Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 214,76 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix20.02.2018
ölçüsü214,76 Kb.
#27255
  1   2   3   4   5   6   7


 

 

 

 

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 

                                   Seçki Qərаrgahı 

 

                

 

                         



 

 

 



 

 

 



 

 

 



 

 

            Seçki sistemləri və seçki komissiyalarının təşkili 

                            yerli və  beynəlxalq təcrübə 

 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                     Bakı 2010 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Müəllif: tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı 



 

 

 



 

Müdəricat: 

 

Ön söz 


 

1.

 



Seçki sistemləri sahəsində yerli və beynəlxalq təcrübə 

2.

 



Seçki komissiyalarının formalaşdırılması sahəsində Azərbaycan təcrübəsi 

3.

 



Seçki komissiyalarının formalaşdırılmasında beynəlxalq təcrübə 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




                                Ön söz 

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991 – ci ilin 18 



oktyabrından  bu  günə  kimi  ölkə  üzrə  11  seçki  və  5  referendum  keçirilib.  Seçkilərin  və 

referndumların xronologiyası aşağıdakı kimidir:   

Prezident seçkiləri- 1992,1993, 1998, 2003, 2008 

Milli Məclisə seçkilər – 1995, 2000, 2005 

Bələdiyyə seçkiləri – 1999, 2004, 2009 

              

            Referendumlar: 

 

 



29 dekabr 1991-ci il  

 



 29 avqust 1993 – cü il  

 



12 noyabr  1995-ci il  

 



24 avqust 2002-ci il  

 



18 oktyabr 2009 – cu il 

 

Azərbaycan Respublikasının seçki qanunvericiliyi beynəlxalq təşkilatların tövsiyyələri 

nəzərə  alınmaqla  zaman-  zaman  dəyişdirilərək,  təkmiləşdirilib.  “Secki  Məcəlləsi”nə  son 

dəyişiklik 2 iyun 2008 – ci iltarixdə həyata keçirilib. Bu zaman 145 maddəsinə 91 dəyişiklik 

edilib.  Dəyişikliyə  əsasən,  seçki  kampaniyası  müddəti  dörd  aydan  75  günə  endirilib, 

namizədlərin  pul  depoziti  hesabına  qeydiyata  alınması  ləğv  edilib,  namizədlərin  qeydiyyata 

alınması  üçün  tələb  olunan  imzalar  45  mindən  40  minə  endirilib,  dövlətdən  maliyyələşən 

televiziya (AzTV), radio və qəzetlərdə namizdlərin pullu və pulsuz təbliğat aparması qadağan 

olunub,  prezidentliyə  namizədlərin  seçki  fondu  bir  milyon  manatdan  on  milyon  manata, 

deputatlığa  namizədlər  üçünsə,  85  min  manatdan  500  min  manata  qədər  artırılıb,  hərbi 

hissələrdə  seçki  məntəqələrinin  yaradılması  ləğv  edilib,  adı  seçici  siyahısına  düşməyən 

şəxslərin  seçki  günü  siyahıya  daxil  edilməsi  səlahiyyəti  məhkəmələrdən  alınaraq,  məntəqə 

seçki  komissiyasına  verilib,  seçkilərdə  “exit-poll”  keçirən  təşkilatların  Mərkəzi  Seçki 

Komissiyasında  qeydiyyatdan  keçməsi  tələbi  irəli  sürülüb.  Seçkilərin  gedişinə  qanunsuz 

müdaxilənin yolverilməzliyi, seçki bülletenlərinin zərflərə qoyulmaması, müşahidəçiləri digər 

şəxslərdən  fərqləndirən  vəsiqələrin  verilməsi,  seçici  siyahılarında  seçicilərin  ünvanlarının 

göstərilməsi,  seçicilərin  barmaqlarının  mürəkkəblə  işarələnməsi  ilə  bağlı  Venesiya 

Komissiyasının təklifləri Seçki Məcəlləsinə daxil edilib. 

Lakin  bütün  bunlara  baxmayaraq  bir  sıra  məsələlər,  xüsusilə    seçki  sisteminin 

dəyişdirilməsi, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması və s. məslələrlə bağlı 

müxtəlif təkliflər yenə də səslənməkdədir. Venetsiya komissiyası da  bu məsələlər barədə öz 

tövsiyyələrini  verir.  Son  illərin  təcrübəsi  sübut  edir  ki,  bəzən  beynəlxalq  təşkilatların  irəli 

sürdükləri  təklif  və  tövsiyyələr  abstrak  xarakter  daşıyır  və  realıqlarla  uzlaşmır.  Bunu  əyani 

surətdə görmək üçün yerli və beynəlxalq təcrübənin müqayisəli təhlilinin aparılmasına ehtiyac 

var. 

 

 

I     Seçki sistemləri sahəsində yerli və  beynəlxalq təcrübə 

 

Seçki sistemləri sonsuz sayda müxtəlif ola bilər. Bunu əsas səbəbi odur ki,  heç bir 

seçki sistemi qiymətləndirmə üçün seçilmiş bütün meyarlara uyğun gələ bilməz. Hansısa 

sistemi  seçərkən  insanlar  hansısa  dəyərləri  o  biri dəyərlərin  itkisi  hesabına  əldə  edirlər. 

Buna  görə də hər bir ölkə özünə daha çox uyğun  olan, hökumətin  effektiv  işləıməsinə, 

ölkənin iqtisadi yüksəlişinə, stabiliyinə şərait yaradan sistemi seçir. 

Azərbaycan Respublikasında parlament seçkiləri  həmin ildə keçirilmiş Milli Məclisə 

seçkilər də daxil olmaqla 2000 – ci ilə qədər qarışıq sistem üzrə seçkilər keçirilib. Yəni 




Yüklə 214,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə