Azərbaycanın Şirin Sularının Diatom Yosunları S. K. Cəfərova*, Ş. C. Muxtarova



Yüklə 110,84 Kb.
Pdf görüntüsü
tarix27.04.2018
ölçüsü110,84 Kb.
#40292


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №2, səh. 40-45 (2014)

 

40 



Azərbaycanın Şirin  Sularının  Diatom  Yosunları 

 

S.K. Cəfərova*, Ş.C. Muxtarova  

 

AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan; 

*E-mail:

 

sevdajafarova@yandex.ru 

 

İlk dəfə olaraq mövcud ədəbiyyat materialları və orijinal alqoloji tədqiqatlar əsasında Azərbaycanın 

kontinental sututarları və suaxınlarında Bacillariophyta şöbəsinin mikroyosunlarının inventarizasiyası 

keçirilib. Müasir nomenklatur dəyişiklikləri nəzərə alan təftiş  nəticəsində diatom yosunların  84 

cinsinə, 36 fəsiləsinə, 16 sırasına, 6 yarımsinfinə  və 3 sinfinə aid olan 381 növün (443 növdaxili 

taksonun) siyahısı  tərtib edilib. Ölkənin iri fiziki-coğrafi vilayətlərində diatom yosunların lazımınca 

öyrənilməsi, yayılması və taksonomik xüsusiyyətləri müzakirə edilir. 

 

Açar sözlər: Diatom yosunlar, şirin sular, taksonomik struktur, takson 

 

 



GİRİŞ 

 

Biota müxtəlifliyinin inventarizasiyası müasir 

biologiyanın mühüm vəzifələrindən biridir. Diatom 

yosunlar  şirin suların avtotrof orqanizmlərinin 

əhəmiyyətli hissəsini təşkil edir. Antropogen 

çirklənmənin mənfi təsiri nəticəsində biotanın azal-

ması ehtimalı yüksək olduğu üçün, onun inventari-

zasiyasının qısa müddətdə keçirilməsi çox vacibdir. 

Ölkə  ərazisində sututarlar olduqca müxtəlifdir 

– genezisi və tipləri müxtəlif olan göllər, termal və 

mineral bulaqlar,  düzəndə yerləşən su anbarları və 

s. Həcminə görə yaşıl yosunlarla, yayılmasına görə 

isə - göy-yaşıl yosunlarla müqayisə edilə bilən 

Bacillariophyta şöbəsi Azərbaycan Respublikasının 

kontinental sututarları və suaxınlarında başqa yosun 

şöbələrinə  nisbətən  lazımınca tədqiq edilmişdir. 

Təqdim olunan işin  əsas məqsədi Azərbaycan 

Respublikasının kontinental sututarları və suaxınla-

rında məskunlaşan diatom yosunlara aid bütün 

ədəbiyyat məlumatlarını ümumiləşdirərək, diatom 

yosunların şirin sularda öyrənilmə dərəcəsini dəqiq-

ləşdirib, ilk dəfə olaraq növlərin ümumi siyahısını 

tərtib etmək və  Azərbaycan Respublikasının fiziki-

coğrafi vilayətlərində yayılmasının qısa təhlilini 

aparmaqdan ibarətdir (Budaqov, 1996). 

 

 

MATERİAL VƏ METODLAR 

 

Azərbaycanın diatom yosunlarının müxtəlif-



liyinə aid  ədəbiyyat mənbələri ümumiləşdirilib və 

təhlil edilib. Hazırki işin  əsasını  ədəbiyyat məlu-

matları  və Böyük Qafqazın inzibati rayonlarında 

1983-1987  illərdə  və sonralar (2000-2012) ayrı-

ayrı  məntəqələrdə  müxtəlif bioloji mövsümlərdə 

yığılmış alqoloji materiallar təşkil edir. Material-

ların yığılması və hazırlanması qəbul edilmlş üsul-

lar üzrə  aparılmışdır (Вассер и др., 1989). 

Növlərin ümumi siyahısını  tərtıb edərkən  

Bacillariophyta    şöbəsinin taksonomiya və nomen-

klaturasına edilmiş  dəyişikliklər nəzərə alınmışdır. 

İstifadə edilmış taksonomik sistem müasir  elmi 

yanaşmalara  əsasən seçilmişdir (Tsarenko et al., 

2009; Medlin & Kaczmarska, 2004). Yosun növləri-

nin adları  dəqiqləşdirilərkən “Algae Base” [www. 

algaebase.org], “California Academy” [www. 

calacademy.org] və “Alga Terra” [www.algaterra. 

org] internet saytlarından istifadə edilmişdir. 

 

 



NƏTİCƏLƏR  VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Azərbaycan Respublikasının yosunlarına aid 



ilkin  ədəbiyyat mənbələrində yalnız altı növ geniş 

yayılmış diatom yosunu qeyd edilmişdir. Ölkənin 

müxtəlif regionlarında su ekosistemlərinin mün-

təzəm, məqsədyönlü tədqiqi keçən  əsrin 50-ci il-

lərindən başlayaraq Azərbaycan  Elmlər Akademi-

yasında rus  alqoloqu  İ.A. Kiselyovun rəhbərliyi 

altında S.Q. Rzayeva tərəfindən aparılmışdır və 

Azərbaycanda yayılan diatom yosunlarının siyahısı 

verilmiş ilk iş də Kür-Araz ovalığının şimal-qərbin-

də yerləşən Mingəçevir su anbarının fitoplankto-

nunun hidrobioloji tədqiqinə  həsr edilmişdir (Рза-

ева, 1958). Diatom yosunlarına aid sonrakı  tədqi-

qatlar floristik xarakter daşıyır. Respublikanın şirin 

sularının alqofloristik tədqiqatlarının salnaməsi və 

nəticələri Azərbaycanın sututarlarının alqoloji 

tədqiqinə dair məqalələrdə  təsvir edilmişdir 

(Мухтарова, Джафарова, 2007, 2011а, б). 

Bizim tərəfimizdən ilk dəfə olaraq mövcud 

ədəbiyyat məlumatlarının (nəşrlər və  əlyazmalar) 

və orijinal alqoloji tədqiqatların  əsasında Azərbay-

canın sututarları  və suaxınlarında  Bacillariophyta 

şöbəsinin mikroyosunlarının inventarizasiyası 

keçirilib. Geniş yayılmış cinslərin tək-tək adları rast 

gələn məqalələrə istinad edilməmişdir. Müasir 

nomenklatur dəyişiklikləri nəzərə alan təftiş nəticə-

sində diatom yosunların 84 cinsinə, 36 fəsiləsinə, 




Azərbaycanın Şirin  Sularının  Diatom  Yosunları 

41 


16 sırasına, 6 yarımsinfinə və 3 sinfinə aid olan 381 

növün (443 növdaxili taksonun - ndt.) siyahısı tərtib 

edilib (cədvəl 1). Aşağıda  Azərbaycan Respub-

likasının 5 fiziki-coğrafi vilayətində növlərin yayıl-

ması göstərilmişdir. 

Böyük Qafqazın cənub-şərq vilayəti (Qobus-

tan-Abşeron regionu daxil olmaqla). Burada, əsasən 

Şəki-Balakən regionunda çaylar və kiçik çaylar, isti 

(termal) və mineral bulaqlar, şəlalələr və müvəqqəti 

sututarlar daxil olmaqla müxtəlif tipli suaxınları və 

sututarları  tədqiq edilib (Балашова, 1975а;  Кара-

ева, Мухтарова, 1987; Мухтарова, 1989;  Мухта-

рова,  Джафарова, 2010; 2011; 2012a; 2012б; 

Мухтарова,  Караева, 1999). Cəmi bu vilayətdə 

218 növ (243 ndt.) diatom yosunu qeyd edilmişdir. 

Məhz burada Azərbaycan Respublikasında ilk dəfə  

Brachysira vitrea  (Grunow in Schneider) R.Ross, 

Diadesmis contenta (Grunow ex Van Heurck) 

D.G.Mann, Gomphonema minutum (C. Agardh) C. 

Agardh,  Luticola goeppertiana (Bleisch in 

Rabenh.) D.G.Mann, L. monita (Hust.) D.G.Mann, 



Navicula phyllepta  Kütz., N. schröeteri  F. Meister, 

Pinnularia torta (A.Mann) R.M.Patrick, Placoneis 

abiskoensis (Hust.) Lange-Bert. et D.  Metzeltin, P. 

gastrum (Ehrenb.) Mereschk., Staurosirella lepto-

stauron (Ehrenb.) D.M.Williams et Round, Surirel-

la brebissonii  Krammer et Lange-Bert. və s. növlər 

aşkar edilmişdir. Diatom florasının növ tərkibinin 

təhlili göstərir ki, bu vilayətdə  Cavinula weinzierlii 

(H.Schimanski) D.B.Czarnecki, Craticula submo-



lesta (Hust.) Lange-Bert., Cymbella inelegans  

Cleve,  Navicula libonensis  Schoeman, Nitzschia 



bicrena  Hohn et Hellerman, N. legleri Hust. və s. 

kimi çox nadir sayılan növlər təsadüf edilir, eləcə 

də burada nadir alp yosun növləri – Cymbella 

schimanskii  Krammer, Cymbopleura rupicola 

(Grunow) Krammer, C.similis (Krasske) Krammer, 



Frustulia spicula Amosse, Neidiomorpha binode-

formis (Krammer) M. Cantonati, Lange-Bert. et 

N.Angeli və 1 növdaxili takson - Neidium bisul-



catum (Lagerst.) Cleve var. subampliatum Kram-

mer  aşkar edilmişdir. 

Abşeronda yalnız Ceyranbatan su anbarı 

tədqiq edilmiş (Рзаева, 1983) və diatom yosunların 

19 növü (19 ndt.) qeydə alınmışdır. 

Kür Dağarası çökəkliyi vilayəti.  Mingəçevir 

su anbarı (Рзаева, 1958; 1986) və Kür çayının orta 

axarında yerləşən üç göl – Hacıqabul, Naxalıqçala 

(Sarısu) və  Ağgöl tədqiq edilmişdir. A.Q.Qası-

movun işində Mingəçevir su anbarının diatom 

yosunlarının siyahısı  təkrarən təqdim edilir və Kür 

çayının aşağı axarında yerləşən bir sıra kiçik 

sututarlarında geniş yayılmış növlər qeyd edilir. 

Kür çayının və onun qollarının alqoflorası xüsusi 

olaraq öyrənilməmişdir. Yuxarıda göstərilən və 

minerallaşması yüksək olan göllərin alqoflorası 

keçən əsrin 70-ci illərin əvvəllərində N.M. Cəfərov 

tərəfindən tədqiq edilib (Джафаров, 1971; 1972). 

Burada  Amphora subcapitata (Kisselev) Hust, 



Caloneis oregonica (Ehrenb.) R.M.Patrick, Fal-

lacia omissa (Hust.) D.G.Mann və  Navicula cir-

cumtexta Meist. ex Hust. kimi nadir növlər və arid 

ərazilərə xas olan Navicula hedini Hust. növü tapıl-

mışdır. Hacıqabul gölündə isə bütün Qafqaz üçün 

yeni olan Achnanthes triconfusa Van Land. və Sel-



laphora laevissima (Kütz.) D.G.Mann qeyd edil-

mişdir. Bütövlükdə bu vilayətdə 217 növ (249 ndt.) 

diatom yosunu rast gəlinir. 

Kiçik Qafqaz vilayəti. Əsasən termal bulaqlar 

və zəlzələ nəticəsində əmələ gələn, yüksək dağlıqda 

yerləşən Göygöl gölü öyrənilmişdir. Mineral 

bulaqlarda 80 növ Bacillariophyta aşkar edilmişdir 

(Алиев, 1961;   Балашова, 1975б)   və onların ara-

sında sularının hərarəti və minerallaşması yüksək 

olan dağ bulaqlarına xas olan – Denticula thermalis 

Kütz.,  Pinnularia interruptiformis Krammer və s. 

Göygöl gölü üçün 124 növ göstərilir (Рзаева, 

1984а). Cəmi Kiçik Qafqazda 143 növ (156 ndt.) 

diatom yosunu aşkar edilmişdir. 

Lənkəran vilayəti.  Azərbaycanın cənub-şər-

qində yerləşən və ayrıca botaniki yarıməyalətə 

ayrılmış bu nadir subtropik vilayətin yalnız aran 

hissəsində sututarlarından çaylar və termal bulaqlar 

tədqiq edilmişdir (Рзаева, 1965; 1984б), dağlıq 

hissəsi  isə öyrənilməmişdir. Bu vilayətdə 123 növ 

(137 ndt.) aşkar olunmuşdur. 

Orta Araz vilayəti.  Bütövlükdə Naxçıvan AR  

ərazisində sistemli alqoloji tədqiqatlar aparılma-

mışdır və ilk dəfə S.Q. Rzayeva  Naxçıvanın üç  

mineral bulaqlarından (Vayxır, Sirab və Badamlı) 

yığılmlş materialların tədqiqinin nəticələrini nəşr 

etdirmişdir  (Рзаева, 1999). Məqalədə diatom yo-

sunlar 7 növlə  təmsil olunmuşdur, bunlardan Dia-

toma vulgare  Bory, D. anceps (Ehrenb.) Kirchn., 

Fragilaria capucina Desm. və s. qeyd etmək olar. 

Azərbaycanın diatom florasının taksonomik 

strukturu aşağıdakı  cədvəldə  təqdim edilir (cədvəl 

1). Növlərin, növdaxili  taksonların və daha yüksək 

ranqlı taksonların taksonomik müxtəlifliyi aşağıda 

göstərilmişdir: 1. Coscinodiscophyceae  sinfi – 1 

yarımsinif, 3 sıra, 3 fəsilə, 3 cins və 6 növ (7 ndt.);  

2.  Mediophyceae sinfi – 2 yarımsinif, 2 sıra, 3 

fəsilə, 5 cins və 14 növ; 3. Bacillariophyceae sinfi – 

3 yarımsinif, 11 sıra, 30 fəsilə, 76 cins və 361 növ 

(422 ndt.). 

Coscinodiscophyceae sinfi Coscinodiscophyci-

dae yarımsinfi ilə ən az növ müxtəlifliyi ilə seçilir 

və tərkibində 1-3 plankton növü olan cinslərlə təm-

sil olunmuşdur.  Paraliales  sırası  Paraliaceae  fəsi-

ləsi və  Ellerbeckia R.M. Crawford cinsinə aid tək 

bir növlə büruzə verir. Ellerbeckia arenaria 

 

(Moore ex Ralfs) R.M. Crawford Böyük Qafqazın 

cənub yamacının sututarlarında,  əsasən  Qax 

rayonunun Ceyranbulaq, Qarasu mineral bulaqla- 




Cəfərova və Muxtarova 

42 


Cədvəl 1. Şirin sularda diatom florasının taksonomik spektri. 

Sıralar 

Fəsilələrin

Cinslərin

Növlərin sayı (ndt.) 

   Florada %-lə 

                sayı

/ ranq yeri

Sinif   Coscinodiscophyceae 

 

 



 

 

1. Paraliales 



1

1

1 (1) /15 



0,2

2. Melosirales 

1

1

2 (2) /14 



0,5

3. Aulacoseirales 

1

1

3 (4) /12 



0,9

Sinif   Mediophyceae 

 

1. Chaetocerotales 



1

1

1 (1) /15 



0,2

2. Thalassiosirales 

2

4

13 (13) /8 



2,9

Sinif  Bacillariophyceae 

 

1.   Fragilariales 



1

11

27 (35) /4 



7,9

2.   Tabellariales 

1

2

3 (3) /13 



0,7

3.   Eunotiales 

1

1

4 (6) /11 



1,4

4.   Mastogloiales 

1

2

4 (7) /10 



1,6

5.   Cymbellales 

4

11

55 (62) /3 



14,0

6.   Achnanthales 

3

8

22 (29) /5 



6,5

7.   Naviculales 

14

28

142 (157) /1 



35,4

8.   Thalassiophysales 

1

1

15 (16) /7 



3,6

9.   Bacillariales 

1

6

61 (70) /2 



15,8

10. Rhopalodiales 

1

2

8 (11) /9 



2,5

11. Surirellales 

2

4

20 (26) /6 



5,9 

                  Cəmi: 

36

84

381 (443) 



100 

 

 



 

rında və termal Mohsu bulağının axınında rast gəli-

nir.  Melosirales  sırası  Melosiraceae  fəsiləsi və 

Melosira C. Agardh cinsinə aid 2 növlə,  Aulacosei-

rales sırası eyniadlı fəsiləsi və Aulacoseira  Thwai-

tes cinsinə aid 3 plankton növü ilə (4 ndt.) qeyd 

edilmişdir.  

Mediophyceae  sinfi ölkənin daxili sularında 2 

yarımsinifdən olan 14 plankton növünü birləşdirir. 



Chaetocerotophycidae yarımsinfi  Chaetocerotales 

sırası  Chaetocerotaceae  fəsiləsi və  Chaetoceros  

Ehrenb. cinsinə aid tək bir növlə - Ch. wighamii 

Brightw (Sarısu gölü) qeyd edilir. Thalassiosiro-



phycidae yarımsinfi  Thalassiosirales sırası Thalas-

siosiraceae  fəsiləsi və  Thalassiosira  Cleve cinsinə 

aid 2 növlə,  Stephanodiscaceae  fəsiləsi isə  Cyclo-



stephanos Round (1 növ) Cyclotella Kütz. (7 n.) və 

Stephanodiscus Ehrenb. (3 n.) cinslərindən cəmi 11 

növlə təmsil olunmuşdur.  

Əsasən planktonda müşahidə edilən  Cyclotella 

Kütz. cinsinin nümayəndələri (7 n.) ölkənin iri 

sututarlarından olan Mingəçevir və Ceyranbatan su 

anbarlarında, iri göllərdə - Göygöl, Hacıqabul, Sarısu 

və  Ağgöl, Kür çayında və s. qeydə alınıb. Bunların 

arasında həm  C. comensis Grunow  kimi yalnız 

Avrasiyada yayılmış nadir arktik–alp növünü və 

bütün qitələrdə geniş yayılmış halofil, α–mezosaprob  



C. meneghiniana  Kütz. növünü misal gətirmək olar. 

Bacillariophyceae sinfi taksonomik strukturu-

na görə daha rəngarəng olmuş, sinfə 3 yarımsinif 

(Fragilariophycidae, Eunotiophycidae  Bacilla-

riophycidae) daxil olmaqla 361 (422 ndt.) əsasən 

bentik (epilit, epipelit, epifit) və perifit növlər aid 

edilmişdir. Kontinental sututarlarında yayılan 

diatom yosunların müxtəlifliyinin analizi göstərir 

ki, növlərlə  zəngin olan cinslər  əsasən  Bacillario-

phyceae  sinfinin sıralarına məxsusdur. Demək  

lazımdır  ki, alqologiyada növə politipik nöqteyi 

nəzərindən baxılır və yosun floralarını növdaxili 

səviyyədə müqayisə etmək daha əsaslandırıcı 

sayılır. Məhz növdaxili taksonlar səviyyəsində 

botaniki mənada iki yaxın olan ərazinin aydın ifadə 

olunmuş fərqləri daha tez büruzə verir. 

Fragilariophycidae  yarımsinfinə  Fragila-

riales və Tabellariales sıraları aiddir. Fragilariales 

sırasının (4-cü ranq) Fragilariaceae  fəsiləsinin 11 

cinsindən:  Asterionella Hass. (1 n.), Ctenophora 

(Grunow) D.M. Williams et Round (1 n.), Diatoma 

Bory (6 n.,10 ndt.), Fragilaria Lyngb. (5 n., 6 ndt.), 

Fragilariforma (Ralfs) D.M. Williams et Round (1 

n., 3 ndt.), Martyana Round (1 n.), Meridion 

C.Agardh (1 n.), Staurosirella D.M. Williams et 

Round (2 n., 2 ndt.), Synedra Ehrenb. (1 ndt.), 



Tabularia (Kütz.) D.M. Williams et Round (1 n.), 

Ulnaria (Kütz.) Compere (6 n., 8 ndt.) daxil 

olmaqla  cəmi 25 növ (35 ndt.) qeyd edilmişdir. 

Azərbaycanın daxili sularında  Tabellariales  sırası 

eyni adlı  fəsilədən olan iki cinslə - Tabellaria 

Ehrenb.(2 n.) və  Tetracyclus  Ralfs (1 n.) 

mövcuddur. 



Eunotiophycidae   yarımsinfi  Eunotiales 

sırasına, Eunotiaceae fəsiləsinə və Eunotia Ehrenb. 

cinsinə aid 4 növü (6 ndt.) daxil edir. Eunotia 

cinsinin 4 növündən ikisi - E. bilunaris (Ehrenb.) 

Mills və  E. submonodon Hust. Mingəçevir su 

anbarında qeyd edilmişdir, qalan 2 növü isə  E. 



fallax A. Cleve və  E. praerupta Ehrenb. növdaxili 

taksonlarla birgə - Böyük Qafqazın suaxınlarında 

(Zərnəçay çayının başlanğıcında,  Əyriçay çayında) 

və mineral bulaqlarında (Ləkitbulaq, Ceyranbulaq, 

Süskənbulaq) təyin edilmişdir. 



Azərbaycanın Şirin  Sularının  Diatom  Yosunları 

43 


Bacillariophycidae yarımsinfi 8 sıraya  (Masto-

gloiales, Cymbellales, Achnanthales, Naviculales, 

Thalassiophysales, Bacillariales, Rhopalodiales  və 

Surirellales) aid 327 növlə (378 ndt.) müəyyən 

edilmişdir. Bura Mastogloiales  sırasından  Masto-



gloiaceae  fəsiləsinin  Aneumastus  D.G. Mann et 

Stickle (1 n.) və Mastogloia Thwaites ex W. Smith 

(3 n., 6 ndt.) cinsləri aiddir. Cymbellales sırası (3-cü 

ranq) 4 fəsiləyə    və 11 cinsə aid 55 növü (62 ndt.) 

birləşdirir:  Rhoicospheniaceae  fəsiləsi  Rhoicos-

phenia  Grunow  cinsi ilə (1 n.); Anomoeoneidaceae 

fəsiləsi Anomoeoneis Pfitzer (1 n., 2 ndt.) və Stauro-



phora  Mereschk. (1 n.) cinsləri ilə;  Cymbellaceae 

fəsiləsi  Cymbella  C. Agardh (16 n.), Cymbopleura 

(Krammer) Krammer (8 n.), Encyonema Kütz. (5 n., 

6 ndt.), Encyonopsis Krammer (3 n.) və  Placoneis 

Mereschk. (4 n., 6 ndt.) cinsləri ilə (cəmi 36 n., 39 

ndt.) və  Gomphonemataceae  fəsiləsi  Gomphoneis 

Cleve (1 n., 2 ndt.), Gomphonema (C.Agardh) 

Ehrenb. (14 n., 16 ndt.) və  Reimeria Kociolek et 

Stoermer (1 n.) cinsləri ilə səciyyələnir. 

Achnanthales  sırası (5-ci ranq) 8 cinsdən və 3 

fəsilədən olan 22 növü (29 ndt.) birləşdirir. Achnan-



thaceae  fəsiləsinə aid 5 cinsdən olan 12 növ (17 

ndt.) təyin edilmişdir: Achnanthes Bory (4 n., 5 ndt.), 



Karayevia Round et Bukht. (1 n.), Lemnicola Round 

et Basson (1 n., 2 ndt.), Planothidium Round et 

Bukht. (5 n., 8 ndt.) və  Rossithidium Round et 

Bukht. (1 n.). Cocconeidaceae  fəsiləsinə yalnız 



Cocconeis  Ehrenb. cinsinin  5 növü (7 ndt.) daxil 

edilmişdir.,  Achnanthidiceae  fəsiləsində    Achnan-



thidium  Kütz. (4 n.) və  Eucocconeis  Cleve (1 n.) 

cinslərindən cəmi 5 növ müəyyən edilmişdir. 



Thalassiophysales  sırası  Catenulaceae  fəsilə-

sinə aid Amphora Ehrenb. cinsinin 15 növü ilə (16 

ndt.) göstərilmişdir. 

Bacillariales  sırası (2-ci ranq) Bacillariaceae  

fəsiləsinin 6 cinsinin 61 növünü (70 ndt.) əhatə 

edir; onlardan  Bacillaria  J.F. Gmel. cinsinə aid - 

1, Cylindrotheca  Rabenh. cinsinə aid - 1, Denticula 

Kütz. cinsinə aid - 3, Hantzschia  Grunow cinsinə 

aid - 5  (7 ndt.), Tryblionella W. Sm cinsinə aid - 8 

(10 ndt.) və, nəhayət, diatom yosunlar florasının 

aparıcı cinsləri sırasında 1-ci ranq yerini tutan 



Nitzschia Hassal cinsinə aid 43 növ (48 ndt.) aşkar 

edilmişdir (Сədvəl 2).                                                                     



Rhopalodiales  sırasından  Rhopalodiaceae    fə-

siləsinin  iki cinsinə aid cəmi 8 növ (11 ndt.) qeyd 

edilmişdir: Epithemia Breb. (5 n., 6 ndt.) və Rhopa-

lodia  O. Müll. (3 n., 5 ndt.). 

Surirellales  sırası  iki fəsiləyə aid 20 yosun 

növü ilə (26 ndt.) təmsil olunmuşdur.  Entomoneis 

fəsiləsinə aid 2 növ (3 ndt.) Entomoneis  cinsindən 

və Campylodiscus Ehrenb. (4 n.), Cymatopleura W. 

Sm. (2 n., 4 ndt .) və  Surirella   Turpin (12 n.,15 

ndt.) cinslərindən  Surirellaceae  fəsiləsinə aid 18 

növ (23 ndt.) daxil olmuşdur. 

Naviculales  sırası növ sayına görə digər sıra-

lara nisbətən 142 növlə (157 ndt.) üstünlüyə malik 

olmuşdur (1-ci ranq). Bu iri sıra 4 yarımsıralar ilə 

təmsil olunur: Neidiineae, Sellaphorineae, Diplo-



neidineae və Naviculineae. 

Neidiineae  yarımsırası 7 fəsiləyə  və 10 cinsə 

aid  26 növü (28 ndt.) əhatə edir və hər bir fəsiləyə  

öz növbəsində 1 və ya 2 cins daxildir: Berkeleyaceae 

fəsiləsinə - Berkeleya Grev. cinsi (1 n., 2 ndt.), 



Cavinulaceae  fəs. – Cavinula  D.G. Mann et Stickle 

(3 n.), Cosmoneidaceae  fəs. – Cosmioneis D.G. 

Mann et Stickle (1 n.), Diadesmidaceae  fəs.- 

Diadesmis  Kütz. (1 n.) və  Luticola  D.G. Mann (6 

n.), Amphipleuraceae fəs. - Amphipleura Kütz. (1 n.) 

və  Frustulia  Rabenh.  (3 n.),  Brachysiraceae  fəs. - 

Brachysira Kütz. (3 n.), Neidiaceae  fəs.- 

Neidiomorpha  Lange-Bert. et Cantonati (1 n.) və 

Neidium Pfitzer (6 n., 7 ndt.). 

Sellaphorineae  yarımsırası 36 növ (42 ndt.), 4 

cins və 2 fəsilə ilə  səciyyələnir:  Sellaphoraceae 

fəsiləsi-  Fallacia  Stickle et  D.G. Mann (4 n.) və 

Sellaphora Mereschk. (4 n., 6 ndt.) cinsləri ilə, Pin-

nulariaceae  fəsiləsi (28 n., 32 ndt.) – Caloneis 

Cleve (10 n., 13 ndt.) və floranın aparıcı cinsləri 

sırasında 3-cü ranq yerini tutan Pinnularia Ehrenb. 

(18 n.,19 ndt.) cinsləri ilə göstərilmişdir. 



 

 

Cədvəl 2.    Şirin sularda diatom florasının aparıcı cinsləri 

Sıralar 

Cinslər

Növlərin sayı  (ndt.) 

/ranq  yeri 

Florada %-lə

Sinif  Bacillariophyceae 

 

Cymbellales 

Cymbella  C.Agardh

16(16) /4

3,6

Gomphonema (C.Agardh) Ehrenb.



14(16) /6

3,6


Naviculales 

 

 



Navicula  Bory

34 (38) /2

8,6

Pinnularia  Ehrenb.



18 (19) /3

4,3


Caloneis   Cleve

10 (13) /8

2,9

Diploneis  Ehrenb.



 9 (10) /9

2,3


Thalassiophysales 

Amphora  Ehrenb.

15 (16) /5

3,6


 Bacillariales 

Nitzchia  Hassal

43 (48) /1

10,8


Tryblionella  W. Sm.

    8 (10) /10 

2,3

 Surirellales 



Surirella  Turpin

12 (15) /7

3,4

      Cəmi: 

 

 



45,4


Cəfərova və Muxtarova 

44 


Diploneidineae  yarımsırasından  Diploneida-

ceae fəsiləsinin yalnız  Diploneis cinsinə aid 9 növ 

(10 ndt.) təyin edilmişdir. 



Naviculineae yarımsırası növ sayına görə digər 

yarımsıralara nisbətən 71 növlə (77 ndt.) üstünlüyə 

malik olmuşdur və 4 fəsiləyə aid (Naviculaceae, 

Pleurosigmataceae, Plagiotropidaceae  Stauro-

neidaceae) 13 cinsi birləşdirmişdir. 1990-cı illərdən 

başlayaraq aparılan elektron-mikroskopik tədqiqat-

lar nəticəsində  heterogen növləri böyük sayda əha-

tə edən  Navicula  Bory s. lato cinsindən yeni 

cinslər ayrılmaqdadır və onların bəzilərinin növləri 

Azərbaycanın  şirin sularında  Naviculaceae    fəsilə-

sində  təqdim olunur (8 cins, 47 növ, 52 ndt.): 

Adlafia Lange-Bert. (2 n., 3 ndt.), Eolimna Lange-

Bert. et Schill. (1 n.), Geissleria Lange-Bert. et D. 

Metzeltin (2 n.), Haslea Simonsen (1 n.), Hippo-

donta  Lange-Bert., D. Metzeltin et A. Witkowski, 

Kobayasiella Lange-Bert. (1 n.), Mayamaea Lange-

Bert. (3 n.) və    nəhayət  2-ci ranq yerini  tutan  



Navicula  Bory  s. stricto  (34 n., 38 ndt.). Navicula  

Bory s. str. cinsinin  nümayəndələri adətən regional 

floralarda rəhbər mövqe  tuturlar. 

Pleurosigmataceae fəsiləsi 2 cinslə təmsil olun-

muşdur:  Gyrosigma  Hassal (8 n.) və  Pleurosigma 

W.Sm. (4 n.). Plagiotropidaceae  fəsiləsi  Plagiotro-

pis  Pfitzer  cinsinə aid yalnız 1 növlə büruzə verir. 

Stauroneidaceae fəsiləsi 2 cinslə səciyyələnir: Crati-

cula  Grunow (5 n.) və  Stauroneis  Ehrenb. (6 n., 7 

ndt.). 


Avropa ölkələrinin əksəriyyəti ilə müqayisədə 

Azərbaycanın  ərazisində  təyin edilmiş diatom 

yosunların növlərinin sayı o qədər də yüksək deyil, 

bu həm tədqiqat müddətinin qısa olması ilə, həm də 

Kür çayının, Kiçik Qafqazın yüksək dağ göllərinin, 

Talışın, Naxçıvanın və Böyük Qafqazın  şimal ya-

macının sututarları  və suaxınlarının öyrənilməməsi 

ilə    bağlıdır. Azərbaycanda yeni və nadir növlərin 

aşkar edilməsi ölkənin diatom florasının original-

lığını sübut edir və onun gələcəkdə daha ətraflı 

tədqiqinə əsas verir. 

 

 



ƏDƏBIYYAT 

 

Azərbaycan Respublikasının konstruktiv coğra-

fiyası (1996) B.Budaqovun redaktəsi ilə: 3 cilddə. 

Bakı: Elm, I c., 268 s. 



Алиев Д.Г. (1961) Материалы к флоре водорос-

лей  минеральных  источников  Кельбаджар-

ского  Истису  Азербайджанской  ССР.  Изв.  АН 

Азерб. ССР, cер. биол. и мед. наук, 5: 23-29. 

Балашова  Н.Б. (1975а)  К  флоре  водорослей 

термальных источников Азербайджана. Новос-



ти системат. низших раст. (Л.), 12: 90-94. 

Балашова  Н.Б. (1975б)  К  флоре  водорослей 

термальных  источников  Верхнего  Истису.  



Вестн. ЛГУ, биология, 3: 35-40. 

Водоросли.  Справочник  (1989)  Под  ред.  Вас-

сер С.П., Кондратьева Н.В., Масюк Н.П. и др. 

Киев: Наук. Думка, 608 с. 

Джафаров  Н.М. (1971) Альгофлора  озера  Ад-

жикабул. Докл. АН Азерб. ССР, 27(3): 75-79. 



Джафаров Н.М. (1972) Альгофлора озера Наха-

лыхчала.  Мат.  науч.  конф.  аспирантов  АН 



Азерб. ССР, биол. науки, Баку: 85-89. 

Караева  Н.И.,  Мухтарова  Ш.Дж. (1987) Ред-

кие  для  СССР  и  новые  виды  пеннатных    диа-

томовых  водорослей  (Bacillariophyta)  из 

Азербайджана. Ботан. журн., 72(7): 943-948. 



Мухтарова  Ш.Дж. (1989) Род  Cymbella  в 

водоемах  южного  склона  Большого  Кавказа. 



Ботан. журн., 74(1): 48-53. 

Мухтарова  Ш.Дж.,  Джафарова  С.К. (2007) 

Альгологические 

исследования 

водоемов  

Азербайджана.  AMEA Mərkəzi Nəbatat Bağının 

əsərləri, 7:  125-134. 

Мухтарова Ш.Дж., Джафарова С.К. (2010) Во-

доросли – индикаторы  ацидификации в водо-

емах южного склона Большого Кавказа (Азер-

байджан). Научно-технол. журн. “Теоретич. и 



прикладн.  проблемы  агропром.  комплекса” 

(М.), 4: 35-38. 

Мухтарова  Ш.Дж.,  Джафарова  С.К.  (2011а)  

Альгологические 

исследования 

водоемов  

Азербайджана.  AMEA Mərkəzi Nəbatat Bağının 

əsərləri, 8: 128-143. 

Мухтарова  Ш.Дж.,  Джафарова  С.К.  (2011б) 

Альгологические 

исследования 

водоемов  

Азербайджана.  AMEA Mərkəzi Nəbatat Bağının 

əsərləri, 9: 123-128. 

Мухтарова  Ш.Дж.,  Джафарова  С.К. (2011в) 

Водоросли – индикаторы    галобности  в  водо-

емах южного склона Большого Кавказа (Азер-

байджан).  Матер.  Международн.  научно - 



методич.  конф.  посвящ. 130-летию  со  дня 

рожден. проф. С.И.Жегалова, М., РУДН:  271-

276. 


Мухтарова  Ш.Дж.,  Джафарова  С.К. (2012а) 

Географический  анализ  альгофлоры  водоемов  

южного  склона  Большого  Кавказа  (Азербай-

джан).  Научно-технол.  журн. “Теоретич.  и 



прикладн.  проблемы  агропром.  комплекса” 

(М.), 2(11): 31-35. 

Мухтарова  Ш.Дж.,  Джафарова  С.К. (2012б) 

Группы  активности  видов  и  поясность  в  рас-

пространении  водорослей      в  водоемах  

южного  склона  Большого  Кавказа  (Азербай-

джан).  Матер.  Международн.  научн.  конф. 

“Растительный  мир  и  его  охрана”,  Алматы: 

100-103. 



Мухтарова  Ш.Дж.,  Караева  Н.И. (1999) К 

альгофлоре минеральных источников Большо-

го Кавказа (в пределах  Азербайджанской Рес-



Azərbaycanın Şirin  Sularının  Diatom  Yosunları 

45 


публики).  Флора  Азербайджана:  использова-

ние и охрана растительности. Баку, Элм: 13-

15. 


Рзаева  С.Г. (1958) Фитопланктон  Мингечаур-

ского  водохранилища в начальный период его  

становления:  Автореф.  дис. … канд.  биол. 

наук. Баку: 21 с. 

Рзаева С.Г. (1965) Некоторые данные о летней 

флоре водорослей Ленкоранского района. Изв.  



АН Азерб. ССР, сер. биол. и с.-х. наук, 5: 21-25. 

Рзаева  С.Г. (1983) Планктонные  водоросли 

Джейранбатанского  водохранилища.  Изв.  АН  



Азерб. ССР, сер. биол. наук, 3: 15-20. 

Рзаева  С.Г. (1984а)  Об  альгофлоре  озера  Гей-

гель  (Азербайджанская  ССР).  Ботан.  журн.



69(9): 1239-1243. 

Рзаева  С.Г. (1984б)  Альгофлора  минеральных 

источников Астаринского района Азербайджа-

на.  Ботан. журн., 69(7): 943-946. 

Рзаева С.Г. (1986) Диатомовые водоросли бен-

тоса Мингечаурского  водохранилища. Ботан.  



журн.71(5): 627-631. 

Рзаева С.Г. (1999) Диатомовые водоросли Вай-

хырского, Бадамлинского и Сирабского источ-

ников  Нахчывана.  Флора  Азербайджана:  ис-

пользование  и  охрана  растительности.  Баку, 

Элм: 74-76. 



Algae of Ukraine: Diversity, Nomenclature, 

Taxonomy, Ecology and Geography (2009) 

Bacillariophyta  (Eds. P.M.Tsarenko, S.P.Wasser 

& E.Nevo), Ruggel (Liechtenstein): A.R.G. Gant-

ner  Verlag, , Vol. 2: 413 p. 

Medlin L.K., Kaczmarska I.  (2004) Evolution of 

the diatoms. V. Morphological and cytological  

support for the major clades and a taxonomic revi-

sion. Phycologia, 43: 245-270. 

 

 

 

 

 

Диатомовые Водоросли Пресных Вод Азербайджана 

 

С.К. Джафарова, Ш.Дж. Мухтарова  

 

Институт ботаники НАНA 

 

Впервые  на  основании  имеющихся  литературных  источников  и  оригинальных  альгологических 

исследований  проведена  инвентаризация  микроводорослей  отдела    Bacillariophyta    из  

континентальных  водоемов  и  водотоков  Азербайджана.  По  результатам  ревизии,  учитывающей  все 

современные  номенклатурные  изменения,  составлен  список,  насчитывающий  381 вид (443 

внутривидовых  таксона)  диатомовых  водорослей,  относящихся    к 84 родам, 36 семействам, 16 

порядкам, 6 подклассам и 3 классам. Обсуждаются изученность, распространение и таксономические 

особенности диатомей в крупных физико-географических областях страны. 



 

Ключевые слова:  Диатомовые  водоросли, пресные воды, систематическая структура, таксон 

 

 

 

Diatom Algae of Fresh Waters of Azerbaijan 

 

S.K.  Jafarova, Sh.J. Mukhtarova  

 

Institute of Botany, ANAS 

 

Microalgae of Bacillariophyta phylum from continental waterbodies and watercourses of Azerbaijan have 

been inventoried for the first time. The list of diatom algae represented 381 taxa (443 infraspecies taxa) 

which belong to the 84 genera, 36 families, 16 orders, 6 subclasses and 3 classes according to the latest 

taxonomic arrangements was made. The level of the study, distribution and taxonomic specifics of diatoms 

in large physiographic areas of the country are discussing.  



 

Key words: Diatom algae, fresh waters, taxonomic structure, taxa 

Yüklə 110,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə