Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü0,62 Mb.
#65934


   

 

 

 

 

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 

 

 

 

                         

  Qapalı Səhmdar Cəmiyyətinin  

 

 

 

 

 

 

              “ _____ ”  ______________2014-cü il tarixli 

“_____” nömrəli əmri ilə təsdiq edilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti  

üzrə Korrupsiya ilə mübarizəyə dair

  

Təlimat

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI-2014 


1.

 

Ümumi müddəalar və əsas prinsiplər 

 

1.1.  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi  Qapalı  Səhmdar  Cəmiyyəti  üzrə 



Korrupsiya  ilə  mübarizəyə  dair  Təlimat”  (bundan  sonra  -  Təlimat)  korrupsiya  ilə 

əlaqədar  hüquqpozmaların,  dələduzluq  hərəkətlərinin  vaxtında  aşkar  edilməsi, 

qarşısının  alınması  və  nəticələrinin  aradan  qaldırılması,  həmçinin  korrupsiya  ilə 

mübarizə  üzrə  fəaliyyətin  həyata  keçirilməsi,  bu  sahədə  əsas  prinsip  və  tələblərin, 

habelə işçilərin vəzifə və məsuliyyətinin korrupsiya fəaliyyətinin qarşısının alınması 

üzrə tədbirlər çərçivəsində müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləyir.  

1.2.  Bu  Təlimatın  əsas  prinsipləri  -  işəgötürənlə  işçi  arasında  etimadın 

möhkəmləndirilməsi,  qanunazidd  vəzifələrin  icrasına  yol  verilməməsi,  peşəkar 

kadrların  korrupsiya  ilə  əlaqədar  hüquqpozma  törətməsini  istisna  edən  şəraitin 

yaradılması,  ədalətin,  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  müdafiə 

olunması,  bütün  maraqlı  tərəflərdə,  o  cümlədən  hakimiyyət  orqanlarında, 

Cəmiyyətin  tabeliyində  olan  qurumlarında,  struktur  bölmələrində,  işçilərində  və 

digər  şəxslərdə  Cəmiyyət  tərəfindən  istənilən  növ  təzahürdə  korrupsiya 

fəaliyyətinin  qəbul  edilməməsi  haqqında  vahid  anlayışın  yaradılması,  Cəmiyyət 

üzrə  korrupsiya  risklərinin  minimuma  endirilməsi,  fəaliyyətində  şəffaflığın 

artırılması,  eləcə  də  riayət  olunacaq  başlıca  hərəkət  qaydalarının  və  normalarının 

formalaşdırılmasından ibarətdir.  

1.3.  Hazırkı  Təlimatın  tələblərinə,  tutduğu  vəzifədən,  Cəmiyyətlə  əmək 

münasibətlərinin müddətindən və s. asılı olmayaraq Cəmiyyətin bütün işçiləri əməl 

etməlidirlər.

 

1.4.  Rəhbər  işçilər  korrupsiyanın  bütün  forma  və  təzahürlərinə  barışmaz 



münasibət  yaratmaq  üçün  tətbiq  edilən  korrupsiyaya  qarşı  qanunvericiliyin  və 

Cəmiyyətin  daxili  sənədlərinin,  o  cümlədən  hazırkı  Təlimatın  tələblərinin  yerinə 

yetirilməsini təcrübədə nümayiş etdirməlidirlər. 

1.5.  Hazırkı  Təlimatla  tənzimlənməyən  hər  hansı  bir  məsələ  və  ya  münasibət 

Azərbaycan  Respublikasının  mövcud  qanunvericiliyi  ilə  və  ya  Cəmiyyətin  digər  

daxili sənədləri ilə tənzimlənir. 

1.6.  Azərbaycan  Respublikasının  mövcud  qanunvericiliyinin  dəyişməsi 

nəticəsində  hazırkı  Təlimatın  qanunvericiliklə  ziddiyyət  təşkil  edən  bəndləri 

etibarsız hesab edilir, həmin  hissədə  qanunvericiliyin  müddəası tətbiq edilir  və  bu 

halda Təlimatın digər bəndləri öz hüquqi qüvvəsini itirmir. 



2.

 

Əsas anlayışlar 

2.1. Bu Təlimatda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 




 

-

 



Cəmiyyətin 

struktur 

bölmələri 

– 

Cəmiyyətin 



aparatının 

struktur                      

bölmələri – idarə, departament, şöbə, qrup və s.  

-

 



Cəmiyyətin  tabeliyində  olan  qurumlar  –  Cəmiyyətin  tərkibinə  daxil  olan 

törəmə müəssisələr, habelə idarə, təşkilat, filial və nümayəndəliklər. 

-

 

Hakimiyyət  orqanları  –  Azərbaycan  Respublikasının  və  digər  dövlətlərin 



istənilən  dövlət  hakimiyyət  orqanları  və  ya  yerli  özünüidarə  orqanları,  o 

cümlədən  qanunvericilik,  icra  (məsələn  hökumət  departamentləri,  idarələri  və 

nazirlikləri) və məhkəmə hakimiyyəti orqanlarıdır. 

-

 



İşçi – işəgötürənlə əmək münasibətləri və mülki-hüquq xarakterli münasibətləri 

olan fiziki şəxsdir.  

-

 

Korrupsiya  (və  ya  korrupsiya  fəaliyyəti)  –  birbaşa  və  ya  dolayısı  yolla,  şəxsən 



və  ya  üçüncü  tərəflərin  vasitəçiliyi  ilə  rüşvətin  təklif,  vəd  edilməsi,  verilməsi, 

istənilməsi  və  alınması,  rüşvətin  verilməsi  və  ya  alınmasında  vasitəçilik, 

“rəsmiyyətlərin  sadələşdirilməsi  üçün  ödənişlər”in  aparılması,  kommersiya 

bəxşişi, dövlət şəxslərinə bəxşiş, vəzifəli şəxs tərəfindən özü və ya digər şəxslər 

üçün  istənilən  formada  maddi  və  ya  qeyri-maddi  faydanın,  o  cümlədən  pul 

vəsaitlərinin,  digər  dəyərlilərin,  əmlakın,  əmlak  hüquqlarının,  xidmətlərin 

(işlərin)  əldə  edilməsi  üçün  öz  vəzifəsindən  qanunsuz  istifadə  edilməsi  və  ya 

həmin faydanın və ya hüquqların həmin şəxsə digər şəxslər tərəfindən qanunsuz 

təqdim olunmasıdır.  

 

-



 

İşgüzar hədiyyələr – Cəmiyyətin adından və ya Cəmiyyətin hesabına qarşı tərəfə 

və digər üçüncü şəxslərə işçilər tərəfindən verilmiş hər hansı hədiyyələr, eləcə də 

Cəmiyyətin və ya onun işçilərinin qarşı tərəfdən və ya  digər üçüncü şəxslərdən 

aldıqları hədiyyələr nəzərdə tutulur. 

 

-

 



İmic  materialları  –  Cəmiyyətin  rəsmi  iştirak  etdiyi,  həmçinin  rəsmi  və  peşəkar 

bayramların  şərəfinə  keçirilən  sərgilərdə,  açıq  təqdimatlarda,  forumlarda  və 

digər marketinq tədbirlərində hədiyyə verənin simvolikası və ya loqotipi hesab 

edilən (brendləşdirilmiş məhsulu) az dəyərli suvenir məhsulları formasında olan 

hədiyyələrdir. 

 

-



 

Rəhbər  işçilər–  Cəmiyyətin  sədri,  sədr  müavinləri,  Komitələrinin  üzvləri, 

Cəmiyyətin struktur bölmələrinin, tabeliyində olan qurumların rəhbərləri, eləcə 

də  Cəmiyyətin  və  onun  struktur  bölmələrində,  qurumlarında  idarəetmə 

funksiyalarına sahib olan digər vəzifəli şəxslərdir. 

 

-

 



“Rəsmiyyətlərin  sadələşdirilməsi  üçün  ödənişlər”  (“facilitation  payments”)  – 

konkret  ölkənin  qanunvericilik  və  digər  normativ-hüquqi  aktları  ilə  nəzərdə 




tutulmayan, lakin həmin ölkədə işgüzar təcrübə ilə bağlı olan qanunla müəyyən 

edilmiş prosedur və ya hərəkətlərin standart yerinə yetirilməsi qaydasının təmin 

edilməsi və ya sürətləndirilməsi məqsədilə təqdim olunan pul vəsaitləri, əmlak, 

əmlak  hüquqları,  xidmətləri  və  ya  digər  maddi  və  ya  qeyri-maddi  fayda 

deməkdir.

 

-



 

Rəsmi  şəxs  -  Azərbaycan  Respublikasının  və  ya  hər  hansı  digər  ölkənin 

hakimiyyət  orqanının  funksiyalarını  yerinə  yetirən  şəxs;  və  ya  Azərbaycan 

Respublikasının  və  ya  hər  hansı  digər  ölkənin  dövlət  qulluqçusu;  və  ya 

Azərbaycan  Respublikasının  və  ya  hər  hansı  digər  ölkənin,  dövlətin  və 

hakimiyyət orqanlarının mülkiyyətində və ya nəzarəti altında olan kommersiya 

təşkilatının hər hansı vəzifəli şəxsi və ya işçisi. 

-

 

Üçüncü  şəxslər  –  Cəmiyyətin  işçisi  olmayan  hər  hansı  fiziki  şəxs,  eləcə  də 



strukturuna daxil olmayan hər hansı hüquqi şəxs, təşkilat deməkdir.  

 

-



 

Qarşı tərəf – Cəmiyyətin əmək münasibətləri istisna olmaqla hər hansı müqavilə 

münasibətlərini  qurduğu  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 

olaraq yaradılmış hər hansı hüquqi və ya fiziki şəxs, eləcə də  xarici hüquqi və ya 

fiziki şəxsdir. 

-

 

Yaxın  qohumlar  –  həyat  yoldaşı,  valideynlər,  övladlar,  övladlığa  götürənlər, 



övladlığa götürülənlər, qardaş və bacılar, baba və nənələr, nəvələr.  

 

3.



 

Korrupsiya ilə mübarizə üzrə fəaliyyətin                                         

tənzimlənməsi və əsas tələblər 

3.1.  Cəmiyyətin  hər  bir  əməkdaşı  (işçisi)  xidməti  vəzifəsinin  (səlahiyyətlərinin) 

icrası ilə əlaqədar: 

 



maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı 

edilmiş  təklifi  qəbul  etməməli  və  bu  barədə  dərhal  tabe  olduğu  rəhbəri 

məlumatlandırmalıdır; 

 



hər  hansı  hərəkətin  edilməsi  və  ya  belə  hərəkətin  edilməsindən  imtina 

olunması  müqabilində  birbaşa  və  ya  dolayı  yolla  təklif  və  ya  vəd  olunan 

maddi  və  sair  nemətlər,  imtiyazlar  və  ya  güzəştləri  qəbul  etməməli,  bu 

barədə dərhal tabe olduğu rəhbəri məlumatlandırmalıdır; 

 

hər  hansı  hərəkətin  edilməsi  və  ya  belə  hərəkətin  edilməsindən  imtina 



olunması müqabilində birbaşa və ya dolayı yolla qarşı tərəflərə və üçüncü 

şəxslərə  maddi  və  sair  nemətlər,  imtiyazlar  verməməli  və  ya  güzəştlər 

etməməlidir; 



 

öz  hərəkətlərinin  (hərəkətsizliyinin)  və  ya  qərarlarının  maddi  və          



qeyri-maddi  nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  əldə  etməyə  gətirib 

çıxarmasını istisna edən tədbirlər görməlidir; 

 

Cəmiyyətin nüfuzuna xələl gətirə biləcək addımlardan çəkinməlidir; 



 

Cəmiyyətin  digər  əməkdaşının  korrupsiya  ilə  bağlı  neqativ  hərəkətləri 



barədə  ona  məlum  olan  faktlarla  əlaqədar  dərhal  rəhbərliyə  məlumat 

verməldir; 

3.2. İşçi, Cəmiyyətdə olan və ya baş verə biləcək korrupsiya hallarının qarşısının 

alınması üçün mümkün tədbirlər görməli və aidiyyəti şəxslərə (struktur bölmələrə) 

və ya “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verməlidir. 

3.3. Cəmiyyətin  daxili sənədlərinə uyğun olaraq öz vəzifə  funksiyalarını yerinə 

yetirməklə şəxslərə xidmət (xidmətlər) göstərən işçi, buna görə hər hansı haqq tələb 

edə biməz. 

3.4. Üzə çıxarılmış korrupsiya, dələduzluq faktları ilə və ya Cəmiyyətin “Qaynar 

xətt”  əlaqə  mərkəzinə  verilmiş  məlumatlarla və  ya yoxlama  zamanı üzə  çıxarılmış 

hallarla  bağlı  aidiyyəti  struktur  bölmə  tərəfindən  xidməti  araşdırmalar 

aparılmalıdır.  Aparılmış  xidməti  araşdırmaların  nəticələrinə  əsasən  qüvvədə  olan 

qanunvericiliyə və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tədbirlər görülür. 

3.5.  Cəmiyyət  üzrə  qarşı  tərəflər  və  partnyorlar  vəziyyətlərinin  sabitliyi  və 

müsbət işgüzar nüfuzunun olması baxımından yoxlanılır.

  

3.6. Əvvəllər hər hansı şəkildə korrupsiya və ya biznes etikası normalarına və ya 



hazırkı  Təlimatın  prinsip  və  tələblərinə  zidd  olan  digər  fəaliyyətdə  iştirak  etmiş 

fiziki şəxslərlə əmək münasibətlərinin qurulması ilə bağlı riski minimuma endirmək 

məqsədilə  Cəmiyyət  rəhbər  vəzifələrə  və  ya  qərarların  qəbul  edilməsi  ilə  bağlı 

vəzifələrə  işçiləri  qəbul  edərkən  namizədləri  Cəmiyyətin  daxili  sənədlərinin 

tələblərinə uyğun olaraq yoxlayır. 

3.7.  Cəmiyyət  hər  hansı  kommersiya  və  ya  rəqabət  üstünlüklərinin  alınması 

məqsədilə rəsmi şəxslərə və ya onların yaxın qohumları üçün və onların xeyrinə hər 

hansı xərclərin ödənilməsindən, o cümlədən onlara Cəmiyyətin hesabına maddi və 

ya qeyri-maddi faydanın (məsələn, nəqliyyat, yaşayış, yemək, əyləncə və s. xərclərin 

ödənilməsi formasında) verilməsindən imtina edir.  

3.8. Cəmiyyət mütəmadi olaraq: 

 



Korrupsiya  ilə  mübarizə  üzrə  nəzarətin  aktual  vəziyyətdə  saxlanılmasını, 

eləcə də onun etibarlılığının və effektivliyinin təmin edilməsi məqsədi ilə bu 




Təlimatın  tələblərinin  icra  vəziyyətinin,  tətbiq  olunmuş  korrupsiyaya  qarşı 

prosedurlara  riayət  edilməsinin  və  Cəmiyyətdə  korrupsiya  riskinin  həyata 

keçirilməsi hallarının olmamasının monitorinqini və nəzarətini həyata keçirir. 

 



Müntəzəm olaraq maliyyə-təsərrüfat fəaliyyətinin və daxili nəzarət sisteminin 

daxili və xarici auditinin aparılmasını təmin edir, tətbiq olunan korrupsiyaya 

qarşı  qanunvericiliyin  müddəalarına  və  Cəmiyyətin  korrupsiyaya  qarşı 

prinsip və tələblərinə, habelə korrupsiyaya qarşı mübarizəni tənzimləyən bu 

Təlimatın müddəalarına riayət edilməsi üzrə nəzarəti həyata keçirir. 

 



Korrupsiyaya  qarşı  tələblərin  pozulmasında  (o  cümlədən,  aparılmış  xidməti 

yoxlama nəticəsində üzə çıxarılmış) günahkar olan işçilərin məsuliyyətə cəlb 

edilməsi şərtlərini nəzərdən keçirməklə, zəruri olan tədbirləri görür. 

 



İmzalanması  nəzərdə  tutulan  müqavilələrin  Cəmiyyətin  daxili  sənədlərinin 

tələblərinə  uyğunluğu  və  vacib  şərtləri  əks  etdirməsi  baxımından  hüquqi 

ekspertizasının həyata keçirilməsini, eləcə də korrupsiyaya qarşı müddəaların 

müqavilələrə daxil edilməsini təmin edir. 



4.

 

İşgüzar hədiyyələrlə bağlı tələblər 

4.1. İşçi  xidməti  vəzifələrinin  qərəzsiz  icrasına  təsir  edə  bilən  və  ya  bu  cür  təsir 

təəssüratı  yaradan  və  ya  onun  vəzifələrinin  icrası  müqabilində  mükafat  qismində 

verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər 

üçün  tələb  və  ya  qəbul  edə  bilməz.  Bu  qayda  işgüzar  qonaqpərvərliklə  bağlı  və 

dəyəri  “Korrupsiyaya  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununda  nəzərdə  tutulmuş  məbləğdən  yuxarı  olmayan  hədiyyələrin,  eləcə  də  

imic  materiallarının  təqdim  olunduğu  hallara  şamil  edilmir.  İşçi  hədiyyənin  qəbul 

edilməsi  və  ya  qonaqpərvərlikdən  istifadə  ilə  bağlı  qərara  gələ  bilmədiyi  hallarda 

bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. 

4.2.  Cəmiyyətin  işçilərinə  üçüncü  şəxslərdən  onlara  və  ya  onların  yaxın 

qohumlarına  hədiyyələrin  verilməsini  və  ya  işgüzar  qonaqpərvərlik  əlamətlərinin 

göstərilməsini xahiş etmək, tələb etmək və ya buna məcbur etmək qadağan edilir.  

4.3. 


Cəmiyyət  hədiyyələrin  verilməsi  və  alınmasını,  işgüzar  qonaqpərvərlik 

əlamətlərinin  göstərilməsini,  hər  hansı  sövdələşmənin  nəticəsinə  və  ya  hədiyyəni 

alanın təmiz niyyətlə hədiyyə verənin xeyrinə qərar qəbul etməsinə təsir edə biləcək 

hallarda qadağan edir.    

4.4.  Hədiyyələrin  verilməsi  və  alınması,  işgüzar  qonaqpərvərlik  əlamətlərinin 

göstərilməsi  yalnız  aşağıdakı  tələblər  mütləq  yerinə  yetirildiyi  təqdirdə 

mümkündür: 



 

Tətbiq  edilən  qanunvericiliyə,  eləcə  də  Cəmiyyətin  daxili  sənədlərinin,  o 



cümlədən hazırkı Təlimatın prinsip və tələblərinə uyğun olmalıdır; 

 



Cəmiyyətin  işgüzar  fəaliyyəti  ilə  (məsələn,  layihə  və  ya  müqavilənin 

təqdimatı, icrası və tamamlanması) və ya rəsmi bayramlarla (məsələn Yeni il, 

Novruz Bayramı, Dənizçi günü və s.) bilavasitə bağlı olmalıdır;  

 



Hədiyyə  (qonaqpərvərlik  əlamətləri  və  s.)  alan  tərəf  Cəmiyyətin  işgüzar 

fəaliyyətinə  təsir  göstərəcək  qərarların  (məsələn,  sövdələşmə,  müqavilə, 

lisenziya  və  ya  icazə  alınması  və  s.)  qəbul  edilməsinə  birbaşa  və  ya  dolayı 

təsir  göstərməsini  və  ya  digər  qeyri-etik  və  ya  qanunsuz  məqsədləri 

güdməməlidir;   

 



Hədiyyə  (qonaqpərvərlik  əlamətləri  və  s.),  hədiyyəni  alan  şəxs  üçün  heç  bir 

öhdəlik yaratmamalıdır; 

 

Göstərilmiş  xidmət  və  ya  yerinə  yetirilmiş  iş  üçün  mükafatlandırma                      



(o cümlədən gizli) olmamalıdır; 

 



Əsaslandırılmış, məntiqli və konkret hadisəyə (səbəbə) mütənasib olmalıdır; 

 



Bahalı və zinət əşyası olmamalıdır; 

 



Nəğd  və  ya  qeyri-nəğd  pul  vəsaitləri,  qiymətli  kağızlar,  qiymətli  metallar, 

hədiyyə  sertifikatları  və  ya  digər  pul  ekvivalenti  formasında  hədiyyələrin 

verilməsi və alınmasına yol verilmir. 

 



Hədiyyələrin verilmə və alınma prosesi şəffaf olmalıdır; 

 



Həmin  hədiyyələr,  işgüzar  qonaqpərvərlik  əlamətlərinin  göstərilməsi 

haqqında  məlumat  açıqlanarsa  Cəmiyyətin,  onun  işçilərinin  və  ya  digər 

şəxslərin nüfuzu ilə bağlı risk yaratmamalıdır.  

4.5.


 

Yuxarıda  göstərilən  bütün  tələblər  Cəmiyyətin  işçiləri  tərəfindən  birbaşa 

eləcə də vasitəçilərlə hədiyyələrin həm alınması, həm də verilməsinə, habelə işgüzar 

qonaqpərvərlik əlamətlərinin göstərilməsinə tətbiq edilir. 

4.6.

 

Cəmiyyətin  rəsmi  iştirak  etdiyi  sərgilərdə,  açıq  prezentasiyalarda, 



forumlarda  və  digər  təmsilçi  və  marketinq  tədbirlərində  suvenir  məhsulları  və  ya 

qiyməti  yüksək  olmayan,  hədiyyə  verənin  simvolikası  və  ya  loqotipi  göstərilən 

məhsullar  formasında  hədiyyələrə  yol  verilir  və  onlar  imic  materialları  hesab 

olunur. 


4.7.  Rəsmi,  protokol  və  digər  tədbirlərdə  və  ya  görüşlərdə,  eləcə  də  öz  iş 

vəzifələrini  yerinə  yetirmək  məqsədilə  işgüzar  səyahətlərdə  üçüncü  şəxslər 

tərəfindən verilmiş hədiyyələr, imic materialları, eləcə də yemək məhsulları və aşağı 

qiymətli  hədiyyələr  istisna  olmaqla,  Cəmiyyətin  mülkiyyəti  hesab  olunurlar. 

Cəmiyyətin işçisi yuxarıda qeyd olunan hallarda aldığı hədiyyələrlə bağlı birbaşa öz 



rəhbərini  həmin  hədiyyə  haqqında  məlumatlandırmalı  və  müvafiq  struktur 

bölmənin rəhbərinə aldığı hədiyyəni təhvil verməlidir.   

4.8.  Cəmiyyətin  işçiləri  üçüncü  şəxslərdən  hədiyyə  kimi  aldıqları  imic 

materiallarını, qida məhsullarını və ya az dəyərli işgüzar hədiyyələri öz rəhbərliyini 

və Cəmiyyətin digər vəzifəli şəxslərini məlumatlandırmadan özündə saxlayırlar. 

4.9.  Cəmiyyət  hakimiyyət  orqanları,  rəsmi  və  digər  şəxslərin  xeyrinə 

“Rəsmiyyətlərin  sadələşdirilməsi  üçün  ödənişlər”in  həyata  keçirilməsinə  yol 

vermir.  

4.10.  Cəmiyyət  tərəfindən  öz  işçilərinə  verilən,  işçilərin  Cəmiyyətə,  eləcə  də 

Cəmiyyətin  işçilərinin  bir-birlərinə  verdikləri  hədiyyələr  işgüzar  hədiyyələr  hesab 

edilmir. 

4.11.  Cəmiyyətin  işçiləri  aldıqları  hədiyyələrin  və  ya  öz  hərəkətlərinin 

Cəmiyyətin daxili sənədlərinin və bu Təlimatın tələblərinə uyğun olub-olmamasına 

dair  tərəddüd  etdikdə,  aidiyyəti  struktur  bölməyə  məsləhət  üçün  müraciət  edə 

bilərlər.  

5. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət 

5.1.  Korrupsiya  ilə  əlaqədar  hüquqpozmalar  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. 

5.2.  Cəmiyyətin  korrupsiyaya  qarşı  tələblərini  pozmuş  işçilər  Azərbaycan 

Respublikasının  mövcud  qanunvericiliyi  və  Cəmiyyətin  daxili  sənədləri,  eləcə  də 

müvafiq  hallarda  beynəlxalq  qanunvericilik  və  normativ  hüquqi  aktlar,  habelə 

xarici  dövlətlərin  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  çərçivədə  və  əsaslarla  

pozuntunun  həcmi  və  formasından  asılı  olmayaraq  mütləq  məsuliyyətə  cəlb 

ediləcəklər. 

__________________________________________________________________________ 



 

 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə