•œAzÉŽrbaycanâ•š



Yüklə 36,23 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü36,23 Kb.
#50301


“Azərbaycan”.-2012.- 18 oktyabr.- № 234.-S.1.

Müstəqilliyimiz dönməzdir, əbədidir...

 

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib

 

Ulu öndər Heydər Əliyevin dilindən səslənən bu fikir az keçmədi ki, kəlama, şüara, sloqana çevrildi. 

Bir  xalqın,  bir  millətin  azadlıq  uğrunda  mücadiləsinin  məntiqi  nəticəsi,  başladığı,  dirəniş  göstərdiyi,

zaman-zaman büdrədiyi, lakin heç vəchlə yorğunluğundan usanmadığı mübarək bir yolun son ünvanı... Müstəqillik!

Müstəqilliyin bir xalqa verəcəyi nələr ola bilərdi?

Gerçək  və  əyani  cavab  istər  sosiomədəni,  istər  geosiyasi,  istərsə  də  iqtisadi  müstəvidə  qazandığı  müstəsna

nailiyyətlərlə günümüzün Azərbaycanıdır.  Məhz müstəqillik amili Xəzərə sığınmış, iki qitənin qovuşuğunda qərar

tutmuş, "Yönü  Şərqə  olsa  da  yolu  Qərbə"  olan  bir  ölkəni  sivil,  bəşəri  dəyərlərə  sadiq  dünya  dövlətinə  çevirməyi

bacardı.


Azərbaycan  o  nadir  ölkələrdəndir  ki,  bir  əsrdə  iki  dəfə  dövlət  müstəqilliyini  elan  etməyi  bacardı.  1918-ci  il

mayın  28-də  Azərbaycan  Milli  Şurası  İstiqlal  Bəyannaməsi  qəbul  edərək  tam  dövlət  hakimiyyətinə  malik

Azərbaycan  Respublikasının yarandığını bəyan  etdi.  Müsəlman  Şərqinin  ilk  cümhuriyyəti  bir  çox  xarici  dövlətlər

tərəfindən  tanındı,  müstəqil  dövlətin  təsisatları  yarandı.  Təəssüflər  olsun  ki,  bu  müstəqillik  tarixinin  ömrü  çox

çəkmədi.  Bolşeviklər  tərəfindən  yönəldilən  RSFSR  1920-ci  il  aprelin  27-28-də  cənub  sərhədlərində  fidan  kimi

dirçələrək ətrafına azadlıq nəğməsinin təranələrini yayan Azərbaycanın müstəqilliyini qanla boğdu.

Çar Rusiyasının 1806-1828-ci illərdəki ilhaq siyasəti bu dəfə bir başqa ampluada -  kommunist ideologiyasının

milli  məni  inkar  edən  idbar  baxışlar  sistemi  şəklində  həyata  keçirildi.  Amma  bu  "siyasi  izdivac"  Azərbaycan

xalqının azadlıq ideallarını, müstəqillik çırpıntılarını susdura bilmədi. Zatən, ideoloji zülüm, milli-etnik dəyərlərin,

mənəvi-əxlaqi ülgülərin aşınması üzərində qurulan bir tifaq dağılmağa məhkum idi. 

İttifaq respublikalarında getdikcə daha geniş və real konturlar alan milli-azadlıq mübarizəsi tarixin bütün inkişaf

qanunauyğunluqlarının ziddinə 70 il duruş gətirmiş çürük bir sistemi kökündən aşırdı.

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal

Bəyannaməsinə,  Azərbaycan  Respublikasının  demokratik  prinsiplərinin  və  ənənələrinin  varisliyinə  əsaslanaraq,

eləcə  də  "Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpası  haqqında"  Azərbaycan  Respublikası  Ali

Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət

müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Qarşıda xalqımızı müstəqillik və demokratiyaya dəvət edən bir

yol vardı. Lakin bu yolla getməyə Azərbaycanda taqət qalmamışdı.

Hələ  ötən  əsrin  80-ci  illərinin  sonlarından  Ə.Vəzirov,  A.Mütəllibov,  nəhayət,  "cəbhə  hakimiyyəti"

Azərbaycanda  ictimai-siyasi  vəziyyəti  mürəkkəbləşdirərək  kritik  həddə  çatdırmışdılar.  1988-ci  ildə  milli-azadlıq

mübarizəsinin  dalğasında  hamımız  meydanlara  daşındıq,  qışın  soyuq  gecələrində  çatdığımız  tonqalların  ocağını

sönməyə  qoymadıq,  sovetin  zəhmli  tanklarını  əzmimizlə,  qətiyyətimizlə,  azadlıq  eşqimizin  şövqü  ilə  ram  etdik.

Lakin  təəssüflər  ki,  sovet-kommunist  istibdadının  əlindən  dartıb  aldığımız  milli  istiqlaliyyətimizin  şirin

meyvələrindən  doyunca  tamsına  bilmədik.  1992-ci  ilin  mayında  xalqın  milli  azadlıq  və  suverenlik  çağırışlarının

qanadında  hakimiyyəti  qəsb  etmiş  AXC-Müsavat  fraksiyası  olduğu  kimi  göründüyünü  ortaya  qoydu.  Bir  illik

mənhus hakimiyyət Azərbaycan adlı coğrafiyada bəşəri, əxlaqi dəyərləri, dövlətçilik ənənələri, idarəetmə vərdişləri,

daxili və xarici siyasət adına nə varsa, hamısının necə tənəzzül etdiyini, süquta uğradığını ortaya qoydu.

Yanlış kadr siyasəti, daxili didişmələrin hobbiyə çevriləcək dərəcədə intensivliyi, dünənki "çayxana elitası"nın

bu  gün  mənsəb  uğrunda  güzəştsiz  mübarizəsi,  idarəetmə  təcrübəsinin  olmaması,  iqtisadiyyatın  aparıcı sahələrinə

kadrların  peşəkarlıq,  bacarıq  və  təcrübə  prizmasından  deyil,  şəxsi  sədaqət  prinsipi  müstəvisindən  təyin  edilməsi,

ictimai-siyasi  ab-havanın  getdikcə  daha  da  çirklənməsi  Ermənistanla  müharibədə  torpaqlarımızın  təcavüzkar

tərəfindən qəsb edilməsini səbəbləndirirdi.

Hakimiyyətə  zor  və  silah  yolu  ilə  gəlmiş  bir  komanda  özünün  yarıtmaz,  səriştəsiz  və  cinayətkar  fəaliyyəti  ilə

1993-cü ildə ölkəni parçalanıb məhv olmaq təhlükəsinə məhkum etmişdi.

Azərbaycan  əldə  etdiyi  deklarativ  müstəqilliyi  həqiqi  müstəqilliyə  çevirə,  bu  müstəqilliyi  qoruyub  inkişaf

elətdirə,  nəhayət,  bu  müstəqillik  idealları  üzərində  bütöv  bir  azərbaycançılıq  ideologiyasını  ucalda  biləcək  bir

liderə, xilaskara möhtac idi. 

1987-1991-ci  illərdə  Heydər  Əliyevi  milli  dövlətçiliyimizin  taleyi  çox  ciddi  narahat  edirdi.  O,  artıq  öz  siyasi

seçimini  etmiş  və  Azərbaycanın müstəqilliyi  uğrunda  qətiyyətli  mübarizəyə  başlamışdı.  Onun  Naxçıvanda  həyata

keçirdiyi  siyasət  sayəsində  Azərbaycanın  bu  qədim  diyarında  Azərbaycan  Demokratik  Respublikasının  dövlət

atributları bərpa olunmuş, muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarılmış, 20 Yanvar hadisələrinə

siyasi  qiymət  verilmişdi.  Azərbaycanda  milli   dövlətçiliyin  təşəkkülünün  əsas  ideya  və  istiqamətləri  barədə  ən

taleyüklü fikirlərini Heydər Əliyev 1992-ci ildə  yaratdığı Yeni  Azərbaycan  Partiyasının siyasi  platformasında əks

etdirdi. Həmin ağır günlərdə ölkənin girdabına sürükləndiyi vəziyyət məhz onun bu məsələlərə müdaxilə etməsini

tələb edirdi.



Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya döndü. Bu dönüş tarixin sosial sifarişi idi.

Bu dönüş xalqın istəyi ilə hasil oldu. O böyük şəxsiyyət gəlişi ilə Azərbaycanın boğazında kilidlənib onu uçuruma

sürüyən  təhlükələri  dəf  etdi,  insanların  nigarançılıqla  vuran  qəlbinə  bir  inam  və  rahatlıq  toxumu  səpdi.  Ölkənin

həqiqi müstəqilliyinin sayğacı hesabını açdı.

Həmin  illərdə  üzünü  Azərbaycan  dövlətçiliyini  dağıtmaq  istəyənlərə  tutan  ulu  öndər  deyirdi:  "Mən

Azərbaycanın  müstəqilliyini  Azərbaycan  xalqı  üçün  böyük  nailiyyət  hesab  etmişəm  və  bu  müstəqilliyin  əldə

olunmasına  xidmət  etmişəm.  Bundan  sonra  ömrümün  qalan  hissəsini  də  Azərbaycanın  müstəqilliyinin

möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm".

1991-ci  ilin  oktyabr  tarixli  müstəqillik  haqqında  Konstitusiya  Aktı  Azərbaycana  bu  müstəqilliyin  "şirin

meyvələri"ni dadızdıra bilmədi. Hüquqi akt hələ reallıq deyildi. Ona görə də təsadüfi deyil ki, Azərbaycanın həqiqi

müstəqillik tarixi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi tarixlə hesablanır.

1993-cü ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının

ikinci ildönümü münasibətilə xalqı təbrik edən ölkə Prezidenti deyirdi: "Azərbaycan xalqının əsrlər boyu qəlbində

olan,  həsrət  çəkdiyi  günlər  gəlib  çatmışdır.  Azərbaycan  xalqı  öz  müstəqilliyinə  nail  olmuşdur.  Müstəqilliyi  əldə

etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə

saxlamaq,  onu  möhkəmləndirmək,  dövlətin  tam  müstəqilliyinə  nail  olmaq  və  bütün  vətəndaşlara  müstəqil  dövlət

şəraitində  layiqli  həyat  tərzi  təmin  etmək  daha  çətindir.  Bunun  üçün  biz  çox  iş  görməliyik.  Qarşımızda  böyük

vəzifələr  durur.  Bu  vəzifələri  həm  Azərbaycanın  dövlət  orqanları,  həm  hökumət,  həm  respublikanın  mövcud

siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır.

Ona görə də mən bu əlamətdar gündə, bizim üçün böyük bayram günündə Azərbaycan xalqına, respublikamızın

bütün vətəndaşlarına  müraciət  edirəm, Azərbaycan Respublikasının ictimai-siyasi  xadimlərinə,  ziyalılarına,  dövlət

orqanlarında vəzifə daşıyan şəxslərə, hər bir vətəndaşa müraciət edirəm və hər bir kəsi Azərbaycan Respublikasının

müstəqilliyini möhkəmləndirmək üçün, bu müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət edirəm".

Heydər  Əliyev  bəhrələrindən  əməli  şəkildə  barındığımız  müstəqil  Azərbaycan  dövlətçiliyinin,  bazar

münasibətlərinə  əsaslanan  yeni  tipli  iqtisadiyyatın  nəzəri-konseptual  inkişaf  konsepsiyasını yaratdı.  Məhz  Heydər

Əliyev xalqın istək və arzularını onun dövlətçilik ənənələri, milli maraq və mənafeləri üzərində kökləyə, bu qüdrətli

və  təbii  qaynaqdan  düzgün  istifadə  etməklə  dilindən,  dinindən  və  milliyyətindən  asılı  olmayaraq  Azərbaycan

ərazisində yaşayan bütün insanların həyati maraqlarını vahid məqsəd - dövlətçilik ideyası ətrafında birləşdirə bildi.

Məhz  Heydər  Əliyev  yeni  neft  strategiyasının  nəticəsi  kimi  təzahür  edən  "Əsrin  müqaviləsi"ni  imzalamaqla

Azərbaycanın  dünya  iqtisadi  sistemindəki  yerini  müəyyənləşdirdi.  Bazar  münasibətlərinə  əsaslanan  iqtisadi

islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının

yaradılması  və  hüquqi  vəsilələrin  işə  salınması  ölkə  iqtisadiyyatına  xarici  sərmayələrin  axınını  reallaşdırdı.

Qeyri-neft  bölməsi  sürətlə  inkişaf  etməyə  başladı.  Özəlləşdirmə  proqramı  həyata  keçirildi.  Ümumdünya  iqtisadi

məkanına  qətiyyətlə  inteqrasiya  edən  ölkə  xammal   ixracatçısından  istehsal  sənayesini  qüdrətləndirən  və  əmtəə

ixrac edən əlverişli tərəfdaşa çevrildi. Ölkədə aqrar islahatları aparıldı, torpaq kəndlilərin mülkiyyətinə verildi.

Azərbaycan xalqının ən böyük maddi sərvəti  olan nefti geosiyasətin malı etməyi Heydər Əliyev bacardı.  Artıq

Cənubi Qafqaz bölgəsi və Xəzər hövzəsi dünyanın super güc mərkəzlərinin iqtisadi və siyasi maraqlarının kəsişdiyi

bir siyasi coğrafiyaya çevrilmişdir.

Ümummilli  lider  Heydər  Əliyev  Azərbaycan  dövlətinin  gələcək  inkişaf  yollarını müəyyənləşdirdi:  bu,  Qərblə

inteqrasiya, demokratik inkişaf və hüquqi dövlət quruculuğu yolu idi, azərbaycançılıq və vətəndaş həmrəyliyi yolu

idi.  Ölkə  başçısı nəinki  bu  məsələləri  nəzəri  şəkildə  təklif  etmiş, onların  həllinin  konseptual  düsturlarını və  milli

dövlət mənafeləri ilə maksimum uzlaşan praktiki modellərini də ortaya qoymuşdu.

Dövlət idarəçiliyində belə bir konseptual xətt ulu öndərin xeyir-duası ilə böyük siyasətə qədəm qoyub 2003 və

2008-ci  illər  prezident  seçkilərində  iştirak  edərək  xalqın  mütləq  əksəriyyətinin  səsini  qazanıb  prezident  seçilmiş

İlham  Əliyevin  fəaliyyətində  də  özünü  qabarıq  göstərir.  Bu  günün  nəfəsliyindən  geridə  qoyduğumuz  9  ilin

nəticələrinə  nəzər  saldıqda  diqqəti  cəlb  edən  əsas  məqam  da  ölkədə  həyata  keçirilən  bütün  miqyaslı  işlərin,

çoxcəhətli  fəaliyyətin  əsas  məqsədinin,  aparıcı  leytmotivinin  Azərbaycanın  müstəqilliyi  və  bu  müstəqilliyin

möhkəmləndirilməsi faktıdır.

Cənab  İlham  Əliyevin  ilk  bəyanatı  ondan  ibarət  olmuşdu  ki,  Azərbaycan  indiyədək  getdiyi  yolu  davam

etdirəcək, Heydər Əliyev kursu dönmədən həyata keçiriləcəkdir. Heydər Əliyev siyasi kursu nə deməkdir? 1993-cü

ildən başlayan bu kurs  Azərbaycanda  hüquqi,  demokratik  dövlət  quruculuğu prosesinin  başa  çatdırılması, iqtisadi

islahatların həyata keçirilməsi və Azərbaycanın dinamik inkişafa xas olan iqtisadi bazasının yaradılması demək idi.

Ölkədə siyasi plüralizm, demokratik və vətəndaş cəmiyyətinin bərqərar olması idi. Azərbaycanın beynəlxalq aləmə

inteqrasiyası  və  beynəlxalq  hüquq  normaları  ilə  tənzimlənən  sivil  dünya  siyasətinə  inteqrasiya  etməsi  və  bu

məkanda özünə layiq yer tutması idi. Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edən və əsası ümummilli

lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının reallaşması idi.

Sosialyönümlü  siyasət  yeridən  Prezident  İlham  Əliyev  ötən  illər  ərzində  qəbul  etdiyi  fundamental  qərarlar,

imzaladığı  sərəncamlarla  daim  xalqın  mənafeyindən  çıxış  etdiyini,  verdiyi  vədlərin  sırf  əməli  fəaliyyətə,

praqmatizmə söykəndiyini sərgilədi. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların

aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı,




yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv

nəticələrə hesablanmış cəsarətli addımlar atdı. Və məhz bu cür rasional addımların nəticəsidir ki, bu gün müstəqil

Azərbaycanın  səsi  nüfuzlu  beynəlxalq  kürsülərdən  gəlir,  balanslaşdırılmış  xarici  siyasət  real  dividendlərini  verir,

ölkə Avropanın enerji təhlükəsizliyi sistemində həlledici rola malikdir. İqtisadi qüdrətimiz respublikanı sərmayədar

ölkədən fəal sərmayəçi ölkəyə, regionda əsas söz sahibinə çevirmişdir.

 

Xalid Niyazov



Yüklə 36,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə