Azərbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ” qapali səhmdar cəMİYYƏTİ



Yüklə 104,03 Kb.
tarix05.05.2018
ölçüsü104,03 Kb.
#41489

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin

“ 01 ” Dekabr 2016-cı il tarixli

“216” nömrəli əmri ilə təsdiq edilmişdir.



http://www.acsc.az/images/logo_img_az.png

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ



GƏMİNİN ÜÇÖLÇÜLÜ LƏYİHƏLƏNDİRİLMƏSİ VƏ İŞÇİ-KONSTRUKTOR SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN NƏZƏRDƏ TUTULAN İXTİSASLAŞDIRILMIŞ PROQRAM TƏMİNATI MƏHSULUNUN SATINALINMASI MƏQSƏDİLƏ

AÇIQ MÜSABİQƏ ELAN EDİR.

MÜSABİQƏ №AM-075/2017




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (nümunə əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi

İlkin mərhələdə müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 19.04.2017-cı il, Bakı vaxtı ilə saat: 18.00-a qədər Azərbaycan, rus və ya ingilis dillərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “AXDG” QSC) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.

Satın alınması nəzərdə tutulan mal, iş və xidmətlərin siyahısı (təsviri) əlavə olunur.






İştirak haqqının məbləği və əsas şərtlər toplusunun (müsabiqəyə dəvət sənədlərinin) əldə edilməsi:

  • Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunmuş məbləğdə iştirak haqqını “AXDG” QSC-nin bank hesabına ödəyib, ödənişi təsdiq edən sənədi birinci bölmədə müəyyən olunmuş vaxtdan gec olmayaraq “AXDG” QSC-yə təqdim etməlidir. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın III qrafasında göstərilən tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.




  • 150 AZN (ƏDV-ilə)




  • manat və ya ekvivalent məbləğdə ABŞ dolları və AVRO ilə ödənilə bilər

  • Hesab nömrəsi:

AZN

USD

EURO

Adı: Azərbaycan Beynəlxalq Bankı

ABB- Müştəri Xidməti Departamenti

Kod: 805250

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

SWIFT: IBAZAZ2X

Alan müştəri: AZARB.XAZAR DANIZ GAMICILIYI QSC

VÖEN: 1701579951

Hesab № (AZN): AZ36IBAZ38050019441115341120


Intermediary Bank: Citibank N.Y,

New York


Acc.36083186, SWIFT: CITIUS33

Beneficiary Bank: The International Bank of Azerbaijan

IBA- Customer Service Departament

SWIFT: IBAZAZ2X

Nizami str., 67
Beneficiary: AZARB.XAZAR DANIZ GAMICILIYI QSC

TAX İD: 1701579951

Account №: AZ26IBAZ38150018401115341120


Intermediary Bank: Commerzbank AG, Frankfurt am Main

SWIFT: COBADEFF

ACC # 400 88 660 3001

Beneficiary Bank: The International Bank of Azerbaijan,

IBA-Premier Customer Service

SWIFT: IBAZAZ2X


Nizami str., 67
Beneficiary: Azerbaijan Caspian Shipping CJSC

TAX ID: 1701579951

Account №: AZ06IBAZ38150019781115341120





  • İştirak haqqı “AXDG” QSC tərəfindən müsabiqənin ləğv edilməsi halı istisna olmaqla heç bir halda geri qaytarılmır!






Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqədə iştirak haqqında müraciəti və iştirak haqqının ödənilməsi barədə bank sənədini birinci bölmədə qeyd olunan vaxta qədər təqdim etmiş iştirakçılar, öz müsabiqə təkliflərini bağlı zərfdə (bir əsli və 2 surəti olmaqla) 28.04.2017-ci il, Bakı vaxtı ilə saat:12.00-a qədər “AXDG” QSC-yə təqdim etməlidirlər.




  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



Müsabiqədə tətbiq edilən qaydalar və “AXDG” QSC-nin müstəsna hüququ barədə məlumat:

  • Müsabiqə “AXDG” QSC-nin 12 iyun 2014-cü il tarixli 99 nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun keçiriləcəkdir.

  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun olaraq “AXDG” QSC-nin bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququ vardır.



Satınalan təşkilatın ünvanı:

AZ1005 (indeks), Səbail rayonu, M.Rəsulzadə küçəsi 5, “AXDG” QSC-nin aparatının inzibati binasının 2-ci mərtəbəsi, Bakı şəhəri, Azərbaycan Respublikası.



Əlaqələndirici şəxs:

Cəlilov Vüqar

“AXDG” QSC-nin Satınalmalar Komitəsinin katibi

Telefon nömrəsi: +994 12 493 41 52

Telefon nömrəsi: +994 12 404 37 00 (1132)

Elektron ünvan: tender@acsc.az


Hüquqi məsələlər üzrə əlaqələndirici şəxs:

Vəliyev Osman

Telefon nömrəsi: +994 50 277 02 85

Elektron ünvan: osman.valiyev@acsc.az



Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 28.04.2017-ci il tarixdə, Bakı vaxtı ilə saat 16.00-da elanın V bölməsində göstərilmiş ünvanda baş tutacaqdır.





Müsabiqənin qalibi haqqında məlumat:

Müsabiqənin qalibi haqqında məlumatı “AXDG” QSC-nin veb-səhifəsinin elanlar bölməsində əldə etmək olar.






Müsabiqənin digər şərtləri:

AXDG” QSC-nin Satınalmalar Komitəsi




(İddiaçı iştirakçının blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20_-c- il

___________№


AXDG” QSC-nin Satınalmalar Komitəsinin Sədri

cənab C.Mahmudluya,
Hazırkı məktubla [iddiaçı podratçının tam adı göstərilir] (nin,nun,nın) “AXDG” QSC tərəfindən “__________”ın satın alınması ilə əlaqədar elan edilmiş [iddiaçı tərəfindən müsabiqənin nömrəsi daxil edilməlidir]nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı podratçının tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, [iddiaçı podratçının tam adı göstərilir] “AXDG” QSC-yə aidiyyəti olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:




  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

GƏMİNİN ÜÇÖLÇÜLÜ LƏYİHƏLƏNDİRİLMƏSİ VƏ İŞÇİ-KONSTRUKTOR SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN NƏZƏRDƏ TUTULAN İXTİSASLAŞDIRILMIŞ PROQRAM TƏMİNATI MƏHSULUNUN TƏTBİQİNƏ DAİR

TEXNİKİ TAPŞIRIQ

Lisenziyaların tədarükünə dair şərtlər.

  • Ödənişlə bağlı möhlət proqram təminatının tədarük edilmə tarixindən etibarən azı altı təqvim ayı təşkil etməlidir.

  • Alıcı tender qalibi tərəfindən tədarük edilən malın yekun spesifikasiyasını qalibin təklif etdiyi qiymətlər çərçivəsində dəqiqləşdirmək hüququna malikdir.

  • Qalib, kommersiya lisenziyalarından başqa, tədarük edilən proqram təminatına aid tədris lisenziyalarının azı ikiqat sayını ödənişsiz (pulsuz) tədarük etməyi öz öhdəsinə götürür.

  • Qalib Alıcının istifadəçiləri ilə yerindəcə (Bakı şəhərində) ikimərhələli ödənişsiz (pulsuz) təlim təşkil edərək keçirməyə borcludur. Təlimlərin müddəti azı 45 iş günü təşkil edir. Nəqliyyat və yaşayış xərcləri Qalib tərəfindən müstəqil şəkildə ödənilir.

  • Qalib istifadəçilərin Bakı şəhərində ilkin təlimatlandırmasını aparmalıdır. Təlimlərin müddəti azı 20 iş günü (45 gündən) təşkil edir. Təlimlərin yekununda Qalib istifadəçilərə ödənişsiz (pulsuz) “Pilot layihə” xidmətini təqdim edir.

  • Pilot layihə müddətində tədarükçü alıcı üçün lazımi sayda (30 ədədə qədər) tam funksiyalı işçi lisenziyaları təqdim edir.

  • Tədarükçü tədarük edilən lisenziyalar tərkibində proqram təminatının illik dəstəklənməsini və yenilənməsini təmin etməyə borcludur. Ödənişli illik dəstəyin başlanma tarixi pilot layihənin bitmə günündən sonra gələn iş günündən hesablanmalıdır.

Proqram təminatının tərkibinə və funksiyalarına olan tələblər

Səth” altsistemi

Plaza keyfiyyətli gəmi səthlərinin 3-ölçülü tərtibatı və modifikasiyalaşdırılması modulundan, konstruksiyaların, o cümlədən fırlanma səthlərinə əsaslanan konstruksiyaların formalaşdırılması modulundan, hidrostatik xarakteristikaların hesabatı modulundan ibarətdir.

Altsistem aşağıdakı funksiyaları nəzərdə tutulmalıdır:

- gələcək riyazi modelin səthlər karkasının yaradılması;

- istənilən mürəkkəbli səthlərin “sıfırdan” yaradılması;

- səthlərin verilənlər bazasından modifikasiyası, o cümlədən afin dəyişkənliyi;

- ilk törəmə kəmiyyəti ilə qırmızı xətt və səthlərin tikilişi;

- Qauss əyriliyinə nəzarət aparatından istifadə edilməklə xətt və səthlərin hamarlanması;

- DXF formatından idxal edilmiş nöqtələr, xətlər cədvəli (2D və ya 3D), skan edilmiş təsvir və ya nöqtələr buludu bazasında səthlərin yaradılması imkanı;

- “approksimasiya” rejimində nöqtələr buluduna yaxınlaşmaq üçün aparatın mövcudluğu;

- standart səthlərin, qoşulmaların, qaletlərin qurulması vasitələrinin mövcudluğu;

- profillər, hava və sualtı qanadlar da daxil olmaqla, məhdudiyyətsiz sayda modellərdən istifadə etməklə mürəkkəb fəza səthlərinin yaradılması;

- interaktiv ağac vasitəsilə yığma iyerarxiyasının idarə olunması;

- calaqlar, birləşmə xətti, yarıq və bu kimi səthi xətlərin çəkilmə imkanının mövcudluğu;

- səth üzərində yerləşən təbəqə konstruksiyaların, lövbər borularının qalınlığı və sair nəzərə alınmaqla, lövbər üçün oyuq yeri kimi mürəkkəb gəmi elementlərinin yaradılması üzrə səmərəli mexanizm;

- səthin idarə olunması çoxbucaqlıların zirvəsinin yerdəyişməsi yolu ilə interaktiv üsulla həyata keçirilməli və səth çoxbucaqlıların sayını azaltma və artıma imkanına malik olmalıdır.

- batokslardan, vater-xətlərdən, şpanqoutlardan əyilmə nöqtələrinin yoxlanılması üçün rahat nəzarət aparatı nəzərdə tutulmalıdır.

- altsistem həm xarici örtük sahəsini, həm də ayrıca detalları vermə imkanına malik olmalı və ağırlıq mərkəzini və çəkini hesablamaq funksiyasını nəzərdə tutmalıdır;

- altsistem modelin koordinatlar oxunun istənilən mövqedə yerləşdirilməsini təmin etməlidir;

- model elementlərinin dinamik vizuallaşdırılması, işə salınması və ya ayrılması (söndürülməsi) nəzərdə tutulmalıdır;

- altsistem aşağıdakı sənədlər dəstini avtomatik generasiya etməlidir: plaza kitablarını, şpanqoutların verilmiş sayı üzrə nəzəri çertyojları, xarici örtüyün təbəqə seksiyalarının sxemlərini, detalların siyahısını, xarici örtüyün çəkilməsini, detalların A4 formatında pasportlarını, o cümlədən əl ilə ayırma verilənlərini, açılmaların təhrif əmsallarını, qaynaqdan yaranan sıxılmanı, əyilmiş detalın fəzada diaqonallarının ölçüləri, əyilmə şablonları, detalların 1:1 miqyasında açılışı, 1:1 miqyasında yazılar, mövqelər, oriyentasiya nişanları və açılış xətləri, əyilmə şablonları da daxil olmaqla;

- altsistem şpanqoutlar, platformalar, göyərtələr üzrə nəzəri xətlərin DXF formatında “bir fayl-bir obyekt” prinsipi əsasında avtomatik verilməsi funksiyasına malik olmalıdır;

- altsistem detalların qalınlığını nəzəri səthdən həm daxilə, həm də xaricə kənarlaşdırma imkanına malik olmalıdır;

- səthlərin idxalı/ixracı funksiyaları aşağıdakı formatları dəstəkləməlidir — 3D DXF, IGES, VDA-FS, BKL, SSL, Autocon, SRF, TRAC;

- səthin həndəsi verilənlərinin STC formatına verilməsi nəzərdə tutulmalıdır;

- altsistem Müəllif hüquqları Agentliyində qeydiyyata alınmalı, buna dair sertifikatı olmalıdır.



Hidrostatika” altsistemi

Altsistem müstəqil surətdə istifadə imkanına malik olmalı, “Səth” altsistemindən səthin həndəsəsi barədə verilənləri götürməlidir.

Altsistemin Çay və Dəniz Registrlərinin sertifikatları, Müəllif hüquqları üzrə Agentliyin sertifikatı olmalıdır.

Altsistem funksional baxımdan aşağıdakıları yerinə yetirməlidir: gəminin və onun şöbələrinin hidrostatik xarakteristikalarının hesablanması, nəzəri çertyoj elementlərinin hesablanması, Bonjan miqyasının hesablanması. Suya oturma və ilkin ləpəyə davamlılıq parametrlərinin hesablanması, ləpəyə davamlılıq diaqramlarının hesablanması, ləpəyə davamlılıq meyarlarının Qaydalar əsasında hesablanması, Firsov diaqramının hesablanması, gəminin burun və arxa hissəsinin suya oturma diaqramlarının hesablanması, şöbələrin son hədd uzunluğunun hesablanması, sakit suda əyilmə anlarının və kəsici qüvvələrin və ləpələnmənin Qaydalar əsasında hesablanması, Pantokaren hesablanması. Həm zədələnmiş, hər də zədələnməyən gəminin hesabatının aparılması.



Möhkəmlik” altsistemi

“Möhkəmlik” altsistemi yastı oxlu konstruksiyaların (ramaların, örtüklərin, çoxaşırımlı tirlərin) hesablanması modulunu nəzərdə tutmalıdır. Bundan başqa, ekvivalent tir (bülöv daşı) elementlərinin, ümumi bükükdən yaranan gərginliyin, son hədd anlarının hesablanması modulu nəzərdə tutulmalıdır. Konstruksiyaların köhnəlməsinin uçotu imkanı nəzərdə tutulmalıdır.



HULL, OUTFITTING altsistemlərinə ümumi tələblər

Tədarük olunan proqram təminatının dünyada istifadəçilərinin-gəmi inşaatçılarının sayı (KB, tərsanələr, ATM) ən azı 500 olmalıdır.

Tədarük olunan proqram təminatının nümunəvi sazlamalarının, kitabxana və verilənlər bazalarının interfeysi və tərkibi konstruktorların ibtidai hazırlıq (təlim) kursunu keçdikdən dərhal sonra (5-7 iş günü) praktiki işə başlamasını təmin etməlidir.

İstifadəçi interfeysi müasir lent tipli (ribbon interface) olmalıdır.

Gəminin bir modeli üzərində ərazi baxımından bölünmüş layihəçilər qruplarının kollektiv işinin təşkili vasitələri, onların coğrafi yerləşməsindən asılı olmayaraq, həm onlayn, həm də offlayn (epizodik) birləşmələrdə kollektiv işi təmin etməlidir. Bir model üzərində kollektiv işin vasitələri zəif internet bağlantısı zamanı (G2), o cümlədən model elementlərinin itkisi olmadan epizodik kəsilmələrlə avtomatik işləməlidir.

Proqram təminatının texniki dəstək ofisləri və rus dilində xidmətlər göstərən tədris mərkəzləri olmalıdır.

Sənədlər (hesabatlar, çertyojlar) buraxılarkən tədarük edilən proqram təminatı, Rus və Azərbaycan dilləri də daxil olmaqla, bütün əsas dünya dillərini dəstəkləməlidir.

Proqram təminatı sutkada 24 saat əlçatımlı olan texniki dəstək internetinə malik olmalıdır.

Proqram təminatı, tərtibatçı təşkilatı cəlb etmədən, verilən çertyoj sənədlərinin (o cümlədən VSKS) istənilən formaya sadə tənzimlənməsini (çevrilməsini) təmin etməlidir.

Proqram təminatı gəmi modelinin şöbələrə bölünməsi funksiyasına malik olmalı, habelə sərhədlərin operativ dəyişdirilməsi, verilənlərin ayrılmış şöbə üzrə əldə olunması (kütlə, həcm), şöbədəki komponentlərə vahid şöbə atributlarının verilməsi, şöbəyə mənsubiyyət əlamətinə görə komponent seçimi imkanını nəzərdə tutmalıdır. Şöbələrin 3D görünüşünün və ayrılmış fəzaların avtomatik generasiyası təmin edilməli, verilmiş şöbə (məkan) üzrə hesabat və spesifikasiyaların verilməsi təmin edilməli və sair.

Çertyojun tərtibatı quraşdırılmış proqram təminatı vasitələri ilə, kənar istehsalçılar cəlb edilmədən, təmin edilməlidir. Bununla belə, bütün çertyojlar model ilə daimi əlaqədə olmalı və model dəyişdirildikdə avtomatik şəkildə dəyişməlidir.

Haşiyələrin (kənarların) qaynağı və işlənməsi istifadəçi qaydalarına uyğun olaraq avtomatik şəkildə yerinə yetirilməlidir.

Çertyojların tərtibatı üçün əsas ölçülərin avtomatik vurulması funksiyaları nəzərdə tutulmalıdır.

Sistem təbəqə və profil detallarının, səthi (yastı) şöbələrin avtomatlaşdırılmış xətlərdə istehsalı məqsədilə idarəedici proqramların (robot files) generasiyası imkanına malik olmalıdır.

Sistem detal konturlarının DXF formatında yüklənməsini təmin edən Up-Nest/Up-Editor təbəqə metalın açılması (yayılması) proqramının tətbiq edilməsi imkanına malik olmalıdır. Bu halda təbəqə detalının DXF faylı UP-Nest açılmasının proqram vasitəsilə avtomatik hesablanması ilə bağlı bütün zəruri məlumatı, o cümlədən mövqe, material, haşiyələrin qalınlığı, emalı, sərhəd xətləri, calanan (birləşən) detalın qalınlıq istiqaməti, buraxılış, oriyentasiyalar, yazılar barədə informasiyanı özündə əks etdirməlidir.


Paralel layihələndirmə

Sistem coğrafi baxımdan müxtəlif yerlərə olan layihəçilər tərəfindən paralel layihələndirmənin yerinə yetirilməsini təmin etməlidir. Layihəyə istənilən vaxt yeni layihəçilər qruplarının daxil edilməsi mümkünlüyü nəzərdə tutulmalıdır.

Bütün obyekt verilənlərinə (məlumatlarına) daxilolma elə həyata keçirilməlidir ki, seçilmiş obyektə istənilən anda yalnız bir layihəçi dəyişikliklər edə bilsin. Tənzimləmələrdən avtomatik olaraq istifadə edilmək imkanı, həmçinin də layihəyə və verilənlər bazasının mühitinə yeni istifadəçilərin daxilolma qaydasının müəyyənləşdirilməsi nəzərdə tutulmalıdır.

Paylaşdırılmış layihədə məsafədən idarə olunan layihələndirmə saytları arasında verilənlərin yenilənməsi interaktiv şəbəkə qoşulması vasitəsi ilə həyata keçirilməlidir. Paralel layihələndirmə modulu tədarük olunan PT-nın tərkibinə pulsuz olaraq daxil edilməlidir.



HULL altsistemi

Tədarük olunan proqram təminatı modellərin layihələndirilməsi, istehsalı, baxılması, eləcə də qarşılıqlı əlaqə və inteqrasiyanın təmin edilməsi üçün nəzərdə tutulan müxtəlif modullardan ibarət olmalıdır.

Korpus konstruksiyaların layihələndirmə modulları, eskiz layihələndirmədən başlayaraq müfəssəl konstruksiyalaşdırmaya, eləcə də korpus blokların, yığma elementlərin, panel və detalların istehsalının təşkilinədək üçölçülü konstruksiya modelləşdirilməsi üçün istifadə olunmalıdır.

Modullar intuitiv baxımdan anlaşılan istifadəçi interfeysinə malik olmalı və göyərtə, arakəsmələr, pillerslər, şpanqoutlar, strinqerlər, braketlər, bucaqlıq və bu kimi digər struktur komponentlərin yaradılması, həmçinin onların həm avtomatik şəkildə, həm də əl ilə qurulması (“Avto” rejim) zamanı layihəçiyə maksimal surətdə dəstək göstərməlidir. Modelin yaradılan korpus elementləri öz aralarında, eləcə də korpusun forması ilə topoloji əlaqə saxlamalıdır.

Topoloji baxımdan əlaqəli olan elementlərdə, eləcə də gəmi səthindəki parametrlərə dəyişikliklər edilməsi avtomatik olaraq modeldə əks olunmalıdır. Modullar sistem administratoru tərəfindən müəyyənləşdirilmiş və yaxud daxil edilən qaydalar əsasında avtomatlaşdırılmış layihələndirmə imkanı, habelə bucaqlıqların (flanslı və ya flansız) lazımi ölçülərini, profil sonluqlarının kəsiklərini avtomatik seçmək nəzərdə tutmalıdır.

Modullar nümunəvi korpus konstruksiyalarının kitabxanasını yaratmaq və dəstələmək, eləcə də konstruksiyaları onların topoloji xarakteristikaları ilə birlikdə saxlamaq və yükləmək imkanını nəzərdə tutmalıdır.

Korpus konstruksiyaları ilə işləyərkən modullar qarışıq (fərqli) ixtisaslar tərkibinə (borular, avadanlıq) daxil olan komponentləri əks etdirmək imkanına malik olmalıdır.

Korpus konstruksiyasının layihələndirmə modulları gəmiqayırma standartlarının parametrlərini nüsxələmək, təyin etmək funksiyalarından, habelə detal və panellərin nömrələnməsi, xətlərin markalanması, standart bucaqlıqların seçimi, detalların proqramlaşdırılması və bu kimi digər avtomatik mexanizmlərdən ibarət olmalıdır.

Korpus konstruksiyasının layihələndirilməsi üçün nəzərdə tutulan modulun istifadə etdiyi kitabxana profillərin ucluq hissələrinin kəsiklərinə, formalarına, bucaqlıqlara, dəliklərə və digər konstruktiv elementlərə şamil olunan gəmiqayırmanın bütün zəruri standartlar dəstini (DIN, ГОСТ, ОСТ) özündə cəmləməlidir. Gəmiqayırma standartları ilə yanaşı, kitabxanada yalnız ümumi tənzimləmələr deyil, həm də konkret layihənin tənzimləmə və məhdudiyyətləri saxlanmalıdır.

Çertyoj və model arasında assosiativ əlaqə olmalıdır. Bu əlaqənin mövcudluğu hazır 2D çertyojundan kəsiklər modelini yaratmağa və redaktə etməyə imkan verməli, yəni ikiölçülü cizgiləmə (müfəssəl çertyojlar da daxil olmaqla) rejimində yaradılan və redaktə olunan bütün yeni elementlər dərhal üçölçülü modeldə əks olunmalıdır.

Proqram təminatında korpus formasının “İmport masteri” olmalıdır. Bu master import olunan gəmi səthlərinin redaktə elementlərinin daxil edilməsini, yoxlanılmasını təmin edir. Modul aşağıdakı formatlı səth modeli barədə verilənləri import etmək imkanına malik olmalıdır: IGES (*.igs, *.iges), Rhino 3DM (*.3dm), NAPA (*.db), ACIS (*.sat) və AutoCAD® (yalnız qapalı həndəsi obyektlərin faylları) (*.dxf). “Master” həmçinin, import edilən verilənlərin formatından asılı olaraq, səthlər və əyrilər barədə import verilənlərini avtomatik və yarımavtomat rejimlərdə korpus qruplarına (və ya laylarına) ayırd etməyə imkan verməlidir.

Korpusun forması barədə məlumatlar hdb formatında saxlanmalı, eyni zamanda IGES (*.igs, *.iges), ACIS (*.sat), 3D Dump (*.3dd), eBrowser (*.ebm) və Hull Viewer (*.hvm) formatlarına ixrac olunmalıdır.

Gəmi səthinin yeni versiyası yüklənərkən və aktivləşdirilərkən artıq modelləşdirilmiş konstruksiya parametrlərinin təkrar hesablanması və avtomatik modifikasiyası dəyişdirilmiş korpus formasına uyğun olaraq aparılmalıdır. Dayaq səthlərinin verilənlər bazasının strukturu müxtəlif formatlardan import edilmiş bloklardan (korpus, tənzimlənələr və sair) ibarət vahid həndəsi modelini əldə etmək imkanına malik olmalıdır (misal üçün – IGES formatında korpus, 3dm formatında tənzimləmə).

Korpus konstruksiyalarının modulları örtük və onun elementlərinin ikiölçülü çertyojlarını dörd müxtəlif proyeksiyalarda (növdə) yaratmaq imkanına malik olmalıdır. Görünüşdə detalların bütün mövcud tikişləri və birləşmələri (oyuq və calaq yerləri) üçölçülü modeldə mövcud olan korpusun konstruktiv elementləri ilə birlikdə əks olunmalıdır.

Korpusun üçölçülü modelindən görünüşü formalaşdırdıqdan sonra layihəçi müxtəlif növ informasiyanı təyin etmək, eləcə də zəruri atributları əlavə etmək imkanından faydalanmalıdır.

Oyuq və calaq yerləri ilə işləmək üçün nəzərdə tutulan funksiyalar istifadəçiyə korpus formalarının verilənlər bazasına müvafiq elementlər barədə qeydləri daxil etməyə və onları modifikasiya etməyə imkan verməlidir.

Korpus konstruksiyalarının üçölçülü modelləşdirilməsi ilə yanaşı, modullar ümumi görünüşlü çertyoj və planları, xüsusən də ümumi yerləşməli çertyoju, model çertyojunu, konstruktiv çertyoju və ya onun bir hissəsini, yanğın əleyhinə və/və ya xilasetmə vasitələrinin yerləşmə planını, lyuk və qapıların yerləşmə sxemini, şöbə və çənlərin sxemlərini (tutumunu əks etdirən cədvəl ilə) yaratmağa imkan verən ikiölçülü təsvirlər kitabxanasını nəzərdə tutmalı, eləcə də səth və ya konstruksiya modelinin ilkin verilənləri dəyişdirilərkən bu sənədlərin avtomatik yenilənməsini təmin etməlidir.

Kitabxana redaktoru istifadəçiyə çertyojlara onun müəyyən etdiyi simvolları əlavə etmək və çertyojda olan əsas elementlər siyahılarını avtomatik yaratmaq imkanı təqdim etməlidir. Kitabxana sonuncu istifadəçi tərəfindən təyin edilən kateqoriyalar və alt kateqoriyalar əsasında formalaşdırılmalı, həmçinin çertyojda istifadə olunan kitabxana simvollarının siyahısını avtomatik formalaşdırmaq imkanına malik olmalıdır.

Proqram təminatında ikiölçülü görünüş və çertyojların digər avtomatlaşdırılmış layihələndirmə sistemlərindən AutoCAD® DXF və DWG formatlarında idxalı (importu) və ixracı (eksportu) imkanı nəzərdə tutulmalıdır. Bununla yanaşı, korpus elementlərinin üçölçülü konfiqurasiyasının AutoCAD® DXF и DWG, IGES, SAT və Rhinoceros formatlarından istifadə edilməklə digər üçölçülü layihələndirmə sistemlərinə ixracı (eksportu) opsiyası nəzərdə tutulmalıdır.

Korpus konstruksiyasının modulu digər ixtisasların modullarına (avadanlığın quraşdırılması, boruların, kabel trassalarının çəkilməsi və sair) strukturlaşdırılmış komponent kimi inteqrasiya olunmalıdır.

Boru kəməri şəbəkəsinə layihəçi tərəfindən edilən dəyişikliklər (borunun keçidi (çəkilməsi) üçün dəliklər, qapıların, lyukun və ya boğazlığın quraşdırılması və digər) korpusun konstruksiyasına avtomatik daxil edilməli və korpus layihəçisinə real zaman rejimində təsdiq edilmək üçün kəsik (nümunə) barədə informasiya təqdim etməlidir. Kəsik korpus layihəçisi tərəfindən təsdiq edildikdə, korpus detallarında dəliklərin açılması yerinə yetirilməli, əks halda dəliklərin yerləşmə yerləri təbəqə detalında markalanma (nişanlama) ilə işarələnməlidir.

Korpus konstruksiyaları modelləşdirilərkən sistem istifadəçisinə yalnız digər ixtisasların tətbiqi ilə yaradılan üçölçülü modelə nəzər yetirmək imkanı deyil, həm də korpus konstruksiyanın daxilində üçölçülü modelləri müstəqil şəkildə yerləşdirmək üçün üçölçülü komponentlər kitabxanasına daxilolma imkanı təqdim olunmalıdır.

Müfəssəl konstruksiyalaşdırma aparılarkən və istehsal informasiyası hazırlanarkən layihələndirmə müəyyən edilmiş qaydalar əsasında saxlanmalı, xüsusən də, bucaqlıqların lazımi ölçülərinin avtomatik seçimi (flanslı və ya flansız) təsnifat cəmiyyətlərinin qaydalarına uyğun olaraq təmin edilməlidir.

Korpus konstruksiyaları ilə bağlı işçi və plaza sənədləri hazırlanarkən nüsxələmə, gəmiçiliyə aid standartların parametrlərinin təyin edilməsi funksiyaları, eləcə də detal və panellərin nömrələnməsi, xətlərin nişanlanması (markalanması), standart bucaqlıqların seçimi, detalların proqramlaşdırılması və bu kimi müxtəlif avtomatik mexanizmlər nəzərdə tutulmalıdır.

İstehsal prosesinin təşkili məqsədilə “Korpus” altsisteminin tərkibinə istehsalın hazırlanması üçün nəzərdə tutulan vasitələrin tam dəsti daxil edilməlidir. Xüsusən, proqram təminatı qaynaq birləşmələri, təbəqə və profil detallarının siyahıları, kütlə və ağırlıq mərkəzlərinin hesabatı, profillərin kəsiyi, profil eskizlərinin verilməsi, şablonların tətbiqi, eləcə də kəsiklərin açılışında istifadə olunan detalların həndəsi xüsusiyyətləri kimi istehsal prosesi üçün zəruri olan bütün informasiyanın ötürülməsini təmin etməlidir. Bütün verilənlərin mənbəyi qismində üçölçülü model və quraşdırılmış hesabatlar generatoru çıxış etməlidir. İstifadəçi hesabatın strukturunu müstəqil şəkildə təyin etmək və hesabat tərtib edilməsi üzrə əməliyyatı yerinə yetirmək imkanına malik olmalıdır ki, bunun da sayəsində müxtəlif istehsal və logistik verilənlərin əldə olunması üçün üçölçülü modelə sorğular göndərmək mümkün olacaqdır.

Proqram təminatı yığma işlər ardıcıllığımın üçölçülü sxemlərini və qovşaqlı yığma sahəsində istifadə olunmaq üçün nəzərdə tutulan kombinə edilmiş iki-üçölçülü sxemləri avtomatik generasiya etməlidir.

Sistemə korpusun hazırlanması işlərinə hazırlıq “Masteri” daxil edilməlidir. Bu “Master” mühəndis qrupları ilə, planlaşdırma şöbəsi və işlərin təşkili ilə məşğul olan bölmələr ilə istehsal sahələri arasında informasiya axının ötürülməsini təmin etməlidir. Korpusun hazırlanmasına hazırlıq Masteri nömrələrin avtomatik hesablanması və yığma qovşaqlara, detalların tərkib hissələrinə, panel və detallara nömrələrin verilməsi üçün istifadə olunan alətlər dəstindən ibarət olmalıdır. Profillər, bucaqlıqlar və əks zolaqlar avtomatik olaraq müvafiq panellərə təhkim olunmalıdır. Korpus istehsalının iyerarxiya strukturunun dərinliyi on altı səviyyəsən ibarət olmalıdır.

Hər bir ayrıca detala əməliyyat kodunun (process code), tapşırıq nömrələrinin (job number) avtomatik surətdə verilməsi imkanı nəzərdə tutulmalıdır. Nömrə və tapşırıqlar haşiyələrin bükük yerləri, haşiyələrin kəsilməsi, əyilməsi, calanması kimi işçi prosesin əsasını təşkil edən xarakteristika və əməliyyatlar nəzərə alınmaqla formalaşır.

İşlərin ardıcıllığı strukturunun proqram təminatı ilə avtomatik yaradılması başa çatdıqdan sonra istifadəçi, kompüterdə əks olunan elementləri mauz vasitəsilə çəkməklə və yığma qovşaqların, panel və detalların adını dəyişdirməklə, eləcə də yeni obyektlər yaratmaqla həmin strukturu korrektə etmək imkanına malik olmalıdır. Eyni zamanda konstruksiyaların yığma prosesinin animasiyası funksiyası nəzərdə tutulmalıdır.

Proqram təminatı, zəruri olduqda, “Korpus” altsisteminin lisenziyasından tam istifadə edilməməklə korpusun hazırlanmasına hazırlıq masterinin avtonom versiyasından istifadəsini təmin etməlidir.

Gəmi səthlərinin yaradılması altsisteminə daxil edilmiş xarici örtük detalları ilə iş moduluna əlavə olaraq, korpus altsisteminin tərkibinə xarici örtük təbəqələrinin inteqrasiya olunmuş layihələndirilmə modulu daxil edilməlidir.

Xarici örtük detalları ilə iş modulu emalı (işlənməsi) həm soyuq əymə, həm də tədricən qızdırılma yolu ilə yerinə yetirilə bilən detalların açılmasının hesabatını yerinə yetirməlidir. Modul ikiqat əyri təbəqələrin açılmasını riyazi baxımdan əvəzləməli, bu halda örtük detallarının dəqiq hesabatını aparmaq üçün lazımi qaynaq nəticəsində yaranan uzanma/daralma, o cümlədən çökmə halları nəzərə alınmalıdır (uzunluq üzrə emala buraxılmadan). Daxili konstruksiyaların calanma (birləşmə) xətləri (pozisiyaların nömrələri də daxil olmaqla) və korpusun çevrələri, misal üçün, şpanqoutların və uzununa dəstin konturları açılmış təbəqələrə layihələndirilməlidir. Bu halda calanan (birləşən) dəstin qalınlıq yığınlarının istiqamətləri göstərilməlidir.

Hər bir təbəqənin bükük və əyintisi barədə məlumat istehsal sahəsində istifadə olunmaq üçün cədvəl formasında əlçatımlı olmalıdır. Əyilgən (elastik) şablonların hesabatı istifadəçilərin verdiyi qaydalar əsasında avtomatik surətdə yerinə yetirilməlidir.

Teleskopik tənzimlənən dirəklərlə təchiz edilən universal yataq barədə informasiyanın avtomatik rejimdə yaradılması üçün tədarük olunan proqram təminatı Pin-Jigs modulunun istənilən an əlavə edilməsini nəzərdə tutmalıdır.

Bu modul yatağın çertyojunu formalaşdırmalı, dirəklərin hündürlüyünü hesablamalı, açılma xətlərini və xarici örtük təbəqələrinə verilən detal nömrələrini təyin etməlidir.

Modul istifadəçiyə dirəklər arasında məsafə kimi parametrləri tənzimləmək, eləcə də cüzi düzəlişlər aparmaq üçün universal yatağın səthinin yerini dəyişdirmək və onu çevirmək imkanı yaratmalıdır.

Metal kəsiyi (təbəqələndirmə) üzrə öz altsistemindən başqa, tədarük edilən proqram təminatı metalın kəsiyi (açılması) üçün nəzərdə tutulan və təbəqə detallarının konturlarını DXF formatında hesablayan üçüncü tərəfin istənilən proqram təminatının tətbiq edilməsini təmin etməlidir.

Sistemdə müxtəlif vyuverlər, o cümlədən mövcud vizuallaşdırma funksiyalı, materiallar, konstruktiv elementlərin materialı, qalınlığı, kütləsi, ölçüsü barədə məlumatın, logistik informasiyanın alınması şərti ilə korpus konstruksiyalarının vyuveri nəzərdə tutulmalıdır. Qalınlıqla, tətbiq olunan material və obyektlərin oriyentasiyası ilə bağlı uyğunsuzluqların korpus konstruksiyasında aşkarlanması üçün süzgəclər nəzərdə tutulmalıdır.



Vyuçerin kommersiya və pulsuz versiyaları olmalıdır. Vyuçerin kommersiya versiyası istehsala hazırlıq Masterindən ibarət olmalıdır (bax yuxarıda təsvirinə). Kənar bölmələr üçün vyuverin avtonom versiyası (stand alone) nəzərdə tutulmalıdır.

Texniki suallarla bağlı

Oyrad abdullayev Tel. +99412 4043700 (daxili 3011)

mob:050 263 85 45 e-mail:oyrad.abdullayev@acsc.az
Yüklə 104,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə