Azərbaycanda icma-aktiv məktəblərinin (İAM) inkişafını təşviq etmək məqsədilə Avrasiya Fondu-Azərbaycan ölkədə İam modelinin tətbiqin\ yönəldilmiş tədbirlərin dəstəklənməsi üçün təkliflərin təqdim olunmasını xahiş edir



Yüklə 36,9 Kb.
tarix20.10.2017
ölçüsü36,9 Kb.
#5982




TƏKLİFLƏR ÜÇÜN MÜRACİƏT
Azərbaycanda İçtimai Fəal Məktəblər Modelinin İnkişafı
Azərbaycanda İçtimai Fəal Məktəblər (İFM) modelinin inkişafını təşviq etmək məqsədilə Avrasiya Fondu-Azərbaycan ölkədə İFM modelinin tətbiqinə yönəldilmiş tədbirlərin dəstəklənməsi üçün təkliflərin təqdim olunmasını xahiş edir. Bu model üç əsas prinsipə əsaslanır – demokratikləşmə, əməkdaşlıq və könüllülük. Model, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və yerli icmaların müəyyənləşdirdiyi və önəm verdiyi problemləri həll etmək üçün məktəblərin və yerli icmaların mövcud resurslarından istifadə edir.
Avrasiya Fondu Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən əhəmiyyətli dərəcədə maliyyələşdirilən və digər hökumətlər, korporasiyalar və fərdi şəxslər tərəfindən dəstəklənən təşkilatdır. Avrasiya Fondu 1993-cü ildə keçmiş Sovet İttifaqının on iki yeni müstəqil dövlətində (YMD) demokratik və azad bazar institutlarının inkişafını təşviq etmək məqsədilə yaradılmışdır. Bu məqsədlərə nail olmaq üçün təşkilatın başlıca aləti YMD təşkilatlarının ehtiyaclarına çevik və tez bir şəkildə reaksiya verməyə qabil olan kiçik qrantlar proqramıdır.
MÜSABİQƏNİN MƏQSƏDİ
Müsabiqənin məqsədi Azərbaycanın yeni coğrafi ərazilərində İFM modelinin tətbiqi və müəllimlərdən, valideynlərdən, icma üzvlərindən, bələdiyyələrdən və icmanın digər iştirakçılarından ibarət olan davamlı icma-məktəb təşkilatlarının yaradılmasını həvəsləndirməkdən ibarətdir. Bu təşkilatların məqsədi proqramın davamlılığını təmin etmək, məktəb və icmaların resurslarının idarə edilməsini həyata keçirmək və məkbələrdə büdcə şəffaflığını təmin edilməsidir.
Proqramın icrası zamanı Valideyn-müəllim assosiasiyalarının inkişafını nəzərdə tutan hökumət proqramı ilə əməkdaşlıq və həmin proqram çərçivəsində mövcud olan resurs və biliklərdən istifadə olunması çox vacibdir. Beynəlxalq və yerli təşkilatlar tərəfindən həyata keçirilən digər təhsil layihələri ilə əlaqələndirmə də proqramın vacib elementi olacaq.
İLKİN MƏLUMAT
Sovet İttifaqının süqutundan sonra məktəblərin infrastrukturu maliyyələşdirmənin çatışmazlığı, icmanın dəstəyinin lazımi səviyyədə olmaması və məktəblərin daha effektiv idarə edilməsi praktikasının tətbiq edilməsi ehtiyacı səbəbindən nəzərəçarpan dərəcədə korlanmışdır. Məktəblər ənənəvi olaraq sırf təhsil müəssisələri kimi qəbul edilmişdir və icmaların məktəblərin həyatına cəlb olunması məhdud olmuşdur. İcmaların təhsil prosesinə lazımi dərəcədə cəlb olunmaması, məhdud maliyyələşdirmə, habelə təhsil resurslarının daha şəffaf idarə edilməsi ehtiyacı uşaqların təhsilinin keyfiyyətinə ciddi təsir göstərmişdir.
Təhsil sahəsində mövcud problemləri həll etməkdə Azərbaycan hökumətinə yardım göstərmək məqsədilə beynəlxalq və yerli təşkilatlar bir sıra layihələri dəstəkləmişlər. Təhsil proseslərində icmanın iştirakını artırmaq məqsədilə Avrasiya Fondu Açıq Cəmiyyət İnstitutu ilə birlikdə İçtimai Fəal Məktəblər (İFM) modelini tətbiq etmişlər. Bu model Rusiya və bir sıra digər ölkələrdə uğurla həyata keçirilmiş və təhsil islahatlarının tərkib hissəsini təşkil etmişdir. Azərbaycanda açıq müsabiqənin nəticəsində üç pilot layihə - Bakıda, Lənkəranda və Gəncədə - həyata keçirilmişdir.
Gəncədə həyata keçirilən pilot layihə 2004-cü ildə əlavə qrant almışdır ki, bunun nəticəsində təhsil prosisində icmanın iştirakı, vəsaitin cəlb olunması fəaliyyətinin həyata keçirilməsi və məktəb büdcəsinin şəffaflığının təmin edilməsi üçün cavabdeh olan icma-məktəb təşkilatı yaradılmışdır. Bu layihənin məqsədi İAM modelinin gücləndirilməsi və bu modelin ölkənin yeni bölgələrində tətbiqi üçün yol açmaqdan ibarət idi.
2004-cü ildə Azərbaycan hökuməti Valideyn-müəllim assosiasiyalarının (VMA) inkişaf etdirilməsi proqramını qəbul etmişdir. İFM modeli hökumətin strategiyasına geniş tamamlayıcı proqram kimi nəzərdən keçirilir və o, icmanın iştirakının gücləndirilməsi, büdcənin şəffaflığına yönəldilmiş təşəbbüslər, tədrisin keyfiyyətinin yüksəldilməsi və yerli əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə VMA fəaliyyətinin təsirini dərinləşdirəcək.
Bu müsabiqənin məqsədi İFM modelini yeni bölgələrdə tətbiq etmək və məktəblərdən, valideynlərdən, bələdiyyə üzvlərindən və icmaların digər iştirakçılarından ibarət olan davamlı icma-məktəb təşkilatlarının yaradılmasını həvəsləndirməkdən ibarətdir. Bu təşkilatların məqsədi proqramın davamlılığını təmin etmək, məktəb və icma resurslarının idarə edilməsini həyata keçirmək və büdcənin şəffaflığına diqqət yetirməkdən ibarətdir. Proqrama həmçinin məktəbin fəaliyyətinə valideynlərin cəlb olunması və yerli müəssisələr və bələdiyyələrlə əlaqələrin qurulması daxil olacaq.
DƏSTƏKLƏNƏN FƏALİYYƏT
Bu müsabiqə çərçivəsində təqdim olunacaq müraciətlər yuxarıda qeyd olunmuş məqsədə nail olunması üçün aşağıdakılara yönəldilmiş ideyaları əhatə etməlidir:

  • Demokratikləşmə, əməkdaşlıq və könüllülük prinsipləri əsasında İFM modelinin genişləndirilməsi;

  • Məktəblər, Təhsil Nazirliyinin yerli şöbələri, bələdiyyələr, müəssisələr və icmanın digər iştirakçıları arasında möhkəm əməkdaşlığın qurulması;

  • Şəffaflıq praktikasını təmin etmək üçün məktəblərin müdiriyyəti ilə işləməklə və valideynlərə və icmanın digər üzvlərinə məktəbin büdcəsinə çıxış əldə etmək imkanı verməklə məktəb büdcəsinin şəffaflığı məsələsinin həll olunması;

  • Uşaqlar üçün vətəndaş təhsili kampaniyasının təşkil olunması. Təhsil prosesinin mümkün olduğu qədər interaktiv edilməsi üçün mütəxəssislərin cəlb olunması;

  • İcma üzvlərinin təhsil proseslərində, o cümlədən şəffaflıq məsələlərində, təhsilin keyfiyyəti barədə rəyin verilməsində, infrastrukturun təkmilləşdirilməsində və s. fəal iştirakının təmin edilməsi;

  • Vəsaitin cəlb olunmasının, filantropiyanın təşviq olunması və məktəblər və yerli müəssisələr/icmanın digər iştirakçıları arasında əlaqələrin stimullaşdırılması;

  • İcmanın bütün üzvlərini sosial cəhətdən həssas əhali qruplarına yardım göstərməsi və bələdiyyə ərazinin yaxşılaşdırılmasında (ağac əkilməsi, zibilin yığılması və s.) fəal iştirak etməsini həvəsləndirmək yolu ilə könüllülüyün təşviq olunması;

  • Müəllimlərdən, şagirdlərdən, valideynlərdən, bələdiyyə üzvlərindən və icmanın digər iştirakçılarından ibarət olan icma-məktəb təşkilatlarının yaradılması və ya dəstəklənməsi. Bu təşkilatlar son nəticədə öz məktəblərində/icmalarında fəaliyyət üçün cavabdeh olacaqlar. Bu təşkilatlar təhsilin keyfiyyətini yaxşılaşdırmaq və yerli icmaların problemlərini həll etmək üçün mövcud resursları səfərbər etmək və yenilərini formalaşdırmaq üçün fəaliyyət göstərəcəklər. Bu təşkilatlar icma və məktəb resurslarının şəffaflığını təmin edəcəklər. Bu təşkilatların gələcəkdə, layihə çərçivəsində maliyyələşdirmə başa çatdıqdan sonra, fəaliyyətlərini davam etdirəcəyi nəzərdə tutulur.

Proqramın icrası zamanı Valideyn-Müəllim Assosiasiyalarının inkişafını nəzərdə tutan hökumət proqramınin çərçivəsində fəaliyyət gösətərən VMA-larla əməkdaşlıq vacibdir. Habelə bu proqramları beynəlxalq və yerli təşkilatlar tərəfindən həyata keçirilən digər layihələr (Project Harmony tərəfindən həyata keçirilən Məktəblərin Əlaqə Proqramı, IFES və digərləri tərəfindən həyata keçirlən Vətəndaş Təhsili layihəsi və s) ilə əlaqələndirmək də əhəmiyyətlidir.


Gəncədə “Bilik” təşkilatı tərəfindən həyata keçirlən pilot İFM layihəsi vasitəsilə əldə olunmuş mövcud resurs və biliyin istifadə olunması da tövsiyə olunur (layihə barədə məlumat müraciət edənlər üçün təşkil olunacaq məlumat görüşündə veriləcək). Gəncədə cari layihə çərçivəsində əhatə olunmuş məktəblərə/icmalara səfərlər və təcrübə və qabaqcıl praktikanın mübadiləsi də mütləq tövsiyə olunur.
İŞTİRAK ETMƏK HÜQUQU
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmiş və bu müsabiqənin əhatə etdiyi sahədə maraq və təcrübəyə malik olan qeyri-kommersiya, qeyri-hökumət təşkilatları müraciət etməkl hüququna malikdirlər.
Müraciəti təqdim etməzdən əvvəl VMA-larla mümkün əməkdaşlıq məqsədilə müraciət edənlərin onlarla əlaqə saxlaması tövsiyə olunur.
Müraciət edənlər layihənin icrası zamanı digər QHT-lərlə əməkdaşlıq etməyə dəvət olunur. Müraciətdə hər bir təşkilatın rolu və xərclərin aydın bölgüsü göstərilməlidir.
TƏKLİFLƏRİN SEÇİLMƏ MEYARLARI
Layihə təkliflərini qiymətləndirmək üçün aşağıdakı meyarlardan istifada olunacaq:

  • Layihənin dizaynı, o cümlədən mövcud ehtiyacların dəqiq təsviri və təklif olunan tədbirlərin bu ehtiyacları necə ödəyəcəyinin əsaslandırılması;

  • Dəvət olunan təkliflərin məqsəd və şərtlərinə uyğunluq dərəcəsi;

  • Təşkilatın layihəni həyata keçirmək qabiliyyəti. Bu aşağıdakılarla sübut olunur: (a) təklif olunan fəaliyyət sahəsində öncəki təcrübə, və (və ya) (b) təşkilatın əsas personalının və layihənin iştirakçılarının peşəkarlıq səviyyəsi;

  • Təşkilatın qrant vəsaitin idarə etmək qabiliyyəti – təşkilatın maliyyə sabitliyi, maliyyə işçilərinin peşəkarlığı və səriştəsi, və AF və digər donor vəsaitlərinin idarə edilməsi sahəsində uğurlu təcrübə;

  • Təklifdə davamlılıq planının göstərilməsi;

  • Layihənin qənaətcilliyi;

  • Layihənin reallığı və risklərin qarşısının alınması.

Müraciət edən təklif olunan layihənin hazırda davam edən digər aparıcı təşəbbüsləri təkrarlamamasını təmin etməlidir.


Müraciətlərin nəzərdən keçirilməsi zamanı təklif olunan meyarlara və layihənin nəticələrinin qiymətləndirilməsi mexanizmlərinə xüsusi diqqət yetiriləcək. Layihə təklifinə həm layihənin qiymətləndirilməsi meyarları, həm də müvafiq göstəricilər daxil edilməlidir.
QRANT VƏSAİTLƏRİNİN İSTİFDƏSİ
Qrant vəsaitləri aşağıdakı xərclər üçün istifadə oluna bilər:


  1. Əsas işçilərin, yəni direktor, mühasib, xüsusi əsaslandırma əsasında məhdud sayda daimi işçilərin maaşları və dəvət olunan ekspertlərin qonorarı;

  2. Ofislərin və digər yerlərin icarəsi və ya qismən icarəsi;

  3. Rabitə və inzibati xərclər;

  4. Təlim materiallarının dərc olunması, alınması, sürətinin çıxarılması və paylanması;

  5. Layihənin iştirakçılarının iclas yerlərinə səfər və nəqliyyat xərcləri və əlaqəli xərclər;

  6. Təlim və seminarlar – yer və avadanlığın icarəsi, çay fasiləsi;

  7. Digər birbaşa xərclər

Qrant vəsaiti yalnız birbaşa olaraq layihənin həyata keçirilməsi ilə bağlı fəaliyyət üçün istifadə olunmalıdır. Qrant vəsaiti təşkilatların cari xərclərinin, tikinti xərclərinin, daşınmaz əmlakın alınması və ya borcun ödənilməsi üçün istifadə oluna bilməz.


Bu müsabiqənin çərçivəsində qrantlar alacaq təşkilatlardan dövrü maliyyə və proqramın icrası hesabatlarını AF-in tələblərinə uyğun şəkildə təqdim etmək tələb olunacaq.
Layihənin müddəti 12 (on iki) ayadək olmalıdır. Qrantın məbləği 15 000 ABŞ dollarından çox olmayacaq.
QƏRARLARIN QƏBUL OLUNMASI PROSEDURLARI/MÜSABİQƏNİN QRAFİKİ
Obyektiv və qərəzsiz seçmə prosesini təmin etmək üçün təkliflər müstəqil ekspertlərdən ibarət olan şura tərəfindən nəzərdən keçiriləcək.
Müsabiqə aşağıdakı qrafik üzrə keçirilir:
Təkliflərin elan olunması 11 iyul 2005-ci il

Müraciət edənlər üçün informasiya iclası 18 iyul 2005-ci il, saat 15:00, AF-in ofisində

Müraciətlərin edilməsi üçün son tarix 11 avqust 2005-ci il

Qaliblərin elan olunması 12 sentyabr 2005-cil


Müraciətlərə baxılması prosesində əlavə məlumat xahiş oluna bilər. Mürciət edənlərdən xahiş olunan informasiyanı üç iş günü ərzində təqdim etmək xahiş olunacaq.
Müraciətlər Avrasiya Fondunun Bakıdakı Ofisinə (Bakı, Fizuli küç., 76) təqdim olunmalıdır.
Müraciətlərin təqdim edilməsi proseduru
Müraciət edənlər öz təkliflərini Azərbaycan və ya rus dilində iki kağız və bir elektron (floppi diskdə) nüsxədə təqdim etməlidirlər.
Təklifə aşağıdakı sənədlər əlavə olunmalıdır:


  • Təşkilatın qeydiyyat şəhadətnaməsinin surəti;

  • Təşkilatın nizamnaməsinin surəti;

  • Təklif birgə təqdim olunmuşsa, müraciət edənin və tərəfdaşların direktorlarının bu təşkilatların təklif olunan layihənin çərçivəsində birlikdə fəaliyyət göstərmək niyyətində olduqlarını təsdiq edən imzalanmış və möhürlənmiş məktubu. Anlaşma Memorandumu müraciətə əlavə olunmalıdır.

  • Avrasiya Fondunun Təkliflər üzrə Təlimatı və Qrantların İdarə Edilməsi üzrə Anketində göstərilmiş digər sənədlər (o cümlədən bəndlər üzrə büdcə)

Təklif formatı və Qrantların İdarə Edilməsi üzrə Anketi iş vaxtı ərzində (bazar ertəsi – cümə, saat 9:00-18:00) AF-in ofisindən əldə etmək olar.


Təklifin tərkibində təqdim edilmiş bütün material və sənədlər müraciət edənə qaytarılmayacaq. Hüquqi tələblərin tətbiq olunduğu hallar istisna olmaqla, müraciətlərin məxviliyinə təminat verilir.
Təkliflər 11 avqust 2005-ci il, saat 17:00-dək təqdim olunmalıdır.
Təkliflər üçün bu müraciətin göndərilməsi qrantın veriləcəyinə zəmanət vermir.

ÜNVAN VƏ ƏLAQƏ MƏLUMATI
Bu müsabiqə çərçivəsində bütün müraciətlər aşağıdakı ünvana göndərilməlidir:
Avrasiya Fondu-Azərbaycan

Bakı AZ1014

Fizuli küçəsi 76, 5-ci mərtəbə

Tel: 994-12-4991285



Fax: 994-12-4991082
Bu müsabiqə ilə bağlı məsələlər üçün Avrasiya Fondunun vətəndaş cəmiyyəti Proqramları üzrə mütəxəssisi Kazım Quliyevə müraciət etmək olar.
Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə