Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə1/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
  1   2   3   4   5   6   7   8   9   ...   299


 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 80 İLLİYİNİN 

KEÇİRİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİSSİYASI 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ 

YANINDA BAŞ ARXİV İDARƏSİ 

 

 

 

 

 

 

AZƏRBAYCAN 

XALQ 

CÜMHURİYYƏTİ 

(1918-1920) 

 

Parlament 

(Stenoqrafik hesabatlar) 

 

I cild 

  

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

BAKI-1998 


 

 



 

 

 

 

 

 

 

 

 

 

 

Diqqətinizə  təqdim  olunan  bu  çoxcildli  sənədlər  toplusu  Azərbaycan  Xalq  Cümhuriyyətinin  80 

illiyinin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il 

tarixli  sərəncamı  ilə  yaradılmış  Dövlət  Komissiyasının  qərarı  ilə  çap  olunmuşdur.  Müsəlman 

Şərqində  ilk  dəfə  olaraq  demokratik  respublika  qurmaq  prinsipini  qarşısına  məqsəd  qoymuş 

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu 

və  başqa  sahələrdə  gördüyü  işlər,  qanunvericilik  fəaliyyəti  sənədlər  toplusunda  öz  geniş  əksini 

tapmışdır. Buradakı arxiv sənədləri və materiallarının böyük əksəriyyəti ilk dəfədir ki, çap olunur. 

Çoxcildli sənədlər toplusu elmi  işçilər, tədqiqatçılar, ictimai  elmlər üzrə mütəxəssislər, ali məktəb 

müəllimləri, aspirant və tələbələr, habelə Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün 

nəzərdə tutulmuşdur. 

 

 



 

 

 



 

P21(98) 


Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920),  Parlament  (Stenoqrafik  hesabatlar).  I  cild.—

Bakı, "Azərbaycan" nəşriyyatı, 1998. — 976 səh. 

 

 

 



 

 

 



 

4804000000-021(98) 

P —— ------- —                   Sifarişlə 

M670(07)-98 

 

 



 

 

 



 

 

 



 

 

© "Azərbaycan" nəşriyyatı, 1998. 



 

 



 

 



"Azərbaycan Xalq Cümhuriyyətinin 

80 illiyinin keçirilməsi haqqında" 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 



S Ə R Ə N C A M I  

1998-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 ili tamam olur. Bu tarixi gün 

Azərbaycan  xalqının  həyatına  böyük  və  əlamətdar  hadisə  kimi  daxil  olmuşdur.  Şərqdə  ilk  demokratik  dövlət 

quruluşunu  yaratmış  Azərbaycan  Xalq  Cümhuriyyəti  istiqlaliyyətimizi  elan  edərək  xalqımızın  müstəqillik 

əzmini nümayiş etdirmişdir. 

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi 

şəraitdə  fəaliyyət  göstərmişdir.  Bu  dövlətin  qısa  bir  müddətdə  həyata  keçirdiyi  tədbirlər  xalqımızın  tarixində 

böyük  iz  buraxmışdır.  Milliyyətindən,  siyasi  və  dini  mənsubiyyətindən,  cinsindən  asılı  olmayaraq  bütün 

vətəndaşlara  bərabər  hüquqlar  verilməsi,  dövlət  sərhədlərinin  müəyyən  olunması,  Azərbaycan  dövlətçiliyi 

atributlarının  qəbul  edilməsi,  ana  dilinin  dövlət  dili  elan  olunması  Azərbaycanın  gələcək  müstəqilliyi  üçün 

möhkəm  zəmin  yaratmışdır.  Demokratik  dövlət  quruculuğu,  iqtisadiyyat,  mədəniyyət,  təhsil,  hərbi  quruculuq 

sahələrində  atılmış  addımlar  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq  fəaliyyətini  əks  etdirən  əsas 

istiqamətlərdir. 

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdi, Azərbaycanda sovet hakimiyyəti quruldu. 

1922-ci  ilin  dekabrında 

[3-4]


  Sovet  Sosialist  Respublikaları  İttifaqı  yarandı  və  Azərbaycan  bu  ittifaqa  daxil 

oldu.  SSRİ-nin  tərkibində  olduğu  dövrdə  Azərbaycan  bir  çox  dövlətçilik  atributlarını  saxlaya  bilmiş, 

iqtisadiyyatını,  elmini  və  mədəniyyətini  inkişaf  etdirmişdir.  1918-ci  ildə  Azərbaycanda  yaranmış  respublika 

müstəqil  dövlət  kimi  süqut  etsə  də,  respublika  quruluşu  yaşamış,  müstəqillik  hissləri  xalqımızı  heç  vaxt  tərk 

etməmişdir. 

1991-ci  ildə  dövlət  müstəqilliyini  bərpa  edən  xalqımız  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qısa  müddətli 

fəaliyyətinin  zəngin  ənənələrindən  istifadə  etmiş  və  bu  tarixi  varislik  üzərində  müstəqil  Azərbaycan  dövlətini 

yaratmışdır. 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın tarix salnaməsində xüsusi yer tutduğunu nəzərə 

alaraq qərara alıram: 

1.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi respublikada geniş qeyd edilsin. 



2.

 

Yubiley tədbirlərinin hazırlanıb həyata keçirilməsi məqsədilə Dövlət Komissiyası yaradılsın. 



3.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 



 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 30 yanvar 1998-ci il 

 

 



 

 

 



 

 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə