Azərbaycanda feodal döVLƏTLƏRİ plan 1



Yüklə 266,75 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü266,75 Kb.
#67941


AZƏRBAYCANDA FEODAL DÖVLƏTLƏRİ 

PLAN 

1.

 

Ərəb xilafətinin zəifləməsindən yaranan dövlətlər. 

2.

 

Şirvanşahlar dövləti. 

3.

 

Şirvanşahlar dövləti  XII-XIII yüzilliyin başlanğıcında 

4.

 

Şirvanşah III Fəriburzun və Şirvanşah I İbrahimin 

siyasətləri 

5.

 

Əlincə qala müdafiəsi 

6.

 

Sacilər dövləti. 

7.

 

Sacilər dövlətinin süqutu. 

8.

 

Sacilər dövlətinin yaranmasının tarixi əhəmiyyəti. 

9.

 

Salarilər dövləti. 

10.

 

Salarilər dövlətinin Azərbaycan tarixində yeri. 

11.

 

Şəddadilər dövləti. 

12.

 

Şəddadilər və oğuzlar. 

13.

 

Şəddadilər və Səlcuqlar. 

14.

 

Rəvvadilər dövləti. 

 

 

 



 

 

 



 

 

 



 

 



  IX əsrdə azadlıq müharibələrinin genişlənməsi səbəbindən Xilafət  getdikcə  

zəiflədi.Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra 

müstəqil  feodal dövlətləri meydana gəldi.Belə bir şəraitdə xilafətin işğal etdiyi 

ölkələrdə yerli hökmdarlıqlar əmələ gəldi və onlar xilafətə tabe olmaqdan boyun 

qaçırdılar. 

  Babək üsyanı yatirildiqdan sonra ,IX-XI əsrlərdə  Azərbaycanda  yaranmaqda 

olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir. Belə dövlətlər sayca 

çox idilər . Onlardan  daha nüfuzluları Şirvanşahlar,Şeddadilər,Sacilər,Salarilər və 

Rəvvadilər idi.

 

Şirvanşahlar dövləti 

Şirvanşahlar dövlətinin qurucusu  Məzyədilər sülaləsi hesab olunur. ərəb mənşəli Məzyədilər 

Rəbiə tayfasının Şeybanilər nəslinə mənsub idilər. Məzyədilər sülaləsinin görkəmli nümayəndəsi 

Yezid İbn Məzyəd Abbasilər dövründə Cənubi Qafqazın vı Şirvanın hakimi olmuşdu. Abbasilər 

xilafətinin zəifləməsindən istifadə edən Yezid İbn Məzyəd paytaxtı Bərdə olan yarımmüstəqil 

əmirlik qurdu. O, Aran, Şirvan, Dərbənd və Ermənistan ərazilərinin də idarə edilməsini də öz 

əlinə aldı. Yezid İbn Məzyədin varisləri dövründə Məzyədilər öz müstəqilliklərini daha da 

qüvvətləndirirlər. 801 – ci ildə Yezid ibn Məzyədin ölümündən sonra varisləri Xalid

Məhəmməd və Əsəd Cənubi Qafqazın hakiminə çevrildilər. Məzyədilər sülaləsinə mənsub 

Məhəmməd ibn Məzyəd

 



859 – cu ildə Gəncəni bərpa edərək Məzyədilərin mərkəzini bura köçürdü. 

 



Məzyədilərin müstəqilliyini artırdı. 

 



Məzyədilərin Azərbaycanda daha da möhkəmlənməsinə şərait yaratdı. 

Heysam ibn Xalidin dövründə Məzyədilər daha damüstəqilləşdilər. O, 861 – ci ildə 

şirvanşşah titulunu qəbul edərək Şirvanın mmüstəqilliyini elan etdi. 

Səlcuq  türklərinin  hakimiyyəti  dövründə  də  Azərbaycanın  dövlətçilik  ənənələri  aradan 

qalxmadı. Azərbaycanın quzeyində Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah I Fəriburz 

(1063-1096)  səlcuq  sultanlarına  tabe  olsa  da,  Şirvanşahların  hakimiyyətinə  tamamilə  son 

qoyulmamışdı. Böyük Səlcuq hökmdarı Məlikşahın hakimiyyətinin sonuna yaxın Şirvan-şahlar 

yenidən  qüvvətlənməyə  başlamışdılar.  Bu  zaman  I  Fəriburz,  daha  sonra  isə  onun  oğulları  II 



Mənuçöhr və Afridun ölkəni müstəqil idarə edirdilər. 

Səlcuq  türklərinə  qarşı  mübarizədə  gürcü  çarları  Şirvanşahlara  yaxınlaşmağa  çalışırdılar. 

Gürcü çarı Qurucu IV David (1089-1125) bu məqsədlə qızı Tamarı Şirvanşah I Afridunun oğlu 

III  Mənuçöhrə  vermişdi  (1111).  Şirvanşahlarla  qohumluğun  digər  bir  səbəbi  də  gürcü 

taqavorlarının  Azərbaycanın  qərb  torpaqlarını  ələ  keçirmək  istəyi  ilə  bağlı  idi.  Geniş  xarici 

siyasət  planlarına  malik  olan  gürcü  çarı  başqa  bir  qızını  Bizans  imperatoru  Aleksey  Komninin 



oğluna ərə vermişdi. Çar Davidin özü isə Səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə 

Qıpçaq türklərinin hökmdarı Atrakın qızına evlənmişdi. O, səlcuq türklərinə qarşı qoymaq üçün 

Qafqazın şimalında Gürcüstana 45 min ailə və ya 225 min Qıpçaq türk döyüşçüsü köçürmüşdü. 

Bütün bundan başqa Bizans imperiyasının vasitəçiliyi ilə, səlcuq türklərinə qarşı Qərbi Avropa 

səlibçiləri ilə də əlaqə  yaranmışdı. Bu olduqca məkrli bir siyasət idi: gürcü və erməni qoşunları 

Bizans  imperiyasına,  həmçinin  Qərbi  Avropa  səlibçilərinə  arxalanaraq  türk-müsəlman  əhalisini 

Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. 

Bununla  belə,  ehtiyatlı  siyasət  yeridən  Şirvanşahlar  daha  qüdrətli  rəqib  olan  səlcuq  türkləri  ilə 

münasibətləri pozmamağı üstün tutdular. Belə olduqda öz qoşunlarını Qıpçaq - türk döyüşçüləri 

hesabına  gücləndirmiş  gürcü  çarı,  Şirvanşahların  səlcuq  türkləri  əleyhinə  onunla  ittifaqa 

girmədiyini bəhanə edərək Azərbaycanın qərb torpaqlarını işğal etməyə başladı. 1117-ci ildə IV 

Davidin  oğlu  Demetre  Şirvana  hücum  etdi.  O,  Şirvan  qoşunlarını  məğlubiyyətə  uğradıb  çoxlu 

qənimət və əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə isə IV Davidin özü qüvvətli ordu ilə iki dəfə 

Şirvana basqın  etdi. Şirvanşah qoşunları  yenə də məğlubiyyətə uğradı.  Gürcü çarı  Qəbələni və 

ətraf yerləri talan edərək çoxlu qənimət, qızıl-gümüş ələ keçirib geri qayıtdı. IV David 1121-ci 

ildə  Tiflis  yaxınlığında  Didqori  vuruşmasında  daha  mühüm  qələbə  qazandı.  Gürcülər,  Qıpçaq 

türkləri,  osetinlər  və  Qərbi  Avropa  səlibçilərinin  birləşmiş  qüvvələri  səlcuq  qoşunlarına  qalib 

gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi aradan qaldırıldı. Tiflis gürcülərin əlinə keçdi. 

Gürcüstanın  qüvvətlənməsi  Şirvanşahların  mövqeyinə  təsir  göstərdi.  Şirvanşah  III 

Mənuçöhrün  (1120-1160)  zamanında  Şirvan-Gürcüstan  münasibət-lərində  dönüş  yarandı.  Bu 

dövrdə  Şirvan-Gürcüstan  əlaqələrinin  yaxşılaşmasında  Böyük  Səlcuqlu  imperatorluğunun 

zəifləməsi  ilə  yanaşı    III  Mənuçöhrün  arvadı  Tamar  və  onun  gürcü  əhatəsi  də  mühüm  rol 

oynamışdı.  Gürcü  çarı  ilə  birliyə  bel  bağlayan  və  onun  Azərbaycanla  əlaqədar  siyasətinin 

mahiyyətini düzgün qiymətləndirməyən III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini 

pozaraq  səlcuq  türklərindən  üz  dön-dərdi.  Nəticədə  Şirvanşahlar  dövləti  Böyük  Səlcuqlu 

imperatorluğuna  40.000  dinar  məbləğində  illik  bacı  verməkdən  imtina  etdi.  Buna  cavab  olaraq 

1123-cü  ildə  səlcuq  sultanı  Şirvana  hücum  etdi.  Lakin  Şirvanşahın,  IV  Davidin  və  Qıpçaq 

türklərinin  birləşmiş  qüvvələrinə  qalib  gələ  bilməyən  Sultan,  çox  keçmədən  Azərbaycanı  tərk 

etdi. 

Səlcuq qoşunlarının geri çəkilməsi və Şirvanşahlarla Böyük Səlcuq imperatorluğu arasında 



münasibətlərin  pozulması  Azərbaycan  üçün  ağır  nəticələr  verdi.  Qərbi  Azərbaycan  və  Şirvan 

torpaqlarını  işğal  etmək  üçün  fürsət  gözləyən  gürcü  çarından  ötrü  əlverişli  şərait  yarandı.  IV 

David Şir-van torpaqlarını bütünlüklə Gürcüstana qatmaq qərarına gəldi və 1123-1124-cü illərdə 

dəfələrlə Azərbaycana yürüş etdi. Gülüstan və Buğurd qalalarını, Şamaxını ələ keçirdi. Mühüm 

şəhərlərdə və qalalarda güclü qarnizonlar qoyub geri döndü. Lakin gürcü qarnizonları Şirvanda 

beş ay-dan artıq qala bilmədilər. IV Davidin ölümündən (1125) sonra onlar Şirvanı tərk etməyə 

məcbur oldular. Gürcü çarının Şirvanı işğal etmək planı baş  tutmadı. Şirvanşahlar taxtı  yenidən 

III Mənuçöhrün əlinə keçdi. 

III Mənuçöhr və I Demetrenin (1125-1155) hakimiyyəti illərində Şirvan-şahlarla Gürcüstan 

arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30 - 60-cı illərində Şirvanşahlar dövləti özünün 

güclənmə  çağını  yaşayırdı.  Azərbaycan  Şirvanşahlar  dövləti  bütün  Güney  Qafkazda  qüdrətli 

siyasi amilə çevrilmişdi. 



 

 

Yüklə 266,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə