Azərbaycanın islam həmrəyliyi təşəbbüsü müasir qlobal çağırışlar kontekstində



Yüklə 193,95 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü193,95 Kb.
#54452


Azərbaycanın  islam  həmrəyliyi təşəbbüsü 

müasir qlobal çağırışlar kontekstində

Səbuhi Abbasov,

Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik

Akademiyasının doktorantı 

E-mail: 


sabuhiabbasov@mail.ru

İ

qtisadi  əsaslar  üzərində  başlanmış  qloballaşma  prosesi 



XXI  əsrin  II  onilliyində  yaşadığımız  hazırkı  tarixi  mərhələdə 

təkcə  iqtisadiyyatı,  dünya  ticarətini  deyil,  təhlükəsizlikdən 

mənəviyyata  kimi  digər  sahələri  də  əhatə  etməkdədir.  Media, 

informasiya-kommunikasiya  vasitələrinin  qloballaşmanın  əsas 

elementlərindən  olması  ilə  yanaşı,  millətlər  arasında  mədəni 

axınlar  da  müasir  qloballaşmanın  aparıcı  xüsusiyyətlərindəndir. 

Qloballaşmanın  indiki  mərhələsini  xarakterizə  edəndə  3  əsas 

tarixi  vəziyyəti  mütləq  nəzərə  almaq  lazımdır:  1)  sovet  blo­

kunun  dağılması  və  beynəlxalq  münasibətlərin  ikiqütblü  sis­

teminin  parçalanması;  2)  lider  dövlətlərin  dünya  inkişafının 

postsənaye  mərhələsinə  keçməsi;  3)  dünya  iqtisadiyyatının 

məhəlliləşdirilməsi 



(1).

Qloballaşma  özü  ilə  birgə  beynəbcalq  siyasətə  də  müəyyən 

çalarlar  gətirərək  təsir  göstərir.  Qeyd  edilən  təsirləri  bir  neçə 

istiqamətdə  göstərmək  olar:  1)  qloballaşma  Qərb  dəyərləri 

ilə  yanaşı,  Qərb  siyasi  sisteminin,  siyasi  qaydalarının  da  Yer 

kürəsinə  yayılması  ilə  vahid  siyasi  unifikasiyaya,  alternativ siya­

si  sistemlərin  sıradan  çıxarılmasına  və  ya  zəiflədilməsinə  səbəb 

olur;  2)  qloballaşma  prosesində yaşanan  siyasi-iqtisadi  böhran­

lardan istifadə edərək böyük dövlətlərin digər məkanlarla yanaşı, 

islam coğrafiyasında da nüfuz dairələrini genişləndirmək cəhdləri 

müşahidə  edilir  (misal  üçün:  ərəb  baharı  böhranı);  3)  çoxqütb­

lü  dünyaya  doğru  irəlilədikcə  qüvvələr  balansı  nəzəriyyəsindən 

tədricən  uzaqlaşma,  təhlükəsizlik  üçün  hegemon  rol  uğrunda

mübarizəyə  istiqamətlənmə  meyilləri  artın  A)  qloballaşma  za­

manı  ticarət  əlaqələri,  iqtisadi  münasibətlər  sərbəst  xarakterlə 

yanaşı,  böyük  güclərin  maraqları  naminə  hərbi-siyasi  təhdidləri 

ilə məcburedici xarakter də daşıya bilir. Qeyd olunanlar qloballaş­

ma  prosesinin  islam  dünyasında  siyasi  çağırışlarla  da  müşayiət 

edildiyini göstərir.

Beynəlxalq  münasibətlərdəki  hazırkı  reallıqlar  və  çağırışlar 

islam  dünyasının  gələcəyi  ilə  bağlı  pessimist  baxışların 

formalaşmasına  əsas  verməməli, 

problemlərin 

müəyyən 


edilməsi  və  səbəblərinin  aradan  qaldırılması  istiqamətində 

birgə  addımlar atılmalıdır.  Bütün  bu  çağırışlar  islam  dünyasında 

birgə  hərəkatın  formalaşmasının,  fəaliyyətlərin  koordinasiya 

edilməsinin,  böyük  islam  sivilizasiyasının  mühafizəsi  və  inkişafı 

üçün 

müsəlmanlar 



arasında 

həmrəylik 

mexanizmlərinin 

tətbiqinin  əhəmiyyətini  ortaya  qoymaqdadır.  İslam  dünyasına 

aid  olan  dövlətlər  bütün  sahələrdə  üzləşdiyi  çətinliklərin  həllinin 

tələbinə görə bu  gün yolayrıcında durmuşdur və seçim  etməlidin 

ya qısamüddətli fərdi maraqlara görə böyük güclərin maraqlarına 

uyğun hərəkət edərək tərəddüdlü və zəif aktor kimi qalmaq, ya da 

məzhəblərarası, iqtisadi, siyasi gərginliklərdən kənar, həqiqi islam 

həmrəyliyi  nəticəsində  dünyada  yeni  kollektiv  güc  mərkəzinə, 

islam  birliyinə  çevrilmək  istiqamətində  irəliləmək.  Belə  bir  güc 

mərkəzinə çevrilməyə  islam  dünyasının hər cür potensialı -  təbii 

resursları,  əlverişli  coğrafi  məkanı,  işçi  qüvvəsi,  elmi-texnoloji, 

hərbi  imkanları  mövcuddur.  Həmçinin  müştərək  dini  inanc  və 

mənəvi qüvvə,  sivilizasiya identikliyi, ümumi maraq və tələbatlar, 

ümumi  təhdidlərə  qarşı  birgə  çıxış  etmək  islam  dünyası  üçün 

mühüm  birləşdirici  faktorlardır.  Ekspertlərə  görə,  müsəlman

40 

Mədəniyyət.AZ / 4 • 2017



dövlətləri  qlobal  güc  sistemjndə  öz  real  statuslarına  müsəlman 

dövlətlərinin  maraqlarına  cavab  verə  biləcək  “islam  Dövlətləri 

Birliyi’nin  yaradılması  yolu  ilə  nail  ola  bilərlər 

(2).

  Bu  baxımdan 

qloballaşmanın  davam  etdiyi  müasir  beynəlxalq  münasibətlər 

kontekstində  islam  dünyasının  üzləşdiyi  çağırışlara  reaksiyası 

kimi  islam həmrəyliyi konsepsiyası aktuallaşmışdır.

İslam  həmrəyliyinin  islam  dünyası,  dünya  sülhü  üçün 

əhəmiyyətini,  eyni  zamanda  Azərbaycan  Respublikasında  möv­

cud  multikultural  şəraiti,  təkcə  islam  məzhəbləri  deyil,  digər 

dinlərin  nümayəndələri  arasında  da  tarixən  təşəkkül  tapmış 

qarşılıqlı  hörmət  və  həmrəylik  münasibətlərinin  dünyada  is­

lam  həmrəyliyi  üçün  də  nümunəvi  əhəmiyyətini  nəzərə  alaraq 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfindən 

dünyadakı  müsəlman  liderləri  arasında  islam  həmrəyliyi  üçün 

dövlət  səviyyəsində  ilk  dəfə  təşəbbüs  göstərilərək  böyük  siya­

si  müdrikliklə  2017-ci  il  Azərbaycan  Respublikasında  “İslam 

həmrəyliyi  ili"  elan  edilmiş,  bu  barədə  10 yanvar 2017-ci  il tarixli 

sərəncam  imzalanmışdır.  İslam həmrəyliyi  ilə bağlı  islam dünya­

sında  formalaşmış  fikirlərlə yanaşı,  Azərbaycan  Respublikasının 

islam  həmrəyliyi  konsepsiyası  öz xüsusiyyətləri  ilə,  ölkədaxili və 

xarici  elementləri  vəhdətdə  ifadə  etməsi,  təkcə  müsəlmanları 

deyil,  qeyri-müsəlmanları  da  əhatə  etməsi  ilə  əlamətdardır. 

Yerləşdiyi  coğrafi  məkan,  xristian  sivilizasiyası  ilə  islam  siviliza­

siyasının  görüşdüyü  strateji  mövqeyi,  Azərbaycanın  islam  dün­

yasında  demokratik,  dünyəvi  dövlət  kimi  bir çox  Üklərə  imza  at­

ması,  dialoq məkanına çevrilməsi Azərbaycanın islam həmrəyliyi 

təşəbbüsünün  dünyada  sülhün  və  inkişafın  təmini  baxımından 

üstünlüklərindəndir.  Planetin  artan  enerji  ehtiyacı  və  ticarət 

əlaqələrinin  genişləndirilməsi  tələbatı  qarşısında  Xəzər  hövzəsi 

və Cənubi Qafqaz özünün zəngin karbohidrogen ehtiyatları, Şərq- 

Qərb,  Şimal-Cənub  əlaqələrində,  nəqliyyat-kommunikasiya 

sahəsindəki  imkanları  ilə  bütün  transmilli  dünyanın  nəzər- 

diqqətini  özünə  cəlb  edərək  geoiqtisadi  maraqların  kəsişmə

nöqtəsinə  çevrilmişdir 

(3).

  Belə  bir kəsişmə  nöqtəsində  yerləşən 

Azərbaycanın islam həmrəyliyi konsepsiyasını  irəli sürməsi  ilə si- 

vilizasiyalararası  münasibətlərdə öz mövqeyini  ifadə etmiş, islam 

sivilizasiyasına  aid  olduğunu,  eyni  zamanda demokratik-dünyəvi 

respublika kimi öz inkişaf xətti ilə uğurla irəlilədiyini göstərmişdir. 

Azərbaycan  Respublikasının  islam  həmrəyliyi  konsepsiyasını 

səciyyələndirən  digər bir mühüm  cəhət  ondan  ibarətdir ki,  islam 

həmrəyliyi  fərqli  dinlərə  qarşı  islam  cəbhəsi  açmaq  mənasında 

deyil,  islam  dini  ən  gözəl  birləşdirici  dəyər  kimi,  müsəlman 

ölkələrinin  həmrəyliyini  təmin  edən  ortaq  nöqtə  kimi  qəbul  edi­

lir.  Sülh  dini  olan  islam  dininin  fərqli  dinlərə  qarşı  hörmətlə  ya­

naşma  prinsipini  də  əhatə  edən  islam  həmrəyliyi  təkcə  islam 

dünyası  üçün  deyil,  bütövlükdə  dünya  sülhü  üçün  də  əhəmiyyət 

kəsb  etməkdədir.  İslam  həmrəyliyi  müsəlman  dövlətləri  arasın­

da ən vacib çağırışlardan olan təhlükəsizliyə də böyük töhfə verə 

biləcək  bir  konsepsiyadır.  Məlum  olduğu  kimi,  təhlükəsizliyin 

təmini funksiyası müasir dövrümüzdə hər bir dövləti düşündürən 

ən vacib məsələlərdəndir. Bu baxımdan təhlükəsizliyi təhdid edən 

elementlərin,  o  cümlədən  də  həmin  təhdidlərin  tərkib  hissəsi 

olan qlobal çağırışların müəyyənləşdirilməsi və həmin çağırışlara 

qarşı tədbirlərin tətbiqinin  əhəmiyyəti  şübhəsizdir.  Nəzərə almaq 

lazımdır ki, hər bir cəmiyyət üçün təhlükəsizliyə müasir təhdidlər 

kompleks xarakter daşıyır. Çox zaman onların daxili və xarici, iqti­

sadi və siyasi təhdidlərə bölünməsi çətinlik törədir 

(4).

Müasir  dövrün  yeni  siyasi  çağırışlarından  biri  kimi  qlobal­

laşma  dalğası  ilə  imperializmin  fərqli  qiyafədə  təzahürü  bu 

cür  elementlər  qarşısında  islam  həmrəyliyinin  nə  qədər  vacib 

olduğunu  göstərir.  Professor  Hikmət  Məmmədov  müasir  ki- 

bertexnologiyaların  və  yaxud  texnoloji  innovasiyaların  gətirdiyi 

xüsusiyyətlər və keyfiyyətlərin cəmiyyət daxilində, eləcə də müa­

sir  beynəlxalq  münasibətlər sistemində  əhəmiyyətli  dəyişikliklər 

etmək  gücündə  olduğundan  qloballaşma  dövründə  imperia­

lizmin  yeni  forması  kimi  daha  çox  informasiya  resursları  və



Mədəniyyət. AZ / 4*2017 

41


idarəetməsi  üzərində  qurulan  "infoimperiaiizm''  anlayışını  irəli 

sürür.  Hikmət  Məmmədovun  fikrincə,  infoimperiaiizm  adlandı­

rılan  yeni  beynəlxalq  siyasi  sistem  inkişaf  prosesində  olduqca 

maraqlı,  ancaq  eyni  zamanda  proqnozlaşdırılması  xeyli  çətin 

olan  problemləridə  əmələ  gətirir.  Bu  problemlər  cəmiyyətin 

ən  ağlagəlməz  sahələrinə  nüfuz  etməklə  bir  sıra  hallarda  yeni 

keyfiyyət  dəyişikliklərinə,  əksər  hallarda  isə  dəhşətli  aşınmalara 

gətirib çıxarır 



(5).

informasiya  müharibəsinin,  infoimperializmin  kəskinləşdiyi 

qloballaşan dünyamızda dezinformasiyadan ən çox əziyyət çəkən 

elə  islam  dünyasıdır,  islamı  ləkələməyə  çalışan,  müsəlmanları 

terrorçu  kimi  qələmə  vermək  istəyən  islamofob  dairələrin  əsas 

alətlərindən  biri  də  media  və  digər  informasiya  vasitələridir. 

İslam  dini  və  müsəlmanları  nüfuzdan  salmağı,  dini  nifrət  oyat­

mağı  hədəfləyən  bu  cür  imperialist  informasiyalara  qarşı  birgə 

çıxış  etməkdə  islam  həmrəyliyi  təşəbbüsü  mühüm  rol  oyna­

ya  bilər.  Müsəlman  dövlətləri  arasında  müxtəlif  səviyyələrdə 

sıx  təmasların  qurulması,  informasiya  imperiyasına  qarşı 

müqavimət  resurslarının  işə  salınması, dünyaya nifrət deyil, sülh 

mesajının verilməsi üçün  islam  həmrəyliyi böyük potensiala ma­

lik bir yanaşmadır. Bu cür yanaşma ilə  islam dünyasına daxil olan 

dövlətlər  həm  müsəlmanlar  haqqında  mənfi  obraz  yaradılması­

na  çalışan  qüvvələri  ifşa  etmiş  olar,  həm  də  milli  dövlət  kimi  öz 

dəyərlərinə  qarşı  istiqamətlənmiş çağırışlara adekvat cavab verə 

bilər.


Dünyada vahid imperialist şəbəkə və yaxud şəbəkə hakimiyyəti 

(netokratiya)  formalaşdırılmasına,  “qlobal  dövləfin  yaradılması­

na  istiqamətlənən  proseslər  milli  dövlətlərin  zəiflədilməsinə  və 

idarə  edilə  bilən  olmasına  gətirib  çıxarmaqdadır.  Əslində,  info- 

imperializm  çərçivəsində  idarəetmə  aparatı  kimi  istifadə  olunan 

institusional  qurum  məhz  milli  dövlətlərdir.  Çünki  milli  dövlət 

real  sosial-siyasi  təsisat  olmaq  etibarilə  başlıca  idarəetmə  apa­

ratıdır.  Elə  ilkin  idarəetmə  institutları  deyəndə  də  milli  dövlətlər 

nəzərdə  tutulmuşdur.  Nəticə  etibarilə  "Mondializm"  və  "Qlobal 

dövlət"  konsepsiyasında  da  milli  dövlətlər  “qlobal  dövləfin  da­

yağı və yaxud  institusional substratı  kimi  səciyyələndirilir. 

Bunun  üçün  milli  dövlətlərin  gücünün və  səlahiyyətlərinin 

məhdudlaşdırılması  nəzərdə  tutulur 

(6).

  Bu  prosesdə  is­

lam  dövlətlərinin təkbaşına  qlobal çağırışlara  qarşı  duruş 

gətirə  bilməsi  olduqca  çətin  bir  vəzifədir.  Bu  baxımdan 

islam  həmrəyliyi  "Qlobal  dövlət"  istiqamətində  irəliləyən 

qloballaşma  prosesindəki  çağırışlara  müqavimət  göstərə 

bilməsi üçün bir daha öz əhəmiyyətini göstərmiş olur. Təbii 

ki,  islamı  bölmək  istəyən  qüvvələr  bunu  dərk  edərək  is­

lam həmrəyliyinə qarşı öz məkrli fəaliyyətlərinə də davam 

etməkdədirlər.  Nazirlər  Kabinetinin  2016-cı  ilin  sosial-iq­

tisadi  inkişafının  yekunlarına  və  qarşıda  duran  vəzifələrə 

həsr olunan  iclasındakı yekun  nitqində cənab prezident  il­

ham Əliyev bu  gün fəaliyyət göstərən antiislam  dairələrini 

ifşa  edərək  qeyd  etmişdin  “Onlar  öz  imkanları  hesabına 

həm  mediada,  həm  ictimai  fikirdə,  həm  müxtəlif  qeyri- 

hökumət  təşkilatları  çərçivəsində  rəy  formalaşdırırlar  ki, 

islam dünya üçün təhlükədir,  islamı terrorizmlə eyniləşdirirlər,  is- 

lamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman 

qaçqınlarına  qarşı  hörmətsizlik edirlər.  Avropa  ittifaqına  üzv olan 

bəzi  ölkələrin  rəhbərləri  “Stop,  islam!"  deyirlər.  Bəziləri  deyirlər 

ki,  biz  miqrantları  qəbul  etməyə  hazırıq,  ancaq  müsəlmanları 

yox.  Bu,  faşizmdir  və  faşizm  harada  yaranıb  biz  yaxşı  bilirik  və 

unutmamışıq.  Faşizm  islam  aləmində  yaranmayıb.  Ona  görə  də 

islam  Həmrəyliyi Oyunlarının çox böyük mənası var.  Biz bu oyun­

ları  keçirməklə  bir  daha  gücümüzü,  imkanlarımızı  göstərəcəyik, 

dini  dəyərlərimizə  sadiqliyimizi  nümayiş  etdirəcəyik,  çalışacağıq 

ki,  islam  aləmini  birləşdirək.  Bizi  bölmək,  aramıza  nifaq  salmaq, 

bir-birimizə  qarşı  qoymaq  istəyənlər  öz  hədəflərinə  çatmamalı­

dırlar” 

(7).

Beynəlxalq  münasibətlər  müstəvisi  fərqli  ərazi  ölçülərinə 

malik  olan  subyektlərin  (iştirakçıların,  münasibət  tərəflərinin), 

elementlərin,  ünsürlərin  yan-yana  coğrafi-siyasi  düzülüşü  ilə 

xassələnir.  Beynəlxalq  münasibətlərin  harmonizasiyası  başlı­

ca  olaraq  fərqli  elementlərin  bir-biri  ilə  müxtəlif  səviyyələrdə 

və  məsələlərdə  yaranan  əlaqələri,  təmasları  ilə  meydana  gəlir 

(8).

  Beləliklə,  qeyd  edə  bilərik  ki,  islam  həmrəyliyi  konsepsiyası 

qlobal çağırışlara  qarşı  səmərəli  müqavimət  göstərməklə yana­

şı,  beynəUalq  münasibətlərdə  də  bir  harmoniyanın,  müsəlman 

dövlətlərin  qeyri-müsəlman  dövlətləri  ilə  münasibətlərində 

ahəngin yaranmasında mühüm rol oynayan bir konsepsiyadır.

Bu  gün  islam  dünyasında  milyardlarla  dollarlıq  valyuta  ehti­

yatları  ilə  zənginləşmiş,  yüksək  rifah  halında  yaşayan  bəzi  ərəb 

dövlətləri  ilə  yanaşı,  xüsusilə  Afrika  qitəsində  yerləşən,  əhalisi 

aclıqdan  əziyyət  çəkən,  minimum  iqtisadi  imkanlardan,  inves­

tisiyalardan  məhrum  olan,  qeyri-müsəlman  dövlətlərinin  və 

beynəlxalq  təşkilatların  yardımına  möhtac  qalmış  müsəlman 

dövlətləri  də  mövcuddur.  Görünən  odur  ki,  bəzi  müsəlman 

dövlətlərinin  ictimai-siyasi,  iqtisadi  geriliyində  islam  dünya­

sının  öz  günahları  da  böyük  təsir  göstərir  və  təəssüflər  olsun 

ki,  islam  dünyasındakı  həmrəyliyə  xidmət  edən  və  mane  olan



42 

Mədəniyyət. AZ / 4 • 2017


faktorların  analizi  müsəlman  dövlətləri  arasındakı  beynəlxalq 

münasibətlərdə  ikincilərin  sayca  daha  çox  və  daha  təsirli  oldu­

ğunu  göstərməkdədir.  Bu  baxımdan  islam  həmrəyliyi  iqtisadi 

imkanların  da  səfərbər  edilməsinə  yönəlmiş  təşəbbüs  kimi  vur­

ğulana bilər.

islam  həmrəyliyi  bütün  dünyanı  düşündürən  növbəti  bir  ça­

ğırış  -   sivilizasiyalararası  toqquşmanın  qarşısının  alınması 

kontekstində  də  böyük  əhəmiyyət  kəsb  etməkdədir.  ABŞ  alimi 

Samuel  Hantinqtonun  “Sivilizasiyaların  toqquşması”  nəzəriyyəsi 

1993-cü  ildə ABŞ-ın xarici  siyasət jurnalı  olan  “Foreign affairs"də 

dərc edilən məqaləsi ilə məşhurlaşmış, təhlükəli bir proqnoz kimi

əslində,  dünya  üçün  qlobal  çağırışa  çevrilmişdir  (9).  Təbii  ki,  biz 

buna  görə  Samuel  Hantinqtonu  “çağırışın  müəllifi"  kimi  günah­

landırmır, əksinə, mövcud  reallıqları ifadə edən bir nəzəriyyə kimi 

müsbət qarşılayırıq,  lakin sivilizasiyaların toqquşmasının qaçınıl- 

mazlığı fikrinə təslim olmağı düzgün hesab etmirik və bunun qar­

şısının  alınmasında  sivilizasiyaların  imkanlarının  tükənmədiyinə 

inanırıq.

Nə 

qədər  paradoksal  görünsə 



də, 

sivilizasiyalararası 

münaqişənin  həmin  sivilizasiyaların  içində  gedən  proseslərdən, 

parçalanmalardan 

doğacağı 

fikri 



elə 

Hantinqtonun 

özü 

tərəfindən  irəli  sürülür.  Professor  Ali  Yaşar  Sarıbayın  fikrincə.



Hantinqtonun  önə  sürdüyü  gerçəkliklər bir cümlə  ilə  belə  xülasə 

edilə  bilər;  “Sivilizasiyaları  təşkil  edən  cəmiyyətlərin  içində 

düşdükləri  parçalanmışlıq  və  bölünmüşlük  bu  çarpışmanı 

(sivilizasiyalararası  toqquşmanı)  doğuracaqdır”  00).  Daxilən 

parçalanmış  sivilizasiya  öz  vahid  mövqeyini  itirir  ki,  bu  gün  biz 

bunu  beynəlxalq  münasibətlərdə  islam  dünyasının  simasında 

müşahidə  edə  bilərik.  Terrorçu  qrupların  islam  adına  çıxılması, 

idarəçiliyi  itirilmiş  müsəlman  dövlətlərində  radikallığın  artması, 

məzhəblərarası gərginliyin alovlandırılması  ilə islam sivilizasiyası 

da  böyük  zərər görərək  parçalanmağa  doğru  sürüklənməkdədir. 

Bu isə son nəticədə daxildən islam sivilizasiyası adından çıxan hər 

hansı  qüvvənin  digər  sivilizasiya  ilə  qarşıdurmaya  getməsinə  və 

bununla da sivilizasiyaları məcburən toqquşmaya istiqamətləndirə 

bilər.  Həmrəylik  ideyası  isə  sivilizasiyanın  bütövləşməsinə, 

radikallığın  qarşısının alınmasına,  sağlam  düşüncələrin  üstünlük 

qazanmasına  səbəb  olan  bir  yanaşmadır.  Bu  nöqteyi-nəzərdən 

Azərbaycan  Respublikasının  islam  həmrəyliyi  konsepsiyası 

təkcə  islam  dünyasındakı  cəmiyyətlər arasında  parçalanmaların, 

bölünmələrin  qarşısının  alınmasını  hədəfləyən  konsepsiya  kimi 

deyil,  bütövlükdə  sivilizasiyalararası  toqquşmanı  da  istisna  edən 

yanaşma kimi öz əhəmiyyətini aşkar etmiş olur.<-

Ədəbiyyat;

1.  Hikmət  Babaoğlu.  Dünya siyasəti və beynəlxalq münasibətlər.  Dərslik.  Bakı-2010,  səh. AA9.

2. Geopolitical Challenges o f Convergence in Islam ic World.  Hafeznia M.  R., Zarghani S.H. Human Geography Research Quarterly, No. 80, 

Summer 2012.

3.  Ə.M.Həsənov.  Xəzər  -   Qara  dəniz  hövzəsi  və  Cənubi  Qafqazın  geoiqtisadiyyati:  Azərbaycanın  enerji  siyasəti.  Bakı,  “Zərdabi  LTD"  MMC,

2016, səh.  9.

4. Xəlilov Cəlil. “Milli təhlükəsizlik strategiyası”.  Bakı,  2016, səh.  139.

5.  Hikmət Baba oğlu  Məmmədov. “İnfoimperializm və media”.  Bakı, “MSA", 2013, səh.  12.

6. Yenə orada, səh. 24.

7. http://president. az/articles/22435

8.  E.M.Nəsibov. Münasibətlərin balanslaşdırılması (dövlətdaxili siyasətdə və beynəlxalq aləmdə). Dinamik inkişaf; sabitlik; sülh (dünya sül­

hü).  I cild. Bakı, “Elm və təhsil”, 2012, səh. 320.

9. Huntington,  Samuel P.  “The Clash o f Civilizations” Foreign A ffairs Vol.  72. No 3 (Summer 1993), p. 22-49.

10. MEDENİYYETLER ÇATIŞMASINDAN DİYALOĞA.  Gazeteciler ve Yazarlar Vakfı Yayınlan. ZAMAN. İstanbul-2000,  səh.  169.

Резюме


Современные  международные  отношения  в  странах  исламского 

мира  сталкиваются  с  большими  трудностями.  В  связи  с  этим, 

понятие  исламской  солидарности  актуализируются  в  ответ  на 

вызовы,  с  которыми  сталкивается  исламский  мир  в  контексте 

процесса тобализации. Обо всем этом говорится в этой статье.

В  статье  проанализирован  важность  инициативы  Исламской 

солидарности в Азербайджанской Республике против современных 

тобальных проблем.

Ключевые слова:  исламский  мир,  солидарность,  концепция,  мир, 

вызов.


Summary

In Contemporary international relations the countries of the Isla­

mic world with a wave of globalization faced great difficulties and 

challenges in order to protect from the adverse effects of globa­

lization and to create a balance  between the  national economic, 

political  and  cultural features  and  globalization.  In  this  regard, 

the concept of  Islamic  solidarity actualized as a  response to the 

challenges facing the Islamic world in the context of ongoing glo­

balization.  In this article the  importance  of the  Islamic  Solidarity 

initiative of the  republic of Azerbaijan against the modern global 

challenges has been  analyzed.

Key  words:  the  Islamic  world,  solidarity,  concept,  peace,  chal­



lenge.

Mədəniyyət.AZ / 4 • 2017 

43

Yüklə 193,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə