«AZƏRBAYSAN HAVA YOLLARI»
QAPALI SƏHMDAR CƏMİYYƏTİ
MİLLİ AVİASİYA AKADEMİYASI
TƏDRİS- TANIŞLIQ TƏCRÜBƏSİNİN PROQRAMI
050627 - “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”
BAKI - 2013
UDK 629.735.33.083.66.
TƏRTİB EDƏNLƏR: A.R. Həsənov, R.A. Həsənov.
Vəsaitdə verilmiş təcrübə proqramı mütəxəssisin təsdiq olunmuş peşə xarakteristikasının tələbləri əsasında 050627 ixtisasının tədris proqramına tam uyğun olaraq işlənib hazırlanmışdır.
Təqdim olunan metodik göstərişlər tədris prosesinin maksimal effektivliyinin təmin olunmasına yönəlməklə biliklərin zəruri həcmdə mənimsənilməsini asanlaşdırır və mütəxəssisin əsas vərdişləri sərbəst qazanmasını stimullaşdırır.
Metodiki göstərişdə təcrübənin keçirilməsinin məqsəd və zəruriliyinin izahı ilə yanaşı uyğun istehsalat sahələri ilə tanışlığın məntiqi ardıcıllığı və müddəti əsaslandırılmış, eləcə də, yekun hesabatların yerinə yetirilməsi və tərtib olunması üçün tövsiyə olunan standartlar verilmişdir.
Vəsait 050627 - “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə təhsil alan müdavimlər üçün nəzərdə tutulmuşdur.
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Təcrübələrin keçirilməsinin məqsədi və növləri
Təqdim olunan proqramlar MAA-nın 050627 - “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin bütün tədris müddəti ərzində tədris prosesinin üzvi bir hissəsi olmaqla təcrübi hazırlıq prosesinin həm metodiki-psixoloji, həm də istismar-texnoloji aspektlərini əhatə edən əsas amillərə tam uyğun şəkildə işlənib hazırlanmışdır.
Təcrübi hazırlıq prosesi Mülki Aviasiyanın (MA) uçuşların radionaviqasiya, radiolokasiya və radiorabitə təminatı, həmçinin yerüstü və bort radiotexniki və radioelektron avadanlıqlarının metroloji və təmir-texniki xidməti məşğul olan uyğun MA müəssisələrində təcrübələrin təşkili və keçirilməsi yolu ilə həyata keçirilir.
Təcrübi hazırlığın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:
-
tədris prosesində mühazirə, laboratoriya və məşğələ dərslərində alınan nəzəri biliklərin möhkəmləndirilməsi və dərinləşdirilməsi;
-
mütəxəssisin gələcək mühəndislik fəaliyyəti üçün zəruri olan əsas təjrübi iş vərdişlərinin qazanılması;
-
MA müəssisələrində yerüstü və bort radiotexniki avadanlıqlarının istismarı, xidmət olunması və cari təmiri ilə bağlı əsas məsələlərin həlli;
-
əmək kollektivi şəraitində təşkilatçılıq və idarəçilik işlərində təcrübənin toplanması;
-
nəqliyyat radioavadanlığının təmir-metroloji və istismar-texniki xidməti ilə məşğul olan mütəxəssislərin gələcəkdə perspektiv peşə inkişafını təmin etmək üçün zəruri şəraitlərin yaradılması.
Qarşıya qoyulan məqsədlərdən və həll olunan məsələlərdən, həmçinin, təhsilin konkret mərhələsindən asılı olaraq müdavimlərin təcrübi hazırlığı aşağıdakı növlərə bölünür:
-
Tədris-tanışlıq təcrübəsi - I kurs
-
İstehsalat təcrübəsi-1 – II kurs
-
İstehsalat təcrübəsi-2 – III kurs
1.2. Təcrübənin təşkili
Bu və ya başqa növ təcrübəyə rəhbərlik etmək üçün MAA-nın uyğun kafedralarından müəllimlər rəhbər təyin olunur və onlar müəssisələrdən olan rəhbərlərlə birlikdə təqvim planını - təcrübələrin keçirilməsi qrafikini tərtib edir, müdavimləri iş yerlərinə (növbələrə, sahələrə, obyektlərə, laboratoriyalara, sexlərə) paylaşdırır, onların fərdi tapşırıqlarını verir və müvafiq nəzarəti aparırlar.
MAA-dan olan təcrübə rəhbəri aşağıdakıları təmin edir:
-
müdavimlər üçün zəruri olan sənədlərin vaxtında tərtib olunmasını;
-
müdavimlərə uyğun Mülki Aviasiya (MA) müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq olunmuş təcrübələrin keçirilməsi plan-qrafikinin verilməsini;
-
metodiki göstərişlərdə nəzərdə tutulmuş fərdi tapşırıqların müdavimlərə verilməsini;
-
müdavimlər tərəfindən zəruri olan müxtəlif təlimatların, o cümlədən təhlükəsizlik texnikası üzrə təlimatın vaxtında keçirilməsinə nəzarəti;
-
təcrübənin keçilməsinin və gündəliklərin yazılmasının müntəzəmliyinə nəzarət olunmasını.
İstehsalat təcrübəsinin həyata keçirilməsi aşağıdakı funksiyaları yerinə yetirən istehsalatdan olan rəhbərin birbaşa iştirakı ilə yerinə yetirilir:
-
mühəndis-texniki personalın içərisindən daha peşəkar olan şəxsləri təcrübi məşğələlərin aparılması və mühazirələrin oxunması üçün ayırır;
-
təcrübəçi tərəfindən təcrübə plan-qrafikinin dəqiq yerinə yetirilməsini təmin edir;
-
MAA-dan olan təcrübə rəhbəri ilə birlikdə təcrübənin keçirilməsi keyfiyyətini qiymətləndirir və müvafiq məqbulun qəbulunda iştirak edir.
Müdavimlərin birbaşa istehsalat prosesində iştirak etmələrinə onlara yalnız iş yerlərində uyğun təlimatlar keçirildikdən və onlar tərəfindən tam həcmdə təhlükəzislik texnikası qaydaları mənimsənildikdən sonra icazə verilir və bu da xüsusi jurnalda qeyd olunur.
Təcrübənin keçilməsinin bütün dövrü ərzində müdavim gündəlik və konspekt yazır və burada müntəzəm olaraq yerinə yetirdiyi işlərin əsas məzmununu, bu və ya başqa növ konstruktor həllərinin və texnoloji proseslərin fərqli xüsusiyyətlərini və fərdi tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan vacib müşahidə və eksperiment nəticələrini qeyd edir.
Konspektdə tədqiq olunan yerüstü və bort radiosistemlərinin zəruri sxemləri, həmçinin, istifadə olunan stendlərin, radiotexniki avadanlıqların texniki xidməti və təmiri zamanı istifadə olunan qurğuların və ləvazimatların cizgiləri qeyd olunur.
1.3. Təcrübələrin nəticələrinin yekunlaşdırılması
Gündəlik və hesabata aid olan bütün materialları plan - qrafikə uyğun olaraq hər yeni iş yerinə keçən zaman müəssisədən olan təcrübə rəhbərinə təqdim etmək lazımdır. Bu zaman rəhbər gündəlikdə təcrübənin keçilməsinin yekun qiymətini verir.
Təcrübə başa çatdıqdan sonra hər müdavim üçün müəssisədə istehsalat xasiyyətnaməsi tərtib olunur.
Hesabatda təcrübə keçdiyi müddətdə müdavimin yerinə yetirdiyi bütün növ işlərin nəticələri öz əksini tapmalıdır. Bura şəkillər, sxemlər, cizgilər, həmçinin, istifadə olunan istehsalat sənədlərinin konkret nümunələri daxil edilməlidir. Bir qayda olaraq, hesabatın ümumi həcmi A4 formatlı 15-20 səhifəlik əlyazma mətnindən ibarət olmalıdır.
Təcrübə hesabatının titul vərəqinin nümunəsi vəsaitin 1-ci əlavəsində verilmişdir.
Təcrübə başa çatdıqdan sonra müdavim onun nəticələrini MAA-dan olan təcrübə rəhbərinin qarşısında müdafiə edir. Bu halda müdafiə üçün aşağıdakı materiallar təqdim olunmalıdır:
1. Təcrübənin müəssisədən olan rəhbər tərəfindən təsdiq olunmuş hesabatı;
2. Müəssisədən olan rəhbərin müntəzəm qeydləri və təcrübənin keçilməsinin keyfiyyəti haqqında yekun qiyməti yazılmış gündəlik. Gündəlik müəssisədən olan rəhbər tərəfindən imzalanmalı və onun imzası müvafiq möhürlə təsdiqlənməlidir.
3. Müəssisədən olan rəhbər tərəfindən tərtib olunmuş və müəssisənin möhürü ilə təsdiqlənmiş istehsalat xasiyyətnaməsi;
4. Təcrübənin keçirilməsi plan - qrafikinin surəti. Onun yekunlarına görə differensiyallanmış məqbul müvəffəqiyyətlə verildikdən sonra təcrübə tam həcmdə tamamlanmış hesab olunur.
-
Ədəbiyyat
1. И.А.Хаймович, П.А.Иванов и др. Бортовые радио-устройства посадки самолетов. – М.: Машиностроение, 1980.
2. В.А.Кузнецов, А.П.Бамбуркин. Наземные радиотехнические средства обеспечения полетов. - М.: Транспорт, 1973.
3. А.А.Сосновский, И.А.Хаймович, Е.И.Шолупов. Радиомаячные системы посадки самолетов. - М.: Машиностроение, 1974.
4. Нормы летной годности гражданских самолетов СССР. Межведомственная комиссия по нормам летной годнос-ти гражданских самолетов СССР. - М.: Машиностроение, 1974.
5. Правила полетов и обслуживание воздушного движения, ICAO, Документ – 4444 РАС.10. Изд.10, 1970.
6. И.П.Кучумова. Радиооборудование самолетов ТУ-134 и ТУ-134А и его летная эксплуатация. - М.: Машиностроение, 1973.
7. Наставление по технической эксплуатации и ремонту авиационной техники ГА (НТ ЭРАТ, ГА - 83).
8. Технические описания и инструкции по эксплуатации самолетов ГА.
9. Регламенты технического обслуживания ВС ГА.
10. Технологии и технические указания по выполнению регламентных работ на ВС ГА.
11. Правила техники безопасности, взрывной и пожарной безопасности при работе на аэродроме ГА.
12. Технические описания и инструкции по эксплуатации контрольно-проверочной аппаратуры.
13. Указания, бюллетени и другие руководящие документы Госконцерна «Азербайджан Хава Йоллары».
14. П.Н.Сенюшкин. Радиооборудование самолетов. - М.:
МГА, 1974.
15. А.М.Пашаев, А.Р.Гасанов, Г.И.Исмаилзаде. Радиооборудование самолета ЯК-40 и его летная эксплуатация. –Б.:,2001.
16. А.Н.Голяк и др. Радионавигационное оборудование самолетов.-М.: Транспорт,1981.
17. А.И.Верещака, П.В.Олянюк. Авиационная радиоэлектроника, средства связи и радионавигации. –М.: Транспорт, 1993.
18. О.В.Белавин. Основы радионавигации.- М.: Сов. радио,1988.
19. Обзорная информация о современном состоянии и перспективах развития ГА Азербайджанской Республики. –Б.: 2000.
20. Наставление по технической эксплуатации радиотехнического обеспечения полетов и электросвязи в ГА – НТ ЭРТОС ГА.
-
Руководство по авиационной электросвязи – РС ГА 2000.
2. Tədris- tanışlıq təcrübəsi
2.1. Təcrübənin məqsədi və vəzifələri
Tədris-tanışlıq təcrübəsi birinci kurs tələbələrini mülki aviasiyanın uyğun müəssisələrinin qarşısında duran məsələlər və bu müəssisələrin quruluşu, təyinatı və əsas funksiyaları ilə ümumi tanış etmək, həmçinin müdavimlərdə seçdikləri ixtisas haqqında və MA-da uçuşların effektivliyi və təhlükəsizliyinin təmin olunması planında həll olunan məsələlərin xarakteri haqda ümumi təsəvvür formalaşdırmaq məqsədi ilə aparılır.
Tədris-tanışlıq təcrübəsinin əsas vəzifəsi yerüstü və bort radiotexniki sistemlərinin əsas funksional və istismar xarakteristikaları haqqında başlanğıc informasiyanın alınmasıdır.
2.2. Təcrübənin məzmunu
Mülki Aviasiyada həll edilən məsələlərlə və «Azərbaycan Hava Yolları» Dövlət konserninin təşkilat quruluşu ilə tanışlıq.
«AZANS» aeronaviqasiya müəssisəsi və onun tərkibində olan URTTvəR (uçuşların radiotexniki təminatı və rabitə) xidməti ilə tanışlıq.
URTTvəR xidmətinin radiotexniki sisteminin təyinatı və istismar-texniki xarakteristikaları ilə tanışlıq.
2.3. Hesabatın məzmunu
-
Azərbaycanda MA-nın inkişaf tarixi. «Azərbaycan Hava Yolları» Dövlət Konserninin təyinatı və təşkilat quruluşu.
-
«AZANS» aeronaviqasiya müəssisəsinin URTTvəR xidmətinin təyinatı və quruluşu.
- Radiolokasiya obyektləri.
- Radionaviqasiya obyektləri.
- Radiorabitə obyektləri.
- Komanda-dispetçer məntəqəsi.
- Məlumatların kommutasiya mərkəzi (MKM).
-
«AZANS» müəssisəsinin fəaliyyətini müəyyənləşdirən əsas sənədlər.
-
Təhlükəsizlik texnikası və əməyin mühafizəsi.
-
İstifadə olunan ədəbiyyat.
2.4. Tədris-tanışlıq təcrübəsinin proqrammı
-
№
|
Məşğələlərin mövzusu
|
Məş. keçirilmə
yeri
|
Məş. növü
|
Saat miq.
|
1
|
Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydaları ilə tanışlıq
|
MAA, aud.
|
Müh.
|
2
|
2
|
Aviasiyanın Azərbaycanda inkişaf tarixi. «Azərbaycan Hava Yolları» dövlət konserninin məqsədi və strukturu
|
MAA, aud.
|
Müh.
|
2
|
3
|
HHİE AS-də radiotexniki sistemlərin rolu
|
MAA, aud.
|
Müh.
|
2
|
4
|
HHİE AS obyektlərinin elektrik qidalanma sxemi. «UPS-1» və «UPS-2» elektrik qida mənbələri
|
MAA, aud.
Aeroport
|
Müh. Prak.
|
2
|
5
|
Radiolokasiya sistemləri:
- trass müşahidə radiolokatoru;
- aerodrom müşahidə radiolokatoru;
- ikincili radiolokator;
- monoimpuls radiolokatoru;
- meteoroloji radiolokator.
|
MAA, aud.
Aeroport
|
Müh. Prak.
|
12
|
6
|
Radionaviqasiya sistemləri:
- instrumental enmə sistemləri ILS-450, SP-80M: KRM, QRM və MRM.
- gətirmə radiomayakları: VOR, DVOR, DVOR/DME
|
MAA,aud. Aeroport
|
Müh. Prak.
|
12
|
7
|
Radiorabitə sistemləri:
- radioverici mərkəz;
- «Rohde&Schwarz» radiostansiyası.
|
MAA, aud.
Aeroport
|
Müh. Prak.
|
12
|
8
|
Bort radionaviqasiya, radiolokasiya və radiorabitə avadanlığı:
- radiohündürlükölçən «RV-3M»;
- bort radiolokatoru «Qroza»;
- bort komanda radiostansiyası «Baklan»;
- bort rabitə radiostansiyası «Mikron».
|
MAA, aud.
Aeroport
|
Müh. Prak.
|
12
|
9
|
Aviasiya radioavdanlığının etibarlılığı
|
MAA, aud.
|
Müh.
|
1
|
10
|
Radiotexniki avadanlığın texniki xidməti. TX-nın növləri və həyata keçirilməsi. Radioavadanlığın təmiri
|
MAA, aud.
|
Müh.
|
1
|
|
|
|
|
|
11
|
Təbii fəlakətlər və digər qeyri standart hallar zamanı xidməti personalın təhlükəsiz zonaya köçürülməsinə dair göstərişlər
|
MAA, aud.
|
Müh.
|
2
|
Saatların ümumi miqdarı
|
60
|
Программа учебно-ознакомительной практики
-
№
|
Темы занятий
|
Место проведения занятий
|
Тип занятий
|
Часы
|
1
|
Инструкции по технике безопасности и охране труда
|
НАА, ауд.
|
Лек.
|
2
|
2
|
История развития ГА в Азербайджане. Назначение и организационная структура госконцерна «Азербайджан Хава Йоллары»
|
НАА, ауд.
|
Лек.
|
2
|
3
|
Роль радиотехнических систем в АС УВД
|
НАА, ауд.
|
Лек.
|
2
|
4
|
Схема электропитания объектов АС УВД. Источники электропитания «UPS-1» и «UPS-2»
|
НАА, ауд.
Аэропорт
|
Лек. Прак.
|
2
|
5
|
Радиолокационные системы:
-трассовый обзорный радиолокатор (ОРЛ-Т);
-аэродромный обзорный радиолокатор (ОРЛ-А);
-вторичный радиолокатор;
-моноимпульсный радиолокатор (RSM-970S);
-метеорологический радиолокатор (МРЛ-5).
|
НАА, ауд.
Аэропорт
|
Лек. Прак.
|
12
|
6
|
Радионавигационные системы:
- инструментальные системы посадки ILS-450, СП-80М: КРМ, ГРМ и МРМ.
- приводные радиостанции: VOR, DVOR, DVOR/DME.
|
НАА,ауд. Аеропорт
|
Лек. Прак.
|
12
|
7
|
Радиосвязные системы:
- передающий радиоцентр (ПРЦ);
- радиостанция «Rohde&Schwarz».
|
НАА, ауд.
Аэропорт
|
Лек. Прак.
|
12
|
8
|
Бортовые радионавигационные, радиолокационные и радиосвязные оборудования:
- радиовысотомер РВ-3М;
- бортовой радиолокатор «Гроза»;
- бортовая командная радиостанция «Баклан»;
- бортовая связная радиостанция «Микрон».
|
НАА, ауд.
Аэропорт
|
Лек. Прак.
|
12
|
9
|
Надежность функционирования средств РТОПиС
|
НАА, ауд.
|
Лек.
|
1
|
10
|
Техническое обслуживание средств РТОПиС. Виды ТО и их проведение. Ремонт средств РТОПиС
|
НАА, ауд.
|
Лек.
|
1
|
|
|
|
|
|
11
|
Указания по переводу обслуживающего персонала на более надежное место при стихийных бедствиях и других нестандартных условиях
|
НАА, ауд.
|
Лек.
|
2
|
ИТОГО
|
60
|
«RAZILAŞDIRILIB»
Tədriş işləri üzrə prorektor,
t.e.n., dosent Səmədov Ə.S.
Radioelektronika kafedrasının müdiri,
t.e.d., professor Həsənov A.R.
Tədris-metodik şöbənin müdiri,
f.-r.e.n., dosent Bidzinova S.M.
HNUTİ fakultəsinin dekanı, Kərimli T.İ
t.e.n., dos.
Təcrübələr rəhbəri Eyvazov Ə.M.
Proqram HNUTİ fakultəsinin elmi şurasında müzakirə olunmuş və təsdiq edilmişdir
( Protokol №__ «___»_________20 - cü il )
ƏLAVƏ 1
MİLLİ AVİASİYA AKADEMİYASI
üzrə
(təcrübənin növü)
HESABAT
(təcrübənin keçirildiyi yer)
(müəssisənin adı)
Müəssisədən olan Akademiyadan təcrübə rəhbəri olan təcrübə rəhbəri
______________________ ________________________
(s.a.a., vəzifə) (s.a.a., vəzifə)
______________________ _______________________
(imza, tarix) (imza, tarix)
Müdavim __________________________
(qr. №, s.a.a., tarix)
BAKI - 2013
Dostları ilə paylaş: |