Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər. Azərbaycan Prezidenti İlham ƏLİyev dedi



Yüklə 10,62 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix07.11.2018
ölçüsü10,62 Mb.
#77950
  1   2   3   4   5   6


Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli Vladimir Vladimiroviç, icazə verin, Sizi 

Azərbaycanda bir daha salamlayım, xoş gəlmisiniz.

Biz, Sizi görməyimizə həmişə çox şadıq. Sizin bugünkü 

səfəriniz xüsusi xarakter daşıyır. Biz bu gün ilk dəfə olaraq 

rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-

Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu 

da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə 

bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda 

görüşürük. Bu, bizim münasibətlərimizin səviyyəsinin par-

laq göstəricisidir. Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat, 

energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Biz 

bütün istiqamətlərdə böyük tərəqqi görürük. Biz bu barədə 

indicə Forum iştirakçılarına danışdıq, bununla onlara daha 

fəal işləmələri və əməkdaşlığımızı inkişaf etdirmələri üçün 

daha bir impuls verdik. Rusiya bizim üçün münasibətlərimizin 

ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli 

tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə 

biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin 

biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün 

istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu 

ilə gedəcəyik. Bir daha “Xoş gəlmisiniz!” deyir və səfərə görə 

təşəkkür edirəm.

X X X

Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN dedi:



- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.

Bakıya dəvətə və cüdo üzrə dünya çempionatın-

da olmaq imkanına görə çox sağ olun. Mən bunun 

necə layiqli, çox yüksək beynəlxalq səviyyədə 

təşkil edildiyini, təşkilatçıların, cənab Vizer başda 

olmaqla Cüdo üzrə Beynəlxalq Federasiyanın 

məmnunluğunu görürəm. Mənə indi burada hər 

şeyin necə peşəkarlıqla təşkil edildiyini dedilər. Bu, 

təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının 

inkişafına böyük töhfədir.

Əlbəttə ki, bu gün regionlararası forumda bizim 

iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli 

tərkib hissəsidir. Doğrudur, biz bu yaxınlarda 

Soçidə görüşdük, amma münasibətlərimizin 

yüksək səviyyəsini və həcmini nəzərə alaraq, 

bizim həmişə danışmağa sözümüz var. Necə 

deyərlər, MDB-nin sammiti meydanlarında da 

ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox 

əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli 

münasibətlər haqqında danışmaq imkanı var. Biz 

hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz 

həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət 

inkişaf edir. İndi gərək elə edək ki, Sizin Rusiyaya 

səfərinizin gedişində bizim qarşılıqlı fəaliyyətimizə 

verilən impuls itməsin və Sizinlə imzaladığımız çox 

əhəmiyyətli sənədlər işləsin. Düşünürəm ki, biz bu 

gün elə bu barədə danışacağıq. Sağ olun.

X X X


Sonra Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 

söhbətlərini çay süfrəsi arxasında davam etdirdilər.

     Qəzet 1933 -cü ildən çıxır.   

http://www.amu.edu.az

     № 16 (1677) 28 sentyabr 2018 - ci il    

      Qiyməti 50 qəpik

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti 

Vladimir Putin ilə təkbətək görüşü olub.

Təsisçi: Azərbaycan 

Tibb Universiteti



BÖYÜK ELMİ ŞURADA

“Dünya ağciyər 

günü”nə 

həsr edilmiş 

simpozium

BU  SAYIMIZDA 

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub

2

4

Rusiya senatoru ATU-da qonaq olub

Azərbaycanlı alim Dünya Tibbi Hüquq 

Assosiasiyasının birinci vitse-prezidenti seçilib

Rezidentura və 

magistraturaya 

əcnəbi 

vətəndaşların 

qəbulu keçirilib

3

4

3



http://www.amu.edu.az

28 sentyabr 2018-ci il

2



Sentyabrın 25-də 

Böyük Elmi Şura-

nın 2018-2019-cu 

tədris ilində ilk 

yığıncağını açan 

Azərbaycan Tibb 

Universitetinin 

rektoru, professor 

Gəray Gəraybəyli 

əvvəlcə yeni tədris 

ilinin başlanması 

münasibətilə şura 

üzvlərini təbrik 

etdi.  

 

Gündəlikdə duran məsələlərin 

müzakirəsindən öncə bu günlərdə 

dünyasını dəyişən Azərbaycan dili 

kafedrasının sabiq müdiri, dosent 

Akif Miriyevin xatirəsi bir dəqiqəlik 

sükutla yad edildi. 

Bundan sonra genişləndirilmiş icla-

sın gündəliyini diqqətə çatdıran rek-

tor  “Azərbaycan Tibb Universitetində 

2017/2018-ci tədris ilinin yekunları və 

2018/2019-cu tədris ilində universitet 

kollektivi qarşısında duran vəzifələr” 

barədə hesabat məruzəsi ilə çıxış 

etmək üçün sözü universitetin tədris 

və müalicə işləri üzrə prorektoru, 

professor Sabir Əliyevə verdi. 

S.Əliyev əsasını ümummilli lider 

Heydər Əliyevin qoyduğu təhsil is-

lahatlarının bu gün Azərbaycan Res-

publikasının Prezidenti cənab İlham 

Əliyev tərəfindən uğurla davam etdi-

rildiyini diqqətə çatdırdı. 

2017-2018-ci dərs ilinin “Təhsildə 

keyfiyyət ili” elan olunduğunu 

vur ğu layan 

S.Əliyev 

2014/2015-

ci tədris ilinə nisbətən ali təhsil 

müəssisələrinə tələbə  qəbulunun 

keyfiyyət göstəricilərində  dayanıqlı 

artım dinamıkasının müşahidə olun-

duğunu söylədi: “Belə ki, son 5 ildə 

qəbul imtahanlarında 300 baldan 

çox toplayanların sayı 26.5 faiz, 400 

baldan çox toplayanların sayı 35.1 

faiz, 500 bal toplayanların sayı 51.5 

faiz, 600 baldan çox toplayanların 

sayı isə 81,3 faiz artıb. Bu isə ali təhsil 

müəssisələrinin, eləcə də qəbul 

olunanların orta bal göstəricilərinin 

artması deməkdir. Bu ilin qəbul im-

tahanlarında 3127 nəfər abituriyent 

600 baldan yuxarı nəticə göstərib. 

Həmin göstərici ötən il 2472 nəfər, 

2016-ci ildə 2281 nəfər, 2015-ci ildə 

2094 nəfər, 2014-ci ildə isə 1725 

nəfər olub. Bu tədris ilində 29 nəfər 

abituriyent 700 bal toplayıb. Ötən il 

bu göstərici 15 nəfər idi”.

Prorektor onu da qeyd etdi ki, xa-

rici dillərdə tədris aparacaq kadrla-

rın hazırlanmasına kafedralarımızda 

xüsusi diqqət yetirilməlidir: “İşçilər 

yeniləşdirilərkən gənc nəslin ana 

dili ilə yanaşı, xarici dillərin heç ol-

masa birini (ingilis, rus və s.) kamil 

bilməsi nəzərə alınmalıdır. Həmçinin, 

universitet rəhbərliyi gənc müəl-

limlərin xarici dil bilgilərinin təkmil-

ləşdirilməsi sahəsində ciddi iş 

aparır. Düşünürəm ki, universitet 

öz maliyyə məsələlərini yaxşılaş-

dırdıqdan sonra gənc müəllimlərin 

universitetdənkənar pedaqoji və dil 

cəhətdən hazırlanması məsələsinə 

yenidən baxacaqdır. Lakin uni-

versitetin müvafiq kafedrasında 

professor-müəllim heyətinə xarici 

dillərin tədrisi davam etdirilməli, 

ehtiyac duyulduğu halda məsələnin 

həlli üçün universitet rəhbərliyinə 

müraciət olunmalıdır”.

Cari tədris ilində universitetin I kur-

suna 576 xarici ölkə vətəndaşının 

saziş əsasında ödənişli təhsil hüqu-

qu ilə qəbul olunduğunu (keçən il 

573 nəfər) diqqətə çatdıran prorek-

tor qeyd etdi ki, universitetin xarici 

tələbələrlə iş üzrə müvafiq qurumla-

rının işi böyük elmi şurada dəfələrlə 

müzakirə olunmuş və onun işinin 

yaxşılaşması üçün hesabat ilində 

əməli tədbirlər həyata keçirilmişdir: 

“Xarici əlaqələr üzrə yeni prorektor 

təyin olunmuş, fakültə dekanı və de-

kan müavinləri dəyişdirilərək gənc 

və perspektivli kadrla əvəzlənmiş, 

həmçinin xarici əlaqələr şöbəsinə də 

yeni müdir təyin olunmuşdur. Hazır-

da həmin fakültənin işində müəyyən 

dönüş yaranmışdır. Lakin əldə olu-

nanlarla kifayətlənmək olmaz”.  

Məruzəsində elmi-tədqiqat işlə-

rinin nəticələrinə, universitetin 

tədris binalarında, klinikalarında, 

yataq 

xanalarında və həmçinin 



“Təbib” istirahət düşərgəsində 

müəy yən əsaslı və cari təmir işlərinin 

görülməsinə də yer ayıran prorek-

tor keçən tədris ilinin payız və yaz 

semestrlərinin imtahan sessiya-

larının nəticələri üzərində xüsu-

si dayandı: “2017/2018-ci ilin yaz 

semestrinin imtahan sessiyasının 

başlanğıcından 6 nəfər akademik 

məzuniyyətdə olmuşdur. Yaz se-

mestri ərzində öz ərizələrinə görə 11 

tələbə universitetdən xaric edilmiş-

dir. Beləliklə, 6514 tələbə imtahanda 

iştirak etmişdir, 340 nəfər imtahanda 

iştirak etməmişdir. İmtahan verməli 

olanlardan 5667 nəfəri bütün imta-

hanlarda müvəffəq qiymətlər alaraq, 

sessiyanı başa vurmuşdur (86,9%, 

keçən il 94,1%). İmtahan sessiyası-

nı «əla» qiymətlərlə başa vuranlar 

– 994 nəfər (15,2%, keçən il 18%), 

«əla» və «yaxşı» qiymətlərlə – 2177 

nəfər (34,4%, keçən il 34,9%), qarı-

şıq qiymətlərlə – 2496 nəfər (38,3%, 

keçən il 31,6%) təşkil etmişlər. 507 

nəfər (7,7%, keçən il 5,8%) «qeyri-

kafi almışdır ki, bunlardan da 328 

nəfərin yalnız bir fənndən, 95 nəfərin 

2 fənndən, 84 nəfərin isə 3 və daha 

artıq fənndən akademik borcu qal-

mışdır. 

Ümumiyyətlə, universitetimi-

zin kəmiyyət göstəricisi 91,7% 

(2016/2017-cı tədris ili – 94,1%), key-

fiy yət göstəricisi 51,3% (2016/2017-cı 

tədris ili – 58%) olmuşdur və görün-

düyü kimi kəmiyyət və keyfiyyət 

göstəricisi azalmışdır”. 

S.Əliyev universitetimizə bu il qəbul 

olunmuş tələbələrin test imtahanla-

rında yüksək nəticələr göstərməsini 

xüsusi qabardaraq bildirdi ki, 

rəhbərlik universitetə yüksək balla 

daxil olan və Prezident təqaüdçüsü 

adına layiq görülən tələbələri dai-

mi diqqətdə saxlamağın, onları icti-

mai işlərə cəlb etməyin, hətta lazım 

olarsa, kafedralarda elmin müasir 

tələblərini nəzərə almaqla onlarla 

əlavə dərs aparmağın zəruriliyini 

elmi şura üzvlərinin nəzərinə çatdı-

rır.


S.Əliyev çıxışının sonunda bir sıra 

kafedra müdirləri və kafedraların 

ayrı-ayrı əməkdaşları tərəfindən 

tədrisin təşkili, dərs cədvəlinin opti-

mal tərtib olunması, ayrı-ayrı fənlərə 

ayrılan dərs yüklərinin artırılması, 

fənnin semestr ərzində tədris ardı-

cıllığı və s. məsələlər üzrə universitet 

rəhbərliyinə müraciət olunduğu-

nu söyləyərək həmin müraciətlərin 

diqqətlə öyrənildiyini və imkan 

daxilində tətbiqinin nəzərdə tutul-

duğunu söylədi.  

Məruzə ətrafında çıxış edən kafed-

ra müdirləri Arif Əfəndiyev, İbadulla 

Ağayev  və Fariz Camalov hesabatı 

müsbət qiymətləndirdilər. Eyni za-

manda tədris prosesində mövcud 

olan problemlərdən də danışaraq öz 

təkliflərini irəli sürdülər. 

Universitet üzrə mərkəzləşmiş 

Apellyasiya Komissiyasının sədri, pro-

fessor Surxay Musayev apellyasiya 

araşdırmalarının nəticələri haqqında 

şura üzvlərinə məlumat verərək na-

rahatçılıq doğuran bəzi məqamlara 

toxundu. Bir çox testlərdə sualların 

şərtinin konkret olmaması, cavab 

etalonunda doğru cavab variantı-

nın səhv verilməsi, test suallarında 

2, bəzən 3 düzgün cavabın olması, 

bəzi testlərə  çox çətin açıq sualla-

rın salınması və ayrı-ayrı testlərin 

məzmunundakı mücərrədliklə bağlı 

iradlarını diqqətə çatdırdı. 

Hesabat və çıxışlarda səslənən 

fikirləri yekunlaşdıran rektor bu-

günkü elmi şuraya bütün kafed-

ra müdirlərinin dəvət olunması-

nın heç də təsadüfi olmadığını, 

müzakirəyə çıxarılan məsələnin xü-

susi əhəmiyyət daşıdığını bildirdi. 

Azərbaycan Tibb Universitetinin 

ölkə universitetləri arasında həmişə 

layiqli yer tutduğunu vurğulayaraq 

qeyd etdi ki, bizim əsas məqsədimiz 

və borcumuz bu ənənələri qoruyub 

saxlamaqdır. 

Hazırkı şəraitin 30, 50 il əvvəlki 

şəraitdən tamamilə fərqləndiyini 

söyləyən G.Gəraybəyli dedi ki, yeni 

dövrün ən vacib xüsusiyyətlərindən 

biri də rəqabətdir: “Bu rəqabət bazar 

iqtisadiyyatı dövründə hər bir sahəyə 

təsir etdiyi kimi, təhsil sahəsinə də 

təsirsiz ötüşmür. Ölkəmizdə və ölkə 

xaricində fəaliyyət göstərən hər bir 

universitetin məhsulu tələbələrdir, 

hazırladığı kadrlardır. Biz tələbələrə 

sadəcə olaraq xidmət təklif edi-

rik. Əgər hər hansısa bir xidmətin 

keyfiyyəti aşağıdırsa - istər məişət 

xidməti olsun, istər elmi xidmət ol-

sun, istərsə də həkimlik xidməti olsun 

- o yerə getmərik. Ona görə də biz ilk 

növbədə dünyada gedən prosesləri 

izləyərək tədrisin keyfiyyəti haqqın-

da düşünməliyik”. 

Elə bu gün səhər Təhsil Nazir-

liyi ilə Avropa Şurasının təhsilin 

keyfiyyətinin yaxşılaşdırılması istiqa-

mətində birgə həyata keçirdiyi bey-

nəlxalq layihənin açılışında iştirak 

etdiyini şura üzvlərinin diqqətinə 

çatdıran rektor həmin layihəyə 

səhiyyə ixtisasının salınmamasın-

dan  təəssüfləndiyini də dilə gətirdi. 

Bildirdi ki, layihədə 4 seçilmiş ixtisas 

üzrə proqramların standartlaşdırıl-

ması, tədrisin keyfiyyətinin yaxşılaş-

dırılması, yaxşılaşdırma prosesinə 

aid hüquqi sənədlərin hazırlanması, 

eləcə də tələbələrin və müəllimlərin 

sərbəst mübadiləsi nəzərdə tutulur. 

Təhsilin keyfiyyətinin universitetimiz 

üçün də prioritet məsələ olduğu-

nu vurğulayan G.Gəraybəyli əvvəlki 

illərlə müqayisədə qəbul planının 

nəzərə çarpacaq dərəcədə azalma-

sına diqqət yönəldərək bu prose-

sin kadr məsələlərinə, xüsusən də 

müəllimlərin akademik yükünə ciddi 

təsir etdiyini dedi. 

G.Gəraybəyli qəbul planının azal-

masına, qəbul imtahanlarının nəti-

cəsinə görə bütün yerlərin dol-

masına baxmayaraq, 9 nəfərin 

qey  diyyatdan keçmədiyini, yəni bi-

zim universitetdən imtina etdiyini,  

təkrar sorğu əsasında onların əvəzinə 

daha az bal toplayan abituriyentlərin 

universitetə göndərildiyini söylədi. 

Eyni zamanda müalicə fakültəsinə 

ödənişsiz əsaslarla daxil olmuş 2 

nəfərin öz ərizələri ilə universitetdən 

imtina etməsini,  digər tərəfdən 

demək olar ki, hər semestrin 

əvvəlində 5-10, bəzən 15 nəfərə 

yaxın müxtəlif kurs tələbələrinin 

universitetdən getməsini təəssüflə 

qeyd etdi. Bütün bu halları  keyfiyyət 

uğrunda rəqabətin nəticəsi kimi 

dəyərləndirərək, “xidmətin daha 

yüksək səviyyəyə qaldırılması sayə-

sində bu axın azalacaq”–deyən rek-

tor universitetimizə qəbul olmaq 

üçün xarici ölkə vətəndaşlarının qar-

şısına qoyulan tələblərə, o cümlədən  

ingilis dillindən dərs deyən müəllim-

lərlə bağlı problemlərə də toxundu. 

Eyni zamanda Türkiyə universitetləri 

ilə çox yaxşı əlaqələrin qurulmasın-

dan məmnunluqla söhbət açdı.

Kurasiya sistemində olan dəyi-

şiklər haqqında tələbələrin və 

müəllimlərin reaksiyasına münasibət 

bildi 

rən rektor  uzaqgörən tələ-



bələ 

 

rin bu sistemi çox yaxşı 



qiymətləndirdiyini, ancaq bəzilərinin 

“biz yoruluruq”, “kursa çatmırıq”  kimi 

cəfəng səbəblər göstərdiyini vur-

ğuladı. Kliniki kafedralarda, xüsusən 

də cərrahiyyə yönümlü kafedra-

larda çalışan bəzi müəllimlərin bu 

sistemdən niyə razı qalmadıqlarına 

da aydınlıq gətirdi: “Təbii ki, bir neçə 

yerdə işləyən, xəstə qəbul edən, 

əməliyyata gedən adam üçün bu sis-

tem əlverişli deyil. Kliniki kafedralar-

da işləyən müəllimlərin əksəriyyəti 

imkan yarandıqca 1 ştat vahidinə 

keçiriləcək, yəni yeni kadrların işə 

qəbulu və digər strateji xətlər elə 

istiqamətə yönələcək ki, kliniki ka-

fedralarda 0.25, 0.5 ştat vahidində 

qalan olmasın”. 

Hərbi Tibb Fakültəsində keçid balı-

nın 500-ə qaldırılması ilə fakültənin 

sayda itirsə də, keyfiyyətdə qazan-

dığını deyən universitetin rəhbəri 

yekun nitqində test imtahanlarının 

təkmilləşdirilməsi yollarından da da-

nışdı. “Elektron Universitet”ə keçidlə, 

professor-müəllim heyətinin bal-

reytinq attestasiyasından keçməsi 

ilə bağlı tövsiyələrini verdi, kadr və 

digər məsələlərə dair fikirlərini də 

şura üzvləri ilə bölüşdü.

Stomatologiya (müalicə-profilak-

tika və digər fakültələr üçün) ka-

fedrasının müdiri, professor Tamara 

Hüseynovanı kafedrada məsləhətçi-

professor vəzifəsinə seçən,  elmlər 

doktoru işinin mövzusunu, elmi 

məsləhətçisini təsdiqləyən Böyük 

Elmi Şura müsbət rəy alan dərslik, 

dərs vəsaitləri və metodik vəsaitlərin 

əlyazmalarını çapa tövsiyə etdi və 

müsabiqə məsələlərinin həlli ilə öz 

işini yekunlaşdırdı. 



Arif MƏMMƏDLİ

BÖYÜK ELMİ ŞURADA


Yüklə 10,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə