Azərbaycanda feodal münasibətlərinin yaranması III-V əsrlərdə



Yüklə 63,89 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü63,89 Kb.
#7333


Azərbaycanda feodal münasibətlərinin yaranması 

III-V  əsrlərdə  -  Azərbaycanda  feodalizm  münasibətləri  meydana  gəldi.  Azərbaycanda  feodal 

münasibətlərinin  yaranması    məhsuldar  qüvvələrin    inkişafının  nəticəsi    idi.  Azərbaycanın  həm  şimal,  həm  də 

cənub 

ərazilərində 



feodal 

münasibətlər 

oxşar 

şəkildə 


yaranırdı.  

Azərbaycanda feodalizm münasibətlərinin iqtisadi və sosial əlamətləri hələ quldarlıq dövründə  meydana gəlmişdi. 

Dəmirdən hazırlanan əmək alətləri əkinçilik və sənətkarlıqda əmək məhsuldarlığının artmasına səbəb olmuşdu. Əkin 

sahələri genişləndirilmişdi. Müxtəlif sənət növləri yaranıb, inkişaf etmişdi.  



III-V əsrlərdə Azərbaycanda tədricən torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. Belə ki, dövlət 

torpaqları  xidmət müqabilində hərbçilərə, dövlət işçilərinə paylanır və bəzən  xüsusi xidməti olan şəxslərə hədiyyə 

verilirdi.  Xüsusi  xidmət  adamlarına  paylanmış  belə  torpaqlar 

mülk,  həmin    torpaq  (mülk)  sahibi  mülkədar,  yəni  feodal  

adlanırdı.  Çox  hallarda  həmin  adamlara    mülklə  birlikdə  onu 

becərən  kəndlilər  (əkinçilər)  də  hədiyyə  verilirdi.  Feodalizm 

cəmiyyəti adı buradan yaranmışdırHəmin kəndlilər feodaldan 

asılı olurdular.  

 

 



 

Feodal münasibətlərinin inkişafı 

VI 

əsrin 

əvvəllərində 

Azərbaycanda 

feodal 

münasibətləri  inkişaf  edirdi.  Kənd  icmalarının  torpaqları  feodalların  əlinə  keçirdi.  Əkilib  becərilməsi  çətinlik 



törədən  torpaqlar  isə  sahibsiz  qalırdı.  Torpaqsız  qalan  icma  üzvləri  asılı  kəndlilərə  çevrilirdilər.  V—VII  əsrlərdə 

Albaniya və Atropatenada feodal münasibətləri eyni cür inkişaf edirdi. 

 

Əhalinin sosial təbəqələri 

Erəkən  Orta  srlərdə  Azərbaycanda  əhali  müxtəlif  sosial 



təbəqələrə bölünürdü: 

 



Birnic təbəqə - kahinlər. 

 



İkinci təbəqə - döyüşçülər. 

 



Üçüncü təbəqə - mirzələr. 

 



Dördüncü təbəqə -vergi verənlər. 

Vergi verənlər  təbəqəsinə - kəndlilər, sənətkar   tacirlər daxil 

idi. Onlar can vergisi (gezit) və torpaq vergisi (xaraq) verirdilər.  

Feodalizm  dövründə  cəmiyyətin  əsas  sinifləri  kəndlilər    feodallar  idi.  Kəndlilərlə  yanaşı  sənətkar   



tacirlər  də  vergi  verənlər    təbəqəsinə    daxil  idi.  Kahinlər,  hərbçilər,  mirzələr  isə  cəmiyyətin  hakim  təbəqəsi 

sayılırdı. Zərdüştlük dininin hakim mövqe tutması kahinlərin də varlanmasına səbəb olmuşdu.  

 

 

 

 

III-V əsrlərdə Azərbaycanda vergi verənlər  təbəqəsi 

 

 

Kəndlilər və feodallar 

Feodalizm dövründə cəmiyyətin əsas sinifləri kəndlilər  feodallar idi. Kəndlilərə aiddir: 

 

Azərbaycanda əhalinin əsas kütləsini təşkil edirdilər. 



 

Cəmiyyətin əsas istehsalçı qüvvəsini təşkil edirdilər. 



Feodalizmi

n əlamətləri 

Torpaq sahibi feodal adlanırdı 

Cəmiyyətin əsas sinifləri feodallar və 

kəndlilər idi 

Quldarlıq təsərrüfatının dağılması 

nəticəsində yaranmışdı 

Kəndlilər vergini məhsulla və pulla 

ödəyirdilər 

Xidmət adamlarına paylanmış torpaqlar 

mülk adlanırdı 

Torpaq xüsusi xidmət müqabilində 

verilirdi 



sənətkarla



kəndlilə



tacirlər 

 



 

Feodaldan asılı olsada, təhkimli deyildilər. 



 

Onların istismar edilməsinin əsas forması vergilər və dövlət mükəlləfiyyətlərin icrası idi . 



 

Feodalın torpağını becərir, məhsulun müəyyən hissəsini ona vergi verirdilər. 



 

Feodala xaraq (torpaq) və gezit (can) vergisi ödəyirdilər. 



 

Feodala vergini, əsasən  məhsul (natural) formasında verirdilər. 



 

Məcburi mükəlləfiyyətlər (qalalar, yollar və körpülər inşa etməsi və.s) yerinə yetirirdilər. 



 

Xüsusi  mülkiyyətə (ev, həyətyanı torpaq, mal-qara, əmək alətləri və s.) malik idilər. 



 

Əsas gəlir mənbəyi  becərdiyi torpağı ilə bağlı idi. 



 

Feodala və onun dəstəsinə minik vasitəsi verir, səfər vaxtı onları ərzaqla təmin edirdi. 



Feodallar 

 



“Feod” sözündən olub torpaq sahibi deməkdir. 

 



Dövlət torpaqlarının bir hissəsi onların mülkiyyəti sayılırdı. 

 



Azərbaycanda onların  şəxsi təsərrüfatı yox idi. 

 



İki yerə yerə - iri (patrik) və xırda - orta feodallara (dehqan) bölünürdü. 

QEYD:  Azərbaycanda  feodal  münasibətlərinin  inkişafı  Avropadakı kimi   feodalizmin ümumi  qanunlarına 

əsaslanırdı.  Lakin  Azərbaycanda  yeni  yaranmış  feodal  münasibətləri  Qərbi  Avropa  ölkələrindən  kəskin 

fərqlənirdi. 

 

Sasanilər dövründə torpaq mülkiyyət formaları, vergi və mükəlləfiyyətlər  

Sasani ağalığı dövründə (III-VII əsrlərdə) Azərbaycanda  iki əsas torpaq mülkiyyət forması mövcud idi: 

 



Dastakert  –  irsən  keçən    torpaq  mülkiyyət  forması  idi.  İri  feodal  və  Zərdüşd  dininin  kahinlərinə 

verilirdi. 

 

Xostak  -  şərti  torpaq  mülkiyyət  forması    idi.  Xostaqın  əsas  sahibi  xırda  və  orta  feodallar  idi.  Belə 



torpaqlar vassal xidməti  müddətində dövlət tərəfindən müvəqqəti istifadə  üçün verilirdi. 

Kəndlilərin  istismar  edilməsinin  əsas  forması  vergilərin  ödənməsi  və  mükəlləfiyyətlərin  icrası  idi.  Sasani 

ağalığı dövründə Azərbaycanda (Atropatena və Albaniyada) iki vergi növü mövcud idi: 

 



Xaraq - məhsul vergisi idi. Məhsulun 1/3-dən 1/6-nə qədərini təşkil edirdi. 

 



Gezit - can vergisi idi. Sasani imperiyasının ərazisində yaşayan bütün əhalidən, xüsusilə xristianlardan 

 sənətkarlardan ildə bir dəfə toplanılırdı. 

Kəndlilər  vergi  verməklə  yanaşı,  müəyyən  mükəlləfiyyətlər  də  (dövlət  mülkiyyətində  olan  körpülərin, 

qalaların, yolların tikintisində və bərpasında iştirak etmək və.s)  yerinə yetirirdilər 

Kəndlilərin  mükəlləfiyyətlər  yerinə yetirməsi məcburi idi və bunun əvəzində onlara heç bir ödənc verilmirdi. 

 

 

 

 

Sasani şahı I Xosrovun islahatları 

Azərbaycanın cənub torpaqlarında - Atropatenada feodal münasibətlərinin inkişafına Sasani şahı I Xosrovun 

islahatları  böyük təsir göstərdi. I Xosrov torpaq, vergi  və  inzibati  islahatlar  həyata keçirmişdi. I Xosrovun torpaq 

islahatına  əsasən  sahibsiz  torpaqlar  hərbçilərə  paylanıldı.  I  Xosrovun  vergi  islahatı  keçirməkdə  məqsədi  vergi 



sahəsindəki  nöqsanları  aradan  qaldırmaq  və  ya  vergi  yığan  məmurların  özbaşınalığına  son  qoymaq  idi.  I 

Xosrovun vergi islahatına əsasən: 

 

Vergilərin toplanması nizama salındı və vergiyığan məmurların özbaşınalığına son qoyuldu. 



 

Uşaqlar, qadınlar, kahinlər, məmurlar can vergisindən azad edildilər. 

Bu islahatlar nəticəsində şərti torpaq mülkiyyəti genişləndi, xırda və orta torpaq sahiblərinin sayı artdı. 

 

Azərbaycanda feodalizmin əsas xüsusiyyətləri 

Azərbaycanda  feodal  münasibətlərinin  inkişafı  Avropadakı  kimi    feodalizmin  ümumi  qanunlarına 

əsaslanırdı. Lakin Azərbaycanda yeni yaranmış feodal münasibətləri Qərbi Avropa ölkələrindən kəskin fərqlənirdi. 



III-VII əsrlərdə 

torpaq mülkiyyət 

formaları 

dastake

xostakt 

III-VII əsrlərdə 

vergi  

növləri 

xaraq 

gezit 


Azərbaycanda feodalizmin əsas xüsusiyyətlərindən biri təsərrüfatın natural forması idi. Kəndlilər özlərinin və 

feodalın  tələbatını  ödəmək  üçün  müxtəlif  ərzaq  məhsulları,  sənətkarlıq  malları  tədarük  edir,  bazara  mal 

çıxarmırdılar.  Beləliklə,  məhsul  mübadiləsinə  çox  az  hallarda  ehtiyac  duyulurdu.  Natural  təsərrüfat  ayrı-ayrı 

bölgələr arasında iqtisadi münasibətlərin yaranmasına mane olurdu. 



 

Azərbaycanda feodal münasibətlərinin Qərbi Avropa ölkələrindən fərqli cəhətləri 

 

Sasanilərin köçürmə siyasəti 

Sasanilər  dövləti  ona  tabe  olan  ərazilərə,  o  cümlədən  Azərbaycanın  şimal  torpaqlarına  farsdilli  tayfalar 

köçürdürdülər. Sasani şahlarının köçürmə siyasətində iki məqsəd var idi: 



1.

 

Etnik dayaq yaratmaq. 

2.

 

Hakimiyyətini güclənmək. 

Lakin  farsdilli  tayfalar  türk  dilinin  və  mədəniyyətinin  təsiri  ilə  çoxsaylı  yerli  türk  tayfaları  ilə  qaynayıb-

qarışır, vahid xalqın formalaşmasında iştirak edirdilər. 

 

TERMİNLƏR 

 

Dastakert 

 

Sasanilər dövlətində şərti torpaq mülkiyyəti. 



Gezit 

 

 



Sasanilər dövlətində alınan can vergisi. 

Feodal   

 

Torpaq mülkiyyətçisi, asılı kəndliləri istismar edən feod sahibi. 



Feodalizm 

Əsas işçi qüvvəsinin əksəriyyətini təhkimli kəndlilər təşkil edən dövr; quldarlığı əvəz 

etmişdir.  

 İslahat   

 

ictimai həyatın (təsisatın, qaydaların) hər hansı bir tərəfini dəyişdirmək, yeniləşdirmək. 



Xostak 

Sasani imperiyasında, o cümlədən Albaniyada hakim zümrənin nümayəndələrinə xidməti 

əvəzində dövlət tərəfindən müvəqqəti istifadə üçün verilən şərti torpaq mülkiyyəti. 

Natural təsərrüfati 

İstehsalın  məhsulunun  satış  məqsədi  ilə  deyil,  şəxsi    istifadə  üçün  nəzərdə  tutulduğu 

təsərrüfat növü 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycanda 

 

Qərbi Avropada 

 

I.  Azərbaycanda    feodalizm  cəmiyyəti  tez  yaranıb  gec 

süqut etmişdir. (III əsr - XIX əsrin  ikinci yarısınadək). 

 

II.  Azərbaycanda  kəndlilər  feodaldan  yalnız  iqtisadi 

cəhətdən asılı olub, şəxsən asılı (təhkimli) deyildilər. 

 

III.  Azərbaycanda  fedalların  şəxsi  təsərrüfatı,  yox  idi. 

Bunun  əsas  səbəbi  süni  suvarma  tələb  edən  təsərrüfata 

böyük xərc qoymaq lazım gəlməsi idi. 

 

I. Qərbi Avropada feodalizm cəmiyyəti gec yaranıb tez 

süqut etmişdir (V əsr - XVII əsrin sonlarınadək). 

 

II. Qərbi Avropada kəndlilər feodaldan iqtisadi cəhətdən 

və şəxsən asılı (təhkimli)  idilər. 

 

III. Qərbi Avropada feodalların şəxsi təsərrüfatı var idi. 

 


SUAL VƏ TAPŞIRIQLAR 

 

1.



 

Azərbaycanda  feodal  münasibətləri  nə  vaxt 

yaranmışdı? 

2.

 

III-V 

əsrlərdə 

Azərbaycanda 

torpaq 

sahibkarlığının    hansı  yeni  səciyyəvi  cəhətləri 

meydana gəldi? 

3.

 

Şərti torpaq mülkiyyəti necə yarandı? 

4.

 

Kənd  icmalarının  torpaqları  nə  vaxt  feodalların 

əlinə keçirdi? 

5.

 

İcma üzvləri asılı kəndlilərə necə çevrilirdilər? 

6.

 

Azərbaycanda 

feodal 

münasibətlərinin 

inkişafının səbəblərini nə idi? 

7.

 

Erəkən  Orta  srlərdə  Azərbaycanda  əhali  hansı 

sosial təbəqələrə bölünürdü? 

8.

 

Feodalizm  dövründə  cəmiyyətin  əsas  siniflərini 

kimlər  təşkil edirdi? 

9.

 

III-V  əsrlərdə  Azərbaycanda  vergi  verənlər  

təbəqəsinə kimlər daxil idi? 

10.

 

Cəmiyyətin hakim təbəqəsi kimlər sayılırdı? 

11.

 

Kahinlərin varlanmasının səbəbi nə idi? 

12.

 

Sasani  ağalığı  dövründə  Azərbaycanda    hansı 

torpaq mülkiyyət forması mövcud idi? Dastakert 

və xostak nəyə deyilir? 

13.

 

Kəndlilərin istismar edilməsinin əsas forması nə 

idi? 

14.

 

Sasani  ağalığı  dövründə əhalidən hansı  vergilər 

alınırdı?  

15.

 

Kəndlilər  hansı    mükəlləfiyyətləri    yerinə 

yetirirdilər? 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

16.

 

Atropatenada  feodal  münasibətlərinin  inkişafına 

hansı  Sasani  şahının  islahatları  böyük  təsir 

göstərmişdi? 

17.

 

Sasani  şahı  I  Xosrov  hakimiyyəti  dövründə  hansı  

islahatlar həyata keçirmişdi? 

18.

 

I Xosrovun torpaq islahatının mahiyyəti necə idi? 

19.

 

I  Xosrovun  vergi  islahatı  keçirməkdə  məqsədi  nə 

idi? 

20.

 

I  Xosrovun  vergi  islahatına  əsasən  kimlər  can 

vergisindən azad edildilər? 

21.

 

Vergilərin toplanması nizama salındı və vergiyığan 

məmurların özbaşınalığına son qoyuldu. 

22.

 

I Xosrovun vergi islahatı nə ilə nəticələndi? 

23.

 

Azərbaycanda  feodalizmin  əsas  xüsusiyyətləri 

hansılar idi? 

24.

 

Nəyə  görə  natural  təsərrüfat  bölgələr  arasında 

iqtisadi münasibətlərə mane olurdu? 

25.

 

Azərbaycanda 

feodal  münasibətlərinin  Qərbi 

Avropa ölkələrindən fərqli cəhətləri nə idi? 

26.

 

Sasanilər  dövləti  ona  tabe  olan  ərazilərə    əsasən 

kimləri köçürürdülər? 

27.

 

Sasani  şahlarının  köçürmə  siyasətində  məqsəd  nə 

idi? 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 



 

Yüklə 63,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə