Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə1/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
  1   2   3   4   5   6   7   8   9   ...   113






Azərbaycanın böyük şairi Xəlil Rzanın

bizim xalqın mədəniyyətinin inkişafında böyük 

xidmətləri var. Onu fərqləndirən mühüm cəhət 

yaradıcılığının milli məzmun, milli ruhla bağlı 

olmasıdır. Buna görə bəziləri onu millətçi 

adlandırırdılar. Mənim fikrimcə o millətçi yox, 

həmişə millətini sevən, millətinin

azadlığı uğrunda mübarizə aparan şairdir.

Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki 

onun əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət 

o vaxtkı kommunist ideologiyasına zidd idi, buna 

görə də o, dissident idi.

Ancaq biz Xəlil Rzanı qoruduq, saxladıq.

Heydər Əliyev

Azərbaycanın Ümummilli Lideri


İdeya:

Xalq Bank

Layihənin rəhbəri:

Rafiq Həşimov

Nəşrin tərtibçisi

və redaktoru:

Yusif Günaydın

Məsləhətçi:

Firəngiz Ulutürk

Ön söz:


Teymur Kərimli

Rəyçi:


Əlizadə Əsgərli

Layihənin redaktoru:  

Səlim Babullaoğlu

Mətnin yığımı:

Afət Tahirqızı

Korrektor:  

Şəhla Tahirqızı

Bədii tərtibat:

Novruz Novruzov

Texniki tərtibat:

Gülnar Səfərova

Məsul katib:

Jalə Muradova

Kitabın hazırlanmasında göstərdikləri köməyə görə Xəlil Rzanın ailəsinə, M.F.Axun dov adına Azər­

baycan Milli Kitabxana sına, Azərbaycan Respublikası Dövlət Kino­Foto Sənədləri Arxivinə təşəkkür

edirik.


Xəlil Rza Ulutürk. Seçilmiş əsərləri. Bakı, 2014, 608 səh.

Xalq  şairi  Xəlil  Rza  Ulutürkün  (1932­1994)  oxuculara  təqdim  olunan  “Seçilmiş  əsərləri”ndən

ibarət bu ən iri həcmli bircildlik Xalq Bankın “Xalq Əmanəti” layihəsinin ərsəyə gətirdiyi 4­cü poetik

toplu,  ümumilikdə  isə  11­ci  nəşridir.  Kitabda  şairin  zəngin  yaradıcılıq  bioqrafiyasının  40  illik  bir

dövrünü,  başqa  sözlə,  böyük  istiqlal  şairinin  poetik  axtarışlarının  bütün  mərhələlərini  əhatə  edən

müxtəlif janrlı ədəbi nümunələr – şeirlər, poemalar toplanmışdır. Poeziya həvəskarları müəllifin bədii

tərcümə sahəsindəki olduqca məhsuldar və səmərəli fəaliyyətinin nəticələri ilə də tanış ola biləcəklər.

Bütün hüquqlar qorunur, kitabda təqdim olunan materiallardan istifadə olunarkən istinad vacibdir.

Xalq Bank, 2014

www.xalqbank.az

ISBN 978­9952­8151­6­0



S E Ç İ L M İ Ş  Ə S Ə R L Ə R İ

Bakı – 2014





HƏYAT DÜŞÜNCƏLƏRİ

Sən elə bilmə ki, köçdüyüm zaman

Dünyadan bir yolluq köçəcəyəm mən.

Bir dəfə ölüncə, bəlkə min dəfə

Ölümü tapdayıb keçəcəyəm mən!

Bir gün öz yanında görməsən məni,

Çıx yaşıl bağlara quşları dinlə!

Okean qüdrətli Araz nəhrini

Saxlamaq istəyən daşları dinlə!

Dinlə küləkləri, küləklərdəyəm!

Ürəklərdən soruş, ürəklərdəyəm!

Bütün ulduzlarda, bütün çaylarda,

Bütün güllərdəyəm, çiçəklərdəyəm.

Buludu şimşəklə parçalayaraq,

Zülməti nur ilə boğacağam mən!

Qərbdə ulduz kimi batsam, Şərqə bax:

Şərqdən günəş kimi doğacağam mən!

Qanadlanacağam sənin yanına,

Qışla əlbəyaxa ilk bahar ilə.

Savalan dağının zirvələrindən

Qərbə, Şərqə düşən şüalar ilə!

İtib-batmaq üçün yaranmamışam.

Dünənəm!

   

     Bugünəm!

   

 

         Gələcəyəm mən!

Bir gün bu dünyadan getsəm də, nə qəm,

Dünyaya təzədən gələcəyəm mən!


8

Xəlil Rza Ulutürk: 

“Məndən başlanır Vətən...”

...  Vaxtaşırı  onun  poetik  irsini  bir  də  nəzərdən  keçirmək,

müdrik  qələm  sahibinin  zəngin,  rəngarəng  könül  dünyasına

bir  daha  səyahət  etmək  istəyi  oyanır.  Bu,  şairin  əziz  xatirəsini

yenidən yad etməklə məhdudlaşmayan bir dilək, bir həvəsdir.

Parlaq zəka sahibi, böyük vətəndaş, böyük şair Xəlil Rza Ulu­

türkün xatirəsi onsuz da həssas ürəklərdə yaşayır, əminəm ki,

həmişə yaşayacaq. Üstüörtülü mətləblər, ritorik suallar, eyham

dolu  misralar,  bir  sözlə,  yarımtonlar  onun  yaradıcılığı  üçün

səciyyəvi olmasa da, hər təkrar mütaliə zamanı onun sətirlərində

yeni məna çalarları, vaxtilə gözümdən qaçmış bədii detalları kəşf

etməkdən xüsusi zövq alıram. Odur ki, təkrar­təkrar Xəlil Rza

dünyasına qayıtmaq daxildən gələn güclü bir istək, tükənməyən

mənəvi ehtiyacdır. Şairlə birlikdə ana yurdun hər bucağını qa­

rış­qarış gəzib dolaşmaq, onun bənzərsiz gözəlliklərinə vətəndaş

şairin gözləri ilə baxmaq, vətənə yenidən vurulmaq, ana yurda

saf övlad məhəbbəti ilə əbədi bağlanmaq deməkdir.

Şair bizi bu nadir gözəlliklərin qədir­qiymətini bilməyə, on­

ları sevib, qorumağa çağırır. Çünki vətəndaşlıq, əslində, yurdun

tarixinə bələd olmaq, vətəni duyub sevməkdən başlayır və hər

bir ölkənin ən böyük sərvəti onun vətəndaşıdır:

– Vətəndaş olmasa, boş şeydir vətən

Beş günlük, on günlük güney qarıdır.

Tərtibçidən



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə