Azərbaycanda etnoqrafiyanin müASİr vəZİYYƏTİ VƏ Əsas iNKİŞaf iSTİqaməTLƏRİ haqqinda



Yüklə 222,04 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü222,04 Kb.
#64800


“GEO strategiya”.-2014.-№ 5(23).-S.3-7. 

 

AZƏRBAYCANDA ETNOQRAFİYANIN MÜASİR VƏZİYYƏTİ 

VƏ ƏSAS İNKİŞAF İSTİQAMƏTLƏRİ HAQQINDA 

 

Əliağa Məmmədli 

Antropologiya üzrə elmlər doktoru AMEA Arxeologiya və Etnoqrafiya Institutunun şöbə müdiri 

 

Humanitar elmlər sırasında xüsusi yeri və rolu olan elmlərdən biri də etnoqrafiyadır. Bu elm sahəsindən bir az 



xəbəri  olanlar  bilirlər  ki,  ən  bəsit  tərifə  əsasən  bu  elm  xalqları,  onların  adət  və  ənənələrini,  mədəniyyətini  öyrənir. 

Lakin eyni zamanda qeyd etmək lazımdır ki, hazırda etnoqrafiya haqqında Azərbaycan cəmiyyətində, onun müxtəlif 

təbəqələrində kifayət qədər bilik yoxdur. Bəzən məşhur "Qafqaz  əsiri" komediyasındakı Şurikin düşdüyü vəziyyəti 

Azərbaycan etnoqrafları da yaşamalı olurlar. Xatırladım ki, о filındə Şurik mehmanxanada yer alarkən xidmətçinin 

"Ezamiyyətin  məqsədi?"  sualına  cavab  verir  ki,  "Etnoqrafik  ekspedisiya".  Xəbərdar  olduğunu  göstərmək  üçün 

xidmətçi qeyd edir, "Hə, neft axtarırsınız?". 

Belə bir vəziyyət sovet dövründə də mövcud idi, təəssüflər olsun ki, indi də davam edir. Hələ də etnoqrafiyanın 

arxeologiya,  epiqrafika,  numizmatika  kimi  tarix  elminin  yardımçı  fənləri  kimi  qəbulu  Azərbaycanın  ali 

məktəblərində,  Elmlər  Akademiyasında,  hətta  bu  mötəbər  qurumun  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunda  hökm 

sürür.  Belə  yanaşma  isə  müasir  etnoqrafiyanın  ictimai,  humanitar  elmlər  sistemində  rolunu  və  yerini əks  etdirmir. 

Son  illərdə  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  ölkədə  arxeologiyanın  inkişafı  üçün  böyük  vəsait 

ayrılmışdır  və  ayrılmaqda  davam  edir.  Bu  strateji  baxımdan  dəyərli  yanaşma  şübhəsiz  həm  elmi,  həm  də  siyasi 

baxımdan  çox  böyük  əhəmiyyətə  malikdir.  Lakin,  etnoqrafik  tədqiqatlar  ən  azı  arxeoloji  tədqiqatlar  qədər  vacib 

olduğu bir şəraitdə etnoqrafiyaya dövlət tərəfindən diqqət qənaətbəxş hesab oluna bilməz. 

Etnosların,  о  cümlədən  Azərbaycan  türklərinin  hərtərəfli  etnoqrafik  tədqiqinin  əsas  üsulları  ekspedisiyalar, 

ezamiyyətlər vasitəsilə araşdırmalar aparılması, çöl materiallarının toplanmasıdır. 

Bu  materiallar  olmadan  etnoqrafik  tədqiqatların  aparılması  qeyri-mümkündür.  Müxtəlif  ölkələrin  etnoloji 

mərkəzlərində  uzunmüddətli  ezamiyyətlər,  ekspedisiyalar  olmadan  ümumiyyətlə  araşdırma  aparmaq  qeyri- 

mümkündür.  Lakin,  müqayisə  etdikdə  Azərbaycanda  etnoqrafik  ekspedisiyalar  həm  sayma,  həm  də  aparılan 

tədqiqatların miqyasına görə arxeoloji ekspedisiyalardan çox geri qalır. 

Bəs,  etnoqrafiyanın  vacibliyi,  millət,  dövlət  üçün  əhəmiyyəti  nədən  ibarətdir?  Nə  üçün  bu  elm  sahəsinin 

inkişafına  xüsusi  diqqətin  zəruriliyi  ön  plana  çıxmalıdır?  Bu  baxımdan  etnoqrafiya  haqqında  əsaslandırılımış 

bilgilərin cəmiyyətə çatdırılmasını vacib və əhəmiyyətli hesab edirik. Belə ki, qloballaşma şəraitində sayından asılı 

olmayaraq hər bir xalqın mədəniyyətinin qorunub saxlanılması həm etnoqrafiya elminin, həm do hər bir dövlətin ən 

aktual vəzifələrindən birinə çevrilmişdir. Bundan əlavə Avropa və dünya əməkdaşlıq sisteminə qoşulan və polietnik 

əhali tərkibinə malik olan Azərbaycanın müstəqillik və demokratiya yolunda irəliləyə bilməsinin vacib şərtlərindən 

biri də ölkədə mövcud olan etnoslar arası qarşılıqlı əlaqələr sisteminin tədqiqi və dünyada təbliği vacib məsələlərdən 

biridir.  Sirr  deyil  ki,  Azərbaycanın 

[səh.  3-4]

  etnik  baxımdan  zəngin  olan  əhalisinin  formalaşması  uzun  müddətli 

tarixi dövrü əhatə edib və burada dərin inteqrasiya olunmuş Azərbaycan xalqı adı altında etno-mədəni birlik təşəkkül 

tapıb. Bundan başqa son illərin təcrübəsi göstərir ki, etnoslararası münasibətlərlə bağlı problemlər bir çox ölkələrin 

"baş  ağrısına"  çevrilmişdir.  Bütün  bunlar  etnik  problemlər  sahəsində  dövlət  siyasətinin  strateji  və  taktiki 

istiqamətlərinin işlənməsini zəruri edir. Bu isə öz növbəsində etnik problemlərlə birbaşa məşğul olan etnoqrafiyanın 

vacibliyini vurğulayır. 

Etnik  mədəniyyət  hər  bir  xalqın  təşəkkül  tarixini,  formalaşma  mərhələlərini  özündə  əks  etdirir.  Etnosun 

psixologiyasında,  davranış  qaydalarında,  qida  mədəniyyətində,  sənətkarlıq  nümunələrində  və  onların  hazırlanma 

üsullarında, yaşayış məkanının təşkil edilməsində, ənənəvi təsərrüfatının növlərində, ailə münasibətlərində və s. onun 

keçdiyi  tarixi  yol  əks  olunur.  Sadalanan  etnik  əlamətlər  isə  etnoqrafiyanın  əsas  tədqiqat  predmetləridir  ki,  onları 

araşdırmadan  xalqın  etnogenezini,  tarixini  dərindən  öyrənmək  qeyri-mümkündür.  Etnik  əlamətləri  tədqiq  etmədən 

xalqın, cəmiyyətin bugünkü həyatının müxtəlif sahələrini, о cümlədən siyasətdə, sosial sahədə, müasir mədəniyyətdə 

baş  verən  prosesləri  izah  etmək  çətindir.  Bunları  araşdırmadan  Azərbaycanın  inkışaf  perspektivlərini  düzgün 

müəyyən etmək olmaz. Qeyd olunanlar etnoqrafiyanın nə qədər strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiq 

edir. 



Yaranmış  vəziyyətdə  şübhəsiz  etnoqrafların  da  günahı  az  deyil.  Azərbaycanda  etnoqrafiyanın  inkişaf 

strategiyasının  olmaması  tədqiqat  mövzularının  sistemləşdirilməsi,  onların  aktuallıq  əsasında  sıralanmasına  demək 

olar  ki,  imkan  vermir.  Universitetlərdə,  xüsusilə  Bakı  Dövlət  Universitetində,  etnoqraflar  hazırlanmaması,  sovet 

dövründə  təcrübə  toplamaq  məqsədi  ilə  gənc  etnoqrafların  Moskva,  Sankt-Peterburq  və  başqa  elmi  mərkəzlərə 

uzunmüddətli  ezam  edilməsi  praktikasından  imtina  edilməsi  Azərbaycan  etnoqrafiyasının  kadr  potensialının 

zəifləməsinə səbəb olmuşdur. Uzun illər davam edən belə vəziyyət Azərbaycan etnoqrafiyasının faktiki tənəzzülünə 

gətirib  çıxarmışdır.  Şübhəsiz  burada  bizə  irad  tuta  bilərlər  ki,  bəs  son  illərdə  nəşr  olunan  monoqrafiyalar, 

fundamental  əsərlər  necə  olsun?  Bu  əsərləri  çox  yüksək  dəyərləndirərək  eyni  zamanda  qeyd  etməliyik  ki,  bunlar 

arasında  müasir  etnoloji  nəzəriyyələrə  əsaslanan,  təsvirçilikdən  daha  çox  təhlilə  üstünlük  verən,  müasir 

etnoqrafiyanın  problemlərini  araşdıran  tədqiqatlar  çox  azdır.  Bundan  əlavə  son  illərdə  etnoqrafiyaya  gələn  yeni 

kadrların elmi hazırlıq səviyyəsinin qənaətbəxş olmaması onlara verilən tədqiqat mövzularının darlığı Azərbaycanda 

bu elmin tənəzzülü haqqında qənaətə gəlməyə əsas verir. 

Müstəqillik  qazandıqdan  sonra  Azərbaycan  etnoqraflar  qarşısında  həm  nəzəri  plyuralizm  baxımından,  həm 

müxtəlif mövzuların seçimi baxımından, həm beynəlxalq elmi əlaqələrin genişlənməsi baxımından böyük imkanlar 

açılmışdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu imkanlardan yetərincə istifadə olunmur. Şübhəsiz Azərbaycan 

etnoqrafiyası zəngin və şərəfli tarixə malikdir. Bu tarixə ötəri bir nəzər saldıqda belə etnoqrafiya elminin müxtəlif 

sahələrində  mühüm  nailiyyətlər  əldə  olunduğu  göz  qabağındadır  [4].  Lakin,  bununla  yanaşı,  aydındır  ki,  sürətlə 

inkişaf  edən,  yeni-yeni  nəzəriyyələrdən  bəhrələnən,  başqa  elmlərlə  six  əlaqədə  olan  müasir  etnoqrafiya  yeniliklər 

tələb edir. 

Müasir  etnoqrafiyanın  vəzifələri  son  illərdə  alimlər  arasında  geniş  diskussiya  mövzusuna  çevrilmişdir  [2]. 

Prezident administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində 

baxış" [3] əsərində Arxeologiya və Etnoqrafiya İnstitutu qarşısında duran vəzifələr haqqında söz açaraq qeyd edir ki, 

"İnstitutun  fəaliyyətində  konseptual  yanaşmalar  tələb  olunur.  Son  dövr  nəsrlərində  isə  belə  yanaşmalar  müşahidə 

edilmir.  Ötən  illər  ərzində  etnologiya,  antropologiya  və  etnopsixologiyaya  dair  fundamental  tədqiqatlar 

aparılmamışdır.  Başlıca  səbəb  isə  təbii  ki,  bu  elm  sahəsinə  ölkədə  ciddi  marağın  olmamağı  və  eləcə  də  müvafiq 

ixtisaslı kadrların yoxluğudur". 

Xüsusilə etnoqrafiya elminin problemlərinə toxunaraq akademik Mehdiyev qeyd edir ki, Avropada, Rusiyada 

mədəni antropologiya, sosial antropologiya, etnologiya 

[səh. 4-5]

 sahələrində yeni-yeni əsərlərin nəşr olunduğu bir 

dövrdə "bizdə bu sahələrlə bağlı ciddi araşdırmalarla çoxları heç tanış da deyildir". Bu səbəbdən "Azərbaycanda da 

belə əsərlərə ehtiyac vardır", bunun üçün də "etnologiyanın, antropologiyanın klassiklərinin əsərləri ilə yaxından və 

diqqətlə tanış olmaq, onların ideyalarından milli problemlərin öyrənilməsində rasional tərzdə faydalanmaq lazımdır". 

Göründüyü kimi, Azərbaycan etnoqrafları qarşısında qoyulan vəzifələr siyasi və elmi baxımdan çox aktualdır. 

Və  bu  vəzifələri  yerinə  yetirmək  üçün  nə  etmək  lazımdır?  Ənənəvi  olan  ”Nə  etməli?"  sualına  biz  necə  cavab 

verməliyik? 

İlk  növbədə  əsas  məsələ  kimi  müasir  etnoqrafiyanın  başlıca  problemlərinin  nədən  ibarət  olmasını 

müəyyənləşdirmək  lazımdır.  Etiraf  etmək  lazımdır  ki,  bu  suala  cavab  hələ  də  diskussiyalar  mövzusudur.  Lakin 

intensiv  axtarışlar  bir  sıra  sualların  qoyuluşuna  əsas  verir  və  məhz  bu  suallarda  müasir  etnoqrafiyanın  aktual 

problemləri yığcam şəkildə təzahür olunur. Belə məsələlərdən bəzilərinə diqqət yetirək. 

Etnoloqlar qarşısında duran aktual məsələlərdən biri şübhəsiz müasir dünyanın etnik mənzərəsi və bunun ayrı-

ayrı  insanlar  və  ümumiyyətlə  etnik  toplumlar  tərəfindən  qavranmasıdır.  Sirr  deyil  ki,  insanların  ətraf  mühiti 

qavramasına  təsir  edən  amillərdən  biri  etnik  mənsubiyyətdir.  Bu  baxımdan  dünyada  gedən  proseslər  (mədəni, 

iqtisadi,  siyasi  və  s.)  müxtəlif  etnoslar  tərəfindən  müxtəlif  cür  dərk  edilir.  Və  bu  dərk  edilmədən  asılı  olaraq  qeyd 

olunan  dəyişikliklərə  uyğunlaşma  prosesi  baş  verir.  Bu  uyğunlaşmanın  qanunauyğunluqları  nədən  ibarətdir?  Qeyd 

olunan  müxtəliflik  nədən  ibarətdir,  azərbaycanlılar  tərəfindən  dünyanın  çoxçeşidli  etnik,  mədəni  mənzərəsinı 

qavramasında xüsusiyyətlər nədən ibarətdir kimi suallara cavabların axtarışları yəqin ki, Azərbaycan etnoqraflarının 

prioritet vəzifələrindən olmalıdır. 

Etnoqrafiya  qarşısında  duran  mühüm  suallardan  biri  də  insanların  təsəvvürlərində  onları  əhatə  edən  mühitin 

mənasını  müəyyənləşdirməkdir.  Hər  bir  etnos  onu  əhatə  edən  təbiət  obyektlərinə,  əşyalara  müxtəlif  mənalar  verir. 

Bəzən  eyni  əşyalar  ayrı-ayrı  etnoslar  üçün  müxtəlif  məna  daşıyır.  Bu  oxşarlıqların  və  fərqlərin  nədən  ibarət 

olmasının  müəyyənləşdirilməsi  ümumiyyətlə  etnosun  xüsusiyyətlərinin  aydınlaşdırılması  üçün  mühüm  əhəmiyyət 

kəsb  edir.  Bundan  başqa,  sürətlə  dəyişən,  qloballaşan  dünyada  bizi  əhatə  edən  hər  bir  əşyanın  mənası  dəyişir,  bu 



dəyişmələr etnoslararası münasibətlərə necə təsir edir və onların hansı istiqamətdə yönəlməsini şərtləndirir? Aydındır 

ki, qeyd olunan suala cavab axtarışı etnoqrafların qarşısında duran vəzifələrdəndir. 

Müasir etnoqrafiyada maraqlı və aktual suallardan biri də etnik ənənələrlə bağlıdır. Etnik ənənələrin çərçivələri 

qloballaşan dünyada nə dərəcədə çevikdir? Etnos üzvlərinin şüurunda hər bir şəraitdə dəyişməz qalanlar nədir, nədən 

imtina  olunur,  və  nələr  dəyişikliyə  məruz  qalır?  Etnik  mədəniyyətdə  belə  elementlər  var  ki,  onlar  bütün  etnik 

mədəniyyəti, xüsusilə intensiv ictimai proseslər şəraitində, möhkəmliyini təmin edir və s. 

Yuxanda təqdim olunan suallar müasir etnoqrafiyanın qarşısında duran sualların yalnız bir qismidir. Qeyd etmək 

lazımdır  ki,  bu  sualların  sayı  gündən-günə  artır.  Belə  olan  vəziyyətdə  etnoqrafiyanın  predmetinin 

dəqiqləşdirilməsinin aktuallığı daha da artır. 

XIX  əsrdən  formalaşıb inkişaf  edən etnoqrafiya  xalqın  həyat fəaliyyətində tarixən  formalaşan  xüsusiyyətlərini 

tədqiq  edir.  Elmi  ənənəyə  uyğun  olaraq  etnoqrafiya  xalqların  etnogenezini,  məskunlaşmanı,  maddi  mədəniyyətini, 

mərasim,  adət,  inamlarını,  qohumluq  sistemlərini,  sosial  və  siyasi  quruluşunu,  davranış  qaydalarını,  tərbiyə 

sistemlərini,  mədəni  cizgilərinin  dinamikasını,  psixoloji  xüsusiyyətlərini,  ətraf  mühitə  uyğunlaşma  sistemlərini, 

dəyərlərini,  başqa  xalqlarla  ünsiyyətin  xüsusiyyətlərini,  iqtisadi  davranışlarını,  ənənələrinin  formalaşmasını  və 

inkişafım,  demoqrafiyasını  və  b.  məsələləri  tədqiq  edir.  Şübhəsiz  bu  siyahını  davam  etdirmək  olar.  Lakin, 

sadalananlar  da  etnoqrafiyanın  predmet  sahəsinin  çox  geniş  olduğunu  təsdiq  edir.  Bu  sahəyə  azərbaycanlılarda  və 

ölkənin  başqa  etnoslarında  baş  verən  müasir  sosial  dəyişikliklərin  etnik  xüsusiyyətləri,  etnik  qruplarda  sosial 

yerdəyişmələrin  templəri,  miqrasiya  proseslərinin  etnomədəni  xüsusiyyətləri,  ailədaxili  münasibətlərin  etnik 

spesifikası,  sosial  qruplarda  müasir  və  ənənəvi  mədəniyyətin  qarşılıqlı  münasibəti,  siyasi  həyatda  və  sosial 

davranışda,  modemləşmə  proseslərində  ənənəviliyin  rolu,  mədəniyyətlər  arası  qarşılıqlı  təsir,  etnik  şüur,  avto  və 

geterostereotiplər,  etnosdaxili  həmrəylik,  etnik  maraqlar  və  etnoslararası  ünsiyyətə  qurulmamari,  tolerantlıq  və 

dözümsüzlük, millətçilik problemləri, etnoslararası münaqişələrin sosial və sosial- psixoloji əsaslan və s. daxildir. 

Bu tədqiqat istiqamətlərindən hər biri müasir Azərbaycan cəmiyyətinin formalaşma prosesində sosial-psixoloji 

və  tarixi-mədəni  xüsusiyyətlərin  aşkar  edilməsi  üçün  və  Azərbaycanın  sosial-iqtısadi  v.  ə  mədəni  inkişafı 

perspektivləri  konteksti  baxımından  həm  ‘  elmi,  həm  də  böyük  praktik  əhəmiyyətə  malikdir.  Belə  ki,  son  illərin 

tədqiqatları  belə  bir  qənaət  üçün  əsas  yaradır  ki,  hər  bir  xalqın  keçdiyi  tarixi  yol  müəyyən  sosiomədəni  sistemlə, 

etnik  psixologiya  ilə,  tarix  boyu  dayanıqlı  dəyərlər  sistemi  ilə  əlaqədardır.  Hər  bir  xalqın  təcrübəsi  bu  xalqın 

təkrarolunmaz tarixi simasının fərdi cizgilərini formalaşdırır. 

Müstəqillik qazandıqdan sonra Azərbaycanın da qarşısında inkişaf yollarının seçimi məsələsi durur. Bu şəraitdə 

müasir Azərbaycan etnosunun sosiomədəni və psixoloji səciyyələrinin tədqiqinin nəticələri əsasında ictimai inkişaf 

modellərinin işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan göstəricilərin zəif öyrənilməsi çox zaman 

Azərbaycan etnosuna aid arqumentsiz və sübutsuz sosial-etnik səciyyələrin meydana gəlməsini şərtləndirir və bu da 

öz növbəsində spekulyativ sosial eksperimentlərin təşkili üçün zəmin yaradır. Şübhəsiz, belə olan şəraitdə etnoqrafik 

tədqiqatlara sosial sifariş artmalıdır və fənnin 

[səh. 5-6]

 institusional təşkili və tədqiqat istiqamətləri indikindən xeyli 

genişlənməlidir. 

Müxtəlif xalqların etnomədəni xüsusiyyətlərinin tədqiqi göstərir ki, onların bir çox nailiyyətləri, xüsusilə sosial-

iqtisadi  inkişafda,  informasiya  texnologiyalarının  mənimsənilməsində,  həyat  fəaliyyətinin  təşkilinin  müasir 

formalarının və vasitələrinin xalqın sosiomədəni və etnopsixoloji xüsusiyyətlərinə uyğunluğu ilə müəyyənləşir. Bu 

kontekstdə "Azərbaycanlıların ənənəvi dəyərlər sistemində əmək fəaliyyəti anlayışı", "Ənənəvi və müasir tərbiyə və 

təhsil  sistemi  və  onların  Azərbaycan  mentalitetində  yeri",  "Azərbaycanlıların  həyat  fəaliyyətində  şəxslər  arası 

münasibətlər sistemi" və s. kimi tədqiqat mövzularının işlənilməsi xüsusilə aktualdır. 

Müasir  etnoqrafik  tədqiqatlar  əhalinin  müxtəlif  yaş  və  sosial  qruplarında  davranış  qaydalarının  və  ünsiyyət 

formalarının dəyişməsini izləməyə və təhlil etməyə imkan yaradır. Beta ki, son illərdə sosiomədəni və siyasi-iqtisadi 

amillərin təsiri altında gənclərin, orta və yaşlı nəslin ənənəvi davranışında belə dəyişikliklər baş vermişdir ki, onlar 

sosionormativ mədəniyyətin dayanıqlı elementlərlə münaqişəyə girirlər. 

Perspektivdə Azərbaycanda etnoqrafik tədqiqatlara cəlb olunmuş mövzuların əhatə dairəsi həm elmi baxımdan, 

həm də  ki, ölkə inkişafının sosiomədəni, siyasi və iqtisadi konseptual  əsaslarının işlənib hazırlanması kontekstində 

genişlənməlidir. Bu mövzular arasında etnos və dövlətin qarşılıqlı təsiri probleminin tədqiqi də böyük maraq kəsb 

edir.  Bəzi  alimlər  hətta  etnosla  siyasi  sistemin  qarşılıqlı  münasibətlərini  müstəqil  tədqiqat  sahəsi  -  siyasi 

etnososiologiya  kimi  fərqləndirməyi  təklif  edirlər  [5,  23].  Siyasi  mədəniyyətin  sosial-siyasi  qaydaları,  siyasi 

dəyərləri,  hakimiyyətə  yiyələnməyin  yolları  haqqında  təsəvvürlər,  siyasi  davranış  kimi  mühüm  elementləri  bir  çox 

hallarda mədəni irslə müəyyənləşir. 




Belə tədqiqatların predmeti kimi azərbaycanlıların hakimiyyət haqqında ənənəvi təsəvvürləri, insanlar arasında 

hakimiyyətlə bağlı münasibətlər. avtoritarizmin və demokratiyanın etnik xüsusiyyətləri, azərbaycanlıların ənənəvi və 

müasir təsəvvüründə yerli özünüidarəetmə çıxış edə bilər. 

Etnoqrafik tədqiqatların obyekti kimi Azərbaycanın son onilliklərdə rastlaşdığı problemlər də durmalıdır. Belə 

ki,  erməni  təcavüzü  nəticəsində  öz  doğma  yurdlarından  didərgin  düşmüş  minlərlə  qaçqın  və  məcburi  köçkünlərin 

etnomədəni adaptasiya məsələsi aktual problemlərdən biridir. Təbii-iqlim, siyasi, iqtisadi və b. amillərin təsiri altında 

qaçqın və məcburi köçkünlər ənənəvi təsərrüfat vərdişlərini, ənənəvi dünya qavramasını, şəxslərarası və qruplararası 

ünsiyyət formalarını yeni yaşayış mühitin uyğunlaşdırmalıdırlar. 

Etnoqrafik  tədqiqatların  əsas  istiqamətlərindən  biri  də  Azərbaycanda  müasir  etnik  proseslər,  etnik  qrupların 

öyrənilməsi ilə bağlıdır. Bu sahədə bir neçə istiqamətdə iş aparılmalıdır. Müasir etnoqrafik üsullarla müasir dövrün, 

şəhərlərin  etnososial  durumu,  müasir  etnoslararası  münasibətlər,  etnik  qrupların  etnomədəni  inkişafı,  etnoslararası 

münasibətlərin  perspektivləri  ilə  bağlı  tədqiqatlar  aparılmalıdır.  Bu  baxımdan,  milli  azlıqların  kompakt  yaşadığı 

bölgələrə  ekspedisiyaların  təşkil  olunmasına  ehtiyac  var.  Belə  ki,  materialların,  informasiyaların  toplanması  daimi 

xarakter  almalıdır.  Müasir  həyat  çox  dinamik  templə  davam  edir.  Proseslər  çox  sürətlə  gedir.  Etnoslararası 

münasibətlərdə,  etnik  mədəniyyətin  inkişafında,  etnososial  proseslərdə  baş  verənləri  mütləq  izləmək,  araşdırmaq 

lazımdır. Bu sahədə idarəetmə orqanlarına, ictimai təşkilatlara məhz peşəkar-etnoqraflar tərəfindən verilən tövsiyələr 

çox önəmlidir. Belə yanaşma, qeyd olunan sahədə yaranan müəyyən problemlərin aradan qaldırılmasına çox böyük 

kömək edə bilər. 

Hazırda etnoqrafik araşdırmalar yalnız ölkə daxilində məhdudlaşdırılır. Amma etnoqraflar araşdırmaların daha 

geniş  ərazilərdə  aparılmasına  ehtiyac  olduğunu  düşünürlər.  Azərbaycan  türklərinin  böyük  hissəsinin  İranda 

yaşadığını, Şərqi Anadoluda xeyli azərbaycanlıların olduğunu, Şimali İraqda İraq türkmənləri kimi tanınan, amma 

faktiki olaraq Azərbaycan türklərinin yaşadığı məlumdur. Həmin ərazilərdə də tədqiqatlar aparmaq zərurəti var. 

Etnoqrafik  tədqiqatlar  sahəsində  ən  böyük  və  ağrılı  problemlərdən  biri  də  kadr  çatışmazlığı  məsələsidir. 

Etnoqrafiyanın peşəkar cəhətdən tədrisi həblik Azərbaycan universitetlərində istənilən səviyyədə deyil. Çox təəssüf 

ki, akademiyaya bu sahədə tədqiqat aparmaq arzusu ilə gələn gənclər əsaslı biliklərə malik olmurlar və sözsüz ki, bu 

insanlar elmi əsər yazmaq əvəzinə 1-2 il elmin əsaslarını öyrənməli olurlar. İkincisi doktoranturada, dissertanturada 

tədqiqat işlərini aparan və müəyyən dərəcədə ümidlər verən tədqiqatçılar təəssüf ki, sonradan çox zaman başqa, daha 

gəlirli yerlərə işləməyə gedirlər. 

Azərbaycan etnoqrafiyasının problemlərinə, keçdiyi şərəfli yola, bu gün rastlaşdığı çətinliklərə nəzər saldıqdan 

sonra  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  bu  elmin  inkişafı  üçün  təcili  tədbirlər  görmək  lazımdır.  Belə  olmasa  yaxın 

zamanlarda  Azərbaycanda  etnoqrafiyanın  mövcud  olması  sual  altında  olacaq.  Bu  tədbirlər,  zənnimizcə,  bir  neçə 

istiqamətdə həyata keçirilməlidir. 

Uzun  illər  etnoqrafiyanın arxeologiya  ilə  birlikdə  bir elmi  təşkilatda  olması  obyektiv  səbəblərdən  irəli  gəlirdi. 

Azərbaycanda,  Sovet  İttifaqının  başqa  müttəfiq  respublikalarında  olduğu  kimi,  keçən  əsrin  20-30-cu  illərində  elmi 

müəssisələr qurularkən yaxın, "qohum" olan elmi fənləri bir təşkilatda birləşdirilməsi müxtəlif səbəblərdən zəruri idi. 

Bu  səbəblər  arasında  kadrların  azlığı,  elmi  fənlərin  predmetlərinin  tam  müəyyənləşdirilməməsi,  zəruri  vəsaitin 

çatışmamağı  və  s.  Lakin  sonralar  bu  səbəblərdən  bir  çoxunun  aradan  qalxmasına  baxmayaraq  etnoqrafiya 

arxeologiya ilə bir qurumda qalmaqda davam edirdi. Belə bir vəziyyətin qalmasının səbəblərindən biri və ola bilsin 

əsası ondan ibarət idi | ki, etnoqrafiya arxeologiya və bəzi başqa fənlər kimi tarix elmlərinə daxil edilirdi. Və hətta 

köməkçi bir vasitə kimi təqdim olunurdu. Bu isə etnoqrafiyanın ikinci dərəcəli bir fənn kimi elmi ictimaiyyət, 

[səh. 

6-7] 


dövlət  və  ümumiyyətlə  cəmiyyət  tərəfindən  qəbul  olunmasına  səbəb  olmuşdur.  Etnoqrafiyanın  ictimai  və 

humanitar elmlər sistemində yerinə və roluna nəzər saldıqda isə belə baxışın tamamilə yanlış olduğu üzə çıxır. 

İlk  növbədə  qeyd  etmək  lazımdır  ki,  arxeologiya  keçmişdə  insan  fəaliyyətinin maddi  qalıqları  əsasında  tarixi 

öyrənən bir elmdir [7, 8]. Şübhəsiz əksər alimlər tərəfindən qəbul olunmuş bu cür tərif arxeologiyanı tarixi öyrənmək 

üçün bir vacib vasitə kimi təqdim edir. Təsadüfi deyil ki, elmlərin təsnifatında arxeologiya tarix elmləri bölməsinə 

daxil  edilir  [1].  Arxeologiyadan  fərqli  olaraq  etnoqrafiya  qısa  olaraq  sosial  birlik  olan  etnosları,  onların  bir  sosial 

varlıq  kimi  təşəkkülünü,  onların  özünə  məxsus  mədəniyyətlərini,  davranış  qaydalarının,  ünsiyyət  formalarını  və  s. 

öyrənir [6, 5]. Məhz bu səbəbdən müasir elmdə hökm sürən əsas yanaşmalara görə etnoqrafiya antropoloji elmlərə 

aid edilir və onun predmeti etnosların sadəcə tarixindən daha genişdir [1]. 

Etnoqrafiya  ilə  arxeologiya  arasında  fərqlərə  tezis  formasında  olsa  da  diqqəti  cəlb  etməyimizin  məqsədi  bu 

elmlərin predmetlərinin, araşdırma üsullarının, metodoloji əsaslarının fərqli olmasını vurğulamaqdır. Belə olan halda 

etnoqrafiyanın və arxeologiyanın bir elm kimi təşkil olunmaları. elmi institutların strukturlarının formalaşdırılması 




da müvafiq formada fərqli olmalıdır. Hal-hazırda bu iki elmi fənnin bir təşkilatda cəmləşdirilməsi, zənnimizcə, həm 

etnoqrafiyanın, həm arxeologiyanın müasir tələblərlə inkişafına maneələr törədir. 

Belə olan halda ilk növbədə etnoqrafiyanın təşkilatlanması, yəni Elmlər Akademiyasının nəzdində müstəqil bir 

qurumun  yaradılması  haqqında  düşünməliyik.  Bununla  yanaşı  etnoqrafiyanın  müasir  tələblərə  uyğun  Azərbaycan 

üçün  strategiyasını  işləyib  hazırlamalıyıq.  Qəti  surətdə  universitetlərdə,  xüsusilə  Bakı  Dövlət  Universitetində, 

etnoqrafiyanın  tədrisinə  diqqəti  artırmaq  lazımdır.  Sovet  dövründə  uğurla  tətbiq  olunan  oxumaq  və  ya  ixtisas 

artırmaq  üçün  xarici  universitetlərə  və  elmi  mərkəzlərə  gənc,  istedadlı  kadrların  göndərilməsi  təcrübəsini  bərpa 

etməyə  böyük  ehtiyac  var.  Dövlətin  dəstəyi  ilə  xarici  dillərdən  etnoqrafiya  üzrə  klassik  ədəbiyyatı,  fundamental 

nəzəri  əsərləri,  ali  məktəblər  üçün  dərslikləri  Azərbaycan  dilinə  tərcüməsinin  təşkili  vacib  məsələlərdən  biridir. 

Şübhəsiz təcili təkliflər siyahısını artırmaq da olar, lakin bir məsələni nəzərdə saxlamaq lazımdır ki, etnoqrafiyanın 

problemlərini bu gün həll etməyə başlamasaq, sabah artıq bu sahədəki problemlərimiz dəfələrlə artacaq. 

 

QEYDLƏR 



1.

 

"Ali  təhsilin  doktorantura  səviyyəsi  üzrə  ixtisasların  Təsnifatının  təsdiq  edilməsi  haqqında  Azərbaycan 



Respublikası Nazirlər Kabinetinin 15 mart2012-ci il tarixli, 65 nömrəli qərarı - 

http://edu.gov.az/Lipload/file/

 əmr-

no641-23.04.12.pdf 



2.

 

Kərimov  E.Ə.  XXI  əsr  və  Azərbaycan  etnoqrafiyasının  bəzi  problemləri//"Respublika"  qəzeti,  19  yanvar  2000; 



Kərimov E.Ə. Azərbaycan etnoqrafiyasının dünəni, bu günü və sabahı//" Azərbaycan qəzeti, 4 aprel 2010 

3.

 



Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Bakı, 2010 

4.

 



Мамедли  А.Э.  Советская  действительность  в  этнографических  исследованиях  азербайджанских  ученых// 

Etnoqrafiyadan etnologiyaya doğru: Azərbaycanda müasir etnoloji araşdırmalar. Məqalələr toplusu. Bakı, 2013 

5.

 

Тишков  B.A.,  Шабаев  Ю.П.  Этнополитология:  политические  функции  этничности:  Учебник  для  вузов. 



Москва, 2011. 

6.

 



Этнология. Учебник для ВУЗов. Москва, 1994. 

7.

 



Янин В. Л. Археология. Учебник для ВУЗов. Москва, 2006. 

 

Açar sözlər: elm, etnoqrafiya, etnos, mədəniyyət, perspektivlər  



Ключевые слова: наука, этнография, этнос, культура, перспективы  

Key words: science, ethnography, ethnos, culture, perspectives 

 

А.Э. Мамедли 



Современное положение и основные направления развития этнографии в Азербайджане 

В  ряду  гуманитарных  научных  дисциплин  особое  место  занимает  этнография.  Наиболее  простое  и  широко 

распространенное  определение  предмета  этой  науки  заключается  в  том,  что  она  изучает  специфические  особенности 

народов,  их  традиций,  обычаев  и  в  целом  культуры.  Однако  с  сожалением  следует  констатировать,  что  в 

азербайджанском  обществе  представления  об  этнографии  носят  достаточно  поверхностный  характер.  Перспективы 

этнографических  исследований  в  Азербайджане  во  многом  обусловлены  процессами  социально-экономического  и 

культурного  развития  страны  и  ролью  в  нем  этнических  особенностей  современного  азербайджанского  общества. 

Возможно,  одним  из  необходимых  условий  развития  этнографии  в  Азербайджане  должно  стать  решение  вопроса  о 

создании отдельного академического института. 

 

A.E. Mammadli  



Modem state and key directions of development of ethnography in Azerbaijan 

Ethnography occupies a particular place among humanitarian scientific disciplines. The simplest, widest spread definition 

of  the  subject  of  this  science  is  that  it  deals  with  specific  peculiarities  of  nations,  their  traditions,  customs  and  culture  on  the 

whole. However, it has to be stated with regret that the notions of ethnography in the Azerbaijani society are rather superficial. 

Perspectives  of  ethnographic  research  works  in  Azerbaijan  are  caused,  to  a  significant  extent,  by  processes  of  the  country’s 

socioeconomic and cultural development and the role of ethnical peculiarities of modem Azerbaijani society in it. Probably, one 

of  the  necessary  conditions  of  development  of  ethnography  in  Azerbaijan  should  become  settlement  of  the  matter  on 

establishment of a separate academic institute. 



[səh. 7]

 

Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə