Azərbaycanda modern düŞÜNCƏ VƏ İnformasion cəMİYYƏt fazil Mustafa



Yüklə 266,36 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü266,36 Kb.
#69779


“Fəlsəfə və sosial-siyasi elmlər”.-2009.-№3.-S.41-53.

AZƏRBAYCANDA MODERN DÜŞÜNCƏ

VƏ İNFORMASİON CƏMİYYƏT

Fazil Mustafa,

Millət vəkili, fəlsəfə elmləri namizədi.

Qlobal  İnformasion  cəmiyyətin  formalaşması  bilavasitə  XX  əsrin  sonları  -  XII  əsrin  əvvəllərində

informasiyanın  rolu  və  əhəmiyyətinin  sürətlə  artması ilə  əlaqələndirilir.  İnformasiyanın  gücünün  dərk  olunması,

sosial  praktiki  zəmində  geniş  yayılması,  istehlakı,  qorunması,  yeni  forma  və  məzmun  kəsb  etməsini  də  aktual

problem  olaraq  gündəmə  gətirir.  Qloballaşma,  bir  qayda  olaraq  informasiya  və  mədəniyyət  əlaqələrinin,  iqtisadi

xarakterli münasibətlərin intensivləşməsi və geniş yayılması kimi şərh edilir. XX əsrin ikinci yarısından sonra ABŞ

və  digər  inkişaf  etmiş  ölkələr  "informasion  cəmiyyət"  deyilən  yeni  bir  keçidə  istiqamətləndilər.  Futuroloq  Elvin

Toffler bu keçidi "üçüncü dalğa" adlandırmaqla yanaşı, həm də vurğulayırdı ki, bəşər tarixində digər iki dalğa kimi

bu dalğa da məntiqli və davamlı olacaq.

1

1950-1970-ci illərdə artıq görünürdü ki, insanlıq texnikanın, birinci növbədə kompüterlərin və bütövlükdə



elmi-texniki  inqilabın  izdihamlı  inkişafa  yol  açdığı  yeni  epoxaya  daxil  olur.  İnsanın  mövcudluğu  və  varlığı

problemi tamamilə texnikalaşmış və informasiyalaşmış dünyada filosofların diqqətindən kənarda qala bilməzdi və

məhz  bu  səbəbdən  informasion  cəmiyyət  haqqında  müxtəlif  konsepsiyaların  ortaya  çıxmasında  postsənaye

paradiqması  əsas  götürülmüşdür.

2

 Bu  səbəbdən  də  1960-1970-ci  illərdə  arxitekturada  yer  alan  eklektiklik,



iqtisadiyyatda  konsyumerizm,  siyasətdə  «ideologiyanın  sonu»  və  konvergensiya  nəzəriyyələri  formasında  özünü

göstərməyə başlayan postmodernizmin fəlsəfi məzmununun müqayisəli analizi zəruridir.

Məlumdur  ki,  XX  əsr  elmində  metodoloji  anarxizm  radikal  şüarını  gücləndirən  nəzəri  plüralizm

tendensiyasının önə  çıxmağa  başlaması və  postmodern  mədəni-tarixi  ероха  kimi  Azadlıq  və  Tərəqqi  dəyərlərinin

reallaşaraq yenidən formalaşması bilavasitə informasion cəmiyyətinə tranformasiyanın əsasını qoymuşdur. Maraqlı

cəhət  postmodern  sivilizasiyanın,  mədəniyyətin,  ideologiyanın,  siyasətin,  iqtisadiyyatın  modernin  əsas  enerji  və

situasiyasından daha yeni vəziyyətdə təsvir olunmasıdır. Yeni zaman ya yekunlaşmış, ya da tanınmayacaq dərəcədə

dəyişmiş  təqdim  olunur.  Müxtəlif  müəlliflər  postmoderni  müxtəlif  əlamətlərə  ayırırlar.  Әsas  odur  ki,  yeni

formalaşan sistemdə modernin xarakterik cəhətləri artıq tanınmamaqdadır

3

.



Bilindiyi  kimi,  informasiya  inqilabının  baş  verməsi  məkan,  zaman,  dövlətin  rolu,  siyasət,  qlobal

iqtisadiyyat,  mədəniyyət  və  insan  identikliyi  kimi  sahələrə  yeni  məzmunda  təqdim  olunan  kateqoryalar  kimi

yanaşılmasına  imkan  yaratmışdır.  Bu  qlobal  proses  həm  də  ayrı-ayrı  elementləri  birləşdirən  real  cəmiyyət  -

informasion  cəmiyyət  anlayışını  diqqət  mərkəzinə  gətirmişdir.  Bununla  belə  bir  çox  müəlliflərin  də  etiraf  etdiyi

kimi, İnformasiya əsrinin mənası, dünyadakı mürəkkəb sistemlər arasında qlobal qarşılıqlı münasibətlər və müasir

cəmiyyət  üçün  onun  nəticələri  hələ  yekun  təhlilini  tapmamışdır.  Məhz  bu  təhlilin  ortaya  qoyulması, informasion

cəmiyyətin  fəlsəfi-konseptual  əsaslarının  müəyyənləşdirilməsi  aktual  bir  problem  kimi  qarşıda  durur.  Bu  sahənin

tədqiqatçıları  da  təsdiq  edirlər  ki,  informasiya  inqilabı  1980-ci  illərdən  başlayaraq  kapitalist  sistemin

restrukturlaşmasında  həlledici  faktor  sayılmışdır.  Azərbaycan  həm  dövlət,  həm  də  cəmiyyət  olaraq  kapitalizm

prinsiplərinə  uyğun  infrastruktura  malik  olduğundan  postsənaye  çağının  ən  qabarıq  fenomeni  olan  informasion

cəmiyyətin  ortaya  qoyduğu  tələblərlə  uzlaşmağa  doğru  istiqamətlənmişdir.  Yaxın  gələcəkdə  ölkənin  inkişaf

konsepsiyasında bu amil aparıcı mövqe tutacağından ilk növbədə problemin fəlsəfi-konseptual mahiyyətinin tədqiq

olunmasına ciddi bir tələb vardır. İnformasion cəmiyyət konsepsiyasının postsənaye cəmiyyət nəzəriyyəsinin fərqli

növü  kimi  təhlil  edilməsi  də  göstərir  ki,  son  nəticədə  yeni  postsənaye  düzəninin  əsas  resursunu  informasiya

müəyyən  etdiyimdən  post-sənaye  paradiqması  informasion  cəmiyyətin  forma  və  məzmununun  fəlsəfi-konseptual

izahı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Burada  müasir  fəlsəfi  tədqiqatlarda  və  başqa  ictimai  elm  sahələrində  informasion  cəmiyyət  anlayışı  yeni

sosial  qayda  konsepsiyası  kimi  qiymətləndirilmiş  və  qısa  müddətdə  sürətlə  inkişaf  etməsi  prosesinə  diqqət

yetirilmişdir. Məlumdur ki, ilk öncələr tədqiqatçılar tərəfindən daha çox «postkapitalist - postindustrial cəmiyyət»

anlayışlarına  diqqət  yetirilsə  də,  onun  hüdudlarından  kənarda  bilginin  istehsalı  və  yayılmasının  üstünlük  təşkil

etdiyi  və  müvafiq  olaraq  öz  xüsusiyyətləri  ilə  əvvəlkilərdən  əhəmiyyətli  dərəcədə  fərqlənən  informasiya

iqtisadiyyatı  adlanan  yeni  sahənin  meydana  çıxması  nəzərdən  yayınmamışdır.  Bu  baxımdan  da  informasion

cəmiyyətin  ictimai  inkişafın  əsas  faktoru  kimi  elmi-texniki  və  başqa  informasiyaların  istehsalı  və  istifadə

olunmasını reallaşdıran sosioloji və futuroloji konsepsiya olduğunun əsaslandırılması zəruri sayılmalıdır.

Bəllidir ki, cəmiyyətin inkişafının yeni fazası kimi informasion cəmiyyətdə iqtisadiyyatın və sosial həyatın

əsas faktoru informasiya hesab olunur. Burada əsas təyinedici faktor elmi bilik olduğundan onun fəlsəfi anlayışının

da  bu  istiqamətdə  müəyyənləşdirilməsinin  vacibliyi  qənaətinə  gəlinmişdir.  Bu  isə  öz  növbəsində  apancı  rolunu

1

 Э.Тоффлер. Третья волна. Москва, изд. АСТ, 2002, с. 224.



2

 Э.Тоффлер. Новая технократическая волна на Западе. Москва 1986, стр. 67.

3

 A. Дугин. Постмодерн или ультрамодерн? Философия Хозяйства, 2003, № 3, стр. 14-19.




itirərək  istehsal,  emal  və  bilginin  toplanmasının  əsas  sosial  təşkilatına  çevrilən  sənaye  korporasiyalarını

universitetlərin  əvəzləməsi,  kapitalın  iqtisadi  və  sosial  funksiyalarının  artıq  informasiyaya  aid  edilməsi,  bu

cəmiyyətdə  mülkiyyətin  deyil,  bilginin  səviyyəsinin  sosial  differensasiyanın  aparıcı faktoruna  çevrilməsini  təmin

edir.  Әvvəlki  cəmiyyətlər  kimi  informasion  cəmiyyəti  də  xarakterizə  edən  cəhətləri  qruplaşdırmaq  mümkündür.

İnformasiyanın  sürətli  axını,  informasiyanın  idarəetmə  fəaliyyətinə,  iqtisadiyyatın  inkişafına,  təhsilin,  xidmət

sahələrinin,  məişət  məsələləri  kimi  mühüm  sosial  resursa  çevrilməsi,  kütləvi  informasiya  vasitələrinin

"hakimiyyətin  dördüncü  qoluna"  çevrilməsi,  kütləvi  mədəniyyətin  sərhədlərinin  genişlənməsi,  şaquli  və  üfüqi

kanalların  mobilliyinin  artması,  sosial  məkan  və  zaman  haqqında  təsəvvürlərin  dəyişməsi,  kommunikasiya

prosesində  xüsusi  virtual  reallığın  yaranmasına  səbəb  olur.  Artıq  istehsal  prosesi  və  ya  istehsal  vasitələri  ilə

əlaqədar  substansiya  kimi  anlaşmayan  informasiya  və  bilik,  "bilavasitə  istehsal  gücü"

4

 kimi  müasir  təsərrüfatın



faktoruna çevrilir. Bilgi və informasiya məhsulları istehsal edən sahələr ənənəvi olaraq iqtisadiyyatın "dördüncü" və

ya "beşinci" bölmələri sayılırdısa, indi artıq "təsərrüfatı daha vacib istehsal resursları ilə təchiz etmək" gücünə sahib

olur.

5

Hazırda  ВМТ  strukturlarının  da  fəal  müdaxiləsi  ilə  dünyada  daha  davamlı  təmələ  malik  inkişaf



paradiqmasına xüsusi diqqət yetirilir və bu istiqamət dünyanın aparıcı dövlətləri tərəfindən ciddi dəstəklənir. Bu da

sinergetik  inkişaf  nəzəriyyəsinin  müddəalarından  biri  kimi  qeyri-sabit,  xaotik  vəziyyətlərin  mümkünlüyü  və

labüdlüyünün  dərk  olunmasına,  onların  təsir  gücünün  azaldılmasına  və  inkişafın  dəstəklənməsini  təmin  edən

fəaliyyət sisteminin fəlsəfi-konseptual əsaslarının hazırlanmasına qüvvələri səfərbər etməyə imkan verir.

İnformasion  cəmiyyətin  optimal  strategiyası da  məhz  sinergetizm  prinsipləri  əsasında  müəyyənləşməlidir.

Qlobal  sinergizmin  öz  xüsusiyyətlərinə  uyğunlaşdırdığı  düşüncə  tərzi  müasir  elmin  paradiqması  ilə  üst-üstə

düşməli, yeni rasionallıq formasını tamamlamalıdır. Burada apancı paradiqma olaraq yeni elmi rasionallıq tipi əsas

götürülür  və  sinergetik  sistemlərin  əsas  xüsusiyyətləri  təhlil  olunur.  Məlumdur  ki,  sinergetika  mürəkkəb,  açıq  və

təkamüldə olan sistemləri təhlil edir. Bu cür sistemlər özlərinin inkişafi üçün ətrafla enerji, maddə və informasiya

mübadiləsində  olmaqla  bərabər,  həm  də  öz  mütləq  daxili  imkanlarından  istifadə  edirlər.  Məhz  sinergizm

ideyalarının  təşəkkül  tapması istiqamətində  özünütəşkilatlandırma  prinsiplərinin  tədqiqi  elmdə  yeni  obrazların  və

təsəvvürlərin yaranması üçün başlıca mənbə sayılır.

6

Buna  görə  də  özünü  təşkil edən  sistem  kimi  yeni  fəlsəfi  paradiqma  hesab  olunan  informasion  cəmiyyətin



fəlsəfi-konseptual əsaslarının tədqiqində sinergetikanın metodoloji əsas olaraq götürülməsi zəruri sayılmalıdır.

Digər  tərəfdən  məlumdur  ki,  cəmiyyətdaxili  münasibətlərdə,  təbiət-cəmiyyət  əlaqələrində,  dünya  ilə

təmasda və başqa ölkələrlə hansısa  birgə fəaliyyətdə qarşılıqlı fayda verən əməkdaşlığı və harmoniyanı sinergizm

prinsipi  təmin  edir.  Bu  prinsip  ictimai  sistemin  sahə  və  səviyyələri  üzrə  enerji  və  güc  daşıyıcılarının  müvəqqəti

təşkilatlanmasına  və  özünüidarəsinə,  birgəyaşayış və  birgəfəaliyyət  mədəniyyətinin  tərəqqisinə,  maddi  və  mənəvi

ehtiyatların  artmasına  və  pozitiv  istiqamətdə  istifadəsinə,  insanların  yaradıcı  səylərinin  birliyinə  zəmin  yaradır.

Sinergizm,  eyni  zamanda  əksliklərin  effektli  mükaliməsi,  ictimai  ziddiyyət  və  münaqişələrin  həlli  üçün  mühüm

sayılır.  Ona  görə  də  düşünürük  ki,  bu  prinsip  informasion  cəmiyyətin  ziddiyyətlərinin  fəlsəfi  məzmununu  tədqiq

etməyə də geniş imkanlar açacaqdır.

Qeyd  olunmalıdır  ki,  məhz  XX  əsrin  70-80-ci  illərində  gələcək  texnosferanı  supersənaye,  texnotron,

kibernetik,  informasion  və  b.  cəmiyyətlər  çərçivəsində  təsvir  edən  çox  sayda  konsepsiyalar  meydana  çıxmağa

başlamışdır. Bu konsepsiyalara görə informasion cəmiyyətin yaranması üçün mühüm faktorlardan biri informasiya

texnikası  sayılırdı  və  həmin  cəmiyyət  texnosferanın  təkamülünün,  cəmiyyətin  tarixi,  mədəni  və  sosial  iqtisadi

inkişafının  xüsusi  mərhələsi  kimi  fərqləndirilirdi.  Bu  mərhələyə  keçid  bilavasitə  informasiya  iqtisadiyyatının

yaranma zərurəti ilə əlaqələndirilir

7

. Sonuncunun sürətli inkişafı, onun biznes və dövlət sferasına nəzarət etməsi ilə



yekunlaşmışdır.

İnsanlıq qarşısında duran qlobal səviyyədə prinsipial yeni problemləri anlamaq üçün XXI əsrdə idrakın yeni

fəlsəfi  metodu işlənib hazırlanarsa, fərdin  və  sosiumun  informasion  cəmiyyətdə  yeni  məzmunda  dəyişən  funksiya

və təyinatlarının qarşılıqlı əlaqəsi və potensial ziddiyyətlərinə yeni baxış ortaya qoymaq mümkündür. Bilavasitə bu

düşüncədən  yol  alaraq  Azərbaycan  cəmiyyətinin  sosial  və  mədəni  strukturunun  təhlili  aparılmalı  və  informasion

cəmiyyətə transformasiya perspektivləri barədə nəzəri mülahizələr ortaya qoyulmalıdır.

Bilindiyi  kimi,  bir  sıra  hallarda  informasion  cəmiyyətin  özünütəşkilatlandırma  prosesinin  perspektiv

metodu  kimi  tədricən  formalaşan  qeyri  -  xətti  dialektik  yanaşma  tədqiq  olunur.  Qeyri-xətti  dialektika  mahiyyətcə

planetar  fəlsəfənin  metodu,  müasirliyin  qlobal  proseslərini,  sabit  inkişafın  problemlərini,  koevolyusiyanı,

geosiyasəti,  informasiyanı,  dünya  bazarını, mədəniyyəti,  təhsil  və  elmi,  yeni  texnologiyanı izah  etməyə  başlayan

idrakda  yeni  istiqamət  olduğundan  bu  yanaşma  əsasında  özünütəşkilatlandırma  prosesinin  açılışını  vermək  daha

məqsədəuyğun  hesab  olunur.  Qeyri-xətti  dialektika  alqoritmə  deyil,  tədqiqatda,  innovasiyada  yaradıcı yanaşmaya

istiqamətləndiyindən ümumi anlaşılan mənada  metoddan  daha  çox,  tədqiqatçının  fikrini  bu  və  ya  digər  mürəkkəb

məsələnin qeyri  ənənəvi  həllinə  yönəldən  yanaşma kimi  qəbul  olunur

8

.  Bu  isə  özünütəşkilatlandırma  probleminin



4

 N. Stehr. Knowledge Societıes. L.- Thousand Oaks, 1994, p. 101.

5

 Drucer P.F. The Age of Discontinity. Guidelines to Our Changing Society. New Brunswick (US) – London. 1994. p. 264.



6

 Abbasov Ә. İdarəetmənin sinergetik fəlsəfəsi: Yeni dialoq naminə. Bakı 2006, s. 29.

7

 А.Д. Иоселиани. Информационное общество. Глобалистика. Энциклопедия. Москва Издательство Радуга, стр. 395.



8

 А.И. Уворов. Глобалистический этап методологии познания. Глобалистика. Энциклопедия. Москва, изд-во Радуга, стр. 216.




ontoloji mahiyyətini daha dəqiq təhlil etməyə imkan verir.

İnfosferanın  konstitusiyalaşdırılması  insanın  dünya  haqqında  təsəvvürlərinin,  onun  dünyagörüşünün,

təbiətə,  sosiuma,  öz-özünə  və  öz  düşüncəsinə  baxışının  radikal  dəyişməsi  ilə  bağlıdır.  Bununla  əlaqədar  olaraq

tədricən dünyanın dərk olunması, maddi və mənəvi mədəniyyətin sosial determinatları dəyişməyə başlayır. Sosium,

sosial quruluşun sabit tipi, ənənələrlə, ictimai dəyərlərlə, hakim stereotiplərlə, paradiqmalarla, miflərlə, rasionallıq

və mentallıqla,  dərk  olunmuş  sosial-sinfi  mənafelərlə  birlikdə  əhəmiyyətli  dəyişikliklərə  məruz  qalır.  İnformasion

cəmiyyətin  optimal  strategiyasının  Azərbaycan  cəmiyyətində  dərk  olunması və  cəmiyyətin  özünütəşkilatlandırma

perspektivlərinə də bu aspektdən yanaşılması nəzərdə tutulmuşdur.

Nəzəri  təsbitlərə  görə,  informasion  cəmiyyətin  formalaşması  bir  neçə  mərhələdən  keçir.  Birincisi

"informasiya  böhranını aradan  qaldırılmasıdır.  Bir  tərəfdən  informasiya  istehsalının  sıçrayışlı artımı (informasiya

partlayışı)  yaranır,  digər  tərəfdən  tələbatçılar  mühüm  informasiyalan  əldə  etmək  çətinliyi  (informasiya  aclığı)  ilə

qarşılaşırlar. Bu xarakterli böhran isə şaxələnmiş axtarış sistemlərinin yaradılması ilə aradan qaldırıla bilər

9

.

Digər  mərhələdə  informasiya  mədəniyyəti  problemi  (informasiya  sahəsində  kompotentlik,  informasiya



məkanına  sürətli  uyğunlaşma,  istehsal  olunan  informasiyaya  cavabdehlik  daşımaq)  və  informasiya  təhlükəsizliyi

(informasiya sistemlərinin bilərəkdən və ya təsadüfən qarşısının alınması, informasiya texnologiyalarından istifadə

edən insanlara nəzarət və manipulyasiya etmək, şəxsi informasiyanın konfidensiallığını təmin etmək) problemi əsas

rol oynayır.

Prinsipial məsələ ondan ibarət  deyil ki, informasiyanın kəmiyyəti  daim artsın, yaxud da  bütün  proseslərin

idarə  olunmasında  informasiya  resurslarından  istifadə  olunsun.  Birinci  məsələ  informasiyanın əmtəəyə  çevrilməsi

ilə əlaqəlidir. İkinci problem informasiyanın qəfil ötürülməsindən qaynaqlanır və onun yayılmasına, habelə prosesin

sərhədlərinə praktik olaraq nəzarət etmək mümkün deyil. Nəticədə onun vəsaitlərinin (kommunikasiya kanallarının)

özü  "məzmuna  çevrilməlidir."

10

 Çünki  informasiya  bütün  dönəmlərdə  işə  yarayır  və  ictimai  transformasiyanın



başlıca  mənbəyi  olaraq  qalır.  Modern  düşüncənin  informasion  cəmiyyətə  transformasiyası  problematikasının

mahiyyətində  milli  identikliyin  təhlili  mühüm  əhəmiyyət  kəsb  edir.  Qloballaşma  ilk  növbədə  tarixən  kök  salmış

xüsusi  identikliklərlə  informasiya  axınları  şəbəkələrinin  abstrakt,  universal  instrumentalizmi  arasında  dərin

parçalanma  nəticəsində  baş  vermiş  və  bütün  qlobal  proseslər  Cəmiyyət,  Şəbəkə  və  Şəxsiyyətin  dixotomik

qarşıdurması  əsasında  bölünür.  Burada  informasion  cəmiyyətin  fəlsəfi-konseptual  modifikasiyasına  da  bu  üç

komponentin  mədəni-kulturoloji  parametrlərini  əsas  götürərək  yanaşmaq  nəzərdə  tutulmalıdır

11

.  Dekonstruksiya



probleminin həlli üçün milli-tarixi dəyərlər, özünəməxsusluq, stereotiplərə rasional yanaşma kimi kateqoriyalar da

geniş  təhlil  olunmalıdır.  Məhz  bu  aspektdən  Manuel  Kastels  istehsal  üsullarım  (kapitalizm,  etatizm)  və  inkişaf

üsullarını  (industrializm,  informasionalizm)  fərqləndirir  və  "İnformasionalizm"in  XX  əsrdə  istehsalın  kapitalist

üsulunun restrukturizasiyasının yaratdığı inkişafın yeni üsulu olduğunu iddia edir

12

."

Vaxtilə  Sovet  etatizmi  də  yeni  informasiya  texnologiyasında  özünü  ifadə  edən  informasionalizmin



prinsiplərini  assimilə  etmək  və  tətbiq  etmək  qabiliyyətinin  olmamasına  görə  uğursuzluğa  düçar  oldu.  Yeni

informasiya  texnologiyasının  çiçəklənməsi  bir  tərəfdən  geniş  tədqiqat  proqramları  ilə  iri  bazarlar,  inkişaf  edən

dövlətlər  arasında,  digər  tərəfdən  isə  texniki  yaradıcılıq  mədəniyyəti  və  sürətli  şəxsi  uğurun  apancı  modeli  ilə

stimullaşdırılan qeyri mərkəzləşdirilmiş yeni tədqiqatlarla qarşılıqlı əlaqəyə gətirib çıxardı

13

.

Milli dövlətdən qlobal dövlətə keçid prosesində idarəetmənin yeni texnoloji xarakter kəsb etməsi, ontoloji



təhlil prosesində ən vacib atributlar kimi təqdim olunan informasion cəmiyyətin siyasi və idarəetmə prinsiplərinin

çoxvariantlılıq  və  natamamlıq  kimi  xüsusiyyətlərinin  bu  cəmiyyətin  maraq  doğuran  ziddiyyətlərindən  biri  kimi

təqdim olunması da burada zəruri yanaşmalardan biri sayılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, informasion

cəmiyyətin  nüvəsini  şəbəkə  cəmiyyəti  ilə  mədəni  identiklik  arasında  təşəkkül  tapan  gərginlik  təşkil  edir.  Hazırda

dünyada hökm sürən aparıcı tendensiyalardan biri ondan ibarətdir ki, qlobal informasiya iqtisadiyyatının tərəqqisi

formalaşmış  mədəni  birliklərə  təhlükə  yaradır.  Buna  görə  də  şəbəkə  cəmiyyətinin  inkişafı  millətçilik  və  dini

fanatizmin  güclənməsinə  səbəb  olur.  Bir  çox  tədqiqatçılar  hesab  edir  ki,  qlobal  informasiya  cəmiyyəti  bütün

dünyada  Qərb  dəyərlərinin  təsdiqidir.  İnformasion  cəmiyyətlə  identiklik  arasında  legitim  münasibətlər

formalaşdırmaq problemi də ciddi problemlər sırasına daxil edilir

14

.



Zaman  göstərir  ki,  sadəcə  informasiya  texnologiyalarından  istifadə  edənlərin  sayını  müqayisə  etməklə

informasion  cəmiyyətin  inkişafına  birmənalı  qiymət  vermək  düzgün  deyil.  Dünya  ölkələri  özlərinin  inkişaf

səviyyəsinə görə müxtəlif sürətlə və fərqli dərəcədə informasion cəmiyyətə çevrilirlər. İnformasion cəmiyyətə keçid

inkişafla  yanaşı tənəzzülü də dərinləşdirə bilir. Məsələn, İnformasiya əsri başlasa da bəzilərinin dünyanın gələcək

super  dövləti  kimi  qələmə  verdiyi  Çində  interneti  nəzarət  altına  almaq  məqsədilə  həyata  keçirilən  kampaniyada

8600 ədəd internet kafe bağlanmışdır. Bu da onu təsdiq edir ki, uşaq əməyindən istifadə edərək ucuz işçi qüvvəsi ilə

öyünməklə,  informasiya  əsrində  informasiyadan  -  ən  əhəmiyyətli  istehsal  faktorundan  qorxmaqla  super  dövlət

olmaq mümkün deyil. Qısa  müddətli tendensiyalar bizi aldatmamalıdır və xatırlamalıyıq ki, dünyanın ikinci super

9

 А.Д. Иоселиани. Информацонное общество, стр. 396



10

 Вах: Большая Российская Энциклопедия. Москва 2008, том 11 стр 490.

11

 X.Bəşirov. İctimai transformasiyada informasiyanın rolu. Yeni Dünyada yeniləşən Azərbaycan iqtisadiyyatı (məqalələr toplusu) Bakı 2006, s.100.



12

 Г.Дж Уолтерс. Информационная революция. Глобалистика. Энциклопедия. Москва, Издательство Радуга, стр. 389

13

 М.Кастелһс. Информфционная эпоха: экономика, общество и культура. Москва 2000, стр. 93



14

 İ.Sabiroğlu. Kapıtalizm kapitalizmə bənzəməz. Bakı 2006, s 100




dövləti olan Sovet İttifaqının dağılmasını labüd edən başlıca səbəb də əslində informasiya əsrinin başlaması idi. İran

kimi,  Çin  kimi  qapalı  ölkələrin  də  informasiya  əsrində  uzun  müddət  rəqabət  edə  bilməsi  mümkün  deyil.

İnformasiya əsrində sənaye çağının şərtləri ilə ayaqda durmaq imkansızdır.

Digər  tərəfdən  Kolumbiyada  internetdən  istifadənin  fəsadları  mütəxəssisləri  şoka  salmışdı.  Məlum

olmuşdur  ki,  adam  oğruları  və  cinayətkarlar  özlərinin  alınmaz  şəhərətrafı  malikanələrinə  çəkilərək,  internetdən

istifadə  etməklə  elektron  ünvanlara  yüzlərlə  hədələyici  məktublar  göndərmişlər.  Bunun  ardınca  isə  niyyətlərinin

ciddi  olduğunu  təsdiqləmək  üçün  seçilmiş  adamları  oğurlayırmışlar.  Başqa  sözlə,  internet  Kolumbiya

vətəndaşlarının  müəyyən  hissəsinə  öz  cinayətkar  əməllərini  -  korrupsiya,  narkotiklərin  qeyri-leqal  dövriyyəsi  və

vətəndaş  müharibəsinə  çağırış  üçün  əvəzolunmaz  xidmət  göstərmişdir.  Bunu  şərti  olaraq  Kolumbiya  nümunəsi

adlandırırlar.

Ancaq  dünyada  analoqu  olmayan  Finlandiya  modeli  də  var  ki,  informasion  cəmiyyət  dedikdə  elə  birbaşa

Rifah  dövləti  başa  düşülür.  Finlandiya  dünyada  korrupsiyanın  olmadığı  ölkələr  arasında  birinci  yeri  tutur.  Bu

informasion cəmiyyətə keçiddə daha sürətli xarakter almışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq bu

ölkə  əhalinin  sayına  düşən  internet  saytları və  internetdən  istifadəyə  görə  dünyada  birinci  yeri  tutur.  2001-ci  ildə

80%  finli  şəxsi  Mobil  telefonuna  sahib  olmuşdur.  Bu  cür  nəhəng  texnoloji  inkişafın  əsasında  isə  dünyanın  ən

nəhəng  Mobil  telekommunikasiya  şirkəti  sayılan  "Nokia"  dayanır.  Finlandiyanın  özünəməxsus  xarakterik  cizgisi

ona məxsus informasion cəmiyyəti və rifah dövləti sayılır. Rifah dövləti özündə uşaq bağçasından tutmuş, ali təhsil

də  daxil  olmaqla  pulsuz,  yüksək  keyfiyyətli  təhsil,  ümumi  tibbi  sığorta  və  səxavətli  sosial  təminatı  ehtiva  edir.

Bütün bunlar Finlandiyanı ən az yoxsulu olan ölkəyə çevirib. Rifah dövləti yüksək vergilər hesabına qurulub. Lakin

bu  yüksək  vergitutma  sistemi  cəmiyyətin  möhtəşəm  dəstəyi  və  rifah  dövlətdən  bəhrələnən  insanlar  hesabına

formalaşıb.  Bununla  yanaşı  finlərin  böhrandan  çıxmalarının  əsas  səbəblərindən  biri,  dövlətə  fin  identikliyinin

daşıyıcısı kimi  baxılmasıdır.  Finlər  korrupsiyaya  qarşı mübarizədə  İnformasiya-Kommunikasiya Texnologiyasının

və vergi sisteminin rifah dövlətinin çiçəklənməsinə təkan verməsində möhtəşəm identiklik nümayiş etdirirlər

15

.



Finlandiya  modeli  göstərir  ki,  inkişaf  etməkdə  olan,  xüsusilə  demokratik  prinsiplərin  bərqərar  olduğu

ölkələrdə  informasiya  texnologiyalarından  səmərəsiz  istifadə,  informasion  cəmiyyət  və  rifah  dövləti  arasındakı

uçurumu  dərinləşdirə  bilər.  Ola  bilər  ki,  mobil  telefonların  sayına  görə  "Nokia"  ölkəsini  qabaqlamaq  mümkün

olsun, ancaq fin identikliyini  qabaqlamaq  xeyli  çətindir.  Şagirdin, tələbənin,  əhalinin  savadsız hissəsinin  internet,

yaxud mobil telefondan məqsədsiz istifadəsi səmərəsiz nəticələr ortaya qoyur. Әyləncə xatirinə mobil telefonu və

internetdən birtərəfli, yəni yalnız xərc çəkməklə istifadə etmək yoxsulluğun artmasına şərait yaradır.

Azərbaycanda  dövlət  səviyyəsində  informasion  cəmiyyətə  keçidin  sürətlənməsinə  maraq  var.  Bunun  üçün

də milli  identikliyimiz  hesabına  rifah  dövlətin  təşəkkül  tapmasına  köməklik  göstərmək vacib  şərtdir.  Bu  mümkün

olarsa,  təbii  kapitalın  insan  kapitalına  ötürülməsi  prosesi  başlaya  bilər.  Eyni  zamanda  German  Hakenin  də  qeyd

etdiyi  kimi,  insan  təşkilatlarının,  yəni  dövlət  və  onun  qanunverici  funksiyaları ilə  təsisatların  qarşısında  bir  tələb

ortaya çıxır: müasir cəmiyyətin təşkilatı strukturu informasion cəmiyyəti; meydana çıxan problemlərin öhdəsindən

necə  gəlir?

16

 Bu  səbəbdən  də  XXI  əsrdə  yalnız  beyin  gücü  kapitalına  sərmayə  qoyanların  rəqabət  edə  biləcək



düşünülürsə  bu  istiqamətlər  prioritet  olaraq  götürülməlidir.  İordaniya  kimi  bir  dövlət  bilgi  sənayesində  böyük

investisiyalara  imza  atmaqla  50.000-dər  artıq  insanı,  bu  sahədə  məşğulluğa  cəlb  etməyi  bacardı.  Habelə

proqramlaşdırma  və  biotexnologiyaya  qoyduğu  investisiyalara  görə  artıq  uzun  zamandır  ki,  Hindistan  dünyanın

öndə gedən informasiya və telekommunikasiya şirkətlərinin diqqətini özünə cəlb etməkdədir. Azərbaycanın isə bilgi

çağına keçid sürəti hər halda qaneedici deyil. Azərbaycan internetdə sonuncu yerdədir. Britaniyanın nüfuzlu "The

Economist" dərgisinin hazırladığı növbəti "Texnoloji İnkişaf reytinqində 64 ölkə arasında Azərbaycan 10 mümkün

xaldan  cəmi  2,43  xal  toplayaraq  sonuncu  yeri  Qazaxıstanla  bölüşdürüb

17

.  İnkişaf  etmiş  ölkələrdə  informasiya



texnologiyalarına  yatırılan  investisiyaların  milli  gəlirin  5,6%-i  olduğu  halda  Azərbaycanda  bu  nisbətin

0.001-0.002%  belə  olmamasıdır

18

.  Keçmiş  SSRİ  ölkələri  arasında İnformasiya  Texnologiyaları sahəsində  inkişafa



görə  Estoniya  birincidir.  Estoniya  öz  Konstitusiyasında  internetə  maneəsiz  giriş  hüququnu  təsbit  etmişdir.  Mobil

rabitə və internetin tətbiqinə görə Estoniya, İtaliya və Fransa kimi dövlətləri qabaqlayır

19

.

Artıq informasiya mütəmadi olaraq yenilənməkdə, çox sürətli bir şəkildə dəyişməkdə, dəyişmənin gerisində



qalan cəmiyyətlər isə bunun ağır hesabını ödəməkdədirlər. Bu gün elm və texnologiyadakı inkişaf  o qədər sürətlə

cərəyan  etməkdədir  ki,  bir  elm  adamı üçün  beş  il  sonrasını belə  proqnozlaşdırmaq  və  bu  mövzuda  qəti  bir  fikir

bəyan  etmək  olduqca  çətin  və  karyerası  baxımından  təhlükəlidir.  Çünki  elm  inkişaf  etdikcə  doğru  olanlar

dəyişməkdə,  dəyişən  doğrular  isə  elm  adamlarını  görüşlərini  yenidən  nəzərdən  keçirmək  zərurəti  ilə

üzləşdirməkdədir

20

.  Möhtac  olduğumuz  şey  yeni  bir  paradiqma,  gerçəkliyin  yeni  bir  missiyasını  düşünmə,  dərk



etmə  və  dəyərlərimizdə  kökdən  dəyişmədir

21

.  F.Nitsşenin  ifadəsilə  desək,  "bütün  dəyərlərin  yenidən



15

 Химанен Пека, М.Кастельс Информационное общество и государство благосостояния; Москва, Логос 2002, стр. 142-155.

16

 Г.Хакен. Информация и самоорганизания: Макроскопический подход к сложным системам. Москва, Мир, 1991, стр. 37-38.



17

 М. Camalova Yeni əsr və Azərbaycan. "Qloballaşmaya doğru". Bakı 2006, s. 89.

18

 Ə.Eldaroğlu. İnkişafın bugünkü lokomotivi - Bilgidir! Yeni Dünyada yeniləşən Azərbaycan iqtisadiyyatı (məqalələr toplusu) Bakı 2006, s. 137.



19

 M.Camalova. Yeni əsr və Azərbaycan, s. 90.

20

 F.Capra. Batı düşüncesinde dönüm noktası. İstanbul 1992, s.10.



21

 Yenə orda, s. 27.




qiymətləndirilməsinə"  ehtiyac  yaranmışdır

22

.  Bu  paradiqma,  orta  əsrlərdəkindən  kəskin  şəkildə  fərqli  bir  çox



düşüncə və dəyərləri, o cümlədən aralarında elmi inqilab, maarifçilik və sənaye inqilabı olan Qərb mədəniyyətinin

fərqli  cərəyanları  ilə  əlaqəli  olan  dəyərləri  də  əhatə  edər.  Qərb  mədəniyyətinin  dəyərləri,  bilgiyə  və  elmi  üsula

inancı, təməli maddi quruluş daşlarından ibarət mexaniki bir sistem şəklindəki kainat anlayışını, nəhayət iqtisadi və

texnoloji böyümə ilə əldə olunmuş hədsiz maddi irəliləyişə olan inancı nəzərdə tutmaqdadır

23

.

Dərk  olunmalıdır  ki,  köhnə  paradiqmalı elm  determinist  olduğundan  parçaların  və  böyük  əşyaların  bütün



hərəkətlərinə dəmir qanunlar müəyyən edir, qətiliyə və proqnozlaşdırmaya  xüsusi dəyər verirdi. Yeni paradiqmalı

elm isə qeyri-müəyyən olduğundan proqnozlaşdırma və nəzarət mümkün olmamaqla yanaşı həm də zərərli sayılır.

Kvant və xaotik sistemlər qeyri-müəyyənlik və elastiklik üzərindən istiqamət götürürlər

24

.



Yuxandakı  nümunələrdən  də  gördüyümüz  kimi,  informasiyanın  yeniləşmə  sürətini  və  ictimai

transformasiya üzərindəki təsirlərini nəzərdən qaçıraraq hansısa ehtimalları irəli sürmək yanlış olar. Әgər hər zaman

keçərli  olan  qəti  bir  ehtimal  irəli  sürmək  istəsək,  informasiyanın  bütün  dövrlərdə  işə  yaradığını  və  ictimai

transformasiyanın  başlıca  mənbəyi  olduğunu  təsdiq  etmək  mümkündür.  Zamanın  əsas  tələbi  informasiyadan

yararlanaraq ictimai transformasiyanı gerçəkləşdirmək, inkişafa nail olmaq üçün çalışmaq və bu ehtimalın nə qədər

doğru olduğunu bir daha isbatlamaqdan ibarətdir.



İstifadə olunan ədəbiyyat:

1. Abbasov Ә. İdarəetmənin sinergetik fəlsəfəsi: Yeni dialoq naminə. Bakı 2006.

2.  Bəşirov  X.  İctimai  transformasiyada  informasiyanın  rolu.  Yeni  Dünyada  yeniləşən  Azərbaycan

iqtisadiyyatı (məqalələr toplusu) Bakı 2006.

3. Большая Российская Энциклопедия. Москва 2008, том 11.

4. Camalova М. Yeni əsr və Azərbaycan // "Qloballaşmaya doğru", (məqalələr toplusu) Bakı 2006.

5. Capra F. Batı düşüncesinde dönüm noktası. İstanbul 1992.

6.  Drucker  P.F.  The  Age  of  Discontinity.  Guidelines  to  Our  Changinj  Society.  New  Brunswick  (US)

-London. 1994.

7. Дугин A. Постмодерн или ултрамодерн? Философия Хозяйства, 2003, № 3.

8. Eldaroğlu Ә. İnkişafın bugünkü lokomotivi - Bilgidir! Yeni Dünyada yeniləşən Azərbaycan iqtisadiyyatı

(məqalələr toplusu) Bakı 2006.

9.  Хакен  Г.  Информация  и  самоорганизация:  Макроскопический  подход  к  сложным  системам.

Москва, Мир, 1991.

10.  Химанен  П,  М.Кастельс.  Информационное  общество  и  государство  благосостояния;  Москва,

Логос 2002.

11. Иосслиани А.Д. Информационное общество. Глобалистика Энциклопедия. Москва, Издательство

Радуга.


12. Кастельс М. Информационная эпоха: экономика, общество и культура. Москва 2000.

13.  Кастельс  М.  Могущество  самобытности.  Новая  индустриальная  волна  на  Западе.  Под  ред.

Иноземцева В.Л. Москва 1999.

14. Nitsşe Ғ. Hakimiyyət əzmi. Bakı, Zəkioğlu nəşriyyatı, 2008.

15. Sabiroğlu I. Kapitalizm kapitalizmə bənzəməz. Bakı 2006.

16. Stehr N. Knowledge Societies. L.- Thousand Oaks, 1994.

17. Тоффлер 3. Третья волна. Москва Изд. АСТ, 2002.

18. Тоффлер 3. Новая технократическая волна на Западе. Москва 1986.

19.  Уворов  А.И.  Глобалистический  этап  методологии  познания.  Глобалистика.  Энциклопедия.

Москва, Издательство Радуга.

20.  Уолтерс  Г.  Дж.  Информационная  революция.  Глобалистика.  Энциклопедия.  Москва,

Издательство Радуга.

21.  Zohar  Danah.  Yeni  bilimin  işığında  aklı  yeniden  kurmak.  Çev.  Zülfü  Dicleli,  Türk  Henkel  Vakfı

Yayınlan 9, İstanbul 1998.



Azerbaijanian modern thoughts and the information society

(summary)

Place,  time  and  role  of  state,  politics,  global  economy,  culture  and  human  identity  has  presented  in  new

categories, it was result of information revolution. This global process was also uniting different elements of real

society  - Infomıation society  defınition come  to  attention.  However,  as  many  authors  mentioned,  the  information

society meaning has not yet resulted the solving in the difficult world processes of global interrelation and modern

22

 F.Nitsşe Hakimiyyət əzmi. Zəkioğlu nəşriyyatı. Bakı 2008, s. 22.



23

 Zohar Danah. Yeni bilimin işığında aklı yeniden kurmak. Çev. Zulru Dıcleh, Turk Henkel Vakfı Yayınlan 9, İstanbul 1998, s. 78



24

 Yenə orada.




society. This analysis should be stand as main problem for definition of society philosophic-conceptual baseline.

Yüklə 266,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə