NÜMUNƏ KEYS
2016
Bakı, Azərbaycan
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan regionlarında
qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsi
AZƏRBAYCANDA QADIN SAHİBKARLIĞIN İNKİŞAFI
AVROPA İTTİFAQI
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
“Azərbaycan regionlarında qadın peşəkarların yetişdirilməsi və qadın
sahibkarlığın inkişafı” layihəsi Azərbaycan Mikro-maliyyə Assosiasiyası
(AMFA) ilə Mikromaliyyə Mərkəzi (Polşa) arasında unikal əməkdaşlığı
təqdim edir. Layihə Avropa İttifaqı, Dəmirbank və Viator Mikrokredit
tərəfindən maliyyələşdirilmişdir. Bu nümunə keys AMFA tərəfindən MFC
dəstəyi ilə hazırlanmışdır.
XÜLASƏ
Bu keys Azərbaycanda qadınlar üçün bacarıqların artırılması və
imkanların təqdim edilməsi üçün işlənmiş innovativ sahibkarlıq
layihəsini təsvir edir. Üç il boyunca biz 8 region ərazisində 105
təlim vasitəsilə 2,000 qadını təlimləndirmişik. Keysdə bu
nailiyyətlərə yetişmək üçün keçdiyimiz yol, proses, bu yolda
çətinliklərimizi, konservativ regionlarda qadınlara necə
yetişdiyimizi,
bizneslərində
olan
çətinliklərin
aradan
qaldırılmasında onlara verdiyimiz töhfədən danışılır. Ən vacibi
isə, keysdə həmin qadınların öz dilindən olan uğur hekayələri
verilmişdir. Biz bu hekayələri təkcə layihə monitorinqi
məqsədilə deyil, həm də onları dəstəkləyən daha geniş
qadınlar auditoriyası və təşkilatlar ilə bu uğurları bölüşmək
məqsədilə yazmışıq. Və nəhayət, keysdə gələcəkdə
regionlarda qadınların maarifləndirilməsi üzrə aparılacaq oxşar
tədbirlərdə nəzərə alınmalı olan tövsiyələr və mühüm fikirlər
verilmişdir.
LAYİHƏ HAQQINDA
Bu 3 illik layihə 2014-cü ildə başlamış və Azərbaycanın region ərazilərində qadınların
səlahiyyətləndirilməsi vasitəsilə regional inkişafı dəstəkləməyə yönəlmişdir. Layihənin əsas
məqsədləri aşağıdakılar olmuşdur:
1. Ailə büdcəsinin idarə edilməsi bacarıqlarının artırılması və pul idarəetmə davranışlarının
dəyişdirilməsi vasitəsilə region qadınlarının maliyyə təhlükəsizliyi və davamlılığını təmin
etmək.
2. Aşağıdakılar vasitəsilə onların gəlir artırma imkanlarını genişləndirmək:
•
Maliyyə təşkilatlarında kredit işçisi kimi işləmək üçün onlara peşə üzrə hazırlığın
keçirilməsi
•
Bizneslərinə başlamaq və təkmilləşdirmək üçün bacarıqlarının artırılması.
Layihə haqqında qısa
haşiyə:
•
36 aylıq müddət
•
1,808 qadın əhatə
olunmuşdur
•
8 region: Gəncə,
Göyçay, Biləsuvar,
Zaqatala, Şəmkir,
Ağdaş, Quba,
Mingəçevir
•
Kredit işçisi üzrə 4
təlim
•
86 maliyyə savadlığı
təlimi
•
15 Öz biznesinə başla
təlimi
•
22 sertifikatlaşdırılmış
təlimçi
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
LAYİHƏ İŞTİRAKÇILARI
Layihə region qadınları arasında üç fərqli qrupu müəyyənləşdirmişdir. Maliyyə savadlılığı
təlimləri üçün əsas hədəf qrup istənilən yaş və peşə ilə məşğul olan qadınlar olmuşdur. Öz
biznesinə başla və onu təkmilləşdir təliminin hədəfini yeni biznesə başlayan, o cümlədən
potensial olaraq sahibkarlıqla məşğul olacaq qadınlar, Kredit işçisi təlimi üçün isə əsas
hədəf qrupu 32 yaşından aşağı, karyerasını bank sektorunda qurmaq istəyən qadınlar təşkil
etmişdir. Bütün layihə ərzində, benefisiar qadınlar 21 -50 yaş arasında olmuşlar.
LAYİHƏ FƏALİYYƏTLƏRİ
Layihədə 3 əsas fəaliyyət təqdim edilmişdir:
1)
Maliyyə savadlılığı təlimi uzun müddətli maliyyə planlaşması və yığım
təcrübələrində neqativ davranış vərdişlərini dəyişməyə yönəlmişdir.
2)
Öz biznesinə başla və təkmilləşdir təlimində qadınlara biznesə necə başlamalı və
onu necə idarə etmək öyrədilmişdir.
3)
Kredit işçisi təlimi vasitəsilə mikromaliyyənin prinsipləri və əsas məzmunu üzrə
potensial qadın kredit işçiləri hazırlanmışdır.
Bu üç təlim fəaliyyətləri aşağıdakı beş əsas fəaliyyət istiqamətləri ilə dəstəklənmişdir:
1)
Əməkdaşlıqların yaradılması və gücləndirilməsi. Yerli imkanlardan yararlanmaq
və layihə əhatəsinə yetişmək məqsədilə Anlaşma Memorandumları vasitəsilə 2
regional assosiasiya ilə, 7 mikromaliyyə təşkilatı ilə və nəhayət qadınların təlimlərdə
iştirakı üçün iş yerlərindən icazələrin alınması və tədbirin təhlükəsizliyinin təminatı
məqsədilə yerli icra orqanları ilə əməkdaşlıqlar qurulmuşdur.
2)
Təlimçi bacarıqlarının artırılması. Gəncə və Quba şəhərlərində xüsusi proqram
əsasında təlimçilər üçün təlim keçirilmiş, təlim materialları tərcümə edilərək yerli
kontektsə uyğunlaşdırılmışdır.
3)
Təlim tədbirlərinin təşviqi. Təlimlər, görüşlər, tərəfdaş müzakirələri, Avropa
Şəhərciyi tədbirlərində (Avropa İttifaqı tərəfindən Bakıda keçirilən) posterlər, lifletlər
vasitəsilə layihə təbliğ edilmişdir. Bütün layihə tədbirləri mütəmadi olaraq AMFA-nın
feysbuk səhifəsində və AMFA internet səhifəsində yaradılmış ayrıca bölmədə
yerləşdirilmişdir.
4)
Layihənin nailiyyətləri AMFA tərəfdaşlarına xüsusi aylıq informasiya bülletenləri,
uğur hekayələri və digər xəbərlər vasitəsilə çatdırılmışdır.
5)
Layihə təsirinin öyrənilməsi (qiymətləndirmə) və monitorinq. Təlimlərin qısa
müddətli təsirləri, o cümlədən uzun müddətli faydalarının öyrənilməsi üçün
qiymətləndirmə və monitorinqlər aparılmışdır. Bu məqsədlə, xüsusi alətlər, o
cümlədən təlim öncəsi və sonrası sorğular, kəmiyyət sorğuları, təlim qiymətləndirmə
formaları hazırlanmış, mühüm nailiyyətlər haqqında uğur hekayələri yazılmışdır.
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
TƏLİMLƏR HAQQINDA
“Gələcəyini planlaşdır” maliyyə savadlılığı təlimi
“Gələcəyini planlaşdır” maliyyə savadlılığı təlimi insanların uzun müddətli maliyyə planlaşması və
yığımlarına olan neqativ davranışlarını dəyişmək, onların yığım imkanları haqqında biliklərinin
artırılması üçün tərtib edilmiş təlim proqramıdır. Bu təlim həm şəxsi, həm də biznes maliyyəsinin
idarəedilməsi üçün effektiv vasitədir.
Regionlar: Gəncə, Quba, Mingəçevir, Biləsuvar, Ağdaş, Göyçay, Şəmkir, Zaqatala
Nəticələr: 1,496 qadın 86 təlim vasitəsilə təlimləndirilmişdir.
Öz biznesə başla və onu təkmilləşdir
Öz Biznesinə Başla təlimi inkişaf etməkdə olan iqtisadiyyatlarda fərdi sahibkarların biznes
bacarıqlarının gücləndirilməsi yolu ilə onların özünü iş ilə təminatına töhfə verən menecment -təlim
proqramıdır. Təlim potensial və cari kiçik sahibkarlara yönəlir və onlara biznesə başlamaq, mövcud
bizneslərinin etibarlılığını artırmaq, digərləri üçün də iş yerləri yaratmaq məqsədi daşıyır. Təlim
zamanı iştirakçılar biznes ideya formalaşdırır, biznes plan hazırlayır və bizneslərdə əsas uğur
amillərini müzakirə edirlər.
Regionlar: Biləsuvar, Göyçay, Şəmkir, Zaqatala
Nəticələr: 233 qadın 15 təlim vasitəsilə təlimləndirilmişdir.
Kredit işçiləri üçün təlim
Yerli mikromaliyyə təşkilatları region ərazilərində yaşayan qadınlar üçün ideal potensial işəgötürən
ola bilər – buna görə də biz bu təlimi tərtib etmişdik ki, qadınlar bu sektorda çalışmaq üçün
mikromaliyyə, kredit işinin aparılması və kredit işçisinin gündəlik məsuliyyətləri üzrə təlimləndirilsin.
Bu proqram hər kreditləşmə prosesini, o cümlədən müştərilərin təhlili və sahə səfərlərinin təşkili
mərhələlərini əhatə edir.
Regionlar: Biləsuvar, Göyçay, Şəmkir, Zaqatala
Nəticələr: 73 qadın 4 təlim vasitəsilə təlimləndirilmişdir.
NƏTİCƏLƏRİN ÖYRƏNİLMƏSİ
Qiymətləndirmə metodologiyası
Layihə müddətində, iki qiymətləndirmə\rəy toplama metodundan istifadə edilmişdir:
1) Təlim öncəsi və sonrası biliklərin qiymətləndirilməsi forması: Təlim öncəsi
sorğuda 35 sual verilir və bu suallar vasitəsilə onların büdcə idarəetməsi üzrə hazırki
bilik və davranışları öyrənilir. Təlimdən sonra iştirakçılar buna oxşar, lakin fərqli
sualları olan sorğu formasını doldurur və onun təlim öncəsi sorğu ilə müqayisəli təhlili
vasitəsilə təlim nəticəsində iştirakçıların bilik və davranışlarında hansı dəyişikliklərin
olması öyrənilir. Yekunda, layihə komandası bu ümumi məlumatlar əsasında
təlimlərin effektivliyini öyrənmək üçün təhlillər aparmışdır.
2) İştirakçı rəyi: Hər bir təlimdən sonra, biz təlim qiymətləndirməsi vasitəsilə
iştirakçıların ümumi təşkilatçılıq, logistika ilə əlaqədar məsələlər, mövzuların
əhatəliliyi, onların çatdırılma keyfiyyəti, təlim materiallarının qənaətbəxş olması və s.
üzrə bir sıra bal qiymətləndirməsi və açıq tipli suallar soruşuruq. Bu məlumat da
təhlil edilərək, iştirakçıların ümumi məmnuniyyəti və təkmilləşdirilməli olan sahələr
müəyyənləşdirilir.
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
TƏLİM SONRASI QİYMƏTLƏNDİRMƏLƏR
Bizim qiymətləndirmə nəticələrimiz göstərmişdir ki, qadınlar təlimləri bir sıra səbəblərə görə
yüksək qiymətləndirirlər və bu səbəblərin qadınların yaş dövrünə əsasən fərqli olması
müşahidə edilmişdir. Bəziləri qeyd etmişdilər ki, müstəqil həyata hazırlıq üçün bu bilik və
bacarıqların öyrənilməsi onlar üçün çox faydalı olmuşdur (xüsusilə 25 yaşdan aşağı olan
iştirakçılar). Digərləri isə bildirmişlər ki, təlimin əsas faydası onlar üçün ailə büdcələrini
idarəetmə biliklərini öyrənmələri olmuşdur (əsasən 30-35 yaş arası iştirakçılar). 40 yaşından
yuxarı qadınlar ilkin təəssüratda artıq öz həyat davranışlarının təsbit olunduğunu və özlərini
bu vaxtdan sonra dəyişməyin çətin olduğunu bildirmiş, habelə təlimləri yeni biliklərin
öyrənilməsi, yeni tanışlıq və əlaqələrin qurulması, gənc xanımlar ilə həyat təcrübələrinin
bölüşdürülməsi baxımından faydalı hesab etmişdilər.
MONİTORİNQ NƏTİCƏLƏRİ: GƏLƏCƏYİNİ PLANLAŞDIR
Ümumilikdə, 2014-cü ildə maliyyə
savadlılığı təlimində iştirak edən 221
qadın ilə təlimdən bir müddət sonra
monitorinq
aparılmışdır
(təxminən
iştirakçıların 15 %-ni təşkil edir).
Qadınların əksəriyyəti (95%-i) hətta
təlimdən bir neçə ay sonra ümumi təlim
mesajlarını
(o
cümlədən
büdcə
planlaşmasının
faydası,
yığımlar,
gözlənilməz hallara hazırlıq və s.) çox
yaxşı xatırlayırdılar. Digər bir uğur
məqamı isə o olmuşdur ki, demək olar ki,
Monitorinq metodologiyası
Gördüyümüz işlərin orta müddətli təsirini öyrənmək üçün biz iki monitorinq alətindən istifadə
etmişik:
1) Öz biznesinə başla iştirakçılarına telefon zəngləri. Təlimdən 3-6 ay sonra biz
təlim iştirakçılarına zəng vuraraq onların bizneslərində nail olduqları dəyişiklikləri
müzakirə etmişik. Bütün zənglər üzrə xüsusi monitorinq formasında qeydlər
aparılmışdır. Həmçinin biz iştirakçıların mühüm uğuru və bizneslərində olan
dəyişiklikləri fərdi uğur hekayətləri vasitəsilə işıqlandırmışıq.
2) Maliyyə savadlılığı təlimi üzrə monitorinq - iştirakçıların təlimdən müəyyən
müddət sonra nəyi xatırlamaları, hansı bilikləri həyatlarına tətbiq etmələri, yığım
vərdişlərində olan təkmilləşmələri öyrənməyə imkan verirdi.
95%
5%
Bəli
Xeyr
Əsas mesajların xatırlanması
47%
26%
27%
Daha uzun
müddət üçün
plan
Daha qısa
müddət üçün
plan
Heç bir dəyişiklik
olmamışdır
Planlaşmada dəyişiklik
99%
1%
Bəli
Xeyr
Təlmdən sonra gəlir və xərclərin
planlaşdırılmasının davam
etdirilməsi
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
bütün qadınlar (99%) təlimdən sonra gəlirlər və xərclər planının aparılmasını davam
etdirirdilər. Planlaşma müddətinə gəldikdə, qadınların 47 %-I daha uzun müddətə planlaşma
aparır, 27% -ində isə bu sahədə heç bir dəyişiklik olmamışdır.
Ümumilikdə belə nəticəyə gəlinir ki, qadınlar gözlənilməz hadisələr üçün daha çox yığım
edirlər – bu təlim tapşırıqları və həyat planlaşması çalışmaları zamanı da qadınlarda
müşahidə etdiyimiz davranışı olmuşdur. Habelə, eyni fikri 25 yaşından aşağı qadınlar üçün
söyləmək olmaz, onlar əldə etdikləri bütün pulları dərhal xərcləməyə daha meyllidirlər – bu
da onunla izah edilə bilər ki, onların əksəriyyəti hələ də maliyyə baxımından valideynləri və
ya həyat yoldaşının ailəsindən asılıdırlar, özləri qazanmadıqları üçün və gözlənilməz
hadisələr zamanı valideynlərin əsas məsul olmasını düşündükləri üçün yığım etməyə meylli
deyillər. Bunun əksinə olaraq isə, daha yaşlı qadınlar öz məqsədləri üçün yığımlardan əlavə,
həm də gözlənilməz hadisələr üçün yığımlar etməyə daha meyllidir. Təlimlərdən sonra 72 %
qadın yığımlar etməyə başlamış, 88 % -i isə gözlənilməz hallar üçün olan yığımlarını
artırmışlar (hətta gənc xanımlar). Yalnız 11 % qadın yığım vərdişlərində heç bir dəyişiklik
etməmişdir – bu da yığım etmək vacibliyini önəmsəmədikləri üçün deyil, yığımlar üçün
yetərincə maliyyəsi olmadığı, maliyyə çətinliklərinin (daha yüksək xərclər, daha aşağı
gəlirlər) olması ilə əlaqədardır.
Müsbət bir haldır ki, bütün qadınlar təlim zamanı çalışmalar vasitəsilə qısa və uzun müddətli
maliyyə məqsədləri qururdular. Monitorinq zəngləri zamanı da əksəriyyəti bildirmişdir ki,
təlimdən sonra yaratdıqları maliyyə məqsədləri üçün yığımlar etməyə başlamışlar, lakin bir
çox hallarda bir neçə aydan sonra, yığımlar etməyi dayandırmışlar. Yenə də bu amil aşağı
və qeyri-sabit gəlirlər səbəbindən (təlimdən sonra ölkə də iqtisadi inkişafın dayanması da
buna təkan vermişdir) ola bilər.
72%
28%
Yes
No
Fövqəladə fond üçün yığıma
başlamışdır
88%
2%
11%
Məbləği artırmış Məbləği azaltmış Heç bir dəyişiklik
olmamışdır
Fövqəladə fondda dəyişiklik
98%
2%
Bəli
Xeyr
Xüsusi məqsədlər üçün yığımları
davam etdirmiş
64%
36%
Bəli
Xeyr
Təlimdən sonra xüsusi məqsədlər
üçün yığımlara başlamış
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
QADINLARIN BİZNESƏ BAŞLAMASINA HƏVƏSLƏNDİRİLMƏSİ
Qadınlar bir neçə səbəbdən biznesə başlamaq qərarına
gəlirlər: öz gəlirlərinə malik olmaq, özləri özlərinin
rəhbəri olmaq, işsizlik problemlərini həll etmək və ya
şəxsi məmnunluq və peşəkar inkişafını yüksəltmək.
Habelə, qadınların bizesə başlamasında üç əsas
maneə vardır:
a) Ailə dəstəyinin olmaması (xüsusilə kişi
dominantlığı yüksək olduğu ailələrdə)
b) Kapital çatışmazlığı
c) Özünə güvənin olmaması (maneələrə görə
həvəsdən düşməsi, motivasiya çatışmazlığı,
uğura inanmamaq)
Əksər qadınların başlamaq istədikləri biznes sahəsi
üzrə müəyyən ideyaları vardı, yalnız bəziləri dayanıqlı
bir sahibkarlıq fəaliyyətinə necə başlamaq barədə
təəssürata malik idi. Bizim fərdi dəstəyimiz və qrup
çalışmaları vasitəsilə iştirakçı qadınlar qrup şəklində bu
ideyaları sınaqdan keçirmiş, həmin ideya üzrə biznes
plan hazırlamışdılar. İdeyanın formalaşdırılması
mərhələsində qadınların bir neçə mümkün ideyaları, o
cümlədən bu ideyalar ilə əlaqədar məhsul və prosesləri
nəzərdən keçirmələri vacibdir ki, ilkin ideyalarına
mühüm dəyər verə biləcək amilləri qaçırmasınlar. Belə
ki, ilkin ideyanın təhlili özünü doğrultmazsa, digər
alternativ ideyaları olsun.
Həmçinin təlim iştirakçılarının yalnız qadın qruplardan
ibarət olması da faydalı oldu (həm bizim, həm də
qadınlar üçün) - əksərən qadınlar təlimə gələrkən otağa
nəzər yetirib kişilərin olub-olmamasını soruşurdular.
Hətta bəzi hallarda (xüsusilə Biləsuvar kimi konservativ
ərazilərdə) qadınların həyat yoldaşı və ya oğulları da
təlimə gələrək təlimçilərdən otaqda oturub “onların
qadınlarına” orada nə söyləndiyini, onları başqa
məqsədlərə təşviq edilməməsini və ya onları həyat
yoldaşlarından hüquqlarını tələb etməyə hazırlayıb -
hazırlamadığımızı dinləmək üçün icazə alanlar da
olmuşdur.
Uğur hekayəsi
Rəna: 53 yaş.
Öz biznesinə başla
təlimdən sonra, Rəna öz kiçik
yığımını bir biznesə yatırmaq
qərarına gəldi. Təlim zamanı o
çörək istehsalı üçün biznes plan
hazırladı, lakin təlimdən sonrakı
monitorinqimiz zamanı bildirdi ki, o
fikrini dəyişərək yaşadığı ərazidə
daha çox tələb olunan toy
mərasimləri üçün dekorasiyalar ilə
məşğul olmağa qərar verib. Əlində
olan cəmi 500 manat ilə o, yüksək
keyfiyyətli dekor materialları
almaqla və əl qabiliyyəti yaxşı olan
öz qohumunu da cəlb etməklə bu
işə başladı. Hazırda o, hazırlanmış
toy mərasimi xonçalarının effektiv
satışı, təbliği, sosial şəbəkələrdə
paylaşılması ilə, küçədə
yerləşdirilən reklam şiti vasitəsilə
reklamını və satışını, material
tədarükünü təşkil edir.
Onun biznesi
“Sweet flower Xonca”,
adlanır və onun məqsədi bu adı
tanınmış və etibarlı bir dekorasiya
brendinə çevirməkdir.
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
HƏDƏF QADINLARA YETİŞMƏK ÜÇÜN VASİTƏLƏR VƏ METODLAR
Hədəf qrup qadınlara effektiv yetişmək üçün AMFA bir
sıra tərəfdaşlar - biznes qrupları, assosiasiyalar, qadın
şəbəkələri, yerli hökumətlər, mikromaliyyə təşkilatları və
banklar ilə əməkdaşlıqlar qurdu. Regional təbliğat və
gördüyümüz fəaliyyətlərin əhəmiyyətini çatdırmaq
məqsədilə AMFA həm də yerli icra hakimiyyətləri ilə
müvafiq əməkdaşlıq qurmuşdur. Bu əlaqənin təşkili
xüsusilə konservativ ərazilərdə mühüm bir yanaşma idi –
belə ki, bəzi ərazilərdə qadınlar yerli icra hakimiyyəti ilə
razılaşdırılmış tədbirlərdə daha rahat iştirak edirdilər,
həm də onların işəgötürənləri qadın işçilərə belə icazəli
tədbirlərdə iştirak etmək üçün daha asanlıqla icazə
verirdilər. İki partnyor assosiasiyamızın (Gəncə və Quba
yerləşən) bu layihədə rolu mühüm olmuşdur, onlar geniş
qadın sahibkarlar şəbəkəsinə malik olduqları üçün
təlimlərimizə düzgün hədəf qrupundan olan qadınların
dəvət olunmasına töhfə vermişdilər.
Həmçinin müşahidəmizə əsasən maliyyə savadlılığı
təlimini bitirən qadınlar öz kiçik bizneslərinə başlamağa
marağı olduqlarını və ya kiçik biznes fəaliyyətlərinin
olduğunu göstərmişlər. Bu halda biz onları Öz Biznesinə
Başla təliminə dəvət edirdik və nəticədə təxminən 60 %
qadın hər iki təlimdə iştirak etmiş oldu.
Təlimlərin keçirilməsi ilə bağlı, biz təcrübəli və yeni
hazırlanmış təlimçiləri cəlb edir və onların təlimçilik
bacarıqlarının təkmilləşdirilməsinə imkan yaradırdıq.
Uğur hekayəsi
Səidə. 32 yaş.
Səidə müəllimədir və
Ağdaş rayon mərkəzində kiçik bir
təlim mərkəzi vardır. Həyatını
planlaşdır təlimində iştirak etməzdən
əvvəl, Səidə inanmazdı ki, kiçik
məbləğdə pulları yığmaqla böyük bir
məbləğ əldə etmək olar. Təlimdən
sonra isə o hər qəpiyini və xırda
pullarını yığmağa başladı və yığılan
vəsaitlə kursun marketinq işini
(pəncərə posterləri sifariş etdi)
təkmilləşdirdi.
Həmçinin o mərkəz üçün maliyyə
məqsədləri və 6-aylıq plan hazırladı
və sonran nəticəni bizimlə bölüşdü: o
daha çox tələbə cəlb etməyə nail
olmuş
və
hazırda
kursun
müəllimələri daha yüksək keyfiyyətli
təhsil xidmətləri çatdırmağa daha
motivasiyalıdırlar. Hazırda onun kurs
mərkəzi yerli səviyyədə ən yaxşı
kurslardan biridir və o artıq regional
təhsil
sərgilərində
və
sosial
fəaliyyətlər vasitəsilə mərkəzlərini
təbliğ edir.
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
ÇƏTİNLİKLƏR
Biznesə başlamaq üçün ailə dəstəyi: Qadınların
biznesə başlamaqda əsas çətinliklərindən biri onlara
ailə dəstəyinin göstərilməməsidir. Faktiki olaraq, bizim
təlimlərdən sonra bəzi qadınlar qeyd etmişdilər ki təlim
çox maraqlı olsa da, onlara biznes bacarıqları öyrətsə
də, bu işdə əsas çətinlik ailənin dəstəyinə nail
olmaqdır.
Konservativ regionlar: Bəzi regionlarda (məsələn
Biləsuvarda), olduqca konservativ mental yanaşma
səbəbindən, qadınları təlimlərə cəlb etmək çətin idi. Bu
işdə yerli icra orqanları ilə əməkdaşlıq çox faydalı
olmuşdu (təlimə “icra tərəfindən icazə verilib” təsdiqinin
iştirakçılara bildirilməsi bu işdə mühüm bir amil idi).
Təlimdə iştirak etməyə məcburiyyət hissi: əksər
iştirakçılar adətən xarici kanallar vasitəsilə - icra
hakimiyyətləri, biznes assosiasiyaları, təlim mərkəzləri
və s. tərəfindən dəvət olunurdular. Bu da bəzi
qadınlarda mütləq iştirak etmək məcburiyyəti hissi
formalaşdırmışdı və belə icbarilik hiss edən qadınlar
təlimin ilk günü bunu bildirirdilər. Təlimçilərimiz bu
vəziyyəti peşəkarcasına və müsbət yolla izah edərək
qadınlara bir qədər təlim ilə tanış olduqdan sonra,
onlar üçün maraqlı olmazsa təlimi tərk etmək imkanı
vermiş və nəticədə təlimi bir qədər dinlədikdən sonra
çox az sayda qadın təlimi tərk etmişdir (hər tədbirdə
maksimum 2 belə iştirakçı olardı), digərləri isə təlimin
maraqlı olmasını əsaslandıraraq onu tərk etmək
fikrindən daşınmışdılar.
Nəzəriyyə və təcrübə: Kredit işçilərinin hazırlanması
təlimləri gənc xanımlara mikromaliyyə sektorunda
işləmək üçün lazımı bilik və bacarıqları versə də,
onların əksəriyyəti ofisdən kənar sahə işlərində işləyə
bilməyəcəklərini bildirmişlər (kredit işçilərinin isə əsas
işi adətən sahələrdə olur). Bununla yanaşı maliyyə
qurumları da elə bu səbəbdən qadınları işə qəbul
etməyə maraq göstərmədilər. Layihənin bu məqamı ortaya çıxdığı andan etibarən kredit
işçiləri üçün təlimlərin keçirilməsi donor ilə razılaşdırılaraq dayandırılmışdır. Çətinliklər və
problemlərin vaxtında müəyyən edilməsi (hətta layihənin ortasında belə) effektiv layihə
idarəetməsinin və liderliyin əsasını təşkil edir. Bu baxımdan da layihə komandası olaraq,
layihəmizdə bu məqamın olmasını qazanılmış təcrübə uğuru hesab edirik.
Uğur hekayəsi
Nəhayət, 29 yaş.
Öz biznesinə
başla təlimindən sonra, o yeni bir
müəssisə
yaratmaq
üçün
bacarıqlarının
artdığını
və
motivasiyasının
yüksəldiyini
bildirmişdir. Bununla yanaşı aylıq
gəlirlərini necə effektiv idarə
etməyi, biznes plan yaratmağı
öyrənmişdir.
Hazırda
o,
ailə
biznesini – gözəllik və sağlamlıq
(SPA) mərkəzi yaratmağı düşünür.
Nəhayət artıq bir ideyası üçün
ailənin razılığını da almışdır və ailəsi
ona maddi baxımından da kömək
edəcəyini bildirmişdir.
Onun icma işlərinə də aktiv cəlb
edilməsi
sayəsində
o
yerli
bələdiyyəyə seçilmişdir və hazırda
bələdiyyənin
gəlir
yaradan
təsərrüfatlar və yerli bizneslərin
yaradılmasına
biznes
planların
hazırlanması, bazar araşdırmasının
aparılması,
marketinq
planının
işlənməsi vasitəsilə töhfə verir. O,
bələdiyyənin quşçuluq fəaliyyətinin
biznes planını işləmişdir.
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
ÖYRƏNİLMİŞ DƏRSLƏR / TÖVSİYƏLƏR
•
Ailə üzvlərinin dəstəyini əldə etmək üçün qadınlar ilə yanaşı onların ailələrindən olan kişi
üzvlərinə də ayrı-ayrı qruplarda təlim keçirilməsi vacibdir. Bu onlara imkan verəcək ki,
təlimdən sonra ümumi mövzuları birlikdə müzakirə etsinlər və deyilənlərin vacibliyini
bərabər səviyyədə anlasınlar.
•
Ölkədə bu regionlarda arzu olunan hədəf qrupa yetişmək üçün ilkin prioritet olaraq yerli
icra hakimiyyətlərinin məlumatlandırılması əsas faktordur. İcra hakimiyyəti tərəfindən
müvafiq hədəf qruplara dəvətlər edilərkən, onların təlimin vacibliyinə etimadı tam olur –
xüsusilə də mühafizəkar regionlarda.
•
Kredit işçisi üzrə təlim komponentini icra etməzdən öncə layihə partnyoru olan
təşkilatların qadın kredit işçilərin olan tələbatı və marağı öyrənilməli və vardırsa, onların
işə götürülməsi üzrə təşkilatlarda öhdəlik alınması faydalı olar.
•
Monitorinqlərin edilməsi üçün ən uyğun vaxt aralığı təlimdən 3 ay sonradır. Bu qadınlara
təlimi daha yaxşı xatırlamağa və əldə etdikləri bilik və bacarıqları hələ yadda qalmış ikən
həyatlarına tətbiq etməyə məsuliyyətini gücləndirir.
GƏLƏCƏK PLANLAR
Layihə bitdikdən sonra, AMFA layihə fəaliyyətlərini yaratmış olduğu əməkdaşlıqlar vasitəsilə
həm yaranmış müvafiq məqamlarda, həm də müntəzəm şəkildə müxtəlif layihələr
çərçivəsində davam etdirməyi planlaşdırır. AMFA üzvləri tərəfindən qeyri-maliyyə
xidmətlərinə (məsələn, maliyyə savadlılığı və biznes dəstəyi xidməti) artan tələbatı nəzərə
alaraq AMFA üzvləri müştərilərini (cari və potensial) bu təlimlərdən keçirməkdə maraqlıdırlar.
AMFA bu keys nümunəni digər həmkar təşkilatlar, üzvləri, tənzimləyici qurum – Maliyyə
Bazarlarına Nəzarət Palatası və daha geniş maliyyə icması (donorlar, investorlar, digər
sektor aktorları və .s) ilə paylaşacaq.
2016
Az
ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys
LAYİHƏ PARTNYORLARI VƏ ONLARIN ROLU HAQQINDA
Mikromaliyyə Mərkəzi regional mikromaliyyə resurs mərkəzi və şəbəkəsidir. Üzvlüyündə
Avropa və Mərkəzi Asiyanın 31 ölkəsindən olan 101 təşkilat (o cümlədən 77 mikromaliyyə
təşkilatı) vardır və birlikdə 1, 000, 000 az təminatlı müştəriyə məsuliyyətli mikromaliyyə
xidmətləri göstərirlər. Missiyamız geniş sayda az təminatlı ailələrə və kiçik sahibkarlara
müvafiq maliyyə və qeyri-maliyyə xidmətləri təqdim edən sosial yönümlü və davamlı
mikromaliyyə sektorunu təşviq etməklə yoxsulluğun azaldılmasına və insanların inkişafına
töhfə verməkdir.
Buna nail olmaq məqsədilə mərkəz mikromaliyyə dəyər zəncirinin aktorları ilə - siyasət
yaradıcıları, assosiasiyalar, maliyyə xidmətləri təminatçıları və investorlar ilə işləyir. Ümid
edir ki, çox tərəfli strategiyasına riayət edərək sektorda müsbət və uzun müddətli dəyişikliyə,
həm təşkilati səviyyədə nəticələrin yüksəlməsinə, həm də müştərilər üçün müsbət töhfələrin
verilməsinə nail ola biləcək.
AMFA demək olar ki Azərbaycanda fəaliyyət göstərən bütün BOKT-lar və 11 orta həcmli
bankın, ümumilikdə 40 mikro maliyyə təminatçısının birlik qurumudur. Assosiasiyanın əsas
uğur faktoru geniş sayda maraqlı tərəfdaşlarının olması, sektor təşəbbüslərində birgə
öyrənmə və hər yenilikdə pionerliyidir
.
AMFA ilk milli assosiasiyadır ki, SMART Müştəri
Mühafizəsi Prinsipləri üzrə təlimləndirilmiş, sertifikatlaşdırılmış, Sosial Fəaliyyətin İdarə
olunmasını, maliyyə savadlılığı və uzun müddətli yığımlar və investisiyalar, daha yaxşı
maliyyə inklüzivliyini bütün sektorda təşviq etmişdir.
AMFA layihənin ümumi idarəedilməsi, kredit işçiləri üçün təlim proqramının hazırlanması
Mikromaliyyə Mərkəzinə Maliyyə savadlılığı təliminin yerli kontekstə uyğunlaşdırılmasına
dəstək verilməsi region qadınlarına maliyyə savadlılığı və Öz Biznesinə Başla təlimlərinin
keçirilməsi ilə məşğul olmuşdur.
Mikromaliyyə Mərkəzi maliyyə savadlılığı təlim proqramının hazırlanmasına, yerli
partnyorlara təlimçilər üçün təlim keçirilməsinə, layihə tərəfdaşları ilə birlikdə qadın kredit
işçiləri namizədləri üçün meyarların işlənməsinə məsul olmuşdur. Mikromaliyyə Mərkəzi və
AMFA bu keysdə verilmiş öyrənilmiş dərsləri birlikdə qeydə almışdır.
Azerbaijan Micro-finance Association (AMFA)
44 J. Jabbarlı str., Caspian Plaza I, 5th floor,
AZ 1065 Baku, Azerbaijan
Tel/Fax: (+994 12) 437 16 45; 437 23 39
E-mail: amfa@amfa.az
web: www.amfa.az
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA)
Cəfər Cabbarlı küç 44, Kaspian Plaza I, 5-ci mərtəbə,
AZ 1065 Bakı , Azərbaycan
Tel/Faks: (+994 12) 437 16 45; 437 23 39
E-mail: amfa@amfa.az
web: www.amfa.az
Bu keys Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Bu keysin
məzmunu tamamilə AMFA-nın məsuliyyətindədir və heç bir halda
Avropa İttifaqının mövqeyini əks etdirmir.
Dostları ilə paylaş: |