Azərbaycan Xalq Cümhuriyyəti-100



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
tarix25.08.2018
ölçüsü0,82 Mb.
#64093


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

 

İNFORMASİYA RESURS ŞÖBƏSİ 

 

 



 

 

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ-100  

TÖVSİYƏ



ƏDƏBİYYAT SİYAHISI

 

 

 

                   

 

BAKI – 2018 


 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 



 

 

 



 

 

 

 

İstiqlal, o yaşayan millətin qəlbində can  

İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.  

İstiqlal, o sönməyən müəbbəd bir məşalə  

Könüllərdə tutuşur, gözlərdə sönsə belə! 

Gültəkin-Əmin Abid 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 



 

Müsəlman  Şərqində  ilk  demokratik  cümhuriyyətin  məhz  Azərbaycan  torpa-

ğında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX 

əsrin  əvvəllərində  milli  müstəqillik,  azadlıq  duyğuları  ilə  yaşaması  ilə  bağlıdır.  O 

illərdə  xalqımızın  qabaqcıl  şəxsiyyətləri,  mütəfəkkir  adamları,  ziyalıları  xalqımızda 

milli  azadlıq,  milli  müstəqillik  duyğularını  gücləndirmiş,  milli  dirçəliş,  milli  oyanış 

əhval-ruhiyyəsi  yaymış  və  bunların  hamısı  məntiqi  olaraq  Azərbaycan  Xalq 

Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. 

HEYDƏR ƏLİYEV

 

Ümummilli lider

 

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkə-çilikdən 



azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olmuşdur. 

Şərqdə  ilk  demokratik  dövlət  olan  AXC  Məhəmməd  Əmin  Rəsulzadənin  başçılıq  etdiyi 

Azərbaycan  Milli  Şurası  tərəfindən  28  may  1918-ci  ildə  Tiflis  şəhərində  elan  edilib.  Milli  Şura 

tərəfindən  qəbul  edilən  İstiqlal  Bəyannaməsi  bütün  türk-müsəlman  dünyasında  və  Şərqdə  ilk  dəfə 

olaraq Azərbaycanda demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edirdi.  

Həmin  vaxt  Bakı  şəhəri  Stepan  Şaumyanın  başçılığı  altında  bolşevik    Bakı  Soveti  və  daşnak 

silahlı dəstələrinin nəzarətində olduğu üçün Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərinə 

yerləşdi. 15 sentyabr 1918-ci ildə ağır döyüşlərdən sonra Azərbaycan Milli Ordusunun və Nuru Paşanın 

başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, daşnak və ingilis hərbi dəstələrindən 

azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb. 

Göründüyü kimi, AXC-nin mövcudluğu dövrü tarixin ziddiyyətli və qarışıq dövrünə təsadüf edir. 

Belə  ki,  müstəqilliyini  yenicə  qazanmış  AXC-ə  qarşı  Rusiya  və    Ermənistan  tərəfindən  hücumlar 

olurdu.  Bütün  bu  addımlar  AXC-nin  beynəlxalq  səhnəyə  çıxmaması  üçün  idi.  Lakin  bütün  bunlara 

baxmayaraq AXC sona qədər mübarizə apararaq dünyanın bir sıra dövlətləri tərəfindən tanınmasına 

nail oldu və öz adını tarixə yazdı. 

Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti bir sıra mühüm qanunlar qəbul 

edib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib. Azərbaycan tarixinə Məhəmməd Əmin 

Rəsulzadə,  Fətəli  Xan  Xoyski,  Əlimərdan  bəy  Topçubaşov,  Nəsib  bəy  Yusifbəyli  kimi  şəxsiyyətlər 

bəxş edib. Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı işğal 

etmək  üçün  göndərdiyi  XI  Qızıl  Ordu  tərəfindən  süquta  uğradıldı,  AXC-ni  quranların  bir  hissəsi 

güllələndi, bir hissəsi sürgünə göndərildi, bir hissəsi isə məcburi mühacirətə getməli oldu.  

Azərbaycan  düz  70  il  Rusiyanın  xalqlar  həbsxanasında  –  SSRİ-nın  tərkibində  yaşamaq 

məcburiyyətində qalsa  da azadlıq və  müstəqillik uğurunda mübarizəsini davam etdirərək 1991- ci il 

oktyabrın 18- də yenidən öz müstəqilliyini bərpa etdi və hər il 28 may ölkəmizdə Respublika günü kimi 

qeyd  olunur.  Bu  gün  hər  birimiz  fəxrlə  və  qürurla  deyirik:  “Mən    müstəqil,  suveren  Azərbaycan 

dövlətinin vətəndaşıyam!” 

 

Bu il müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin 



yaranmasının  100  illiyi  tamam  olur.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasının  xalqımızın 


 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 



 

tarix salnaməsində xüsusi yer tutduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezident İlham 

Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında  sərəncam imzalayıb və 2018-

ci il  “Cümhuriyyət ili” elan edilib.   

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  qarşıdan  gələn  100  illik  yubileyi  münasibətilə  Cəfər 



Cabbarlı adına Respublika Gənclər Kitabxanasının  İnformasiya-resurs şöbəsi kitabxananın fondunda 

olan materialları istifadəçilərə çatdırmaq məqsədilə “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı 

tövsiyyə-ədəbiyyat siyahısı tərtib edib.  

 

 



Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı  

Sərəncamlar və qərarlar 

 

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası 



Prezidentinin Sərəncamı 

(30 yanvar 1998-ci il) 

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

(22 fevral 1998-ci il) 

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin 

keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

(24 may 1998-ci il) 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 80 illiyi haqqında Azərbaycan Respublikası Milli 

Məclisinin qərarı 

(11 dekabr 1998-ci il) 

Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı 

(1 fevral 2003-cü il) 

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı 

(15 fevral 2008-ci il) 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı 

(16 may 2017-ci il) 

 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 



 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan 

Xalq  Cümhuriyyətinin  yaranmasının  100  illiyi  tamam  olur.  Qədim  və  zəngin  dövlətçilik 

ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük 

imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz 

dünyanın  siyasi  nizamının  yenidən  qurulduğu  bir  vaxtda,  XIX  əsrin  axırları  və  XX  əsrin 

əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi 

meydana çıxmışdır.  

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda 

baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın 

yaranmasını təmin etməklə  milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu 

ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy 

Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli 

şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. 

Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli 

ruhlu  ziyalılar  nəslinin  yetişdiyi  ictimai-siyasi  fikir  mərkəzinə  çevrilmişdi.  Rusiyanın  Dövlət 

dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik 

dövlət  sistemi  yaratmağa  hazır  idilər. Bununla  yanaşı,  Rusiyada  çarizmin  süqutundan  sonra 

bolşeviklərin  hakimiyyəti  ələ  keçirməsi  ilə  keçmiş  imperiya  ərazisində  mürəkkəb  geosiyasi 

vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları 

daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli 

dövlətçiliyin yaradılması naminə birləşdi.  

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi 

qəbul  edildi.  Yeni  qurulan  Azərbaycan  Xalq  Cümhuriyyəti  öz  üzərinə  götürdüyü  çətin  tarixi 

vəzifəni  imkanlarının  ən  son  həddində  çalışaraq  şərəflə  yerinə  yetirdi.  Azərbaycanın  ilk 

Parlamenti  və  Hökuməti,  dövlət  aparatı  təşkil  edildi,  ölkənin  sərhədləri  müəyyənləşdirildi, 

bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində 

ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa 

müddətdə  yüksək  döyüş  qabiliyyətli  hərbi  hissələr  yaradıldı,  milli  tələblərə  və  demokratik 

prinsiplərə  uyğun  dövlət  orqanları  quruldu,  maarifin  və  mədəniyyətin  inkişafına  xüsusi  diqqət 

yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil  milliləşdirildi, xalqın sonrakı illərdə 

mədəni  yüksəlişi  üçün  zəmin  hazırlayan,  ictimai  fikir  tarixi  baxımından  müstəsna  əhəmiyyətli 

işlər görüldü.  



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 



 

Mövcudluğunun  ilk  günlərindən  xalq  hakimiyyəti  və  insanların  bərabərliyi  prinsiplərinə 

əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, 

milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti 

boyunca  qəbul  etdiyi  qanunlar  milli  dövlətin  müstəqilliyinin  möhkəmləndirilməsinə,  siyasi  və 

iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan 

Xalq  Cümhuriyyəti  daim  sülhsevər  siyasət  apararaq  bütün  dövlətlərlə  qarşılıqlı  əməkdaşlıq 

əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa 

cəhd  göstərirdi.  Dünya  birliyi  tərəfindən  tanınmış  Xalq  Cümhuriyyətinin  fəaliyyəti  sayəsində 

Azərbaycanın  beynəlxalq  hüququn  subyekti  olması  1920-ci  ilin  aprel  ayındakı  bolşevik 

işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını 

aldı.  


Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə 

tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası 

unudulmadı.  Azərbaycan  xalqı  ötən  dövr  ərzində  milli  dövlətçilik  atributlarının  bir  çoxunu 

qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi 

siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, 

azərbaycançılıq  məfkurəsi  işığında  müstəqillik  arzularının  güclənməsi  və  yaxın  gələcəkdə 

yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.  

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün 

qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi 

varisi  olmaqla  onun  üçrəngli  bayrağını,  gerbini,  himnini  qəbul  etdi.  Xalqımız  Cümhuriyyətin 

istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə 

qeyd edir.  

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər 

tutaraq,  milli  dövlətçilik  salnaməsini  müstəsna  dərəcədə  zənginləşdirmiş  Azərbaycan  Xalq 

Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:  

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət 

səviyyəsində geniş qeyd edilsin.  

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 

illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.  

3.  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  Azərbaycan  Xalq  Cümhuriyyəti 

Parlamentinin  yaranmasının  100  illik  yubileyi  münasibətilə  xüsusi  iclasın  keçirilməsi  tövsiyə 

edilsin. 



Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev 

Bakı şəhəri, 16 may 2017-ci il 

 


 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 



 

2018-ci ilin Azərbaycan Respublikasında  

“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

1918-ci  il  mayın  28-də  Azərbaycan  xalqının  həyatında  misilsiz  hadisə  baş  vermiş,  Müsəlman 



Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə 

yaxın  yaşamış  Azərbaycan  Xalq  Cümhuriyyəti  zəngin  dövlət  quruculuğu  təcrübəsi  ilə  milli 

dövlətçilik  tarixində  silinməz  izlər  qoymuş,  xalqın  qəlbində  azadlıq  və  istiqlal  duyğularını 

gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.  

2018-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasının  100-cü  ildönümü  tamam  olur.  Bu 

əlamətdar  hadisənin  dövlət  səviyyəsində  layiqincə  qeyd  edilməsi  məqsədilə  Azərbaycan 

Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-

ci  il  16  may  tarixli  2867  nömrəli  Sərəncamına  əsasən,  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə  müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə 

yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və 

ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara 

alıram: 

2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin. 

  

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 10 yanvar 2018-ci il. 

 

 

 

 

 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 



 

Azərbaycan Demokratik Respublikası haqqında 

KİTABLAR: 

1.

 



Azərbaycan Cümhuriyyəti : 1918-1920 / red.: F. Q. Maqsudov [et al.]. - Bakı : Elm, 

1998. - 336 s. 

 

2.

 



Azərbaycan Cümhuriyyəti: 1918-1920 .- Bakı : Elm nəşriyyatı, 1998.-336 s. 

 

3.



 

Azərbaycan  Demokratik  Respublikası:  Azərbaycan  hökuməti:  1918–1920.  -  Bakı: 

Gənclik, 1990.- 96 s. 

 

4.



 

Azərbaycan  Demokratik  Respublikasının  rəmzləri.  -  Bakı:  Lider  nəşriyyatı.  -  Bakı: 

İşıq, 1992.- S.24. 

 

5.



 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Ensiklopediyası.  İki  cilddə.  I  cild.  -  Bakı:  Lider 

nəşriyyatı, 2004. - 440 s.  

  

      



6.

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Ensiklopediyası.  İki  cilddə.  II  cild.  -  Bakı:  Lider 



nəşriyyatı, 2004. - 472 s.  

 

7.



 

Azərbaycan Xalq Cümhuriyyəti:  ədəbiyyat, dil,  mədəni  quruculuq:  monoqrafiya.  - 

Bakı: Qoliot Qkup QSC, 2009. - 335 s. 

 

8.



 

Azərbaycan  Xalq  Cümhuriyyəti  -  90:  1918-  1920:  biblioqrafiya  /  Azərbaycan  Res-

publikası  Mədəniyyət  və  Turizm  Nazirliyi,  M.F.  Axundov  adına  Azərbaycan  Milli 

Kitabxanası  ;  tərt.  Ş.  Nağıyeva;  red.  G.  Səfərəliyeva.  -  Bakı:  M.F.  Axundov  adına 

Azərbaycan Milli Kitabxanası, 2008. - 266 s. 

 

9.



 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  95  illiyinə  həsr  edilmiş  Respublika  elmi  konf-

ransının materialları: 22 may 2013-cü il.- Bakı: Elm və təhsil, 2014.-264s. 

 

10.



 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  xarici  siyasəti:  sənədlər  məcmuəsi  /  Azərbaycan 

Respublikası Xarici İşlər Nazirliyi ; red. heyəti : E.M. Məmmədyarov,  

11.


 

B.K.Həsənov. – Bakı : GARISMA MMC, 2009. - 352 s. 

 

12.


 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti / XX əsr Azərbaycan tarixi. 

İki cilddə. II cild.- Bakı: Təhsil, 2009.-S.177-222. 

 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 



 

13.


 

Azərbaycan  Milli  Ensiklopediyası.-  Bakı:  Azərbaycan  Milli  Ensiklopediyası  Elmi 

Mərkəzi, 2007.- S.289-297. 

 

14.



 

Azərbaycan  Paris  Sülh  Konfransında  :  1919-1920  =  Azerbaijan  at  Paris  Peace 

Conference : 1919-1920 = D'Azerbaïdjan à la Conference de Paix à Paris : 1919-1920  

/ tərc., tərt. V. M. Quliyev. - Bakı : Ozan, 2008. - 244 s. 

 

15.


 

Azərbaycan tarixi: dərslik. II cild: XX əsr / Y. B. Yusifov [et al.]; red. T. T. Vəliyev. - 

Bakı: Təhsil, 2009. - 560 s.Azərbaycan tarixi: 7 cilddə. V cild. - Bakı: Elm: 2001.-  

632 s. 


 

16.


 

 Azərbaycan tarixinin parlaq səhifələri. - Bakı: Azərnəşr, 1998.- 64s. 

 

17.


 

 Baykara, Hüseyn. Azərbaycan istiqlal mübarizəsi tarixi / H. Baykara.- Bakı: Azərnəşr, 

1992.- 278 s. 

 

18.



 

 Behbud xan Cavanşirin məhkəmə prosesi / tərc. , tərt. V. M. Quliyev, red.  

A. H. Rüstəmli. - Bakı : Ozan, 2008. - 352 s. 

 

19.


 

 Cəbrayılov, İntiqam Hilal oğlu. Azərbaycan tarixi : dərs vəsaiti / İ. H. Cəbrayılov,  

T.  M.  Məmmədov  ;  elmi  red.  Y.  M.  Mahmudov  ;  Azərbaycan  Respublikası  Təhsil 

Problemləri İnstitutu. - Bakı : Maarif, 2010. - 368 s. 

 

20.



 

 Cəfərov,  N.  Milli-ictimai  fikir  tariximizdən:  14  fevral  1917  /  N.  Cəfərov.-  Bakı: 

Azərnəşr, 1993.- 78 s. 

 

21.



 

 Çıraqzadə, V. İstiqlal yollarında / V. Çıraqzadə.- Bakı: Azərnəşr, 1992.- 82 s. 

 

22.


 

 

Əhmədli, Rafail Ayvaz oğlu. Azərbaycan dövlətçilik fəlsəfəsinə dair : monoqrafiya  



 

/ R. A. Əhmədli. - Bakı : Təknur MMC, 2009. - 380 s. 

 

23.


 

 Əlizadə, Məleykə. Azərbaycan Xalq Cümhuriyyəti və Gəncə / Gəncə şəhərinin tarixi.- 

Bakı: Nurlan, 2004.- S.177-196. 

 

24.



 

Əhmədov, Bədirxan Balaca oğlu. XX əsr Azərbaycan ədəbiyyatı tarixi : 3 cilddə: dərslik 

/ B. B. Əhmədov ; Bakı Slavyan Universiteti. I cild / red.: İ. Ə. Həbibbəyli,  

K. İ. Əliyev, E. Vurgun. - Bakı : Elm və Təhsil, 2011. - 480 s.  

 

25.


 

 Ənbiyəoğlu,  Əbdülhüseyn.  XX  əsrin  100  görkəmli  azərbaycanlısı  /  Ə.Ənbiyəoğlu.- 

Bakı: Sumqayıt nəşriyyatı, 2002.-293 s. 

 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

10 



 

26.


 

 Dadaşov, Aydın Ərşad oğlu. Qarabəy Qarabəyov : Qarabəy Qarabəyovun ictimai siyasi 

mühiti  və  idealları:  monoqrafiya  /  A.  Ə.  Dadaşov  ;  elmi  red.  T.  Musayeva.  -  Bakı  : 

Letterpress, 2012. - 268 s. 

 

27.


 

 Hacıyev,  H.  İstiqlalın  əzablı  yolu:  Azərbaycan  Demokratik  Respublikasının  bəzi 

səhifələri / H.Hacıyev.- Bakı: Azərb. Jurnalistlər İttifaqı, 1991.- 32 s. 

 

28.



 

 Hacıyeva, Maarifə. Ədəbi düşüncələr / M.Hacıyeva .- Bakı: Azərb. Dövlət Nəşriyyatı, 

2003.-252 s. 

 

29.



 

 Həsənov, Cəmil. Azərbaycan Beynəlxalq münasibətlər sistemində: 1918-1920-ci illər  

/ C. Həsənov.- Bakı: Azərnəşr, 1993.-362 s. 

 

30.



 

 Həsənli, Cəmil. Azərbaycan Xalq Cümhuriyyətinin  xarici siyasəti: 1918-1920  

 

/ C. Həsənli.- Bakı: GARİSMA MMC, 2009.-576 s. 



 

31.


 

 Həsənli,  Cəmil.  Tarixi  şəxsiyyətin  tarixi:  Əlimərdan  bəy  Topçubaşov  /  C.  Həsənli  .- 

Bakı: Azərbaycan Diplomatik Akademiyası , 2013.-588 s. 

 

32.



 

 Həsənov,  Mehdi.  Azərbaycan  xalq  Cümhuriyyətinin  yaranması  /  M.  Həsənov. 

Azərbaycan tarixi.- Sumqayıt: Sumqayıt şəhər Dərələyəz mətbəəsi, 2010.-S.337-353. 

 

33.



 

 Hüseyn, B. Azərbaycan istiqlal mübarizəsi tarixi / B.Hüseyn.- Bakı: Azərnəşr, 1992.- 

276 s. 

 

34.



 

 İlkin,  Qılman.  Bakı  1917-1920-ci  illərdə  /  Q.  İlkin.  Bakı  və  bakılılar.-  Bakı:  Nurlar 

Nəşriyyat - Poliqrafiya Mərkəzi, 2006.- S.123-234. 

 

35.



 

 İsgəndərli, Anar. Azərbaycan həqiqətləri : 1917-1920 / A. İsgəndərli ; ön sözün müəl., 

rəy. C.Makkarti; AMEA İnsan Hüquqları İnstitutu.- Bakı : Elm və Təhsil, 2013.-  

210 s.  


 

36.


 

İsmayilzadə, Şükufə. Genosid qurbanı /Ş.İsmayilzadə ; ön sözün müəl. F.F. İbrahimli ; 

red. S. Hüseynov. - Bakı : Nurlan, 2008. - 140 s. 

 

37.



 

Quliyev, Fərəc İbrahim oğlu. Missiya / F. İ. Quliyev. I hissə. - Bakı : Yeni Nəsil JB 

NPМ, 2002. - 178 s. 

 

38.



 

Qürbətdən  gələn  səslər  :  Ceyhun  bəy  Hacıbəylinin  mühacirət  həyatı  /  Azərbaycan 

Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; tərt., ərəb əlifbasından çev. K. Aslan ; 

red. P. Kərimov. - Bakı : Şərq-Qərb, 2016. - 512 s. : foto ; 22 sm. - "Ceyhun Hacıbəylinin 




 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

11 



 

125  illik  yubileyinin  keçirilməsi  haqqında"  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyevin  imzaladığı  19  noyabr  2015-ci  il  tarixli,  1538  nömrəli  Sərəncamına 

əsasən çap olunur. 

 

39.


 

 Mahmudlu, Yaqub Mikayıl oğlu.  Seçilmiş əsərləri / Y. M. Mahmudlu ; elmi  red.  

Y. H. Gözəlova. XII cild / tərt. N. B. Məmmədova. - Bakı : Təhsil, 2012. - 624 s. 

 

40.



 

 Mahmudov,  Yaqub.  Azerbaijan  shert  historiy  of  statehood  /  Y.  Mahmudov.-  Baku: 

Tahsil-Publishing house, 2006.-160 s. 

 

41.



 

 Məhəmmədəmin Rəsulzadənin şəcərəsi / Azərbaycan Tarixi Şəcərə Cümhuriyyətinin 

xəbərləri. Doqquzuncu buraxılış.- Bakı: APOSTROFF, 2014.-S.83-94. 

 

42.



 

 Məlikov,  V.  Azərbaycan  Demokratik  Respublikası  /  V.  Məlikov.  Məktəblinin  tarix 

lüğəti.- Bakı: Ayna Mətbu evi, 2004.- S.36-39. 

 

43.



 

 Məmmədov,  Alxan  Bayram  oğlu.  Azərbaycan  Demokratik  Respublikası  dövründə 

ədəbiyyat / A. B. Məmmədov ; elmi red. B. Ə. Nəbiyev. - Bakı : Elm, 2003. - 276 s. 

 

44.



 

 Məmmədov, İ., Məmmədov, Ç. Azərbaycan Xalq Cümhuriyyəti / İ. Məmmədov,  

Ç. Məmmədov. Azərbaycan tarixi. İki cilddə. I cild.- Bakı: UniPrint, 2009.- S.22-112. 

 

45.



 

 Məmmədova,  Həvva.  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Yuxarı  Qarabağda 

siyasi vəziyyət. Erməni terrorizminin güclənməsi:1918-1920 / H. Məmmədova.-Bakı: 

Nağıl evi nəşriyyatı, 2006.-150 s. 

 

46.


 

Mirəhmədov, Əziz Mirfeyzulla oğlu. Əhməd bəy Ağaoğlu : monoqrafiya  

/ Ə. M. Mirəhmədov ; tərt.-red. D. Ə. Mirəhmədova. - Bakı : Ərgünəş, 2014. - 264 s. 

 

47.



 

 Münişi, Hilal. Azərbaycan Cümhuriyyəti / H. Münişi. - Bakı: Elm və təhsil, 2014.- 

316 s. 

 

48.



 

Müstəqilliyə  gedən  yol:  Azərbaycan  Xalq  Cümhuriyyəti  :  1918-2009:  biblioqrafik 

göstərici / AMEA Mərkəzi Elmi Kitabxana ; tərt., müəl. G. T. Əliyeva-Kəngərli, elmi 

red. Y. M. Mahmudov. - Bakı : Elm, 2010. - 424 s. 

 

49.


 

 Nəsibzadə, N. Azərbaycan Demokratik Respublikası: Məqalələr və sənədlər           

/ N. Nəsibzadə.- Bakı: Elm, 1990.- 112 s. 

 

50.



 

 Nəsibzadə, N. Azərbaycanın xarici siyasəti :1918- 1920:  / N. Nəsibzadə.- Bakı: Ay-

Ulduz, 1996.- 302 s. 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

12 



 

51.


 

 Rəsulzadə, M. Azərbaycan Cümhuriyyəti / M. Rəsulzadə.- Bakı: Elm, 1990.- 113 s. 

 

52.


 

 Rəsulzadə, Məhəmməd Əmin. Əsərləri: 3 cilddə. I cild: 1903-1909 / M. Ə. Rəsul-zadə.- 

Bakı: Azərnəşr, 1992.- 469 s. 

 

53.



 

 

Rəsulzadə, Məhəmməd Əmin . Əsərləri: 3 cilddə. III cild: 1915-1916 / M. Ə. Rəsul-



zadə. - Bakı: Təhsil, 2014. - 616 s. 

 

54.



 

Rəsulzadə, Məhəmməd Əmin Ələkbər oğlu. Əsərləri / M. Ə. Rəsulzadə ; tərt., translit., 

ön sözün müəl. Ş. A. Hüseynov, translit. red. Ş. Q. Vəliyev, S. Xalidoğlu ; Azərbaycan 

Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Azərbaycan Respublikasının Prezidenti 

İlham  Əliyevin  "Məhəmməd  Əmin  Rəsulzadənin  130  illik  yubileyinin  keçirilməsi 

haqqında" 22 noyabr 2013-cü il tarixli Sərəncamına əsasən çap olunmuşdur. IV cild : 

1917 - aprel, 1918. - II nəşri. - Bakı : Təhsil, 2014. - 616 s. 

 

55.



 

 Rəsulzadə,  Məhəmməd  Əmin  .  Əsrimizin  Siyavuşu;  Çağdaş  Azərbaycan  ədəbiyyatı; 

Çağdaş Azərbaycan tarixi / M.Ə. Rəsulzadə.- Bakı: Gənclik, 1991.- 112 s. 

 

56.



 

 Rəsulzadə, Məhəmməd Əmin. Stalinlə ixtilal xatirələri / M.Ə. Rəsulzadə.- Bakı: Elm, 

1991.- 80 s. 

 

57.



 

Sadıqov, Həsənbala Hənifə oğlu. Erməni məsələsi : xəyanəti, deportasiyanı, soyqırımını 

və işğalı pərdələyən yalan / H. H. Sadıqov ; elmi red. İ. Hacıyev ; red.  

R. Y. Sadıqova. - Bakı : Adiloğlu, 2012. - 576 s.  

 

58.


 

Saraçlı, Əflatun. Azərbaycan yazıçıları cümhuriyyət dönəmində / Ə. Saraçlı ; elmi red. 

Y. Qarayev ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu . - Bakı : Elm, 2007. - 424 s. 

 

59.



 

 Şıxlinski, Ə. Xatirələrim / Ə. Şıxlinski.- Bakı, 1944.-  210 s. 

 

60.


 

 Şükürov, Lətif. Cümhuriyyət hökuməti repressiya məngənəsində / L. Şükürov.- Bakı: 

Şirvannəşr, 2000.-250 s. 

 

61.



 

 

Veliyev, Afgan. Azerbaycan siyasi düşüncə Tarihi və Mirza Bala Mehmetzade:  



 

1898-1959 / A. Veliyev; red. Z. Şirinova. - İstanbul : Doğu kütübhanesi, 2006.- 398 s. 

 

62.


 

 Yaqublu, N. Azərbaycan legionerləri / N. Yaqublu.- Bakı: Çıraq, 2005.- 336 s. 

 

63.


 

Yaqublu, Nəsiman Qara oğlu. Qafqaz İslam Ordusu Azərbaycanda : dərs vəsaiti  

/ N. Q. Yaqublu ; elmi red. S. R. Məmmədli. - Bakı : "Ol" MMC, 2013. - 210 s. : foto ; 

24,2 sm. - Bakının Qurtuluşunun 95 illiyinə. 

 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

13 



 

64.


 

Yaqublu,  Nəsiman  Qara  oğlu.  Məhəmməd  Əmin  Rəsulzadə  :  Azərbaycan  Xalq 

Cümhuriyyətinin banisi, Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu = Mehemmed 

Amin  Rasulzade  :  Founder  of  Azerbaijan  Democratic  Republic,  Ideologist  of 

Azerbaijani National Liberation Movement / N. Q. Yaqublu ; tərc. T. Bağırlı ; layihənin 

rəh.  E.  S.  Süleymanov  ;  red.  V.  Əlibəyov  ;  Azərbaycanda  Vətəndaş  Cəmiyyətinin 

İnkişafına  Yardım  Assosiasiyası.-  Bakı:  AVCİYA,  2014.  -  104  s.:  foto  ;  21  sm.  - 

Azərbaycan  və  ingilis  dillərində.  -  Kitab  M.Ə.  Rəsulzadənin  anadan  olma-sının  130 

illiyinə həsr olunub. 

 

65.



 

 Zeynaloğlu, Camal. Qarabağ dərdi - erməni vandalizmi : tarixi həqiqətlər, faktlar...  

 

/ C. Zeynaloğlu ; red., ön sözün müəl. H. Kərimova. - Bakı : UniPrint, 2014. - 456 s. 



 

66.


 

 Вəкилов, Р. Ə. Азəрбајҹан Республикасынын јаранма тарихи / Р. Ə. Вəкилов ; 

тəрҹ. Т. Кəримли ; ред. Ҹ. Б. Гулијев. - Бакы : Елм, 1998. - 68 с. 

 

Dövri mətbuatda çıxan məqalələr: 

 

67.

 

 Azərbaycan  Xalq  Cümhuriyyətinin  100  illik  yubileyi  haqqında  Azərbaycan 



Respublikası Prezidentinin Sərəncamı (16 may 2017-ci il) // Azərbaycan. - 2017.-17 

may. - № 104. - S. 2. 

 

68.

 

2018-ci  ilin  Azərbaycan  Respublikasında  “Azərbaycan  Xalq  Cümhuriyyəti  İli” 

elan  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  (10 

yanvar 2018-ci il) // Azərbaycan. - 2018.-11 yanvar. - № 6. - S. 1. 

 

69.


 

 Hacıbəyli, Üzeyir. Təəssürat / Ü. Hacıbəyli // Azərbaycan. - 2017.-7 dekabr. –  

 

№ 270. - S. 7. 



 

70.


 

Sadıqov,  Həsənbala.  Qurtuluş  mücadiləsi  :    Bakının  erməni-bolşevik  işğalından  azad 

edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir / H. Sadıqov  

 

// Azərbaycan. - 2017.- 15 sentyabr. - № 200. - S. 7. -  Azərbaycan-Türkiyə qardaşlığı. 



 

71.


 

Gəncəli, Sabir. Azərbaycan Xalq Cьmhuriyyəti Azərbaycan qadınlarının taleyində  

 

/ S. Gəncəli // Respublika. - 2017.- 1 sentyabr. - № 190. - S. 3. 



 

72.


 

Оmərov, Vahid. Azərbaycanın Xalq Cümhuriyyətinin daxili siyasəti / V. Ömərov  

 

// Səs. - 2017.- 29 avqust. - № 155. - S. 15. 



 

73.


 

İsmayılqızı, Xuraman. Qlobal çağırışlara davamlı inkişafı ilə cavab verən qüdrətli ölkə 

/ X. İsmayılqızı // İki sahil. - 2017.- 22 avqust. - № 150. - S. 19. 

 

74.



 

Оmərov, Vahid. Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika kimi  

 

/ V. Оmərov // Səs. - 2017.- 22 avqust. - № 150. - S. 15. 



75.

 

Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt // Xalq qəzeti. - 2017.-  




 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

14 



 

 

2 iyul. - № 139. - S. 4. -  Prezident İlham Əliyevin 28 May - Respublika Günü müna-



sibətilə təşkil edilmiş qəbuldakı çıxışı haqqında.  

 

76.



 

Əliyeva, İradə. Şərqin ilk istiqlal mücahidləri / İ. Əliyeva // Azərbaycan. - 2017.-28 may. 

- № 114. - S. 7. - 28 May - Respublika Günü . 

 

77.



 

 Salmanlı,  Rəhman.  Gəncənin  ilk  memar-mühəndisi  /  R.  Salmanlı  //  Azərbaycan.  - 

2017.-28 may. - № 114. - S. 11. - 28 May - Respublika Günü . 

 

78.



 

 Əhmədova,  N.  Ə.  Mүstəqil  Azərbaycan  Respublikası  AXC  -nin  siyasi  və  mənəvi 

varisidir / N. Ə. Əhmədova // Palitra. - 2017.- 27 may. - № 94. - S. 7. 

 

79.



 

 Əliyev,  İlham.  Cəmşid  Naxçıvanskinin  fəaliyyəti  və  erməni  daşnaklarına  qarşı 

mübarizəsi : görkəmli hərbi xadimin bir niyyəti olmuşdur - Vətəni qorumaq  

 

/ İ. Əliyev // Kaspi. - 2017.- 4 aprel. - № 56. - S. 15. 



 

80.


 

 Əhmədova, Firdovsiyyə. "Əbədi ezamiyyət"in hesabatı / F. Əhmədova // Azərbay-

can. - 2016.-19 fevral. - № 38. - S. 7.- Azərbaycan  Xalq Cümhuriyyəti haqqında film.  

 

81.



 

Tahirli, Abid. İstiqlal mücahidinin ədəbi irsi / A. Tahirli // Azərbaycan. - 2016.- 

 

3 fevral. - № 24. - S. 7.- Ceyhun Hacıbəyli-125. 



 

82.


 

Kərimov, Xosrov. Məhəmməd Əmin Rəsulzadə: Sosial-iqtisadi sistemin məzmunu və 

təkamülü haqqında / X. Kərimov // İqtisadiyyat. - 2015.-27 may-4 iyun. -№ 21. - S. 3. 

 

83.



 

Şəfiyeva, Gülgün. Azərbaycan Xalq Cümhuriyyəti: müstəqilliyin çətin yolu  

 

/ G. Şəfiyeva // Xalq qəzeti. - 2015.-26 may. - № 111. - S. 9 ; № 112. - S. 10 . - Qeyd: 



28 May Respublika Günüdür. 

 

84.



 

Paşayev, Məmmədəli.  Şərqdə ilk demokratik respublika / M. Paşayev // Respublika. - 

2015.-26 may. - № 111. - S. 13 . - Qeyd: 28 may Respublika Günüdür. 

 

85.



 

Qafarov,  Vasif. Azərbaycan Xalq Cümhuriyyətinə  gedən  yol  /  V.  Qafarov 

// Xalq   qəzeti.  -  2015.-23  may.  - №  109.  -  S.  11  ; №  110.  -  S.  7  .  -  Qeyd: 

Azərbaycan   xalqı-nın  milli  istiqlal  mübarizəsinin  şanlı  mərhələsi  olan  1917-ci  ilin 

fevralından 1918-ci ilin 28 mayınadək olan dövr milli məfkurə tariximizə cümhuriyyətə 

gedən yol kimi daxil olmuşdur. 

 

86.


 

Quliyeva, Samirə. İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və 

hökumət xadimləri / S. Quliyeva // 525-ci qəzet. - 2015.-22 may. - № 91. - S. 6 . - Qeyd: 

Azərbaycan xalqı  əsrlər  boyu  azadlıq  arzusu  ilə  yaşayıb.  1918-ci  il  mayın  28-də 

Azərbaycan Demokratik Respublikası - Xalq Cümhuriyyəti elan edildi. 

 

87.



 

 

Abbasov, İlham  Qurban oğlu. Azərbaycan Xalq Cümhuriyyəti Bakı Dövlət Universi-



tetinin yaradıcısıdır / İ. Q. Abbasov // Qanun. - 2015. - № 1(243). - S. 20-25. 


 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

15 



 

 

88.



 

 

Ömərov, Vahid. AXC və azərbaycançılığın təcəssümü / V. Ömərov // Azad Azərbay-



can. - 2014. - 4 iyun. - № 77. - S. 5 .  

 

89.



 

 

Abbasov, İlham. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təşkili və fəaliyyəti  



 

/ İ. Abbasov // İki sahil. - 2014.-28 mart. - № 93. - S. 17 . 

 

90.


 

 Azərbaycan Xalq Cümhuriyyəti tariximizin  şərəf  səhifəsidir:  Şərqin  ilk  demokratik 

respublikasının qurulmasından 93 il ötür // Yeni Azərbaycan.- 2011.- 28 may.- №95. - 

S. 10 . 


 

91.


 

 

Əhmədova,  Firdovsiyyə. Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması  ərəfəsində 



regionda geosiyasi vəziyyət / F. Əhmədova // Azərbaycan. - 2014.-27 may.– № 110. - 

S. 7 . 


 

92.


 

 Prezident Kitabxanası “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron resursu inter-net 

istifadəçilərinə təqdim etmişdir // Azərbaycan.- 2014.- 27 may.- № 110.- S. 7 .  

 

93.



 

 

Məhərrəmova,  Təranə. Xalq qəhrəmanı:  Gəncəli  millət  fədaisi  Sarı  Ələkbər  İmam-



qulunun nəsillərə örnək həyat yolu / T. Məhərrəmova // Kaspi. - 2014.-14 oktyabr. –  

№ 167. - S. 8-9 . - Qeyd: Gəncənin XX əsr tarixində xüsusi xidmətləri olan, XX əsrin 

birinci yarısında isə artıq milli müstəqillik tariximizin bərqərar olması ilə Sarı Ələkbər 

İmamqulu  Azərbaycan  Demokratik  Cümhuriyyətinin  fəal  mübarizlərindən  birinə 

çevrilmişdir. 

 

94.



 

 

Qasımlı,  Musa. Azərbaycan  Cümhuriyyəti  müstəmləməkə  zülmü  altında  inlə-



yən xalqlara xilas yolunu göstərdi / M. Qasımlı // Xalq qəzeti. - 2014. - 28 may. –  

№ 111. - S. 11. 

 

 

95.



 

 Mahmudov,  Yaqub. İrəvan  və  ətrafındakı  torpaqlar  ermənilərə  hansı  şərtlərlə  veril-

mişdi: Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır  

/ Y. Mahmudov // Azərbaycan. - 2014.-14 oktyabr. - № 222. - S. 4. 

 

96.


 

 

Əhmədova,  Şəfəq. Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması  ilə xalqımızın  müs-



təqillik  arzuları  gerçəkləşmişdir:  1918-ci  il  may  ayının  28-də  Türk  dünyasında  və 

müsəlman  Şərqində  ilk  demokratik  respublika  yaranmışdır  /  Ş.  Əhmədova    //  Yeni 

Azərbaycan. - 2013.-30 may. - № 95. - S. 8 . 

 

97.



 

 

Nuriyev,  Azər. Müsəlman  dünyasında  ilk  demokratik  respublika:  93  il  öncə  Şərq 



aləmində ilk olaraq Azərbaycanda müstəqilliyin, dövlətçiliyin əsasları quruldu                / 

A. Nuriyev // Kaspi. - 2011.-28-30 may. - №94. - S. 8. 

 

98.


 

 Cümşüdlü,  Firudin. ADR-in  yaranmasından  93  il  ötür:  Cümhuriyyətin  yaradılması, 

onun 23 aylıq fəaliyyəti Azərbaycan xalqının taleyində çox mühüm hadisə idi  



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

16 



 

 

/ F. Cümşüdlü  // Azad Azərbaycan. - 2011.-27 may. - №74. - S. 5.  



 

99.


 

 

Sadayoğlu, Pərviz. Azərbaycan Xalq Cümhuriyyəti-Şərqdə ilk parlamentli respub-lika 



/ P. Sadayoğlu // Yeni Azərbaycan. - 2009.-26 may. - № 96. - S. 5 . 

 

100.



 

 

Hacıyev, Hacı. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimiz tarixində önəmli yer 



tutur / H. Hacıyev // Respublika . - 2006. - 27 may. - №116. - S. 5 .  

 

101.



 

Cəfəroğlu, Əli. Vətən və xalq fədaisi... / Ə. Cəfəroğlu // Mədəniyyət.AZ. - 2017. - 

№ 3/4. - S. 42-45. 

 

Ha русском языке 

Книги: 

1.

 



А. М. Топчибаши и М.Э. Расулзаде : переписка: 1923-1926 гг. / ред.  

Л. Е. Лаврова. - М. : Социально-политическая мысль, 2012. - 148 с. 

 

2.

 



Азербайджанская  Демократическая  Республика  :  сборник  статей,  посвященный 

90-летию Первой республики / сост. Р. А. Абуталыбов. - М. : SALAM press,  

2008. - 136 с. 

 

 



3.

 

Балаев,  Айдын  Гусейнага  оглу.  Азербайджанская  нация  :  основные  этапы 



становления на рубеже XIX-XX вв. / А.Г. Балаев ; науч. ред. М. Н. Губогло. –  

М. : ООО ТиРу, 2012. - 403 с. 

 

4.

 



Балаев,  Айдын  Гусейнага  оглу.  Азербайджанские  тюрки  :  процессы  форми-

рования нации и национальной идентичности на рубеже XIX-XX вв.: моног-рафия 

/ А. Г. Балаев ; науч. ред. М. Н. Губогло ; Институт Археологии и Этнографии 

НАНА. - Баку : Qanun, 2010. - 328 с. 

  

5.

 



Вəкилов, Р. Ə. Азəрбајҹан Республикасынын јаранма тарихи / Р. Ə. Вəкилов ; тəрҹ. 

Т. Кəримли ; ред. Ҹ. Б. Гулијев. - Бакы : Елм, 1998. - 68 с. 

 

6.

 



Гасанлы, Джамиль Поладхан оглы. Али Мардан-бек Топчибашев : жизнь за идею 

/ Дж. П. Гасанлы ; пер. с азерб. Х. Рзаева ; под ред. Х. М. Пашаева ; рец.  

Э.  Исмаилов  ;  Азербайджанская  Дипломатическая  Академия.  -  М.  :  Флинта  : 

Наука, 2014. - 608 с. 

 

 

7.



 

Гасанлы,  Джамиль  Поладхан  оглы.    История  дипломатии  Азербайджанской 

Республики : в 3-х т. / Дж. П. Гасанлы ; науч. ред. З. С. Белоусова ; гл. ред.  

Э.  М.  Мамедъяров  ;  Министерство  иностранных  дел  Азербайджанской 

Республики.  Т.  1  :  Внешняя  политика  Азербайджанской  Демократической 

Республики : 1918-1920 / пер. с азерб. И. Н. Рзаева. - М. : Флинта : Наука, 2010. - 

576 с. 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

17 



 

 

 



8.

 

Гасанлы, Джамиль Поладхан оглы. Русская революция и Азербайджан : трудный 



путь к независимости: 1917-1920: монография / Дж. П. Гасанлы ; науч. ред.  

С. М. Исхаков ; рец. Э. М. Аббасов. - М. : Флинта, 2011. - 672 с.  

 

9.

 



Гасанов,  Гасан  Азиз  оглы.  На  пути  к  первой  республике  :  очерки  истории 

Азербайджана с февраля 1917 года до мая 1918 года / Г. А. Гасанов ; ред.  

И. С. Багирова. - Баку : Şərq-Qərb, 2010. - 480 с. 

 

10.



 

 Гулиев, Гасан Мамед Ага оглы. Власть и судьба : страницы жизни и деятельности 

Н. Нариманова и М. Э. Расулзаде: очерки-эссе и публикации  

 

/ Г. Гулиев. - Баку : Нурлан, 2007. - 192 с. 



 

11.


 

 Гулиев, Гасан Мамед Ага оглы. Мамед Эмин Расулзаде : личность и деяния  

 

/ Г. М. Гулиев ; ред. Э. Азизова ; Министерство Культуры и Туризма Азербайд-



жанской Республики.- Баку : Təhsil, 2014. - 152 с. 

 

 



12.

 

 Из  истории  азербайджанской  эмиграции  :  сборник  документов,  произведений, 



писем / сост., предисл. С. М. Исхаков. - М. : Социально-политическая мысль,  

2011. - 416 с. 

 

13.


 

 Из  наследия  политической  эмиграции  Азербайджана  в  Польше  :  30-е  годы  ХХ 

века / М. Э. Расульзаде [и др.] ; сост. В. М. Гулиев. - Баку : Озан, 2011. - 548 с. 

 

 



14.

 

 Каземзаде, Фируз. Борьба за Закавказье : 1917-1921 / Ф. Каземзаде ; пер.  



 

А.  Умаевой  ;  Институт  Стратегических  Исследований  Кавказа.  -  Стокгольм  : 

CA&CC Press, 2010. - 328 с. 

 

15.



 

 Расулзаде, Мамед Эмин. Сборник произведений и писем / М. Э. Расулзаде ; сост. 

С. Исхаков. - М. : Флинта, 2010. - 368 с.; 21 см. - Имен. указ.: с. 358-362. 

   


Периодические издания: 

 

16.


 

 Распоряжение  Президента  Азербайджанской  Республики  О  100-летнем  юбилее 

Азербайджанской Демократической Республики (16 мая 2017 года)  

    // Бакинский рабочий. - 2017.-17 мая. - № 86. - С. 1. 

 

17.


 

 Алиева,  Салиха.  Родина  должна  знать  их  имена  :  он  всем  сердцем  верил,  что 

Азербайджан восстановит свою независимость  / С. Алиева // Каспiй. - 2017.-27 

мая.  -  №  94.  -  С.  18.  -  Видный  представитель  азербайджанского  нацио-нально-

освободительного движения, ученый, публицист и поэт. 

 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

18 



 

18.


 

 Байрамов, Айдын. История, написанная народом : 99 лет назад была провозгла-

шена Азербайджанская Демократическая Республика / А. Байрамов  //Азербайд-

жанские известия. - 2017.-27 мая. - № 57. - С. 1. - 28 мая День Республики. 

 

19.


 

 Мурадов,  Закир.  Солдат  двух  республик  :  история  турецкого  офицера  азер-

байджанского происхождения  / З. Мурадов // Каспiй. - 2017.-27 мая. - № 94. –  

С. 10-11. 

 

20.


 

 Независимость  навеки  :  Азербайджан  отмечает  День  Республики    //  Каспiй.  - 

2017.-27 мая. - № 94. - С. 1-2. - 28 мая День Республики. 

 

21.



 

 Проведена конференция "В свете Распоряжения Президента: Азербайд-жанская 

Демократическая Республика - 100" / АЗЕРТАДЖ // Бакинский рабо-чий. - 2017.-

20 декабря. - № 233. - С. 6. 

 

22.


 

 Распоряжение  Президента  Азербайджанской  Республики  Об  объявлении  2018 

года в Азербайджанской Республике "Годом Азербайджанской Демократи-ческой 

Республики" (10 января 2018 года) // Бакинский рабочий. - 2018.-11 января. –  

№ 5. - С. 3. 

 

 



 

 

 

 

 

 

               

 

 

 



 

 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

19 



 

 

 



                                                            

               Tərtib etdi :           İnformasiya-resurs şöbəsinin böyük                                                                    



kitabxanaçısı Məmmədova Tamella 

 

 

 



 

 

Ünvan: 

Az 1065, Yasamal rayonu, Bakı şəhəri 

N.Nərimanov küç., 203 

 

Əlaqə telefonları: 

(+994 012) 538 02 47 

                    538 54 57  

                    538 93 54 

 

 

 

 



                  

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə