Azərbaycanın enerji strategiyası



Yüklə 95,59 Kb.
Pdf görüntüsü
tarix03.05.2018
ölçüsü95,59 Kb.
#41118


www.soglasheniemerov.eu

 

Azərbaycanın enerji 

strategiyası 

Azərbaycan Respublikasında həyata keçirilən ekoloji siyasətin 

əsas məqsədi hazırkı və gələcək nəsillərin ehtiyaclarının ödənməsi 

üçün mövcud ekoloji sistemin, iqtisadi potensialın qorunması, 

eləcə də təbii resurslardan səmərəli istifadə vasitəsilə davamlı 

inkişafa təminat verməkdir. Müasir dövrdə meydana gəlmiş 

ekoloji vəziyyət, eləcə də sosial-iqtisadi şərtlər nəzərə alınarsa, 

Azərbaycanın ekologiya siyasətinin üç əsas prioriteti aşağıdakı 

kimi müəyyən edilə bilər: 1. Ətraf mühitin mühafizəsinin 

tənzimlənməsi, çirklənmənin minimuma endirilməsi məqsədi ilə 

«Davamlı İnkişaf» prinsiplərinə əsaslanan müasir metodları tətbiq 

etmək, ekoloji təhlükəsizliyi təmin etmək; 2. Hazırkı və gələcək 

nəsillərin ehtiyaclarının ödənməsi üçün təbii resurslardan səmərəli 

istifadə, qeyri-ənənəvi metodlar vasitəsi ilə bərpa edilə bilən 

enerji resurslarından faydalanmaq və enerji səmərəliliyinə nail 

olmaq; 3. Qlobal ekoloji problemlər zəminində ölkənin ehtiyaclarını 

qiymətləndirmək, belə problemlərin həll yollarını müəyyən etmək, 

beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək, eləcə də milli 

potensialdan istifadə yolu ilə ekoloji siyasətin icrasını təmin etmək.

http://www.eco.gov.az/en/es-esasistiqametler.php minimized 



Razılaşmanı imzalayanlar: 1

İçəri Şəhərin



Azərbaycan

Dəstəklənən 

texnologiyalar:   

Enerji səmərəliliyi: mərkəzləşdirilmiş 

isitmə sistemi; yarımmərkəzi isitmə 

sisteminin yenilənməsi; termo-tənzimləyici 

klapanların quraşdırılması; pəncərələrin 

və qapıların izolyasiyası; qazanxanaların 

yenilənməsi; küçə işıqlarına nəzarət; xarici 

divarların izolyasiyası; enerji sayğaclarının 

quraşdırılması; elektrik qızdırıcılı buxar 

qazanları; su qızdırıcı və mərkəzi istimə 

üçün qazanlar; daxili suötürücü boruların 

yenilənməsi; sənaye müəssisələrinin 

və enerji təminatı vasitələrinin 

müasirləşdirilməsi. Bərpa edilə bilən enerji: 

təbii qazın paylaşdırılması; bioyanacaq; 

bioqaz/tullantılardan ayrılan qaz; geotermik, 

hidroelektrik və günəş enerjisi; bərk 

biokütlə; külək enerjisi. Nəqliyyat: ictimai 

şəhər nəqliyyatı; nəqliyyatdan rasional 

istifadə. Ekoloji cəhətdən təmiz istehsalat: 

çirkab sularının yığılması və emalı; bərk 

tullantıların yığılmasının və emalının təşkili; 

bərk tullantıların toplanması və emalı; çirkab 

sularının təmizlənməsi; alternativ yanacaq 

növlərindən istifadəyə keçid; tullantılardan 

enerjinin əldə edilməsi.

1

Ölkə haqqında

Paytaxt: Bakı

Əhali: 9,122 mln.

Dil: Azərbaycan dili

ÜDM (AQP- alıcılıq qabiliyyəti pariteti) yekun/

adam başına düşən: $94,318 milyard/$10340

ÜDM (nominal) yekun/adambaşına düşən: 

$72,189 milyard/$7914

Valyuta: Azərbaycan manatı (AZN)

Mənbə: BVF (2011-ci il üzrə)



Azərbaycanda 

potensial maliyyə 

institutlarının icmalı 

1. Avropa Yenidənqurma və İnkişaf Bankı

(AYİB)

2. Avropa İnvestisiya Bankı (AİB)



3. Qlobal Ekologiya Fondu (GEF) (AYİB,

BMTİP, YUNEP, YUNİDO, BYİB daxil

olmaqla)

4. Asiya İnkişaf Bankı (AİB)

5. Dünya Bankı - BMK Submilli Maliyyə

Departamenti

6. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi

(ABŞ BİA)

7. Dünya Bankı

8. KfW (Almaniya İnkişaf Bankı)

9. Faydalı linklər və milli fondlar

ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 

davamlılığına dair məsul



1. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)

Donor haqqında

AYİB  Mərkəzi  Avropadan  Mərkəzi  Asiyaya  qədər  29  ölkədə  layihələri  dəstəkləyən  beynəlxalq  maliyyə 

institutu, bu regionun ən iri investorudur. AYİB tərəfindən təmin edilən birbaşa maliyyələşdirmənin başlıca 

formaları kredit, səhmdar kapitalı və ya zəmanətlərdir. Qonşu Şərq ölkələrində AYİB əməliyyatları Avropa 

İnvestisiya Bankı və Avropa Komissiyası ilə yaxın əməkdaşlıq çərçivəsində həyata keçirilir. 

Müvafiq sektorlar

Aqrosənaye;  enerji  səmərəliliyi;  bələdiyyə  və  ekologiya  infrastrukturu;  təbii  resurslar;  enerji  və  enerji 

resursları. Həm dövlət sektoru həm də özəl sektorun maliyyələşdirilməsi mümkündür.

Dəstəklənən texnologiyalar

Su  təchizatı,  çirkab  sularının  toplanması  və  emalı;  bərk  tullantıların  toplanmasının  və  emalının  təşkili; 

mərkəzləşdirilmiş istimə sistemi; təbii qazın paylaşdırılması; ictimai şəhər nəqliyyatı; bioyanacaq; bioqaz/

tullantılardan  əldə  olunan  qaz;  geotermik,  hidroelektrik  və  günəş  enerjisi;  bərk  biokütlə;  tullantılardan 

enerjinin əldə edilməsi; külək enerjisi; 

Maliyyələşdirmə məlumatı

Minimum kredit məbləği

€ 5 milyon, baxmayaraq ki, bəzi hallarda bu 

məbləğ azala bilər

Maksimum kredit məbləği

€ 250 milyon



Maksimum pay nisbəti

Özəl sektor layihələri üçün yekun kapitalın 35%-i, 

dövlət sektoru layihələri üçün isə 70%-i

Faiz dərəcəsi

"EURIBOR" kimi cari bazar məzənnəsi əsasında. 

Ölkə və layihə üçün səciyyəvi risklərin əks 

etdirilməsi məqsədi ilə baza dərəcəsindən yüksək 

marja əlavə edilir. 

Ödəmə müddəti

15 ilə qədər



Borcun ödənməsi

Bir qayda olaraq yarım ildə bir dəfə bərabər 

hissələrlə

AYİB  layihəni  həyata  keçirən  şirkətlərdən  sığorta  oluna  bilən  risklərin  sığortalanmasını  tələb  edir.  Bank 

siyasi risklərə və ya yerli valyutanın konvertasiya edilə bilməməsinə görə sığorta tələb etmir. Adətən AYİB 

maliyyələşdirdiyi şirkətlərdən kreditə layihə aktivləri ilə (məsələn, daşınar və ya daşınmaz əmlak üzərində 

girov) təminat verilməsini tələb edir. 

Müraciət üçün tələb olunan məlumat

AYİB  layihənin  şərtlərə  müvafiqliyini  qiymətləndirmək  üçün  aşağıdakı  məlumatı  tələb  edir:  1.  Bankın 

maliyyə ayırmasından necə istifadə ediləcəyi ilə əlaqədar layihənin qısa təsviri; 2. sponsorun qısa təqdimatı; 

3.  məhsul  haqqında  təfərrüatlar;  4.  bazar  araşdırması;  5.  xərclərin  dəqiq  bölgüsü;  6.  əlavə  mənbələrin 

müəyyən edilməsi; 7. layihənin gözlənilən maliyyə nəticələrinin icmalı; 8 hər hansı ekoloji problemin icmalı; 

9; tələb olunan dövlət lisenziyaları və icazələri, mövcud subsidiyalar, eləcə də ixrac/idxal məhdudiyyətləri 

haqqında ətraflı məlumat. 

Daha ətraflı məlumat üçün bax: http://www.ebrd.com/pages/workingwithus/projects/apply.shtml 



Nümunə layihə

Azərbaycanda AYİB tərəfindən bu günə qədər heç bir müvafiq layihə həyata keçirilməmişdir. 



Müraciət proseduru

AYİB tərəfindən maliyyələşdirilməkdə maraqlısınızsa, aşağıdakı ünvanda onlayn formanı doldurun: http://

www.ebrd.com/pages/workingwithus/projects/apply/form.shtml

Əlaqə məlumatı

Əlaqə yaradacağınız şəxs: Terri Makkallion (Terry McCallion) (Enerji səmərəliliyi və iqlim dəyişikliyi 

məsələləri üzrə direktor)

Tel: +44 20 7338 7478

Faks: +44 20 7338 6942

Vebsayt: www.ebrd.com

2

www.soglasheniemerov.eu



ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 

davamlılığına dair məsul



2. Avropa İnvestisiya Bankı (AİB)

Donor haqqında 

Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının maliyyə institutudur. Onun səhmdarları Avropa İttifaqına 

üzv olan 27 dövlətdir. Maliyyələşdirmə şərtlərinə cavab versə də, bu günə qədər Azərbaycanda heç bir 

layihə maliyyələşdirilməmişdir. Qonşu Şərq ölkələrində AYİB əməliyyatları Avropa Yenidənqurma və İnkişaf 

Bankı və Avropa Komissiyası ilə yaxın əməkdaşlıq çərçivəsində həyata keçirilir. Azərbaycanda investisiyalar 

Şərq Tərəfdaşlığı ölkələri üçün İnvestisiya Aləti vasitəsilə həyata keçirilir.



Müvafiq sektorlar

Əksər  sektorlar  maliyyələşdirilmə  meyarlarına  cavab  verir.  Həm  dövlət  sektoru  həm  də  özəl  sektor 

layihələrinin maliyyələşdirilməsi mümkündür. 

Texnologiyalar

Enerji səmərəliliyi (məsələn, mərkəzi isitmə sistemi, enerji təminatı vasitələrinin yenilənməsi); bərpa oluna 

bilən enerji (məsələn: günəş enerjisi, külək enerjisi, biokütlə); su təchizatı, çirkab sularının toplanması və 

emalı, bərk tullantıların yığılması və emalı; sənaye çirklənmələri ilə mübarizə kompleksləri, ictimai şəhər 

nəqliyyatı. 

Maliyyələşdirmə məlumatı

Minimum kredit məbləği

layihənin həcmindən asılı olaraq 5-15 milyon avro 

arasında

Maksimum kredit məbləği

€ 200 milyon 



Maksimum pay nisbəti

Layihə xərclərinin 50%-ə qədəri



Faiz dərəcəsi

Avropa İnvestisiya Bankının dəyişkən faiz dərəcəli 

kreditlərini adətən tam ödəmə müddəti ərzində 

kredit vəsaitindən hər bir istifadə üçün sabit, 

London Banklararası Təklif Məzənnəsindən (LIBOR) 

aşağı məzənnə fərqi ilə əldə etmək mümkün olur. 



Ödəmə müddəti

Layihənin növlərindən asılı olaraq 25 ilə qədər



Borcun ödənməsi

Kreditin ödənişi bir qayda olaraq yarım ildə bir, 

yaxud ildə bir dəfə həyata keçirilir

Avropa İnvestisiya Bankı birbaşa kredit və ya maliyyə vasitəçilərinin (bankların) köməyi ilə qlobal kreditlər 

təmin edir. Avropa İnvestisiya Bankı Azərbaycanda Şərq Tərəfdaşlığı ölkələri üçün İnvestisiya Aləti vasitəsilə 

fəaliyyət göstərir.

Bank  təşəbbüskarın  investisiyanın  əsaslandırılmasına  yönəlmiş  ətraflı  təhlilini  nəzərdən  keçirir  və 

aşağıdakılar daxil olmaqla layihənin müəyyən aspektlərinin ilkin qiymətləndirməsini aparır: 1. Texniki; 2. 

Ekoloji; 3. İqtisadi; 4. Maliyyə; 5. Hüquqi

Nümunə layihə

Bu günə qədər Azərbaycanda Avropa İnvestisiya bankı tərəfindən heç bir layihə maliyyələşdirilməmişdir. 



Müraciət üçün müəyyən edilmiş meyarlar

Layihə təşəbbüskarlarından sadəcə nəzərdə tutulan maliyyə sövdələşmələri ilə birlikdə kapital qoyuluşu 

haqqında ətraflı məlumatı Bankın Əməliyyat İdarəsinə təqdim etmək tələb olunur. 

Daha ətraflı məlumat üçün: http://www.eib.org/attachments/application_documents_en.pdf  



Müraciət proseduru

€25  milyondan  yuxarı  dəyərdə  olan  kreditlər  üçün  birbaşa  Avropa  İnvestisiya  Bankına  müraciət  etmək 

mümkündür.  Potensial  layihələrin  diapazonu  və  çox  çeşidliliyi  nəzərə  alındığından  standartlaşdırılmış 

sənədləşdirmə tələbi irəli sürülmür. Avropa İnvestisiya Bankına təqdim olunacaq sənədlərin formatına və 

məzmununa görə layihə təşəbbüskarı cavabdehdir. Zəhmət olmasa, müraciətlə bağlı ətraflı məlumat üçün 

məlumat mərkəzi ilə əlaqə saxlayın (bax: əlaqə məlumatları)

3

www.soglasheniemerov.eu



ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 

davamlılığına dair məsul



Əlaqə məlumatı

Avropa İnvestisiya Bankı Məlumat xidməti 

Tel: (+352) 437922000

Faks: (+352) 437962000

E-mail:info@eib.org 

Vebsayt: www.eib.org

3. Qlobal Ekologiya Fondu (GEF)

Donor haqqında 

Qlobal  Ekologiya  Fondu  (GEF)  qlobal  ekoloji  məsələlərin  həllinə  yönəlmiş  fəaliyyətin  həyata  keirilməsi 

məqsədi ilə 182 üzv dövləti ətraflnda birləşdirir — beynəlxalq institutlar və özəl sektorla tərəfdaşlıq edir. Bu 

gün GEF qlobal ekologiyanın təkmilləşdirilməsinə yönəlmiş layihələrin ən iri sponsorudur. GEF tərəfdaşlığı, 

AYİB, BMTİP, YUNEP, YUNIDO, AİB və Dünya Bankı daxil olmaqla, 10 agentlikdən ibarətdir.

Şərtlərə müvafiq layihələrin növləri

Layihə  konsepsiyaları  dövlətlər,  yerli  icmalar,  özəl  sektor  və  ya  digər  vətəndaş  cəmiyyəti  təşkilatları 

tərəfindən  hazırlana  bilər.  Aşağıdakı  fəaliyyət  növləri  maliyyələşdirilə  bilər:  bioloji  müxtəliflik;  iqlim 

dəyişikliyi  (nəticələrin  yüngülləşdirilməsi  və  adaptasiya);  kimyəvi  preparatlar;  beynəlxalq  sular;  torpaq 

resurslarının deqradasiyası və meşələrdən səmərəli istifadə. 

Müvafiq texnologiyalar

Bərpa edilə bilən enerji sahələrində istixana effekti yaradan qazların emissiyasının qarşısının alınması və ya 

azaldılması; enerji səmərəliliyi; nəqliyyatdan istifadənin səmərəliləşdirilməsi; torpaqdan istifadənin idarə 

edilməsi, torpaqdan istifadənin xüsusiyyətlərinin dəyişdirilməsi və meşəçiliyin inkişaf etdirilməsi.



Maliyyələşdirmə məlumatı

GEF dəyəri bir neçə min dollardan bir neçə milyon dollara qədər müxtəlif layihələr üçün qrant təmin edir. 



Minimum kredit məbləği

Konkret bir minimum məbləğ mövcud deyil 



Maksimum kredit məbləği

Maksimum hədd müəyyən edilməyib, GEF 

tərəfindən Azərbaycana ayrılmış ən yüksək 

qrantın məbləği 2,7 milyon dollar olmaqla, iqlim 

dəyişikliyi layihəsi üçün nəzərdə tutulmuşdur. 

Birgə maliyyələşdirmədə iştirak daxil olmaqla, bu 

günə qədər Azərbaycan üçün ayrılmış ən yüksək 

maliyyələşdirmə məbləği 7,2 milyon dollara 

bərabərdir.

Maksimum pay nisbəti

Müəyyən edilməyib



Faiz dərəcəsi

Müəyyən edilməyib



Ödəmə müddəti 

Müəyyən edilməyib



Müraciət üçün müəyyən edilmiş meyarlar

Aşağıdakı  meyarlara  cavab  verən  layihə  təklifləri  nəzərə  alınacaq:  1.  Layihə  dünya  ekologiyasının 

təkmilləşdirilməsinə  yönəlmiş  əsas  GEF  fəaliyyətlərindən  bir  və  ya  bir  neçəsinə  aid  olmalı;  2.  GEF-in 

əməliyyat strategiyaların müvafiq olmalı; 3. yalnız qlobal ekoloji irəliləyişlərin əldə edilməsinə yönəlmiş 

tədbirlərin  əvvəlcədən  razılaşdırılmış  əlavə  xərclərinin  GEF  tərəfindən  maliyyələşdirilməsi  məqsədini 

daşımalı;  4.  dövlət  layhənin  hazırlanmasına  və  icrasına  cəlb  edilmiş  olmalıdır;  5.  layihə  layhənin  icra 

ediləcəyi  ölkənin  (ölkələrin)  hökumət(lər)i  tərəfindən  təsdiq  edilmiş  olmalıdır.  Maliyyələşdirmə  ilə  bağlı 

daha ətraflı məlumat üçün, zəhmət olmasa, Azərbaycandakı Koordinasiya Mərkəzi ilə əlaqə saxlayın (bax: 

əlaqə məlumatları). 

4

www.soglasheniemerov.eu



ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 

davamlılığına dair məsul



Nümunə layihə

Bu günə qədər Azərbaycanda GEF tərəfindən heç bir müvafiq layihə həyata keçirilməmişdir.  



Müraciət proseduru 

Layihə  təklifini  hazırlamazdan  əvvəl,  ərizəçi  Ölkə  üzrə  Əməliyyatların  Koordinasiyası  Mərkəzi  (bax: 

əlaqə məlumatları) ilə əlaqə saxlamalı və təklifin yuxarıda qeyd edilən meyarlara uyğun olub-olmadığını 

yoxlamalıdır. Layihə seçim meyarlarına uyğundursa, təşəbbüslə çıxış edən tərəf GEF təşkilatı ilə əlaqədə 

Layihə İdentifikasiya Forması (PIF) və aşağıdakı layihənin icra mərhələləri ilə əlaqədar daxili prosedurları 

hazırlamalıdır.  Maliyyələşdirmə  və  mövcud  resursların  istifadəsi  məqsədi  ilə  GEF-ə  təqdim  olunan 

PIF  təkliflərinin  əhəmiyyətinin  müəyyən  edilməsi  ölkə  səviyyəsində  təşkil  olunur  -  ən  nəhayət,  GEF 

Əməliyyatların Koordinasiyası Mərkəzi tərəfindən nəzərdən keçirilir. Bir qayda olaraq, layihələrə daxilolma 

ardıcıllığına müvafiq qaydada baxılır.

Layihə  İdentifikasiya  formalarını  (PIF)  aşağıdakı  ünvandan  əldə  etmək  olar:  http://www.thegef.org/gef/

guidelines

GEF Azərbaycanda koordinasiya mərkəzi 

Cənab Hüseyn Bağırov (Siyasi Əlaqələndirici/Əməliyyatlar üzrə Əlaqələndirici) 

Tel: 011994-12-4414205

Faks: 011 99412 4385454

E-mail: ecoministry@eko.baku.az, aliyev@iglim.baku.az, garabaghli@yahoo.com.uk

Vebsayt: www.thegef.org

4. Asiya İnkişaf Bankı (AİB) 

Donor haqqında 

Asiya  İnkişaf  Bankı  (AİB)  yoxsulluğun  azaldılması  məqsədi  ilə  Asiya  və  Sakit  Okean  regionunda  inkişafı 

maliyyələşdirir.  AİB-nin  iqlim  dəyişikliyi  kimi  ekoloji  məsələlər  daxil  olmaqla,  bir  neçə  başlıca  fəaliyyət 

sahəsi mövcuddur. 



Müvafiq sektorlar

Təmiz, səmərəli və iqlim dəyişikliklərinə uyğunlaşa bilən enerji sistemləri üçün infrastruktur investisiyaları; 

səmərəli və davamlı daşıma metodları; etibarlı və əlverişli su və kanalizasiya təchizatı; iqlim dəyişikliklərinə 

uyğunlaşdırıla bilən və yaşayış üçün əlverişli şəhərlər. Bank yarımmüstəqil, bələdiyyə təşkilatlarına dəstək 

verir.  

Müvafiq texnologiyalar

Müəyyən edilməyib



Maliyyələşdirmə məlumatı

Minimum kredit məbləği

Müəyyən edilməyib 



Maksimum kredit məbləği

Müəyyən edilməyib, 100 milyondan artıq



Maksimum pay nisbəti

25%


Faiz dərəcəsi

Bazara müvafiq



Ödəmə müddəti 

Müəyyən edilməyib

Bank kredtə və maliyyələşdirmə növünə müvafiq təminat tələb edir.

5

www.soglasheniemerov.eu



ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 

davamlılığına dair məsul



Müraciət üçün tələb olunan məlumat

Asiya  İnkişaf  Bankından  yardım  olmaq  üçün  standart  ərizə  forması  yoxdur.  Bununla  belə,  AİB  layihənin 

qiymətləndirilməsi üçün aşağıdakılar daxil olmaqla bəzi əsas məlumatların təqdim edilməsini tələb edir: 1. 

Ümumi izahedici qeyd; 2 Layihənin təsviri; 3. Zəruri olarsa, etibarlı məsləhətçi və ya konsultasiya şirkəti 

tərəfindən  hazırlanmış,  layihənin  texniki,  maliyyə,  iqtisadi  və  sosial  baxımdan  məqsədəuyğunluğunu 

müəyyən  edən  investisiya  əsaslandırması;  4.  Sponsor(lar)  haqqında  məlumat;  5.  Layihənin  mülkiyyət 

strukturu; 6. Layihənin reallaşdırılması mexanizmləri; 7. Layihə əməliyyatları; 8. Bazar; 9. Ekoloji və sosial 

aspektlər; 10. Xərclərin smetası; 11. Maliyyələşdirmə planı; 12. Maliyyə Modeli; 13. Risk Analizi; 14. İcazələr 

və lisenziyalar. Daha ətraflı məlumat üçün aşağıdakı link vasitəsi ilə AİB-nin veb-saytına daxil olun: http://

beta.adb.org/site/private-sector-financing/applying-assistance 



Nümunə layihə

Azərbaycanda Asiya İnkişaf Bankı tərəfindən bu günə qədər heç bir müvafiq layihə həyata keçirilməmişdir. 



Müraciət proseduru 

Zəhmət olmasa, daha ətraflı məlumat üçün vebsaytdakı əlaqə forması vasitəsilə AİB ilə əlaqə saxlayın.



Əlaqə məlumatı 

Azərbaycanda Rezident Missiya

Tel: (+99412) 4373477

Faks: (+99412) 4373475

Vebsayt: www.adb.org

5. Dünya Bankı - BMK Submilli Maliyyə Departamenti 

Donor haqqında 

Submilli Maliyyə Departamenti Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşəbbüsüdür. O, 

dövlətlər, əyalətlər, bələdiyyələr və onların müəssisələri üçün maliyyə, eləcə də dövlət zəmanəti olmadan 

kapital bazarlarına çıxış imkanı təmin edir.  



Müvafiq sektorlar

Enerji səmərəliliyi; elektrik enerjisi; qazın paylaşdırılması; mərkəzi isitmə sistemi; suyun və çirkab sularının 

emalının idarə edilməsi; nəqliyyat; bərk tullantılar; digər əhəmiyyətli kommunal xidmətlər. Bələdiyyə, əyalət, 

region və ya yerli dövlət idarəetmə orqanları, eləcə də onların törəmə müəssisələri üçün maliyyələşdirmə 

həyata keçirilə bilər.  

Müvafiq texnologiyalar

Müəyyən edilməyib



Maliyyələşdirmə məlumatı

Minimum kredit məbləği

Müəyyən edilməyib



Maksimum kredit məbləği

Müəyyən edilməyib



Maksimum pay nisbəti

Müəyyən edilməyib



Faiz dərəcəsi

Müəyyən edilməyib



Ödəmə müddəti 

Müəyyən edilməyib

Submilli Maliyyə Departamenti öz qiymətləndirmə modelinə uyğun müəyyən edilmiş meyarlar vasitəsi ilə 

riski dəyərləndirir. Bura daxildir: 1. maliyyə (dövlət zəmanəti olmadan borca xidmət üçün pul dövriyyəsinin 

proqnozlaşdırıla  bilməsi,  ödəmə  qabiliyyəti;  2.  ictimai-iqtisadi  (güclü  iqtisadi  baza)  3;  institusional 

(səmərəlilik  əmsalı);  4.  tənzimləyici  (bazarın  inkişafı,  desentralizasiya  dərəcəsi);  5.  inkişafa  təsir: 

(investisiyanın zəruriliyi, güclü iqtisadi səmərə və yoxsulluğun azaldılması ilə bağlı üstünlüklər)

6

www.soglasheniemerov.eu



ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 

davamlılığına dair məsul



Müraciət üçün tələb olunan məlumat

Zəhmət olmasa, maliyyələşdirmə üçün müraciət edərkən aşağıdakı başlıca məlumatları daxil etdiyinizdən 

əmin olun: 1. sözügedən müəssisənin adı və ünvanı; 2. müəssisənin dövlət zəmanəti olmadan kommersiya 

şərtləri əsasında borc almaq üçün səlahiyyətli olduğunun təsdiqi; 3. vəsaitdən/investisiyadan təklif edilən 

istifadə  haqqında  məlumat;  4.  yekun  investisiya  xərcləri;  5.  tələb  olunan  maliyyələşdirmə  məbləği  6. 

layihənin təqribi başlanma və yekunlaşdırılma vaxtı; 7. maliyyə institutları və ya tikinti şirkətləri kimi artıq 

layihəyə cəlb edilmiş tərəflərin adları 

Müraciət proseduru 

Submilli  layihənin  maliyyələşdirilməsində  maraqlısınızsa,  e-mail  və  ya  faks  vasitəsi  ilə  sorğu  göndərə 

bilərsiniz. Xahiş edirik, elektron məktubunuzun mövzu qrafasında və ya faksın əvvəlində «Maliyyələşdirmə 

sorğusu» sözlərini, eləcə də əlaqə məlumatlarınızı yazmağı unutmayın. 



Əlaqə məlumatı 

Faks: (202) 974-4310

E-mail: subnationalfinance@ifc.org

Vebsayt: http://www.ifc.org/subnationalfinance

6. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (ABŞ BİA)

Donor haqqında 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (ABŞ BİA) Birləşmiş Ştatların xarici siyasət məqsədlərinə dəstək məqsədi 

ilə bütün dünyada iqtisadi, inkişaf yönümlü və humanitar yardımı təmin edən müstəqil agentlikdir. 

Müvafiq sektorlar

Benefisiarlar bələdiyyələr və QHT-lərdir   



Müvafiq texnologiyalar

Əlaqədar texnologiyalar: enerji səmərəliliyi, CO2 emissiyalarının azaldılması, mərkəzi isitmə təchizatı



Maliyyələşdirmə məlumatı

ABŞ BİA artıq öz vebsaytında müqavilə fürsətləri haqqında elanları dərc etmir. Əvəzində bu bildirişlər ‘www.

grants.gov’ internet ünvanında dərc edilir. Zəhmət olmasa, Grants.gov vebsaytına daxil olun və elektron 

bildirişlər almaq üçün qeydiyyatdan keçin.



Müraciət proseduru 

Zəhmət olmasa, ABŞ BİA tərəfindən maliyyələşdirmə üçün mövcud elanlara nəzər salın. Bunun üçün www.

grants.gov internet ünvanına daxil olmaq olar 

ABŞ BİA/Azərbaycan əlaqə məlumatı 

ABŞ  BİA-nın  Azərbaycan  şöbəsi  ilə  əlaqə  saxlamaq  üçün  aşağıdakı  saytdakı  əlaqə  formasından 

istifadə edə bilərsiniz:

http://azerbaijan.usaid.gov/contact

Qlobal vebsayt: www.usaid.gov

ABŞ BİA-nın qrant elanları ilə www.grants.gov internet ünvanında tanış olmaq olar 

7

www.soglasheniemerov.eu



ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 

davamlılığına dair məsul



7. Dünya Bankı

Donor haqqında 

Dünya Bankı bütün dünyada inkişaf etməkdə olan ölkələr üçün həyati əhəmiyyətli maliyyə və texniki yardım 

mənbəyidir.  Bank  187  üzv  dövlətə  məxsus  iki  inkişaf  təşkilatından  ibarətdir:  Beynəlxalq  Yenidənqurma 

və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA). BYİB-nin məqsədi orta gəlirli və kredit 

qabiliyyəti olan nisbətən kasıb ölkələrdə yoxsulluğu azaltmaqdır, BİA-da isə əsas diqqət dünyanın ən yoxsul 

ölkələrinə yönəldilir.



Müvafiq sektorlar

Azərbaycanda BYİB tərəfindən bu günə qədər heç bir müvafiq layihə həyata keçirilməmişdir. 



Maliyyələşdirmə məlumatı

Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankı  (BYİB)  və  Beynəlxalq  İnkişaf  Assosiasiyası  (BİA)  investisiya 

layihələri üçün orta illik kredit öhdəlikləri təqdim edir. Bu vəsaitlər benefisiar ölkələr tərəfindən malların və 

avadanlıqların alınması, tikinti işlərinin aparılması və bu layihələrinin həyata keçirilməsi üçün tələb olunan 

konsultasiya xidmətlərinin əldə edilməsi üçün istifadə edilir. Hər bir layihəyə bütün dünyadan təchizatçılar, 

podratçılar və məsləhətçilərlə çoxsaylı müqavilələr daxil ola bilər. Dünya Bankı tərəfindən maliyyələşdirilən 

layihələr  çərçivəsində  biznes  fürsətlərindən  faydalanma  zamanı,  benefisiar  ölkədəki  icraedici  təşkilatın 

satınalmalara görə cavabdeh olduğunu başa düşmək vacibdir. Bütün müqavilələr debitor (adətən dövlət 

təşkilatı,  yəni  icraedici  təşkilat)  və  təchizatçı,  podratçı,  yaxud  məsləhətçi  arasında  bağlanır.  Bankın 

rolu  debitorun  işinin  lazımınca  görüldüyündən,  razılaşdırılmış  satınalma  prosedurlarının  izlənildiyindən 

və  prosesin  bütövlükdə  səmərəlilik,  ədalət,  şəffaflıq  və  bitərəflik  zəminində  yerinə  yetirildiyindən  əmin 

olmaqdan ibarətdir.



Nümunə layihə

Azərbaycanda Dünya Bankı tərəfindən bu günə qədər heç bir müvafiq layihə həyata keçirilməmişdir.



Müraciət proseduru 

Ətraflı məlumat üçün yerli ofislə əlaqə saxlayın



Əlaqə məlumatı

Dünya Bankının Bakı ofisi 

Xanım Səidə Bağırlı, xarici əlaqələr üzrə menecer:

Tel: (994-12) 492-19-41

Faks: (994-12) 492-68-73

E-mail: sbagirli@worldbank.org

Vebsayt: www.worldbank.org

8. KfW (Almaniya İnkişaf Bankı)

Donor haqqında 

KfW Almaniyanın aparıcı inkişaf bankı və KfW Bankengruppe-nin tərkib hissəsidir. Bizim əsas sifarişçimiz 

Almaniya  nazirlikləridir,  lakin  Avropa  Komissiyası  və  digər  ölkələrin  hökümətləri  də  öz  inkişaf  məqsədli 

əməkdaşlıq proqramlarının və layihələrinin yerinə yetirilməsini bizə həvalə edirlər. Azərbaycanla Almaniya 

arasında  Maliyyə  Əməkdaşlığı  (FC)  1995-ci  ildə  başlamışdır  və  Federal  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf 

Nazirliyi (BMZ) adından KfW Entwicklungsbank tərəfindən icra edilməkdədir. 2001-ci ildən etibarən BMZ-

nin regional Qafqaz Təşəbbüsü (CI) Ermənistanla ikitərəfli əməkdaşlıq vasitəsi ilə genişləndirilmişdir.

8

www.soglasheniemerov.eu



ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 

davamlılığına dair məsul



Müvafiq sektorlar

Bu  gün  KfW  Entwicklungsbank  əsasən  enerji  ötürülməsi,  eləcə  də  bərpa  oluna  bilən  enerji  sahəsində 

investisiyaları maliyyələşdirir. 

Maliyyələşdirmə məlumatı

Bank layihəniz üçün universal maliyyələşdirmə mənbəyidir. Bəzi hallarda KfW krediti maliyyə ehtiyaclarının 

yalnız bir hissəsini əhatə edə bilər. 

Nümunə layihə

Doxsanıncı illərdə Azərbaycanın elektrik enerji sistemi heç də stabil deyildi. Buna görə də elektrik enerjisinin 

ötürülməsi  və  paylaşdırılması  sahəsində  FC-nin  maliyyə  yardımı  ilə  həyata  keçirilən  fövqəladə  tədbirlər 

müstəqilliyin  əldə  edilməsindən  illər  sonra,  ölkədə  elektrik  enerjisi  təchizatının  stabilləşdirilməsində 

həlledici rol oynadı.

Müraciət proseduru 

Ərizələr hər zaman layihə başlamazdan əvvəl təqdim olunmalıdır (məsələn, sonuncu məcburi qüvvəyə malik 

müqavilədən/sifarişdən  və  ya  alqı-satqı  müqaviləsinin  bağlanmasından  əvvəl),  çünki  borc  öhdəliklərinin 

təkrar strukturlaşdırılması və sonradan maliyyələşdirmə mümkün deyil. Ətraflı məlumat üçün yerli ofislə 

əlaqə saxlayın

Əlaqə məlumatı

KfW Bakı ofisi Nizami küç. 10, 1001 Bakı

Tel: +99 41 24 97 80 71

Faks: +99 41 24 97 80 72

E-mail: natig.abdullayev_extern@kfw.de

Vebsayt:

http://www.kfw-entwicklungsbank.de/ebank/EN_Home/Countries_and_Programmes/Europe/

Azerbaijan

9

www.soglasheniemerov.eu



ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 

davamlılığına dair məsul



9. Faydalı linklər və milli fondlar

1. INOGATE

INOGATE  proqramı  Avropa  İttifaqı  ilə  Azərbaycan  daxil  olmaqla  Tərəfdaş  ölkələr  arasında  beynəlxalq 

enerji əməkdaşlığı proqramıdır. Onlar aşağıdakı dörd başlıca məqsədə nail olmaq üçün birlikdə işləməyə 

razılaşıblar:  1.  Ölkələrin  xüsusiyyətləri  nəzərə  alınmaqla,  enerji  bazarların  Aİ-nin  daxili  enerji  bazarı 

prinsipləri əsasında uzlaşdırılması; 2. Enerji resurslarının ixracı/idxalı, təchizat mənbələrinin müxtəlifliyi, 

enerji  tələbatı  və  enerji  daşıyıcılarının  tranzit  məsələlərinin  həllinə  yönəlməklə  enerji  təhlükəsizliyinin 

genişləndirilməsi;  3.  Davamlı  enerji  mənbələrinin  istifadəsinin  inkişaf  etdirilməsinin,  o  cümlədən  enerji 

səmərəliliyinin, bərpa oluna bilən enerjinin və istehlakçı tələbatının rasional idarə edilməsinin inkişafının 

dəstəklənməsi; 4. Ümumi və regional maraq kəsb edən enerji layihələrinə investisiyaların cəlb edilməsi.

Vebsayt: www.inogate.org



2. AQTA

Avropa  Qonşuluq  və  Tərəfdaşlıq  Aləti  (AQTA)  konkret  yardımlar  vasitəsilə  Avropa  Qonşuluq  Siyasətini 

(AQS)  dəstəkləyən  maliyyə  alətidir.  AQS-nin  məqsədi  sərhədləri  genişlənmiş  Aİ  və  qonşuları  arasındakı 

fərqliliklərdən  yayınmaq  üçün  Avropaya  qonşu  ölkələrdə  çiçəklənmənin,  stabilliyin  və  təhlükəsizliyin 

gücləndirilməsidir.

Vebsayt: http://ec.europa.eu/world/enp/index_en.htm



3. GTZ - GIZ

Almaniya Federal dövləti və digər sifarişçilər adından fəaliyyət göstərən GTZ - GIZ istixana effekti yaradan 

qazların  emissiyasının  azaldılması  və  iqlim  dəyişikliyinin  nəticələrinə  adaptasiya  məqsədi  daşıyan  İqlim 

Dəyişikliyi ilə əlaqədar Çərçivə Sazişinin icra edilməsində tərəfdaş ölkələrə dəstək verir. Bundan əlavə, GTZ 

tərəfdaş ölkələrdə geniş diapazonlu praktik tədbirlər vasitəsi ilə iqlim siyasəti prinsiplərini icra edir.

Vebsayt: www.giz.de  



4. Azərbaycan Respublikasının Ekologiya 

və Təbii Sərvətlər Nazirliyi

Vebsayt: http://www.eco.gov.az/en/



5. REEEP

Bərpa  edilə  bilən  Enerji  və  Enerji  Səmərəliliyi  Tərəfdaşlığı  (REEEP)  əsas  diqqəti  formalaşmaqda  olan 

bazarlara və inkişaf etməkdə olan ölkələrə yönəltməklə, bərpa olunan enerji və enerji səmərəliliyi bazarının 

inkişafını  sürətləndirmək  məqsədi  daşıyan  dəyişikliklərin  təşəbbüskarı  kimi  tanınan  qeyri-kommersiya 

təsisatıdır.

Vebsayt: http://www.reeep.org/



6. Milli fondlar

Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin çoxu müntəzəm köməkçi struktur və fondların təsis edilməsi 

prosesinə  yenicə  başlamışlar.  Davamlı  Enerji  Fəaliyyət  Planları  (SEAP)  hələ  ki  yerli  inkişaf  siyasətinin 

inkişaf etdirilməsi sahəsində geniş yayılmış alət deyil, buna görə də, bu konkret vəzifə üçün heç bir dəqiq, 

davamlı, çoxillik milli proqram mövcud deyil. Bununla belə, Milli Enerjiyə Qənaət Proqramları çərçivəsində 

köməkçi mexanizmlər mövcuddur və sürətlə inkişaf etməkdədir. Bura Davamlı Enerji Fəaliyyət Planlarının 

inkişafının dəstəklənməsi üçün komponentlər daxil edilə, lakin istifadə və iştirak prosedurları hər il dəyişə 

bilər. Hal-hazırda milli fondlardan maliyyə dəstəyi almaq istəyən razılaşma tərəflərinə zəruri vəsaitə malik 

ola  biləcək  müvafiq  Şəhərsalma  və  İnşaat;  Regional  İnkişaf,  Enerji  və  Ekologiya  nazirliklərinə,  eləcə  də 

rayon idarələrinə və ekoloji fondlara müraciət etmək tövsiyə edilir.

10

www.soglasheniemerov.eu



Bu sənədin məzmununa görə yalnız Şəhər Merlərinin Razılaşmasının Şərq Ofisi məsuliyyət daşıyır. O, heç də mütləq mənada Avropa 

İttifaqının fikrini əks etdirmir. Avropa Komissiyası  bu sənəddə verilmiş məlumatlardan hər hansı bir şəkildə istifadə edilməsinə və ya 

məlumatların diqqətlə hazırlanmasına baxmayaraq, onların mətnində yol verilmiş hər hansı xətalara görə məsuliyyət daşımır. Şəhər 

Merlərinin  Razılaşmasının  Şərq  Ofisi  Avropa  Komissiyasının  İnkişaf  və  Əməkdaşlıq  üzrə  Baş  Direktorluğunun  (DG  DEVCO)  maliyyə 

dəstəyi ilə təsis edilmişdir. Onun fəaliyyətinə rəhbərliyi Enerji Şəhərləri təşkilatı həyata keçirir və tərkibinə İqlim Alyansı, «Ukraynanın 

Enerji Səmərəli Şəhərləri» Assosiasiyası, NL Agentliyi və Mərkəzi Asiya üçün Regional Ekoloji Mərkəz daxildir.



ŞƏHƏR MERLƏRİNİN 

RAZILAŞMASI

Yerli enerjinin 



davamlılığına dair məsul

Yüklə 95,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə