Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.

səhifə286/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
1   ...   282   283   284   285   286   287   288   289   ...   299

402 

 

qalmaqdadırlar.  Bunun  nəticəsi  olaraq  biz  öz  mənafelimizi  həm  parlamanda,  həm  hökumət  dairələrində 



müdafiədən  məhrumuq.  Bunu  nəzərə  alaraq  biz  mənafelimizin  parlamanda 

[917  -  918] 

müdafiəsini "  İttihad" 

firqəsinin parlaman şöbəsinə mühəvvəl edirik. 6 avqust. İmzalar. 

5-Rəisə-ikinci müavin intixabi haqqında "İttihad" firqəsinin mövrid məktubunu rəis oxudu. 

Məzmunu:  "Sultan  Məcid  Qənizadə  parlaman  sədri  müavinliyinə  kəndi  namizədliyini  qoymağa  razıdır. 

"İttihad" fraksiyası rəisi doktor Qarabəyli. Rəis momaileyhin namizədliyini seçki üzrə əlli bir səsdən qırx altı səs 

əksəriyyətilə müamon eleyh Sultan Məcidin rəisə ikinci müavinliyi qəbul edildi. 

6-Növbədəki  məsələ  təbəqiyyət  layiheyi-qanuniyyəsi,  bu  babda  məruzəçi-bəyanat  verdi.  Rəis  layiheyi-

qanuniyyənin təcili surətdə qəbul edilməsini səsə qoyaraq qəbul edildi. Kravçenko, Vanseviç, Pepinov Əhməd 

bəy təati-əfkar etdilər. 

Rəis: Məsələ mühüm olduğundan müzakirənin rus lisanında və yaxud ruscaya tərcümə edilməsi haqda təklif 

varid  olduğuna  Lehinə  və  əleyhinə  danışmaq  istəyən  varsa,  söyləməsini  izhar  etdi.  Bu  xüsusda  Kravçenko, 

Mustafa Vəkilov bəyanat verdilər. 

Rəis,  təklifin  hər  iki  ibarəsini  ayrı-ayrı  olaraq  səsə  qoyduqda  heç  birisi  qəbul  edilmədi.  Mustafa  Vəkilov 

bəyanət verdi. Bu xüsusda natiq olmadığından məruzəçi bəyanat verdi. 

Rəis Qanunun ikinci qiraətini təklif ilə qəbul edildi. Katib oxudu. 

Birinci  maddəyə  Vanseviç  tərəfindən  bir  təshih  verildi:  Məzmunu  "Azərbaycan  təbəəliyi  haqqındakı 

qanunun əlanı əsnasında Azərbaycan cümhuriyyəti daxilində bulunanlar" təshihi rəis səsə qoyaraq qəbul edildi. 

Və  yenə  ikinci  fəslin  birinci  babinə  Vanseviç  tərəfindən  təshih  verildi.  Məzmunu:  "Əgər  əsgər  xidmətini 

yetirmişlər, yaxud mükəlləfiyyati-əskəriyyədən  məafdırlar. "Sözləri ixrac olunmalıdır". Təshih səsə qoyularaq 

qəbul  edildi.  Bu  xüsusda  hökumət  üzvü  Səfikurdski  Aslan  bəy  qanunu  müdafiə  etdi.  Sosialistlər  tərəfindən 

birinci  maddəyə  təshih  verildi.  Məzmunu:  "Azərbaycan  cümhuriyyəti  elani-istiqlal  günündən  Azərbaycanda 

sakin  olan  sabiq rus  təbəələrinin  cümləsi  Azərbaycan  vətəndaşı  hesab  olunurlar"  Təshih  səsə  qoyularaq  qəbul 

edilmədi. Bu babda məruzəçi bəyanat verdi: 

Rəis  birinci  maddəyə  verilən  hər  iki  təshihi  səsə  qoyaraq  Vanseviçin  təshihi  əksəriyyət  rəylə  qəbul  edildi. 

İkinci 

[918  -  919]



  maddəyə  verilən  təshih  ilə  rəf  ediləcək  gəlmələr  haqqında  Ağa  Aşurov,  Məmməd  Əmin 

Rəsulzadə təati-əfkar etdilər. Yenə məruzəçi bəyanət verdi. 

Rəis,  ikinci  maddəyə  verilən  təshihlə  komisyonun  qəbul  etdiyi  eyni  maddə  və  qeydini  səsə  qoyaraq  təshih 

qəbul edilib, komisyonun təsvib etdiyi vəch ilə əksəriyyəti-ara ilə qəbul edil-di. Rəis iclası qapadı. 

 

Arxiv, f.895, siy.1, iş.9, vər.45-46. 



403 

 

 



№ 64 

Altmış dördüncü iclas 

 

11 avqust 1919-cu il 

 

Rəis-doktor Həsən bəy Ağayev. Katib-Əhməd Cövdət Pepinov. Müzakireyi-yomiyyə: 

1-Daxil  olmuş  kağızlar:  O  cümlədən  sosialistlərin  hökümətə  sualı  və  parlaman  üzvü  Mehdi  bəy 

Hacıbababəyovun məktubu; a/Bakı gömrükxana heyətində bir müfəttişlik məmuriyyəti təşkili haqqında layihə; 

b/Altı yüz milyon dövlət kağız pulu buraxılması haqqında; v/Vəzirov Bəhram bəy ilə Əliverdiyev Qara bəyin 

məzuniyyətlərinin  təmdidi  haqqında;  q/Yüz  nəfər  Azərbaycan  tələbələrinin  ikmali-təhsil  üçün  xarici 

darülfünunlara  ezam  ediləcəklərində  dolayı  dörd  yüz  on  min  franq  buraxılması  haqqında  layihə;  d/Xalq 

məktəbləri  kitabxanaları  üçün  türkcə  kitab  almaqdan  ötəri  bir  milyon  rüblə  buraxılması  haqqında  layihə; 

v/hökumət  binagüzarlığına  açılmış  qırx  milyon  rübləlik  fondunun  yetmiş  milyon  rübləyə  qədər  artırılması 

haqqında layihə. 2-Azərbaycan təbəəliyi haqqındaki layihənin ikinci qiraəti. Məruzəçi Mehdi bəy Hacınski; 3-

Sülh  məhkəmələrinin  cinayət  işlərindəki  dairəyi-nüfuzunun  tövsi  və  sülh  hakimləri  hökmünün  təqviyəsilə 

əmvali-xassəyə qarşı icra edilən bəzi cinayətlərə tətbiq ediləcək qanunların təğyir və təbdili haqqında. Məruzəçi 

Rzayev  Bağır;  4-Spirt  məhsulatından  alınan  aksiz  vergisi  miqdarlarının  artırılması  haqqında.  Məruzəçi 

Ağabəyov; 5-Azərbaycan sərhədində 

[919 - 920

] mühafizə polku təsisi haqqında. Məruzəçi Ağabəyov; 6-Tövcü 

vergisinin  artırılması  ilə  bərabər  topraq  gəlir  və  məxaric  smetasının  və  torpaq  Verisi  miqdarlarının  təmdidi 

haqqında.  Məruzəçi  Ağabəyov;  -Nəşri-elan  haqqında;  a-Maliyyə  naziri  şurası  haqqında  9-Fabrika 

inspeksiyasına dair qəvaidin müvəqqətən təğyiri haqqında 10-"İttihad" fraksiyasının hökumətə sualı; 11-Ümumi 

əyləncəxana  və  tamaşaxana  yerlərindən  alınan  müvəqqəti  verginin  hökumət  məbaliğ  müstəhfizəsinə  idxalı 

haqqında.  Məruzəçi  Ağabəyov;  12-Həmin  sənə  üçün  İrəvan  ümumi-xeyriyyə  naziri  vəkilinin  maaşı  və  onun 

idarə  məsarifatı  üçün  məzkur  nazirə  177.000  rüblə  kredit  açılması  haqqında;  13-Tamqa  rüsumatı 

qanunnaməsinin bəzi maddələrinin təbdili və rüsum miqdarlarının təzyiqi haqqın-da. Məruzəçi Rüstəmbəyov. 



Sədr  -  Etiraz  yoxdur  ki,  Müzakirati-yomiyyəyə  etiraz  olmadığından  .müzakirati-yomiyyə  qəbul  olur. 

Bunlardan əvvəlinci nömrə, yəni Bakı gömrükxanasında bir müfəttişlik məmuriyyəti təşkilatı gedir. Ləvayehi-

qanuniyyə komisyonununa 2-4-5-6-7 nömrələr gedir maliyyə-büdcə komisyonuna, sosialistlərin hökumətə sualı 

iclasın axırında elan olacaq. Bundan başqa dəfəatla rica etmişik ki, mərkəzi intixabat komisyonunu seçəsiniz. 

Rica  edirik,  onuda  bu  günki  iclasda  bitərəsiniz.  Sonra  iclasın  birində  nəzarətin  parlamanın  xahişinə  görə 

Zəngəzur  qaçqınlarına  müavinət  edən  heyətə  bir  nəfər  üzv  seçilməsini  xahiş  edirəm,  onuda  bu  gün  intixab 

edəsiniz.  Məzuniyyət  məsələsində  iş  burasındadır  ki,  Bəhram  bəy  Vəzirov  mayın  28-dən  məzuniyyətə 

getmişdir. O vaxt məzuniyyətinin müddəti iyulun axırına uzadılmışdır. İndi o müddətdən 11 gün keçir. Divani-

rəyasət  bu  məzuniyyətin  iki  aydan  artıq  olduğunu  nəzərə  alıb,  onun  daha  bir  də  məzuniyyət  müddətini 

artırmayıb, bu məsələni parlamana həvalə edir. Bundan əlavə keçən ayın 28-də yazılıb lakin bu ayın 7-də bizə 

"İttihad" fraksiyası tərəfindən böylə bir vəsiqə gəlmişdir. Bu vəsiqəni yazan ümuri-xeyriyyə naziri müavinidir. 

(Oxuyur). 

Bu  münasibətlə  vəsiqə  verilib  deməli,  Qara  bəy  Əliverdlinin  vaxtından  17  və  Bəhram  bəy  Vəzirovun 

vaxtından  11  gün  keçmişdir.  Deməli,  Vəzirov  xəstədir.  Bu  vəsiqəni  bizə  "İttihad"  fraksiyası  göndərmişdir. 

Zahirən böylə görünür ki, 

[920 - 921]

 "İttihad" fraksiyasından Bəhram bəyə bir teleqram gəlmişdir və cəvabında 

Vəzirovdan  bu  məzmunda  teleqram  alınmışdır.  Mən  özümü  xəstəliyə  vurmuram,  avqustun,  15-də  gələcəyəm. 

Bu  barədə  rica  edirəm  parlaman  öz  nəzərini söyləsin.  Parlaman  üzvü  əvvəla  üç həftədir  ki,  parlamana  dəlmir. 

Nakaz  üzərinə  avqustun  5-dən  ixrac  edilir.  Kim  danışmaq  istərdi  bu  barədə.  Bu  məsələlərin  müzakirəsini 

istəmisiniz. Söz Əhməd Cövdətindir. 

Əhməd  Cövdət  -  Parlamanın  üzvlərindən  Vəzirov  haqqında  məlumatımız  var,  naxoşdur.  Özünün  də 

teleqrafı  var.  Ona  görə  ayın  5-dək  gələ  bilməmişdir.  Təklifim  odur  ki,  Vəzirova  avqustun  15-nə  qədər 

məzuniyyət verilsin. İkinci, Qara bəy Əliverdilər haqqında, bizdə bir məlumat yoxdur. Bir doktor xüsusi surətdə 

xəbər verir ki, naxoşdur. Ancaq Əliverdilərin özü tərəfindən bir məlumat yoxdur. Ona görə də bu barədə hə, ya 

yox deyə bilmirik. 

Sədr - Bu təklif ki, Vəzirova ayın 15-ə qədər məzuniyyət verilsin. Özü də yazıbdır ki, ayın 15-də gələcəkdir, 

etiraz  yoxdur?  Etiraz  yoxdursa  Vəzirova  avqustun  15-nə  qədər  məzuniyyət  verilir.  Qara  bəy  Əliverdilər 

barəsində, Qara bəy, Siz danışmaq istəyirsiniz? Buyurunuz. 

Qara  bəy  -  Qara  bəy  Əliverdi  barəsində  bizim  fraksiyaya  məlumat  gəlmişdir.  Qara  bəy  ishal  və  qızdırma 

azarına mübtəladır ki, həkimlər onu Qarabağa göndərmişlər. 

Gərək  o  vəsiqə  göndərə  idi.  Lakin,  qərara  alınmışdı  ki,  parlaman  avqustun  15-dən  tətil  edəcəkdir. 

Fraksiyamız da bu xəbəri ona göndərmişdi ki, parlaman tətil edəcəkdir, hələ zəhmət çəkib gəlməyəsiniz. Onun 

üçün də vəsiqə göndərməmiş ki, onsuzda parlaman 25 gün buraxılacaqdır. Parlamanın tətil etməsi qərara alınan 





Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   299


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə