Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə1/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
  1   2   3   4   5   6   7   8   9   ...   135


AZƏRBAYCAN 

FOLKLORU 

ANTOLOGIYASI 

 

 

 

 



 

NAXÇIVAN 

FOLKLORU 



 

 

 

 

 

Naxçıvan 2009

 


 

 



Azərbaycan MEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 

qərarı ilə çap olunur. 

 

 

Baş məsləhətçi: 



Vasif  TALIBOV 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

 

 

Rəyçilər: I.Həbibbəyli, AMEA-nın həqiqi üzvü 



  

     I.Hacıyev, AMEA-nın həqiqi üzvü 

 

Tərtib edənlər: Məhərrəm Cəfərli, 



  

 

   Rafiq Babayev. 

 

Redaktoru: filol.e.d., prof. M.Cəfərli. 

Dialektoloji sözlüyü hazırlayan: Ə.A. Quliyev 

AMEA-nın müxbir üzvü 

 

 

Naxçıvan folkloru antologiyası. I cild. 



 

 

 



Naxçıvan MR Ali  Məclisi  Sədrinin  sərəncamına  əsasən 

Azərbaycan  MEA  Naxçıvan  Bölməsi  Incəsənət,  Dil  və 

Ədəbiyyat  Institutu  Folklorşünaslıq  şöbəsinin  hazırladığı 

"Naxçıvan  folkloru  antologiyası"nın  birinci  cildinə  ən  qədim 

yaşayış  məskənlərindən  və  sivilizasiya  mərkəzlərindən  olan 

Naxçıvan  bölgəsindən  toplanmış  folklor  nümunələrinin  bir 

qismi daxil edilmişdir. 

 

 



 


 

 



Naxçıvan folkloru antologiyası, 2009 

 

 



 

 

 

 

 

 

 

 

 

"Azərbaycanın, onun xalqının tarixini, mədəniyyətini, 

keçmişini  dürüst,  əsaslı  şəkildə  sübut  edən  hər  bir  əsər 

bəyəniləcəkdir." 

 

"Əgər 

bizim 

millətimizin 

keçmişini, 

tarixini, 

mədəniyyətini, onun mənliyini bizim alimlərimiz, ziyalılarımız 

tədqiq  etməsələr,  xalqımıza,  dünyaya  göstərməsələr,  sübut 

etməsələr, bəs bunu kim edəcəkdir?" 

 

  

 

 

 

 

 

 

      

 

                                                           Heydər Əliyev 

  

 

 

 

           Ümummilli lider. 

 



 

 



NAXÇIVAN MUXTAR RESPUBLIKASI ALI MƏCLISI 

SƏDRININ 

 

S Ə R Ə N C A M I 

 

Naxçıvan Muxtar Respublikasında 

Xalq yaradıcılığı günlərinin 

keçirilməsi haqqında 

 

Hər  bir  xalqın  tarixində  xalq  yaradıcılığı  onun  milli  – 

mənəvi  dəyərlərinin  və  dünyagörüşünün,  təşəbbüskarlıq  və 

novatorluğunun təzahür formalarından biridir. Tarixi – mədəni 

və  bədii  irsimizin  daşıyıcısı  olan  Azərbaycan  xalq  yaradıcılığı 

əsrlər boyu formalaşaraq və inkişaf edərək günümüzədək gəlib 

çatmışdır. 

Azərbaycanın  qədim  Naxçıvan  torpağında  yayılmış  el 

sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni 

inkişaf  dövrünü  əhatə  edir.  Qədim  sivilizasiyaya  və  müasir 

mədəni  inkişaфa  layiqli  töhfə  olan  bu  yaradıcılıq  nümunələri 

xalqımıza  xas  milli  xüsusiyyətləri  və  xarakteri,  adət  – 

ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir 

dövrdə parlaq şəkildə nümayiş etdirir. 

Xalq  yaradıcılığımız  öz  kökünü  ən  qədim  dövrlərdən 

götürür.  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  aparılmış 

arxeoloji  qazıntılar  xalq  yaradıcılığının  mühüm  qolu  olan  el 

sənətkarlığının  5  –7  min  illik  inkişaf  dövrü  keçdiyini  sübuta 

yetirir.  Qədim  xalq  sənəti  sahələri  olan  dulusçuluq  və 

daşişləmə  Neolit,  metalişləmə  isə  Eneolit  dövründən  məlum 

idi.  Naxçıvanda  əkinçiliyin  və  maldarlığın  intensiv  inkişafı 

sənətkarlığın  da  inkişafına  təsir  göstərmiş,  mədəni  tələbatın 

artması  müxtəlif  bəzək  əşyalarının  düzəldilməsi,  hətta  əmək 

alətlərinin,  məişət  avadanlıqlarının,  silahların  müəyyən 

hissələrinin 

gözəl 


bədii 

tərtibatla 

hazırlanması 

ilə 


nəticələnmişdir.  Naxçıvan  Muxtar  Respublikasının  indiki  və 


 

 



tarixi  ərazilərində  yaşamış  əcdadlarımızın  sosial  həyat  tərzi, 

dini – ideoloji baxışları, inamları və adət – ənənələri bu dövrün 

sənətkarlığında öz əksini tapmışdır. 

Qədim  xalq  sənətkarlığının  mühüm  sahələrindən  olan 

dulusçuluq  Naxçıvan  ərazisində  eradan  əvvəl  7–  ci  –  6–  cı 

minilliklərdə  yaranmış,  Eneolit  dövründən  başlayaraq  dulus 

çarxlarında gil qab hazırlanması və xüsusi kürələrdə bişirilməsi 

geniş yayılmışıdr. 

Naxçıvan,  eyni  zamanda  dünyanın  ilk  metalişləmə 

ocaqlarından  biri  olmuşdur.  I  Kültəpənin  ən  qədim  mədəni 

təbəqəsindən  müxtəlif  mis-mərgümüş,  nikel  –  mərgümüş 

qatışığı  olan  alətlər  və  bəzək  nümunələri  əldə  edilmişdir. 

Ordubad 

rayonunun 

Plovdağ 

nekropolundan 

tuncdan 

hazırlanmış sancaqlar, I Kültəpədən isə tunc dövrünə aid bıçaq 

və  sancaqlar  tapılmışdır.  Arxeoloji  qazıntılar  nəticəsində  əldə 

olunmuş  materiallar  Naxçıvanın  qədim  sakinlərinin  sümükdən 

və  daşdan  da  əmək  və  bəzək  alətləri  hazırladıqlarını  göstərir. 

Sonrakı  dövrlərdə  sənətkarlıq  daha  da  inkişaf  etmiş,  xalq 

sənətinin 

ağacişləmə, 

misgərlik, 

zərgərlik, 

ipəkçilik, 

boyaqçılıq,  papaqçılıq,  dabbaqlıq,  dülgərlik,  toxuculuq, 

xüsusilə  də  xalçaçılıq  kimi  sahələri  genişlənmiş,  Naxçıvanın 

zövqlə  hazırlanmış  müxtəlif  məişət  əşyaları  və  zərgərlik 

məmulatları böyük şöhrət qazanmışdır. 

Naxçıvanda  toxuculuğun,  boyaqçılığın  və  ipəkçiliyin 

inkişafı tarixən milli geyim mədəniyyətinin də formalaşmasına 

şərait  yaratmışdır.  Milli  geyim  və  milli  mətbəx  xalq 

yaradıcılığının  ən  mühüm  sahələrindən  biridir.  Naxçıvanda  bu 

sahələr  daha  qədim  dövrlərdən  yaranmış,  təbii–coğrafi  şəraitə 

uyğun  olaraq  formalaşmış,  inkişaf  etmiş,  hər  əsrdə 

özünəməxsus  milli  cəhətlərlə  daha  da  zənginləşmişdir.  Xalqın 

tarixini, 

etnoqrafik 

və 

bədii 


xüsusiyyətlərini 

özündə 


cəmləşdirən  milli  geyimlər  və  mətbəx  nümunələri  bu  gün 

maddi  və  mənəvi  mədəniyyətimizin  qaynaqları  kimi  qorunur 

və  inkişaf  etdirilir.  Təkrarsız  milli  yaradıcılığımızın  nəticəsi 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə