AZƏRBAYCANIN NADĠR AĞAC VƏ KOL BĠTKĠLƏRĠ
Azərbaycan coğrafi vəziyyəti, relyefi, torpağı və iqlimi ilə əlaqədar
xüsusi bir bitki örtüyünə malikdir. Azərbaycan florasında 5000-ə yaxın
bitki növünə rast gəlinir ki, bunlardan 460-dan artıq növü ağac və kol
bitkiləridir. Hal-hazırda mövcud olan bu növlərin hər 3-dən biri məhv
olmaq təhlükəsi ilə üzləşməkdədir. Bu bitki növləri içərisində onlarca
növün təhlükə altında olduğu müəyyən edilmişdir. Aparılan tədqiqatlara
görə hal-hazırda respublikamızda nadir və nəsli kəsilməkdə olan ağac və
kol növlərinin sayı 200-ə yaxındır. Bu qədər növ Azərbaycan florasında
olan ağac və kol bitkilərinin təxminən 43%-ni təşkil edir.Bu, həyəcan
təbilinin çalınması deməkdir. Azərbaycanın təbii florasında olan ağac və
kol bitkilərinin növ baxımından təxminən 25%-ə qədəri relikt bitkilərdir .
Aparılan
təhlillərə görə, 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə
28, 1989-cu ildə isə 45 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı, yəni
ağac və kol bitkisinin olduğu müəyyən edilmişdir . Nadir bitki növlərinin
sayının getdikcə artması ilə əlaqədar bu problemin səbəblərini aşkar edə-
rək, onun qarşısının alınması dövlət strukturlarının və elm müəssisələrin
qarşısında duran ən aktual məsələlərdən biridir. Ona görə də, Azərbaycan
Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli 1368 № li sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qo-
runması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət
Planı”nda nadir bitkilərin repatriasiyası, insan amilinin ətraf mühitə
təsirinin azaldılması, xüsusi mühafizə olunan təbiət ərazilərində elmi-
tədqiqat işlərinin aparılması üçün lazımi şəraitin yaradılması kimi vəzi-
fələr qarşıya bir məqsəd kimi qoyulmuşdur.
Aparılan müşahidələr göstərmişdir ki, Azərbaycan florasında olan