2
Tərtib edəni:
Tamilla Məmmədova,
Əməkdar mədəniyyət işçisi,
Buraxılışa məsul və
ixtisas redaktoru:
Kərim Tahirov,
Əməkdar mədəniyyət işçisi,
fəlsəfə doktoru
Redaktor:
Nazlı ġahbazova
Cahangir Cahangirov: Biblioqrafiya /tərt. ed. T.Məm-
mədova; burax. məs. və ixtis. red. K.Tahirov; red. N.Şah-
bazova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.-
Bakı, 2011. - 99 s.
©
M.F.Axundov adına Milli Kitabxana, 2011
3
TƏRTĠBÇĠDƏN
Görkəmli bəstəkar, Azərbaycan SSR Xalq artisti, professor,
SSRİ Dövlət mükafatı laureatı Cahangir Cahangirovun həyat və
yaradıcılığını əks etdirən biblioqrafik göstərici ilk dəfə tərtib
olunur. Anadan olmasının 90 illik yubileyi münasibətilə çap olunan
biblioqrafik göstərici 1939-cu ildən 2011-ci ilə qədər olan dövrü
əhatə edir. Azərbaycan və rus dillərində tərtib edilmiş biblioqrafik
göstəricidə bəstəkarın həyat və yaradıcılığının əsas tarixləri, gör-
kəmli şəxsiyyətlərin onun haqqında ürək sözləri, əsərlərinin
biblioqrafik siyahısı və bəstəkar haqqında çap olunmuş materiallar
xronoloji qaydada işlənmişdir (səsyazmalar istisna olmaqla). Xro-
noloji çərçivə daxilində isə əlifba sırası gözlənilmişdir.
Biblioqrafik vəsaitdə C.Cahangirovun not nəşrləri, not əl-
yazmaları, səsyazmalar, CD-lər və məqalələri verilmişdir. Vəsaitə
habelə dissertasiyalar və avtoreferatlar da daxil edilmişdir.
Biblioqrafik vəsaitin ən üstün və maraqlı cəhəti Milli Dövlət
Arxivində və digər musiqi fondlarında mühafizə olunan avtoqraflı
əlyazmalarının da burada öz əksini tapmasıdır. Vəsaitdə materi-
allar musiqi janrları əsasında sistemləşdirilmiş, janr daxilində isə
xronoloji qayda gözlənilmişdir.
Göstərici C.Cahangirovun yaradıcılığını tədqiq edən və
öyrənən elmi işçilər, konservatoriya və musiqi məktəb tələbələri,
habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Göstərici haqqında rəy və təkliflərini göndərən mütəxəssis-
lərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk. Arzu və
iradlarınızı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına
göndərməyinizi xahiş edirik.
Ünvan: AZ-1000, Bakı şəhəri,
Xaqani küçəsi, 29.
E-mail: contact@anl.az
URL: www.anl.az