Azərbaycanda sahibkarlıq



Yüklə 17,98 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü17,98 Kb.
#82524
  1   2
Azərbaycanda sahibkarlıq


Azərbaycanda sahibkarlıq

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçmişdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır.

Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişmişdir. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olmuşdur. XX əsrin əvvəllərində xarici kapitalın ölkəyə axını sahibkarlıq fəaliyyətinin daha da inkişafına səbəb oldu. 1901-ci ildə dünya neft hasilatının yarıdan çoxu Azərbaycan neft sənayesinə məxsus olub. Sənaye istehsalı tamamilə Bakıda yerləşmişdi.

XIX əsrin sonu, XX əsrin əvvəllərində sahibkarlığın inkişafına görə Bakı artıq böyük nüfuza malik iri sənaye mərkəzinə çevrilmişdi.

Sənayenin sürətli inkişafı Azərbaycanda bank fəaliyyətinin də inkişafına şərait yaratdı. Artıq 1913-cü ildə Bakıda 15 iri bank fəaliyyət göstərirdi. Bunlar idxal-ixrac əməliyyatlarında, kreditləşmədə mühüm rol oynayırdılar.

O dövrdə Azərbaycanda aqrar sahənin inkişafı da sürətlənmiş, iri fermer təsərrüfatları yaranmışdı.




Yüklə 17,98 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə