AzərbaycanRespublikasıTəhsilNazirliyi Ministry of Education of the Azerbaijan Republic



Yüklə 39,98 Kb.
tarix17.01.2018
ölçüsü39,98 Kb.
#21536

Тəsdiq edirəm

Xəzər Universitetinin Tədris işləri üzrə prorektoru

__________________ Professor Məhəmməd Nuriyev

AzərbaycanRespublikasıTəhsilNazirliyi

Ministry of Education of the Azerbaijan Republic




Xəzər Universiteti

Khazar University

Magistratura, Doktorantura və Elmi-İşlər Bölməsi

Division of Graduate Studies and Research

2015-2016-cı tədris ili üçün Xəzər Universitetində

BIOTEXNOLOGIYA (BIONANOTEXNOLOGIYA)

(ixtisas şifri - 2422.01)üzrə

Fəlsəfə doktoru hazırlığı üçün doktoranturaya qəbul

PROQRAMI

(Əyani -ödənişli)

Elmi - İnzibati Şuranın ______________________il _________N-li qərarı ilə təsdiq edilmişdir.



Biotexnologiya (bionanotexnologiya) proqramı

Biotexnologiya, inkişaf mərhələləri.

Biotexnologiyanın predmeti, tarixi və inkişaf mərhələləri.Müasir biotexnologiya. Heyvan, kənd təsərrüfatı, tibb, sənaye və ətraf mühit biotexnologiyası. Biotexnologiyanın digər sahələri – nanobiotexnologiya, bioinformatika, farmakogenomika, regenerativ müalicə, müalicəvi zülallar. Biotexnologiyada etik və tənzimləyici məsələlər.



Genlər və genomika.

Hüceyrə. Prokariot və eukariot hüceyrələr. Hüceyrələrin xarici quruluşu – hüceyrə membranı, hüceyrə kapsulu, flagella (qamçı).

Hüceyrənin daxili quruluşu. Sitoplazmanın tərkibi. Mitoxondri və xloroplastlar.Ribosomlar.Endoplazmatik şəbəkə. Holci aparatı. Lizosomlar və peroksisomlar.Sentrosomlar.Vakuollar. Sitoskelet. Nüvənin tərkibi. Dezoksiribonuklein turşusu (DNT). Ribonuklein turşusu (məlumat, nəqliyyat, ribosomal ribonuklein turşusu). Nüvəcik. Xromatin.

Makromolekullar. Zülallar. Fermentlər. Karbohidratlar. Lipidlər. Nuklein turşuları.

Hüceyrənin bölünməsi. Meyoz və mitoz. DNT-polimerazanın replikasiyada rolu. Hüceyrədə DNT-nin replikasiyası. DNT replikasiyasının tənzimi. DNT-nin zülallarla əlaqəsi. DNT-nin metilləşməsi. DNT mutasiyaları.

Biotexnoloji metodlar. Polimeraza zəncir reaksiyası (PZR), onun prinsipi və tətbiqi. PZR-in optimallaşması. PZR reaksiyaların bəzi tipləri: allel spesifik PZR, asimmetrik PZR, miqdari PZR, bərk fazalı PZR. PZR-in diaqnostikada, genetik mühəndislikdə və məhkəmə DNT profilmində tədbiq edilməsinin əhəmiyyəti.



Zülallar və proteomiks.

DNT-nin mikroanalizi texnologiyaları. Gen ekspressiyasının ardıcıl mərhələlərinin analizi. Zülalların ayrılması və identifikasiyası. Zülal ekspressiyasının profaylinqi. Zülalların mikroanalizi. Zülal – zülal qarşılıqlı təsirlər.



Prokariotlarda gen ekspressiyası üzərində manipulyasiyalar.

Gen ekspressiyasında güclü və tənzimlənən promotorlar. Zülal sintezinin artması. Xəlitə (birləşmiş) zülallar. Xəlitə zülalların tətbiqi. Proteaza çatışmazlığı olan sahib xətlərdən istifadə. Bakterial hemoqlobin. DNT-nin sahib xromosomuna inteqrasiyası. Seçilə bilən marker genlərin ayrılması.



Eukariot hüceyrələrdə heteroloji zülal sintezi.

Eukariotik zülalların posttranslyasion modifikasiyası. Eukariotik ekspressiya sistemlərinin ümumi xüsusiyyətləri. Göbələk əsasında ekspressiya sistemləri. Saccharomyces cerevisiae və Pichia pastoris əsasında ekspressiya sistemləri. Digər maya göbələkləri sistemləri.



Bakulovirus – həşərat hüceyrəsi ekspressiya sistemləri.

Bakulovirus ekspressiya vektorları. Rekombinant bakulovirusların alınması. Hədəf genlərin bakuloviruslara sayt-spesifik rekombinasiya yolu ilə inteqrasiyası. Bakuloviruslardan istifadə etməklə multiprotein komplekslərin sintezi.



Məməlilərin hüceyrələri əsasında ekspressiya sistemləri.

Məməli hüceyrələrində zülal sintez etmək üçün bakulovirus vektorları. Məməlilərin ekspressiya vektorları üçün seçilə bilən vektorlar. Plazmidlərin inteqrasiyası və xromosomlar.



İstiqamətlənmiş mutagenez və zülal mühəndisliyi.

Oliqonukleotidlərin M13 DNT ilə mutagenezi. Oliqonukleotidlərin plazmid DNT ilə mutagenezi. PZR-də amplifikasiya edilmiş oliqonukleotidin mutagenezi. Degenarat oliqonukleotid praymerlərlə təsadüfi mutagenezlər. Təsadüfi insersiya və delesiyaların səbəb olduğu mutagenez. Mutant zülallar.



Zülal mühəndisliyi. Disulfid rabitələrin əlavə edilməsi. Asparaginin digər amin turşularına çevrilməsi. Sərbəst sulfhidril qalıqlarının sayının azaldılması. Enzimatik fəallığın artırılması. Metal kofaktora olan tələblərin modifikasiyası. Proteazalara həssaslığın azaldılması. Zülal spesifikliyinin modifikasiyası. Enzimlərin stabilliyinin və spesifikliyinin artırılması. Müxtəlif xüsusiyyətlərin dəyişdirilməsi.

Molekulyar Biotexnologiya.

Molekulyar diaqnostika. İmmunoloji diaqnostik prosedurlar. Monoklonal antitellər. Biofluoressent və biolüminessent sistemlər. Nuklein turşular əsasında diaqnostik sistemlər. Genetik xəstəliklərin molekulyar diaqnostikası.

Zülal terapevtikası. İnterferon cDNT-nin ayrılması. İnsan interferonları. İnsanın boy hormonu. Şiş nekrozunun α-faktoru.

Rekombinant mikroorqanizmlər vasitəsi ilə kommersiya məhsullarının sintezi.

Restriktaza-endonukleazalar. Kiçik bioloji molekullar (L-askorbat turşusu, amin turşuları, indiqo, likopen və s.). Antibiotiklər. Biopolimerlər (adheziv zülal, hialuron turşusu, melanin və s.).



Bioremediasiya və biokütlənin utilizasiyası.

Ksenobiotiklərin mikroorqanizmlərlə deqradasiyası. Biodeqradasiya yollarının genetik mühəndisliyi. Nişastanın, şəkərlərin və sellülozanın utilizasiyası (Kommersal fruktoza, etil spirti, izopropanol, hidrogen və s. istehsalı).



Bitkilərdə böyüməni gücləndirən bakteriyalar.

Patogenlərin biokontrolu. Azot fiksasiyası. Fitoremediasiya. Hidrogenazalar. Mikroorqanizmlərdən alınan insektisidlər.



Rekombinant mikroorqanizmlərdən sənaye miqyasında zülal istehsalı. Bioreaktorlar.

Bionanotexnologiya.

Biotexnologiyadan Bionanotexnologiyaya. Bionanotexnologiya nədir?Bionanomaşınlar. Nanosəviyyədə ağırlıq və ətalət qüvvələri, istilik hərəkəti. Bionanomaşınların su mühitinə tələbatları. Müasir biomateriallar. Təbii bionanomaşınların əksəriyyətinin protein təbiəti.Nanohissəciklər: innovativ prinsiplər



Öz-özünə yığılan süni transmembran ion kanalları.Açıq kanallar. Bağlı kanallar. Işığın, elektrik gərginliyinin, liqandın təsiri ilə açılıb-bağlanan kanallar.

Spiral şəklində burulmuş peptidlərdən nanostrukturların öz-özünə yığılması. Spiral şəklində burulmuş peptidlər supramolekulyar strukturların qurulmasında inşaat blokudur. Metodlar və nümunələr.

Bio-mənşəli trafaretlərdən istifadə edilməklə nanohissəciklərin və nanostrukturların sintezi və yığılması.

Polisaxaridlər, sintetik peptidlər, DNT, proteinlər, viruslar.



Proteinlər və nanohissəciklər: kovalent və qeyri-kovalent konyuqatlar.

Kovalent zülal-nanohissəcik konyuqatları, sintezi metodları. Qeyri-kovalent zülal-nanohissəcik konyuqatları, sintezi metodları.



Öz-özünə yığılan DNT nanohissəcikləri.

DNT nanostrukturları haqqında ümumi məlumat. 3-ölçülü (3-D) DNT-nanostrukturlar. Proqramlaşdırılmış quruluşlu DNT nanostrukturlar. Biomolekulların fəza quruluşunun yığılması DNT-də proqramlaşdırılmışdır. Metodlar.



Datçik və sxemlər üçün nanohissəciklərin biokatalitik böyüməsi.

Metal nanohissəciklərin enzimlərlə stimullaşdırılan sintezi. Mis-ferrosianid nanohissəciklərinin enzimlə stimullaşan sintezi. Metal-nanohissəciklərin kofaktorlarla induksiya olunan sintezi. Enzim-metal nanohissəcik hibridi sistemləri – metal nano naqillərin sintezində.



Metodlar. Nanohissəciklərin və nanonaqillərin böyüməsini xarakterizə etmək üçün tətbiq edilən fiziki üsullar. Məhlulda metal nanohissəciklərin biokatalitik böyüməsinin monitorinqi üçün ümumi prosedurlar. Səthlərin metal nanohissəciklərlə modifikasiyası və onların zondlama üçün biokatalitik böyüməsi. Enzimlərin nanohissəciklərlə modifikasiyası və onların metal nanosxemlərdə biokatalitik trafaret qismində istifadəsi.

Nanostrukturlar analitiklərin xidmətində.

Nanohissəciklər Elektrokimyəvi Bioanalizdə. Elektrokimyəvi Bioaffinliyin analizi. Elektrokimyəvi bioaffinliyin nanohissəciklər əsasında analizi. Qızıl və gümüşün, DNT və zülalların elektrokimyəvi deteksiyasında istifadəsi. Nanohissəciklərlə induksiya olunan keçiriciliyin təyini.

Luminessent yarımkeçirici kvant dotlar (QD) Biologiyada.

QD Biokonyuqatlar hüceyrə və toxumaların təsvir olunmasında. QD-lərin immuno- və FRET (Fluorescence Resonance Energy Transfer) -ə əsaslanmış analizlərdə tətbiqi.



Nişanlanmamış nanonaqillər və nanoborucuq biomolekulyar sensorlar in vitro tədqiqatlarında.Xərçəngin və digər xəstəliklərin diaqnostikası.

Bionanoanalizlər.

Atom-qüvvə mikroskopuna əsaslanmış metodlar. Nano borucuqlarla çökdürmə. Şüaya əsaslanmış metodlar. Zülalların nanoçoxluğu. Dinamik və hərəkətli nanokütlələr. Hüceyrə-səth qarşılıqlı təsirləri. DNT nanoçoxluğu. DNT nanostrukturların hazırlanması strategiyaları.

Biodeteksiya üçün DNT əsaslı sxemlər. Öz-özünə yığılan 2-D DNT nanostrukturların tətbiqi.

Virus nanostrukturları.



Nanostrukturların tibbi tətbiqləri.

Terapevtik və təsvir edici agentlərin nanodaşıyıcılar vasitəsilə daşınmasında bioloji baryerlər.

Qan-damar və mononuklear faqosit sistemlərinin əsas xarakteristikaları. Qan axınında nanodaşıyıcıların mümkün qarşılıqlı təsirləri. Müxtəlif toxuma və şişlərdə transendotelial keçiricilik. Mononuklear hüceyrələr və hissəciklərin təmizlənməsi. Hüceyrələrə və hüceyrədaxili strukturlara çatdırılma. Hüceyrələrə daxil olma və hüceyrədaxili daşınma. Spesifik bioloji və kimyəvi reagentlər. Liqandlarla birləşmə. Liposomların, dendrimerlərin və nanohissəciklərin bioyayılması. Nanodaşıyıcıların toksikiliyi.

Üzvi nanohissəciklər.

Sintezdə müxtəlif yanaşmalar.

Poliamidoamin (PAMAM) dendrimer əsasında multifunksional nanohissəciklər. Onların strukturu və bioloji xüsusiyyətləri. PAMAM dendrimerlər hüceyrə daxilinə molekulyar daşıma vasitəsi kimi. PAMAM dendrimerlər inkapsulyasiya kompleksləri kimi.

Nanohissəcik kontrast agentlərin molekulyar maqnit rezonansı təsviretməsində (MMRİ) istifadəsi.

Maqnit nanohissəcik kontrast agentlər haqqında ümumi məlumat. Silikon və ya dekstranla örtülmüş dəmir oksidi kontrast agentləri. Maqnetoferritin. Maqnetodendrimerlər və maqnetoliposomlar. Dəmir oksidi nanohissəciklərinin MMRİ-də tətbiqi (miokard infarktı, iltihab, angiogenez, apoptoz, gen ekspressiyası, xərçəngin tədqiqi).



Toxuma mühəndisliyində hüceyrə əhatəsinin mikro- və nano miqyaslarda kontrolu.

Hüceyrə-substrat qarşılıqlı təsirləri. Hüceyrə forması. Hüceyrə-hüceyrə qarşılıqlı təsirləri. Hüceyrələrlə həll olmuş faktorların qarşılıqlı təsirləri. 3-D fəza quruluşları.

Öz-özünə yığılan monoqatlar. Nanotopoqrafiya. 3-D printləmə.

Nanomotorlar. Bioloji nanomotorlar.

ƏDƏBİYYAT:


  1. Genomics and proteomics engineering in Medicine and Biology. Edited by Metin Akay. 2007

  2. Nathan S.Moiser, Michael R.Ladisch/ Modern Biotechnology. Connecting Innovations in Microbiology & Biochemistry to Engineering Fundamentals. A John Wiley &Sons Ins. Publication. 2009

  3. B.R.Glick, J.J.Pasternak, C.L.Patten. Molecular Biotechnology. Principles and Applications of recombinant DNA.

  4. David S.Goodsell. Bionanotechnology. Lessons from Nature. La Jolla, California, 2004

  5. Nanobiotechnology II. Edited by chad A.Mirkinand M.Christof. Wiley-VCN Verlag GmbH and Co.KGaAWeinheim, 2007.







Internet resurslar:

  • Europe PubMed Central - elektron axtarış sistemi:http://europepmc.org/

  • eLIBRARY.RU – Rusiyanın informasiya portalı, elm və təhsilə aid kitab və məqalələr: http://elibrary.ru/defaultx.asp

  • Elektron kitabxana: “Консультант студента”http://www.studmedlib.ru/



Referat mövzüları:

  1. Biotexnoloji metodlar. Polimeraza zəncir reaksiyası (PZR), onun prinsipi və tətbiqi sahələri

  2. İnsulinin istehsalı üçün yaradılmış biotexnoloji sistemlər

  3. Rekombinant mokroorqanizmlər vasitəsilə antibiotiklərin sintezi

  4. Ksenobiotiklərin utilizasiyası problemi və biotexnologiya

  5. Üzvi nanohissəciklərin sintezi

  6. Nanonaqillər və nanoborucuq biomolekulyar sensorların xərçəngin və digər xəstəliklərin diaqnostikasında tətbiqi

  7. Nanostrukturların tibbi tətbiqləri. Nanohissəciklərin toksikiliyi problemi.

Tərtib edənlər:

Bioloji Elmlər departamentinin müdiri

İradə Xəlilova, PhD (Biologiya Elmləri üzrə, Alleqologiya və İmmunologiya ixtisası)

ikhalilova@khazar.org



Böyük elmi işçi

Səadət Xudaverdiyeva, PhD (Biologiya Elmləri üzrə,Biofizika və Ekologiya ixtisası)

x.seadet@rambler.ru
Yüklə 39,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə