərində  yaĢayıb-yaratmıĢ  Fars  və  Türk  əsilli  Ģairləri  əhatə  etməkdədir.  Fazil  xan 

Gorusi“Əncüməni-xaqan” adlı təzkirəsində (1818-19) öz müasirlərindən, Əbdürrəzzaq bəy Dünbüli 

Azərbaycaninin (h. 1241) “Nigaristani-Dara” adlı təzkirəsi müəllifin müasiri olmuĢ Ģairlərdən bəhs 

etmiĢdir.  “Təzkireyi-mədayihi-Elxaniyyə”  Qacarlar  dövrünün  ortalarında  yaĢayıb-yaratmıĢ  37 

Ģairin qısa Ģərhi-hallarını, əsərlərindən və Ģeirlərindən nümunələri əhatə edir. 

Məhəmməd  Saleh  ġamlu  “MəhəküĢ-Ģüəra”  adlı  əsərini  öz  müasiri  olan  istedadlı  Ģairlərin 

həyat və yaradıcılıqlarının səbatsız zəmanənin keĢməkeĢi içində itib-batmaması və unudulmaması 

üçün  bu  təzkirəni  tərtib  etmiĢdir.  Mahmud  mirzə  Qacar  1820-ci  ildə  Qacarlar  xanədanının  Ģair-

lərinə  həsr  edilmiĢ  “GülĢəni-Mahmud”  adlı  ailə  təzkirəsini  qələmə  almıĢdır.  “Bəyanül-Mahmud” 

adlı digər bir təzkirəsində isə müasiri olan Ģairlər haqqında məlumat vermiĢdir. Seyyid Əbdülhə-

mid Xalxalinin 1954-1958-ci illərdə nəĢr etdirdiyi iki cildlik “Təzkireyi-Ģüərayi-müasiri-Ġran” adlı 

əsərini adından da məlum olduğu kimi təzkirəçinin müasiri olan Ģairləri əhatə etməkdədir.  

ġahin  Fazilin  təzkirəsi  isə  XIX  əsrin  80-cı  illərindən  XXI  əsrin  əvvəllərinə  kimi  olan 

zaman dilimini əhatə edir və “MəcməüĢ-Ģüəra” ədəbi məclisinin Ģairlərinə həsr olunmuĢdur. 



Nəticə 

Azərbaycan  təzkirələrini  tədqiqata  cəlb  etməyimizin  məqsədi  orta  əsrlərdən  etibarən 

yaranıb  inkiĢaf  edən  təzkirəçiliyimizə  ilk  dəfə  olaraq  kompleks  Ģəkildə  yanaĢmaq,  bu  əsərləri 

nəzəri  baxımdan  təsnifləĢdirmək  və  Azərbaycan  təzkirəçiliyi  qarĢısında  duran  problemləri  ortaya 

qoymaqdan ibarət olmuĢdur.  

Azərbaycan  təzkirələri  üzərində  apardığımız  araĢdırmalar  nəticəsində  Azərbaycanlı 

müəlliflərin  təzkirələrini  qələmə  alındıqları  dil,  struktur,  əhatə  etdiyi  dövr,  yazıldığı  zaman  və 

coğrafiya üzrə təsnifləndirmiĢ və aĢağıdakı nəticələrə gəlmiĢik: 

Azərbaycan təzkirələrini yazıldığı dövr və məkana görə sistemləĢdirən zaman Azərbaycanlı 

müəlliflər tərəfindən XVI əsrdə 4, XVII əsrdə 2, XVIII əsrdə 5, XIX əsrdə 22, XX əsrdə 12, XXI 

əsrdə  isə  1  təzkirənin  yazıldığı  məlum  olmuĢdur.  Azərbaycanlı  müəlliflərin  təzkirələri  Ərdəbil, 

Təbriz,  Ġsfahan,  ġamaxı,  Lənkəran,  ġuĢa,  Kütahya,  Heydərabad,  Məkkə,  Bakı  və  baĢqa  coğrafi 

ərazilərdə qələmə alınmıĢdır.  

Təzkirəçilərimizin tərtib etdikləri təzkirələri dil baxımından dəyərləndirdirərkən bu əsərləri 

Ģərti olaraq 5 qrupda təqdim etmiĢik: təhkiyə hissəsi Türkcə yazılan və yalnız Türkcə Ģeirlərdən nü-

munələri əhatə edən təzkirələr; təhkiyə hissəsi Türkcə olan, həm Türkcə, həm də Farsca Ģeirlərdən 

örnəklərin  verildiyi  təzkirələr;  həm  təhkiyə  hissəsinin,  həm  də  poeziya  nümunələrinin  iki  dildə 

(Türkcə və Farsca) yazıldığı təzkirələr; təhkiyə hissəsi Fars dilində qələmə alınan, həm Fars, həm 

də  Türkcə  nümunələrin  təqdim  olunduğu  təzkirələr;  həm  təhkiyə  qismi,  həm  də  Ģeir  nümunələri 

Farsca olan təzkirələr. 

Herat  təzkirəçilik  məktəbi  əsasında  yaranıb  inkiĢaf  edən  Azərbaycan təzkirəçiliyi  struktur 

baxımından  orijinal  və  rəngarəng  əsərlərdən  ibarət  olmuĢdur.  Azərbaycan  təzkirəçiləri 

təzkirələrində məlumat verdikləri Ģairləri təbəqə, əlifba, coğrafi, xronoloji prinsiplərə görə təqdim 

etmiĢlər. Orijinal tərtib prinsiplərindən istifadə etmiĢ təzkirəçilərimiz ədəbi nümunələrin janrlarına 

görə öz təzkirələrini tərtib etmiĢlər. Sistemsiz qələmə alınmıĢ təzkirələrimizə də rast gəlmək müm-

kündür.  




Azərbaycan Təzkirələrinin Təsnifati: Dili, Strukturu, Əhatə Etdiyi Coğrafiya Və Dövr        363

 

Turkish Studies 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 

Volume 8/13 Fall 2013 

Azərbaycan  təzkirələrini  əhatə  etdikləri  coğrafiyaya  görə  üç  növə  –  ümumĢərq,  ümum 

azərbaycan və məhəlli təzkirələrə ayırmaq mümkündür. 

Azərbaycan  təzkirələri  bəhs  etdikləri  zamana  görə  müəyyən  zaman  dilimini  əhatə  edən 

təzkirələrdən və zaman məhdudiyyəti qoyulmayan təzkirələrdən ibarətdir. 

Apardığımız  araĢdırmalar  nəticəsində  41  Azərbaycan  təzkirəçisinin  XVI  əsrdən  XXI  əsrə 

kimi  46  təzkirə  tərtiblədiyi  məlum  olmuĢdur.  XVI  əsrdən  yaranıb  inkiĢaf  edən  Azərbaycan 

təzkirəçiliyi haqqın-da indiyə kimi kompleks tədqiqat aparılmamıĢdır. Dünyanın müxtəlif əlyazma 

xəzinələrinə  səpələnmiĢ  və  adları  Azərbaycan  təzkirəçilik  tarixinə  daxil  edilməmiĢ  Azərbaycan 

təzkirələri ilk dəfə tərəfimizdən sistemləĢdirilmiĢdir. Təbii ki, bu, son rəqəm deyil. Gələcək tədqi-

qatlar  zamanı  bu  sayda  dəyiĢiklik  də  ola  bilər,  tərəfimizdən  əldə  olunmayan  əsərlər  üzə  çıxarıla 

bilər. 


Belə  qənaətə  gəlirik  ki,  Azərbaycan  təzkirəĢünaslığının  qarĢısında  mühüm  məsələlər  dur-

maqdadır  və  bir  çox  təzkirələr  öz  tədqiqatçılarını  gözləməkdədir.  Belə  ki,  Azərbaycan  təzkirələri 

nəzəri baxımdan  tədqiqata cəlb  olunmalı, XVI  əsrdən  XX  əsrə  qədər  qələmə  alınmıĢ  Azərbaycan 

təzkirələri Azərbaycan dilinə tərcümə və ya transfoneli-terasiya olunduqdan sonra təzkirələr dövrün 

ədəbi fonunda təhlil edilməli, təzkirələr əsasında ədəbi tənqidin, Ģairlərarası münasibətin, tərcümə 

sənətinin,  Azərbaycan  ədiblərinin  digər  xalqların  nümayəndələri  ilə  ədəbi  və  mədəni  əlaqələrinin 

tarixi öyrənilməlidir. Təzkirələrin tədqiqata cəlb olunması ilə klassik Azərbaycan ədəbiyyatını zən-

ginləĢdirmək və adları sadəcə təzkirələrdə xatırlanmıĢ Ģairləri üzə çıxarmaq mümkündür. 

Qeyd  olunan  bütün  Azərbaycan  təzkirələrinin  tərcüməsi,  elmi-tənqidi  və  ya  faksimile 

mətnlərinin  hazırlanması  təzkirəĢünaslarımız  qarĢısında  duran  mühüm  vəzifələrdəndir.  Bunlardan 

əlavə,  hər  bir  Azərbaycan  təzkirəsinin  monoqrafik  səviyyədə  araĢdırılması  Azərbaycan 

ədəbiyyatının müxtəlif mərhələlərini, ədəbi əlaqələri, ümumiyyətlə mədəniyyət tariximizi tədqiq et-

mək üçün əhəmiyyətlidir. 

 

 



ƏDƏBIYYAT 

AHDĠ  ve GülĢen-i Ģuarası (Ġnceleme-metin) / hazır.: S. Solmaz. Ankara: Atatürk Kültür Merkezi 

BaĢkanlığı, 2005. 

BAYRAM  Ömer,  Azerbaycan  sahası  tezkireleri  ve  Seyid  Azim  ġirvaninin  tezkiresi.  –  Doktora 

Tezi. Gazi Üniversitesi, Ankara, 2005.  

BƏHMƏN Mirzə, Təzkireyi-MəhəmmədĢahi. Azərbaycan Milli Elmlər Akademiyası, Əlyazmalar 

Ġnstitutu, M-24. 

BUNYATOV Z., Efendiev O. Ot redaktorov // Fazlullax ibn Ruzbixan Xundji. Tarix-i alam-ara-yi 

Amini. Baku, 1987. 

ƏLĠQULUXAN  Valeh.  RiyazüĢ-Ģüəra.  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Əlyazmalar 

Ġnstitutu, FS-700. 

ĠPEKTEN  H,  Türk  edebiyatının  kaynaklarından  Türkçe  Ģuara  tezkireleri.  Erzurum:  Ankara 

Üniversitesi yayınları, 1991. 

ĠSEN Mustafa, Tezkireden bioqrafiye, Ġstanbul, 2010. 

ĠSHAQ bəy Üzri Bəydili. Təzkireyi-Ġshaq. Ġran Ġslami ġura Məclisi kitabxanası 7261. 

QARABAĞLI Müctəhidzadə Məhmməd Ağa. TəzkirətüĢ-Ģüəra Riyazül-aĢıqin. Dersaadet: Karabet 

Mətbəsi, 1328. 



364 

 

 



 

 

 



 

 

 



 

  Vüsale MUSALI

 

Turkish Studies

 

International Periodical For the Languages, Literature and History of Turkish or Turkic 



Volume 8/13 Fall 2013 

QARAYEV N, XIX əsr Azərbaycan ədəbi məclisləri, Bakı, 2012. 

LÜTFƏLĠ  bəy Azər. AtəĢkədə. Azərbaycan Milli Elmlər Akademiyası, Əlyazmalar Ġnstitutu, M-

238. 


MƏANĠ Əhməd Gülçin, Tarixi-təzkirəhayi-Farsi. 2 c., Tehran, 1348-1350. 

MƏHƏMMƏD Fazil xan Gorusi, Əncüməni-xaqan.Ġran Ġslami ġura Məclisi kitabxanası 892. 

MƏHƏMMƏDQULU xan Qacar.Lübbül-lübab. Tehran Universiteti, Hikmət kolleksiyası 289. 

MƏMMƏDLĠ  Qulam,  Təzkirə.  Azərbaycan  Milli  Elmlər  Akademiyası,  Əlyazmalar  Ġnstitutu,  B-

2701.        

MƏMMƏDOVA M, Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001. 

MĠRZƏ Ġsa Xəyali Ziyai. Təzkireyi-Ziyai. Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar Ġns-

titutu, D-269. 

MUSALI Vüsalə, Türk təzkirəçiliyi: bibliografya, Bakı, 2011. 

MUSALI Vüsalə, Azərbaycan təzkirəçilik tarixi, Bakı, 2012. 

NAZĠM Təbrizi, Nəzmi-güzidə. Ġran Ġslami ġura Məclisi kitabxanası 480.                             

NƏVVAB Mir Möhsün. Təzkireyi-Nəvvab. Bakı: Orucov qardaĢlarının mətbəəsi, 1913. 

NƏVVAB  Mir  Möhsün  Ağamirzadeyi-Qarabaği.  Təzkireyi-Nəvvab  /  Tərcümə  edəni:  Nəsrəddin 

Qarayev, Bakı: 1980, AMEA Əlyazmalar Ġnstitutu elmi arxiv. Nəsrəddin Qarayevin Ģəxsi 

arxivi. Qovluq 152. 

SAM  MĠRZƏ,  Töhfeyi  Sami.  Azərbaycan  Milli  Elmlər  Akademiyası,  Əlyazmalar  Ġnstitutu,  B-

5119.             

SEYFÜDDÖVLƏ Məhəmməd Tağı,  Bəzmi-xaqan. Ġran Məclis Kitabxanası 894. 

STORĠ Ç, Persidskaya literatura, Moskva, 1972, ç. 2. 

SEYĠD Əzim ġirvani, Əsərləri. III cild. Bakı. Elm, 1974. 

SEYYĠD  Azim  ġirvânî,  Tezkîretü’Ģ-ġu’arâ  /  haz.:  Ö.Bayram.  T.C.  Kültür  ve  Turizm  Bakanlığı 

Yay. (e-kitap), Ankara. 

TƏRBĠYƏT Məhəmmədəli, DaniĢməndani-Azərbaycan, Bakı, 1987. 

TOLASA  H,  Sehi,  Latifi,  AĢıkÇelebitezkirelerinegöre  16.  yüzyıldaedebiyyataraĢdırmaveeleĢtirisi. 

Ġzmir: EgeUniversitesiyayınları, 1983. 

ġAHĠN Fazil, Təzkireyi-ġahin. Bakı, 2006. 



VƏLĠQULU bəy ġamlu. Qisəsül-xaqani. Ġran Ġslami ġura Məclisi kitabxanası – 8530. 

 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə