Azərbaycan Universiteti Kafedra: İctimai Elmlər Kafedrası



Yüklə 28 Kb.
tarix29.10.2017
ölçüsü28 Kb.
#7485

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Universiteti

Kafedra: İctimai Elmlər Kafedrası

Fənn: Konstutsiya

Mövzu: Hüquqi Dövlət Anlayışı

Fakultə: Humanitar

İxtisas: Tarix müəllimliyi

esse

Müəllim: Bağırlı Vüqar

Tələbə: Babayev Vüsal

B A K I - 2012



P L A N

Giriş


  1. İlk hüquqi dövlətin yaranma tarixi

  2. İlk hüquqi dövlətin əsas aparıcı xüsusiyyətləri

  3. Nəticə

İstifadə olunmuş ədəbiyyat siyahısı

G İ R İ Ş

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sədirliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul edilmiş və noyabrın 27-də qüvvəyə minmişdir. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbulu Azərbaycan xalqının və dövlətinin həyatında tarixi və əlamətdar hadisəyə çevrildi.

12 noyabr Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Prezidentinin 1996-cı il 1 noyabr tarixi Fərmanına əsasən bayram günü kimi qeyd edilir. [3], [4]

Konstitusiyaya görə, dövlət və ıçtimai həyat elə təşkil edilməlidir ki, qanunçuluğa rəayət edilməsi hamı üçün eyni səviyyədə məcburi olsun, yəni dövlət məmurlarına və adi vətəndaşlara heç bir fərq qoyulmasın.[2]

Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsaslari; yerli özünü idarəetmənin tanınması və təmin olunması, onun müstəqiliyi və dövlət hakimiyyətindən ayrılması.[5]



İlk hüquqi dövlətin yaranma tarixi

Hüquqi dövlət anlayışı dərin məna yükü daşıyır. Hüquqi dövlət termini, "polis dövləti" termini kimi, Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub. Çağdaş ictimai həyatda və siyasi sistemdə “hüquqi dövlət” çox önəmli prinsipdir. Konstitusiya qurumu olan “hüquqi dövlət” prinsipi xüsusilə kontinental Avropa ölkələrində yayğın anlayışdır.



Qanunların hökmran olduğu dövlət təsəvvürləri qədim Yunanıstanda formalaşmağa başlamışdır. Platon, Aristotel bu təsəvvürləri inkişaf etdirmişlər. Aristotel göstərir ki, harada qanunun hökmranlığı yoxdursa, orada bu və ya digər istənilən dövlət quruluşu formasına yer yoxdur.Orta əsrlərdə N.Makkiavelli və J.Boden dövlətin əsas vəzifəsinin vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan ibarət olduğunu əsaslandırmışlar. Demokratik inqilabların başlanğıc dövründə (XVII-XVIII əsrlərdə) bu ideyalar Hollandiya, İngiltərə və Birləşmiş Ştatlarda yeni dövlətçiliyin əsasını təşkil etməyə başladı.Yalnız XIX əsrdə alman filosoflarının əsərlərində (İ.Kant, T.Töçel) hüquqşünaslar R.Fon Mol, K.T.Valker və başqalarının əsərlərində hüquqi dövlət nəzəriyyəsi formalaşmış və həyata keçirilməyə başlamışdır. Hüquqi dövlət nəzəriyyəsi daha sonralar müasir qərb politoloq və hüquqşünas alimlərin əsərlərində müvəffəqiyyətlə inkişaf etdirilmişdir. Hüquqi dövlət ideyaları sonralar bir sıra Avropa dövlətlərinin: İspaniya(1978), AFR(1949) Konstutsiyalarında öz əksini tapdı.

Bu ideyanın tarixi çox qədim dövürlərə gedib çıxsa da, hüquqi dövlət konsepsiyasının sistemi şəkildə hazırlanması (Hobbs, Look, Didro, Kant və başqaları tərəfindən) son üç dörd əsrin məhsuludur.[6]

İlk hüquqi dövlətin əsas aparıcı xüsusiyyətləri

Ölkəmizdə həyata keçirilən konstitsion islahatların məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizimlərinin işlənib hazırlanmasıdır.

Konstitusiyanın prembulasında elan edilən azərbaycan xalqının ülvi niyətlərindən biri də qanunların aliliyyini təmin edən hüquqi dövlət qurmaqdır.[5]

Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dövləti hüquqi dövlətdir (konstitusiyanin 7-ci maddəsinin 1-ci bəndi). Əsas məqsədi şəxsiyyətin hərtərəfli inkşafına imkan yaratmaqdan, onun hüquq və azadlıqlarını real olaraq təmin etməkdən, insan hüquq və azadlıqlarini tanımaq və müdafiyə etməkdən ibarət olan, özünün həyata keçirdiyi dövlət hakimiyyətini qanunla məhdudlaşdıran dövlət hüquqi dövlət adlanır. Hüququ dövlətdə hakimiyyət qanuna əsaslanır, qanunla məhdudlaşır və qanun vasitəsi ilə həyata keçirilir. Hüququ dövlət qanunla bağlı olan dövlətdir.O, qanuna tabedir.

Hüququ dövlət kimi taninmasi üçün müvafiq dövlətin müəyyən əlamətlərə uyğun gəlməsi və cavab verməsi tələb edilir.

Hüquqi dövlətin birinci əlaməti qanunun aliliyindən ibarətdir. Bu o deməkdir ki, dövlət qanunlara əsaslanmalı və onun tələblərini rəhbər tutmalıdır. Qanunlar vətəndaşlar üçün məcburi olduğu qədər də dövlət üçün məcburidir. Dövlət qanunda ifadə edilən normalara tabe olmalıdır. Dövlətin fəaliyyəti yalnız qanuni formada və qanuna uyğun olaraq həyata keçrilməlidir. Hüquqi dövlətin qanunun aliliyi əlamətinin mahiyyəti də məhz bundan ibarətdir.

Hakimiyyətin bölgüsü prinsipi hüququ dövlətin ikinci əlaməti sayılır

Azərbaycan respublikasında dövlət hakimiyyəti üç hakimiyyət sahəsi tərəfindən həyyata keçrilir və təşkil olunur: qanun vericilik hakimiyyəti tərəfindən; icra hakimiyyəti tərəfindən; məhkəmə hakimiyyəti tərəfindən. Himiyyətin bölgüsü prinsipi hakimiyyətin bir əldə cəmləşməsinin qarşısını alır. Qanun vericilik, icra və məhkəmə hakimiyyətləri bir-birinin işlərinə qarışmır. Onlar hər biri öz səlahiyyətləri çərşivəsində müstəqildir.

Hüquqi dövlətin üçüncü əlaməti ondan ibarətdirki, bu dövlət şəxsiyyətin hüquq və azadlıqlarını real olaraq təmin edir. Insan haqları hüquqi dövlətin məkan daşıdır , cəmiyyətin bütövlükdə inkşafı üçün vacib amildir. Şəxsiyyətin hüquq və azadlıqlarını təmin etmək hüquqi dövlətin əsas və başlıca vəzifəsidir.

Dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti hüquqi dövlətin dördüncü əlamətidir. Dövlət və şəxsiyyət arasındakı münasibətlər qarşılıqlı məsuliyyət əsasında qurulur. Vətəndaşlar əlbətdə, onların üzərinə qoyulmuş vəzifələri icra etməlidir. Dövlətdə öz üzərinə vəəndaşların hüquqlarını və onların həyata kecrilməsini təmin etmək vəzifəsini götürür.

Qanuna tabe olduqlarına görə dövlət orqanları qanunun tələblərini pozmamalıdır. Əgər pozsa onlar məsuliyyət daşıyır.[1]

Nəticə
Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Yalnız məhkəmə-hüquq islahatlarını ardıcıl və dönmədən həyata keçirməklə insan hüquq və azadlıqlarına təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq mümkündür.

Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edəcəkdir.

İstifadə olunmuş ədəbiyyat siyahısı

I. Normativ aktlar

1. Azərbaycan Respublikasının Konstitusiyası

2. Azərbaycan Respublikasının Konstitusiyasının preambulası və ümumi müdəalarının şərhi

3. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” 13 iyun 2000-ci il tarixli Azərbaycan Respublikasının qanunu

II. Xususi ədəbiyyat
4.Allahverdiyev. S. “Azərbaycan Respublikası Konstitusiyasının və hüququnun əsasları”. Baki, 2006.

5. İsmayılov. İ. “Azərbaycan Respublikası Konstitusiyasının və hüququnun əsasları”. Baki, 2002.



6. Atakişiyev. B. “Azərbaycan Respublikası Konstitusiyasının və hüququnun əsasları”. Baki, 2007.
Yüklə 28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə