AzKİl azərbaycan kənd investiSİya layiHƏSİ ƏMƏLİyyatlar təLİmati 2-ci CİLD: ƏMƏLİyyat qaydalari



Yüklə 250,4 Kb.
səhifə1/9
tarix01.11.2017
ölçüsü250,4 Kb.
#7776
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9

AzKİL

AZƏRBAYCAN KƏND İNVESTİSİYA LAYİHƏSİ

ƏMƏLİYYATLAR TƏLİMATI

2-ci CİLD: ƏMƏLİYYAT QAYDALARI
İcma Layihə Dövriyyəsinin Mərhələləri

Mündəricat

Giriş 3

İcma Layihə Dövriyyəsinin Mərhələləri 5

Məlumat Yayımı və İcmaların Seçilməsi 6

Məlumat yayımı 6

Məlumat Yayımının Planlaşdırılması 6

İcmalar ehtiyaclarına əsasən sıralandıqdan sonra 10 icmanın adı daxil edilən siyahı Çevik İcma Qiymətləndirməsinin həyata keçirilməsi üçün RƏO tərəfindən Xidmət Təchizatçısına təqdim ediləcəkdir . 8

Çevik İcma Qiymətləndirməsi (ÇİQ) 8

İcmalara ikinci səfər (əgər lazımdırsa) (RƏO, XT, BƏL) 8

Səfərbər Olunacaq İcmalar 10

İcmanın Səfərbər Olunması 11

İLKİN SƏFƏR (1 GÜNLÜK MƏLUMATLANDIRICI GÖRÜŞ) 12

Növbəti Səfər (1 Gün) 14

Səfərbərlik Seminarı 15

Səfərbərliyin Qiymətləndirilməsi və Hesabatlar 19

İcma Layihəsi Təklifləri üzrə Təlim və Hazırlıq 20

İcma Layihəsi Komitəsi və QA-nın Təlimi 20

İcma Layihəsinin Təklifinə Hazırlıq 21

Qeydiyyat, Qiymətləndirmə, Təsdiq və Əməkdaşlıq Sazişi 24

İcma-layihəsi Təkliflərinin Qeydiyyatı və Nəzərdən Keçirilməsi 24

B. İcma Layihəsinin Təsdiq olunması (RQTK) 30

5. İcma Töhfəsi 33



Satınalma və İcra 35

Birinci Ödəniş 35

A. İcma Layihəsi (QA) üçün Podratçıların Tədarük edilməsi 36

İşlərin Maliyyə və Fiziki İnkişafının Monitorinqi (XT) 37

Vəsaitlərin Doldurulması üçün Müraciət 37

Lİ və Q 38



Başa çatma, Təhvil Vermə və Qiymətləndirmə 39

İcma Layihəsinin Başa çatması üzrə Hesabatı Təqdim Etmək (QA, İLK,) 39

Başa çatma və İlkin Təhvil Vermənin Təsdiqi 39

Yekun Təhvil Vermə 40

SON ÖDƏMƏ ÜÇÜN MÜRACİƏT VƏ ONUN HƏYATA KEÇİRİLMƏSİ (QA, İLK) 40

YEKUN İCMA-LAYİHƏSİ SƏNƏDİ (RƏO) 40

B. İştiraklı Monitorinq və Qiymətləndirmənin Həyata Keçirilməsi (İLK) 41




Giriş

Layihənin Həyata Keçirilməsində Məqsəd İcma Layihələri vasitəsilə yaşayış səviyyəsini yaxşılaşdırmaqdan və infrastruktur xidmətlərinə çıxışı artırmaqdan ibarətdir.


İqtisadi və sosial infrastruktur layihələri tələbat əsaslı proseslərlə müəyyənləşdiriləcək və seçiləcək. Maliyyələşdirilən İcma Layihələri yerli iqtisadi və sosial infrastruktura (məs. bazarlar, yollar, məktəblər, xəstəxanalar) çıxışı artıracaq və bu infrastrukturların keyfiyyətinin yaxşılaşdırılması məqsədlərinə xidmət edəcək. Yerli infrastruktura çıxışın yaxşılaşdırılması təsərrüfat işlərində əməliyyat xərclərini azaldacaq, nəticədə isə əldə olan vəsaitlər bazarda iştirakın gücləndirilməsinə və ailə təsərrüfatı gəlirlərinin artırılmasına yönəldiləcək.

Azərbaycanda Kənd İnvestisiya Layihəsi İcma Layihələrinin müəyyən edilməsi, planlaşdırılması, həyata keçirilməsi, istismarı və idarəçiliyi üçün icmalara dəstək verən inkişaf layihəsidir. AzKİL bu mərhələlərin hər birində İcma Layihəsi Komitələrini, Bələdiyyələri və başqa icma nümayəndələrini texniki yardım və təlimlə təmin edir və İcma Layihələrinin müəyyən olunmasında, həyata keçirilməsində, istismarında və dayanıqlı şəkildə idarə edilməsində və məqsədə nail olmaq mərhələlərində sözügedən qrupların bacarıqlarının artırılmasına xidmət edir. AzKİL-in ümumi məqsədi yaşayış səviyyəsinin yaxşılaşması və infrastruktura çıxışın artırılması ilə nəticələnəcək icma layihələrinin həyata keçirilməsində kənd icmalarına yardım etməkdən ibarətdir. Göstərilən məqsədlərə nail olmaq üçün Bacarıqların Artırılması əsas vasitələrdən biridir.


Bu nöqteyi-nəzərdən AzKİL müvafiq icmaların təşkilati imkanlarının və layihənin həyata keçirilməsində onların bacarıqlarının artırılması üçün müvafiq texniki yardım xidmətini təmin edir.
AzKİL Layihəsinin icmalardan istəyi aşağıdakılardır:


  • İcma Layihəsinin bütün mərhələlərində fəal iştirak etmək

  • İcma Layihələrini müəyyən etmək, layihələrin içindən ən vacib olanı seçmək və razılıq əldə etmək

  • İcma Layihəsi Komitəsi üçün nümayəndələri seçmək

  • İcma Layihəsi təklifini müvafiq plan, spesifikasiya və təsnifatlı büdcə ilə birlikdə hazırlamaq və icmanın razılığını əldə etmək

  • İcma layihəsini həyata keçirib istismar edəcək leqal qurumu seçmək və ya yaratmaq

  • İcma layihəsini həyata keçirmək və lazım olan materialları almaq, təchiz etmək və ya podratçıların tender əməliyyatını idarə etmək

  • İcma Layihəsinin həyata keçirilməsi üçün həm-maliyyələşdirmə (icma töhfəsi) məsələsini həll etmək

  • AzKİL-in əməliyyat qaydalarına riayət etmək və İcma Layihələrini müvafiq şəkildə həyata keçirmək

  • Təşkilati bacarıqların inkişafı üçün keçirilən təlimlərdə iştirak etməklə lazımi bilikləri əldə etmək və layihənin məsuliyyətli sahibinə çevrilmək.

İcma Layihə Dövriyyəsi məlumat-yayımı kompaniyasından başlayaraq İcma Layihələrinin təhvil verilməsi və qiymətləndirilməsinə qədər müxtəlif fəaliyyətlərdən ibarətdir. Bununla belə Layihə Dövriyyəsinin bütün fəaliyyətlərini birləşdirən bir xətt vardır ki, bu da – icmanın İcma Layihələrinin həyata keçirilməsinə cəlb edilməsi və monitorinq və qiymətləndirmə proseduralarında iştirak etməsi ilə gördüyü işləri dəyərləndirməsidir. İcma yönümlü inkişafa nail olmaq üçün icmaların fəal və kompleks iştirakına ehtiyac vardır.


İcma Layihə Dövriyyəsinin Mərhələləri

İcma Layihə Dövriyyəsi Azərbaycan Kənd İnvestisiya Layihəsinin əsasını təşkil edir. İcma Layihə Dövriyyəsi layihə haqqında məlumatların yerli icra hakimiyyətləri və icmalara ötürülməsindən başlayır və icmaların səfərbər edilməsi, İcma Layihələrinin seçilməsi, təlim və nəhayət İcma Layihələrinin həyata keçirilməsi ilə davam edir. Bununla belə Layihə Dövriyyəsinin bütün fəaliyyətlərini birləşdirən amil vardır ki, bu da – icmanın İcma Layihələrinin həyata keçirilməsinə cəlb edilməsi və monitorinq və qiymətləndirmə prosedurlarında iştirak etməsi ilə gördüyü işləri dəyərləndirməsidir.


İcma Layihə Dövriyyəsinin mərhələləri aşağıdakılardır:



  1. Məlumat Yayımı və İcmaların Seçilməsi

Azərbaycan Kənd İnvestisiya Layihəsi barədə yerli idarəetmə orqanlarına və icmalara məlumat vermək və eyni zamanda perspektivli icmalar barəsində məlumat almaq.


  1. İcmaların Səfərbər edilməsi

Ən vacib ehtiyacların müəyyən edilməsi və İcma Layihəsinin müvafiq qaydada həyata keçirilməsi üçün icmaların bacarıqlarının artırılması.
3. Təlim və İcma Layihəsi Təkliflərinin Hazırlanması

İdarəetmə; layihənin hazırlanması, layihənin həyata keçirilməsi üçün Rayon icra hakimiyyətindən icazə sənədlərinin alınması, xidmətlərin tədarükü, ümumi istismar və layihənin davamlığı üçün icmaların texniki yardımla təmin edilməsi.


4. Qeydiyyat, Qiymətləndirmə, Təsdiq və Müqavilənin Bağlanması

Regional Əməliyyatlar Ofisində təklifin qeydiyyatdan keçirilməsi, ofisdə və sahədə qiymətləndirmənin aparılması, Qrantların Təsdiqi üzrə Regional Komissiyanın təsdiqi və Layihə İdarəetmə Qrupu ilə əməkdaşlıq sazişinin bağlanması.




  1. Tədarük və İcra

Podratçının seçilməsi və ya əgər icma tikinti işini özü həyata keçirirsə, materialların alınması və təchiz edilməsi üçün tender əməliyyatı


  1. Başa çatma, Təhvil vermə və Qiymətləndirmə

Layihənin başa çatması və onun icra zamanı öyrənilmiş dərslərlə birlikdə qiymətləndirilməsi və icmalara təhvil verilməsi.
Hər bir mərhələ üzrə fəaliyyətləri təfsilatlı şəkildə əks etdirən, ətraflı və məzmunlu şəkildə hazırlanmış “İstinad üçün Təlimatlar” sənədi AzKİL Əməliyyatlar Təlimatı 3-cü Cilddə verilmişdir.

Mərhələ 1



Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə