Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 469,24 Kb.

səhifə1/62
tarix08.07.2018
ölçüsü469,24 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   62


Sədrəddin Hüseyn
BAKI-2015
AZƏRBAYCAN MƏRSİYƏ 
ƏDƏBİYYATI və             
ƏBÜLHƏSƏN RACİNİN 
POETİK DÜNYASI
AZƏRBAYCAN MƏRSİYƏ 
ƏDƏBİYYATI və             
ƏBÜLHƏSƏN RACİNİN 
POETİK DÜNYASI


Sədrəddin Bayram oğlu Hüseyn 
 
 
 
 
 
 
AZƏRBAYCAN MƏRSİYƏ 
ƏDƏBİYYATI  
və              
ƏBÜLHƏSƏN RACİNİN                      
POETİK DÜNYASI 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2016 


 
 
AZƏRBAYCAN MƏRSİYƏ ƏDƏBİYYATI VƏ              
ƏBÜLHƏSƏN RACİNİN POETİK DÜNYASI  
MÜƏLLİF: 
Sədrəddin Bayram oğlu Hüseyn 
f.ü.f.d. 
Qafqaz Universiteti
 
ELMİ REDAKTOR: 
Teymur Əhmədov 
Professor, f.e.d. 
“Respublika” qəzetinin baş redaktoru 
RƏYÇİLƏR: 
Alxan Bayram oğlu Məmmədov 
Professor, f.e.d. 
Almaz Əli qızı Məmmədov 
Professor, f.e.d. 
Emin Famil oğlu Ağayev 
Dosent, f.ü.f.d.
  
 
DİZAYN: 
İlham Əliyev 
 
 
© S.B. Hüseyn, Bakı, 201

© Qafqaz Universiteti, Bakı, 201

 
 
Ekoprint Çap Evi 
Bakı-Elmlər, Az1000 Bakı, Azərbaycan 
 
 
BAKI-2016
 


 
 
MÜNDƏRİCAT 
ÖNSÖZ  

GİRİŞ  
11 
I FƏSİL.  Ümumi məsələlər  
19          
1.1.  Ə.Racinin  həyatı, mühiti və dünyagörüşü  
19 
1.2.  Ə.Raci poeziyasının tədqiqi,                                             
Ə.Racinin sələf-xələf münasibətində yeri  
53 
II FƏSİL.  Əbülhəsən  Racinin  lirikası  
65 
2.1.  Ə.Raci lirikasında məhəbbət  mövzusu  
65 
2.2. Ə.Racinin lirikasında ictimai motivlər  
85 
2.3. Ə.Racinin dini-fəlsəfi  şeirləri  
115 
III FƏSİL. Əbülhəsən Raci  poeziyasının                           
sənətkarlıq xüsusiyyətləri  
171 
NƏTİCƏ  
191 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT  
195 
 


 
 
MÜƏLLİF HAQQINDA 
Sədrəddin Bayram oğlu Hüseyin uzun illərdi Respublika mət-
buatında elmi, bədii, publisistik yazılarla çıxış edir. Bu onun sayca 
altıncı kitabıdır. “İmla məcmuəsi” -metodik vəsaiti -2001, “Əbül-
həsən Racinin yaradıcılıq yolu” monoqrafiyası -2004, “Yeniyetmə-
lik dövrünün yol xəritəsi” -2007 , “Gəncliyin yol rəhbəri”  adlı tər-
cümə  əsərləri  -2009,  “Əbdülün  macəraları”  adlı  əxlaqi-didaktik 
romanı  2013-cü  ildə  işıq  üzü  görmüşdür.  “Azərbaycan  mərsiyə 
ədəbiyyatı və Əbulhəsən Racinin poetik dünyası” adlı monoqrafi-
yada  isə  ədəbiyyatımızdakı  mərsiyə  mövzusu  əhatəli  şəkildə 
işlənmiş, Razinin obrazı həm mərsiyəxan, həm də lirik şair kimi 
canlandırılmışdır. S. Hüseyn qırx ilə yaxındır orta və ali məktəblər-
də pedaqoji fəaliyyət göstərir. Respublikanın qabaqcıl təhsil işçisidir. 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 

ÖN SÖZ
 
XIX əsrdə Rusiya-İran istilaçıları tərəfindən parçalanmış qə-
dim Azərbaycanın cənub bölgəsində şovinist fars əsarətində ya-
şayan xalq məhrumiyyətlərə, təqib və təzyiqlərə baxmayaraq öz 
mənəvi dəyərlərini: dilini, mədəniyyətini, adət-ənənəsini qoruyub 
saxlamış, inkişaf etdirmişdir. Feodal cəmiyyətində dini-mövhu-
matın hökm sürdüyü ictimai mühitdə Ahi, Mirzə Həbib Qüdsi, 
Pürğəm, Qumri, Dəxil, Dilsuz, Raci kimi şairlər klassik şeir üslubun-
da yazdıqları əsərlərdə toxunduqları mövzulardan asılı olmaya-
raq, dövrün ab-havasını, insanların ağır həyat tərzini, dini dünya-
görüşünü, nisgilli ümid və arzularını da əks etdirirdi. O dövrdə 
mərsiyə ədəbiyyatının yaradıcıları arasında Hacı Əbülhəsən Raci 
öz dəsti-xətti ilə seçilən qüdrətli sənətkar kimi tanınırdı. Buna bax-
mayaraq, təxminən 150 ilə yaxın müddət ərzində öz müasirləri 
kimi Hacı Əbülhəsən Racinin ədəbi irsi də tədqiq olunmamış, keç-
miş zamanın kəsif dumanında sanki unudulmuşdur.  
Racinin bəzi müasirləri, o cümlədən Seyid Əzim Şirvani, ədə-
biyyatşünas Firidun bəy Köçərli, alim və şair Ələkbər Dexuda, ədə-
biyyatşünas Məhəmmədəli Tərbiyət şairin həyatı və yaradıcılığı 
barədə yığcam məlumat verməklə kifayətlənmişlər.  
Sovet dövründə isə məhərrəmlik təziyədarlığı və onunla əla-
qədar  yaranan  mərsiyə  ədəbiyyatı  ədəbi-tənqidi  fikirdən  sərf-
nəzər edilmiş, Azərbaycan xalqının ruhuna, sovet ideologiyasına 
yabançı hesab edildiyindən öyrənilməmişdir. Mərsiyə yazan şa-
irlərin əksəriyyətinə, eləcə də Raci yaradıcılığına birtərəfli yana-
şılmışdır. Halbuki Mirzə İbrahimovun dediyi kimi, XIX əsr ədəbi-
ictimai fikrində “anlaşılmaz və qəribə” görünsə də, ziddiyyətli gö-
rüşlərin müşahidə olunması, o zamanın ictimai həyatın bulanıq 
vəziyyəti,  mövhumatın  qatı  dumanının  nəticəsi  idi.  Abbasqulu 
ağa Bakıxanov, Seyid Əzim Şirvani, Dəxil, Qumri, Ləli, Raci kimi 
dinə bağlı şairlər mərsiyə yazsalar da, “dar təəssübkeşliyi pislə-
yən, fanatik görüşlərin əleyhinə olan və bütün bunları xalqın tə-




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə