Aztu-nun nəzdində «Maşınşünaslıq» Elmi-Tədqiqat Mərkəzinin strukturu



Yüklə 128,16 Kb.
Pdf görüntüsü
tarix03.11.2018
ölçüsü128,16 Kb.
#77928


AzTU-nun nəzdində «Maşınşünaslıq» 

 

Elmi-Tədqiqat Mərkəzinin 

 

STRUKTURU 

 

1. ETM-in strukturu və ştat cədvəli direktor tərəfindən hazırlanaraq, ETM-in Elmi Şurasında 

müzakirə edilir və AzTU-nun rektoru tərəfindən təsdiq edilir.  

2.  ETM-in  əsas  strukturu  rəhbər-idarəedici  heyətdən,  şöbə,  laboratoriya  və  bölmələrdən 

ibarətdir.  

3. Rəhbər-idarəedici heyət aşağıdakılardan ibarətdir: - direktor; - direktor müavini.  

4.  Maşınşünaslıq  elmi-tədqiqat  mərkəzi  hazırda  dövlət  büdcəsindən  maliyyələşdirilən 

aşağıdakı  laboratoriyalardan  ibarətdir:  -  «



Müasir  maşin  və  qurğular

»  ETL;  -  «



  Robot  və 

manipulyatorlar

 » ETL; - «Tribotexnika» ETL.  

5.  Mühüm  xalq  təsərrüfatı  əhəmiyyətli  problemlərin,  qrandların,  dövlətin  sifarişi  ilə  olan 

təsərrüfat  hesablı  müqavilələrin  yerinə  yetirilməsi  üçün  ETM-də  müqavilə  müddətinə  və 

müqavilənin  maliyyə  vəsaiti  hesabına  rektorun  əmri  ilə  şöbə,  sahə  laboratoriyası  və  qrup 

təşkil oluna bilər. 

 6.  Şöbə,  laboratoriya  və  qruplar  ETM-nin  struktur  vahidləridir.  Onlar  bu  Nizamnaməyə 

uyğun  olaraq  fəaliyyət  göstərirlər:  -  Şöbə,  laboratoriya  və  qrupların  tərkibi  ştatda  olan 

rəhbərdən,  elmi  işçilərdən  şöbə  müdiri,  laboratoriya  müdiri,  baş  elmi  işçi,  aparıcı  elmi  işçi, 

böyük  elmi  işçi,  elmi  işçi,  kiçik  elmi  işçi)  və  texniki  işçilərdən  (baş  laborant,  laborant,  baş 

mühəndis, mühəndis-proqramçı,), ştat əvəzçiliyi şərti ilə əvəz edilən vəzifənin 0,25 və 0,5 şt. 

vahidi  həcmində  əmək  haqqı  ödənilməklə  əsas  iş  vaxtı  daxilində  ali  məktəbin  professor-

müəllim və tədris üzrə köməkçi heyətindən ibarətdir; - Şöbə, laboratoriya və qrupların işində 

tələbələrin,  maqistrantların,  doktorantların  və  gənc  tədqiqatçıların  iştirakı  nəzərdə  tutulur, 

elmi-tədqiqat  mərkəzinin  elmi  axtarışlarına  uyğun  mövzuda  dissertasiya  üzərində  işləyən 

aspirantlar, elmi-tədqiqat, kurs, diplom işləri və layihələri  yerinə  yetirən zaman universitetin 

tələbələri,  həm  əlavə  haqq  ödənilmədən,  həm  də  təhsildən  azad  vaxtda  elmi-tədqiqat 

mərkəzində  tutulan  vəzifənin  0,25  və  0,5  şt.  vahidi  həcmində  əmək  haqqı  ödənilməklə;  - 

Şöbə, laboratoriya və qrupların yaradılması, yenidən təşkili və ləğvi bu Nizamnaməyə uyğun 

olaraq  ETM-nin  Elmi  Şurasının  qərarı  əsasında  həyata  keçirilir;  -  Laboratoriya  və  qrupların 

elmi  fəaliyyəti  ümumuniversitet  seminar  və  iclaslarında  müzakirə  olunur.  Lazım  gəldikdə 

laboratoriya və qrupların elmi  fəaliyyəti ETM-in  seminar və iclaslarında  müzakirə olunur;  - 

Şöbə,  laboratoriya  və  qrupların  işinə  ümumi  rəhbərliyi  şöbə  müdiri  həyata  keçirir,  onların 

fəaliyyətinə  dair  məsələləri  direktorun  nəzərinə  çatdırır  və  ETM-in  Elmi  Şurasının 

müzakirəsinə çıxarır.  

7.  Müdirlər  və  qrup  rəhbəri  rəhbərlik  etdikləri  qurumda  elmi-tədqiqat  işlərinin  vaxtında  və 

yüksək keyfiyyətlə yerinə yetirilməsinə məsuliyyət daşıyırlar. Şöbə və laboratoriya müdirləri - 

vəzifələrinə müvafiq  sahələrdə  çalışan  görkəmli  alimlər (bir qayda olaraq elmlər doktorları) 

müsabiqə  yolu  ilə  yaxud  içtimai  əsaslarla  rəhbərlik  edəcəkləri  qurumların  rəyi  nəzərə 

alınmaqla ETM-in Elmi Şurası tərəfindən seçilir və hər 5 ildən bir Elmi Şura tərəfindən yeni 

müddətə seçilə bilər.  

8. Laboratoriya müdiri şöbə müdiri qarşısında, şöbə müdiri isə ETM-in  direktoru qarşısında 

müvafiq qurumlardakı fəaliyyətlərinə görə məsuliyyət daşıyırlar.  

9.  Şöbə  və  laboratoriya  xaricində  fəaliyyət  göstərən  qrup  rəhbəri  birbaşa,  şöbədə  fəaliyyət 

göstərən  qrup  rəhbəri  isə  şöbə  müdirinin  təqdimatı  ilə  ETM-nin  direktoru  tərəfindən  təyin 

olunur.  Qrup  rəhbəri  qrupun  fəaliyyəti  üzrə  bilavasitə  tabe  olduğu  qurum  qarşısında 



məsuliyyət daşıyır. 

Yüklə 128,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə