Азярбайъан Республикасы Тящсил Назирлийи



Yüklə 93,03 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü93,03 Kb.
#5552


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Respublikası Təhsil Problemləri

İnstitutu

Azərbaycan Müəllimlər İnstitutu

Bakalavr hazrlığı üçün «Ədəbiyyatşünaslığa giriş» fənninin



P R O Q R A M I

«HS 020200 – Azərbaycan dili və ədəbiyyat» ixtisası üzrə

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Elmi-Metodik Şurasının «---» bölməsinin «-

---» tarixli iclasının qərarı ilə təsdiq

edilmişdir (protokol № )




2

B A K I –

Tərtib edən:

Vüqar Əhməd

filologiya elmləri doktoru, professor



Redaktor:

Baba Babayev

filologiya elmləri namizədi, dosnent



Rəyçilər:

Sabir Əmirov

filologiya elmləri doktoru, professor



Bilal Həsənli

pedaqoji elmlər namizədi, dosent



Nazilə Abdullazadə

Azərbaycan Müəllimlər İinstitutunun baş müəllimi




3

İzahat vərəqəsi

Bədii ədəbiyyat dedikdə həyatın, varlığın obrazlı inikası nəzərdə

tutulur. Bədii ədəbiyyat ictimai məzmun daşıyır.  «Ədəbiyyat» sözü ədəb,

mərifət sözündən götürülmüşdür. Demək, ədəbiyyatın birinci vəzifəsi insanı

tərbiyə etməkdir. İnsanın başqalarına münasibətində, dünyagörüşünün

inkişaf edib formalaşmasında, özünü dərk etməsində, milli-mənəvi

keyfiyyətləri qorumasında, nəcib sifətlərə malik insan kimi tərbiyə

olunmasında bədii ədəbiyyat mühüm bir vasitədir. Lakin bədii əsəri ideya-

estetik cəhətdən düzgün başa düşmək, təhlil etmək, qiymətləndirmək və

ondan lazımi nəticə çıxarmaq sadə bir məsələ deyildir. Məlum məsələdir ki,

bədii ədəbiyyat əql və dəlillə izah olunmayan məsələləri bədii ifadə və

surətlərlə anladır. Lakin bədii əsərin dərki üçün ədəbi istedad daha mühüm

rol oynayır. Ədəbi istedadın parlaması isə bədii zövqün yetkinliyindən,

ədəbiyyatşünaslıqla tanışlıq dərəcəsindən çox asılıdır. Ədəbi prosesin

mahiyyətini, hissi təsir və ünsürlərini (fikir, duyğu, təsvir) bədii yaradıcılığa

spesifikliyini və inkişafınımənimsəməy, eyni zamanda dərk etməyə

ədəbiyyatşünaslıq müqayisə olunmaz dərəcədə rol oynayır.



4



Mövzu

Mühazirə Semina

r

1. Ədəbiyatşünaslığın

əsasları

fənninin


məzmunu və vəzifələri, onun sahələri.

Ədəbiyyatşünaslığın

başqa

elmlərlə


əlaqəsi, incəsənətin mənşəyi

2

2



2. Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri.

Ədəbiyyatşünaslığın yaranması

2

2

3. Ədəbiyatşünaslıqda meyl və cərəyanlar



2

2

4. Bədii ədəbiyyat söz sənətidir. Obraz və



obrazlılıq

2

2



5. Bədii kompozisiya. Proloq və epiloq

2

2



6. Süjet. Süjet xəttinin mərhələləri

2

2



7. Bədii dil. Dilin bədii ifadə imkanlarının

genişliyi. Məcazlar sistemi

2

2

8. Nəzm və nəsr. Nəzmin əsas əlamətləri



2

2

9. Heca vəzni. Azərbaycan şeirində heca



vəzninin formaları

2

2



10

.

Əruz vəzni. Əruz şeir ölçüsünün mənşəyi



və yayılması. Sərbəst şeirin yaranması və

inkişafı


2

2

11



.

Ədəbi növlər və janrlar. Epik növ.

Azrbaycan ədəbiyyatında epik növün

inkişafı


4

4

12



.

Lirik növ. Lirik janrları epik janrlardan

fərqləndirən cəhətlər

2

2



13

.

Dramatik növ. Dramatik növün janrları.



Azərbaycan dramının inkişafı

2

2



14

.

Ədəbi metod və cərəyanlar. Yazıçının bədii



yaradıcılıq metodu

2

2



15

.

Klassizm



sentementalizm

ədəbi

cərəyanları



2

2

16



.

Romantizm.

Romantika

ilə


realizmin

vəhdəti


2

2

17



.

Realist metod. Realist metodun tələbləri

2

2



5

«Ədəbiyyatşünaslığa giriş» filologiya fakültələrinin birinci kursunda

tədris olunur. Müəllim tələbənin I kursda ədəbi-nəzəri hazırlığını, bədii-

estetik vərdişinin azlığını nəzərə almalıdır. Çünki I kursda tələbələrin ədəbi-

nəzəri biliklərlə silahlandığı fikrini irəli sürmək çətindir. Odur ki, müəllim

mühazirəni sadə və məzmunlu, bədii fakt və nəzəri fikir konkretliyində

qurmalıdır; get-gedə tələbələrin biliyinin genişlənməsi üçün mütaliənin

miqyasını artırmaqla, tələbələri ədəbi prosesi sərbəst mənimsəməyə, ədəbi

prosesin meyllərini, qanunauyğunluqlarını təhlil etməyə yönəltməlidir.

Tələbələr ədəbi prosesin inkişaf xəttini o zaman dərindən dərk edə bilərlər

ki, müəllim ədəbi faktların təhlilini: birinci, xalqın tarixi inkişafı, azadlıq

mübarizəsinin ən mühüm cəhətləri ilə bağlı olan faktlarla; ikinci, öyrənilən

dövrün ədəbi mühiti üçün səciyyəvi olan faktlarla sistematik və ardıcıl

şəkildə əlaqələndirsin.

Filologiya

fakültəsinin

I

kurslarında



tədris

olunacaq


«Ədəbiyyatşünaslığın əsasları» fənninə mühazirə və seminar dərslərinə

eyni miqdarda (36+36) saat ayrılmışdır. Mühazirə saatlarını biz aşağıdakı

qaydada planlaşdırmağı məqsədəmüvafiq hesab edirik:

«Ədəbiyyatşünaslığın əsasları»nın məzmunu və vəzifələri, onun

sahələri, başqa elmlərlə əlaqəsi, incəsənətin mənşəyi – 2 saat.



6

Ədəbiyatşünaslıq elm kimi, onun mahiyyəti və vəzifələri.

Ədəbiyyatşünaslıq elminin bölmələri: ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat

tarixi, ədəbi tənqid.

Ədəbiyyatşünaslığın sahələrinin bir-biri ilə əlaqəsi və bir-birini

tamamlaması, ona yaxın və bağlı sahələr: tarixşünaslıq, dilçilik,

mətnşünaslıq, fəlsəfə, sənətşünaslıq və biblioqrafiya. Bu elmlərin

ədəbiyyatşünaslıqla əlaqəsi.

İbtidai incəsənətin hiss və müşahidədən yaranması, kollektivin əmək

hyatı ilə, ibtidai mifologiya, kosmoqoniya və tarixlə, eyni zamanda musiqi ilə

meydana gəlməsi, bədii düşüncənin bilavasitə nəqqaşlığı, təsviri sənəti,

heykəltaraşlıq və qrafikanı, epik, lirik və dramatik növləri yaratması.

Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri. Ədəbiyatşünaslığın yaranması.

Ədəbiyyatşünaslıqda meyl və cərəyanlar – 4 saat.

Antik dövrd ədəbi-nəzəri fikrin inkişafı, Platon, Aristotel və Horatsinin

şəklində «poetika»nın inkişaf etdirilməsi. Ədəbi əsər üslub və bədii

formanın digər komponentləri baxımından qiymətləndirilməsi, bədii tip və

bədii ümumiləşdirməyə münasibət müxtəlifliyi, antik estetikanın bədii

ümumiləşdirmənin sənətin mühüm prinsipi kimi irəli sürülməsi. Platonun

bədii yaradıcılığı, onun idealist mövqedə dayanması, bədii yaradıcılığı

«ədəbi ideya»nın inikası kölgənin kölgəsi hesab etməsi Aristotelin yunan

yazıçılarının bədii təcrübəsini, estetik fikrini və sələflərinin sənətə

baxışlarını sistemləşdirməsi, estetik biliklər külliyyatı – «poetika»nı

yaratması. Ədəbiyyatı növlərə ayırması. Qədim Roma estetik fikrində

Horatsinin «Tizonlara məktub» adı ilə məşhur olan «Poeziya sənəti»

mənzum traktatı.

Orta əsrlərin əvvəllərində Qərbi Avropada ədəbi-nəzəri fikrin dini

teoloji istiqamət alması sənətin predmetinin simvolizm və alleqoriya

axması.



7

Azərbaycanda ədəbi-estetik fikrin axını istiqamətləri.klassizimdən

əvvəl



klassizmin



inkişafı

illərində

incəsənətin

təcrübəsini

ümumiləşdirmək meylləri: XVIII əsrin ortalarında maarifçi realizmin

formalaşması. Avropa klassik fəlsəfəsinin bədii yaradıcılığa təsiri.

Hegelin incəsənətin inkişafına simvolik, klassik, romantik forma ilə

əlaqələndirməsi.

Ədəbiyyatşünaslığın yaranması. Herderin ilk ədəbiyyatşünas, bədii

yaradıcılığın tarixçisi və onun öyrənilməsini yeni elmi-filoloji mərhələyə

salan, mədəni-tarixi məktəb, komparativizm, formalizm, freydizm və

strukturalizm.

Bədii ədəbiyyat söz sənətidir; obraz və obrazlılıq – 2 saat.

Bədii ədəbiyyatı elmi ədəbiyyatdan ayıran spesifik cəhətlər. Bədii

ədəbiyyatın

spesifikasının

yaradıcılıq

prosesinin

ümumi

qanunauyğunluqlarını əhatə etməsi. Bu haqda Aristotelin, Hegelin,



Tolstoyun və b. fikirləri; faktlarla «Ruhi məzmunu obrazda təcəssüm

etdirməklə ədəbiyyat xalqın müəllimi ola bilər»,  «ədəbiyyat insan qəlbinin

tarixidir»,  «incəsənətin gözəlliyi ruhun zəmini əsasında yaranır»,  «sənətin

spesifikası ictimai funksiyada, gerçəkliyin düzgün çatdırılmasındadır».

Bədii

ədəbiyyatın



sosial

təbiəti,


ictimai

rolu


inkişaf


qanunauyğunluqları. Ədəbi materialın qiymətləndirilməsi prinsipi. Tipikliyin

estetik kateqoriya kimi hadisələrin ümumi, mühüm qanunauyğun tərəflərini

və inkişaf prosesini müəyyən etməsi. Surətin həyat yolu, xarakteri,

formalaşması, onun taleyinin, əxlaqi-mənəvi aləminin bədii əsərin əsasında

dayanması; bədii yaradıcılıqda surətlərin personajlara, peyzajlara, əşya

surətlərinə bölünməsinin şərtiliyi; obrazın ideya estetik əhəmiyyəti, onun

insan həyatının konkret və ümumiləşdirilmiş lövhəsi olması. Tipikliyin dərki

və onun nəzəri ümumiləşdirilməsi başlıca komponentlərinin həm ayrı-

ayrılıqda, həm də bütöv kontekstdə qiymətləndirilməsi.



8

İnsanın inkişaf prosesində bədii ədəbiyyatın çoxşaxəli surətlər

yaradaraq hərtərəfli təsvir etməsi, hər dövrün estetik idealını həm pozitiv,

həm də neqativ planda ətraflı ifadə etməsi. Hər cəmiyyətin «öz

ədəbiyyatını» yaratması, onunla həyat və gözəllik anlayışı, hadisəlrə və

varlığın müxtəlifliyinə münasibətini bildirməsi; bədii ədəbiyyatın insanların

fikir və arzularını, hiss və duyğularını birləşdirmək, onları yüksəltmək

imkanları.

Bədii əsərin məzmunu və forması, bunların daxili-bədii hərəkəti.

Antik yunan fəlsəfəsində bədii əsərin predmeti, ona materialistlərin və

mütləq idealistlərin fərqli münasibətləri; söz sənəti varlığın özünəməxsus

inikasıdır.

Formalizmin struktura və onun incəliklərilə bağlı olması,

əksetdirmənin cəmiyyət ilə olan əlaqə bağlılığı.

XVIII-XIX əsr klassiklərinin estetik təlimində məzmun və forma;

məzmunun daxili birliyi, gerçəkliyin tarixi-konkret inikasının həyatın mühüm

cəhətlərinə uyğun gəlməsi, həyatı bədii ifadənin spesifikliyi, hadisə və

əhvalatlara, əhvali-ruhiyyə və meylləri birləşdirən əlaqə və rabitə.

Məzmunun ideya gerçəkliyinin əhəmiyyəti, forma və məzmunun bədii

bütövlüyü, bütün tərkib hissələrinin əlaqədar olması. Yazıçıların tarixə və

tarixi şəxsiyyətlərə, təbiət və cəmiyyət hadisələrinə yanaşma üsullarının,

təəssürat və düşüncələrinin, hiss və həyəcanlarının müxtəlifliyi, bədii

yaradıcılıqda təcrübə və dünyagörüşünün rolu. Məzmunun formasını

müəyyən etməsi. Mövzu və ideyanın məzmunun tərkib hissələri, janr,

ahəng, ölçü, dilin isə formanın tərkib hissələri olması. Bədii əsərin

mövzusunun yazıçı tərəfindən qavranılan, dərk edilən və dövr üçün

səciyyəvi olan hadisəylə bağlı olması.

Yazıçı


tərəfindən

mövzunun


seçilməsi,

həyat


faktlarının

ümumiləşdirilib, tipikləşdirilməsi yazıçının dünyagörüşü və həyat

hadisələrinə münasibəti ilə bağlı olması. Bədii əsərin forması ilə məzmunun

vəhdəti birinin digərinə olan münasibəti, formanın məzmuna don




9

geyindirməsi, onun bədii-estetik təsirini qüvvətləndirməsi, məzmunun isə

formasını müəyyən etməsi.

Bədii kompozisiya və süjet, süjetin ünsürləri – 4 saat.

Bədii əsərdə süjet və kompozisiya anlayışları. Yazıçıların həyatdan

götürdüyü hadisələri, müşahidə etdikləri faktları qruplaşdırmaları, sistemə

salmaları və onları dinamik inkişafda təsvir etmələri. Süjet və

kompozisiyanın bir-birinə yaxın anlayışlar olması. Süjetin həyat

həqiqətlərini dərk etmək vasitəsi olması, eyni zamanda bədii əsərin

əvvəlindən axırına qədər davam edən mərkəzi xətt, hadisələrin məhvəri və

sistemi

olması.


Süjetin

mərhələləri:  1.ekspozisiya;  2.zavyaska;

3.kulminasiya;  4.razvyazka;  5.final. Kompozisiyanın janr xüsusiyyətləri ilə

bağlı olması. Sənətkarın həyatdan götürdüyü materialları epik əsərdə bir

cür, drammatik əsərdə isə başqa cür qurması, sistemləşdirməsi.

Kompozisiyanın bütün əsərlərdə süjetin dərk olunmasına əsərin bədii-

estetik cəhətdən qüvvətlənməsinə xidmət etməsi.

Antik ədəbi-estetik fikirlə fabula anlayışı. Fabulanın süjetlə sıx

bağlılığı. Fabulanın süjetin açılması üçün köməkçi vasitə kimi

genişlənməkdə olan hadisələrin ardıcıllıqla müəyyənləşməsminə və süjetin

özünəməxsus quruluşu sənətkarın izlədiyi qayənin başa düşülməsinə

kömək edən müəyyənləşdirici amil olması. Bədii əsərdə proloq və epiloq.

Bədii dil. Dilin bədii ifadə imkanlarının genişliyi. Məcazlar sistemi – 2

saat.


Ədəbiyyatın əsas vasitəsi sözdür, dildir. Dil ədəbiyyatın ilk ünsürüdür.

Yazıçı bədii əsrdə oxucuya təqdim etdiyi surətləri zəngin dil materiallarının

köməyi ilə yaradıb fərdiləşdirir… Klassiklərin yaradıcılığında söz, sözün

dəyəri və poetik imkanı, onların bədii dil təlimi. Bədii dilin obrazlılığı,

cilalanması, orada sözə verilən məna ilə bağlı olması. Sənətkarın

ümumxalq dilindən «çiy»,  «xammal» halında götürdüyü söz və ifadələri




10

bədii əsərdə işlədərkən onun sənətin tələbləri əsasında süzgəcdən

keçirməsi, müxtəlif məqamlarda ona müxtəlif məna verməklə fikri

qüvvətləndirməsi. Bədii dilin ədəbi dilə nisbətən daha güclü təsirə malik

olması. Bədii dilin az sözlə dərin məna, geniş fikir ifadə etməsi. Ədəbi dil və

bədii dilin spesifik xüsusiyyətləri. Ədəbi dilin müəyyən mənaya –

orfoepiyanın tələblərinə, qrammatik qaydaya əsaslanması… Bədii dilin

canlı xalq dilinin bir qolu olması, ona əsaslanması. Sənətkarın hissi-

emosional dillə müasirlərinə, dövrə və zamana, gələcək nəsillərə müraciət

etməsi; onun dili yaradıcı tarixi inkişafda əlavə və tərkib hissələrinin

zənginliyi ilə öyrənməsi. Müəllif dilinin özünəməxsusluğu, surət dilindən

fərqlənməsi, sözün ümumiləşməsi, məna yükü daşıması, onun nominal və

məcazi mənası.

Arxaizm,


neologizm,

varvarizm,

vulqarizm,

jarqoizm


provinsializmlər. Bədii təsvir vasitəsi, məcazlar. Sözün həqiqi və məcazi

mənası. Məcazların və təşbehlərin dilin zənginləşməsində, obrazlı şəkil

almasında rolu. Metafora, metanomiya, sinekdoxadan istifadə üsulları,

mübaliğə və hiperbola.

Simvol və alleqoriya, bunları bir-birinə yaxınlaşdıran və bir-birindən

ayıran əlamətlər. Nəzm əsərlərində sözün düzümü; vurğu və tələffüz, bədii

ricət, xitab, sual və bunlardan istifadə üsulları. Bədii ifadə vasitələrinin,

bədii dilin çox mühüm tərkib hissəsini təşkil etməsi. İfadə vasitələrinin sərin

emosianallığına, bədii cəhətdən qüvvətlənməsinə, təsvir, tərənnüm, yaxud

təcəssüm olunan hadisənin oxucuya daha qabarıq çatdırılmasına xidmət

etməsi.


Azərbaycan şeirinin əsasları – 6 saat.

Nəzm və nəsr. Nəsrdə süjet, hadisələrin ardıcıl inkişafının böyük

əhəmiyyətə malik olması, xarakterlərin və vəziyyətlərin canlı təcəssümü.

Nəzmdə fikrin obrazla, qafiylənmiş və ahəngdar bir şəkildə ifadə edilməsi.

Nəsrdə təsvir, xəyal və duyğunun gücü. Nəzmdə rəngarəng təsvir



11

vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik. Nəsrdə nitq

üsullarının qarşılıqlı əlaqəsi. Təsvir olunan predmetin bu nitqlər vasitəsilə

bədii surətdə mənalandırılması və qiymətləndirilməsi. Nəzmin əsas

əlamətləri. Nəzmin ilk şərti ahəngdarlıqdır. Nəzmin ölçüsü. Qafiyə, rədif,

bölgü, misra, beyt, bənd nəzmin əsas vahidləri kimi. Nəzmdə hiss, həyəcan

və poetik təəssürat bölgüsü. Nəzm sistemləri, kəmiyyətə və keyfiyyətə görə

təyin olunan vəznlər. Heca vəzninin Azərbaycan dili üçün ən oynaq,

ahəngdar şeir ölçüsü olması, eyni zamanda tələb və xüsusiyyətləri, ayrı-

ayrı misrada hecalarının sayının bərabərliyi. Heca vəzninin formaları. Aşıq

ədəbiyyatında heca vəzninə barmaq vəzni deyilməsi. Əruz şeir ölçüsünün

mənşəyi və yayılması. Əruzun ərəb sözü olaraq geniş yol, çadırın ortasına

vurulan dirək, şeir haqqında elm və s. mənalarını bildirməsi. Azərbaycan

ədəbiyyatında əruzun yaradıcı surətdə ana dilinin qanunlarına, poetik

imkanlarına uyğunlaşdırılması əruzun bəhrləri və bölgüləri. Azərbaycan

şeirində işlənən bəhrlər.

Sərbəst şeirin yaranması və inkişafı. Sərbəst şeirdə ahəng tarazlığı,

nitqdə ifadəsini tapan daxili həyəcan vurğusu. Sərbəst şeirdə heca vəzninin

təsiri. Sərbəst şeirdə çarpaz şəkildə qafiyələnmə.

Ədəbi növlər və janrlar – 6 saat.

Antik yunan estetikasında ədəbi növ bölgüsü, onun lirik, epik və

drammatik növlərə ayrılması. Ədəbiyyatın inkişaf mərhələlərində ədəbi

janrların zənginləşməsi və onların bidii-poetik tutumunun artması.

Epik növ. Epik növün ədəbi-tarixi mənada xalq dastanlarını bildirmsi.

Həyat hadisələrinin epik janrlarda danışıq, nağıl etmək yolu ilə – təhkiyə

yolu ilə əks etdirilməsi. Epik əsərin məzmununun həyatdan götürülmüş

hadisənin təşkil etməsi. Yazıçı tərəfindən surət, lövhzə həyatdakı

hadisələri, təbiət lövhələrini, işin xarakterlərini oxucunun nəzərinə

çatdırmağa, onun vasitəsilə ətraf mühitin, varlığın, tarixi hadisənin dərk

olunmasına xidmət etməsi. Danışılan hadisənin yığcamlığı və əhatəliliyi




12

iştirak edən obrazların çoxluğundan asılı olaraq epik əsərlərin müxtəlif

növlərə ayrılması Azərbaycan nağılları, dastnlar, təmsillər, hekayələr,

povestlər, oçerklər, romanlar və s.

Azərbaycan ədəbiyatında epik növün inkişafı. Epik formada təhkiyə

və onun xüsusiyyətləri.

Lirik növün mənası. Lirikanın insanın hiss-həycanlarının, fikir və

arzularının tərənnümü, onun ifadəsi olması. Müxtəlif məzmunlu insan

hissləri – sevinc, kədər, iftixar, mübarizə, intiqam, ümidsizlik və s. hisslərin

ifadə olunması. Lirik şeirin müəllifinin şeirdə əsas surət kimi çıxış etməsi.

Subyektin lirikada rolu. Lirik janrları epik janrlardan fərqləndirən cəhətlər: 1)

lirika təəssüratın, düşüncənin, qüvvətli həyəcanların məhsuludur; 2) lirikada

müşahidə edilmiş obyektə subyektiv münasibət ön plana çəkilir;  3) lirika

yığcam və emosional xarakter daşıyır; 4) lirikada tərənnüm əsas yer tutur.

Lirika məzmununa görə iki qrupa bölünür:  1. Məhəbbət lirikası;  2.

İctimai-siyasi lirika. Məhəbbət lirikasının növləri: a) insan məhəbbətini ifadə

edən lirika; b) təbiətə, vətənə məhəbbət; c) əməyə məhəbbət və s.

Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növ və onun janrları.

Holavarlar, sayacı sözlər, bayatılar və ağılar. Aşıq şeiri: qoşma, gəraylı,

müxəmməs. Şifahi xalq ədəbiyyatından yazılı ədəbiyyata keçən janrlar:

qoşma, bayatı, təcnis. Azərbaycan klassik ədəbiyyatında lirika. Qəzəllər,

onun inkişafı və bədii quruluşu: böyük mənzumə – qəsidə, qəsidənin

növləri və bədii xüsusiyyətləri. Tərkibbənd, tərçi-bənd məsnəvi və mürəbbe,

müxəmməs və müsəddəs, bunların mövzusu və bədii xüsusiyyətləri.

Müasir Azərbaycan ədəbiyyatında şeirin inkişafı, onun bədii ifadə

sistemi. Epik-lirik növ. Bəzi bədii əsərlərdə hadisələrin təhkiyə yolu ilə

verilməsi ilə yanaşı şeirin (lirik qhrəmanın) bu və ya digər obraza, hadisəyə,

əşyaya, təbiətə lirik münasibəti. Poemada hadisənin epik təsviri ilə

qəhrəmanın daxili duyğularının tərənnümünün bir-biri ilə məntiqi şəkildə

birləşməsi.




13

Dramatik növün həyat hadisələrini obrazların hərəkəti və danışanın

vəhdəti yolu ilə canlandıran bədii əsər olması. Dramatik əsərdə mətnin iki

qismə ayrılması: 1)remarkalar; 2)surətlərin (personajların) danışığı. Dialoq

və monoloq. Dramatik növün janrları: a)komediya; b)faciə; s)dram.

Komediyanın, faciənin, dramın özünəməxsus bədii xüsusiyyətləri.

Azərbaycan ədəbiyyatında dramaturgiyanın yaranması və inkişafı. Dramın

yarandığı tarixi şərait onun faciə və komediya arasında orta mövqe tutması,

burada komik və tragik ünsürlərin vəhdətlənməsi süjetin sakit və ciddi

xarakter daşıması. Avropa ədəbiyyatında qəhrəmanlıq dramları və onların

xüsusiyyətləri. Klassizm dövrü dramlarında bədii konflikt. Azərbaycan

dramının inkişafı. Müasir psixoloji dramlarda obraz, surət və dramatik

konflikt. Tragediya sözünün anlayışı. Faciədə bir ailə və nəslin taleyi

fonunda cəmiyyət həyatındakı faciəni ümumiləşməsi. Azərbaycan

ədəbiyyatında faciə janrının yaranması. N.B.Vəzirov, Ə.Haqverdiyev,

H.Cavid, C.Cabbarlı və başqa dramaturqların faciələrində ali məqsəd və

ideya.

Komediya haqqında məlumat. Komediyada öz əksini tapan hadislərin



mərkəzind duran əsas surtlərin dövrün mənfi, eybəcər xüsusiyyətlərə malik

olması. Dramaturqun komediyada gülüşü müxtəlif vasitə və üsullarla

yaratması. Azərbaycan ədəbiyyatında komediyanın yaranması və inkişafı.

Komediyanın növləri. Musiqili komediyanın meydana gəlməsi.

Ədəbi metod və cərəyanlar. Klassizm, sentimentalizm, romantizm,

realizm, naturalizm – 6 saat.

Həyatın sənətkarın əsas təsvir obyekti olması. Sənətkarın müəyyən

ideyalar uğrunda apardığı mübarizə. Hər hansı bir həyat hadisəsinin

əsərdə öz bədii ifadəsini tapmaq üçün sənətkarlıq süzgəcindən keçirməsi,

onu fərdiləşdirib, ümumiləşdirib, tipikləşdirməsi.




14

Bu və ya digər yazıçının əsərində birində hadisələri bir prinsip,

digərində isə başqa bir prinsip əsasında ümumiləşdirməsi. Yazıçının bədii

yaradıcılıq metodu.

Realist metod. Realist metodun tələbləri. Bədii idrakın obyektiv

varlıqdan qidalanması. Təsvir obyektinin bilavasitə həyat hadisələri ilə bağlı

olması. Realist yaradıcılıq metodunun ayrı-ayrı dövrlərdə müxtəlif

keyfiyyətlər qazanması. Ədəbiyyatın müəyyən inkişaf mərhələlərində

konkret tarixi şəraitin spesifik cəhətindən asılı olaraq realist metodun bu və

ya digər xüsusiyyətlər kəsb etməsi. Romantik metodun sənətkarın xəyalına,

fantaziyasına, təxəyyülünə əsaslanması. Romantik metodda həyati, ictimai

quruluşu, insanın məişət tərzini yazıçının gördüyü kimi deyil, görmək

istədiyi şəkildə təsvir etməsi. Klassizmin ilk ədəbi məktəbinin yaranması ilə

bağlı ədəbi-tarixi şərait. Azərbaycan ədəbiyyatında romantizm. Onun

səciyyəvi xüsusiyyətləri. Realizm ilə romantikanın vəhdətinin yaranması.

Sentimentalizmin romantizmin təzahür formalarından biri olması.

Simvolizm, onun əsas prinsipləri. Tənqidi realizmin bir ədəbi məktəb kimi

təşəkkülü və inkişafı. XIX əsrin sonu və XX əsrin əvvəllərində

Azərbaycanda tənqidi realizmin inkişafı.

Sosialist realizminin XX əsr mədəniyyəti, ədəbiyyat və incəsənətinin

əsas yaradıcılıq metodlarından biri olması; onun bir ölkə çərçivəsində

yaranması və yayılması. Bu metodun bitərəfliyi; əsas diqqətin partiyalılığa,

tərifə, şüarçılığa və tərənnümə verilməsi. Sənətkarın partiya və dövlt

siyasətindn kənara çıxa bilməməsi. Sosialist roealizmində ateizm təbliğatı,

türkçülüyün inkişafı, Allaha, peyğəmbərə və İslam dininə üsyan. Sosialist

realizmində beynəlmiləlçilik təbliğatı və bunun xalqımızın başına açdığı

bəlalar (torpaqlarımızın işğal olunması,  20 yanvar, Xocalı faciəsi,

milyondan artıq soydaşımızın doğma yurdundan, obasından didərgin

düşməsi və s.)…

Respublikamızda ali və orta məktəblər təzədən qurulur. Tədris

həyata, milli varlığa yaxınlaşır, nəzəriyyə və təcrübənin vəhdəti dərinləşir.



15

Buna görə də seminar dərslərinin əhəmiyyəti artır, onları çoxcəhətli

qurmağa, dərsdə tələbə fəallığına və sərbəstliyini artırmağa ehtiyac

duyulur. Müəllim tləbənin imkanını nəzərə almalı, onu əlavə ədəbiyyatla

yükləməməlidir. Tələbə fərdi yaradıcılığı, bütövlükdə bədii mədəniyyəti

tədricən mənimsəməli, əsəri sərrast təhlil etməyi ədəbi növləri, janrların

xüsusiyyətlərini, bədii təsvir və ifadə vasitələrini fərqləndirməyi

bacarmalıdır. Onun ədəbi-nəzəri fikrin, dünya bədii-təhkiyə mədəniyyətinin

qanunauyğun inkişafı haqqında anlayış və təsəvvürü dərsdən-dərsə

genişlənməlidir.

Şeirin vəznləri, bədii dil, ədəbi növlər tdris olunanda tələbənin

sərbəstlii xeyli artmalıdır. Onlar müəllimin elmi qayğısı ilə bədii faktları

seçməyi və ümumiləşdirməyi, vəznlərin fərqini müəyyənləşdirməyi

bacarmalı, yazılı tapşırıqlar yerinə yetirilməlidir. Eyni zamanda, vəznlər,

ədəbi növlər və janrlar tarixi inkişafda, ədəbi müqayisədə, qarşılıqlı təsir və

qarşılıqlı zənginləşmədə mənimsənilməlidir.

Bütün bunlar diqqəti ədəbi-nəzəri fikrin inkişaf mərhələlərindən,

klassiklərin ədəbi-estetik görüşlərindən, yaradıcılıq metodlarını fərdi-bədii

üslubları şərtləndirən amillərdən yayındırmamalıdır.

Birinci kurslarda seminar dərslər belə bölünməlidir:

Ədəbiyyatşünaslığın sahələri, başqa elmlərlə əlaqəsi; ədəbi-nəzəri

fikrin inkişafı – 2 saat.

Ədəbiyyatşünaslıqda ədəbi meyl və cərəyanlar; ədəbiyyatşünaslığın

yaranması – 2 saat.

Bədii ədəbiyyat söz sənətidir, incəsənət və elm – 2 saat.

Bədii ümumiləşdirmə. Bədii obraz – 2 saat.

Bədii əsərin məzmun ideyası – 2 saat.

Bədii forma, məzmunda formanın vəhdəti və bir-birini təyin etməsi–2

saat.

Bədii kompozisiya və süjet: süjet və fabula, süjetin ünsürləri – 4 saat.



Bədii dil. Məcazlar sistemi – 4 saat.


16

Azərbaycan şeirinin əsasları – 6 saat.

Ədəbi növlər və janrlar – 6 saat.

Ədəbi metod və ədəbi cərəyanlar. Klassizim, semantizm, romantizm,

realizm. Müasir ədəbiyyatın yaradıcılıq metodu – 4 saat.

Dərs müasir tələblərə cavab verməli, mühazirə və seminarda müllimin

özünəməxsusluğu duyulmalıdır. Buna görə də müəllim kafedranın razılığı

ilə mövzulara ayrılan saatlarda müəyyən dəyişiklik apara bilər.




17

Ə D Ə B İ Y Y A T

1. Aristotel. Poetika. Bakı, 1974

2. Azərbaycan ədəbiyyatında sosializim realizm məsələləri. Bakı, 1986

3. K.Məmmədov Qasım bəy Zakir. Bakı, 1985

4. K.Məmmədov. Yusif Vəzir Çəmənzəminli. Bakı, 1987

5. B.Abdulla. Kitabi-Dədə Qorqudun poetikası. Bakı, 1999

6. A.Səfiyev. Azərbaycan dramaturgiyası müasir mərhələdə. Bakı, 1998

7. Q.Kazımov. Qurbani və poetikası. Bakı, 1996

8. B.Babayev. Abdulla Şaiqin bədii nəsri. Bakı, 1999

9. T.Mütəllimov. Əbdülrəhim bəy Haqverdiyevin poetikası. Bakı, 1988

10.

T.Hacıyev. Yazıçı dili və ideya-bədii təhlil. Bakı, 1979



11.

T.Hacıyev. Satira dili. Bakı, 1975

12.

Q.Kazımov. Bədii ədəbiyyatda komizm üsulları. Bakı, 1987



13.

B.Əhmədov. Azərbaycan satirasının inkişaf problemləri. Bakı,

2000

14.


A.Məmmədov. Nəsrin poetikası. Bakı, 1990

15.


Ə.Nazim. Seçilmiş əsərləri. Bakı, 1979

16.


M.Arif. S.Vurğunun dramaturgiyası (seçilmiş əsərləri, 2 c., bakı,

1968)


17.

M.Rəfili. M.F.Axundov. Bakı, 1990

18.

F.Qasımzadə. M.F.Axundovun həyatı və yaradıcılığı. Bakı,



1962

19.


H.Araslı. Füzuli. Bakı, 1985

20.


S.Əliyev. Füzulinin poetikası. Bakı, 1986

21.


Ə.Mirəhmədov. Sabir. Bakı, 1985

22.


C.Xəndan. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri.

Bakı, 1962

23.

K.Talıbzadə. A.Səhhət. Bakı, 1986




18

24.


Q.Xəlilov. Azərbaycan romanının inkişafı tarixindən. Bakı, 1973

25.


Y.Qarayev. Realizm: sənət və həqiqət, Bakı, 1980

26.


Ə.Hüseynov. Sənət yanğısı. Bakı, 1976

27.


N.Şəmsizadə. Azərbaycan ədəbiyyatşünaslığı. Bakı, 1997

Yüklə 93,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə