Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə1/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
  1   2   3   4   5   6   7   8   9   ...   334


 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN KEÇİRİLMƏSİ 



ÜZRƏ DÖVLƏT KOMİSSİYASI 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİ     

YANINDA BAŞ ARXİV İDARƏSİ 

 

 

 

 

 

 

AZƏRBAYCAN XALQ  

      

CÜMHURİYYƏTİ 

  

(1918-1920) 

 

PARLAMENT 

 

 

 

 

(CTENOQRAFİK HESABATLAR) 

II CİLD 

 

 

 

 

 

 

BAKI-1998


 

 



Diqqətinizə təqdim olunan bu çoxcildli sənədlər toplusu Azərbaycan Xalq 

Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti 

Heydər  Əliyevin  30  yanvar  1998-ci  il  tarixli  sərəncamı  ilə  yaradılmış  Dövlət 

Komissiyasının  qərarı  ilə  çap  olunmuşdur.  Müsəlman  Şərqində  ilk  dəfə  olaraq 

demokratik  respublika  qurmaq  prinsipini  qarşısına  məqsəd  qoymuş  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  (1918-1920)  dövlət  quruculuğu,  xarici  siyasət,  ordu 

quruculuğu  və  başqa  sahələrdə  gördüyü  işlər,  qanunvericilik  fəaliyyəti  sənədlər 

toplusunda  öz  geniş  əksini  tapmışdır.  Buradakı  arxiv  sənədləri  və  materiallarının 

böyük əksəriyyəti ilk dəfədir ki, çap olunur. Çoxcildli sənədlər toplusu elmi işçilər, 

tədqiqatçılar, ictimai elmlər üzrə mütəxəssislər, ali məktəb müəllimləri, aspirant və 

tələbələr,  habelə  Azərbaycan  tarixi  ilə  maraqlanan  geniş  oxucu  kütləsi  üçün 

nəzərdə tutulmuşdur. 

 

 

 



 

 

P 21(98) 



Azərbaycan  xalq  cumhuriyyəti  (1918-1920).  Parlament  (  II  kitab 

Stenoqrafik hesabatlar). - Bakı, "Azərbaycan" nəşriyyatı, 1998 - 992 səh. 

 

 

 



 

 

   P   4804000000-021(98)  Sifarişlə 



        M670(07)-98 

  

 



 

 

 



 

© "Azərbaycan" nəşriyyatı, 1998. 

 

 

 



 

 



 

"Azərbaycan Xalq Cümhuriyyətinin 80  



illiyinin keçirilməsi haqqında" 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

 

1998-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 

80 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar 

hadisə  kimi  daxil  olmuşdur.  Şərqdə  ilk  demokratik  dövlət  quruluşunu  yaratmış 

Azərbaycan  Xalq  cumhuriyyəti  istiqlaliyyətimizi  elan  edərək  xalqımızın 

müstəqillik əzmini nümayiş etdirmişdir. 

 Azərbaycan  Xalq  cumhuriyyəti  ölkənin  daxilində  və  xaricində  yaranmış 

gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa 

bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. 

Milliyyətindən,  siyasi  və  dini  mənsubiyyətindən,  cinsindən asılı  olmayaraq  bütün 

vətəndaşlara  bərabər  hüquqlar  verilməsi,  dövlət  sərhədlərinin  müəyyən  olunması, 

Azərbaycan  dövlətçiliyi  atributlarının  qəbul  edilməsi,  ana  dilinin  dövlət  dili  elan 

olunması  Azərbaycanın  gələcək  müstəqilliyi  üçün  möhkəm  zəmin  yaratmışdır. 

Demokratik  dövlət  quruculuğu,  iqtisadiyyat,  mədəniyyət,  təhsil,  hərbi  quruculuq 

sahələrində  atılmış  addımlar  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq 

fəaliyyətini əks etdirən əsas istiqamətlərdir. 

Azərbaycan  Xalq  cumhuriyyəti  1920-ci  ilin  aprelində  süqut  etdi, 

Azərbaycanda  sovet  hakimiyyəti  quruldu.  1922-ci  ilin  dekabrında  sovet  sosialist 

Respublikaları  İttifaqı  yarandı  və  Azərbaycan  bu  ittifaqa  daxil  oldu.  SSRİ-nin 

tərkibində  olduğu  dövrdə  Azərbaycan  bir  çox  dövlətçilik  atributlarını  saxlaya 

bilmiş,  iqtisadiyyatını,  elmini  və  mədəniyyətini  inkişaf  etdirmişdir.  1918-ci  ildə 

Azərbaycanda yaranmış respublika müstəqil dövlət kimi süqut etsə də, respublika 

quruluşu yaşamış, müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir. 

1991-ci  ildə  dövlət  müstəqilliyini  bərpa  edən  xalqımız  Azərbaycan  Xalq 

Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və 

bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasının  xalqımızın  tarix 

salnaməsində xüsusi yer tutduğunu nəzərə alaraq qərara alıram: 

1.Azərbaycan  Xalq  Cümhuriyyətinin  80  illiyi  respublikada  geniş  qeyd 

edilsin. 

2.Yubiley  tədbirlərinin  hazırlanıb  həyata  keçirilməsi  məqsədilə  Dövlət 

Komissiyası yaradılsın. 

3.Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli 

gələn məsələləri həll etsin. 



HEYDƏR ƏLİYEV AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 


 

Bakı   şəhəri,   30 yanvar   1998c-i   il 



 

№67 

Altmış yeddinci iclas 

21   avqust   1919c-u   il 

 

İclas saat 11.45 dəqiqədə açılır. 



Sədr - Sultan Məcid Qənizadə. Katib - Mehdi bəy Hacınski. 

Sədr  -  Məclici-Məbusan  açılır.  İzn  veriniz  yomiyyeyi-  məsail  oxunsun. 

(Katibə). Mehdi bəy, oxuyunuz. 

Katib (oxuyur) - 1 - Azərbaycan darülfünunun təşkili haqqında. Məruzəçi 

Hacınski; 2 - Azərbaycan hökumət bankası təsisi haqqında. Məruzəçi Ağabəyov; 3 

-  spirt məhsulundan  alınan aksiz  vergisi miqdarlarının təğyir  və  təbdili haqqında. 

Məruzəçi  Ağabəyov;  4  -  Tövcü  vergisinin  artırılması  ilə  bərabər  topraq  gəlir  və 

məxaric  vergisi  miqdarlarının  təmdidi  haqqında.  Məruzəçi  Ağabəyov;  5  -  Nəşri-

elan  haqqında;  6  -  Fabrik  inspeksiyasına  dair  qəvaidin  təbdili  haqqında;  7  - 

Maliyyə  naziri  şurası  haqqında;  8  -  Ümumi  əyləncəxana  -  tamaşa  yerlərindən 

alınan müvəqqəti vergi (naloq) hökumət müstəhfizəsinə idxalı haqqında. Məruzəçi 

Ağabəyov; 9 - Həmin sənə üçün İrəvan ümumri-xeyriyyə nəzarət vəkilinin maaş və 

onun  idarəsi  məsarifatı  üçün  məzkur  nazirə  177  min  rublə  kredit  açılması 

haqqında.  Məruzəçi  Ağabəyov;  10  -  Tamğa  rüsumatı  qanunnaməsinin  bəzi 

maddələrinin  təbdili  və  rüsum  miqdarlarının  təzyidi  haqqında.  Məruzəçi 

Rüstəmbəyov;  12  -  Şəhadətnaməsiz  içki  ticarətindən  alınan  cərimələrin 

qüvvələnməsi.  Məruzəçi  Hacınski;  12  -  Bakı  xəzinə  palatası  müdir  -  müavinliyi 

vəzifəsinin  ləğvi  haqqında.  Məruzəçi  Muxtar  əfəndi;  13  –  Azərbaycan 

cümhuriyyəti  ümuri-xeyriyyə  nəzarətinin  ştat  siyahilərinin  artırılması  haqqında. 

Məruzəçi Vəkilov Mustafa; 14-Topraq məsələsi; 15- Sosialistlərin hökumətə sualı. 

Daxil  olmuş  kağızlar.  O  cümlədən:  a)  Kömrük  idarələrindən  mallara 

tamğa, plomb, bandrol vurulmasilə alınan tamğa rüsumatı barəsində maliyyə naziri 

hüququnun  genişləndirilməsi  haqqında;  b)  Əvəzsiz  üsullarla  əmlakın  yerindən 

digərinə  infisalı  xüsusundakı,  qəvaidin  bəzi  maddələrinin  təbdili  haqqında;  s) 

Daxiliyyə  nazirinin  idarəsi  məmurlarına  iki  nəfər  kargüzar  əlavə  edilməsi  və 

onların maaşları ilə fərq maaşı üçün 2310 manat buraxılması haqqında; h) İstintaq 

əsasının təşkili və təbdilən islahi. 

Sədr - Bu daxil olmuş layihələrin bir qismi maliyyə  büdcə komisyonuna, 

bir qismin layehi qanuniyyə komisyonuna göndərilmişdir. 

Proqramına  tərtib  ediləndən  sonra  iki  kağız  gəlmişdir.  Onlardan  birisi 

Bakıda  sükunət  edən  erməni  zemlyaçestvosı  tərəfindən.  Onlar  kağız  yazıb,  bu 

kağıza Şamaxı uyezdinin yeddi erməni kəndindən priqovor əlavə ediblər və xahiş 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə