Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix20.09.2018
ölçüsü1,4 Mb.
#69412
  1   2   3   4   5   6   7   8   9   ...   24



 

Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә 

sosial rifaha tәsirsiz ötüşmür. Mühüm makroiqtisadi parametrlәrlә inflyasiya 

arasındaki korelyasiya nәinki ölkә  sәviyyisindә, beynәlxalq miqyasda da 

maraq doğurur. Bu zaman diqqәt yetirilәsi  әsas mәsәlәlәrdәn biri dә, 

inflyasiyanın dәqiq hesablamasıdır. ABŞ Beynәlxalq  İnkişaf Agentliyinin 

(USAİD) maliyyә  dәstәyi ilә  İqtisadi Tәdqiqatlar Mәrkәzinin gerçәklәşdirdiyi 

“Azәrbaycanda alternativ inflyasiya metodologiyasının işlәnilmәsi” layihәsi bu 

mәnada praktik vә  nәzәri  әhәmiyyәt kәsb edir. Layihә  çәrçivәsindә dünya 

tәcrübәsi vә yerli şәraitin nәzәrә alınması ilә hesablanan alternativ inflyasiya 

göstәricisi әn yüksәk sәviyyәlәrdә ciddiyә alınıb. 

“Azәrbaycanda alternativ inflyasiya metodologiyasının hazırlanması”na hәsr 

olunan kitab iqtisadi siyasәtә mәsul olan qanunverici vә icraedici hakimiyyәt 

orqanları, iqtisadçılar, sahibkarlar, bu sahәdә tәdqiqat aparan mütәxәssislәr 

vә müstәqil ekspertlәr üçün nәzәrdә tutulub. Kitabdan ali mәktәb tәlәbә

aspirant vә müәllimlәri dә yararlana bilәrlәr. 

 

Bu kitab “Alternativ inflyasiya metodologiyasının işlәnilmәsi” 

layihәsi çәrçivәsindә, ABŞ Beynәlxalq  İnkişaf Agentliyi (USAİD) 

vasitәsilә Amerika xalqının dәstәyi  әsasında nәşr olunmuşdur. 

Kitabın mәzmununa yalnız İqtisadi Tәdqiqatlar Mәrkәzi mәsuliyyәt 

daşıyır vә bu kitab USAİD vә Birlәşmiş Ştatların mövqeyini mütlәq 

әks etdirmir.

 

 

The book has been published with funding support of American 



People through USAID project of “Alternative Inflation 

Methodology Development” and the findings and views expressed 

herein do not necessarily reflect the views of USAID and the US 

Government. The full responsibility of the content lies with 

Economic Research Center. 

 

 



 

Layihәnin koordinatoru:  Qubad İbadoğlu 

 

 



 

 

 



ISBN 9952-8057-9-9 

 

 



Kitab pulsuz paylanır 

 



 

3 

 

ÖN SÖZ 

 

 

İnflyasiya sәviyyәsinin hesablanmasında alternativ 



metodologiyadan istifadә edilmәsinә  nәinki keçid ölkәlәrindә, 

hәtta inkişaf etmiş dövlәtlәrdә  dә  cәhd edilib. Belә  cәhdlәr  

Yeni Zelandiyada Mәrkәzi Bankın  İdarә Heyәti sәdrinin 

vәzifәsindәn uzaqlaşdırılması, Polşada isә 

tәdqiqat 

mәrkәzlәrinin prosesә  fәal cәlb edilmәsi ilә  nәticәlәnib. 

Müstәqil Dövlәtlәr Birliyi mәkanında hәlәlik alternativ 

metodologiyanın işlәnmәsi sahәsindә ciddi nailiyyәtlәr  әldә 

olunmasa da, Qırğızıstanda bu istiqamәtdә  dәyәrli tәdqiqatlar 

aparılmışdır. 

Azәrbaycanda ilk dәfә olaraq inflyasiyanın alternativ 

hesablanması ideyası ilә  İqtisadi Tәdqiqatlar Mәrkәzi çıxış 

etmişdir. Mәrkәzin ABŞ Beynәlxalq İnkişaf Agentliyinin maliyyә 

dәstәyi ilә bu istiqamәtdә  hәyata keçirdiyi layihә aktuallığı ilә 

cәmiyyәtin vә hökumәtin diqqәtini cәlb edib.  Yüksәk templi 

iqtisadi artım dövrünü yaşayan Azәrbaycan Respublikası üçün 

inflyasiyanın sәviyyәsinin vә ona tәsir edәn faktorların düzgün 

müәyyәnlәşdirilmәsi, onların tәsirinin dәqiq qiymәtlәndirilmәsi 

mühüm  әhәmiyyәt kәsb edir. Elә buna görә  dә  İqtisadi 

Tәdqiqatlar Mәrkәzinin ekspertlәri  layihәyә  start verәrkәn 

onun aktuallığını  vә zәrurәtini  әsaslandırmaq o qәdәr dә çәtin 

olmadı. 


Azәrbaycanda inflyasiyanın hesablanması sahәsindә 

mövcud olan problemlәr, rәsmi statistika orqanlarının 

inflyasiyanın sәviyyәsi ilә bağlı elan etdiyi göstәricilәr hәlә 

2006-cı ildә  dәfәlәrlә beynәlxalq ekspertlәr tәrәfindәn  şübhә 

altına alınmışdır. Zaman-zaman müstәqil iqtisadçılar bu 

şübhәlәrin әsaslılığını tәsdiq etmiş vә onların bu mövqeyi  KİV 

vasitәsilә ictimaiyyәt arasında  populyarlaşmışdı.  Parlamentdә 

2007-ci ilin proqnoz büdcәsi  әtrafında dinlәmәlәrin keçirildiyi 

әrәfәdә    Vergi  Mәcәllәsindә gözlәnilәn dәyişikliklәrin yaratdığı  

psixoloji effekt, hәmçinin Tarif Şurasının bәzi ener-




4 

 

 



jidaşıyıcılarının qiymәtlәrinin kәskin artırılmasına dair 6 yanvar 

2007-ci il tarixli qәrarının  rәvac verdiyi ajiotaj Azәrbaycanda 

inflyasiya probleminin nә qәdәr aktual vә mübahisәli olduğunu 

bir daha tәsdiq etdi. Son zamanlar yerli ekspertlәr yalnız 

inflyasiya sәviyyәsi barәsindә deyil, hәmçinin  onun tәsiri 

altında istehlakçıların dәyişәn maddi rifahı, yәni onların 

cәmiyyәtdә mövcud olan maddi nemәtlәrdәn bәhrәlәnmә 

sәviyyәsinin dinamikası haqqında da  düşünmәyә  vә fikir 

yürütmәyә başlayıblar. 

İnflyasiyanın dәqiq hesablanmasının  perspektiv 

proqnozların işlәnilmәsi istiqamәtindә 

dә 


әhәmiyyәti 

danılmazdır. Hazırda tәbii resursların hasilatı vә emalı üzәrindә 

qurulan iqtisadiyyatımızın bu resursların tükәnәcәyi dövrlәr 

üçün inkişaf durumunun cari addımlardan asılı olduğunu isә 

heç vaxt unutmamalıyıq. Eyni zamanda ölkәyә daxil olacaq 

külli miqdarda  neft pullarının inflyasiya yaradıcı  tәsirinin 

perspektiv qiymәtlәndirilmәsi dә xüsusi  әhәmiyyәt kәsb edir. 

 Ev  tәsәrrüfatlarının hәyat sәviyyәsindә baş verәcәk 

dәyişikliklәr inflyasiyanın sәviyyәsinin daim diqqәt mәrkәzindә 

saxlanılmasını, ümumiyyәtlә, onun  dәqiq ölçülmәsini tәlәb 

edir. Aydındır ki, hәyat sәviyyәsi aşağı olan әhali istәnilәn ölkә 

üçün “bahalı” islahatların keçirilmәsini  şәrtlәndirir. Belә olan 

halda,  düzgün siyasәtin işlәnilmәsi  әtraflı, dәrin vә adekvat 

tәhlil tәlәb edir. Hәmçinin bu tәhlil tәkcә bir dövlәt orqanı  vә 

tәdqiqatla mәşğul olan tәşkilat tәrәfindәn aparılmamalıdır.  

Mәhz bu problemin hәllinә öz töhfәsini vermәk vә 

inflyasiyanın gerçәk sәviyyәsi  әtrafında  yaranmış mübahisәli 

vәziyyәtә aydınlıq gәtirmәk mәqsәdilә  İqtisadi Tәdqiqatlar 

Mәrkәzi ABŞ Beynәlxalq İnkişaf Agentliyinin maliyyә dәstәyi ilә 

“Azәrbaycanda alternativ inflyasiya metodologiyasının 

işlәnilmәsi” layihәsini  hәyata keçirib. Layihә  çәrçivәsindә (i) 

Azәrbaycanda istifadә olunan İstehlak Qiymәtlәri  İndeksinin 

(İQİ) hesablanma metodologiyası ilә yaxından tanış olmaq vә 

onun çatışmazlıqlarını  aşkar etmәk; (ii)

 

Bu metodologiya ilә 



bağlı mütәrәqqi dünya tәcrübәsi ilә tanış olmaq vә  hәmin 

tәcrübәlәrin Azәrbaycana tәtbiqi imkanlarını qiymәtlәndirmәk; 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə