Azərbaycanda partizan həRƏkatini doğuran səBƏBLƏr və qaçaq həRƏkati



Yüklə 61,63 Kb.
Pdf görüntüsü
tarix12.03.2018
ölçüsü61,63 Kb.
#31282


 

 161


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

AZƏRBAYCANDA PARTİZAN HƏRƏKATINI  

DOĞURAN SƏBƏBLƏR VƏ QAÇAQ HƏRƏKATI 

 

Ş.F.FƏRƏCOV 

Bakı Dövlət Universiteti 

Faracov@yahoo.com 

 

1828-ci ilin fevralın 10-da Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycanın 

Rusiya imperiyası  tərkibinə daxil olduğu müddətdə ölkəmizdə istibdad üsulunun yaratdığı 

acınacaqlı  vəziyyətə qarşı yerli əhali ayrı-ayrı bölgələrdə partizan hərəkatına başladılar. 

Əhali arasında qaçaq hərəkatı adı altında məşhur olan mübarizələr xalqımızın tarixində şanlı 

bir səhifə olmuşdu. Qaçaq hərəkatı ermənilər tərəfindən xalqımıza qarşı törədilən qırğınlar 

zamanı da müsbət rol oynamışdır. Partizan hərəkatı xarici düşmənlərə qarşı mübarizə ilə 

yanaşı, daxili düşmənlərə-bəylərə, xanlara, qolçomaqlara qarşı da uğurla mübarizə aparırdı. 

Qaçaq hərəkatı istər XIX əsrdə, istərsə  də XX əsrin  əvvəllərində Azərbaycanda mühüm 

əhəmiyyətə malik olmuşdur.  

 

XIX əsrdə Azərbaycanda partizan hərəkatını doğuran əsas səbəb 1828-ci il fev-



ralın 10-da bədnam Türkmənçay müqaviləsi  əsasında  Şimali Azərbaycanın Rusiya 

tərkibinə zorla tabe edilməsindən sonra ölkədə baş verən mənfi hallar olmuşdur. 

İstismar olunan, əsarətdə yaşayan, istilaya düçar olan xalqla istismarçı, hər şeyi məhv 

edən zülmkar rus imperialist rejimi arasında tarix boyunca mübarizə olmuşdur. 

İstismarçı rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Məhkum xalq 

imperialist idarələrinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu alma-

maqla, biyara getməməklə passiv mübarizə yolunu seçirdi. Bəzi hallarda isə idarə 

məmurlarını öldürməklə öz məqsədlərinə nail olurdular. Azərbaycanda qaçaq hərəkatı 

əsasən rus çar rejiminə qarşı  və onlara rüşvət verməklə  əlbir olub xalqa zülm edən 

yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.  İgidlik, yenilməz 

qəhrəmanlıq dastanlarını yaradan partizanları gördükləri xeyirxah əməllərə görə 

Azərbaycan xalqı onları sevmiş, tərifləmiş  və qorumuşlar. Erməni qırğınları zamanı 

ermənilərin qarşısının alınmasında qaçaq hərəkatının böyük rolu olmuşdur. Çar 

istibdad üsul – idarəsinə qarşı narazılıqların  əsas səbəblərindən biri də  təhkimçi rus 

kəndlisi ilə azad azərbaycanlı  kəndlisi arasındakı  fərqi görməyən komendantların 

fəaliyyəti idi. Belə ki, tarixin heç bir dönəmində Azərbaycan kəndlisi rus kəndlisi 

kimi hüquqsuz olmamışdır. Onlar heyvan sürüsü kimi bazara satılmaq üçün apa-

rılmamış, səbəbsiz yerə öldürülməmiş, ailəsinə  və namusuna təcavüz olmamışdır. 

Azərbaycan kəndlisinə isə bu qaydaları  qəbul etdirmək qeyri-mümkün idi. Zülm-

karlara qarşı ölkənin hər yerində saysız çıxışlar və üsyanlar olurdu. 1830-cu ildə Car-

Balakən üsyanı, 1831-ci ildə Talış-Lənkəran üsyanı, 1837-ci ildə Quba üsyanı, 1838-

ci ildə Şəki üsyanı tariximizin yaddaşında qalmaqdadır. 




 

 162


Narazılıqları yaradan əsas səbəblərdən biri də rus işğalından sonra işğalçı 

qoşunların təminatının azərbaycanlılar tərəfindən təmin olunması idi. 1816-cı ildə 

A.P.Yermolov Qafqaz qoşunlarının ali baş komandanı təyin olunduqdan sonra Azər-

baycanda, xüsusilə Qarabağda erməni məliklərinin göstərişi ilə  əhaliyə divan 

tutulmuş Azərbaycanlıların, əsasən də varlıların var-dövləti talan olunmuş bəylərin və 

xanların sürgünə göndərilməsi barədə əmrlər verilmişdir. Azərbaycanı işğal edən rus 

qoşunlarının  ərzaq, saman və digər ləvazimatla təmin olunması  əsasən azərbaycan-

lıların hesabına idi. Arxiv sənədlərini araşdırarkən məlum olur ki, 1827-ci ildə ərzaqla 

dolu 2000 araba rus qoşunlarının təminatını ödəmək üçün tədarük olunmuşdur. 

1826-1828-ci illərdə baş verən Rus-İran müharibəsi zamanı  təkcə Kür çayı 

ərazisində yaşayanlar 12 min kisə suxarı, 1min kisə yarma, 4 min kisə arpa, 4 min baş 

heyvan / ətlik ücün/ göndərmişlər (4, 26).  

Bunlardan başqa Qazax mahalından ildə 2500 baş, Borçalıdan 2000 baş, Şəm-

şəddildən 1000 baş,  Şirvandan 1000 baş heyvan rus qoşunları üçün tədarük edil-

mişdir. A.P.Yermolovun tapşırığı  əsasında Cənubi Azərbaycandan da rus qoşunları 

üçün  ərzaq və mal-qara müsadirə olunurdu. İl  ərzində Miyanə  və  Ərdəbil arasında 

yaşayan köçəri Şəqaqi tayfalarından 3000 dəvə və 2000 baş qaramal zorla alınmışdır.  

Azərbaycan xanlıqları  ərazilərində imperiya tərəfindən yeni üsul idarə, 

divanxanalar təşkil edilmişdir. Divanxanaları milliyyətcə rus olan divanbəyilər idarə 

edirdilər. Onların bu ərazilərdə geniş  səlahiyyətləri var idi. Hər işə qarışmağa ixti-

yarları çatan divanbəyilər yerli əhalinin rus dilini bilməməyindən istifadə edərək 

onları soyub talayırdılar.  Əsasən də, Qarabağ xanlığının vəziyyəti çox ağır idi. Bu 

dövrlərdə xanlığın əhalisi 3 dəfə azalmışdır.  

XIX  əsrin ikinci yarısında qaçaq hərəkatı çar idarəsini qorxuya salacaq 

dərəcədə artmışdı. Peterburqda nəşr olunan “Narodnaya Volya” qəzeti 1885-ci ildə 

qaçaqlardan söz açaraq Qafqazda “Qaçaq Kərəmin məmurları  və  bəyləri pərişan 

etdiyindən .... “ şikayət edirdi. 

1888-ci ildə isə Quba həbsxanasının dustaqları qapıları  sındıraraq bir qaçağın 

zindandan qaçmasına şərait yaratmışlar. Bu savaşda iki rus əsgəri öldürülmüş üçü də 

ağır yaralanmışdır. Bu hadisələr bir daha sübut edir ki, azərbaycanlılar arasında, hətta 

məhbuslar arasında da qaçaqlara qarşı böyük hörmət var idi. Rus çar idarəsi qaçaq-

çılıq hərəkatının qarşısını ala bilmirdi (3, 83). Qaçaqçılıq hərəkatına qarşı mübarizədə 

qan içən rus generalları ermənilərdən hərtərəfli istifadə edirdilər. Satqınlıqda, 

xainlikdə  və hiyləgərlikdə ad çıxaran ermənilər rusların  əlaltısı  vəzifəsini məharətlə 

yerinə yetirirdilər. Yeri gəlmişkən erməni hiyləgərliyinin daha qədimiliyinə bir misal 

gətirək. Nadir şahın Azərbaycana birinci yürüşü zamanı (1734-cü il) erməni məlikləri 

ona itaət etdiklərini bildirmiş, bunun müqabilində ermənilərdən bəziləri  şahdan 

torpağa sahiblik hüququ (məliklik) almışdılar. Bununla yanaşı, onlar “var-yoxları 

əldən çıxmasın” deyə müsəlmanlığı da qəbul etmişlər. Qarabağ  məlikləri yerli 

mollalara “La ilahə illəllah Məhəmməddən Rəsul Allah” sözlərini yazdırıb əzbərdən 

oxuyur və bununla da müsəlmanlığı qəbul etdiklərini yalandan bəyan edirdilər. Nadir 

şah da ermənilərin bu hiylələrinə inanmış, onlara səxavət etmiş, hətta onlara inanaraq 

bəzilərini öz yanına münşi-mirzə də götürmüşdür. 

Azərbaycanın zülmdən qurtarması  uğrunda, rus və erməni qaniçənlərin məhv 

edilməsində partizanların  əvəzsiz rolu olmuşdur. Milli qəhrəmanlarımız Azərbay-

canın ayrı-ayrı bölgələrində düşmənə qarşı  rəşadətlə vuruşmuş, xalqımızın qisasını 




 

 163


onlardan dəfələrlə almışlar. 

Qarabağda Süleyman, Murtuza, Şuşada Məmməd bəy Kavaler, Zəngəzurda 

Qaçaq Nəbi, Sultan bəy, Gəncədə  Dəli Alı, Qəmbər, Zaqatalada Yusif, Nuxada 

Qutqaşenli Kərim  Əfəndi, Qərbi Azərbaycanda Abbasqulu ağa  Şadlinski və digər 

milli qəhrəmanlarımızın adları azərbaycanlıların qəlbində daim yaşayacaq (2, 209). 

Adları sadalanan milli qəhrəmanlarımız həm də partizan hərəkatının rəhbərləri 

idilər. Onlar rəhbərlik etdikləri dəstələrin silahlanmasını, ərzaqla, geyimlə təmin olun-

masını  məharətlə  həyata keçirir, düşmənə qarşı hücum planlarının işlənib hazırlan-

masında əsl sərkərdəlik məharəti nümayiş etdirirdilər.  

Maraqlı faktlardan biri də odur ki, qaçaq hərəkatında azərbaycanlı qadınlarımız 

da  ərləri və qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı amansız mübarizə aparmışlar. 

Nigar xanım, Həcər xanım, Mehri xanım kimi igid qəhrəman qadınlarımızın adları 

indi də xalqımız tərəfindən böyük iftixarla yad edilir. 

Qaçaq hərəkatı o qədər inkişaf etmişdir ki, XIX əsrin II yarısında çar Rusiyası 

bu hərəkata qarşı xüsusi planlar hazırlayırdılar. O illərdə Qafqaz hərbi qüvvələrinin 

komandanı  və mülki idarənin xüsusi müfəttişi general Dondukov- Korçakov 

qaçaqlara qarşı bir sıra tədbirlər planı  həyata keçirməyə başladı. Qaçaqlara qarşı 

mübarizə aparmaq üçün yerli idarə rəislərinə geniş səlahiyyət verməklə yanaşı hərbi 

qüvvələrin də onlara yardım etməsini  əmr etmişdi. Ümumiyyətlə, Qafqaza təyin 

olunmuş baş komandanlar və canişinlər: P.D.Sisianov (1802-ci il, noyabrın 8-də), 

A.P.Yermolov (1816-cı ildə),  İ.F.Paskeviç (1827-ci ildə), A.N.Bayratinski (1856-cı 

ildə),  İ.V.Qudoviç və başqa generallar Azərbaycanda partizan hərəkatının qatı 

düşmənləri idilər. Qatı düşmənlərin içərisində erməni əsilli generallar: V.Q.Madatov, 

V.O.Bebudov,  İ.Korqanov,  İ.Lazarev xüsusilə  fərqlənirdilər. Qarabağın erməni 

məlikləri də rus generalların azərbaycanlılara qarşı apardığı müharibə və qırğınlarda 

bilavasitə iştirak edirdilər.  

Müsəlmanların qatı düşmənlərindən biri olan İ.Lazarevin qəddarlığını xüsusilə 

qeyd etmək lazımdır. O, ermənilərin Azərbaycanda yerləşdirilməsinə, onların həyat 

şəraitlərinin daha da yaxşılaşdırılmasına böyük diqqət verirdi.  

Rus hərb tarixçisi Potto onun haqqında yazdığı  əsərdə qeyd edir: “Lazarev 

ermənilərin dağınıq halda olmasından narahat idi. O, bildirirdi ki, ermənilər bir yerdə 

olmalıdırlar. Dənizdən-dənizə keçmək üçün onlara imkan yaransın. Buna görə  də 

“Böyük Ermənistan“ yaratmaq arzusu ilə bütün imkanlardan istifadə edirdi“.  

1842-ci ildə  İ.Lazarevə Dağıstanda və Qubada müsəlman  əhalisinə tutduğu 

divana görə general rütbəsi verilmişdir. 

XIX  əsrin 70-80-ci illərində Azərbaycan kəndlərində  bəylərə, mülkədarlara, 

mütləqiyyətə qarşı ayrı-ayrı yerlərdə kütləvi ixtişaşlar baş vermişdi. Mülkədar 

torpaqlarının tutulması, varlıların mülklərinin dağıdılması, bəylərin öldürülməsi o 

zaman kəndlilərin sinfi mübarizəsinin əsas formaları idi. Məsələn, 1878-ci ildə təkcə 

Quba qəzasında kəndli üsyanları  nəticəsində 120 bəy və hakim sinfin digər nüma-

yəndələri öldürülmüşdür. Belə hallar Nuxa, Yelizavetpol, Şuşa və Cavanşir qəza-

larında daha çox baş verirdi. Vergi və töycü toplayan qəddar məmurlara divan tutan 

kəndlilər qaçaq hərəkatının  əsas mənbəyi idi. 1878-ci ildə  İrəvan quberniyasının 

Novruzlu kəndinin camaatı  qəti surətdə  həmin ilin məhsulundan verməli olduqları 

bəhrəni ödəməkdən boyun qaçıraraq vergi toplayanları hədə ilə kötəkləyərək kənddən 

qovmuşlar. 




 

 164


Qazax qəzası Quşçu kəndinin kəndliləri mülkədar  İsgəndərbəyov  əsarətinə 

qarşı çıxış edən kəndli üsyanına Mehbalı Məmmədhəsən oğlu, Məşədi Usub Mürşüd 

oğlu, Kərbəlayi Kərimşah Qulu oğlu başçılıq edirdilər. Bəylərin köməyinə  gələn 

kazak dəstələrinin yardımı ilə üsyana divan tutuldu və üsyan başçıları həbs edildi. 

Yelizavetpol qəzasının Xılxına kəndində  kəndlilər mülkədar Zülqədərovlara 

qarşı çıxış etmişlər. Bu çıxışlara Hacı  Əhməd Həsən oğlu, Bicof Sadıx və başqaları 

başçılıq etmişlər. 

Həmin qəzanın Dəllər, Gülüstan, Qızılhacılı kəndlərində də kəndlilər mülkədar 

Adıgözəlovlara qarşı çıxış etmişlər. 1881- ci ildə Qazax qəzasının Öksüzlü kəndinin 

camaatı mülkədar Sultanovlara qarşı mübarizəyə qalxdılar. Bayraməli Bağır oğlu, 

Kərbəlayı Qasım Məmməd oğlu, Kəlbəlayi Abdulla Əli oğlu, kəndli çıxışına rəh-

bərlik etmişlər. Kəndlilər bəyləri baykot edərək öz oğlanlarını  və  qızlarını onların 

yanına xidmətə göndərməkdən boyun qaçırdılar. Buna görə bəylər uzun müddət başqa 

kəndlərdən özlərinə rəncbər və nökər tutmağa məcbur oldular. 1888-ci ildə Qarabulaq 

kəndinin kəndliləri  Şaban ağa  Şəfibəyova qarşı  çıxış etdilər və öz məqsədlərinə 

çatmayan üsyançılar bəyi kənddən qovaraq torpaqlarını  zəbt etdilər. Bəyin məhkə-

məyə müraciət etməsinə baxmayaraq çar idarəsi kəndli həyəcanlarından qorxaraq 

torpaqları kəndlilərdən almağa cəsarət etmədi.  

Naxçıvan qəzasının  Əbrəqunis və  Bənənyar kəndinin camaatı mülkədar Sul-

tanbəyovlara qarşı  çıxaraq özlərinin vaxtilə  bəylər tərəfindən tutulmuş 260 desyatin 

torpaqlarını geri aldılar.  

1888-ci il mayın 6-da Salyandan bir qədər aralı yerləşən balıq vətəgələrində 

polis nümayəndəsi balıq tutmaqla məşğul olan balıqçıların qayıqlarını  və torlarını 

müsadirə etmək istədikdə cavab olaraq 25 nəfərdən ibarət qadın və kişi qrup halında 

ağacla silahlanaraq hədə-qorxu ilə polis nəzarətçisini mühasirəyə alıb, ov alətlərinə 

toxunmamağı tələb etdilər. Onların tələbinə əməl olundu. Müşahidə olunan həyəcanla 

əlaqədar polis nəzarətçisi Bayraməlibəyov kəndlilərin müqavimətini qırmaq üçün 

Salyana əlavə qüvvələr göndərilməsini təkidlə tələb edirdi.  

Çox hallarda silahlı  kəndlilər kiçik və böyük dəstələrdə birləşərək bəylər, 

mülkədarlar və çar məmurları üzərinə hücum edir, onların əmlakını ələ keçirib yoxsul 

təbəqəyə paylayırdılar. Bu kəndli çıxışları özünəməxsus bir formada mövcud idarə 

sisteminə qarşı etiraz idi. Mütləqiyyətə qarşı mübarizədə bir çox azərbaycanlılar 

haqsızlığa dözməyərək dağlara çəkilərək zülmkarlara qarşı silahlı müqavimətə 

başladılar. Belə dəstələrin üzvlərinə xalq arasında qaçaqlar deyilirdi. Qaçaq hərəkatı 

Yelizavetpol, Bakı, İrəvan quberniyasını, Naxçıvan qəzasını, Zaqatala dairəsini əhatə 

edirdi.  

Qaçaq çıxışları XIX əsrin 70-90-cı illərində xüsusilə qüvvətlənmişdi. Bunun 

əsas səbəbi xalq kütləsinin dözülməz  şəraitdə yaşaması, rus və erməni  əsilli ge-

neralların özbaşınalığı, bəy və mülkədarların əsarətinin daha da şiddətlənməsi, qolço-

maqların xalqa zülm etməsi, yerlərdə sinfi ziddiyyətlərin kəskinləşməsi idi. Qaçaq 

hərəkatının  əsas istiqamətlərindən biri də çar Rusiyasına arxalanan, yerli bəylərlə 

əlaqəyə girib azərbaycanlıları  qıran, torpaqlarını müxtəlif üsullarla mənimsəyən 

erməni qəsbkarlarına qarşı mübarizə idi. Bu müharibələrdə əsas hədəflərdən biri olan 

ermənilərə qarşı mübarizə uğurla həyata keçirilirdi. Qaçaq hərəkatının geniş yayıldığı 

quberniyaların  ərazilərində ermənilər cürət edib azərbaycanlıları incidə bilmirdilər. 

Ermənilər qaçaqların qorxusundan öz məkrli niyyətlərini həyata keçirməyə qorxur-




 

 165


dular. Məhz bu səbəbdən də sonrakı dövrdə  də erməni-müsəlman qırğınları zamanı 

qaçaqların mübarizə etdikləri  ərazilərdə azərbaycanlı  əhali az qırılmışdı.  Əksinə, 

həmin  ərazilərdə yerli əhali qaçaqlarla əlbir olub düşmənlərə qarşı  uğurla mübarizə 

aparmışlar.  

Qaçaq hərəkatının geniş yayıldığı  Zəngəzur və Naxçıvan qəzalarında qəhrə-

mancasına mübarizə aparan Qaçaq Nəbi Zəngəzur qəzasının Aşağı Mollu kəndində 

anadan olmuşdur. Nəbi 16 yaşında olarkən kəndin bəyi onun atasını döyərkən bəyin 

üstünə atılaraq onu döymüşdü. Bəyin məlumatına  əsasən polis Nəbini həbs edir və 

1890-cı ildə  İrəvan məhkəməsi onu məhkum edir. Həbsdən qaçan Nəbi başına 

məsləkdaşlarını yığaraq zülmkarlara qarşı mübarizə aparmışdı. Ona mübarizədə həyat 

yoldaşı Həcər xanım, baldızı Mehri xanım da yaxından köməklik göstərmişlər. Qaçaq 

Nəbinin başçılıq etdiyi partizan hərəkatının ən müsbət cəhətlərindən biri də odur ki, 

bu hərəkat Cənubi Azərbaycanda da bəylərə  və xanlara qarşı mübarizə apararaq 

kəndlilərin mənafeyini müdafiə edirdi. Qaçaq Nəbi Zəngəzurda ermənilərə qarşı 

amansız olmuşdur. Nəbinin qardaşı Mehdi 1894-cü il iyulun 20-də Gürcüvan 

kəndində car cəsusları və ermənilər tərəfindən öldürülür. Bu hadisədən sonra Qaçaq 

Nəbi həmin kəndə gələrək kazakları, erməniləri məhv edərək İrana keçir.  

1895-ci ildə  Nəbinin arvadı  Həcər xanım, bacısı Mehri xanımla birlikdə  həbs 

olunaraq Gorusdakı qalaya salınırlar. Həmin ilin oktyabrın 28-də Nəbi öz dəstəsi ilə 

Gorusu mühasirəyə alır. Gorus qalasının komendantı olan rus polkovnikindən Həcər 

xanımla Mehri xanımın azad olmasını tələb edir və tələbinə nail olur. Bu hadisədən 

məlum olur ki, partizan dəstəsinin sayı kifayət qədər imiş ki, Gorus kimi böyük bir 

qəsəbəni mühasirə edə bilmişlər. 

1896-ci ilin mart ayında Nəbi Kərbəla ziyarətindən geri qayıdarkən Türkiyə ilə 

İran sərhədi arasında olan Larni kəndində erməni və rus cəsusları  tərəfindən 

əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur.  

Qaçaq Dəli Alı 1898-cı ildə 22 yaşında silahlanaraq dağlara çəkilib düşmənlərə 

qarşı mübarizə aparmışdır. 1898-1913-cü illər  ərzində ruslarla dəfələrlə qanlı dö-

yüşlərə girərək onları ağır məğlubiyyətə uğratmışdır. Gəncənin Qarasuçu kəndindən 

olan Dəli Alı uca boylu, enlikürək, kəskin baxışlı, cəld, yaraşıqlı bir gənc idi. Onun 

əsas hədəfi rus çar rejimi, onların Azərbaycandakı nökərləri olan erməni millətçiləri, 

yerli xanlar və bəylər olmuşdur. 1905-ci ildə rus inqilabı dövründə Azərbaycanı bü-

rüyən erməni – müsəlman qırğınları başlananda Dəli Alı  dəstələrini dağlarda, kənd-

lərdə etibarlı gizlətmiş, lazım olduqda dəstə üzvlərini toplayıb ermənilərə qarşı 

mərdliklə vuruşaraq onları məhv etmişdir. Belə ki, 1905-ci ildə çarın yüksək rütbəli 

məmurları erməniləri silahlandıraraq azərbaycanlılara qarşı hücuma təhrik etdilər. 

Ermənilər azərbaycanlıların yaşadığı  ərazilərə hücum edərək qırğınlar törətdilər. 

Bunu görən Dəli Alı başına topladığı dəstəsilə Gəncənin böyük erməni kəndləri olan 

Bayan, Çardaqlı, Çaykənd və digər kəndləri işğal edərək qadınlara, uşaqlara, qocalara 

toxunmadan  əli silah tutan ermənilərin hamısını  məhv etdi. Dəli Alı  dəfələrlə rus 

jandarm və kazakları ilə döyüşə girmişdir. Bu döyüşdən qalib çıxaraq yüzlərlə əsgər, 

kazak, jandarm öldürdüyünü təfsilatı ilə yazmağa ehtiyac yoxdur.  

Romanovlar sülaləsinin üç yüz illiyi münasibətilə çar hökuməti amnistiya 

haqqında fərman hazırlayır və  Dəli Alını hökumət  əhf etmək istəyir. Bu məqsədlə 

knyaz Qalitsin Dəli Alı ilə danışıqlar aparmaq üçün Gəncəyə  gəlir. Gəncə quber-

natorunun vasitəçiliyi ilə knyaz Qalitsin ilə Dəli Alı arasında danışıqlar baş tutdu və 




 

 166


Dəli Alının bağışlandığı elan olundu. O, Peterburqa, çar ailəsinin üç yüz illiyi mü-

nasibətilə keçirilən məclisə dəvət edildi (1, 38-43). 

Qaçaq hərəkatının ən görkəmli nümayəndələrindən biri də şuşalı qaçaq Məm-

məd Bəy Kavalerdir. Qaçaq Məmməd bəyin haqqında dəqiq məlumat olmadığından 

onun doğulduğu il və ölümü barədə dəqiq fikir söyləmək çətindir. Onun Qaçaq Nə-

binin dostu və müasiri olduğu məlumdur. Məmməd Bəy Kavalerin müasiri Mir 

Möhsün Nəvvabın verdiyi məlumata görə 45 yaşında qaynı tərəfindən Cənubi Azər-

baycanda öldürülmüşdü. O, III Aleksandrın çarlığı dövründə qaçaq düşmüş  və mü-

barizə aparmışdı. Onun əsas düşmənləri ruslar, bəylər, xanlar, ermənilər və şəxsi rə-

qibləri idi. Qaçaq Məmmədlə bacarmayan çar hökuməti onu bağışlayır və ona kavaler 

– kapitan rütbəsi verir. Qarabağ camaatı bundan sonra Qaçaq Məmmədin ailəsini 

kavalerlər nəsli adlandırır.  

Qərbi Azərbaycanda Abbasqulu ağa  Şadlinskinin rəhbərlik etdiyi azərbaycan-

lılar ermənilərə qarşı  mətanətlə vuruşmuş, bir çox hallarda ermənilərə  ağır zərbələr 

vurmuşlar. Qərbi Azərbaycanın Vedibasar bölgəsində fəaliyyət göstərən partizan hə-

rəkatı erməni qırğınlarının həmçinin azərbaycanlıların kütləvi deportasiyasının qar-

şısını almışdır.  

Tarixi araşdırarkən məlum olur ki, XIX əsrdə partizan müharibəsinin  əsasını 

qoyan Qafqazda yaşayan müsəlmanlar olmuşlar. İmam Şamilin başçılığı altında fəa-

liyyət göstərən milli azadlıq hərəkatı Rus İmperiyasını sarsıtmış, onları çıxılmaz və-

ziyyətdə qoymuşdu. 30 ildən artıq bir müddətdə Şeyx Şamillə mübarizədə yüz min-

lərlə işğalçı rus məhv edilmişdir (5, 196).  

Yuxarıda yazdıqlarımızdan məlum olur ki, Azərbaycanda partizan hərəkatı XIX 

əsrdə  və XX əsrin birinci yarısında çox mühüm əhəmiyyətə malik olmuş, partizan 

hərəkatının fəal olduğu bölgələrimizdə ermənilərin və onların havadarlarının bir çox 

planları puç olmuş, erməni qırğınları zamanı azərbaycanlıların kütləvi qırılmasının 

qarşısı alınmışdır. Müasir həyatımızda vətənimizin ermənilər tərəfindən ardıcıl olaraq 

işğal olunduğu bir vaxtda partizan hərəkatı vacibdir.  



 

ƏDƏBİYYAT 

1 .Azərbaycan jurnalı. Bakı: 1961, № 7,  s.38-43. 

2. Azərbaycan tarixi. 3 cilddə. I cild. Bakı: Azərnəşr, 1964, 1000 s.  

3. Hüseyn Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: 1992, 276 s.  

4. Firudin Əsədov, Sevil Kərimova. Çarizmi Azərbaycana gətirənlər. Bakı: Elm, 1993, 140 s.  

5. История народов Северного Кавказа концa XVIII в.- 1917 г. М.: Наука, 1988, с.278.  

  

  

ПРИЧИНЫ ВОЗНИКНОВЕНИЯ В XIX ВЕКЕ ПАРТИЗАНСКОГО 

И ГАЧАГСКОГО ДВИЖЕНИЙ В АЗЕРБАЙДЖАНЕ 

 

Ш.Ф.ФАРАДЖЕВ 

 

РЕЗЮМЕ 

 

После  подписания 10 февраля 1828 года  Туркменчайского  договора,  по  кото-

рому  Северный  Азербайджан  вошёл  в  состав  Российской  империи,  против  тяжелого 

положения  в  стране,  порождаемого  колониальным  методом  управления,  в  различных 

местах началось партизанское движение. Борьба с режимом, известное среди населения 

под  названием  гачагское  движение,  является одной  из  героических  страниц в  истории 




 

 167


нашего  народа.  Гачагское  движение  сыграло  также  положительную  роль  в  период 

проводимых армянами зверств (погромов) против нашего народа. Участники партизан-

ского движения боролись не только с внешними врагами, но и вели успешную борьбу 

против внутренних врагов-беков, ханов и кулаков. Партизанское движение имело важ-

ное значение как в XIX веке, так и в начале XX века. 

 

 

REASONS OF FORMATION OF PARTISAN AND GACHAG MOVEMENTS  

IN AZERBAIJAN İN THE XIX CENTURY 

 

Sh.F.FARAJOV 

 

SUMMARY 



 

 After Turkmanchai treaty was signed on February 10, 1828 Northern Azerbaijan be-

longed to the Russian Empire, and partisan movements started in the country against hardships 

conditioned by the colonial authority. The struggle against this regime well known among the 

populations as gachakh movements opened a new heroic page in the history of the nation. 

Participators of this movement struggled not only againts external enemies but also fought 

against local enemies named as bays, khans, qolchomags. Such a partisan movement was of 

important significance both in the XIX century and early in the XX century.  



 

Yüklə 61,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə