AzmiU-nun əməkdaşları Koreyada təqaüd proqramında iştirak etmişlər



Yüklə 45,38 Kb.
tarix08.11.2018
ölçüsü45,38 Kb.
#79430


AZMİU-nun əməkdaşları Koreyada təqaüd proqramında iştirak etmişlər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 10 nəfər əməkdaşı 23 noyabrdan 06 dekabr 2014-cü ilədək “Ekologiya və Su Təsərrüfatı üzrə Potensialın Gücləndirilməsi” proqramı ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin təşkilatçılığı ilə Cənubi Koreyanın Seul şəhərində keçirilən seminarlarda iştirak etmişlər. Keçirilən seminarlar aşağıdakı mövzuları əhatə etmişdir: Davamlı inkişafın strategiyası, Koreya Respublikasının ekoloji siyasəti, Su ehtiyatlarının idarə olunması, Tikinti və layihələndirmə, yerüstü suların təmizlənməsi, Təmiz və təhlükəsiz içməli su, Koreyada tullantıların işlənməsi, Sənaye tullantılarının regenerasiyası. Aparılmış seminarlara uyğun ekskursiyalar təşkil olunmuşdur. Bu ekskursiyalar suyun təmizlənməsi mərkəzində, səma parkı, ətraf mühitin mühafizəsi və su resursları institutunda, yerüstü suların təmizlənməsi mərkəzində, Bərk tullantıların emalı poliqonunda keçirilmişdir. Eyni zamanda bizim müəllimləri seminar və ekskursiyalardan sonra Qenbokqun sarayını, Hamsan televiziya qülləsinə səyahətə Koreya mədəniyyətini təmsil edən Koreya zərb musiqi alətləri tamaşasını aparmışlar.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin keçirdiyi bu proqram çox məzmunlu və əhatəli təşkil olunmuşdur. 26.11.2014-cü il tarixində isə Azərbaycan və onun su ehtiyatları mövzusunda professor M.Hacıyev tərəfindən məruzə edilmişdir. 4 dekabr 2014-cü il tarixində isə dos. L.Məmmədova tərəfindən “Azərbaycanda ətraf mühit və su ehtiyatlarının idarə olunması” mövzusunda prezentasiya keçirilmişdir. Əməkdaşlıq Agentliyinin mütəxəssisləri bu çıxışı yüksək qiymətləndirməklə prezentasiyadan çox razı qaldıqlarını bildirmişlər. Leyla xanım Məmmədova çıxışının sonunda nümayəndə heyətinin adından hazırlanmış aşağıdakı təklifləri söyləmişdir:



  • Respublikamızda klimatik dəyişikliklərin təsiri nəzərə alınmaqla layihələrin həllini beynəlxalq təcrübəyə uyğunlaşdırmaq və ekoloji problemlərin həlli üçün ekoloji siyasətin formalaşdırmaq;

  • Koreya Respublikasının su ehtiyatlarının idarə olunması haqqında iş təcrübəsini Azərbaycandakı layihələrdə nəzərə alınsın və Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC ilə Koreya Respublikası mütəxəssisləri arasında əməkdaşlıq genişləndirilsin;

Yüklə 45,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə