«Azərbaycanın vergi xəbərləri».–2010.№8. S. 38-42. Fillips əyrisi və Azərbaycan iqtisadiyyatı



Yüklə 183,63 Kb.
Pdf görüntüsü
tarix12.08.2018
ölçüsü183,63 Kb.
#62379


«Azərbaycanın vergi xəbərləri ».–2010.-№8.-S.38-42.

Fillips əyrisi və Azərbaycan iqtisadiyyatı

Rəşad HƏSƏNOV,

Qlazqo Universitetinin (Böyük Britaniya Krallığı) magistrantı

Bir  neçə  il  əvvəl  dünyanı  vahiməyə  salatı  iqtisadi  böhran  hələ  tam  sovuşmayıb.  Hətta  bəzi  tanınmış

iqtisadçılar  Avropanı  yeni  və  daha  təhlükəli  böhran  gözlədiyini  proqnozlaşdırırlar.  Belə  ki,  Yunanıstan,

Portuqaliya  və  İspaniyada  baş  verən  proseslər  bu  ölkələr  üçün  əsas  sınağın  hələ  qabaqda  olduğunu  göstərir.

Təbii ki, bu hadisələr digər avrozona ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Bütün bu proseslər bir daha

onu  göstərir  ki,  dünya  iqtisadiyyatı  durmadan  dəyişir,  iqtisadi-siyasi  konyuktura  uyğun  olaraq  köhnə

nəzəriyyələrə yeni baxışlar yaranır.

Doğrudur, düzgün iqtisadi siyasətin aparılması nəticəsində Azərbaycan qlobal böhranın fəsadlarından qaça

bilmiş  və  ölkə  iqtisadiyyatı  bu  böhrandan  çox  az  zərər  çəkmişdir.  Əksər  dünya  ölkələrinin  böhrandan  əziyyət

çəkdiyi  bir  vaxtda  Azərbaycan  iqtisadiyyatı  dinamik  inkişafa  nail  olmuşdur.  Lakin  ayrı-ayrı iqtisadi  göstəricilər

arasında əlaqənin bütövlükdə iqtisadi proseslərə ciddi təsir göstərdiyini nəzərə alsaq, tarixi təcrübəyə nəzər salmaq,

bu təcrübənin Azərbaycan iqtisadiyyatına təsiri və ya əks-təsiri barədə fikir söyləmək faydalı olardı.

İşsizliklə inflyasiya arasında qarşılıqlı əlaqə iyirminci əsrin ən çox müqayisə olunan nəzəriyyələrindən biri

olmuşdur.

1958-ci ildə Yeni Zelandiya iqtisadçısı professor Uilliam Fillips araşdırmaları nəticəsində Böyük Britaniya

iqtisadiyyatında  işsizlik  və  inflyasiya  arasında  nəzərə  çarpan  əlaqə  olduğunu  göstərmişdir  [1].  0,  1861-ci  ildən

1957-ci ilə qədər olan dövrdə ingilis iqtisadiyyatını təhlil edərək bu qənaətə gəlmişdir. XX əsrin 60-70-ci illərində

bu nəzəriyyə çox məşhurluq qazanmış və Fillips əyrisi termin kimi tarixə düşmüşdür.

Qeyd edək ki, Fillips əyrisi (Phillips curve) - işsizlik səviyyəsi ilə inflyasiya tempi arasında tərs mütənasib

əlaqə olduğunu göstərən əyridir.

Bu  nəzəriyyə  meydana  çıxandan  sonra  tezliklə  digər  tanınmış  iqtisadçılar  da  Fillips  əyrisini  ABŞ,  Yeni

Zelandiya və başqa ölkələrin iqtisadiyyatına tətbiq edərək, onun həqiqətə uyğun olduğunu sübut etmişlər. Əslində,

Fillips  inflyasiya  dedikdə  maaş  inflyasiyasını  nəzərdə  tuturdu.  Ondan  32  il  əvvəl  isə  qiymət  inflyasiyası barədə

amerikan  iqtisadçısı  İrving  Fişer  yazmışdı.  Sadəlik  naminə,  yazının  qalan  hissəsində  biz  qiymət  inflyasiyasını

nəzərdən keçirəcəyik.

İlkin  hesablamalara  əsasən,  işsizliyi  4%  səviyyəsində  saxlamaq  istəyən  dövlət  (ümumiyyətlə)  3-4%

inflyasiya  ilə  razılaşmalı  idi.  Odur  ki,  ilk  vaxtlar  bəzi  makroiqtisadçılar  bu  nəzəriyyənin  dövlətə  inflyasiya  və

işsizlik arasında seçim  etmək üçün  imkan  yaratdığını düşünürdü.  Bundan  başqa, bir  çox  iqtisadçılar daha  da  irəli

gedərək, Fillips əyrisində işsizliyi məhsuldarlıq ilə əvəz etdilər. Onlar bu nəzəriyyəni yeni formaya salaraq "yüksək

inflyasiya tempi yüksək məhsuldarlıqla müşayiət olunur" kimi fikirlər yürütməyə başladılar.

Xatırlayırsınızsa,  2007-ci  ilin  Qlobal  İqtisadi  böhranı zamanı bir  çox  iqtisadçılar  1929-33-cü  ilin  Böyük

Depressiyasından analoqiyalar göstərirdilər. 0 vaxtın böyük alimi, öz nəzəriyyələri ilə böhrandan xilas olmaq üçün

dövlətlərin  üzərinə  düşən  mühüm  rolu  qeyd  edən  ingilis  iqtisadçısı  Con  Maynard  Keynsin  ideyaları  yenidən

aktuallıq  qazanmağa  başladı.  Halbuki,  bir  neçə  onillik  bundan  əvvəl  Milton  Fridman  və  digər  alimlər  Keynsin

nəzəriyyələrini  təkzib  edirdilər.  Elə  XX  əsrin  60-cı  illərdə  aparılan  tədqiqatlar  Keynsin  "iqtisadiyyatı  tam

məşğulluğa  çatdırmaq"  haqqında  dediklərinin  mümkünsüzlüyünü  göstərmişdi.  Belə  ki,  iqtisadiyyatda  "tam

məşğulluq"  anlayışının  dəqiq  təyininin  mümkün  olmadığı  üzə  çıxmışdı.  Ona  görə  də,  Fillipsin  kəşfi  Keynsin  bu

təlimini  yeni  formaya  saldı:  əgər  hazırkı  məşğulluqdan  gələn  xeyir  ona  uyğun  inflyasiya  səviyyəsindən  gələn

ziyandan  daha  çoxdursa,  o  zaman  həmin  inflyasiya  səviyyəsinə  razılaşmaq  olar.  Beləliklə,  inflyasiyaya  işsizliyi

aşağı  səviyyədə  saxlamağın  "iqtisadi  bədəli"  kimi  baxmağa  başlandı.  Bu  baxışlara  əsasən,  aşağı  səviyyədə

inflyasiya yolverilən idi.

Lakin XX əsrin 70-ci illərindən etibarən bu nəzəriyyə təcrübədə özünü doğrultmamağa  başladı.  2006-cı il

iqtisadiyyat  üzrə  Nobel  mükafatı laureatı Edmund  Felps,  Milton  Fridman  kimi  böyük  iqtisadçılar  öz  yazılarında

Fillips  nəzəriyyəsinin  təcrübədə  sırf  təsadüfən  təsdiqini  tapdığını  göstərdilər  [2].  Onlar  bu  təsadüfi  subyektlərin

bazar  gözləntiləri  ilə  bağlayırdılar.  Beləliklə,  Fridman  dövlətin  daha  çox  iqtisadiyyatın  "təbii  məşğulluq"

səviyyəsinə çatması üçün çalışmalı olduğunu təklif etdi. Bu iqtisadçıların gəldiyi nəticə odur ki, aşağı inflyasiyaya

razılaşaraq  yüksək  məşğulluğa  nail  olmaq  son  nəticədə  effektsiz  almır.  Əksinə,  iqtisadiyyatda  yüksək  inflyasiya

yüksək işsizliklə müşahidə olunur. Bu fenomen sonralar "staqflyasiya" adı aldı.

Fridmana  əsasən,  Fillipsin  təklif  etdiyi  kimi  müəyyən  inflyasiya  dərəcəsinə  razılaşaraq  işsizliyin  aşağı

saxlanmasına  çalışan  zaman  bazar  subyektləri  artıq  gözləntilərini  Dövlətin  elan  etdiyi  inflyasiyaya  uyğun

quracaqlar. Yəni, Dövlətin elan etdiyi inflyasiya dərəcəsi artıq subyektlərin  gözləntilərinə  daxil  olacaq.  Belə  olan

halda Dövlət bir neçə müddət sonra nə yüksək inflyasiyadan nə də aşağı məşğulluqdan qaça bilməyəcək. Odur ki,

Fridmanın  makroiqtisadi  sabitliyin  bərqərar  olunması üçün  göstərdiyi  yol  ölkədə  pul  kütləsinin  sabit  bir  şəkildə,



bazar gözləntilərinə uyğun inkişafına nail olmaqdır.

Fridmanın gəldiyi nəticələrdən biri budur ki, Fillips əyrisi yalnız qısamüddətli perspektivdə özünü doğrulda

bilər,  uzunmüddətli  perspektivdə  isə  bu  nəzəriyyə  işlək  deyil.  O  fikrini  belə  əsaslandırır:  Tutaq  ki,  monetar

genişlənmə və ya hər hansı digər bir səbəbdən ölkədə qiymətlər və maaşlar 2% artır. Belə olan halda, hələ iqtisadi

subyektlər  elə  hesab  edəcəklər  ki,  onların  real  əmək  haqları  artıb  -  çünki  paralel  baş  verən  qiymət  artımından

xəbərləri yoxdur. Bu səbəbdən onlar daha çox işləməyə və daha çox pul qazanmağa çalışacaqlar. Bu səbəbdən işçi

təklifi  artacaq.  Digər  tərəfdən,  məhsullarının  qiymətlərinin  bahalaşdığını  bilən  şirkətlər  də  nəzərə  alırlar  ki,

ödədikləri  real  əməkhaqqı əvvəlki  perioda  nisbətən  daha  azdır  (Çünki  qiymətlər  qalxıb  və  indiki  real  əməkhaqqı

daha  az  alıcılıq  qabiliyyətinə  malikdir).  Odur  ki,  şirkətlər  də  daha  çox  işçi  cəlb  eləmək  istəyəcəklər.  Beləliklə,

verilmiş  inflyasiya  dərəcəsində  işsizlik  ilk  vaxtlar  azalacaq.  Bir  müddət  sonra,  bazar  iştirakçılarının  inflyasiya

gözləntiləri  dəyişir  və  nəticədə  Fillips  əyrisi  uzunmüddətli  perspektivdə  yenidən  özünü  doğrultmur.  ABŞ-ın

eks-prezidenti Abraham Linkoln dediyi kimi: "Müəyyən insanları hər zaman aldatmaq olar, hamını birlikdə bəzən

aldatmaq olar, lakin hamını hər zaman aldatmaq mümkün deyil". Son nəticədə gözləntilərə artmış qiymətləri daxil

edən  işçilər  daha  yüksək  əməkhaqqı  tələb  edəcəklər  ki,  bu  da  son  nəticədə  əməyə  olan  tələb-təklifi  əvvəlki

vəziyyətinə qaytaracaq.

İllər boyu sınaqlardan keçirilən, daim müxtəlif interpretasiyalara məruz qalan  bu  nəzəriyyə  Azərbaycanda

necə, özünü doğruldubmu?

Dövlət  Statistika  Komitəsinin  və  Mərkəzi  Bankın  hesabatlarına  əsasən,  ölkəmizdə  inflyasiyanın  və

işsizliyin  qrafiklərinə  nəzər  salaq.  Birinci  qrafikindən  göründüyü  kimi,  2003-cü  ildən  bu  yana  ölkəmizdə  işsizlik

azalma  istiqamətində  gedir.  Yeni  açılan  iş  yerləri,  əmək  şəraitinin  yaxşılaşdırılması  yönündə  görülən  işlər

nəticəsində işsizlik 2009-cu ildə 6%-ə qədər aşağı düşmüşdür.

İkinci qrafikdən ölkəmizdə İstehlak Qiymətləri İndeksinin (İQİ) dinamikasına nəzər salaq.

Ölkədə  əhalinin  nominal  gəlirlərinin  artmasına  paralel  inflyasiya  da  artmaqda  davam  etmişdir.  Təbii  ki,

dünya bazarlarında mallara olan qiymət artımı dolayı və birbaşa yolla ölkəyə "inflyasiya idxalı" ilə nəticələnmişdir.

Həmçinin, Mərkəzi Bankın "Pul siyasətinin yerinə yetirilməsi haqqında hesabatında" qeyd olunduğu kimi, ölkədəki

pul kütləsinin artımı inflyasiyaya birbaşa təsir edən amillərdən olmuşdur. Belə ki, hesabata əsasən son bir neçə ildə

inflyasiyaya  təsir  edən  amillər  arasında  xarici  amillərlə  yanaşı,  nominal  effektiv  məzənnə  və  M1  pul  kütləsi  də

böyük rol oynayır.

Bu

 iki


 qrafiki

 3-cü


 qrafikdə

 birləşdirərək

 Azərbaycan

 üçün


 Fillips

 əyrisinin

 özünü

doğruldub-doğrultmadığına nəzər salaq.



Göründüyü  kimi,  ölkəmizin  son  bir  neçə  illik  təcrübəsində  bu  nəzəriyyə  gözlənilir.  Ümumi  görüntüyə

əsasən, aşağı inflyasiya dərəcəsi yüksək işsizliyə uyğun gəlir.

Belə hesab  edirik  ki,  Azərbaycan  iqtisadiyyatında  Fillips  əyrisinin  nəzəriyyəyə  uyğun olması sırf  təsadüfi

faktdır. Burada neft amilinin rolu çox böyükdür. Belə ki, neftdən gələn böyük gəlirlər və bunun nəticəsində ölkədə

pul  kütləsinin  sürətlə  artması  inflyasiyanı  bir  müddət  ikirəqəmli  etmişdir.  Eyni  zamanda,  bu  pullar  hesabına,

xüsusən  də,  qeyri-neft  sektorunda  açılmış  yeni  iş  yerləri,  Dövlətin  işsizliyin  azaldılması  uğrunda  gördüyü  işlər

nəticəsində  işsizlik  azalmaqdadır.  Düşünürük  ki,  Azərbaycanda  "Holland  sindromundan"  qaçmaq  üçün  Dövlət

tərəfindən  görülən  səylər  nəticəsində  yaxın  gələcəkdə  həm  aşağı inflyasiyaya,  həm  də  aşağı işsizliyə  nail  olmaq

mümkündür.

Qarşımızdakı  bir  neçə  ildə  hökumətin  atacağı  iqtisadi  addımlar  çox  həlledici  olacaq.  Fikrimizcə,  bu

periodda  Mərkəzi  Bank  çox  dar  monetar  siyasət  həyata  keçirməli,  inflyasiya  üzərində  çox  sərt  nəzarət  etməli,

həmçinin  milli  valyutanın  məzənnəsinə  diqqət  etməlidir.  İstənilən  halda  maliyyə  sektorunda  nizam-intizam

makroiqtisadi stabilliyin yaranmasında böyük rol oynayacaqdır.

Ədəbiyyat

1. Uillim Fillips. "Böyük Britaniya iqtisadiyyatında 1861-1957-ci illərdə işsizlik və maaş inflyasiyası arasında

qarşılıqlı əlaqə". Economica jurnalı. Noyabr, 1958. səhifə 283-299.

2. Milton Fridman. "Monetar siyasətin rolu". American Economic Review jurnalı, Mart, 1968 səh. 1-17.

3. Milton Fridman. "İnflyasiya və işsizlik". Journal of Political Economy. İyun, 1977 səh. 451-477.

4.  Robert  Lukas.  "Məhsuldarlıq  və  inflyasiya  arasında  seçim  üçün  bir  neçə  beynəlxalq  təcrübəyə  baxış".



American Economic Review jurnalı. İyun, 1973. səh. 326-334.

Yüklə 183,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə