Azerbiajan



Yüklə 161,09 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü161,09 Kb.
#74852
növüQaydalar


AZƏRBAYCAN 

 

Konstitusiya dini etiqad azadlığını müdafiə etsə də digər qanun və qaydalar dini 



etiqad azadlığını məhdudlaşdırır və təcrübədə hökumət ümumilikdə bu 

məhdudiyyətləri həyata keçirir. Əksər dini qruplar hökumətin müdaxiləsi olmadan 

görüşlər keçiriblər, lakin buna baxmayaraq verilən məlumatlara əsasən hakimiyyət 

orqanları bəzi dini ibadət yerlərində yoxlamalar və reydlər həyata keçirib, dini 

materialları müsadirə edib və müsəlman və xristian qruplarının üzvlərini təqib edib 

və saxlayıblar. Bu qruplardan bəziləri ölkədə uzun tarixə malik olmayan dini 

azlıqlardır. Eyni zamanda dini qruplara qarşı ağır qeydiyyat tələbləri irəli sürülür.   

 

Hesabat dövründə hökumətin dini etiqad azadlığına hörmət etməsi ilə bağlı 



vəziyyətdə heç bir dəyişiklik baş verməmişdir, lakin bəzi sahələrdə mənfi 

dəyişikliklər baş vermişdir. Hökumətin tətbiq etdiyi yeni məhdudiyyətlərə nümunə 

olaraq aşağıdakıları misal göstərmək olar: ölkədəki orta ümumtəhsil məktəblərində 

dünyəvi mühitin qorunub saxlanılması naminə ibtidai və orta siniflərdə təhsil alan 

qız şagirdlərinin məktəbə hicab (baş örtüyü) ilə gəlməsinin qadağan edilməsi və 

dini fəaliyyət haqqında qanunların tələblərinin pozulmasına görə nəzərdə tutulan 

cərimələrin əsaslı şəkildə artırılması.  

 

Dini mənsubiyyət, etiqad və ya ibadət zəminində sosial ayrı-seçkiliyin olması 



barədə məlumatlar olmuşdur. Öz məzhəblərinə dəvət edən qruplar, xüsusilə də 

Yehova şahidləri, Yevangel xristianlar və digər missioner qruplar vaxtaşırı ədavətə 

məruz qalıblar.   

 

ABŞ hökuməti özünün ümumilikdə insan hüquqlarının gücləndirilməsi və müdafiə 



edilməsi siyasətinin tərkib hissəsi olaraq hökumətlə dini etiqad azadlığını müzakirə 

edir.   


 

Bölmə I. Dini demoqrafiya 

 

Ölkənin ərazisi 33,774 kvadrat mil və əhalisi doqquz milyondur. Xüsusi dini 



qruplara üzvlüklə əlaqədar olaraq hər hansı dəqiq statistik məlumatlar yoxdur, 

lakin rəsmi rəqəmlərə əsasən əhalinin 96 faizini müsəlmanlar təşkil edir. Yerdə 

qalan əhali əsasən rus Ortodoks, erməni Ortodoks, digər xristian qruplarının 

tərəfdarlarından, yəhudilərdən və ateistlərdən ibarətdir.    

 

Çoxluq təşkil edən müsəlman əhali arasında dini ayinlərin yerinə yetirilməsi 



nisbətən aşağıdır və müsəlman olaraq özünü təyin etmə dini deyil daha çox mədəni 

və etnik mənsubiyyət üzərində dayanır, lakin müsəlmanlar arasında dini ayinlərə 




AZƏRBAYCAN 

2

 



əməl edənlərin sayı getdikcə artır. Dini fəaliyyətə nəzarət edən dövlət orqanı olan 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) verdiyi məlumata əsasən 

müsəlman əhalinin təxminən 65 faizi şiə və 35 faizi sünnidir. Bir qayda olaraq 

ölkədə onların arasında kəskin fərqlər müəyyən edilmir.     

 

Xristianların əksəriyyəti rus ortodokslardır ki, müsəlmanlarda olduğu kimi, onların 



da özünü təyin etmələri dini deyil daha çox mədəni və etnik mənsubiyyət üzərində 

dayanır. Xristianlar əsasən Bakı və bir sıra digər şəhərlərdə yaşayırlar.  

 

Təxminən 20,000 nəfərdən ibarət olan yəhudi əhalinin böyük əksəriyyəti Bakı 



şəhərində yaşayır. Daha kiçik icmalar Quba rayonunda və digər yerlərdə 

mövcuddur.  

 

Şiə, Sünni, Rus Ortodoks və Yəhudi ölkənin “ənənəvi” dini qrupları hesab edilir. 



Lüteranlar, Roma katolikləri, baptistlər, molokanlar (rus ortodoks qədim 

möminləri), Yeddinci Gün adventistləri və bəhailərin kiçik icmaları 100 ildən çox 

müddətdə mövcud olmuşlar.      

 

1991-ci ildə müstəqillik əldə etdikdən sonra hökumət tərəfindən əcnəbi və ya 



“qeyri-ənənəvi” hesab olunan bir sıra dini qruplar, o cümlədən “Vəhhabi” və 

“Sələfi müsəlmanlar”, Troitsa və digər Yevangel xristianlar, Yehova şahidləri və 

krişnaitlər mövcud olmağa başlamışlar. Bakıda çoxlu sayda xarici rezident xristian 

icmaları vardır.   

 

Bölmə II. Hökumətin dini etiqad azadlığına olan hörmətinin vəziyyəti  



 

 

Hüquqi/siyasi çərçivə 



 

Hökumətin beynəlxalq hüquqi standartları qəbul etməsi haqqında İnsan Haqları 



üzrə Ölkə Hesabatları ilə Əlavə C-də tanış ola bilərsiniz 

http://www.state.gov/g/drl/rls/hrrpt/2010/appendices/index.htm

 

Konstitusiya dini etiqad azadlığını müdafiə etsə də digər qanun və qaydalar dini 



etiqad azadlığını məhdudlaşdırır və təcrübədə hökumət ümumilikdə bu 

məhdudiyyətləri həyata keçirmişdir. 

 

Konstitusiyaya əsasən dinə etiqad etmək bir kəsin öz etiqadını digər fərdlərlə 



paylaşmasını tələb etmirdsə hər bir şəxsin öz dini mənsubiyyətini və inamını (o 

cümlədən ateizm) seçmək və dəyişmək, öz seçiminə əsasən dini qruplara qoşulmaq 

və ya yaratmaq və dinə etiqad etmək hüququ vardır və. Dini etiqad azadlığı 



AZƏRBAYCAN 

3

 



haqqında qanun hökumətin hər hansı fərd və ya qrupun dini fəaliyyətinə müdaxilə 

etməsini aydın şəkildə qadağan edir, lakin müəyyən istisnalar da mövcuddur 

ki,onlara hər hansı dini qrupun fəaliyyətinin ictimai asayiş və sabitliyə təhlükə 

yaratması kimi hallar da daxildir. Digər bir bölmədə qeyd edilir ki, heç kəs öz dini 

etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə) məcbur edilə bilməz.   

 

Bir sıra qanunlar hökumətə dini qrupları tənzimləməyə imkan verir, o cümlədən 



dini etiqad azadlığı haqqında qanunda belə bir tələb müəyyən olunmuşdur ki, dini 

təşkilatlar, o cümlədən dini yönümlü qruplar hökumət tərəfindən qeydiyyatdan 

keçməlidirlər. Qeydiyyatdan keçmə hər hansı dini təşkilata bank hesabı açmağa, 

əmlak icarəyə götürməyə və ümumilikdə hüquqi təşkilat kimi fəaliyyət göstərməyə 

imkan verir. Təcrübədə bəzi qruplar qeydiyyatdan keçmədən ibadətlə məşğul 

olduqlarına görə hökumətin keçirdiyi reydlərə məruz qalmışlar.   

 

DQİDK və onun sədrinin qeydiyyat üzərində geniş səlahiyyətləri vardır və hər 



hansı dini qrupun fəaliyyətinin dayandırılması məqsədilə məhkəmələrə müraciət 

edə bilərlər.  

 

Hökumət qeydiyyatdan keçmiş bütün dini qrupların yanvar ayından gec olmayaraq 



DQİDK-də təkrar qeydiyyatdan keçməsini tələb etmişdir və qeydiyyatla bağlı 

əlavə tələblər tətbiq etmişdir. Bir sıra ənənəvi müsəlman və bəzi qeyri-müsəlman 

qruplar qeydiyyatdan keçsələr də, əksər qrupların qeydiyyatla bağlı müraciətləri 

rədd edilmiş və ya onlar qeydiyyat müraciətlərinə məhkəmə tərəfindən qərar qəbul 

olunmasını gözləyirlər. Qanunda hökumətdən qeydiyyat müraciətinin qəbul 

olunduğu tarixdən sonrakı 30 gün ərzində müraciətə baxmaq tələb olunsa da, hələ 

də qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları müşahidə olunur. 

Bunun nəticəsində bəzi dini qruplar hələ də qeydiyyatdan keçməyiblər.       

 

Qeydiyyatla bağlı müraciətə rədd cavabı alan dini qruplara məhkəməyə şikayət 



etməyə icazə verilir. Qrupların eyni zamanda İnsan Haqları üzrə Avropa 

Məhkəməsinə (İHAM) də müraciət etmək hüquqları vardır. Bu halda hər hansı bir 

qrup İHAM-nə müraciət etməzdən əvvəl ölkədə mövcud olan bütün məhkəmə 

instansiyalarına müraciət etmiş olmalıdır ki, bu da çox vaxt bir neçə il çəkir.   

 

Qeydiyyatdan keçmiş Müsəlman təşkilatları Qafqaz Müsəlmanları İdarəsinin 



(QMİ) tabeçiliyindədir. Sovet dövründən qalmış müfti rolunu oynayan bu İdarə 

məscidlərə müsəlman din xadimlərini təyin edir, İslam təhsil müəssisələrinin 

fəaliyyətinə nəzarət edir, vaxtaşırı moizələrin mopnitorinqini keçirir və hər il 

Məkkə şəhərinə keçirilən həcc ziyarətini təşkil edir. Müsəlman dini qruplar 

DQİDK-də qeydiyyatdan keçməzdən əvvəl QMİ tərəfindən təsdiq məktubu 



AZƏRBAYCAN 

4

 



almalıdırlar. QMİ-nin müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə İslam 

dininə etiqad edən təşkilatlara din xadimlərini təyin etmək səlahiyyəti vardır.  

 

Konstitusiya və Dini Etiqad Haqqında Qanun insanların ləyaqətini alçaldan və 



humanizm prinsiplərinə zidd olan dinin (dini hərəkatların) təbliğ olunmasını 

qadağan edir.  

 

Dekabr ayının 9-da Təhsil Naziri ölkənin dünyəvi xarakterinə istinad edərək orta 



ümumtəhsil məktəblərinin direktorlarına ibtidai və orta siniflərdə oxuyan qız 

şagirdlərinin hicab geyinməsini qadağan etmələrini bildirən şifahi təlimat verdi. 

Nazirin mətbuata verdiyi müsahibə zamanı elan olunan bu qərar prezident fərmanı 

ilə dəstəklənmədi, parlamentdə müzakirə edilmədivə ya qanunvericiliyə salınmadı. 

Nazirin bu qeydləri 2010-cu ildə nazirliyin məktəb şagirdlərinin vahid məktəbli 

formasının qəbul olunması qərarının davamı idi. Nazir qeyd etdi ki, hicab vahid 

məktəbli formasının tələblərinə uyğun gəlmir və vurğuladı ki, məktəbdən kənarda 

hicabda gəzməyə heç bir məhdudiyyət yoxdur. Hicabı qadağan edən və ya 

qadınların nə geyinib nə geyinməməli olmaları haqqında heç bir qanun yoxdur.   

 

DQİDK dini ədəbiyyatın nəşri, idxalı və paylanmasına nəzarət edir və qanunun 



tələblərini pozan qrupların fəaliyyətini dayandırmaq səlahiyyətinə malikdir.  

 

Əcnəbilərin missioner fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan edilir.



 

 

Qanunda eyni zamanda qeyd olunur ki, İslam dini ayinləri və mərasimləri yalnız öz 



təhsillərini ölkədə almış vətəndaşlar tərəfindən həyata keçirilməlidir.  

 

Dini təlimat məcburi deyil və özəl və ya dövlət ibtidai və orta məktəblərində dini 



tədris planı yoxdur. Tələbələr dini təhsili ali təhsil müəssisələrində əldə edə 

bilərlər. QMİ xaricdə müəyyən dini təlimləri maliyyələşdirir. Dövlət tərəfindən 

xaricdə maliyyələşdirilən dini təhsil proqramlarında iştirak etmək istəyənlər 

DQİDK-dən və ya Təhsil Nazirliyindən icazə almalı və ya qeydiyyatdan 

keçməlidirlər. Digər hallarda xaricdə təhsil almaq üçün dövlət təşkilatlarından ilkin 

icazənin alınması tələb olunmur.      

 

Hökumət aşağıdakı dini bayramları milli bayram kimi qeyd edir: Qurban Bayramı 



və Ramazan.  

 

Siyasi partiyaların dini fəaliyyətlə məşğul olması qanunla qadağan edilib. Din 



xadimləri eyni vaxtda dövlət orqanında və dini rəhbər vəzifəsində çalışa bilməzlər, 

lakin bu hər hansı dövlət rəsmisinin ibadətlə məşğul olmasını məhdudlaşdırmır. 

Dini ibadət yerlərindən siyasi məqsədlər üçün istifadə etmək olmaz.  



AZƏRBAYCAN 

5

 



 

Sərhədsiz İnsan Haqları (SİH) qeyri-hökumət təşkilatına əsasən konstitusiyada 

qeyd olunur ki, “əgər vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, 

qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz 

olunmasına yol verilir”.  Bu cür mexanizm qəbul edilməmişdir və dinc dövrdə 

hərbi xidmət keçməkdən imtina etməyə görə Cinayət Məcəlləsinin 321.1 

Maddəsinə əsasən cəza müəyyən edilmişdir.    

 

 



Dini etiqad azadlığına məhdudiyyətlər  

 

Hökumət ümumilikdə dini etiqad azadlığına seçmə qaydada hüquqi və siyasi 



məhdudiyyətlər tətbiq etmişdir. Əlavə məhdudiyyətlər ağır qeydiyyat 

prosedurlarında, qeydiyyatdan keçməmiş dini fəaliyyətə olan məhdudiyyətlərdə, 

əmlak mübahisələrində və müəyyən ərazilərdə azan verilməsinə qadağaların 

qoyulmasının iddia edilməsində özünü göstərmişdir. Qanunların həyata 

keçirilməsində və şərh olunmasında yerli dövlət rəsmiləri əhəmiyyətli dərəcədə 

səlahiyyətə malikdirlər və qeyd olunan məhdudiyyətlərin bəziləri paytaxtdan 

kənarda olan ərazilərdə baş vermişdir.    

 

Əvvəlki qeydiyyat statusundan asılı olmayaraq bütün dini qrupların 2010-cu ildə 



təkrar qeydiyyatdan keçməsi tələbi bəzi qruplar tərəfindən asanlıqla yerinə 

yetirildi. Buna baxmayaraq digər qrupların qeydiyyat müraciətləri rədd edildi və 

bir çoxu qeyri-müəyyən vəziyyətdə gözləyirlər. Yehova şahidləri, baptistlər, 

Yeddinci Gün adventistlərinin bəzi icmaları, Fatimeyi-Zəhra məscidi, Bakı 

Beynəlxalq Qardaşlıq, Əliabaddakı baptist kilsəsi və Mədh kilsəsinin qeydiyyatdan 

keçmək müraciəti rədd edilmişdir. SİH təşkilatının bildirdiyinə görə Nehemiya və 

Trotisa kilsələrinin də qeydiyyatdan keçmək barədə müraciətləri qəbul 

olunmamışdır. Qeydiyyatdan keçmək barədə müraciətlərinə rədd cavabı alan 

qruplar hüquqi keçid sahəsindədirlər, yəni onlar hüquqi baxımdan toplaşa 

bilməzlər və hüquq mühafizə orqanları tərəfindən rahatsız edilə bilərlər. Hesabat 

dövrünün sonunda katolik kilsəsi hələ də özünün qeydiyyatla bağlı müraciəti 

barəsində qərar qəbul olunmasını gözləyirdi. 24 dekabr tarixinə DQİDK-nin 

verdiyi məlumata əsasən ümumilikdə 510 dini icma qeydiyyatdan keçmişdir ki, 

onlardan 493-ü Müsəlman və 17-si qeyri-Müsəlman icmasıdır.       

 

Trend informasiya agentliyinin 21 dekabr tarixdə verdiyi məlumata əsasən Milli 



Məclis (Parlament) müəyyən dini materialların idxal edilməsi də daxil olmaqla dini 

fəaliyyət haqqında qanunların tələblərinin pozulmasına görə nəzərdə tutulan 

cərimələrin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan qanun qəbul etmişdir. 

Prezident Əliyev qanunu 29 dekabr tarixdə təsdiq etmişdir. Qanun pozuntusu kimi 




AZƏRBAYCAN 

6

 



müəyyən edilmiş fəaliyyətə dini təşkilatın qeydiyyatdan keçirilməməsi, DQİDK-

nin icazəsi olmadan dini ədəbiyyatın hazırlanması, idxalı və ya paylanması və 

əcnəbilər tərəfindən “dini təbliğatın” yayılması daxildir. Əvvəlki qanuna əsasən 

qanunu pozduğu sübuta yetirilmiş hər hansı bir şəxs 100 manatdan 300 manata 

(121-365 ABŞ dolları) qədər cərimə edilirdi. Yeni qanuna əsasən eyni qanun 

pozuntusuna görə barəsində məhkəmə qərarı çıxan hər hansı bir şəxs 1,500 

manatdan 2,000 manata qədər (1,829-2,439 ABŞ Dolları) cərimə edilir.     

 

DQİDK müraciətləri barədə son qərarın verilməsini gözləyən dini qruplara 



müvəqqəti status vermişdir. Bununla belə, ən azı bir halda yerli dövlət orqanları 

daimi şəhadətnaməsi olmayan icmanın dini liderlərinə əmlak icarəyə götürməyə 

icazə verməmişdir.  

 

Əvvəlki hesabatlarda qeyd olunduğu kimi qeydiyyat prosesi hökumətin 



arzuolunmaz hesab etdiyi dini qruplara qarşı istifadə etdiyi təsir vasitəsi kimi 

görünür. Hökumət tərəfindən aparılan yoxlamalara qarşı daha həssas olan qruplar 

bir qayda olaraq daha az tanınmış dini qruplardır və onlardan bəziləri müsəlman 

dini qruplarıdır. Bu yoxlamalardan əziyyət çəkmiş qruplardan bəziləri 

missionerlərdir.   

 

Rəsmi qeydiyyatdan keçmədən dini fəaliyyətlə məşğul olan təşkilatların qeyri-



qanuni elan olunması və bağlanması və ya yerli dövlət orqanları tərəfindən rahatsız 

edilməsi ehtimalı yüksəkdir. Nəticədə onların fəaliyyət göstərməsi çətinləşir və ya 

bəzi hallarda qeyri-mümkün olur.       

 

Səfirliklə əlaqəsi olan mənbədən verilən məlumata əsasən sentyabr ayının 



sonlarında universitet rəhbərliyi hicab geyinən qadınların universitetin binasına 

daxil olmasına mane olublar.  

 

Hicab qadağasının həyata keçirilməsi ölkənin hər bir yerində baş verməmişdir. 



Orta məktəb direktorları müxtəlif hallarda Təhsil Nazirinin göstərişinə uyğun 

hərəkət etmişlər.   

 

Ölkənin digər ərazilərində əvvəlki hesabat dövrlərində olduğu kimi dövlət 



orqanları müsəlmanların pasport və şəxsiyyəti təsdiq edən digər rəsmi sənədlərin 

alınması üçün şəkil çəkdirən zaman baş örtüyündə olmasına icazə verməmişdirlər.  

 

Verilən məlumatlara əsasən hökumət dini simvolların və ədəbiyyatın hökumət 



işçilərinin iş otaqlarında qoyulmasını qadağan edib.   

 



AZƏRBAYCAN 

7

 



DQİDK-in icazəsi ilə dini ədəbiyyatın hazırlanması və yayılmasına qanunla icazə 

verilir, lakin buna baxmayaraq dövlət orqanları dini materialların idxalı və 

paylanmasını öz seçimləri əsasında məhdudlaşdırıb. Dini ədəbiyyatın idxalına 

icazə alınması hələ də çətindir və müsəlman və xristian qruplar prosesin uzun 

çəkməsindən şikayət edirlər.  

 

İslam dini ilə əlaqəsi olan müxtəlif fəaliyyətlər, o cümlədən dini televiziya 



proqramlarının yayımı və metroda dini ədəbiyyatın satışı üzərində nəzarətin təmin 

olunması qüvvədə qalmışdır.  

 

 

Dini etiqad azadlığının pozulması   



 

Ölkədə dini etiqad azadlığının pozulması, o cümlədən dini məhbuslar və 

saxlanılanların olması barədə məlumatlar yayılıb. Hökumət orqanları eyni zamanda 

dini icmalara reydlər həyata keçirib və dini ədəbiyyatı müsadirə ediblər. Hökumət 

orqanları çox vaxt Yehova Şahidləri və icazəsiz fəaliyyət göstərən və İslam dinini 

siyasiləşdirdiyini iddia etdiyi müsəlman dini təşkilatlarını hədəfə almışdır.  

 

“Azeri-Press” Agentliyinin (APA) verdiyi məlumata əsasən 29 aprel tarixdə Milli 



Təhlükəsizlik Nazirliyi və yerli polis əməkdaşları müvafiq qeydiyyatı olmadan 

“Süleymançılar” adlı dini sektanı təbliğ edən dörd nəfər Türkiyə vətəndaşını 

saxlayıblar. Bu haqda heç bir əlavə məlumat verilməmişdir.  

 

“Forum 18” verdiyi məlumata əsasən Zaqatala rayonunun Əliabad ərsizində 



qeydiyyatdan keçməmiş Baptist evinin keşişinə 30 aprel tarixdə xəbərdarlıq edilib 

ki, əgər onun icması öz görüşlərini keçirməyə davam edərsə onun “qanunla 

problemi” olacaq. Polis həmçinin onun mənzilində çəkiliş aparıb və ona məxsus 

olan dini ədəbiyyatı yoxlayıb. Sonradan baş verənlər haqqında heç bir əlavə 

məlumat verilməmişdir.    

 

Əvvəlki hesabat dövründə dövlət orqanları tərəfindən bağlanmış bir sıra məscidlər 



bağlı olaraq qalıblar.  

 

İcmanın dəfələrlə öz fəaliyyətini bərpa etmək barədə etdiyi çağırışlara və 



təkrarlanan məhkəmə müraciətlərinə baxmayaraq Bakı şəhərində yerləşən və 

hökumət tərəfindən bağlanmış “Əbubəkr” məscidinin fəaliyyəti bərpa 

edilməmişdir. 17 avqust, 2008-ci il tarixdə “Əbubəkr” məscidində baş vermiş 

partlayış nəticəsində iki nəfər həlak olmuş və dini icmanın rəhbəri də daxil olmaqla 

11 nəfər yaralanmışdı. Dini icmanın rəhbəri öz sağlamlığını bərpa etmişdir. Bu 

hadisədən dərhal sonra hökumət orqanları məscidi bağladılar. Bir neçə dəfə 




AZƏRBAYCAN 

8

 



məhkəmə iddiasına və müraciətlərə baxmayaraq məscid bağlı qalmışdır. Hökumət 

bu müddət ərzində istintaqın davam etdirilməsini səbəb gətirmişdir. Bu haqda heç 

bir əlavə məlumat yoxdur.      

 

Müxtəlif səbəblərə görə 2009-cu ildə bir sıra məscidlər bağlanmış və ya 



dağıdılmışdır. 26 aprel, 2009-cu il tarixdə polis Yasamal rayonunda yerləşən dini 

icmaya məxsus olan Məhəmməd Peyğəmbər Məscidini uçurtdu. 2009-cu il aprel 

ayının sonlarında dövlət orqanları Türkiyənin dəstəyi ilə inşa edilmiş Şəhidlər 

Məscidini bağladılar. Bəzi müşahidəçilər bu addımın Türkiyənin Ermənistanla olan 

əlaqələrini bərpa etdirmək səylərinə cavab olaraq atıldığını hesab etdilər. Türkiyə 

Səfirliyinin verdiyi məlumata əsasən məscid təmirə bağlanıb. Hal-hazırda da 

bağlıdır. 2009-cu ilin iyun ayında dövlət orqanları iddia etdikləri təhlükəsizlik 

səbəblərindən Neft Daşları adlanan qəsəbədəki məscidi bağladılar. Bu haqda heç 

bir əlavə məlumat yoxdur.     

 

18 sentyabr, 2009-cu il tarixdə Azadlıq qəzetinin verdiyi məlumata əsasən dövlət 



orqanları Gəncə şəhərindəki dörd məscidi bağlayıb və dini materialları müsadirə 

edib. 2009-cu ilin sentyabr ayında dövlət orqanları qeydiyyat tələblərinə əməl 

etmədiyinə görə Gəncə şəhərində yerləşən və yerli əhali arasında “Alban məbədi” 

(bu hazırkı Albaniya deyil, Qafqazda yaşamış qədim xalqa istinad edir) kimi 

tanınan Sünni Cümə məscidini bağladılar. Bu haqda heç bir əlavə məlumat 

verilməmişdir.   

 

19 oktyabr, 2009-cu il tarixdə “Qaynar.info” xəbər portalının verdiyi məlumata 



əsasən təmir işlərinin görülməsi məqsədilə yerli icra hakimiyyəti Mehdiabad 

məscidini bağlayıb. Bu haqda hər hansı əlavə məlumat verilməmişdir.   

 

Mədh kilsəsinin icmasının hökumətin də maraqları olduğu əmlak mübahisəsi 



davam edir və bu mübahisə nəticəsində  kilsənin inşa edildiyi ərazi də daxil 

olmaqla icmanın torpağının təxminən üçdə biri müsadirə edilib. İcma tərəfindən 

qurulmuş müvəqqəti çadır 10 yanvar tarixdə tamamilə yanmışdır və yanğının 

səbəbləri naməlum olaraq qalır. 4 mart tarixdə icma öz çadırını yenidən qurmaq 

barədə müraciət etsə də Bakı Şəhər İcra Hakimiyyəti bu müraciəti rədd etmişdir. 

Bununla belə icmanın sonradan verdiyi məlumata görə təzminat olaraq onlara 

digər yerdə torpaq sahəsi təklif edilmişdir. Bu haqda heç bir əlavə məlumat 

verilməmişdir.   

 

1 may tarixdə Ali Məhkəmə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli 



qəsəbəsindəki qismən inşa edilmiş “Fatimeyi-Zəhra” məscidinin uçurdulması 

barədə aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxladı. Lakin verilən 




AZƏRBAYCAN 

9

 



məlumatlara əsasən 14 may tarixdə Prezident Əliyev bu məsələyə müdaxilə edərək 

məscidin səlahiyyətlərini QMİ-nə verib və beləliklə də onun uçurdulmasının 

qarşısını alıb. DQİDK əvvəllər icmanın qeydiyyatdan keçmək barədə müraciətini 

rədd etmişdir və hesabat dövrünün sonuna qədər icmanın statusu naməlum olaraq 

qalmışdır. Bu haqda əlavə məlumat verilməmişdir.    

 

Əcnəbilər tərəfindən dinə dəvət qanunla qadağan edilir və bu qadağaya əməl 



olunmasına rəsmilər tərəfindən ciddi şəkildə nəzarət olunur. Yehova Şahidlərinin 

verdiyi məlumata əsasən icmanın Gürcüstan vətəndaşı olan iki nəfər üzvü 2009-cu 

ilin iyul ayında həbs edilib və deportasiya olunub. APA agentliyinin verdiyi 

məlumata əsasən 12 avqust 2009-cu il tarixdə Yehova Şahidlərinin naməlum sayda 

üzvləri Qax rayonunda öz etiqadlarını təbliğ etdiklərinə görə yerli polis tərəfindən 

saxlanılıb. Verilən məlumatlara görə polis 60 ədəd vərəqə və yeddi ədəd kitab 

müsadirə edib. Saxlanılanlar sonradan sərbəst buraxılıb. 2009-cu ilin sentyabr 

ayında hüquq mühafizə orqanları şimalda yerləşən Yalama kəndində öz evində dini 

tədbirlər keçirən bir nəfəri cərimə edib və ölkədən çıxarıb. Baptist kilsəsinə 

mənsub olan bu şəxs Rusiya pasportuna sahib olub. Bu haqda heç bir əlavə 

məlumat verilməmişdir.     

 

16 fevral tarixdə səfirlik rəsmilərinə verilən məlumata əsasən Yehova Şahidləri 



icmasının iki nəfər üzvü qapı-qapı təbliğat apararkən kimsə polisə xəbər verib. Bu 

icmanın tərəfdarları polis məntəqəsinə aparılıb, lakin onlar ifadə verməkdən imtina 

ediblər. Verilən məlumata əsasən polis onları bir neçə saat saxlayıb onlar barəsində 

məlumat topladıqdan sonra buraxıb. Bu haqda əlavə məlumat verilməmişdir.   

 

8 oktyabr tarixdə Azadlıq Radiosunun verdiyi məlumata əsasən yerli polis mömin 



Müsəlmanları təqib etmiş, bir neçəsini döymüş və onları öz saqqallarını qırxmağa 

məcbur etmişdir. Noyabr ayında səfirliyə verilən digər məlumata əsasən həmin 

rayondakı yerli hökumət orqanları bəzi mömin müsəlmanları saqqallarını 

qırxmaları üçün incitmişdir və ümumilikdə onların toplaşmaq və ibadət etmək 

imkanlarını məhdudlaşdırmışdır.  

 

26 yanvar tarixdə dövlət orqanları Türk ilahiyyatçısı Səyid Nursinin əsərlərinin 



tərəfdarı olan Sumqayıt şəhərindəki bir evdə toplaşmış 80 Müsəlmanı həbs 

etmişdir. Verilən məlumatlara əsasən polis mənzildən 148 ədəd qadağan olunmuş 

kitab müsadirə etmişdir. Bu haqda heç bir əlavə məlumat verilməmişdir.  

 

Mart ayından may ayına qədər Yehova Şahidləri və digər media mənbələrinin 



verdikləri məlumata əsasən dini materialların müsadirəsi, saxlanılması, eləcə də öz 


AZƏRBAYCAN 

10

 



dini etiqadlarını təbliğ etdiyinə və dini ədəbiyyatı yaydıqlarına görə cərimə və həbs 

olunma halları baş vermişdir. Bu haqda heç bir əlavə məlumat verilməmişdir.   

 

“Forum 18” təşkilatının 20 may tarixdə verdiyi məlumata əsasən Nursinin əsərini 



oxuyan bir nəfər Naxçıvan hava limanında həbs edilmişdir və bu dini ədəbiyyat 

onun əşyalarının içərisindən tapılmışdır. Bundan sonra Nursinin tərəfdarlarından 

olan beş nəfərin öz evlərində saxlanıldığı, bəzilərinin dərhal buraxıldığı, bəzilərinin 

isə üç gün ərində zirzəmidə saxlanıldığı barədə məlumatlar yayılmışdır. Bu haqda 

heç bir əlavə məlumat yoxdur.   

 

Trend informasiya agentliyinin may ayında verdiyi məlumata əsasən Lənkəran 



rayonunda bir nəfərin evinə reyd keçirilib və mənzildən kitablar müsadirə olunub, 

çünki həmin şəxs öz evindən qeyri-qanuni dini məktəb kimi istifadə edirmiş. Bu 

haqda heç bir əlavə məlumat verilməmişdir.   

 

Azadlıq Radiosunun 15 dekabrda verdiyi məlumata əsasən yerli rəsmilər ənənəvi 



Şiə bayramını qeyd etmək məqsədilə toplaşmış möminlərin qarşısını kəsmişdir. 

Verilən məlumata əsasən dövlət orqanları iki nəfəri saxlayıb və bir qədər sonra 

onları azad edib.  

 

28 dekabr, 2009-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Bənənyar 



kəndində İslam dinində qeyd olunan Aşura gününü qeyd etdiyinə görə 10 nəfər 

şəxs dövlət orqanları tərəfindən həbs edilib. Həbs olunanların sayı barədə müxtəlif 

məlumatlar verilsə də müxtəlif xəbər mənbələrində həbs olunanların döyülməsi və 

sorğu-sual edilməsi barədə iddialar səsləndirilmişdir. Sonradan verilən 

məlumatlarda 5 yanvar tarixdə 200 nəfərin həbs olunduğu və müqavimət 

göstərənlərin isə döyüldüyü bildirilmişdir. Bu haqda heç bir əlavə məlumat 

verilməmişdir.       

 

13 fevral tarixdə təxminən 100 nəfər şəxs Məhəmməd Peyğəmbərin vəfatının 



ildönümünü qeyd etmək üçün Şəhidlər Xiyabanına yürüş etmək məqsədilə Bakının 

Nizami rayonunda toplaşmışdır. Bu zaman təxminən 10 nəfər şəxs saxlanılıb və 

hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilmişdir. Zorakılığın yürüş 

iştirakçıları və ya onların qarşısını kəsən polis nəfərləri tərəfindən başladıldığı 

barədə fərqli məlumatlar verilir. Bu haqda əlavə məlumat verilməmişdir.  

 

Naxçıvandakı İnsan Hüquqları və Kütləvi Media Monitorinq qrupunun 21 sentyabr 



tarixdə verdiyi məlumata əsasən hökumət İranda təhsil almış və Naxçıvanda 

yaşayan dini liderin xaricə səfər etməsini qadağan etmişdir. Qrupun verdiyi 




AZƏRBAYCAN 

11

 



məlumata əsasən hökumət orqanları həmin şəxsi dəfələrlə saxlayıb, sorğu-sual edib 

və ona dini paltar geyinməyi qadağan edib.  

 

Yerli hüquq müdafiəçiləri hökuməti hərbi xidmətə alternativ olan mülki xidmət 



seçimini təmin etməməkdə tənqid edirlər və Yehova Şahidləri belə bir arqument 

gətirirlər ki, İnsan Haqları üzrə Avropa Konvensiyasını imzalamış tərəf olaraq ölkə 

hərbi xidmətə alternativ olan mülki xidmət seçimini işləyib hazırlamalıdır. 

Hökumət rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını əsas gətirərək 

qrupun hərbi xidmətlə bağlı olan mövqeyini tənqid edərək onu “təslimçi” və 

“ictimai mənəviyyata zidd” adlandırıblar.      

 

SİH-in verdiyi məlumata əsasən Yehova Şahidlərinin üzvü Fərid Məmmədov 16 



iyul tarixdə Cinayət Məcəlləsinin 321.1 Maddəsi (dinc dövrdə hərbi xidmət 

keçməkdən imtina) ilə təqsirli bilinərək doqquz ay həbs cəzasına məhkum edilib. 8 

sentyabr tarixdə onun verdiyi apelyasiya müraciəti rədd edilib.   

 

“Forum 18” təşkilatının 15 dekabr, 2009-cu il tarixdə verdiyi məlumata əsasən 



Yehova Şahidləri qrupunun üzvünün bilərəkdən hərbi xidmət keçməkdən imtina 

etdiyinə görə məhkum edildiyi cinayət ittihamının ləğv olunması müraciəti rədd 

edilib. Bu haqda heç bir əlavə məlumat verilməmişdir.  

  

Bır sıra xəbər mənbələrinin verdiyi məlumata əsasən 31 oktyabr tarixdə dövlət 



orqanları məhsul yığımı bayramını qeyd etmək məqsədilə təxminən 80 nəfərin 

toplaşdığı şəxsi evdə reyd keçirib və bunun nəticəsində Baptist icmasının dörd 

nəfər üzvü beş gün müddətinə saxlanılıb.   

 

13 dekabr tarixdə Trend informasiya agentliyinin verdiyi məlumatda yerli dövlət 



orqanları tərəfindən Yeddinci Gün adventistləri qrupunun naməlum sayda üzvünün 

saxlanıldığı və dini ədəbiyyatın müsadirə edildiyi bildirilir. Bu reyd zamanı dövlət 

orqanları bir nəfər əcnəbi vətəndaşı da saxlayıblar.  

 

29 noyabr 2009-cu il tarixdə polis Zaqatala rayonunda dini yığıncaqdan çıxarkən 



Yehova Şahidləri qrupunun 81 yaşlı qadın üzvünü saxlayıb və döyüb. Polis 

əməkdaşı onu avtobus dayanacağında saxlayıb və onu kafeyə gətirərək burada 

onun içərisində dini kitablar olan çantasını müsadirə edib və döyüb. “Forum 18” 

təşkilatının verdiyi məlumata əsasən saxlanılan qadın fahişəlikdə ittiham edilib və 

onu üzərində narkotik olub-olmadığını yoxlamaq məqsədilə paltarını soyunmağa 

məcbur ediblər. Sonra digər polis əməkdaşları onu polis məntəqəsinə aparıblar və 

burada onu oxuya bilmədiyi etirafı imzalamağa məcbur ediblər. Qadın bu haqda 

Baş Prokurorluğa şikayət etsə də məhkəmə tibbi ekspert onun xəsarət aldığını 




AZƏRBAYCAN 

12

 



göstərən şəkillərin də olmasına baxmayaraq onu müayinə etməkdən imtina edib. 

Bu barədə heç bir əlavə məlumat verilməmişdir.      

 

Azadlıq Radiosunun 12 avqust tarixdə verdiyi məlumatda radikal qrupların 



yaranmasının qarşını almaq məqsədilə bəzi hərbi hissələrdə Müsəlman möminlərin 

kazarmalara daxil olmasının qarşısının alındığı bildirilir.  

 

Ölkənin digər yerlərində yerli hüquq mühafizə orqanları dini xidmət göstərən 



məkanlarda vaxtaşırı yoxlamalar keçirir və verilən məlumatlarda bəzi mömin 

xristian və müsəlmanların üzərində axtarış apardıqları bildirilir. Yerli 

müşahidəçilərin bildirdiyinə görə yerli dövlət orqanları müəyyən məscidlərdə 

müntəzəm yoxlamalar aparırlar.   

 

Hökumət Dağlıq Qarabağ ərazisi üzərində nəzarəti həyata keçirməmişdir. Burada 



da müəyyən dini qruplar və QHT-lərin, o cümlədən Yehova Şahidləri qrupunun və 

“Forum 18” təşkilatının bildirdiyinə əsasən bəzi məhdudiyyətlər və hüquqların 

pozulması halları baş vermişdir.  

 

Dağlıq Qarabağdakı Yehova Şahidləri qrupunun bildirdiyinə əsasən mart və aprel 



aylarında onların keçirdikləri yığıncaqlara reydlər keçirilmiş və həbslər baş 

vermişdir. Bu haqda hər hansı əlavə məlumat verilməmişdir.   

 

“Forum 18” təşkilatının 27 aprel tarixdə verdiyi məlumata əsasən Dağlıq Qarabağ 



ərazisində dörd nəfər şəxs qeydiyyat müraciətləri rədd olunduğuna görə 

qeydiyyatsız keçmədən dini ibadətlə məşğul olduqlarına görə cərimə olunublar. 

“Forum 18” təşkilatı eyni zamanda qeyd edir ki, Dağlıq Qarabağdakı protestant 

icmalarına fevral və aprel ayları ərzində səkkiz dəfə reyd keçirilib. Bu haqda hər 

hansı əlavə məlumat verilməmişdir.   

 

Dini etiqad azadlığına hörmətlə əlaqədar olan irəliləyişlər və müsbət inkişaf   



 

Yerli mətbuatın yaydığı məlumata əsasən 5 oktyabr tarixdə Prezident Əliyev 

Bakının Xətai rayonunda Yəhudi uşaqlar üçün “Xabad-Or-Avner” təhsil 

mərkəzinin açılışında iştirak edib.  

 

Hesabat dövründə hökumət əlavə 175 dini qrupu qeydiyyatdan keçirib.  



 

Bölmə III. Dini etiqad azadlığından istifadəyə təsir edən sosial fəaliyyətin statusu 

 



AZƏRBAYCAN 

13

 



Dini cərəyanlara qoşulma, etiqad və ya ibadətlə məşğul olmaq zəminində sosial 

ayrı-seçkiliyin olması barədə bəzi məlumatlar yayılmışdır. Digər dini etiqadlara 

qoşulan müsəlman vətəndaşlara qarşı geniş yayılmış qərəz və dini təbliğatla 

məşğul olan qruplara, xüsusilə də xristian və digər missioner qruplara qarşı 

düşmənçilik münasibəti formalaşmışdır.  

 

Hesabat dövründə qəzetlərdə “Sələfizm” və Xristian missionerləri tənqid edən 



məqalələr dərc edilmişdir. Ümumiyyətlə cəmiyyətdə əcnəbi (əsasən İran və Sələfi) 

missionerlərin fəaliyyətinə qarşı mənfi əhval ruhiyyə formalaşmışdır, belə ki, 

əksəriyyət bu cür fəaliyyətin siyasi İslamı yaymağa cəhd göstərdiyini və bu yolla 

sabitlik və sülhə təhlükə yaratdığını hesab edirdi. Hökumətin qeyri-qanuni 

fəaliyyətlə məşğul olduğunu iddia etdiyi bəzi müsəlman icmalar mətbuatın 

hədəfinə çevrilmişdir.    

 

Azadlıq Radiosunun 3 sentyabr tarixdə verdiyi məlumata əsasən Azərbaycanın 



Lənkəran rayonundakı Qumbaşı məscidində yanğın baş vermiş və nəticədə bir 

nəfər həyatını itirmiş, biri isə xəsarət almışdır.  

 

Bölmə IV. ABŞ Hökumətinin siyasəti 



 

ABŞ hökuməti özünün ümumilikdə insan hüquqlarının gücləndirilməsi və müdafiə 

edilməsi siyasətinin tərkib hissəsi olaraq hökumətlə dini etiqad azadlığını müzakirə 

edir. Səfirlik əməkdaşları dini etiqad azadlığı məsələlərinə diqqət yetirən QHT-

lərlə sıx əlaqə qurublar. Səfirlik əməkdaşları eyni zamanda müsəlman, xristian və 

yəhudi dini liderləri ilə əlaqəni davam etdiriblər və dini etiqad azadlığının 



monitorinq edilməsi məqsədilə müxtəlif qrupların üzvləri ilə görüşlər keçiriblər.    

 

Yüklə 161,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə