Azərbaycanda soraq-məlumat nəŞRLƏRİ SistemiNİn formalaşmasi prosesi (1970-Cİ İLLƏR) Sevda quliyeva



Yüklə 63,5 Kb.

tarix21.07.2018
ölçüsü63,5 Kb.


“Kitabxana.az”.-2009.-№5 (08).-S.29-34.

AZƏRBAYCANDA SORAQ-MƏLUMAT NƏŞRLƏRİ 

SiSTEMİNİN FORMALAŞMASI PROSESİ (1970-Cİ İLLƏR)

Sevda QULİYEVA,

Fəlsəfə doktoru 

Bu mərhələ Azərbaycanda elmin, təhsilin və mədəniyyətin yüksəlişi ilə səciyyələnən dövr kimi diqqəti cəlb

edir. Elmin, texnikanın  və sənayenin inkişafı, bu sahələrdə baş  verən inteqrasiya və differensasiya prosesini xeyli

sürətləndirmiş,  elmi-texniki  məlumatın  həcminin  artmasına  və  bu  müxtəlif  növlü  məlumatın  insan  fəaliyyətinin

müxtəlif  sahələrində  tətbiqinə  və  istifadə  edilməsinə  tələbatı xeyli  dərəcədə  artırmışdır.  Bununla  əlaqədar  olaraq

oxucuların  daha  geniş  mənada  insanların  maraq  dairəsi,  ixtisas  və  peşələri  müxtəlif  növlü  və  tipli  soraq-məlumat

nəşrlərinin də inkişafım və istifadə olunmasını zərurətə çevirmişdir. Bu şərait tərtib etdiyimiz illərdə müxtəlif növlü

soraq - məlumat nəşrləri sistemində mühüm yer tutan ümumi və sahəvi ensiklopediyaların, ensiklopedik lüğətlərin,

mövzu-soraq  kitablarının,  izahlı,  terminoloji,  frazeoloji  lüğətlərin  və  s.  inkişafını,  nəşr  edilib  yığılmasını  tələb

etmişdir.  Göründüyü  kimi  soraq  məlumat  nəşrləri  müxtəlif  quruluşlu  çox  sayda  məlumat  kitablarını  əhatə  edir.

Onların  hamısı  ümumi  bir  məqsədə  -  oxucuların  işgüzar  biliklərə  olan,  yaranan  və  artan  tələbatlarını  ödəməyə

xidmət  edir.  Mövzular,  terminlər  və  s.  ətrafında  bilgilərin  sistemli  şəkildə  düzümü  və  təqdimi  istənilən

informasiyanı qısa müddətdə əldə olunmasına imkan verir. Digər tərəfdən soraq - məlumat kitablarının müxtəlifliyi

və  çoxluğu  nəşrlər  sistemini  yaradır.  70-ci  illərdə  Azərbaycanda  nəşr  edilən  soraq  -  məlumat  kitablarının

müxtəlifliyi  və  nəşrinin  genişlənməsi,  bu  məlumat  mənbələrinin  sistemə  çevrilməsinə  gətirib  çıxarmışdır.  Bu

dövrdə ölkəmizdə meydana gələn soraq - məlumat nəşrlərinin öyrənilməsi göstərir ki, artıq sistemin formalaşması

prosesi gedir və nəticələr təqdir olunmağa layiqdir. Bunu 70-ci illərdə respublikamızda nəşr edilən və ölkəmizin iri

dövlət kitabxanalarına (xarici ölkələrdən müxtəlif yollarla) daxil olan soraq - məlumat nəşrləri təsdiq edir.

Burada  ancaq  respublikamızda  öyrəndiyimiz  dövrdə  soraq  -  məlumat  nəşrlərinin  formalaşması prosesinin

mahiyyəti, sistemə daxil olan və yeni nəşr edilən məlumat kitabların inkişaf dinamikası əhatə edilir.

Soraq - məlumat nəşrləri  sistemində  xüsusi  yer  tutan  universal  xarakterli  ensiklopediyanın yaradılması və

nəşr  edilib  yayılması  hər  bir  xalqın  həyatında  çox  böyük  hadisə  hesab  edilir.  Bu  mənada  Azərbaycan  Sovet

ensiklopediyasının ilk cildinin 70-ci illərdə buraxılması diqqətə layiqdir.

Çünki elmi və mənəvi inkişafımızın misilsiz mənzərəsi ensiklopedik nəşrlərimizdə öz əksini tapır, beləliklə

də  bu  universal  bilgilər  mənbəyində  indiki  və  gələcək  nəşrlər  üçün  ən  dolğun,  ən  dəqiq  şəkildə  təsvir  və  təsbit

olunur. Ensiklopediyalarda təbiət və cəmiyyət haqqında  baxışlar, nöqteyi-nəzərlər cəmləşdirilir. Onlar dövrün elm

və  mədəniyyətinin  səviyyəsini  əks  etdirir.[l]  Sovet  hakimiyyəti  illərində  ölkəmizdə  ensiklopediyalar  nəşr  etməyə

dəfələrlə  (1934,  1938,  1958,  1965-ci  illərdə)  təşəbbüs  göstərilmiş  və  hər  dəfə  bu  təşəbbüs  nəticəsiz  qalmışdır.

1965-ci ilin sonlarında Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası yaradılsa da, onun işi 1975-ci ilədək

uğurlu  nəticə  vermədi.  Azərbaycan  KP  MK  1975-ci  il  oktyabrın  24-də  «Azərbaycan  Sovet  Ensiklopediyası  Baş

Redaksiyasının işində  ciddi  nöqsanlar  haqqında»  və  1976-cı il  fevralın 10-da  «Azərbaycan  Sovet  Ensiklopediyası

Baş Redaksiyasının və Elmi Redaksiya Şurasının yeni tərkibi haqqında» qərar qəbul etdi[2].

Dövrün  xüsusilə  siyasi  şəraitin  çətinliyinə  baxmayaraq  Azərbaycan  Sovet  Ensiklopediyasının  birinci  cildi

1976-cı  ildə  nəşr  edildi.  Əlbəttə  bu  birinci  cildin  nəşri  respublikamızın  mədəni  həyatında  böyük  hadisə  idi.

Azərbaycanda  iqtisadiyyat,  elm,  texnika  və  mədəniyyətin  hərtərəfli  inkişafı  və  xüsusilə  yüksəlişi  bu  universal

ensiklopediyanın meydana gəlməsinə imkan vermişdir. İndi xalqımız özünün universal ensiklopediyası olan xalqlar

sırasındadır.  Bu  böyük  kitab  respublikamızın  bütün  ziyalılarının,  alim  və  nasirlərinin  gərgin  zəhməti,  əməli

fəaliyyəti nəticəsində yaranmışdır[3].

Yeri gəlmişkən qeyd etməliyik ki,  bəşəriyyətin  bilik  dairəsi  hədsiz-hüdudsuzdur  və  ağlasığmaz bir  sürətlə

genişlənir və artır. İnformasiya artır, insanın və psixikanın möhkəmlik ehtiyatı isə yenə də əvvəlki kimi qalır.  Çap

edilən  əsərlərin  sayı insanm  onları qavramaq  qabiliyyətindən  qat-qat  sürətləsə  da,  onun  işi 1975-ci  ilədək  uğurlu

nəticə  vermədi.  Azərbaycan  KP  MK  1975-ci  il  oktyabrın  24-də  «Azərbaycan  Sovet  Ensiklopediyası  Baş

Redaksiyasının işində  ciddi  nöqsanlar  haqqında»  və  1976-cı il  fevralın  10-da  «Azərbaycan  Sovet  Ensiklopediyası

Baş Redaksiyasının və Elmi Redaksiya Şurasının yeni tərkibi haqqında» qərar qəbul etdi.

Dövrün  xüsusilə  siyasi  şəraitin  çətinliyinə  baxmayaraq  Azərbaycan  Sovet  Ensiklopediyasının  birinci  cildi

1976-cı  ildə  nəşr  edildi.  Əlbəttə  ,bu  birinci  cildin  nəşri  respublikamızın  mədəni  həyatında  böyük  hadisə  idi.

Azərbaycanda  iqtisadiyyat,  elm,  texnika  və  mədəniyyətin  hərtərəfli  inkişafı  və  xüsusilə  yüksəlişi  bu  universal

ensiklopediyanın meydana gəlməsinə imkan vermişdir. İndi xalqımız özünün universal ensiklopediyası olan xalqlar

sırasındadır.  Bu  böyük  kitab  respublikamızın  bütün  ziyalılarının,  alim  və  nasirlərinin  gərgin  zəhməti,  əməli

fəaliyyəti nəticəsində yaranmışdır.

Yeri gəlmişkən qeyd etməliyik ki,  bəşəriyyətin  bilik  dairəsi  hədsiz-hüdudsuzdur  və  ağlasığmaz bir  sürətlə

genişlənir və artır. İnformasiya artır, insanm və psixikanın möhkəmlik ehtiyatı isə yenə də əvvəlki kimi qalır.  Çap

edilən əsərlərin sayı insanın onları qavramaq qabiliyyətindən qat-qat sürətlə artır. Elə qəribə vəziyyət  yaranmışdır



ki, ingilis alimi Con Bernalın yazdığına görə, yeni fakt kəşf etmək və yeni nəzəriyyə yaratmaq bunların  hələ kəşf

edilmədiyini, yaxud yaradılmadığını yoxlayıb yəqin etməkdən asandır. Bu şəraitdə ensiklopediyalarla yanaşı, digər

soraq-məlumat ədəbiyyatının müxtəlif növlərinin əhəmiyyəti ölçüyəgəlməz dərəcədə artır[4].

Bu müxtəlif soraq - məlumat nəşrləri bütöv bir sistemdir. Bu sistemin tərkibində müəyyən yer tutan hər bir

yarım  sistem  və  onun  nəşrləri  zəngin  və  müxtəlif  səpgili  informasiyaları əks  etdirir.  Əslində  insanla  informasiya

arasında mürəkkəb, çətin və geniş, əhatəli aspektlərdə mübarizə gedir. Əlbəttə, insanla informasiyanın bu qarşılıqlı

münasibətini  tənzimləyən,  ona  əlverişli  istiqamət  verən  ən  mühüm  vasitələrdən  biri  soraq  -  məlumat  nəşrləridir.

Kitabın  soraq-məlumat  tipindəki  nəşrləri  insanların  müxtəlif  növlü  və  tipli  informasiyalara  konkret,  yığcam  və

dəqiq məlumata olan sorğu və tələbatlarmı ödəməyə xidmət edir. Bu da artıq həyatda təsdiq olunmaqdadır ki, güclü

informasiya  axını  təsadüfi  proses  deyildir,  qanunauyğun  və  obyektiv  prosesdir,  onun  axırı  görünmür,  lakin

insanların  soraq  -  məlumat  nəşrləri  kimi  əhəmiyyətli  köməkçiləri  vardır.  Belə  bir  şəraitdə  zərurət  olaraq  bütün

dünyada,  o  cümlədən  Azərbaycanda  soraq-məlumat  nəşrlərinin  sürətlə  artması prosesi  gedir  və  nəşrlərin  sistemə

çevrilməsi baş  verir. Çünki sürtələ dəyişən, inkişaf  və tərəqqi edən dünyada soraq-məlumat nəşrləri təkcə orientir

deyil, həm də fəal tərbiyəçi və informasiya xəzinəsidir.

Yaşadığımız  iyirminci  yüz  il  elm  və  texnika,  informasiya  sahəsində  elə  böyük  addımlar  atmışdır  ki,

adamların  daha  boş  vaxtından  söhbət  gedə  bilməz.  Əslində  insanların  məşğulluqları  və  qayğıları  çoxaldığından

asudəliyi  rahatlığı  əllərindən  çıxmışdır.  İnformasiya  sıxlığı  və  məşğuliyyət  çoxluğu  insanlarda  hər  cür

soraq-məlumat kitablarına ehtiyacı artırmışdır[5]. İndi ixtisasından və peşəsindən asılı olmayaraq adamları çox şey

maraqlandırır.  Maraq  və  mütaliə  dairəsinin  genişlənməsi,  ixtisas  və  peşələrin  artması,  boş  vaxtın  azlığı  soraq  -

məlumat  nəşrlərinin  hər  növ  və  tipinin  inkişafına  və  istifadəsinə  tələbatı artırır.  Bunu  Azərbaycanda  70-ci  illərdə

çapdan buraxılmış soraq - məlumat nəşrlərinin nümunələrində aydın görmək olar.

Bu  dövrdə  ASE-nin  ilk  cildinin  nəşri  ilə  bərabər,  çox  maraqlı  və  əhəmiyyətli  soraq  -  məlumat  nəşrləri

buraxılmışdır.  70-ci  illərdə  ildən-ilə  bu  cür  ədəbiyyata  tələbat  artırdı.  Onların  mövzuları  genişlənir  və  tirajı  isə

yüksəlirdi. Soraq - məlumat nəşrləri üçün mövzu genişliyi xarakterikdir[6]. Həqiqətən öyrəndiyimiz illərdə ayrı-ayrı

elm sahələrinin mütəxəssisləri, ümumiyyətlə müxtəlif və geniş oxucu auditoriyası üçün çox maraqlı və əhəmiyyətli

sahə, soraq kitabları və lüğətləri nəşr edilmişdir.

Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutun hazırladığı üç cildlik «Rusca - azərbaycanca lüğət»in

(düzəldilmiş və artırılmış üçüncü nəşri) 1971-1978-ci illərdə «Elm» nəşriyyatı tərəfindən çap edilməsi ilə ölkəmizin

soraq  -  məlumat  nəşri  xüsusilə  zənginləşmişdir.  Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü  Ə.Ə.Orucovn

redaktəsi  ilə  buraxılmış  bu  lüğətin  birinci  cildində  lüğətin  quruluşu  və  oxucu  təyinatı haqqında  yığcam  məlumat

vermişdir.  Geniş  oxucu  kütləsini  nəzərdə  tutan  bu  lüğət  öz  qarşısına  rus  dilini  öyrənənlərə,  habelə  rus  dilindən

Azərbaycan dilinə tərcümə işi ilə məşğul olanlara kömək etmək məqsədini qoymuşdur. Lüğətin beşinci səhifəsində

yazılmışdır: «lüğətin sözlüyü rus dilinin ən yeni lüğətlərinə... «Rus dilinin lüğəti»nin (1957-1961) sözlüyünə əsasən

bir çox yeni söz və ifadələrlə təkmilləşdirilmişdir.

Lüğətin  terminoloji  leksika  hissəsi  Azərbaycan  Elmlər  Akademiyasının  Rəyasət  Heyətinin  yanında

Terminologiya Komitəsi tərəfindən təsdiq olunub buraxılmış terminologiya lüğətlərinə əsasən verilmişdir. Lüğətin

bu  nəşrində  rus  dilində  işlənən  ideomatik  ifadələrə,  frazeoloji  tərkiblərə  əvvəlki  nəşrlərə  nisbətən  çox  yer

verilmişdir.  Bu  sözlərin  azərbaycanca  müvafiq  qarşılığı,  bu  kimi  qarşılıq  olmadıqda  isə  izah  şəklində  tərcüməsi

verilmişdir»[7].  Bu  lüğət  əsasən  tərcümə  lüğətidir.  Lakin  yeni  zamanda  onda  izahlı  lüğət  elementləri  də

saxlanılmışdır. Bu başlıca olaraq siyasi, elmi, fəlsəfi, tarixi və s. terminlərə aiddir.

Bu  üç  cildliyin  birinci  cildində  29.099  baş  söz  və  3.057  ifadə  -  cəmi  32.156  lüğət  vahidi,  ikinci  cildində

33.700 söz və 1.829 ifadə - cəmi 35.529 lüğət  vahidi, üçüncü cilddə isə 26.741 söz və 3.203 ifadə, bütün lüğətdə

cəmi - 89.540 söz və 8.089 ifadə vardır.

Qeyd  etdiyimiz  kimi,  öyrəndiyimiz  dövrdə  soraq  -  məlumat  kitablarının  müəyyən  hissəsini  ayrı-ayrı  elm

sahələrinə dair terminlər lüğəti təşkil edir. Belə lüğətlərdən biri «Coğrafiya terminləri lüğəti» hesab edilir.

Bu  bir  həqiqətdir  ki,  müasir  Coğrafiya  elmi  daim  inkişaf  edib  zənginləşir.  İnkişaf  tələblərin  uyğun olaraq

ondan  yeni-yeni  müstəqil  elm  sahələri  yaranır.  Son  zamanlar  respublikamızda  Coğrafiya  elminin  ayrı-ayrı

sahələrində  (Geomorfologiya,  iqlimşünaslıq,  hidrologiya,  landşaftşünaslıq,  hidrologiya  və  s.)  böyük  tərəqqi

müşahidə olunur, Bununla əlaqədar olaraq müxtəlif təbii-coğrafi proses və hadisələri ifadə edən bir sıra yeni coğrafi

terminlər  yaranmışdır.  Ona  görə  də  «Elm»  nəşriyyatının  Azərbaycan  Elmlər  Akademiyasının  (indi  Milli  Elmlər

Akademiyası  adlanır)  Coğrafiya  İnstitutunun  əməkdaşları  tərəfindən  hazırlanmış  yeni  «Coğrafiya  Terminləri

lüğəti»ni  nəşr  edib  geniş  oxucu  kütləsinə  çatdırması  təqdirəlayiqdir.  Bu,  respublikamızda  tərtib  olunan  üçüncü

Coğrafiya  Terminləri  lüğətidir.  İlk  belə  lüğət  hələ  1923-cü  ildə  məşhur  Azərbaycan  coğrafiyaşünası Qafur  Rəşad

Mirzəzadə tərəfindən hazırlanmışdır. Bu kitabda cəmi 250-dək coğrafiya termini verilmişdir. İkinci dəfə coğrafiya

terminlərinin lüğəti 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun müəlliflər kollektivi

tərəfindən tərtib edilmişdir. Birincidən fərqli olaraq bu lüğətdə 650 söz verilmişdir. Həmin lüğətin nəşrindən sonra

keçək 15-16 il müddətində coğrafiya elmində yaranmış bir sıra  yeni terminlərin tədqiqinə ehtiyac artmışdır.  Məhz

buna  görə  Coğrafiya  İnstitutunun  əməkdaşları  geniş,  əhatəli,  dolğun  yeni  coğrafiya  terminləri  lüğətini  tərtib

etmişlər. Lüğətdə 4.000-ə yaxın termin verilmişdir. Yeni lüğətin qiymətli cəhətlərindən başlıcası budur ki, burada

yalnız  sırf  coğrafiya  terminləri  deyil,  bir  sıra  digər  elmlərə  -  geologiyaya,  astronomiyaya,  torpaqşünaslığa  və




nəbatata aid «müştərək» terminlər də toplanmışdır.

Lüğətə  bir  sıra  Azərbaycan  Xalq  Coğrafiya  terminlərinin  («Çınqıl»,  «Güney»,  «Qüzey»,  «Ağ  yol»  və  s)

daxil  edilməsi  müsbət  cəhətdir.  «Coğrafiya  terminləri  lüğəti»nin  müsbət  cəhətləri  ilə  yanaşı,  bir  sıra  nöqsan  və

çatışmayan cəhətləri də vardır. Bəzi terminlərin ruscadan tərcüməsi düzgün verilməmişdir.

Lüğət  bir  sıra  Azərbaycan  Xalq  Coğrafiya  terminlərinin  verilməsi,  coğrafiyaşünaslarla  nəşriyyat  işçiləri

arasında  anlaşılmamazlığa  və  mübahisəyə  səbəb  olar.  İzahlı coğrafiya  terminləri  lüğətinə  ehtiyac  vardır.  1975-ci

ildə çap edilmiş», 1976-ci ildə nəşr olunmuş  «Azərbaycanca-rusca frazeologiya lüğəti»  də  mühüm soraq-məlumat

nəşrləridir.

«Azərbaycan dilinin orfoqrafiya lüğəti»n (1975) artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri kimi oxuculara

təqdim olunan bu lüğət özündən əvvəlki «Orfoqrafiya lüğəti»nin

Nəsimi  adına  Dilçilik  İnstitutunun  baş  elmi  işçiləri,  filologiya  elmləri  namizədləri  B. T.  Abdullayev  və

N.Rəhimzadə  tərəfindən  dəqiqləşdirilmiş  və  daha  da  təkmilləşdirilmişdir.  Lüğətin  bu  nəşrində  sözlərin  sayı daha

artırılaraq 58 minə çatdırılmışdır[9].

Əvvəlki lüğətlərdən fərqli olaraq bu lüğətdə bəzi dəyişikliklər edilmişdir. Məsələn, həmin lüğətlərdə bəzən

sözlərin iki cür yazılışına yol verildiyi halda (məs.: qulan//qulun; gizlənqaç// gizlənpaç; motosiklçi// motosikletçi və

s.) bu lüğətdə həmin variantlardan biri - ən çox işlənən forması saxlanılmışdır.  Lüğətə əsasən müasir Azərbaycan

ədəbi  dilinin  leksikası  daxil  edilmişdir.  Lakin  o,  mahiyyət  etibarı  ilə  orfoqrafiya  (sözlərin  yazılış  qaydaları)

haqqında bir məlumat vəsaiti olduğundan (ümumi ədəbi dildə geniş miqyasda işlənsə də), keçmiş dövrlərə aid bəzi

ədəbiyyatda  təsadüf  edilən  və  yazılış  cəhətdən  normaya  salınması tələb  olunan  bir  çox  sözlərə  də  (məs.:  klassik

ədəbiyyatda yenilənən sözlər, elmi və texniki terminlər və məhəlli sözlər və s.) lüğətə daxil edilmişdir

10

. Oxucuların



lüğətlə  yanaşı  istifadə  etmələri  üçün  «Azərbaycan  dilinin  orfoqrafiya  qaydaları»  da  həmin  lüğətdə  verilmişdir.

Lüğətin redaktoru Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Ə.Orucovdur.

Professor Ə. Ə. Orucov tərəfindən tərtib edilmiş «Azərbaycanca-rusca frazeologiya lüğəti»nin əhəmiyyətini

xüsusilə  qeyd  etmək  lazımdır.  Gərgin  əməyin  məhsulu  olan  bu  lüğət  məzmununa,  lekiskoqrafik  tərtibini  görə

əvvəlki  lüğətlərdən  fərqli  yeni  tipli  ikidilli  lüğətdir.  Belə  bir  lüğət  tək  Azərbaycan  dilçiliyi  üçün  deyil,  həm  də

türkologiya üçün xüsusi əhəmiyyətə malikdir.

Bu  lüğət  tək  ikidilli  olması nöqteyi-nəzərindən  deyil,  həm  də  Azərbaycan  danışıq  frazeoloji  ifadələrinin

sistemli şəkildə, bütün spesifik cəhətləri ilə oxucularımıza çatdırılması, dilimizin zənginliyini, məna rəngarəngliyini

əhatə  etməsi  cəhətdən  də  diqqəti  cəlb  edir.  Müəllif  uzun  illərdən  bəri  dilimizin  bu  qiymətli  incilərini  tək  yazılı

ədəbiyyatdan  deyil,  həmçinin  canlı  danışıq  dilindən  toplanmış,  onları  əlifba  sırası  ilə  lüğət  şəklində  sistemə

salınmış, yazılı şəkildə daha da ədəbiləşdirmişdir.

Oxucuda  frazeologiya  haqqında  təsəvvür  yaratmaq  üçün  müəllif  kitabın  «Giriş»  hissəsində  frazeoloji

ifadənin  nə  demək  olduğundan,  dilimizin  lüğət  tərkibindəki  mövqeyindən,  frazeoloji  vahidləri  adi  birləşmələrdən

fərqləndirən  səciyyəvi  cəhətlərdən,  ümumiyyətlə  lüğətin  elmi  nəzəri  əsaslardan  bəhs  edir.

11

 «Lüğətin  quruluşu



haqqında»  olan  hissədə  onun  tərtibi  prinsiplərindən,  bu  lüğəti  başqa  tipli  lüğətlərdən  fərqləndirən  əsas

xüsusiyyətlərindən konkret şəkildə danışılır.  Lüğətdən səmərəli  istifadə etmək, onun mahiyyətini, xüsusiyyətlərini

dərk etmək və oxucunu düzgün istiqamətləndirmək üçün  bu  hissənin  olduqca  böyük  əhəmiyyəti  vardır

12

.  Lüğətdə



ideomaideomatik  ifadələrin  ya  tam  adekvatı,  ya  məzmunca  yaxın  olanları,  ya  da  izah  yolu  ilə  rusca  qarşılığı

verilmişdir.  Lüğətin  qiymətli  cəhətlərindən  biri  də  burada  frazeoloji  ifadələrin  dildə  işlənən  müxtəlif  deyiliş

formalarının, variantlarının verilməsidir. Əgər ifadə qrammatik  və  leksik  variant  fərqi  varsa,  bunlar  bütöv  şəkildə

nöqtəli vergüllə ayrılır:  - ağa  ağ, qaraya qara demək; ağa  ağ demək, qaraya qara; dilinin  bəlasına  düşmək;  dilinin

bəlasını çəkmək; dodaqları yeri süpürür; dodaqları yerlə gedir; səsini içəri salmaq; səsini udmaq və s. Yalnız leksik

variant  mötərizədə  verilir:  ağzının  dadını  (ləzzətini,  tamını  bilmək,  canını  azar  (dərd)  alıb,  şitini  (şitini-şorunu)

çıxarmaq,  belini  bükmək  (qırmaq,  sındırmaq),  vedrə  bağlamaq  (qoşmaq)  qaşqabağını  sallamaq  (turşutmaq)  və

sair).Lüğətin  müşahidə  edilən,  nəzərə  çarpan  cüzi  qüsurlarını  qeyd  edən  filologiya  elmləri  doktoru  Rəhilə

Məhərrəmova  «Elm»  nəşriyyatı  tərəfindən  buraxılmış  bu  kitabın  xalqın  zəngin  dil  materialını  sistemə  salıb

oxucularımıza çatdırmaqla yanaşı, şifahi xalq nümunələrinin yazılımənbə kimi gələcək nəsillərə çatdırılması işində

də  əvəzsiz  xidməti  olduğunu  göstərmişdir.  Professor  Ə.Ə.Orucovun  ciddi  elmi-akademik  xarakter  daşıyan,

dilimizin spesifik ifadələrini təmsil edən bu lüğəti  filoloqlar,  tərcüməçilər,  ümumiyyətlə  ziyalılarımız üçün  böyük

əhəmiyyət kəsb edir.[13]

Bu dövrdə çap edilən əhəmiyyətli soraq-məlumat kitablarından biri də Azərbaycan Elmlər Akademiyasının

akademiki A. Ə. Əfəndizadənin ümumi redaktəsi ilə nəşr olunmuş «Avtomatik ifadəetmə üzrə terminologiya lüğəti:

rusca-ingiliscə-azərbaycanca-qırğızca-türkməncə-özbəkcə»(1977,642s.) hesab edilir. Azərbaycan, özbək türkmən və

qırğız  dillərində  avtomatik  idarəetmə  üzrə  milli  terminologiya  yaradılması,  onun  təkmilləşdirilməsi  və  qaydaya

salınması baxımından bu lüğət xüsusi əhəmiyyətə malikdir. Lüğət həm quruluşuna, həm də məzmununa görə başqa

terminologiya  lüğətlərindən  fərqlənir.  Lüğətdə  əvvəlcə  avtomatik  idarəetmə  üzrə  rus  və  ingilis  dillərində  işlənən

terminlər verilmiş, sonra isə həmin terminlərin Azərbaycan, özbək, türkmən və qırğız dillərindəki konkret qarşılığı

verilmişdir.

Lüğət  avtomatik  idarəetmə  terminləri  ilə  yanaşı, texniki  kibernetikaya,  elektronikaya,  elektrotexnikaya  və

fizikaya aid bəzi zəruri terminlər də daxil edilmişdir. Burada terminlərin sabitləşdirilməsi məsələsinə xüsusi diqqət



yetirilmişdir.  Belə  ki,  əvvəllər  mətbuatda,  elmi  əsərlərdə,  dərsliklərdə  müxtəlif  variantlarda  işlənən  texniki

terminlərin  konkret  variantları  müəyyənləşdirilmişdir.  Artıq  köhnəlmiş,  müasir  anlayışları  dəqiq  ifadə  etməyən

terminlər isə yeni terminlərlə əvəz olunmuşdur.[14]

Hər  şeydən  əvvəl  onu  qeyd  etmək  lazımdır  ki,  lüğət  dilimizi  yeni  texniki  terminlərlə  zənginləşdirmişdir.

Lüğətdən bir daha aydın olur ki, Azərbaycan dilində texniki terminologiyanın inkişafı üçün geniş imkan vardır; bu

dildə  yalnız  morfoloji  və  sintaktik  üsullarla  deyil,  semantik  üsulla  da  terminlərin  yaradılması  mümkündür.

Mütəxəssislər  belə  hesab  edir  ki,  «Çoxdilli  terminologiya  lüğəti  gələcəkdə  elektronika,  texnika  kibernetika,

hesablama  texnikası  və  elektrotexnika  üzrə  mükəmməl  terminoloji  lüğətlərin  yaradılması  üçün  də  bünövrə

olacaqdır». [15]

Öyrəndiyiniz illərdə Azərbaycan  Elmlər  Akademiyasının prezidenti,  keçmiş  SSRİ Elmlər  Akademiyasının

müxbir üzvü H. B. Abdullayev, SSRİ Elmlər Akademiyasının akademiki A. İ. Berq və həmin Akademiyanın müxbir

üzvü  M.A.Qavrilov  tərəfindən  qeyd  etdiyimiz  lüğət  üçün  yazılmış  müqəddimədə  «Avtomatik  idarəetmə  üzrə

terminologiya lüğəti»nin böyük elmi və təcrübi əhəmiyyətə malik olduğu göstərilmişdir.

Əlbəttə  bəhs  etdiyimiz  lüğətdə  müəyyən  nöqsanlar  da  vardır.  Məsələn,  burada  bəzi  terminlər  ümumişlək

sözlərlə  qarışdırılmışdır,  bəzi  terminlərin  yazılışında  Azərbaycan  dilinin  orfoqrafiya  qaydalarına  düzgün  əməl

olunmamışdır.  Bu  dövrdə  ayrı-ayrı  elm  sahələri  üzrə  xeyli  miqdarda  terminoloji  lüğətlər  buraxılmışdır.

M. Abdullayev  «Histologiya  terminləri  lüğəti»  (1970),  «Klinik  terminlər  lüğəti  (rusca-latınca-azərbaycanca)»

(1970),  A. Abbaszadə  və  Z. Qaralov  «Məktəblinin  fizika  lüğəti»,  Ə. Mirəhmədov  «Ədəbiyyatşünaslıq  terminləri

lüğəti» (1978), Ə. M. Şəfai və F. Zülfüqarova «Farsca-azərbaycanca müxtəsər idioatik ifadələr lüğəti» (1978) və s.

soraq-məlumat nəşrləri soraq-məlumat kitabının formalaşması prosesini daha da genişləndirdi.

Ə. Əfəndizadə və Ə. Abbasov «Məktəblinin orfoqrafiya lüğəti» (beşinci nəşri - 1978).

ƏDƏBİYYAT

1. Quliyev C. Xalqın milli beynəlmiləl sərvəti // Kommunist.- 1982.- 18 sentyabr.

2. Yenə orada.

3.  Xalqın  böyük  kitabı;  Azərbaycan  Ensiklopediyasının  baş  redaktoru  İsmayıl  Vəliyevlə  müsahibə  //

Kommunist. 1991.- 19 iyun.

4. Quliyev C. Xalqın milli beynəlmiləl sərvəti // Kommunist. -1982. -18 sentyabr.

5. Vəliyev İ.Ö. İnsan; Həyatda və səmtdə. - Bakı.: Günəş, 1998. -s.195. 

6.  редактирование  отдельных  видов  литературы:  Под.  Ред.  Н.М.Скорского.  –  М.:  Высшая  школа,

1973.- с. 127.

7. Rusca-azərbaycanca lüğət. - C.l. -A. K. Bakr. Elm, 1971. -s.5. 

8. Mikayılov A., Haqverdiyev A. Coğrafiya Terminləri lüğəti //Bakı.-1972. -31 may. 

9. Azərbaycan dilinin orfoqrafiya lüğəti. – Bakı Elm, -1975. -s.3 

10 Yenə orada, s.4.

11. Məhərrəmova R. Azərbaycanca - rusca frazeologiya lüğəti// Kommunist. -1977. -27 fevral.

12. Yenə orada.

13. Yenə orada.

14.Qasımov M. Çoxdilli terminologiya lüğəti // Kommunist.- 1978.- 18 fevral. 

15. Yenə orada.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə