•œAzÉŽrbaycanâ•š



Yüklə 40,76 Kb.
Pdf görüntüsü
tarix21.03.2018
ölçüsü40,76 Kb.
#32706


“Xalq qəzeti”.-2012.-31 mart.-N68.-S.6.

Saxta erməni iddiaları və soyqırımı həqiqətləri

I Dünya müharibəsi zamanı Osmanlı imperiyasında 1915-ci ildə baş  verən hadisələrin statusu həm türk,

həm  də  erməni  tərəfi  üçün  həll  olunmayan  problemli  məsələ  kimi  qalmaqdadır.  Erməni  ekspertlərinin

fikrincə, həmin hadisələr soyqırım kimi qiymətləndirilməlidir, türk tərəfi isə öz növbəsində həmin versiyanı

əsassız  hesab  edir.  Bu  məqalənin  məqsədi  münaqişənin  tarixi  faktlarının  tədqiqatı  deyil,  bu  hadisələrin

soyqırım  kimi  tanınması  üçün  erməni  tərəfinin  aramsız  bəyanatlarının  beynəlxalq  hüquq  normaları

əsasında  əsassız  olduğunu  müəyyənləş dirmək  cəhdidir.  Bunun  üçün  20-ci  əsrin  əvvəlində  Osmanlı

İmperiyasında baş  vermiş  hadisələrin bəzi təfsilatlarını araşdırmaq, həmçinin soyqırım (genosid) haqqında

beynəlxalq məhkəmə işlərinin təcrübəsini öyrənmək labüddür.

1915-ci il hadisələrinin tarixi zəminləri 

XX  əsrin  əvvəlində  Osmanlı  imperiyasının  daxili  vəziyyəti  qeyri-sabit  idi.  Onun  ərazisində  türklərdən  başqa

ərəblər, yunanlar, asurililər, ermənilər və digər xalqlar da yaşayırdı. Mərkəzi hakimiyyətin siyasətindən narazı olan

həmin milli azlıqlar imperiyanın bütün ərazisi boyunca narazılıqlar ifadə edir, üsyanlar qaldırırdı.  Osmanlı dövləti

Birinci  dünya  müharibəsinə  daxil  olandan  az  sonra  bir  neçə  cəbhədə  müharibə  aparmağa  məcbur  edildi.  Həmin

cəbhələrdən biri Rusiya imperiyası ilə Qafqaz regionu uğrunda ağır döyüşlərin getdiyi Şərq cəbhəsi idi. 1914-cü ilin

dekabr ayında türklər Şərq cəbhəsində ən iri əməliyyat olan Sarıqamış əməliyyatını başladılar və 1915-ci ilin yanvar

ayında  məğlubiyyətə  uğradılar.  Bu  məğlubiyyətdən  sonra  türklər  arxaya  çəkildilər  və  türk-alman  alyansı Cənubi

Qafqaza,  İrana  və  Fars  körfəzinə  çıxışa  olan  iddialarından  məhrum  edildi.  Həmin  regionların  Antanta  ilə

qeyri-bərabər mübarizə aparan türk-alman alyansı üçün əhəmiyyəti haqqında çox danışmağa ehtiyac yoxdur.

Rusiya  ordusunun  qələbəsinə  döyüş  zamanı  rusların  tərəfinə  keçən  erməni  könüllülərinin  xəyanəti  xeyli

dərəcədə kömək etdi. Ermənilərin digər hissəsi isə Şərqi Anadoluda döyüşlərdən sonra geri qayıdan türk ordusuna

qarşı  partizan  müharibəsi  aparırdı.  Ermənilərin  həmin  hərəkətləri  türklər  arasında  bütövlüklə  erməni  xəyanəti

haqqında  mülahizələrə  gətirib  çıxartdı.  İstanbula  gələn  Ənvər  Paşa  "Tanin"  qəzetinin  sahibinə  və  Osmanlı

parlamentinin  vitse-spikerinə  bildirdi  ki,  məğlubiyyət  erməni  xəyanətinin  nəticəsi  oldu  və  şərq  vilayətlərindən

ermənilərin  deportasiyasının  zamanı  çatıb.  Deportasiyaların  birinci  fazası  1915-ci  il  aprel  ayında  ermənilərin

Zeytundan və Dördyoldan çıxarılması ilə başlandı. 24 apreldə isə erməni xəyanətinin ideya rəhbəri olan İstanbulun

erməni elitası deportasiya olundu. 

Van  üsyanlarından  sonra  deportasiyaların  əsas  fazası  başlandı  və  buna  əsasən  sərhəd  rayonlardan  bütün

ermənilər köçürülməli idi. 1915-ci ilin may ayının 26-da Tələt Paşa 30 mayda Məclis tərəfindən təsdiq edilmiş hərb

zamanı hakimiyyətə qarşı çıxış edənlərlə mübarizə haqqında "Deportasiya haqqında qanun" təqdim etdi. Ermənilər

əsasən  Osmanlı  imperiyasının  həmin  vaxtda  mülkiyyəti  olan  Mesopotamiya,  Yaxın  Şərq  və  Şimali  Afrikaya

köçürüldülər. Həmin regionların seçiminin əsas məqsədi erməniləri döyüş zonalarından uzaq saxlamaq idi. Sözsüz

ki, aparılan deportasiya prosesləri zamanı ermənilərin bir qismi həlak oldu. Müxtəlif mənbələrə əsasən qurbanların

sayı 200 mindən yuxarı hesablanır. Bəzi erməni mənbələrində isə ölənlərin sayı 2 milyon nəfərdən çox qeyd edilir!

Lakin  analoji  itkilərə  imperiyanın  həm  dinc  türk,  həm də  kürd  sakinləri  də  məruz  qalmışdır.  Bunu  Rusiyadan

hərbi  əsirlərin  repatriasiya  işləri  üzrə  Millətlər  Liqasının  ali  komissarı, əfsanəvi  qütb  tədqiqatçısı Frityov  Nansen

təsdiqləyirdi:  "1916-cı  ilin  yanvar  ayında  şiddətli  təlaşlar  və  qorxularda  olan  türklər  soyuq  qışda  şərqə  hərəkət

edirdilər. Onların çoxu inanılmaz əzablar və itkilərdən dağ rayonların keçilməz yollarında həlak olurdular". 

Genosid cinayəti

Soyqırım  (genosid)  Ruanda  üzrə  Beynəlxalq  Cinayət  Tribunalının  (RBCT)  Kambanda  işində  "cinayətlərin

cinayəti" kimi qiymətləndirilmişdir. Əgər soyqırıma xas olan cinayəti dövlət törətmişsə, o zaman digər beynəlxalq

cinayətlərdə  olduğu  kimi,  məsuliyyətə  yalnız  fərdi  şəxslər  deyil,  həm  də  dövlət  cəlb  edilə  bilər.  Bosniyalıların

soyqırımı işində  Bosniya  onun  müsəlman  əhalisini  məhv  etmək  təşəbbüsündə  olmuş  Serbiyaya  qarşı 1948-ci  ildə

Birləşmiş  Millətlər  Təşkilatı tərəfindən  qəbul  edilmiş  "Genosid  cinayətinin  qarşısını alınması və  cəzalandırılması

haqqında"  (GCQACK)  konvensiyanın müddəalarının  pozulması barəsində  Beynəlxalq  Ədalət  Məhkəməsi  (BƏM)

qarşısında  iddia  qaldırmışdı.  BƏM  təsdiq  etdi  ki,  həmin  konvensiya  dövlətin  üzərinə  yalnız  genosidin  qarşısının

alınması və  cəzalandırması vəzifəsi  deyil,  həm  də  həmin  cinayətin  həyata  keçirilməsindən  "çəkinmə"  öhdəliyini

qoyur.  GCQACK  2-ci  maddəsində  müəyyən  edilmiş  genosid  cinayətinin  standart  təyini  keçmiş  Yuqoslaviya  və

Ruanda  üzrə  Beynəlxalq  Cinayət  Tribunalın  statutunda,  həmçinin  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Roma

statutunda eyni ilə qəbul edilib: 

-  Genosid  hər  hansı milli,  etnik,  irqi  və  ya  dini  qrupun  qismən  və  ya  bütövlükdə  məhv  edilməsi  məqsədi  ilə

törədilən aşağıdakı hərəkətlərdən biridir: 

a. bu cür qrup üzvlərinin öldürülməsi; 



b. bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; 

c. qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; 

d. bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;

e. bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi. 



Genosidin tarixi anlayışı

Genosidin  tərifi  Xolokostaya  (yəhudilərin  faşistlər  tərəfindən  kütləvi  məhv  edilməsi)  əks-səda  kimi  yarandı,

lakin  "Genosid"  termini  Polşa  hüquqşünası  Rafael  Lemkin  tərəfindən  1944-cü  ildə  ilk  dəfə  istifadə  edilmişdir.

Nürnberq Tribunalında (NT) belə ittihamlar irəli sürülmüşdü: "Onlar müxtəlif millətlərdən olan insanların, xüsusən

də yəhudilərin, polşalıların və qaraçıların qəsdən və  sistemli  genosidini  həyata  keçirtdilər".  Lakin  burada  genosid

tərkibi  yox  idi,  çünki  həmin  tribunalın  yurisdiksiyasında  genosid  cinayət  kimi  göstərilməyib.  Tribunalın

təqsirləndirici aktlarında "genosid" sözü hüquqi termin kimi yox, ancaq təsviri ifadə kimi istifadə edilir. Kambanda

RBCT-də deyilmişdi ki, tərkibi üzrə NT-da araşdırılmış cinayətlər genosidə çox oxşar idilər. Amma onlar genosid

cinayət kimi tərif edilə bilmirdi, çünki həmin cinayət genosid kimi sonralar müəyyən edilmişdir. 

Ermənistan hökuməti türkləri hüquqi cəhətdən genosidə görə təqsirləndirə bilməz, çünki həmin zaman genosid

beynəlxalq cinayət kimi müəyyən edilməmişdi. Hətta hamı tərəfindən qəbul edilmiş yəhudilərin nasistlər tərəfindən

məhv  edilməsi  yəhudilərin  genosidi  yox  "Xolokost"  kimi  qəbul  edilmişdir.  NT  və  onun  varisləri  tərəfindən

araşdırılmış bütün cinayətlər "müharibə ilə bağlı" kimi müəyyən edilmişdir. Məhz bu məhdudiyyətə görə genosidi

ayrıca beynəlxalq cinayət kimi tanımaq vacib idi. 

Bu  boşluq  BMT-nin  Baş  Assambleyasının  260-cı  qətnaməsi  ilə  1946-cı  ildə  doldurulmuşdur.  İki  il  sonra

GCQACK qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minmişdir. Həmin ildə də BƏM bildirdi ki, həmin konvensiyanın

müddəaları soyqırım barəsində beynəlxalq ənənəvi hüququ təsdiq edir. Lakin həmin konvensiyanın 6-cı maddəsində

səlahiyyətli  beynəlxalq  məhkəmələr  tərəfindən  genosid  işlərinə  baxılmağın  mümkünlüyü  barəsində  deyilsə  də,

keçmiş Yuqoslaviya və Ruanda üzrə xüsusi tribunalların yaranmasına qədər bu baş vermədi. Genosidin cinayət kimi

ilk təfsiri RBCT tərəfindən 1998-ci ildə Akayesu işində ifadə edilmişdir və iki ildən sonra Ruandanın keçmiş  baş

naziri D.Kambanda ömürlük həbs cəzasına məhkum edilmişdir. 

Qorunan qruplar

Genosid bütün qrup insanların məhv edilməsi deyil, yalnız milli, irqi, etnik və dini qrupların məhv edilməsidir

və  bu  siyahı qapalıdır.  Konvensiyanın danışıqları zamanı həmin  siyahıya  sosial  və  siyasi  qrupları da  daxil  etmək

üçün bir neçə uğursuz təşəbbüs də irəli sürülmüşdü. Həmin təşəbbüslərdən ən gözə çarpanı Akayesu işində RBCT

tərəfindən cəhd edilib. GCQACK-nın ilkin hazırlanmış sənədləri düzgün şərh olunmadıqda, kollegiya sübut etmək

istəyirdi ki, konvensiyanın müəlliflərinin niyyəti istənilən daimi insan qruplarını "müdafiə etmək" idi. Lakin heç bir

sübüt  yoxdur  ki,  GCQACK-nın  2-ci  maddəsində  olan  siyahı  tamam  deyil.  Əksinə  bütün  sübutlar  təsdiq  edir  ki,

tərtibçilərin niyyəti bu siyahını qapalı etmək idi. 

2003-2004-cü  illərdə  Sudanda  silahlı  münaqişənin  tədqiqatı  üçün  BMT  Təhlükəsizlik  Şurasının  tələbi  ilə

yaradılmış  Darfur  Komissiyası  təsdiq  etdi  ki,  konvensiyanın  bu  cür  interpretasiyası  (qapalı  siyahı)  beynəlxalq

ənənəvi  hüququn  bir  hissəsi  kimi  tanınmışdır.  Və  Krstiç  işində  keçmiş  Yuqoslaviya  üzrə  Beynəlxalq  Cinayət

Tribunalı (YBCT) həmin o 4 qrupun konvensiya tərəfindən yeganə "müdafiə olunan" qruplar olması fikrini təstiq

etmişdir.  Məşhur  hakim  A.Kasses  iddia  edir  ki,  konvensiya  yalnız  insanların  könülsüz  şəkildə  və  adətən,

doğularkən  aid  olduqları  qrupları  nəzərdə  tutur.  Beynəlxalq  Cinayət  Məhkəməsi  (BCM)  öz  ilkin  təcrübəsində

konvensiyanın bu cür interpretasiyasını təstiq etmişdir. Ermənilər, Osmanlı İmperiyasının ərazisində yaşayan milli

azlıqlar kimi, heç şübhəsiz, bu konvensiyada nəzərdə tutulmuş "müdafiə olunan qrupu" təşkil etmişlər.



Milli, etnik, irqi və dini qruplar 

Təəssüf  ki,  bu  qrupların  hər  birinin  ümumi  qəbul  edilmiş  tərifi  yoxdur.  RBCT  Akayesu  işində  hər  qrupu

ayrılıqda müəyyən etməyə cəhd etmişdir. Lakin bir dildə danışan və ümumi mədəniyyətə malik insan qrupunu etnik

qrup  kimi  izah  edərək,  məhkəmə  Tutsinin  GCQACK  tərəfindən  "müdafiə  olunan"  qrupa  aid  olduğunu  müəyyən

etməkdə  çətinlik  çəkmişdir.  Həmin  şərhə  əsasən,  Tutsini  Rutudan  ayırmaq  çox  böyük  çətinlik  törətmişdir.  Krstiç

işində  YBCT  tərəfindən  başlanmış  yanaşma  daha  praktikdir.  YBCT  fikrincə,  qəbul  etmək  lazımdır  ki,  bu  insan

qruplarının  siyahısı  o  şərtlə  qətidir  ki,  bu  4  qrupun  ayrıca  və  müxtəlif  mənaları  yoxdur  və  konvensiyanı  tərtib

edənlər beləliklə vahid fenomen - "milli azlıqlar"ı xarakterizə etmək niyyətində idilər. YBCT fikrincə, bu qrupların

elmi-obyektiv amillər əsasında bölüşdürülməsi cəhdi konvensiyanın niyyəti və məqsədlərinə uyğun olmayacaqdır. 

Maddi elementlər, qadağan edilmiş əməllər 

GCQACK-nın 2-ci maddəsində göstərilən  hərəkətlərə  görə  şəxs  ittiham  edilə  bilər  və  soyqırımı törətdiyi  üçün

cinayət işi açıla bilər.



Qətl.  Maddənin  bu  yarımbəndində  həll  olunmalı  bəzi  interpretativ  problemlər  meydana  çıxmışdır.  Məsələ

ondadır  ki,  konvensiyanın ingilis  versiyasında daha  neytral  olan  və  həmçinin  qəsdsiz  qətlləri  ifadə  edən  "killing"

(qətl)  ifadəsindən  istifadə  edilir.  Konvensiyanın  fransız  versiyasında  daha  konkret  "meutre"  (qəsdən  öldürmə)

ifadəsindən  istifadə  edilir.  Kayişema  işində  RBCT  bu  məsələni,  GCQACK-ın  müxtəlif  variantlarında  istifadə

edilmiş  bu  iki  ifadə  arasında  heç  bir  fərqin  olmamasını müəyyən  etməklə  həll  etmişdir.  1915-ci  ildə  baş  vermiş

hadisələr  zamanı  "mühafizə  edilən  qrupun"  məhv  edilməsi  niyyəti  ilə  qətllərin  yerinə  yetirilib-yetirilməməsi  ilə

bağlı məsələ tarixçilər üçün hələ də mübahisəlidir. 

Ağır  bədən  xasarətləri  və  əqli  qabiliyyətə  ciddi  zərər  yetirilməsi.  Genosidin  ölüm  səbəbi  kimi  geniş

anlayışına  baxmayaraq  konvensiyanın  müəllifləri  bu  maddənin  daxil  edilməməsi  qədər  bu  cinayətin  anlayışında

məhdud  olmamışlar.  İçmann işində  Yerusəlim  Dairə  Məhkəməsi  təsdiq  etmişdir ki,  ciddi  bədən  zədələnmələri  və

psixiki  pozulmalar  "insanların  əsarət  altına  salınması,  ac  qalması  və  insan  kimi  yaşama  hüquqlarından  məhrum

edilməsi  və  tənəzzül  etməsi  ilə  nəticələnən  şəraitlərdə  getto  və  həbs  düşərgələrində  saxlanması" yolu  ilə  yetirilə

bilər. Akayesu işində RBCT əlavə etmişdir ki, seksual zorlama və zorakılıq da genosidə səbəb ola bilər. BCM-nin

cinayət tərkibi elementləri də (The ICC Elements of Crime) yuxarıda qeyd olanları təsdiq edir. 

Osmanlı  imperiyasının  deportasiya  siyasəti,  nasistlər  tərəfindən  tikilmiş  düşərgələr  kimi,  ölümə  səbəb  olan

şəraitlərdə  ermənilərin  saxlanması məqsədi  ilə  həbs  düşərgələrinin  təşkil edilməsini  nəzərdə  tutmamışdır.  Türklər

imperiyanın  digər  ərazilərinə  məcburi  köçürülmə  ilə  bağlı  zəruri  siyasəti  həyata  keçirirdilər.  Belə  həbs

düşərgələrinin  Mərkəzi  Anadolunun  boş  çöllərində  yaradılması  mümkünlüyünə  baxmayaraq,  ermənilərin

Mesopotamiya kimi məskun regionlara köçürülməsi humanist addım idi.



Tam  və  ya  qismən  fiziki  məhvi  nəzərdə  tutan  həyat  şəraitlərinin  yaradılması:  BCM-nin  cinayət  tərkibi

elementləri  "həyat  şəraitləri"  ifadəsini  - yemək,  su,  tibbi  xidmət  və  ya  sistemli  evdən  qovulma  kimi  yaşayış üçün

lazımi  vasitələri  daxil  edən  və  bu  siyahıyla  məhdudlaşmayan  insan  həyatı  üçün  gərəkli  şəraitlər  kimi  şərh  edir.

Əhalinin məcburi köçürülməsi həmişə konvensiyanın bu bəndi əsasında qaldırılırdı.  Məcburi köçürülməyə cinayət

tərkibi əlamətləri daxildirmi? Erməni məsələsində məhz bu bənd əsasən genosidi təşkil edən məsələ kimi qaldırılır.

Bosniyalıların genosidi işində bu məsələ, həmçinin "etnik təmizləmə" kimi məlum olan, qaldırılmış və bu işə cəlb

olunmuş  xüsusi  hakim  -  Lauterpaxt  (Cidge  Lauterpacht)  hesab  etmişdir  ki,  məcburi  köçürülməyə  genosid  tərkibi

əlamətləri daxildir. Lakin, nüfuzlu hüquqşünasların əksəriyyəti onun nöqteyinin tərəfdarı olmamışdır!



Orxan HACIYEV, 

"Queen Mary, University of 

London"universitetinin

 beynəlxalq hüquq fakültəsinin

 magistri

Yüklə 40,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə